Перейти к содержимому
Скоро Конкурс!!! Торопитесь!!! ×

Abdussamed

Members
  • Публикации

    163
  • Зарегистрирован

  • Посещение

Все публикации пользователя Abdussamed

  1. İlk öncə Sizi yenə də o əsərləri oxumağa çağırıram. Oxuyun və sonra yenidən bir yerdə bu məsələləri müzakirə edək. Qeyd etmək istəyirəm ki, mənim məqsədim sualı cavablandırmaqdan yayınmaq deyil. Sadəcə o kitablarda daha geniş və daha gözəl cavablar olduğu üçün cavabı o kitablarda axtarmağa dəvət edirəm. Bir də Sizdən bir xahişim var. Əgər mümkündürsə, aramızda olan bu söhbəti şəxsi müstəviyə çevirək. Yoxsa niyyəti yaxşı olmayan insanların bizim aramızdakı müzakirəni səhv yozaraq fitnə-fəsad salmağa çalışmalarından qorxuram. email: fuad1983@gmail.com. Allah aramızdakı müzakirəni bərəkətli qılsın. Amin. Əssalamun aleykum və rahmətulləhi və bərəkətuh.
  2. Bismilləhirrahmənirrahim. De: "Şəfaət bütünlüklə Allaha məxsusdur. Göylərin və yerin hökmranlığı da Ona məxsusdur. Sonra siz Ona qaytarılacaqsınız". (əz Zumər 39/44) Allahı qoyub, sənə nə bir fayda, nə də bir zərər verə bilməyən şeylərə yalvarma. Əgər belə etsən, sözsüz ki, zalımlardan olarsan. (Yunus 10/106) Bu sualınıza da cavab verəcəm və bundan sonra Sizdən bir xahişim odur ki, adlarını qeyd etdiyim əsərləri oxuyun ki, mənim Sizə verdiyim cavablardan da daha müfəssəl cavab ala biləsiniz. Ümumiyyətlə Allahdan (c.c.) başqasının qadir olmadığı bir şeyi Allahdan (c.c.) başqasından istəmək şirkdir. Düşünürəm ki, Siz mənimlə tamamilə razısınız. O zaman belə çıxır ki, hər hansı bir saleh bəndədən insanın imkanları xaricində olan bir problemi həll etməsini istəməsi düzgün deyil. Hələ mən həmin saleh bəndənin ölüsünü demirəm. Yuxarıda və daha öncə qeyd etdiyim ayələrdə demək istədiyim odur ki, o vaxtkı müşriklər də Allaha (c.c.), onun yaradan olmasına və hər şeyi idarə etdiyinə inanmışlar. Sadəcə ayədə də qeyd olunduğu kimi onlar bütlərdən vasitəçi kimi istifadə ediblər. Necə ki indi bir çoxları saleh bəndələrdən və yaxud onların qəbirlərindən o məqsədlə istifadə edirlər. Yəni bunlar arasında heç bir fərq yoxdur. Şəfaət isə yalnız Allaha (c.c.) məxsusdur. Muhamməd bin Abdulvəhhab əsərində bunu təbliğ edib. Sizdən bir daha xahiş edirəm ki, onun əsərini oxuyun. Orada bu informasiya daha müfəssəl yazılıb. Ey Allahım bizləri müsəlman yaratdın, müsəlman kimi ölməyi də qismət et. Amin. Əssalamun aleykum və rahmətullahi və bərəkətuh.
  3. Əssalamun aleykum. Məncə kitabın bu şəkildə yazılması daha çox yorucudur nəinki dəlillərlə və mənbələr göstərilməklə. Özünüz fikirləşin bir şeyin mahiyyətinə varmadan əzbərləmək elm deyil. Özümə gəldikdə isə kitaba ancaq nəzər saldım amma oxumadım. Çünki mən yalnız dəlillərə əsaslanan və mənbələri göstərilən kitabları oxumağa üstünlük verirəm. Onda daha maraqlı olur və məsələnin mahiyyətini dərk etmək daha asan olur. Ola bilər ki, kitabda çox gözəl şeylər yazılsın. Amma Siz qeyd etdiyiniz kimi yeni dinə başlayanlar və dində savadı az olanlar (onlardan biri də mən) üçün yorucudur. Kitabın böyük olması isə problem deyil. Elm almaq istəyən şəxs belə şeylərə fikir vermir, əksinə onun informasiyanın daha təfsilatlı olmağı xoşdur. Allah hamımızı haqq yola yönəltsin. Amin. Əssalamun aleykum.
