Перейти к содержимому

SUMGAYIT

Members
  • Публикации

    1803
  • Зарегистрирован

  • Посещение

Все публикации пользователя SUMGAYIT

  1. Torpağımız... Tariximiz... Taleyimiz... (Göyçə) I hissə
  2. Torpağımız... Tariximiz... Taleyimiz... (Şəmşəddil, Qaraqoyunlu)
  3. Torpağımız... Tariximiz... Taleyimiz... (Loru-Pəmbək) II hissə
  4. Torpağımız... Tariximiz... Taleyimiz... (Loru-Pəmbək) I hissə
  5. Torpağımız... Tariximiz... Taleyimiz... (Ağbaba-Şörəyel) II hissə
  6. Torpağımız... Tariximiz... Taleyimiz... (Ağbaba-Şörəyel) I hissə
  7. Torpağımız... Tariximiz... Taleyimiz... (Dərəçiçək-Qırxbulaq)
  8. Torpağımız... Tariximiz... Taleyimiz... (Vedibasar-Gərnibasar) I hissə
  9. Torpağımız... Tariximiz... Taleyimiz... (Vedibasar-Gərnibasar) II hissə
  10. Torpağımız... Tariximiz... Taleyimiz... (İrəvan şəhəri) I hissə
  11. Ağlamaqla dərdə çarə tapılmaz, Torpaq basılanda gözləmək olmaz, Qiyamətə şəhid qisası qalmaz, Çətin günlər gəldi-gedər, ötəndi. Murovun o üzü bizim Vətəndi. Şair İdris Verdiyev
  12. Qarabağ: Əcdadlarımızın mirası – sənədli film
  13. SUMGAYIT

    Arazın o tayında

    İlanın ağına da lənət, qarasına da. >>>>> İranın Gürcüstanda gizli fəaliyyəti üzə çıxdı
  14. SUMGAYIT

    Arazın o tayında

    21 Azər Hərəkatı dəqiq tarix. Mircəfər Bağırovun cənub planları və Pişəvəri
  15. SUMGAYIT

    Arazın o tayında

    Seyid Cəfər Pişəvəri və onun müəmmalı ölümü S.C.Pişəvəri (1892-1947) — Azərbaycan Demokrat Firqəsinin başçısı. Azərbaycan xalqının XX əsrdə yetirdiyi böyük inqilabçı, ictimai, dövlət xadimi, yüksək səviyyəli publisist və jurnalisti
  16. SUMGAYIT

