Перейти к содержимому
Скоро Конкурс!!! Торопитесь!!! ×

Abdussamed

Members
  • Публикации

    163
  • Зарегистрирован

  • Посещение

Все публикации пользователя Abdussamed

  1. Məni haqq maraqlandırır. Mənə görə isə haqq - İslam dinidir. O ki qaldı mollalara (yalançı dindarlara) mən də onlara və mövhumata qarşıyam. P.S. Xüsusilə vurğulayıram DİN başqa şeydir, FƏRD başqa şey. FƏRDƏ görə DİNƏ qiymət verməyin. Və o vaxt da tənqid edilənlər FƏRDLƏR olub (Söhbət haqlı tənqiddən gedir). P.S.S. Xahiş edirəm ki, mövzunu başqa məcraya aparmayaq. Mövzumuz DİNə aid deyil. Öncədən təşəkkürlər.
  2. Möhtərəm, Mövzuya diqqətlə nəzər yetirsəniz görəcəksiniz ki, bu "yalnız" mənim fikrim deyil. Sübut kimi isə Azadlıq radiosunun saytını müntəzəm olaraq izləməyi göstərirəm. Onda bəlkə də Sizin üçün Azadlıq radiosunun apardığı siyasət aydın olar. Yaxşı-pis məsələsinə gəldikdə, bu bir az mücərrəd bir şeydir. Mənim üçün yaxşı sayılan Sizin üçün pis ola bilər və yaxud əksinə. Misal üçün Novruz bayramı ilə əlaqədar adət-ənənələr: qapı pusmaq, qapılara papaq atıb dilənmək şəxsən mənim üçün pis adət-ənənə sayılır. "Hörmət-rüşvət" isə bizim milli adət-ənənə deyil. Bu bizlərə çar Rusiyasından, SSRİ-dən əmanət olaraq qalıb. "Qərb həyat tərzi"ndən isə mənim yaxşı xəbərim var. Hər halda bizlər də bəzi "iqtisadi cəhətdən inkişaf etmiş" ölkələrdə olmuşuq. Qeyd edim ki, mənəviyyatsızlıqda Azərbaycan hələ ki, onların səviyyəsinə çatmayıb, amma ona doğru gedir. Sizin yazınızda xüsusilə bu ifadəni идолопоклонства qeyd etmək istərdim. Maraqlıdır bəyəm Qərbdə şəxsiyyətə pərəstiş yoxdur? Məgər Vaşinqton, Bismark, Çörçil və s. (bunlar hələ ki, sadəcə siyasətçilərin adıdır) Qərbin pərəstiş etdiyi şəxsiyyətlər deyil? P.S. Mən əlhamdulillah müsəlman olduğum üçün və mənim dinimin prinsiplərinə birbaşa zidd olduğu üçün ümumiyyətlə Novruz bayramını qeyd etmirəm. Bu tamam başqa mövzudur.
  3. Möhtərəm, Mən nə hakimiyyətin tərəfini saxlayıram, nə də müxalifətin. Sadəcə məsələ burasındadır ki, bunların hər ikisi nə qədər maskalansalar da hamı bilir nə nədir. Amma "xarici qüvvələrin" bu vəziyyətdən istifadə etməsinə qarşıyam. Deyirsiz ki, hanı bizim alternativ təbliğatımız? Radio səviyyəsində yoxdur, amma kitab, TV verilişləri, internet resursları səviyyəsində mövcuddur. Mən İslam təbliğatından danışıram. Əslində əminəm ki, bu təbliğat ən yüksək səviyyədə belə aparılardı. Amma hakimiyyət buna imkan vermir. Yeni fikirli ədəbiyyatımıza gəldikdə isə, xahiş edirəm bir Azadlıq radiosunun OXU ZALI bölməsini açın və baxın. Görün onların yetişdirdiyi manqurtların hakimiyyətin yetişdirdiyi manqurtlardan nə fərqi var? Biri ağzının suyu axa-axa Amerika, Avropa deyir, o birisi də Baba-oğul deyir. Məncə bunların heç bir fərqi yoxdur. Bunların hər ikisi şəxsiyyətə, daha doğrusu insana pərəstişdir. Sadəcə Avropa və Amerikada belə şəxsiyyətlərin və insanların sayı iki nəfər yox, onlarla, yüzlərlədir. Sizinlə razıyam ki, təqsir bizim cəmiyyətdədir. Mən həmişə hakimiyyəti kimsə tənqid edəndə demişəm ki, bir az obyektiv olsun. Çünki hakimiyyətdəkilər bizə göydən səbətlə düşməyiblər, onlardan cəmiyyətin bir nümayəndəsidir. Sadəcə bu vəziyyətdən sui-istifadə edib öz məkrli planlarını həyata keçirmək istəyən xarici qüvvələr bizim ən zəif nöqtəmizə bir-birinin ardınca zərbələr endirirlər. Bu zərbələr isə sonda anarxiyaya, başsızlığa, parçalanmaya gətirib çıxara bilər. Vaxtilə bolşevizmin təbliğatı aparılırdı və nəticədə nə oldu. Bolşevik ordusu Azərbaycana daxil olaraq azərbaycanlı bolşevik xainlərin hesabına Azərbaycanı işğal etdi. Sonda qeyd etmək istəyirəm ki, onsuz da biz iki cəbhəyə qarşı mübarizə aparırıq (hakimiyyət və "müxalifət"), üçüncü cəbhəyə nə ehtiyac var?
