Перейти к содержимому
Скоро Конкурс!!! Торопитесь!!! ×

Abdussamed

Members
  • Публикации

    163
  • Зарегистрирован

  • Посещение

Все публикации пользователя Abdussamed

  1. Abdussamed

    Bu da Xomeyni

    Birincisi Sizə yuxarıda sunnə alimlərin fətvası haqqında link verilib, amma yenə də eyni şeyləri təkrar təkrar yazırsınız. İkincisi keçək Sizin taktikaya, yəni "mövzudan kənar" yazmayaq. Mövzunun isə sunnə alimlərinə dəxli yoxdur.
  2. Biz bu Quranda insanlar üçün hər cür məsəli ətraflı izah etdik. İnsan isə ən çox mübahisə edəndir. (Kəhf, 54) Biz elçiləri yalnız müjdə verənlər və xəbərdarlıq edənlər kimi göndəririk. Kafirlər isə batil dəlilləri ilə haqqı aradan qaldırmaq üçün mübahisə edirlər. Onlar Mənim ayələrimə və xəbərdar olunduqları şeylərə istehza edirlər. (Kəhf, 56)
  3. Onlar dedilər: "Bizə yerdən bir bulaq çıxarmayınca sənə iman gətirməyəcəyik; və ya ortasından şırıl-şırıl çaylar axıdacağın xurma və üzüm bağın olmayınca; yaxud, iddia etdiyin kimi, göyü parça-parça üstümüzə yağdırmayınca; və ya Allahı və mələkləri qarşımıza gətirməyincə; yaxud qızıldan bir evin olmayınca; və ya göyə qalxmayınca biz sənə inanmayacağıq. Əgər bizə oxuyacağımız bir kitab endirməsən, göyə qalxmağına da inanmayacağıq". De: "Rəbbim pak və müqəddəsdir! Mən isə yalnız elçi göndərilmiş bir insanam". İnsanlara doğru yol göstəricisi gəldiyi zaman onların iman gətirməsinə ancaq: "Allah bir insanımı elçi göndərdi?"– demələri mane oldu. De: "Əgər yer üzündə arxayın gəzib dolaşanlar mələklər olsaydı, əlbəttə, onlara göydən bir mələk elçi göndərərdik". De: "Mənimlə sizin aranızda Allahın şahid olması yetər. Həqiqətən, O, qullarından Xəbərdardır, nə etdiklərini Görəndir". (İsra, 89-96)
  4. Savadsız təxəllüsü ilə yazan şəxsə: Siz özünüz qəsdən belə edirsiniz, yoxsa ümumiyyətlə Quranda yazılanları anlaya bilmirsiniz?
  5. Ey Allahım fitnəkarları rüsvay et. Müsəlmanlar arasına fitnə salıb onları ayırmağa çalışanların arzusunu ürəyində qoy. Amin.
  6. Namazı Peyğəmbər (s.ə.s) kimi qılmaq lazımdır. Hər bir ibadətdə onu təqlid etmək lazımdır.
  7. Namazın rukn və vaciblərində heç bir ixtilaf yoxdur! Ümumiyyətlə artıq bəsdir fitnəkarlıq etdiniz.
  8. Bəhanə Deyəcəklər ki: "Elə özüm yazıram da, daha sənə niyə deyirəm ki?"
  9. Abdussamed