    Arazın o tayında

    Seyid Cəfər Pişəvərinin BMT-yə müraciəti - 70 il gizlədilən məktub 1945-1946 ci ildə Güney Azərbaycanda qurulan Azərbaycan Milli hökumətinin başçısı Seyid Cəfər Pişəvəri qurduğu hökuməti dünyaya tanıtmaq üçün 28 yanvar 1946-cı ildə BMT Baş Assambleyasına müraciət etmişdir. Əkrəm Rəhimli (Bije) və Səməd Bayramzadənin “Güney və Qüzey Azərbaycan ensiklopedik təqvim” adlı kitabından əldə etdiyi həmin mürəciəti təqdim edirik: "Dünyanın ən qədim xalqlarından olan Azərbaycan xalqı özünün zəngin milli tarixinə malikdir. Əsrlərin keşməkeşində o, öz milli di­lini, adət və ənənələrini qoruyub saxlaya bilmişdir. İran zülmkarları Azərbaycanı öz hakimiyyətləri altına alaraq, onun sərvətini amansızcasına taladılar. Nəticədə Azərbaycanın çiçəklənən kənd və şəhərləri dağılmaq həddinə gəlib çatdı. Şovinist böyük dövlətçilik siyasəti yürüdən İran hökmdar­ları azərbaycanlıların mövcudluğunu tamamilə inkar etməyə cəhd göstərir, onların dilini əlindən almaqdan, hər cür təhqiredici əməllərdən çəkinmirdi. Buna baxmayaraq Azərbaycan xalqı bir gün də olsun, öz azad­lığı uğrunda mübarizəsini dayandırmadı. Azərbaycanlıların öz milli azadlıqları uğrunda mübarizəsinin ən parlaq nümunəsi Səttarxan, Bağırxan, Şeyx Məhəmməd Xiyabani və başqalarının hərəkatlarıdır. Bu cəsur insanlar mübarizənin başçıları, həm də şəhidləri idi. Qanlı faşizmin üzərində demokratik dövlətlərin qələbəsi Azərbaycan xalqının mübarizəsinə yeni təkan verdi, yeni şərait ya­ratdı. Tehran hökumətinin müqavimətinə baxmayaraq bu ilin 21 Azərində (12 dekabr) Azərbaycan xalqının əsrlərdən bəri apardığı azadlıq mübarizəsi qələbə ilə başa çatdı, Atlantik Xartiyasına uy­ğun olaraq Milli Məclisin, Azərbaycan Hökumətinin qurulması ilə nəticələndi. Azərbaycanda demokratik əsaslara dayanan bir hökumət qurulub və öz fəaliyyəti barədə bütün dünyaya məlumat yayıb. 5 milyonluq Azərbaycan xalqı milli dilinin, tarixinin, mədəniyyətinin köməyi ilə özünün müasir bir xalq olduğunu dərk etdi və bir də heç vaxt fars zülmünün altında inləməyə, fars dili­nin İrandakı başqa xalqların dilləri üzərində ağalıqlarına icazə verməyəcəkdir. Bu xalq bir nəfər kimi öz həyatını milli azadlığına və dövlətinə qurban verməyə hazırdır. Yeni, demokratik Azərbaycan Hökuməti qısa vaxt ərzində ic­timai, iqtisadi, mədəni sahələrdə ciddi dəyişmələr edə bilib, daxili təhlükəsizlik tam bərqərar olunub. Yeni Milli Hökumətin fəaliyyəti sayəsində əsrlərlə istismar olu­nan xalq adi insani şəraitdə yaşamağa başlayıb. Bununla da o, öz milli dövlətini qurmağa, onu idarə etməyə qadir olduğunu göstərir. Azərbaycan xalqının iradəsi ilə Atlantik Xartiyasına, yəni böyük demokratik dövlətlərin vədlərinə uyğun olaraq qurulan Azərbaycan Milli Hökuməti artıq danılmaz faktdır. BMT Baş Assambleyasına müraciəti ilə Azərbaycan xalqı xa­hiş edir ki, Azərbaycan Milli Hökumətinin mövcudluğu faktı tanın­sın və kənardan müdaxilə olmadan, ona öz taleyinin özü tərəfindən müəyyənləşdirilməsinə təminat verilsin.”
  17. SUMGAYIT

    Arazın o tayında

    Pişəvərini kim öldürdü? 75 ildir ölümünün sirri açılmayan, Cənubi Azərbaycanda Milli Hökumət quran, müəmmalı avtomobil qəzasında həlak olan Seyid Cəfər Pişəvəri... Onun ölümü qəza, yoxsa sui-qəsd idi? Milli hökumətin dağılmasında SSRİ, ABŞ və İngiltərə İrana necə kömək etdi? Pişəvərinin ölümündə erməni əli varmıydı?
  18. SUMGAYIT

    Arazın o tayında

    Elçibəy - Pişəvarı, Xiyabani, Səttarxan, Cənubi Azərbaycan haqqında danışır
  19. SUMGAYIT

