-
Публикации
442 -
Зарегистрирован
-
Посещение
Все публикации пользователя Shie_cavabi
-
Hörmetli Düşünürem.Men bütün bunları öz gözlerimle görmüşem.Bütperest vaxtlarımda özüm de etmişem. Sən bütpərəst də olmusan?
-
Əvvəlini yaxşı gəlmişdin ... indi isə quyruqda murdarlama əməliyyatına keçirsən ... Mən bilmədim sənin məzhəbin nədir? Amma onu bildim ki, sən islamdan olan dəlilləri də islamdan saymadın! Bəs sənin nəzərində islam nədir? Mən burda olan söyüşmələri və iftiraları nəzərdə tutub onlara dedim ki bunlar islam deyil. Söyüşləri vəhhabi, sələfi və əhli-sünnələr yazmışdı! İndi nə deyirsən? Onların yazdıqları islamdan deyil? Narahat olma! Onları oxuyanlar ateist və xristian olsalar təəccüblənməyəcəyik!
-
SIZIN ISLAMNAN DANISHMAGA IXTIYARIVIZ BELE YOXDU EEE..sizi dindiren bashga bashga guvvelerdi,burda yazsag o deyge sileller amma ozuvuzde yaxshi bilirsiz! yashamasaz daha yaxshidir! Rusca bilmədiyim üçün, cavabını rusca bilən qardaşlar verər! Sənə kim ixtiyar verib ki, islamdan danışma ixtiyarı da səndədir? Deyəsən sən də ALLAHdan əmr gözləyirsən eee... Bizi hansı qüvvə dindirir? Sənə yaşamaq haqqı verən ALLAH bizə də o haqqı verib! O almaq istəsə sən Onun qabağını ala bilməzsən! O bizə yaşamaq haqqı verdikdə isə, sən bu haqqa maneə ola bilməzsən!
-
İngiltərədə bələdiyyələr tərəfindən müsəlman qadınlar üçün xüsusi hovuzlar təşkil edilib Fransada qadağa qərarı verildiyi ərəfədə, İngiltərədə isə əksinə olaraq müsəlman qadınların hovuzda üzmələri üçün xüsusi şəraitlər yaradılır. Londonun cənubunda Kroydon bölgəsində Tornton bələdiyyəsi, müsəlman qadın və kişillərin hovuzda üzmələri üçün hər şənbə və bazar günlərində 1,5 saatlı xüsusi olaraq şərait yaratmışdır. İngiltərədə dərc edilən "Teleqraf" qəzetinin xəbərinə görə eyni addımlar Scunthorpe və şimali Linkolnşirdəki bələdiyyələr tərəfindən də atılmışdır. "Dəyərlər"AİN
-
Misirli zəvvarlar həccə qoyulan qadağadan hiddətlənib Misir hökumətinin müqəddəs Məkkə və Mədinə ziyarətlərinə qoyduğu qadağadan hiddətlənən 350-dən çox misirli zəvvar etiraz əlaməti olaraq Qahirə hava limanının uçuş zalına daxil olmağa çalışıb, - İslamNyus.ru xəbər verir. Artıq xəbər verdiyimiz kimi, bu günlərdə Misir hökuməti 25 yaşından aşağı və 65 yaşından yuxarı olan insanlar üçün ümrə ziyarətinə qadağa qoydu. Bundan başqa xroniki xəstəliklərdən əziyyət çəkən insanlar üçün bu ilki ziyarətlərə qadağa qoyulub. Ölkə rəhbərliyi bu yolla “donuz qripi” virusunun yayılmasının qarşısını almağa çalışır. "Dəyərlər" AİN
-
Fransada hicablı xanım öz hüquqlarını məhkəmədə müdafiə edəcək 35 yaşlı müsəlman Paris sakini xanım Karol ona hicablı geyimdə hovuzdan istifadə etməyi qadağan etmiş idarəyə qarşı öz hüquqlarını məhkəmədə müdafiə edəcək. Xanım əmindir ki, yerli idarənin bu qərarı siyasi çalarla bağlıdır, - İslamNyus.ru xəbər verir. "Xanım öz hüquqlarını sona qədər müdafiə etmək fikrindədir. "Əgər mən bu işi uduzsam, yəqin ki, Fransanı tərk edəcəm", - deyə xanım Karol bildirib. Xatırladaq ki, xanım Karol avqust ayının 1-də qadınlar üçün olan yerli hovuzlardan birindən ədəbli geyimdə istifadə etmək istəmiş, hovuz rəhbərliyi isə belə bir geyimdə hovuzdan istifadə etməyin qadağan olduğunu bildirmişdi. Bundan sonra xanım polisə müraciət etmiş və hovuz rəhbərliyini dini zəmində diskriminasiyada ittiham etmişdi. "Dəyərlər" AİN
