Перейти к содержимому
Скоро Конкурс!!! Торопитесь!!! ×

Abdussamed

Members
  • Публикации

    163
  • Зарегистрирован

  • Посещение

Все публикации пользователя Abdussamed

  1. Və aleykumussalam. Mən tarixçi deyiləm, amma bilirəm ki, Azərbaycan tarixi ilə əlaqədar ən etibarlı mənbə ərəb tarixçilərinin əsərləridir. Çünki onların Azərbaycanda ciddi maraqları olmayıb. Ona görə də ən az saxtakarlığa onlar yol verib. İndidən Sizə məsləhət görərdim ki, ərəb mənbələrini araşdırasınız.
  2. Mən də əvvəllər Sizin kimi düşünürdüm, lakin İslam dini ilə yaxından tanış olduqca və onun mahiyyətini dərk etməyə çalışdıqca fikrim 180 dərəcə dəyişib. Məsləhət görərdim ki, Qurandakı hökmləri və Peyğəmbərimizin (s.ə.v) vaxtında formalaşan cəmiyyəti yaxından öyrənib təhlil edəsiniz. Onda mənim nə demək istədiyimi daha yaxşı başa düçəcəksiniz. Diqqətinizə və cavabınıza görə təşəkkür edirəm.
  3. Quranda belə bir şey yoxdur. Əksinə Peyğəmbərimiz (s.ə.v) bığlarını qırxıb, saqqalını uzadıb.
  4. Bizim cəmiyyəti islah edəcək yeganə ideologiya "İslam" ideologiyasıdır. Bu ideologiya: - Təmizliyi təbliğ edir (həm maddi, həm mənəvi - hər bir müsəlman gündə beş dəfə dəstəmaz alır, hələ mən mənəvi təmizlikdən danışmıram) - Öyrənməyi və öyrətməyi təbliğ edir (İslamın əsas prinsiplərindən biri də müsəlmanların elm dalınca qaçması və Allahın yaratdığı qanunların dərk edilməsinə çalışmasıdır) - Birliyi, vəhdəti təbliğ edir (Cümə namazının hikmətlərindən biri də müsəlmanları bir araya yığmaq və onları ən azı həftədə bir dəfə görüşdürməkdən ibarətdir) - Böyüyə və kiçiyə hörməti təbliğ edir (İnsanın valideynlərinə itaət etməsi Allahın əmrlərindən biridir, o cümlədən rəhbərinə. Təbii ki, bəzi hallar istisna olmaqla) - Kasıba əl tutmağı, qonşuya yaxın olmağı, qohumlarla əlaqələri kəsməməyi təbliğ edir (Zəkat və sədəqə - kasıblara əl tutmağın bir metodudur) - Zülmü, haqsız yerə öldürməyi (hətta ağacları belə qırmağı) yasaqlayır Bu siyahını uzatmaq da olar. Amma düşünürəm ki, Qurandan bir iki ayə ilə bu postu yekunlaşdırmaq olar: De: "Gəlin, Rəbbinizin sizə nələri haram etdiyini oxuyum". Ona heç nəyi şərik qoşmayın, valideynlərə yaxşılıq edin və yoxsulluq ucbatından uşaqlarınızı öldürməyin. Sizin də, onların da ruzisini Biz veririk. Murdar əməllərin aşkarına da, gizlisinə də yaxınlaşmayın. Allahın, öldürülməsini haram buyurduğu şəxsi haqsız yerə öldürməyin. Allah bunları sizə tövsiyə etmişdir ki, bəlkə anlayasınız. (Ənam, 151) Buna görə də İsrail oğullarına yazıb buyurduq ki, kim bir adamı öldürməyən və ya yer üzündə fəsad törətməyən bir şəxsi öldürərsə, sanki bütün insanları öldürmüşdür. Kim də onu ölümdən xilas edərsə, sanki bütün insanları xilas etmiş hesab olunar. Elçilərimiz onlara aydın dəlillər gətirdilər. Onların çoxu isə bundan sonra da yer üzündə həddi aşdılar. (Maidə, 32) Diqqətinizə görə təşəkkür edirəm.