    Конец света

    http://sword.ucoz.ru/news/2006-11-22-32
  10. Başa düşmədim həmin o iddia etdiyiniz adamın adı bəyəm Adnan deyil? Soyadı da Oktar? Adnan atasının adı deyil ki? Deməli Sizin iddia etdiyiniz şəxsi artıq bu siyahıdan silmək olar. Təşəkkür edirəm ki, özünüz öz dilinizlə buna aydınlıq gətirdiniz. Elə bununla da bu mövzunu bağlayaq.
  11. Əhli sunnə vəl cəmaə Quranda Allahın özünə aid etdiyi sifətləri qəbul edir və bu sifətlərə nə keyfiyyət verir nə də qiyas edir.
  12. Sizin həyata olan yanaşmanız düzgün deyil. Uzun ömür sürməklə nə olacaq ki? Kim ki çox yaşamaq istəyir onlar 100-ə də, 200-ə də, lap elə 1000-ə də az deyəcəklər. Аллаху принадлежит то, что на небесах и на земле, и к Аллаху возвращаются дела. (Али Имран, 109) Ни имущество, ни дети ничем не помогут перед Аллахом тем, которые не уверовали. Они будут обитателями Огня и пребудут там вечно. То, что они расходуют в этой мирской жизни, подобно морозному (или завывающему; или огненному) ветру, который поразил ниву людей, поступивших несправедливо по отношению к себе, а затем погубил ее. Аллах не был несправедлив к ним — они сами поступали несправедливо по отношению к себе. (Али Имран, 116-117) Ни одна душа не умирает, кроме как с дозволения Аллаха, в предписанный срок. Тому, кто желает вознаграждения в этом мире, Мы дадим его, и тому, кто желает вознаграждения в Последней жизни, Мы дадим его. Мы вознаградим благодарных. (Али Имран, 145) Если вы умрете или будете убиты, то вы непременно будете собраны к Аллаху. (Али Имран, 158) Пусть неверующие не думают, что предоставленная Нами отсрочка является благом для них. Мы предоставляем им отсрочку для того, чтобы они приумножили свои грехи. Им уготованы унизительные мучения. (Али Имран, 178) Аллах не оставит верующих в том положении, в котором вы находитесь, пока не отличит скверного от благого. Аллах не откроет вам сокровенное знание, однако Аллах избирает среди Своих посланников того, кого пожелает. Уверуйте же в Аллаха и Его посланников, ведь если вы уверуете и будете богобоязненны, то получите великую награду. (Али Имран, 179) Пусть не думают те, которые скупятся расходовать то, что Аллах даровал им по Своей милости, что поступать так лучше для них. Напротив, это хуже для них. В День воскресения их шеи будут обмотаны тем, чем они скупились. Аллаху принадлежит наследие небес и земли, и Аллах ведает о том, что вы совершаете. (Али Имран, 180) Пусть не обольщает тебя свобода действий на земле тех, кто не уверовал. Это — всего лишь недолгое (или небольшое) удовольствие, а затем их пристанищем будет Геенна. Как же скверно это ложе! (Али Имран, 196-197)
  13. Boş-boş şeylərə necə də tez inanırlar. Прежде мы садились там на седалищах, чтобы подслушивать. Но тот, кто подслушает сейчас, обнаружит, что его подстерегает пылающий огонь. (Джинн, 9)
  14. Ümumiyyətlə təkcə pul deməyək. Çünki pul desək o dəqiqə deyəcəklər ki, pul sadəcə vasitədir. Ümumi şəkildə dünya malı desək daha yaxşı olar. Bu dünyada hər bir şey insan üçün yaradılıb. Hamısı Allahın bizə bəxş etdiyi nemətdir. Amma bəzi insanlar bir az dar düşünürlər və fikirləşirlər ki, o nemətləri yalnız və yalnız öz güclərinə qazanıblar. Bu nemətləri yoxdan var edən Allahı isə unudurlar. Allah bizdən bu nemətləri yaxşı işlərə sərf etməyi tövsiyə edir. Ən başda ailənə, yaxın qohumlarına, ehtiyacı olanlara və s. sərf etməyi tövsiyə edir. Lakin israf etməmək şərtilə, yəni qənaət etməklə. İndi baxaq bizim cəmiyyətə. Bir çoxları şöhrətpərəstdir. Lazım oldu olmadı özünü göstərmək üçün çox şeylər alırlar. Məsəl üçün son model telefon (soruşan lazımdır bəyəm o texnologiyaların hamısından istifadə edirsən və ya operatorunda elə xidmətlər var), bər-bəzəkli telefon vəya başqa şeylər, "marka" mallar - əsasən də paltarlar (iqtisadiyyatı bilən hər bir insan bilir ki, belə malların sadəcə adına görə belə qiyməti var əslində isə keyfiyyətinə görə qiymət verilmir), zinət əşyaları (boyunlarına elə bil zəncir bağlayırlar) və i.a. Siyahını uzatmaq olar. Sadəcə bilirəm ki, hamı hər şeyi görür və başa düşür. Diqqətinizə görə təşəkkür edirəm.