  4. Həmişəki kimi İslam dinindən danışan kimi konkret fərdləri və ölkələri nümunə gətirirlər. Nə isə artıq öyrəşmişik. Möhtərəm, 1. İslam dini konkret şəxs, və ya İran, Səudiyyə Ərəbistanı və s. deyil. İslam Allahın dinidir. İslam dini Qurani Kərim və sunnədir. (qısa şəkildə bu qədər) 2. Söhbət İslamdan getmir. Söhbət Azərbaycan xalqına edilən hörmətsizlikdən və "obyektiv xəbər" çətiri altında gizlənərək Amerika təbliğatını aparmaqdan gedir. 3. O ki, qaldı kütlənin savadsızlığına vallah bunun İslam dininə heç bir aidiyyatı yoxdur. Bu hamısı Qərbin qeyd etdiyiniz "İslam ölkələrində" apardığı təbliğatın məhsullarıdır. Əgər istəsəniz, İslam dinində elmə münasibət haqqında Sizə bir kitab verə bilərəm. Bir də İslam dininin elmə münasibətini bilmək üçün, İslam dinindən sonra ərəblərin elmdə roluna baxmaq kifayət edər. Sadəcə qeyd etdiyim kimi Qərbin təbliğatı, dünya malına hərislik və s. insanları savadsızlaşdıraraq sonda İslam dinindən bixəbər hala saldı. P.S. İndiki halda nəzərə alsaq ki, bizim "kütlə" (xalq) oxumağı, öyrənməyi, savad almağı yadırğayib, onda xarici təsirdən qorxmaq lazımdır.
  5. Yəqin ki, belə demək istəmişdiniz. O zaman belə çıxır ki, həmin radio adına layiq fəaliyyət göstərmir. Çünki sizin yuxarıda qeyd etdiyiniz ifadə despotizmə aiddir. Mənim yanaşmamda isə azadlıq başqa şeydir, ən azından çoxluğun tələbatına və istəyinə tabe olmaqdır.
  6. İnsan iki şeyin qiymətini bilməz: 1. Vaxtının 2. Sağlığının.
  7. Əssalamun aleykum. Bu mövzunu qaldırmaqda məqsədim cəmiyyətin diqqətini bu məsələyə çəkməkdir. Fikrimcə bu elə də kiçik bir məsələ deyil. Uzun müddətdir ki, mən Azadlıq radiosunu müntəzəm izləyirəm. Artıq çoxdan müşahidə edirəm ki, bu radio Azərbaycanın milli adət-ənənələrini pisləyir, hər fürsətdə İslamı pis göstərməyə çalışır, xalqın beynini yuyaraq Amerikanı dünyanın xilaskarı kimi göstərməyə çalışır. Sizlərdən xahiş edirəm ki, bu məsələyə biganə qalmayasınız. Öncədən bu məsələ ilə əlaqədar fikirlərini bildirənlərə öz təşəkkürümü bildirirəm. Əssalamun aleykum.
  8. + ОБЪЯСНЕНИЕ ОСНОВ ВЕРЫ Автор : Мухаммад Салих аль-Усаймин Cсылка: http://www.islamhouse.com/p/270614 Основы вероубеждения для начинающих Автор : Абдуль Азиз бин Мухаммад Аль Абдиллатыф Cсылка: http://www.islamhouse.com/p/206751 Книга единобожия Автор : Салих бин Фаузан аль-Фаузан Cсылка: http://www.islamhouse.com/p/1763 Сокращённый сборник аль-Бухари Автор : Мухаммад ибн Исмаил аль-Бухари - Ахмад бин Ахмад бин Абдуллатыф аз-Зубейди Cсылка: http://www.islamhouse.com/p/65194 ИншаАллах, все эти книги будут полезными для вас.
  9. Əssalamun aleykum. Ey səhabələrə qara yaxanlar sizlərə müraciət edirəm. Allah (c.c) Peyğəmbərimizə (s.ə.v) bütün münafiqlər haqqında məlumat vermişdi və O (s.ə.v) onların hamısını tanıyırdı. İndi Sizin dediyinizdən belə çıxır ki, Rasulullah (s.ə.v) öz qızlarını münafiqə nikahlamış, həmçinin münafiqlərdən qızlarını özünə zövcə götürmüşdür, özü də bilə-bilə. Hətta Usmana-Zinnureyn (r.a) iki qızını nikahlamışdı. Özünüz bir fikirləşin bu nə qədər məntiqə uyğundur? Hüseynin (r.a) başına gələcək musibət, qiyamətin əlamətləri və bir sıra qeybi məsələlər haqqında məlumatlandırılan Peyğəmbərimiz (s.ə.v) münafiqlərimi tanımırdı? Bəsdir artıq böhtan atdınız. Biraz da danışmamışdan əvvəl nə deyəcəyinizi yaxşı-yaxşı çeynəyin, min ölçüb bir biçin. Qəbul etmirsiniz onların xəlifəliyini özünüz bilərsiniz, amma elə bil onların dövründə yaşayıb hər şeydən agah olmuş kimi danışmayın. İftira, böhtan atmağa elə can atırsınız ki, elə bil ona görə bütün dünyanı Sizə verəcəklər. Kiməsə haqsızlıq etməkdən Allaha (c.c) sığınıram. Haqqınızı halal edin.
  10. Abdussamed