-
Nigeriyada yüzlərlə islamçı həbs olunub Nigeriyanın şimal-qərbində ölkə polisi yüzlərlə islamçını həbs edib. Bu barədə ölkə hakimiyyəti bəyanat yayıb. Bəyanatda bildirilir ki, artıq həbs olunanların sayı 600-ə çatıb. Lakin digər məlumatlara görə bu göstərici təqribən 3 min nəfər təşkil edir. Onların hamısı yerli məktəblərin binalarında saxlanılır. Nigeriyanın İmmiqrasiya Xidməti hazırda həbs olunanların sənədləri ilə məşğuldur. Güman olnur ki, onların əksəriyyəti qonşu ölkələrdən gələnlərdir. Polisin bəyanatına görə, islamçıların məskənləri dağıdılacaq və onlar öz vətənlərinə göndəriləcək. Xatırladaq ki, iyulda Nigeriyada islam qruplaşmalarından birinin qaldırdığı üsyan nəticəsində yüzlərlə insan həlak olub. BBC
-
Həcc ziyarətinə gedən zəvvarlara peyvənd vurulacaq «Həcc ziyarətinə gedən zəvvarlara «donuz qripi»nə qarşı peyvənd vurulacaq». Bu barədə ANS PRESS-ə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova bildirib. O qeyd edib ki, ziyarətə gedən zəvvarlar ümumi qripə qarşı, həmçinin «donuz qripi»nə qarşı vaksinasiya ediləcək: "Bu, çox güman ki, Səhiyyə Nazirliyinin müvafiq məntəqələrində həyata keçiriləcək". QMİ-nin Xarici əlaqələr şöbəsinin müdiri Müqəddəs Faizov da bildirib ki, Həcc ziyarəti başlanana qədər vaksinlər ölkəyə gətirilərsə, zəvvarlar peyvənd ediləcək. Taun Əleyhinə Stansiyanın direktoru Şair Qurbanov isə bildirib ki, vaksinlərin ölkəyə nə zaman gətiriləcəyi məlum deyil. «Vaksin hazır olarsa, əhali arasında peyvəndələməyə başlamaq olar». O qeyd edib ki, hansı ölkə yüksək keyfiyyətli peyvənd hazırlayarsa, Azərbaycana həmin ölkədən peyvənd gətiriləcək. Həmçinin peyvəndin neçəyə başa gələcəyi hələ məlum deyil. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən isə bildirilib ki, ölkədə «donuz qripi»nin (A/H1N1) geniş yayılması müşahidə edilmədiyindən, əhalinin kütləvi vaksinasiyasına hələ ki, ehtiyac yoxdur. Qeyd edək ki, bir qədər əvvəl Səudiyyə Ərəbistanı səhhəti ilə bağlı problemləri olanları, hamilə, yaşlı və uşaqların Həcc ziyarətini təxirə salmağa çağırıb. Səhiyyə naziri Abdullah Əl Rabia Ciddədə jurnalistlərə verdiyi açıqlamasında bu insanlara öz təhlükəsizlikləri üçün bu addımı atmağa çağırıb. Nazir digər zəvvarlara isə ziyarətə gəlmədən öncə "donuz qripi" və digər xəstəliklərə qarşı peyvənd edilməyə çağırıb. ANS PRESS
-
Əxilər inad etməyin! Əgər inad etsəniz, yuxarıdakı ayənin təfsirini də yazacağam! Əgər inad etsəniz, səhih saydığınız kitablardan bura o qədər hədis yazacağam ki, axırda öz səhihlərinizin də müəlliflərinə deyəcəksiniz ki, o kafirdir, o müşrikdir, o rafizidir, o ...
-
Əxilər, əgər sözünüz varsa, buyurun! Ay Qur`andan gətirilən dəlildən qaçanlar! Ay inkarolunmaz dəlil görəndə ağzını köndələn qoyanlar! Harada itib-batmısınız???