  4. Bismilləhirrahmənirrahim. Doğrusu, əsl din ancaq Allaha məxsusdur. Allahı qoyub başqalarını özlərinə dost tutanlar: "Biz, onlara ancaq bizi Allaha daha çox yaxınlaşdırsınlar deyə ibadət edirik"– deyirlər. Əlbəttə ki, Allah ziddiyyətə düşdükləri şeylər barəsində onların arasında Öz hökmünü verəcəkdir. Şübhəsiz ki, Allah yalançı və kafirləri doğru yola yönəltməz. (əz Zumər 39/3) Onlar Allahı qoyub özlərinə nə bir zərər, nə də bir fayda verə bilənlərə ibadət edir və: "Onlar Allah yanında bizim şəfaətçilərimizdir!"– deyirlər. De: "Yoxsa Allaha göylərdə və yerdə bilmədiyi bir şeyimi xəbər verirsiniz?" Allah onların qoşduqları şəriklərdən uzaqdır və ucadır. (Yunus 10/18). Muhamməd ibn Abdulvəhhab yuxarıda qeyd olunan ayələri dəlil gətirərək saleh bəndələrdən şəfaət diləyənlərə cavab verir. Məgər bundan da gözəl dəlil mi var?
  5. Əssalamun aleykum və rahmətullahi və bərəkətuh. İlk öncə qeyd etmək istəyirəm ki, mən yuxarıdakı tənqidlərə cavab yazmışam. Bir daha o qeyd olunan tənqidləri oxusanız görərsiniz ki, onlar heç bir dəlil və mənbə göstərilmədən yazılıb. İkincisi araşdırmaq təklifinizi müsbət cavablayıram. Amma yalnız tövhidə aid məsələləri. Çünki digər məsələlər ikinci plandadır. Allah bütün müsəlmanlara hidayət versin. Amin. Əssalamun aleykum və rahmətullahi və bərəkətuh.
  6. Əssalamun aleykum. Ey müsəlman qardaşlarım, kimisə pisləməkdə tələsməyin. Üstəlik dəlilsiz və mənbəsiz çalışın ki, heç kimi pisləməyəsiniz. Yoxsa bu iftira sayılır. Yuxarıda qeyd olunan yazıların əksəriyyəti heç bir dəlilə və yaxud mənbəyə əsaslanmır. Muhamməd bin Abdullvəhhabın şəxsiyyəti barəsində bir söz demək istəmirəm, çünki bu sahədə yetərli elmimin olmadığını hesab edirəm. Lakin onun yazdığı bir əsəri oxudum. Həqiqətən çox gözəl kitab yazıb (Allah ondan razı olsun). Bundan başqa onun həyatı haqqında bir kitab oxudum. Bu kitabda yuxarıda qeyd olunan yazılardan fərqli olaraq dəlillərə və mənbələrə istinad vardı. Bu iki kitabı oxuduqdan sonra anlamaq olar ki, Muhamməd bin Abdulvəhhab "inqilabçı" olmayıb, sadəcə müsəlmanları Peyğəmbərimizin (s.ə.s) dəvət etdiyi dinə qayıtmağa dəvət edib. Çünki o vaxt Tövhidin əsasları güclü bir şəkildə laxlamışdı, bidətlərdən isə sadəcə tərpənməz mümkün deyildi. Xüsusilə vurğulamaq istərdim ki, heç bir yerdə Muhamməd bin Abdulvəhhabın imam Əbu Hənifə ®, imam Şafii ®, imam Malik ® və imam Əhməd ® qarşı olduğunu görməmişəm. Əksinə O, bu dörd imamdan birini təqlid edənləri təqlidçilikdən əl çəkib onları özlərinə nümunə götürməyi məsləhət görüb. Çünki bu imamların hamısı təqlidçiliyi pisləyib və insan olduqlarını, səhv edə biləcəklərini deyiblər. Dörd imamın dördü də bütün müsəlmanlara Qurana və sünnəyə sarılmağı məsləhət görüblər. Sonda oxuduğum kitabların adlarını verirəm ki, Sizlər də oxuyasınız. 1. "Kəşfuş-Şubuhatın şərhi" müəllif: İbn Useymin (Qeyd: Kəşfuş-Şubuhat əsərinin müəllifi Muhamməd ibn Abdulvəhhabdır). 2. "Muhamməd bin Abdulvəhhab kimdir?" müəllif: prof. Muhamməd Səlman. Allah hamımıza kömək olsun. Amin. Əssalamun aleykum.
  7. Əssalamun aleykum. Baxdım o kitaba amma oxumaq üçün məsləhətli kitab hesab etmədim. Kitabda yazılanlardan belə nəticə çıxarmaq olar ki, bütün onların hamısını etməyi kitabın müəllifi buyurub. Heç bir mənbə göstərilməyib. Nə Qurani Kərimdən nə də ki, səhih hədislərdən dəlil gətirilməyib. Allah hamımıza hidayət versin. Əssalamun aleykum.
  8. Abdussamed