    azmish firqe

    Allah hidayət versin. Yenə aləmi qatıb qarışdırdınız. Sunnədən danışırsınız, deyirəm dəlil gətirin, gedib tamam başqa şey dəlil gətirirsiniz, sonra isə durub başqa şey ilə müqayisə .rırsınız. Nə isə özünüz bilərsiniz. Təki söz altında qalmayın. Amma sunnədə ölüdən bir şey istəmək yoxdur. 2-ci məsələ isə yenə tamam başqa şey danışırsınız. Ola bilsin mən Sizə yaxşı izah etmədim və yaxud Siz söz altında qalmamaq üçün cavabdan belə yayınırsınız. Sadəcə mənim demək istədiyim Allahdan həkimin vasitəsilə xəstəyə şəfa verməsini istəmək idi. Kor adamın halında isə peyğəmbərimizin (s.ə.s) vasitəsilə. P.S. Sizə çox dərin minnətdarlığımı bildirmək istəyirəm. Çünki Sizin vasitənizlə Allah mənim analitik düşünmə qabiliyyətimi inkişaf etdirdi və məsələlərə yanaşma tərzimi bir xeyli şaxələnədirərək genişləndirdi. Əlhamdulillah. Artıq mənim bu forumda bir işim qalmadı. Əssalamun aleykum və rahmətullahi və bərakətuh.
  11. Əssalamun aleykum. 1. Orada deyilmədi ki, o teraktı edən müsəlman deyil. Sadəcə qeyd edildi ki, İslamda belə bir şey yoxdur. 2. Orada söhbət əsasən kimin hücum edib etməməyində yox, cihadın hansı hallarda elan olunacağı qeyd olunur. 3. İşbirliyi məsələsinin təfsilatlarını bilmirəm. Yəni Səudiyyənin ABŞ hansı işbirliyinin olduğunu bilmirəm. Amma Sizə belə bir nümunə verim. Azərbaycan bir İslam dövləti olsaydı, ABŞ-dan silah alıb (bu da işbirliyidir) Ermənistanla vuruşması caiz olmazdımı? 4. ABŞ-da da, Rusiyada da müsəlmanlar var. Nə bilirsiniz ki, o dinc əhalinin içində müsəlman olmayıb? Xüsusilə vurğulamaq istəyirəm ki, Səudiyyənin ABŞ-la hansı səviyyədə işbirliyi etdiyini bilmirəm. Sadəcə məsələnin başqa cür ola biləcəyini də nəzərinizə çatdırmaq istədim. Hər şey ola bilər, doğrusunu Allah bilir. Bizlərə isə bilmədiyimiz bir şey haqqında hüsnü-zənndə olmaq düşər. Əssalamun aleykum.
  12. Abdussamed

