Перейти к содержимому

SUMGAYIT

Members
  • Публикации

    1803
  • Зарегистрирован

  • Посещение

Все публикации пользователя SUMGAYIT

  1. Ciddi təhlükə budur: Paşinyan nələr edir? Ermənistan Baş naziri Nikol Paşinyan haqda ümumi rəy heç də doğru deyil: onun qeyri-peşəkar siyasətçi olması, təcrübəsizliyi, dövlət adamı xarakterinə uyğun gəlməyən davranışları müzakirə predmeti belə deyil. Ancaq Nikol Paşinyan üzərindən Qərbin həddən artıq böyük işlər gördüyü artıq statistikada da əksini tapmaqdadır. Nikol Paşinyan nə qədər bərbad siyasətçi olsa belə, Avropada “demokrat imici” formalaşdırılır və əhəmiyyətli şəkildə himayə edilir: siyasi, erməni maraqlarına uyğun dəstək isə böyük maliyyə yardımları və külli miqdarda investisiyalarla müşayiət olunur. Qərb ölkələri elan edilən-edilməyən tərzdə Ermənistana qrantlar adıyla maliyyə yönəldirlər, Ermənistanın iqtisadi indeksini qaldırırlar və s. Paralel olaraq Rusiyaya tətbiq edilən ölümcül sanksiyalardan “qaçış imkanı” üçün Ermənistanı düşünülmüş surətdə “pəncərəyə” çevirirlər. Rusiyadan çıxarılan milyardlar və qaçan investisiya, o cümlədən mütəxəssislər Ermənistanı seçirlər. Ermənistan bankları Rusiyadan çıxarılan milyardların “keçid yeridir” və bir çox hallarda sanksiya altına düşən rus milyarderlər Ermənistanda vəsaitlərini “yuyandan” sonra xaricə çıxır və yaxud sərvətinin bir hissəsini elə Ermənistanda saxlayır. Statistikaya baxın: dünənə qədər borc içində çabalayan və xarici borcu ÜDM-nin 60 faizinə çatan Ermənistanda bu il xarici borc 47%-ə düşüb; cəmi bir neçə ay ərzində dolların 25 faizə yaxın ucuzlaşması nəticəsində Ermənistanda minimal maaş dollar ekvivalentində Azərbaycanı üstələyib, dövlət büdcəsi 6,4 milyarda, hərbi büdcəsi isə 1,3 milyarda çatıb. Müqayisə üçün bildirək ki, Azərbaycanın dövlət büdcəsi 18 milyard, hərbə ayrılan vəsait isə 3,1 milyard dollar civarındadır. Cəmi 2-3 öncəyədək Azərbaycanın hərbi büdcəsi Ermənistanın bütün dövlət büdcəsindən daha çox idi, indi isə fərqin sürətlə azaldığını görürük.
  2. İzel - Hasretim (Official Video) 1995
  3. Bakıya qarşı addım atsa, İran içindən yanar – Araz Elsəs Ozan Araz Elsəsin Kult.az-a müsahibəsi: - Araz bəy, son prosesləri izləyirsinizmi? Xüsusilə İranın Ermənistanla əlaqələri gücləndirməsi və Zəngəzur dəhlizinə qarşı çıxması fonunda İran-Azərbaycan münasibətlərində yaranan gərginliyi necə qiymətləndirərdiniz? - Dırnaqarası “İran islam respublikası” artıq özünün son dövrlərini yaşayır. Özləri də yaxşı bilirlər ki, saat artıq onlar üçün geriyə doğru işləməyə başlayıb. Əslində hazırda onların özləri böyük təhdidlərlə qarşı-qarşıyadırlar. Tehran öz xalqını daxildə olan dərin problem və narazılıqlardan yayındırmaq üçün Azərbaycanı təhdid etməklə məşğuldur. Hamımız İranda vəziyyətin qarışıq olduğunu çox yaxşı bilirik və belə durumda Tehran heç vaxt hansısa xarici ölkə ilə müharibəyə girə bilməz. Azərbaycan tək deyil, Türkiyə yanımızdadır. Bunlar yalnız hədədir, təhdiddir. Əlbəttə, İran hakimiyyətinin belə iyrənclikləri, onlara çalışan casusların təxribatçı fəaliyyətləri davam edəcək. Lakin Tehranda oturanlar bunu çox yaxşı və dəqiq bilirlər ki, Azərbaycana qarşı real təhdid və təhlükə yaransa, İran içindən yanacaq. Çünki orada indi 30 milyondan çox Azərbaycan türkü yaşayır, onlar da heç vaxt buna səssiz qalmayacaq. İndi otuz il öncəki dövr deyil. İndi Cənubi Azərbaycanda milli düşüncə çox yüksək və yetkin bir səviyyədədir. Sadəcə göz qorxutmaq və güclü görünmək üçün hansısa həmlələr etməyə çalışırlar. İran bu gün Azərbaycana real təhlükə yaradacaq gücdə deyil. - Hazırda ölkəmizdə sizin yolunuzu gözləyən minlərlə insan var. Nə vaxt Bakıya gəlməyi və konsert verməyi planlaşdırırsınız? - Azərbaycana, Bakıya gəlməyi çox istəyirəm. Mən də soydaşlarımızla, qardaş-bacılarımla görüşüb dərdləşmək, söhbət etmək, Dədə Qorqud demişkən, boy boylamaq, soy soylamaq istəyirəm. Məndən olsa, indi qanadlanıb uça-uça Bakıya gələrəm. Ancaq əvvəlcədən konsert üçün hazırlıqlar görülməli və uyğun şərait olmalıdır. - Soydaşlarımıza nə demək istərdiniz? - Buna əminəm və soydaşlarımıza da demək istəyirəm ki, bir gün mütləq Bütöv Azərbaycanda görüşəcəyik. Özünüzə yaxşı baxın, əsən qalın.
  4. Gazapizim - Unutulacak (DÜNLER) REMİX
  5. SUMGAYIT