  5. Bir məsəl var: "Göz qəlbin aynasıdır". Həmçinin də KİV cəmiyyətin aynasıdır. Budur bizim cəmiyyət. Hansı evə gedirsən - qadınlar seriallara baxır. Serial da serial olsa deyərsən nə isə. Yalnız və yalnız varlı ailələrdə baş verən münaqişələr xronologiyası. Bəs nəyə görə bizim cəmiyyət belə seriallara üstünlük verir? Çünki bizim cəmiyyət dedi-qodunu sevir. Olmayan şeyi elə şişirdib partladırlar ki, adam elə bilir ki, nə isə olub. Axşamlar bütün kanallarda yemək bişirirlər. Guya ki, maarifləndirici verilişlərdir. Başdan ayağa təhqir, nə bilim dedi-qodu və s. Bütün bunlar hamısı Qərbin siyasətinin bir hissəsidir. Bizə "Qərb mədəniyyəti" adı altında mənəviyyatsızlıqları sırıyırlar. Nə deyim İnşəAllah axırı yaxşı olar. İt pişiyi küncə sıxmasa pişik müqavimət göstərməz. Diqqətinizə görə çox sağ olun.
  6. Nə isə özünüz bilərsiniz, bizim işimiz yalnız təbliğ etməkdir, məcbur etmək deyil. Mən artıq eyni suallara dəfələrlə cavab verməkdən yoruldum. Mənim səbrim bura qədərdir. Hidayət Allahdandır, Allah istədiyini azdırar istədiyini doğru yola gətirər. Allah haqq yolu axtaranlara kömək olsun. O nə gözəl köməkçidir. Əssalamun aleykum və rahmətullahi və bərakətuh.
  7. Bir o hədislər verilən linklərdəki məlumatı axıra kimi oxuyun. Onda anlayacaqsınız ki, məsələ nə yerdədir. Sadəcə bəzi insanlar onlara sərf edən yerdəki məlumatı kəsib doğrayıb bura yapışdırırlar, guya ki, orada səhv var. Axı o hədislərdən sonrakı şərhi oxumaqdan sizi mən edən nədir? Yəqin ki, şeytanın vəsvəsəsi. Sizə cavab verdim ki, bəlkə Siz başa düşüb bir daha o sualları təkrarlamayasınız. Bir də aşağıdakı linkə baxarsınız. http://www.darulkitap.com/oku/hadis/hadis-...m#_Toc107031661
  8. Bu qeyri-dəqiqliyi də Rasulullah (s.ə.v) öz hədisləri ilə aradan götürüb: "Kim Allahdan başqası adına and içərsə, kafir olur və ya Allaha şirk qoşmuş olur." (Sünəni Tirmizi).
  9. 1. Mənim kimisə təhqir etdiyimi nə vaxt görmüsünüz ki? Bir də ki nəyə görə mən kimisə təhqir etməliydim? 2. Gətirdiyiniz nümunələrdə o yaratdıqlarına yalnız Allah (c.c) and içib, bunun məxluqlara nə dəxli? 3. Xeyr! Sənin Rəbbinə and olsun ki, onlar öz aralarında baş verən çəkişmələrdə səni hakim hesab etməyincə, sonra da verdiyin hökmlərə görə özlərində bir sıxıntı duymadan tam təslim olmayınca iman gətirmiş olmazlar. (Nisa, 65). 4. "Çörək" məsələsi: Burada şübhə və zənn var. Yəni kimsə zənn edə bilər ki, Siz çörəkdən də başqa bir şey almısınız. Amma dəqiq bilmir. 5. Təbii olaraq Siz mənə Qurandan mən istədiyim nümunəni gətirə bilmədiniz. Deməli ən azından Allahdan (c.c) başqasına and içməkdən çəkinmək lazımdır, nəinki Allahdan (c.c) başqasına and içməyin caiz olmasını "zənn" və "şübhə etməklə". Doğrusunu Allah (c.c) bilir.