  15. Mən heç bir şey iddia etmirəm və iddia da etməmişəm. Mən ümumiyyətlə heç vaxt heç kəsi alçaltmağa çalışmamışam və elə mövzularda da "iddiaçı" rolunda çıxış etməmişəm. Təklif edirəm ki, burada da bu mövzunu yekunlaşdıraq.
  16. Moderatordan xahiş edirəm ki, bu mövzunu bağlasın. Əhli sunnə vəl cəmaə etiqad edir ki, Quran təhrif olunmayıb və olunmayacaq da. Şübhəsiz ki, Zikri Biz nazil etdik, əlbəttə, Biz də onu qoruyacağıq. (Hicr, 9) Ümumiyyətlə bütün müsəlmanlardan bir daha xahiş edirəm ki, qara piarla məşğul olmasınlar. Bu özünü müsəlman hesab edən hamıya aiddir. Nə isə mübahisəniz varsa, buyurun müraciət edin alimlərin əsərlərinə və yaxud imkan varsa, birbaşa özünə. İkinci variant kimi bir-birinizlə şəxsi müstəvidə, yəni yalnız ikinizin görə biləcəyi, eşidə biləcəyi bir müstəvidə (email, telefon, görüş və s.) mübahisə edin. Amma forumda axmaq, fitnəkar mövzular açaraq sadə insanların gözündə İslamı və müsəlmanları alçaltmayın. Bizi doğru yola yönəlt – nemət bəxş etdiyin şəxslərin yoluna, qəzəbə uğramışların və azmışların yoluna deyil! (Fatihə, 6-7) Amin.
  17. Bütün yazılanlar populist fikirlər və yazılardır. Əgər dediklərinizin doğru olduğuna bizləri inandırmaq istəyirsinizsə, sistemli bir şəkildə və dəlillərə söykənən faktları qoyun bura. Yoxsa mənbə göstərilmədən bir-iki cümləni hədis kimi göstərməklə populist yazılar yazmaq insanları azdırmağa yönələn şeylərdir. Hədis gətirisinizsə, konkret hədis alimləri var, hədisin kimin əsərində və hansı kitabda gəldiyini, səhih olub-olmadığını göstərin. Bir hadisə ilə bağlı çalışın bir yox, ən azı iki hədis gətirəsiniz. Ümumiyyətlə bu araşdırma işini görmək çox uzun zaman tələb edən bir şeydir. Ona görə də cavab vermək xatirinə cavab verməyə tələsməyin. Doğrusunu Allah (c.c) bilir.
  18. Əgər o ayələrin yazılmasındakı məqsədi başa düşmədinizsə, onda verilən digər cavabları ümumiyyətlə başa düşə bilməyəcəksiniz.
  19. أَعُوذُ باِلله ِمنَ الشَّيْطاَنِ الرَّجِيمِ بِسْمِ اللهِ الرَّحْمَنِ الرَّحِيمِ Kitabı sənə nazil edən Odur. O Kitabın bir qismi mənası aydın ayələrdir ki, bunlar da Kitabın anasıdır. Digərləri isə mənası aydın olmayan ayələrdir. Qəlblərində əyrilik olanlar fitnə-fəsad törətmək və istədikləri kimi yozmaq məqsədilə mənası aydın olmayanın ardınca düşərlər. Onun yozumunu isə Allahdan başqa heç kəs bilməz. Elmdə qüvvətli olanlar isə deyərlər: "Biz onlara iman gətirdik, hamısı bizim Rəbbimizdəndir". Bunu isə ancaq ağıl sahibləri dərk edərlər. (Ali İmran, 7) Siz bir başqalarına da rast gələcəksiniz ki, onlar həm sizdən, həm də öz camaatından arxayın olmaq istəyərlər. Onlar hər dəfə fitnəyə qaytarıldıqda gözüyumulu ona qoşularlar. Əgər onlar sizdən aralanıb geri çəkilməsələr, sizə sülh təklif etməsələr və sizdən əl çəkməsələr, onlara harada rast gəlsəniz, tutub öldürün. Biz onlara qarşı sizə açıq-aydın dəlil verdik. (Nisa, 91) Ey Elçi! Qəlbləri iman gətirmədiyi halda ağızları ilə: "İman gətirdik!"