    VELA VE BERA.

    Əssalamun aleykum. Bismillahir rahmənir rahim. "Bu gün dininizi kamala çatdırdım, üzərinizə olan nemətimi tamamladım və sizə din olaraq İslamiyyəti bəyəndim." Əl-Maidə, 3. Ən azından bu onu göstərir ki, Peyğəmbərimizdən (s.a.v.) sonra Qurani Kərim nazil olmamışdır. Nə isə haqqınızı halal edin. Mən bir daha bu foruma daxil olmayacağam. Əssalamun aleykum və rahmətullah və bərakətuh.
  9. Abdussamed

    VELA VE BERA.

    Aleymuma salam! Başqasına vəhy gələ bilməz? Sən Allahın gücünə şübhə edirsən? Vay-vay-vay! Əssalamun aleykum. Daha sözüm yoxdur. Bir daha bu foruma daxil olmayacağam!!! Allah hamıya hidayət versin. Əssalamun aleykum.
  10. Abdussamed

    VELA VE BERA.

    Biz shieler yalniz ozumuze heqiqi mominleri dost bilirik...ozlerini momin adlandiranlar ile yox...Seytan en cox Allaha ibadet eden mexluq idi ..amma birce seyine gore donub kafirlerden oldu....Biz Yalniz Peygemberin heqiqi xelifesini qebul edirik sizin hezretleriniz yox.siz ise Allahin ve Peygemberinin deyil oz hezretlerinizin yolu getdiyinize gore yolunuzu azmisiz....Ele ona gorede bize rafizi ve kafir deyirsiz...Hz.Alinin xelifeliyini tesdiq eden sunni rafizileride bunlardir.....gozunu dord ac ve oxu Ölü (kəsilmədən ölüb murdar olmuş) heyvan, qan, donuz əti, Allahdan başqasının adı ilə (bismillah deyilmədən) kəsilmiş, boğulmuş, (küt alət və ya silahla) vurulmuş, (bir yerdən) yıxılaraq ölmüş, (başqa bir heyvanın buynuzu ilə) vurulub gəbərmiş, vəhşi heyvanlar tərəfindən parçalanıb yeyilmiş - canı çıxmamış kəsdiyiniz heyvanlar müstəsnadır - dikinə qoyulmuş daşlar (bütlər və ya Kəbənin ətrafındakı bütpərəst qurbangahlar) üzərində kəsilmiş heyvanlar və fal oxları ilə pay bölmək sizə haram edildi. Bunlar günahdır. Bu gün kafirlər dininizdən (onu məhv edə bilmədikləri üçün) əllərini üzdülər. Onlardan qorxmayın, Məndən qorxun! Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və sizin üçün din olaraq islamı bəyənib seçdim. Kim aclıq üzündən naçar qalarsa (çətinliyə düşərsə), günaha meyl etmək niyyətində olmayaraq (zəruri ehtiyacını ödəyəcək qədər bu haram ətlərdən yeyə bilər). Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir! MAIDE 3 Bu aye Qedir Xumda Hz.Alinin (e) xelife teyin olunusundan sonra nazil oldugunu bu EHLI_SUNNET alimleride oz kitablarrinda qeyd edir. 1- İbn-i Asakir'in yazdığı 'Tarih-i Dimişk" c.2, s.75. 