    Bizdən İraq

    “Buranı türklərə məzar edəcəyik” deyən iranlı terrorçu məhv edildi Türkiyənin İraqın şimalında terrorçulara qarşı həyata keçirdiyi “Pəncə-Kilid” əməliyyatında PKK-nın Metina əyaləti üzrə “nümayəndəsi”, türkləri təhdid edən İran əsilli terrorçu Cavad Attarek iki mühafizəçisi ilə birlikdə məhv edilib. Publika.az xəbər verir ki, məhv edilən “Yekta” kod adlı iranlı terrorçu 22 ildir PKK-nın üzvüdür və terror təşkilatının “hərbi məclisi”ndə təmsil olunur. Terrorçu Cavad Attarek PKK-ya məxsus media orqanlarında Türkiyəni təhdid etmişdi. “Türk ordusu irəliləyə bilmir. Buranı türklərə məzar edəcəyik”, - o iddia etmişdi. Bu açıqlamasından bir neçə gün sonra türk ordusu iranlı terrorçunu məhv edib.
  6. SUMGAYIT

    Bizdən İraq

    İŞİD-ə qoşulan 42 yaşlı qadının şok hekayəsi – İki uşağını belə... İŞİD terror təşkilatının qadınlardan ibarət birliyinin komandiri olduğunu etiraf edən amerikalı qadın 20 il müddətinə azadlıqdan məhrum edilib. Publika.az Teleqraf.com-a istinadla xəbər verir ki, keçmiş müəllim Ellison Flük-Ekren adlı qadın səkkiz il İraq, Suriya və Liviyada terror aktları həyata keçirib. 42 yaşlı Ellison bu müddətdə 100-dən çox qadın və qıza hərbi təlim keçdiyini də etiraf edib. Bundan başqa, 12 uşağı olan Flük-Ekren bəzi övladları tərəfindən cinsi təcavüzdə günahlandırılıb. Hökmdən əvvəl prokurorlar qanunun icazə verdiyi maksimum cəzanın Flük-Ekren üçün kifayət etməyəcəyini bildiriblər. 42 yaşlı qadının vəkilləri onun Suriyada yaşadığı olaylardan sarsıldığını iddia edərək, daha az cəza istəyiblər. Flük-Ekren adlı keçmiş müəllim Kanzas ştatında Overbruk adlı kiçik qəsəbədə böyüyüb və məhkəmə sənədlərinə görə, İŞİD sıralarında yüksələn fanatik yaraqlıya çevrilib. Daha sonra ənənəvi olaraq kişilərin üstünlük təşkil etdiyi İŞİD-də bir qadının lider postuna yüksəlməsi ehtimalının nadir nümunəsini göstərib. 2000-ci illərin əvvəllərində öncə Liviya silahlı qruplaşması “Ənsar Əl-Şəriyə”, sonra isə İŞİD üzvü olan ikinci əri ilə birlikdə Yaxın Şərqə köçüb. Bununla belə, vaxtaşırı Kanzasa baş çəkməyə davam edib. Flük-Ekren təxminən 2012-ci ildə Suriyaya qaçıb və əri müharibədə öldürüldükdən sonra daha iki terrorçu ilə evlənib. Banqladeşli dron mütəxəssisi də daxil olmaqla, iki sonrakı ər də döyüşərkən öldürülüb. Təxminən dörd il sonra Flük-Ekren terror təşkilatının “paytaxt” elan etdiyi Suriyanın Raqqa şəhərində qadınlardan ibarət İŞİD batalyonu “Xətibə Nüsaybə”nin lideri və təşkilatçısı olub. 42 yaşlı keçmiş müəllimin buradakı əsas missiyası qadınlara döyüş üzrə hərbi təlim keçməkmiş. Eyni zamanda, ABŞ-da mümkün terror aktları üçün müxtəlif şəxslərin İŞİD-ə cəlb edilməsində aktiv rol oynayıb. “Flük-Ekren gənc qızların beynini yuyub və onlara özlərini öldürməyi öyrədib”, - ABŞ Baş prokurorunun müavini Rac Parex məhkəmədə deyib. Flük-Ekrenin 12 uşağından ikisi məhkəməyə məktublarında analarının onlara cinsi istismar etdiyini iddia edib. Flük-Ekrenin vəkilləri bildiriblər ki, qadın İŞİD-dəki rolunu etiraf etsə də, təcavüzə dair iddiaları qəti rədd edir.
  7. Поэтому план "быть марионеткой России ради оккупации Карабаха" не мог сработать, а кроме него и самогипноза о непобедимости оккупационных войск у Еревана ничего не было для противостояния освободительной азербайджанской армии. Поэтому год назад Армения на 44 дня оказалась вырвана из мира грез в реальность. Разумеется, людям, привыкшим лгать себе о своем величии, жить в реальном мире не понравилось, и они сделали все возможное, чтобы остаться в виртуальном мире "Великой Армении". Для этого они заполнили прежде всего собственный