– deyən kimsələrdən küfrə can atanlar qoy səni kədərləndirməsin. Həm yəhudilərdən yalana həvəslə qulaq asanlar, həm də sənin yanına gəlməyən başqa bir camaata həvəslə qulaq asanlar vardır. Onlar haqqı dərk etdikdən sonra kəlmələrin yerlərini dəyişdirib deyirlər: "Əgər sizə bu dəyişdirilən hökm verilsə, onu götürün. Yox əgər o verilməsə, çəkinin!" Allah kimi fitnəyə salmaq istərsə, sən ondan ötrü heç bir şeylə Allaha mane ola bilməzsən. Onlar o kəslərdir ki, Allah onların qəlbini təmizləmək istəməmişdir. Onlar dünyada rüsvay, axirətdə isə böyük bir əzaba düçar olacaqlar. (Maidə, 41) Kafirlər də bir-birinə dostdurlar. Əgər siz bunu etməsəniz (bir-birinizə yardımçı olmasanız), yer üzündə fitnə və böyük bir fəsad baş verər. (Ənfal, 73) Əgər Mədinənin hər tərəfindən üstlərinə hücum edilsəydi, sonra da onlardan fitnə törətmək (imandan dönmək) tələb olunsaydı, onu mütləq edər və cüzi şey istisna olmaqla bunda ləngiməzdilər. (Əhzab, 14) Allahın Elçisi sizlərə – Allaha və Axirət gününə ümidini bağlayanlara və Allahı çox zikr edənlərə gözəl nümunədir. (Əhzab, 21) Həqiqətən də, sən böyük əxlaq sahibisən! (Qaləm, 4) Allah (c.c) haqq yolu axtaranlara kömək olsun. Amin.
  20. Milliyətçilik ideyasından uzaq olmalıyıq. Əgər ədalətli cəmiyyət qurmaq istəyiriksə, o zaman hamıya eyni münasibət bəslənməlidir. Milliyətçilik isə ayrıseçkilik və ən böyük ədalətsizlikdir. Bu ideologiyaya sahib dövlətlərin düşmənləri daha çox olur, nəinki dostları. Üstəlik daxili düşmənlər (ən böyük təhlükə elə daxili düşmənlərdir). Möminlər, həqiqətən də qardaşdırlar. Elə isə qardaşlarınızı barışdırın və Allahdan qorxun ki, sizə rəhm edilsin. Ey iman gətirənlər! Bir camaat digərini məsxərəyə qoymasın. Ola bilər ki, bunlar onlardan daha yaxşı olsunlar. Qadınlar da qadınları lağa qoymasınlar. Ola bilər ki, bunlar onlardan daha yaxşı olsunlar. Bir-birinizə tənə vurmayın və bir-birinizi pis ləqəblərlə çağırmayın. İman gətirdikdən sonra fəsadçı adlanmaq necə də pisdir. Məhz tövbə etməyənlər zalımlardır. Ey iman gətirənlər! Zənnə çox qapılmayın. Çünki zənn edilənlərin bir qismi günahdır. Bir-birinizi güdməyin, bir-birinizin qeybətini qırmayın. Sizdən biriniz ölmüş qardaşının ətini yemək istəyərmi? Siz ki, bundan iyrənirsiniz. Allahdan qorxun! Həqiqətən, Allah tövbələri qəbul edəndir, Rəhmlidir. Ey insanlar! Biz sizi kişi və qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Şübhəsiz ki, Allah yanında ən hörmətli olanınız Ondan ən çox qorxanınızdır. Həqiqətən, Allah Biləndir, Xəbərdardır. (Hucurat, 10-13)
  21. Salam. Adı çəkilən qurumlar tikinti layihələrə dair öz rəylərini tikintidən əvvəl təqdim edirlər...... Layihələr bütün aidiyatı qurumları ilə razılaşdırılır... Lakin, tikintidən sonra adı çəkilən qurumlarda "gözlənilməyən" problemlər çıxır......)) Yeni tikilmiş yolda (ona müsbət rəy bildirərək) bu qurumlar hansısa "yaddan çıxmış" trubaları, kanalizasiyanı, kabelləri və sair.. tapıllar və təmir edirlər...yeni yolu zədəyələrək.....axırda yamax qoyurlar... и всё...))) Belə xallarda obyektiv, adalətli tənqid vacibdır..... Və aleykumussalam. Siz yəqin başa düşdünüz ki, mən yalnızca nümunə vermişəm. Bir də ki, Siz özünüz də qeyd etmisiniz ki, o yağlı razılaşdırılmadır. Mən dediyim razılaşdırma belə yağlı deyil
  22. 1. Başa düşmədim bəyəm moderator da bizim kimi insan deyil? Yoxsa o səhv edə bilməz? 2. Bəli verir amma bir az haqsızlığa yol verməklə. Həmfikirlərinin bütün səhvlərini görmür, amma digərlərinin iynə boyda olan səhvlərini də görür. 3. Gəlin onda belə edək də. İki nəfər moderator olsun. Biri belə, o biri də elə. Onda tərəzinin hər iki gözü müəyyən mənada eyni qalar. Bir o birisini tam şəkildə əzməz.
  23. Abdussamed