    Arazın o tayında

    Səttarxan - "Sərdari milli"
  20. SUMGAYIT

    Arazın o tayında

    Səttarxan hərəkatı himni Səttarxan Eli
  21. SUMGAYIT

    Arazın o tayında

    Arazın o tayında (1947) Film 1945-1946-cı illərdə Güney Azərbaycanda baş verən hadisələri canlandırır. Film xalqın öz azadlıq və müstəqilliyi uğrunda apardığı mübarizəni, ölkədə gedən demokratik hərəkatı tərənnüm edir. Filmdə öz xalqına qəlbən bağlı olanlar - Şeyx Xiyabanı, Səttarxan, Bağır xan, Pişəvəri, Qulam Yəhya və başqaları haqqında söhbət açılır. Filmdə Güney Azərbaycanda müxtəlif illərdə çəkilmiş kinomateriallardan istifadə edilib. Filmin çəkilişləri İranda aparılıb.
  22. Paşinyan: “Sülh müqaviləsi olmadan delimitasiya prosesi baş tutmayacaq”
  23. Ermənistanın əsas ticarət tərəfdaşı Rusiyadır və 2022-ci ildə bu ölkə ilə dövriyyə kəskin artaraq, 3,2 milyardı keçib. İran da Ermənistan iqtisadiyyatını ayaqda tutmaq üçün bütün gücünü səfərbər edib, bu ilin ilk 8 ayında İranla Ermənistanın ticarət dövriyyəsi 43 faiz artıb; Tehran bu həcmi 3 milyarda çatdırmaqla bağlı hədəf müəyyən edib, Ermənistana qaz nəqlini iki dəfə artırmağa hazırlaşır. Ermənistan artıq müasir silahlar almaq üçün vəsait də tapa bilir və bu vəsaitin hamısının heç də dövlət büdcəsindən olmadığı bəllidir: Hindistandan əvvəlcə 244, daha sonra isə 260 milyon dollar həcmində silahların alınması bilinən rəqəmlərdir, İranın Ermənistana müasir PUA və raketlər verdiyi isə iddialardır və bu iddiaların gerçək olduğunu ehtimal etməyə ciddi əsaslarımız var. AB Ermənistana 2,6 milyard nəzərdə tuturdu, indi bu rəqəmin artırılacağı barədə ciddi müzakirələr gedir, AB-nin siyasi rəhbəri Fransanın İrəvana hərbi-siyasi-iqtisadi dəstəyinin hansı səviyyədə olduğunu isə hər kəs bilir. Paşinyana bir tərəfdən iqtisadiyyatı gücləndirmək, büdcəni artırmaq, xarici borcu əhəmiyyətli dərəcədə azaltmaq üçün ciddi yardımlar edilir, digər tərəfdən isə erməni ordusunun təşkilatlanması, müasir silahlarla təchiz edilməsi istiqamətində dəstək verilir. Paralel olaraq, Ermənistana Azərbaycanla sülh sazişini, sərhədin demarkasiya və delimitasiya prosesini süni olaraq ləngitmək, artıq tarixə gömülən Dağlıq Qarabağ probleminin “bitmədiyi” təsəvvürünü yaratmaq istiqamətində manevr etməsinə şərait yaradılır. İrəvanın arxasında duran güclər Cənubi Qafqazda yeni və olduqca təhlükəli bir oyun qurublar və hədəflərinə doğru sürətlə irəliləyirlər. Rusiyaya ən sərt sanksiyalar tətbiq edilir, rus şirkətlərin bu sanksiyalardan yayınmasına yardım edənlər də sanksiya altına düşür – yalnız Ermənistan bankları və şirkətlərindən, hüquqi və fiziki şəxslərindən savayı. Sanki qəsdən bu sanksiyalardan Ermənistanın onmilyardlar əldə etməsinə yaşıl işıq yandırılıb. Bu, hazırda Rusiyanın da maraqlarına daxildir – rus şirkətləri və vətəndaşları Ermənistan vasitəsilə əməliyyatlara meyil edir. Üstəlik, sanksiyalardan sonra Rusiyadan qaçan 50 minə yaxın İT mütəxəssisinin ən azı 10 mininin Ermənistanda məskunlaşdığı haqda informasiyalar da dövriyyədədir. Bu peşəkarların Ermənistanın texnoloji imkanlarını necə artıracağını təxmin etmək mümkündür. Korrupsiya və rüşvətə qarşı Ermənistanda AB-nin dəstəyi ilə əhəmiyyətli işlər görüldüyünü də vurğulamalıyıq. Bütün deyilənlərin sayəsində Ermənistan son iki ilə yaxın müddətdə iqtisadi imkanlarını əhəmiyyətli dərəcədə artırıb. Əhali və ərazi sayını nəzərə alsaq, hazırda Ermənistan büdcəsinin Azərbaycan büdcəsi ilə rəqabət apardığı açıq-aşkardır. Onu da nəzərə alaq ki, Azərbaycanın iqtisadi resurslarının əhəmiyyətli hissəsi Qarabağın bərpasına yönəldilir, tikinti-quruculuq işlərinə böyük vəsaitlər xərclənir, diqqətimiz Qarabağdadır, Ermənistanın bu baxımdan heç bir qayğısı yoxdur, Qarabağda məskunlaşdırılan ermənilərin əsas yükü də rus sülhməramlılar və Qərbin yardımları üstündədir. Buna görə də ilin sonuna qədər Azərbaycanla sülh sazişinin imzalanacağı haqda Paşinyanın bəyanatının ardınca bu gün Mülki Müqavilə blokunun deputatı Gevorq Papoyan bu məsələni sual altına qoyması təsadüf deyil. O bildirib ki, sülh sazişinin imzalanması “Ermənistanın milli maraqlarının nə dərəcədə nəzərə alınmasından asılı olacaq”. Ermənistanın “milli maraqları” menyusuna Rusiya “Qarabağ münaqişəsinin həllinin gələcəyə saxlanılması” kimi absurd, amma revanşistlər üçün iştahaçan “nemət” də əlavə edirsə, bu sülh sazişini İrəvan ilin sonuna qədər imzalayarmı? Bizim üçün çox ciddi çağırışlar var…
×
×
  • Создать...