  10. Səndən: "O əzab doğrudurmu?"– deyə xəbər alırlar. De: "Bəli, and olsun Rəbbimə! Həqiqətən də, o, doğrudur və siz də ondan yaxa qurtara bilməyəcəksiniz". (Yunus, 53) Kafirlər: "O Saat bizə gəlməyəcəkdir!"– dedilər. De: "Xeyr, qeybi bilən Rəbbimə and olsun ki, o, mütləq sizi haqlayacaqdır. Göylərdə və yerdə zərrə qədər olan bir şey də Ondan gizli qalmaz. Bundan daha kiçik və daha böyük elə bir şey yoxdur ki, açıq-aydın Yazıda (Lövhi-məhfuzda) olmasın". (Səba, 3) Onlar dedilər: "Allaha and olsun! Siz bilirsiniz ki, biz bu yerlərə fitnə-fəsad törətmək üçün gəlməmişik və biz oğru da deyilik». (Yusuf, 73) Onlar dedi: "Allaha and olsun ki, Yusufu sən tez-tez yada salmaqla axırda ya əldən düşəcək, ya da öləcəksən". (Yusuf, 85) Onlar dedilər: "Allaha and olsun ki, Allah səni bizdən üstün tutmuşdur. Biz isə günahkar olmuşuq". (Yusuf, 91) Onlar dedilər: "Allaha and olsun ki, sən hələ də öz köhnə yanlışlığından əl çəkməmisən". (Yusuf, 95) "Allaha and olsun ki, biz açıq-aydın azğınlıq içində idik –o vaxt ki, biz sizi aləmlərin Rəbbinə tay tuturduq. (Şuəra, 97-98) O özü baxıb yoldaşını Cəhənnəmin ortasında görəcək və deyəcəkdir: "Allaha and olsun ki, sən məni də məhv edəcəkdin. (Saffat, 55-56) Sonra onların: "Allaha – Rəbbimizə and olsun ki, biz müşrik olmamışdıq!"– demələrindən başqa bir bəhanələri qalmayacaq. (Ənam, 23) Bu da Qurandan ayələr hansı ki, Allah (c.c) yalnız Ona (c.c) and içilməsini buyurur və ya yalnız Ona (c.c) and içildiyi göstərilir. İndi mənə bir dənə də olsun ayə göstərin harada ki, Allah (c.c) onda başqasına and içilməsini buyurub???
  11. Dəqiq ssılka və ya postun nömləsini verin. Mən hər yazılanı oxumuram, buna nə vaxtım var, nə də həvəsim. Sizin işiniz şikayət etməkdir, mənim isə o şikayətə baxmaq. Siz o postu pozmusunuz mən ona necə "ssılka" verim? "Ssılka" kimi bu kifayət etmir?
  12. bir kəlmə ilə cavab ver. Rəsulullah (s.ə.ə) və ibni Abbas (r.a) şirk edib? bir kəlmə ilə cavab ver. hə yox? Nə qədər çalışsanız da bilin ki, müsəlman heç vaxt bir başqasına müşrik və ya kafir demək üçün əlləşməz, hətta yaxından tanıdığı birisini belə. Nəzərə alsaq ki, mövzu görmədyimiz və səbəblərini dəqiq bilmədiyimiz bir hadisə haqqında gedir, onda ümumiyyətlə buna heç ümid etməyin. Bu mövzu haqqında açıq-aydın hədislər var. Ola bilər ki, haradasa ravi səhv edib, və yaxud tərcümədə məna təhrifinə yol verilib. Üstəlik söhbət hədisdən gedir, hədislər isə şifahi şəkildə (yəni ilk dövrlər bir yerə yazılmayıb, hətta Rasulullah (s.ə.v) hədisləri yazmağı bir ara qadağan etmişdi), yəni rəvayət yolu ilə gəlib. Amma bu o demək deyil ki, Allahdan qeyrisinə and içmək caizdir.
  13. Bəlkə Siz mənim yazımdan sonrakı yazıya baxasınız??? Yoxsa Siz elə şeyləri təhqir saymırsınız?
  14. Mənim pozduğunuz postdan sonrakı pozduğunuz postda idi.
  15. Birincisi orada offtop yox idi. Mövzunun adı "Allahdan başqasının adına and içmək olarmı" olduğu üçün ora bu mövzu ilə əlaqədar hədisləri yerləşdirmişdir. İkincisi kopi-peystə gəldikdə isə mən alim deyiləm ki, öz sözlərimlə bilmədiyim şeylərə şərh və ya cavab verim. Üçüncüsü elə həmin mövzuda mənə qarşı təhqiramiz ifadələr var. Yaxşı olardı ki, əsas belə şeylərə fikir verəsiniz. Yoxsa sizin üçün belə şeylər adi hal alıb və mübahisələrin bu şəkildə .rılmasına bir qanunauyğunluq kimi baxırsınız?
  16. Bir daha əmin oldum ki, Sizdə sadə bir bəhs ədəbi belə yoxdur. Əziyyət çəkib opponentlərinizin sizə yazdıqları cavabları diqqətlə və dərk edərək oxusanız cavabı t.caqsınız. Artıq bundan sonra sizin heç bir sualınıza cavab yazmayacağam, çünki sizin əsas məqsədiniz verdiyiniz suallara cavab axtarmaq yox, fitnə-fəsad törətməkdir. Sizdən də xahiş edirəm ki, yazılanları diqqətlə oxuyasınız. Orada Peyğəmbərimizin (s.ə.v) səhabələri yalnız Allaha andi içmələrinə dəvət etdiyi yazılan hədislər də var.