-
Hörmətli Varaka! Sənə Peyğəmbərimizin (s) qəbir ziyarəti haqqında bir hədis təqdim edirəm: "صحيح مسلم " "Səhih əl-Müslim", "الجنائز " "Cənazələr" fəsli, "ما يقال عند دخول القبور والدعاء لأهلها " "Qəbir ziyarətinə gedəndə deyilən və qəbristan əhlinə oxunan dua" bölməsində, 1618-ci hədisdə belə oxuyuruq: Əlavə olaraq qeyd edim ki, bu bölmədə daha iki hədis var, 1619 və 1620. 1619-cu hədisdə Aişə deyir ki, bir gecə Peyğəmbər (s) əbasız və ayaqyalın evdən çıxdı mən də ondan sonra evdən çıxdım, onu təqib etdim, gördüm Bəqiyə ziyarətə gəldi. Orda dua etdi və s. 1620-ci hədisdə isə, Süleyman ibn Bəridə atasından Peyğəmbərin (s) qəbir ziyarətində oxuduğu duanı rəvavət edir. Hə əxilərim! Belə-belə işlər! Vaxtın az olmasını nəzərə alıb ixtisarla bu hədisləri də sizə yazdım. Əgər inad etsəniz vaxtım çoxalacaq və ətraflı tərcümə edib, Aişənin Peyğəmbəri (s) güdməsini də sizə yazacağam! Odur ki, inad etməyin! İnadkarlığına salanlar üçün hədisin internet versiyasını da təqdim edirəm: http://hadith.al-islam.com/Display/hier.asp?Doc=1&n=2117
-
Hörmətli Varaka! Sənə Peyğəmbərimizin (s) qəbir ziyarəti haqqında bir hədis təqdim edirəm: "صحيح مسلم " "Səhih əl-Müslim", "الجنائز " "Cənazələr" fəsli, "ما يقال عند دخول القبور والدعاء لأهلها " "Qəbir ziyarətinə gedəndə deyilən və qəbristan əhlinə oxunan dua" bölməsində, 1618-ci hədisdə belə oxuyuruq: " حدثنا يحيى بن يحيى التميمي ويحيى بن أيوب وقتيبة بن سعيد قال يحيى بن يحيى أخبرنا و قال الآخران حدثنا إسمعيل بن جعفر عن شريك وهو ابن أبي نمر عن عطاء بن يسار عن عائشة أنها قالت كان رسول الله صلى الله عليه وسلم كلما كان ليلتها من رسول الله صلى الله عليه وسلم يخرج من آخر الليل إلى البقيع فيقول السلام عليكم دار قوم مؤمنين وأتاكم ما توعدون غدا مؤجلون وإنا إن شاء الله بكم لاحقون اللهم اغفر لأهل بقيع الغرقد ولم يقم قتيبة قوله وأتاكم " Ravilər zənciri, Aişə belə deyib: Peyğəmbər (s) hər gecə, gecənin axırında Bəqiyə yollanırdı və orada deyirdi: "Salam olsun sizə ey möminlər qövmünün evi! Sizə vəd edilmiş əcəl gəlib çatdı! Biz də İnşa ALLAH sizə qovuşacayıq! İlahi, Bəqi əhlini bağışla!" Bax əxi! Görürsən ki, Peyğəmbərimiz (s) də Bəqi qəbristanını ziyarət edib! Həm də o ölülərə salam verib! Onlara dua edib! Onlarla danışıb! Heç kəs inadkarlığına salmasın deyə, hədisin internet versiyasını da təqdim edirəm: http://hadith.al-islam.com/Display/Display...=1&Rec=2118
-
Əxilərimin cavabları: Qəbir ziyarətləri, vəfat etmiş şəxslərə Qur`an oxunması, cənazə və sair bu kimi məsələlər. Əhli-sünnətin qəbul etdiyi və Qur`andan sonra ən mötəbər mənbə saydıqları "Səhih əl-Buxari" kitabından damla-damla topladıq! "صحيح البخاري " "Səhih əl-Buxari" kitabı, "الجنائز " "Cənazələr" fəsli, "قراءة فاتحة الكتاب على الجنازة " "Cənazələrə Fatihə surəsi oxumaq" bölməsi, hədis 1249: " حدثنا محمد بن بشار حدثنا غندر حدثنا شعبة عن سعد عن طلحة قال صليت خلف ابن عباس رضي الله عنهما ح حدثنا محمد بن كثير أخبرنا سفيان عن سعد بن إبراهيم عن طلحة بن عبد الله بن عوف قال صليت خلف ابن عباس رضي الله عنهما على جنازة فقرأ بفاتحة الكتاب قال ليعلموا أنها سنة " Əxilərimin hədisində, "ravilər zəncirindən sonra Təlhə ibn Əbdullah ibn Əvf deyir ki, İbn Abbasın arxasında bir cənazəyə namaz qıldım. İbn Abbas Fatihə surəsini oxudu. Sonra dedi: Qoy bilsinlər ki, bu Peyğəmbər (s) sünnəsidir!" Əxilərimiz üçün bu hədisin internet versiyasını da təqdim edirəm ki, sonra inadlarına salmasınlar: http://hadith.al-islam.com/Display/Display...%E1%CD%CF%ED%CB
-
Qardaşım! Yazdıqlarını oxudum və bəyəndim! Lakin islam dinində "təravih namazı" deyilən bir şey yoxdur! Təravih namazları ikinci xəlifə Ömər tərəfindən islama yeridilmiş bidətdir. Bu namaz Peyğəmbər (s) zamanı olmayıb! Çox təəssüf olsun ki, əhli-sünnə qardaşlar da bu bidətə tabe olub, onu qılırlar. Amma Əhli-beytdən (s) bir hədisə əməl etdiyimiz üçün, bizimlə müharibəyə qalxırlar. Üzr istəyirəm qardaş, düzəliş edildi, diqqətə görə Allah razı olsun! Qardaşım, üzürlü düşmənin olsun! ALLAH sizdən də razı olsun!