2- İbn-i Meğazili Şafii'nin yazdığı "Menakib-i Ali ibn-i Ebu Talib", s.19. 3- Hatib-i Bağdadi'nin yazdığı 'Tarih-i Bağdad", c.8, s.290. 4- Suyuti'nin yazdığı "El İtkan" c.1, s.31. ). 5-Harezmi (Hanefi)nin yazdığı "El Menakıb", s.8O. 6- Sibt ibn-i Cevzi'nin yazdığı 'Tezkiret'ül Havass, s.30. 7- 'Tefsir-i ibn-i Kesir', c.2, s.14 8- Alüsi'nin yazdığı 'Ruhu'l Meani" adlı tefsir, c.6, s.55. 9- İbn-i Kesir Dimişk'in yazdığı "EI Bidayet-u Ve'n Nihaye" adlı kitap, c.5, s.213. 10- Suyuti'nin yazdığı "Ed Dürr'ül Mensur" adlı tersir, c.3, s.19. 11- Kunduzi el Hanefi'nin yazdığı "Yenabiu'l Mevedde" adlı kitap, 50115. 12- Haskani el Hanefi'nin yazdığı "Şevahid'ut Tenzil", c.1, s.157 Əssalamun aleykum. Ey müsəlman qardaşlarım, nəyə görə bu yazını oxuyub heç bir reaksiya verməmisiniz? Məgər xatəmül-ənbiya Peyğəmbərimiz (s.a.v.) deyil mi? Necə ola bilər ki, ondan sonra bir başqasına vəhy gəlsin? Düşünün. Əssalamun aleykum.
  11. Əssalamun aleykum. Boş və mənasız mövzudur. Ümumiyyətlə kiminsə hərəkətlərini və sözlərini müzakirə etməkdənsə, elm öyrənin. Allah (c.c.) bütün müsəlman qardaşlarımı hidayətə çatdırsın, o cümlədən məni. Ey Alim olan Allahım! Bizə elmindən bir parça öyrənməyi nəsib et. Əssalamun aleykum.
  12. Abdussamed

    Cafari Mazhabi.

    Əssalamun aleykum. Necə də rahatlıqla öz etiqadınıza və inancınıza məzhəb deyirsiniz. İslamı "sizin", "bizim" deyə təqdim edirsiniz. Kim verib sizlərə bu ixtiyarı? Məgər Peyğəmbərimiz (s.a.v.) dövründə məzhəb vardı? Heç İslamın nə demək olduğunu dərk edirmisiniz? Ey müsəlman qardaşlarım ayılın. Allah (c.c.) tərəfindən bizlərə (bütün insanları və cinləri nəzərdə tuturam) Qurani Kərim kitabı və Peyğəmbərimiz (s.a.v.) göndərilib. İslam dinini qəbul edib ona əməl edən hər bir şəxs müsəlmandır (onun heç bir məzhəbi yoxdur). Qardaşlar Sizlərdən artıq dərəcədə xahiş edirəm ki, məzhəbçilik xəstəliyini yaymayasınız. Gəlin birləşək. İxtilafları bir yerdə həll edək. Asilik və təkəbbürlük etməyək. Təvazökar və səbirli olaq. Şübhəli məqamları bir yerdə araşdıraq və öyrənək. Fərziyyələrlə və gümanlarla danışmayaq. Vaxtınızı aldığım üçün haqqınızı halal edin. Əssalamun aleykum.
×
×
  • Создать...