  17. Заявление Умарова: монтаж или попытка подыграть Кремлю? Бикфордов шнур «братской интеграции» ("Наша Нiва", Белоруссия) Правда всплывает наружу
  18. Avustralya’nın Sidney Üniversitesi tarafından yapılan bir araştırma, tüm dünyada sigara filtrelerinde domuz kanında bulunan bir maddenin kullanıldığını ortaya çıkardı. Daily Mail’in haberine göre, Sidney Üniversitesi öğretim üyelerinden Prof. Simon Chapman, sigara filtrelerinde domuz kanından alınan hemoglobin maddesinin kullanıldığını bildirdi. Prof. Chapman, domuz ürünleri konusunda hassas olan Müslüman ve Musevilerin bu konudan haberdar edilmesi gerektiğini bildirdi. Prof. Chapman’a göre, sigara firmaları “ticari sır” kapsamına girdiğini gerekçe göstererek, sigaralarda kullandıkları katkı maddelerini açıklamıyorlar. Domuzu “haram” olara gören inanç mensuplarının bu haberden memnun olmayacaklarını belirten Avustralyalı profesör, tütün endüstrisine kullandıkları maddeleri açıklama zorunluluğu getirilmesi gerektiğini kaydetti. Sidney Üniversitesi’nde gerçekleştirilen araştırmada, sigara filtrelerinde bir çeşit kan proteini olan hemoglobin saptandı. Hemoglobinin, filtrelerden geçen dumandaki zehirli maddelerin daha etkin bir şekilde süzülmesi için kullanıldığı açıklandı. Prof. Chapman’a göre, bazı sigara üreticileri kullandıkları katkı maddelerinin büyük bölümünü açıklamakla birlikte, birçok maddeyi de “diğer katkı maddeleri” adı altında gruplayarak gizlediğini öne sürdü. Chapman bugüne kadar sadece Yunanistan’da bir sigara firmasının filtrelerde domuz kanından elde edilen hemoglobin kullanıldığını resmen açıkladığını belirterek, “Domuzu haram sayan bir inanca mensupsanız, sigarada kullanılan maddeleri bilme hakkınız var” dedi. http://www.milliyet.com.tr/muslumanlara-si...736/default.htm
  19. Ассаламун алейкум. Такое ощущение что тут многие "знают" все про Ислам и Коран. И каждый по своему толкует Коран. У каждого человека есть свой индивидуальный подход к вещам. Но это не дает нам право по своему толковать Коран. Эта женщина на ютуб вообще ничего не знает о жизни пророка (с.а.в). Все что она сказала про него и про Ислам неправда. Это просто выдумка. Я прочитал рассказы про убийство Асмаа. Типа она начала критиковать то что мусульманы убили еврейского поэта Каб б. Ашраф. И за это ее убили в 19-м месяце хиджрата. А ведь Каб б. Ашрафа убили в 3-м году хиджрата, то есть после даты в которой типа была убита Асмаа. Это уже показывает недостоверность рассказа. И поэтому я попрошу у всех не использовать эти вымышленные рассказы про пророка (с.а.в). Ассаламун алейкум.
  20. Əssalamun aleykum. Buxarinin qeyd etdiyi hansı hədisdir ki, Peyğəmbərimizlə (s.ə.v) bir başqasının hicrət etdiyi deyilib? Çünki mən axtardım və Buxarinin qeyd etdiyi hədislər arasında Əbu Bəkr (r.a) Peyğəmbərimizlə (s.ə.v) hicrət etdiyi vaxt başlarına gələn hədislərdir. Əgər zəhmət deyilsə, o hədisin babını və nömrəsini yazardınız. İkincisi səhv etmirəmsə, Peyğəmbərimiz (s.ə.v) Mədinəyə kəsmə yollarla deyil, uzun və təhlükəsiz yollarla (sahil boyu) hicrət edib. Əssalamun aleykum.
  21. Ассаламун алейкум. Тема хорошая. Побольше таких примеров чтоб те кто не знают что такое "помогать", пусть узнают. Кстати хочу отметить что чувство которое ощущаешь после того как кому то помог просто невозможно описать словами. Оно очень приятное и его ничем невозможно заменить. Ассаламун алейкум.
  22. Əssalamun aleykum. Bununla da Siz qeyri-obyektiv olduğunuzu göstərdiniz. Yaxşı ki, Allah mənə Siz o postları silmədən öncə oxumağı nəsib etdi. Allah həqiqətən haqq yolu axtaranlara köməkçidir. Allah heç kəsə zülm etmir, biz özümüz özümüzə zülm edirik. Əssalamun aleykum.
×
×
  • Создать...