-
Qardaşım! Yazdıqlarını oxudum və bəyəndim! Lakin islam dinində "təravih namazı" deyilən bir şey yoxdur! Təravih namazları ikinci xəlifə Ömər tərəfindən islama yeridilmiş bidətdir. Bu namaz Peyğəmbər (s) zamanı olmayıb! Çox təəssüf olsun ki, əhli-sünnə qardaşlar da bu bidətə tabe olub, onu qılırlar. Amma Əhli-beytdən (s) bir hədisə əməl etdiyimiz üçün, bizimlə müharibəyə qalxırlar.
-
Axı hansı dəlillə sən bu sözləri deyirsən? Bir neçə nəfər cahil əgər kimisə təbliğ edirsə, bu o deməkdir ki, hamı belə edir? Heç kəs islama dəvət etmir?
-
Əvvəlini yaxşı gəlmişdin ... indi isə quyruqda murdarlama əməliyyatına keçirsən ... Mən bilmədim sənin məzhəbin nədir? Amma onu bildim ki, sən islamdan olan dəlilləri də islamdan saymadın! Bəs sənin nəzərində islam nədir?
-
O zaman islamın ucalması ve küfrün mehvi namine bir-birinizin bu işlerine destek verin.Eger bele etseydiniz indi camaat Quran ve Peyğemberden çox ekstrasenslere müraciet etmezdi. Mence ilk önce kiçik problemlerin hellinden başlamaq lazımdı.Nehl-36 ya göre bütün Resulların tebliği Allaha ibadete çağırıb,tağutlardan çekindirmek olub. İslamın ucalması və küfrün məhv olması üçün Qu`an və Əhli-beytdən düzgün şəkildə yapışmaq lazımdır. Bu gün qaraşlara da E-mail vasitəsilə bir saatdan çox müddətə ancaq cadu, sehr, fal, falçı və s. məsələlərə cavab vermişəm! Neyləyək ki, indi dini proqramları televiziya və radiodan təcrid ediblər, əvəzində falçı və cadugərlərə yer veriblər! Bu səncədir. Məncə isə ən böyük problem elə şirk və tağuta tabe olmaqdır.
-
Bizim də mübahisəmiz elə əxlaqsız və mədəniyyətsizlərlədir. İstər bizdən olsun, istərsə də sizdən! Amma sən bir nəfərin adını da çəkirsən. Biz ad saymağa qalxsaq, bilinmir nə qədər ad sayacayıq. Bizim məntiqli dəlillərimizə cavab tapmayanda bizi söymək, bizə kafir, müşrik, rafizi demək düzgün deyil! Mən də əxlaqlı əhli-sünnə görmüşəm, bir neçə nəfər. Hənəfi məzhəbindən idilər. Amma bir neçə vəhhabi də görmüşəm ki, mənim şiə olduğumu biləndə mənə elə baxıblar ki, elə bil onların balasını öldürmüşəm ...