    Шоу уродов

    Əssalamun aleykum. Çirkinlik dedikdə xahiş edirəm o dəqiqə zahiri çirkinliyi başa düşməyin. Bu daxili çirkinlik də ola bilər. Zahiri çirkinliyə (yəni Allahın bəxş etdiyinə) irad tutmaq olmaz. O zaman bu təhqir sayılar. Amma daxili çirkinliyə irad tutmaq olar. Amma bir şərtlə ki, ya bunu gizli və mədəni bir şəkildə şəxsən həmin adama bildirəsən, ya da ki, ümumi şəkildə belə xüsusiyyətləri şəxsi müstəviyə keçmədən tənqid edəsən.
  24. Əssalamun aleykum. Mövzu çox gözəl mövzudur. Mən də yuxarıda deyilənlərə bir-iki şey əlavə etmək istəyirəm. Tənqid haqlı da olsa o zaman əsaslı tənqid sayılır ki, problemin həlli üçün təklif də göstərilsin. Məsəl üçün: Bizdə çəkilən yolları tənqid edək. İlk öncə çəkirlər sonra isə sökürlər. Bu haqlı tənqiddir. Yəni həqiqətən bu hal pisdir. Amma bu tənqidin əsaslı olması üçün gərək çıxış yolunu da göstərək. Əks təqdirdə belə çıxır ki, çıxış yolu olmadığı üçün belə ediblər. Bu zaman tənqid öz dəyərini itirər. Amma aşağıdakı kimi təklif göstərilsə: Gərək birinci su, qaz, elektrik enerjisi, kanalizasiya idarələrindən müsbət rəy alınsın ki, həqiqətən həmin yerlərdə bu xətlər qaydasındadır, sonra isə o idarələrlə bir yerdə çəkilən yolun layihəsi hazırlansın. Təklifdən sonra artıq demək olar ki, tənqid əsaslıdır. Diqqətinizə görə təşəkkür edirəm.
×
×
  • Создать...