    azmish firqe

    Baxın Sizə bir daha məsləhət verirəm, cavab vermək naminə və söz altında qalmamaq naminə cavab verməyin. 1. Siz ÖLÜdən istəmək haqqında demişdiniz, DİRİdən yox. 2. Sizin verdiyiniz hədislərdə qeyri-adi bir şey yoxdur. Necə ki, biz sağalmaq üçün, şəfa tapmaq üçün həkimin yanına gedir və Allaha təvəkkül ediriksə, bu da eynilə bunun kimi bir şeydir. Deməyin ki, peyğəmbərimiz (s.ə.s) həkim deyildi, hərhalda Allahın peyğəmbərlər vasitəsilə insanlara möcüzələr göstərdiyini inkar etməzsiniz. Doğrusunu Allah bilir.
  13. Əssalamun aleykum. Konkret hansı məsələdən danışırsınız?
  14. Abdussamed

    azmish firqe

    1. Sunnə - peyğəmbərimizin (s.ə.s) davranışları, sözləri və sairdir. Amma Sizin gətirdiyiniz rəvayətin sunnə ilə əlaqəsi yoxdur. 2. http://www.darulkitap.com/oku/tarih/islamt...m#_Toc113033506 - Əl Bidayə vən Nihayədə Əl Beyhaqidən gətirilən rəvayət. İndi göstərin mənə harada İbn Kəsir buna səhih deyib? 3. Hansısa bir rəvayətə əsaslanıb peyğəmbərimizin (s.ə.s) etmədiyini etmək nə qədər düzgündür? Üstəlik dua bir ibadətdir, ibadətdə isə biz yalnız və yalnız peyğəmbərimizi (s.ə.s) təqlid etməliyik. P.S. Cavab vermək xatirinə cavab verməyin. Doğrusu, əsl din ancaq Allaha məxsusdur. Allahı qoyub başqalarını özlərinə dost tutanlar: "Biz, onlara ancaq bizi Allaha daha çox yaxınlaşdırsınlar deyə ibadət edirik"– deyirlər. Əlbəttə ki, Allah ziddiyyətə düşdükləri şeylər barəsində onların arasında Öz hökmünü verəcəkdir. Şübhəsiz ki, Allah yalançı və kafirləri doğru yola yönəltməz. (əz Zumər, 3) Səndən əvvəl elə bir elçi göndərməmişik ki, ona: "Məndən başqa heç bir məbud yoxdur, Mənə ibadət edin!"– deyə vəhy etməyək. (Ənbiya, 25) De: "Şəfaət bütünlüklə Allaha məxsusdur. Göylərin və yerin hökmranlığı da Ona məxsusdur. Sonra siz Ona qaytarılacaqsınız". (Zumər, 44)
  15. Abdussamed

    azmish firqe

    Allah hidayət versin. Nə vaxt olub elə şey?
  16. Tələb olmasa təklif olmaz, səbəb olmasa nəticə!
  17. Abdussamed

    Мы - люди!

    Mən heç bir şey təklif etmirəm. Siz özünüz bilərsiniz. Sadəcə başa salmaq istəyirəm ki, Siz məsələyə birtərəfli yanaşırsınız. Biraz da belə şeylərə başqa rakursdan baxmaq lazımdır. Əgər mənim nöqteyi-nəzərimi bilmək istəyirsinizsə, heyvanları bu cür qorumaq sadəcə və sadəcə özünü məhv etməkdir. Bir var ümumiyyətlə imtina edəsən, bir də var ki, israf etməyəsən və qənaətlə istifadə edəsən. Bunlar tamam başqa-başqa şeylərdir. Məsəl üçün, əgər yadınızdadırsa, Buş ABŞ-ın prezidenti olduqda bir dəfə konqresə büdcə layihəsini elektron variantda təqdim edərək kağıza qənaet etmiş və ağacların qırılmasının müəyyən qədər qarşısını almışdır. Qısası, demək istəyirəm ki, bir var yaşamaq üçün qidalanasan, bir də var ki, qidalanmaq üçün yaşayasan və israf edəsən.
  18. Abdussamed

    Мы - люди!