разум, а затем информационное поле фейками о "сирийских боевиках", "военной помощи Турции", "сдаче Шуши" и многом другом, лишь бы только остаться в зоне ментального комфорта. Пока в реальности азербайджанский народ воевал за освобождение своей земли, армянские ура-националисты у себя в голове боролись за сохранение своих иллюзий. Парадоксальным образом в итоге победили и те, и другие. Азербайджан восстановил территориальную целостность, а Ереван и диаспора, промучившись некоторое время отрезвлением, восстановили состояние ура-националистического транса. Как только это произошло, Армения начала вести себя так, как будто не было не только капитуляции, но и 44 дней столкновения с реальностью осенью 2020 года. Вернулась вся стандартная риторика о непоколебимости армянской позиции, об отказе от переговоров вне устаревшего формата Минской группы ОБСЕ, о "статусе" фейкового режима в Карабахе – на фоне полного военного бессилия Еревана она звучала очень странно. Затем начались провокации на границе, в какой-то момент они стали ежедневными, как в 1994-2020 годах, затем усилились до попыток терактов, и вот накануне армянская армия попыталась повторно оккупировать стратегические высоты в Кельбаджарском и Лачинском районах Азербайджана. Причина этой атаки – потребность армянских ура-националистов подмять реальный мир под свои иллюзии. Дело в том, что столкновение Еревана и диаспоры с реальностью продолжается, поскольку Баку и Москва работают над стабилизацией мира на Южном Кавказе. Для этого необходимо подписать мирный договор между Азербайджаном и Арменией, признать территориальную целостность друг друга, делимитировать армяно-азербайджанскую границу и разблокировать коммуникации. Все это находится вне зоны ментального комфорта реваншистов, они хотят, чтобы ничего подобного не происходило. Для того, чтобы остановить послевоенное урегулирование отношений, у них есть тот же инструмент, которым они пользовались всегда для торможения мирных переговоров в дни Карабахской войны – создание военной напряженности. Вчера он был использован. То есть у Армении на самом деле не было плана захватить высоты в Азербайджане, ее военное командование определенно понимало, что, с учетом сосредоточения на южном участке границы значительной группировки азербайджанских войск, атака может только захлебнуться. План был в другом – устроить масштабные бои, погубить некоторое число азербайджанских и армянских военных, представить ситуацию в перевернутом виде "Азербайджан напал, а мы защитились" и заявить, что на данный момент ни делимитация, ни открытие границ, ни тем более мирный договор невозможны. Все ради того, чтобы еще неделю, месяц или полгода ситуация не менялась, а реальность не мешала жить в трансе. Разумеется, эти усилия бесплодны, иллюзии всегда рассыпаются в ничто при одном лишь соприкосновении с реальным миром. Коммуникации обязательно будут разблокированы, граница – делимитирована, мирный договор – подписан. Этого хотят и Азербайджан, и Россия, и Турция, и здоровые силы в самой Армении. Все хотят мира и нормальной жизни на Южном Кавказе. Но ура-националисты все еще не побеждены, и пока они продолжают сопротивляться, военные угрозы останутся на повестке дня.
