Yarıma şikayət.. 29.11.2003.
Yar, niyə insanlar incitdi məni
O gözəl röyalar çəkmədi sübhə..
Şad günümdə belə dindirdi məni
O öncəki sual, öncəki şübhə...
Agah olmasaydım o acı sirrdən
O sirr sirr olaraq qalsaydı kaş ki...
üstümə gələni görəndə birdən
Yar ruhumu məndən alsaydı kaş ki..
Ağlım susub mənim, qəlbim çaşıbdır..
Səbr də qalmayaıb axıb-daşıbdır.
Allahım üstümə gələni gördüm..
Fikrim dumanlanıb çox qarışıbdır.
Qəsdimə gələni vura bilmədim
Nə qaça, nə də ki, dura bilmədim
Sevdiklərim var ki, onlar insandır
İnsan ilə həyat qura bilmədim..
özüm də insanam, insanam mən də
Bu nə cür əcaib səslənir məndə..
Bircə sən bilirsən Həbibi-Yarım
Nə demək istəyir bu yazıq bəndə..
Nəysə, tapmacanı t. bilmədim
Mən fələk üstündə ç. bilmədim
Bilirəm, müvəqqəti verəndə mənə
Ayrılıb onlardan qopa bilmədim..