    Çalışın Azərbaycanın yarısını cəlb edin. Bəlkə onda ətin qiyməti aşağı düşər. Əgər heyvanları belə çox "sevirsinizsə" onda ümumiyyətlə heyvanlardan alınan hər bir məmulatdan (ət, xəz dəri, şuba, dəri ayaqqabı, dəri paltarlar, yumurta, kürü və s.) imtina edin. Xüsusilə yumurta və kürülərdən - onlardan gələcəkdə minlərlə, milyonlarla bala doğulur. Əlavə olaraq da yırtıcı ev heyvanlarına da (it, pişik və s.) başa salın ki, onlar da belə məhsullardan imtina etsin.
  19. Abdussamed

    Qəza namazı

    1. Onu Allah bilir. 2. Kimin münafiq olduğunu biz adi insanların bilməsi demək olar ki, qeyri-mümkündür. İbadətdə əsas niyyət və ihlasdır. Bunu Siz özünüz də dəfələrlə demisiniz. Kimin dəstəmazı səhv almağı və ya namazı səhv qılmağı məsələsi ümumiyyətlə tamam ayrı mövzudur. Bəlkə həmin insan cahildir? Bir də mən şiə və ya əhli sunnə söhbəti etmək istəmirəm. Sizdən də artıq dərəcədə xahiş edirəm ki, mənə belə nümunələr gətirməyəsiniz.
  20. Abdussamed

    Qəza namazı

    Haradan bilirsiniz? Nə isə onsuz da bir cavab tapıb deyəcəksiniz. Amma bilin ki, qəlbdəkiləri yalnız Allah bilir.
  21. Abdussamed

    И мы Люди?

    1. Yemək üçün öldürmək başqa şeydir, elə belə zövq üçün öldürmək başqa şeydir. 2. Burada özlərini heyvanların qoruyucusu kimi göstərənlər özlərini laö gülməli vəziyyətə qoyurlar. Onda ət yeməyin. Və ya bitkiləri də yeməyin, onlar da canlıdır. Ümumiyyətlə ac qalın oturun qıraqda. 3. Nə bilirsiniz ki, o balıqları (delfinləri) başqa cür tutmaq və təmizləmək olar? Nə isə bilmədiyiniz, başınız çıxmadığınız hər yerə burnunuzu soxursunuz, özü də hər şeyi pis tərəfdən yozursunuz. Biraz da obyektiv olmağa çalışın. Gedin, öyrənin, dəqiqləşdirin nədir, nə deyil, sonra danışın.
  22. Abdussamed

    Bu da Xomeyni

    1. Ümumi danışmayın. Hamı eyni deyil. 2. Təhqir etməyin. 3. Əgər həqiqətən də İslama və müsəlmanlara forum vasitəsilə kömək etmək istəyirsinizsə, (fitnə ilə dolu) belə mövzuları pozun. Kim isə nə isə öyrənmək istəyirsə, buyursun öyrənsin. Amma bu cür fitnə və təhqir dolu mübahisələrin sonu yaxşı qurtarmır. Kimsə nə isə bilirsə, özü üçün bilir. Əlhamdulillah artıq internet kimi faydalı bir informasiya vasitəsi mövcuddur. Bu internet də ədəbiyyatlarla dolub daşır. Həqiqətən haqqı tapmaq istəyənə Allah (c.c) haqqı nəsib edir. O (c.c) heç kəsə zülm etmir.
  23. Abdussamed

    Bu da Xomeyni

    Başa düşmədim bəyəm burada nə deyilib ki?
  24. Abdussamed

    Bu da Xomeyni

    Ey müsəlman qardaşlar, fitnə çıxartmayın. Digərlərinin eyiblərini hamının gözü qarşısında bir-birinizin üzünə vurmayın. Hamı səhv edə bilər, bizlər bu hərəkətimizlə qəlblərdə kin, nifrət, qisas və qəzəb kimi hissləri oyadıb gücləndiririk. Şeytan isə bundan istifadə edərək həmin insanları biraz da haqq yoldan uzaqlaşdırır. Peyğəmbərimiz (s.ə.s) insanları haqq yola beləmi dəvət edib?
×
×
  • Создать...