  8. Армянские ура-националисты объявили войну реальности 17 НОЯ 2021 Андрей Петров, специально для «Вестника Кавказа» У состоявшихся накануне боев на границе Азербайджана и Армении не могло быть иного исхода, кроме поражения армянских войск. Победа азербайджанской армии была настолько закономерной, что сама по себе организация Ереваном попытки захвата стратегических высот в Кельбаджарском и Лачинском районах вызывает удивление: зачем это было сделано, если шансы у нападавших отсутствовали? Однако, если разобраться в ситуации последовательно, причины атаки станут ясны. Прежде всего необходимо прояснить условия, в которых произошло нападение на Азербайджан. За год, прошедший после разгрома оккупационных сил РА в Карабахской войне, Ереван никак не мог восстановить армию: более 4 тыс погибших в боях, порядка 10 тыс дезертиров, до 12 тыс раненых, уничтожена или брошена при отступлении военная техника на миллиарды долларов. Армения капитулировала тогда на самой глубине экономического кризиса и немедленно оказалась в не менее тяжелом политическом кризисе. У нее не осталось ни денег, ни людей, чтобы воевать с Азербайджаном – и их нет до сих пор. Тем не менее, это не стало препятствием для Еревана. Армянские элиты и в республике, и в диаспоре замыслили реванш сразу же после подписания трехстороннего Заявления 9 ноября. Было сделано все для того, чтобы сначала убедить себя, что Ереван не проигрывал войну, а затем, утвердившись в состоянии ура-националистического транса, приступить к подготовке новой войны. Здоровой логики в этом никакой нет. Захват территорий Азербайджана три десятилетия блокировал развитие Армении, поглощал огромное количество ресурсов и изолировал страну в геоэкономически активном регионе. Стране-агрессору не удалось создать даже сильную армию, хотя на нее и уходили огромные деньги. Поэтому, когда начались прошлогодние бои, истинное положение дел стало очевидным сразу же – оккупация азербайджанской земли никогда не была по силам Армении. Это важно осознать: если страна с трехмиллионным населением позволяет себе ради эфемерных политических идей жить в блокаде со стороны более населенных и быстро развивающихся соседей, тратя деньги на оккупацию чужой земли (хотя их все равно на это не хватает), а не на рост экономики и благосостояния общества, то, какой бы запал у нее ни был на старте, она неизбежно проиграет войну на истощение, рано или поздно. Просто потому, что пострадавший от агрессии сосед растет, становится сильнее, укрепляет отношения с мировыми центрами силы, так как может предложить им взаимополезное сотрудничество во всех сферах, а агрессор, задушив сам себя, может надеяться только на то, что кто-то из крупнейших государств захочет сделать его своей марионеткой. И это тупик, ведь соседям ничто не мешает наладить позитивные контакты с державой, принявшей агрессора на иждивение. В Карабахской войне это и произошло. Армения вступила во все союзы с Россией, какие только можно, и решила, что теперь будет оккупировать земли Азербайджана не одна, а совместно с российской армией. России, безусловно, было выгодно расширение числа членов и ОДКБ, и Таможенного союза, и Евразийского экономического союза, но военное противостояние с Азербайджаном ей не было выгодно никогда. Воевать с Баку ради оккупационных интересов Еревана – такой сценарий Москва никогда не рассматривала, потому что Азербайджан ей объективно более важен, чем Армения. Армения интересна только как военный форпост на юго-западе, чья значимость снизилась с появлением военных баз в Сирии, и формальный участник интеграционных проектов, а с Азербайджаном Россию связывает та самая взаимная польза от экономического сотрудничества и политического партнерства на международных площадках. На Армению Россия вынуждена тратить деньги, а в проектах с Азербайджаном она их зарабатывает.
  9. Ziya Məmmədovun “topdağıtmaz” sərvəti - Milyardları,villaları,şirkərləri və daha nələr...
  10. SUMGAYIT