-
Qardaş, sən bu yazıları da oxu, kimə şükr etdiyini bil! http://forum.bakililar.az/index.php?showtopic=70359
-
Men gözleyrdim siz bunları sehv hesab edeceksiniz.Men oralarda bunu görende ikrah hissi keçirirem.Üze daş sürtmeyi Resulullah nece ede biler? Bax qardaşım! Sən islamın Məhəmməd (s) peyğəmbərlə gəlib, onunla (s) bitdiyini sanırsan. Mən isə, islamın Məhəmməd (s) peyğəmbərlə gəlib, 12 imamla (ə) davam etdiyini qəbul edirəm! Bəzi əməllər var ki, siz onu ancaq Peyğəmbərin (s) sünnəsində olub olmamasını soruşursunuz. Amma onların bəzisini bizim imamlar (ə) buyurub. Buna görə, əsas sullardan bir də "xilafət ya imamət" olmalıdır. Bu məsələ araşdırılmalıdır. Sonra isə, dəlilləri qəbul etməyən bizə niyə irad tutmalıdır?
-
Qardaş,men ele demezdim.Bizim camaatın çoxu namaz qılmır,Quran oxumur hetta falçılara inanırlar.Vahhabiler ise namazlara ciddi riayet eden,Quranı öyrenib oxuyan ve şarlatanlara qarşı mübarize .ran adamlardı.Hem de peyğemberimiz ve diger din önderlerimiz de saqqal saxlayıb.Buna göre düşünürem ki,vehabilerin yuxuya girmeye bir sebeb yoxdur. Salamun ələykum qardaş! Hər şeydən əvvəl, əhli-sünnə və ya sələfi olmağınızdan asılı olmayaraq, səmimi, qərzsiz, məntiqli və qeyri-radikal mübahisə .rmağınıza görə sizə öz təşəkkürümü bildiriəm. Amma mesajınızın cavabı: Bax qardaşım! Siz bayaqkı yazılarınızdan birində Peyğəmbərimizin (s) bu əməlləri necə edib-etmədiyini soruşdunuz. İndi gəlin müqayisə edək. Peyğəmbər (s) dinə qarşı hər hansı bir şəxsin ikrahını qaldıracaq əməli edərdimi? Düzdür ki, Peyğəmbər (s) nisbətən uzun saç və saqqala malik olub. Lakin o (s) öz saç və saqqalın səliqə ilə darayardı. vaxtı-vaxtında saç və saqqalını qısaldardı. Daha bəzi sələfi və vəhhabilər kimi harda qırıldı-qırıldı deyib başını buraxmırdı. Digər tərəfdən isə, o zamankı insanlar Peyğəmbərin (s) gözəlliyinə heyran olurdular. İndi isə vəhhabi və sələfilər islamı iyrənc bir şəkilə salıblar. Onlar başlarını keçəl qırxdırır və saqqalı az qala göbəyə kimi uzadırlar. Adam az qalır soruşsun ki, yatanda saqqalını yorğanın atına qoyursan ya yorğanın üstünə? Daha islamı bu qədər çirkin göstərmək lazım deyil ki, cahil, namaz qılmayan, spirtli içki içən, sizin dediyiniz kimi "falçıya inanan" sadəlövh və savadsız insanlar islamı ələ salsınlar. Heç Peyğəmbərimiz (s) razı olardı ki, hansısa müsəlman islamı məsxərə ediləcək bir din şəklinə gətirsin? Bunu mən də qəbul edirəm. Onların bu işi təqdirə layiqdir. Biz heç onların bu əməllərini islamdan kənar sayıb bu barədə onlarla mübahisə etmirik. Bax, bu pirlər mövzusunu da bir vəhhabi və ya sələfi açıb. Bunun əvəzində, "bidət və xurafatlarla necə mübarizə apraq" adlı mövzu açmaq olmazdımı? Yaxşı olardı ki, islamın ümumi dərdlərini həll etməyə çalışaydıq. Daha bu cür kiçik məsələləri o qədər şişirdirlər ki, sanki islamın pirdən başqa problemi yoxdur. Əgər biz böyük problemləri həll etsək, kiçik problemlər də öz-özünə həll olar. Biz də saqqalı qəbul edirik və Peyğəmbərimiz (s) saqqal saxladığı üçün biz də saqqal saxlayırıq. Amma vəhhabilər kimi saqqalımızın başını buraxmırıq. İndiki zəmanədə bu qədər saqqal saxlamaqla nəyə nail olmaq olar? Ancaq camaatda dinə qarşı ikrah hissi yaratmaq mümkündür.
-
ALLAHın nəyi buyurub buyurmayacağına biz insanlar qərar vermirik ki, Onun nə dediyini də biz müzakirə edək. Mən bu hədisə də baxaram. Kompyuter proqramları vasitesile axtarib t.ram. İnşa ALLAH cavabsız qalmaz!
-
Ay adına müsəlman deyib başqalarını müşrik bilən! Sən mənim hədis kitablarımı qəbul edirsən ki, mən sənə öz hədis kitablarımdan yazım?