    Bizdən İraq

    Şimali İraqda PKK terrorçuları zərərsizləşdirilib Türkiyə ordusu İraqın şimalında PKK terror təşkilatının iki silahlısını zərərsizləşdirib. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd edilir ki, silahlılar “Pençe-Kilit” antiterror əməliyyatı zonasında məhv edilib.
  11. SUMGAYIT

    Bizdən İraq

    - 01/09/2022 Bayden İraqın Baş nazirinə Bağdaddakı vəziyyətlə bağlı kömək təklif edib ABŞ Prezidenti Cozef Bayden İraqın Baş naziri Mustafa Əl-Kazimi ilə Bağdadda vəziyyətin gərginləşməsini müzakirə edib və ona münaqişənin gərginləşməsinin qarşısının alınmasında kömək təklif edib.
  12. SUMGAYIT

    Bizdən İraq

    - 31/08/2022 İraqın Baş naziri vəziyyətin pisləşəcəyi təqdirdə istefa verəcəyini bildirib İraqın Baş naziri Mustafa Əl-Kazımi ölkədə siyasi vəziyyətin pisləşəcəyi təqdirdə vəzifəsini tərk edəcəyini bildirib. Bu barədə “Əl-Hədəs” telekanalı məlumat yayıb. Əl-Kazimi İraq xalqına müraciətində deyib: “Əgər siyasi vəziyyət pisləşərsə, mən İraqın Baş naziri vəzifəsindən istefa verdiyimi vaxtında elan edəcəyəm”.
  13. SUMGAYIT

    Bizdən İraq

    - 30/08/2022 İraq Prezidenti yeni parlament seçkilərini böhrandan çıxış yolu adlandırıb İraqın Nümayəndələr Şurasına (parlament) növbədənkənar seçkilərin keçirilməsi ölkədə formalaşmış siyasi böhrandan çıxış yolu olacaq. Bunu İraq Prezidenti Bərham Saleh milli televiziya ilə çıxışında deyib.
  14. SUMGAYIT

    Bizdən İraq

    - 30/08/2022 İraqda komendant saatı ləğv edilib İraq Ordusunun Birgə Əməliyyatlar Komandanlığı ölkə daxilində komendant saatını ləğv edib. Bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb. Ordu komandanlığı paytaxt Bağdad daxil olmaqla, bütün ölkədə komendant saatının ləğv edildiyini açıqlayıb
  15. SUMGAYIT

    Bizdən İraq

    Xəbər- 30/08/2022 Türkiyə vətəndaşlarını İraqa səfər etməməyə çağırıb Türkiyə Xarici İşlər Nazirliyi (XİN) ölkə vətəndaşlarına İraqın paytaxtında qeyri-sabit vəziyyətlə əlaqədar Bağdada səfərdən çəkinməyi tövsiyə edib. Bu barədə Türkiyə XİN-in bəyanatında deyilir
  16. SUMGAYIT

    Bizdən İraq

    Türkiyə XİN: “İraqın təhlükəsizliyi bizim üçün həyati əhəmiyyət kəsb edir” “Bir müddətdir, İraqın paytaxtı Bağdadda baş verən siyasi proseslər ölkənin sabitliyinə, birliyinə və təhlükəsizliyinə təhdid halına gəlib. Dünya ictimaiyyəti bilməlidir ki, dost və qardaş İraqın sabitliyi və təhlükəsizliyi Türkiyə üçün həyati əhəmiyyət kəsb edir. Bu baxımdan biz zorakılığın bütün İraqa yayılmasından narahatıq” Bu fikirlər Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında yer alıb. Bəyanatda qeyd olunur ki, Türkiyə bu kontekstdə bütün tərəfləri təmkinli olmağa və sağlam düşüncəyə dəvət edir.
  17. SUMGAYIT

    Bizdən İraq

    tsapp Telegram Twitter Facebook A+ A-İraqın nüfuzlu imamı Müqtəda əs-Sədr aclıq aksiyasına başlayıb İraqın nüfuzlu şiə imamı Müqtəda əs-Sədr tərəfdarlarının etirazları ilə baş verən zorakılıqlara son qoyulana qədər aclıq aksiyasına başlayıb. Bu barədə hərəkatın liderlərindən biri Həsən əl-Azəri feysbuk sosial şəbəkəsində bildirib. “O, zorakılıq və silahdan istifadə dayandırılana qədər aclıq aksiyası keçirir”, – Həsən əl-Azərinin bəyanatında deyilir. Əl-Əhari vurğulayıb ki, korrupsioner məmurlarla mübarizə zorakı hərəkətlər üçün bəhanə deyil.
  18. SUMGAYIT

    Bizdən İraq

    - 30/08/2022 Bağdadda gedən atışmalarda İraq Polisinin qərargah rəisi yaralanıb Bağdadın “yaşıl zona”sında davam edən atışmalarda İraq Federal Polisinin qərargah rəisi yaralanıb. Bu barədə “Al Hadath” telekanalı məlumat yayıb. Məlumata görə, polis zabiti qolundan güllə yarası alıb.
  19. SUMGAYIT

    Bizdən İraq

    - 30/08/2022 İraq ordusunun bölmələri Bağdada daxil olub İraqın nizami ordu hissələri bazar ertəsi günortadan sonra paytaxtda Müqtəda əs-Sədrin tərəfdarları tərəfindən keçirilən kütləvi etiraz aksiyalarından sonra Bağdada daxil olub. Bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.
  20. Ukraynada müharibə: azərbaycanlılar döyüşür Rusiya - Ukrayna müharibəsində xeyli azərbaycanlı da iştirak edir. Bu günə qədər bir neçə azərbaycanlı döyüşlərdə həyatını itirib. Bir neçə azərbaycanlı Zelenski tərəfindən Ukraynanın ali mükafatlarına layiq görülüb. Müharibə isə davam edir...
  21. SUMGAYIT

    Bizdən İraq

    İraqın baş naziri Mustafa əl-Kazımi paytaxt Bağdadda etiraz aksiyalarının qarşısının alınması üçün güc strukturlarının yüksək döyüş hazırlığı vəziyyətinə gətirilməsi barədə tapşırıq verib. Publika.az xarici mənbələrə istinadla xəbər verir ki, İraq təhlükəsizlik qüvvələri Bağdadda yerləşən Respublika Sarayına nəzarəti bərpa edib, üsyançıları saraydan çıxarıb. Məlumatlarda o da qeyd edilir ki, hökumət qüvvələri Əs-Sədr tərəfdarlarına qarşı gözyaşardıcı qazdan istifadə edib. Son məlumata görə, Bakı vaxtı ilə saat 20:00-dan etibarən ölkə ərazisində komendant saatı tətbiq ediləcək.
  22. SUMGAYIT

    Bizdən İraq

    İraq ordusu Bağdada girdi İraq ordusunun nizami bölmələri Bağdada daxil olub. Publika.az xəbər verir ki, bu barədə "Əl-Ərəbiyyə" telekanalı məlumat yayıb. Xatırladaq ki, avqustun 29-da şiə lideri əs-Sədrin siyasətdən getdiyini elan edən tərəfdarları Respublika Sarayına soxulublar. Qeyd olunub ki, hazırda respublika hökuməti İraqın paytaxtındakı Respublika sarayında oturur. Axşam saatlarında media aksiyalar zamanı 12 nəfərin öldüyü barədə məlumat yayıb. Avqustun əvvəlində etirazçılar parlamenti ikinci dəfə ələ keçirdikdən sonra qoşunlar Bağdada daxil olub.
  23. J. Mahmudovanın keçmiş iş yoldaşı V.Q. bildirib ki, o daha əvvəl taksi şirkətində çalışıb: “Jalə bizdə işləyən zaman boşanmış qadın idi və bir övladı vardı. Boşanmış qadınların əksəriyyətinə cəmiyyətdə necə mənfi reaksiya olduğunu görürük. Ona görə belə işləməyi, sosial həyatı olması gözəl idi. Çalışqan idi və işinə məsuliyyətlə yanaşırdı. Özünün şəxsi maşını vardı, yüksək əməkhaqqı alırdı. Bir müddət sonra işdən çıxdı. Bir gün mənə keçmiş iş yoldaşım video göndərdi. Dedi, bax gör bu videoda danışan qadını tanıyırsan? Mən səsindən birinə bənzətdim, amma tam olaraq kim olduğunu bilmədim. O, mənə “Jalədir” deyəndə şok keçirdim. Çünki belə çalışqan, işi və normal həyatı olan biri necə belə bir zəhərin qurbanı ola bilərdi. Üzünü gizlətmişdilər deyə mən də heç nə yazmamışdım. İndi isə narkotikə görə quldurluq edib həbs olundu”. Qeyd edək ki, quldurluq hadisəsi aldatma yolu ilə törədilib. Ə.Kərimovun qapısını döyən qadın ona qonşu olduğunu deyərək açmasını bildirib. Xalq artistinin qardaşı qapını açdıqda dəhlizdə gizlənmiş 2 kişi mənzilə basqın edərək onu döyüb və pul tələb ediblər. (Qafqazinfo)
×
×
  • Создать...