Перейти к содержимому

Эда F

Members
  • Публикации

    10105
  • Зарегистрирован

  • Посещение

  • Days Won

    27

Все публикации пользователя Эда F

  1. пост в Клинском духе не от Клина)) - 14 1 - от него
  2. 10 - Маэстро. (оргазм - это его горячая тема) 4 - Берр 12 - Амелька
  3. Сегодня у Скорпи день рождения. И тут поздравляю. Щастья, здоровья тебе
  4. пожалуйста. да, я знаю, как это бывает.. не раз испытала ) кстати, наверху SpectralMaster озвучил мои мысли. Еще раз ему спасибо.
  5. Да, но и тут однозначно не скажешь ничего. Если ты носитель более чистой светлой кармы и сошел с рельсов, тебя будут наказывать (не сразу следует наказание, сначала посылают сигналы – ты не понимаешь, потом беда с близкими – опять не понимаешь, у тебя случаются мелкие неприятности – не доходит, дальше уже начинаются крупные проблемы, да и по всем фронтам, увы…) То есть, тебе не дают загрязнять сосуд кармы. В таком случае это не очищение. Ты ведом целью, как и другие. Высказывается однозначно только наука. Но и страховывается за одно (+) (-). Иначе не было бы статистич.обработок, целые институты закрылись бы. Эти "светлые" высказывания тоже имеют временный билет в жизнь , до поры до времени все. Т.е. имеют срок эксплуатации. . до следующего "светлого" изобретения. Философия не конкретизирует, потому как не основывается на эмпиризме. Мы знаем ровно столько, сколько должны знать., а это не значит все. Только высокомерные индюки – мужи от науки имеют наглость заявить о своем всезнайстве. "Я знаю только то, что ничего не знаю" - не пустые слова.. Наука не объясняет (и никогда не объяснит) феномен смерти. Потому что смерть – константа. Наука не работает с высшими константами., не его поле. Мед.факт: через каждые 7 лет (если память не изменяет) обновляется весь организм. Из этого следует (теоретически) что ни то, что смерть не должна прервать жизнь, даже старости и болезни не должно быть. Но чел.смертен. а болезни с каждым годом все моложе и моложе. Клетки обновляются, да, но программа-то прежняя, карма то остается, он нее нет спасения. Инфо передается молодым клеткам. О да, конечно, наука уже работает над проектом клонирования чел-а. Чел.будущего не умрет. Смех! Клон – артефакт. И где они возьмут ему кармическое тело, эфирное, астральное, соорудят из пластика? Из силикона? Его предназначение в чем будет? Робот всего лишь, никак не человек. Мне это сильно напоминает проделки черного мага, кот.создает себе крестраж. чтоб возвращаться заново, случись смерти. Современный аналог – криоконсервация своих клеток. Есть надежда, что клетка даст начало новому организму. Теоретически возможно, опираясь на принцип голограммы. Но кто определит его кармические задачи? Без этих задач нет человека и не может быть. Поверьте, идея создания крестража более правдоподобна, потому как в роли субъекта выступает обычно живое существо.
  6. Есть люди, которые возбуждение принимают за вдохновение, напряжение - за работу, а усталость - за результат. (Гегель)
  7. “Ən çox sevdiyim hekayələr” silsiləsindən. Əsl bədii əsər nümunəsidir. Çox yüksək qiymətləndirirəm. Mürəkkəb yazıdır, dili yaxşı bilənlər oxuyub həzz alacaq. Ramiz Qarayazı Şah mat Qabaqcadan nəzərdə tutduğu kimi ikindi vaxtını az keçmiş Aşkale qalasına çatdı. Keşikçiyə Osmanlı sultanı II Bəyazidin kiçik oğlu, Trabzon sancaqbəyi şəhzadə Səlimin möhürü ilə təsdiqlənmiş tanıtım nişanını göstərdi və qalabəyi ilə görüşmək istədiyini bildirdi. Qalabəyi ləngimədən onu qəbul etcək xüsusi tapşırıqla Əcəm diyarına getdiyini və atını burada qoyaraq yola piyada davam edəcəyini bildirdi. Ərzurum qalasındakı vəziyyəti xəbər aldı. Lazımi məlumatları əldə etdikdən sonra atının tərkindən heybəsini götürərək gündoğana doğru yola düşdü. Təxminən iki saatdan sonra qarşısına çıxan təpə diqqətini cəlb etdi. Bu ağzı açılı bir insan başını xatırladan qayalıq idi. Addımlarını yeyinlədərək ağız görünüşü yaradan oyuğa girdi. Börkünü, zirehini, qaftanını və çəkməsini çıxardı. Sinəsində iri bir döymə vardı və bunu görən hər kəs onu dərviş zənn edərdi, çünki bu döymələr dərvişlər arasında geniş yayılmışdı. Heybəni açaraq dabanları getmiş, burnu sökülmüş çəkmə, qolları yırtıq əba və çirkli kətan parça çıxardı. Çəkmə və əbanı geyərək parçanı başına doladı, eyni cəldliklə soyunduğu paltarları heybəyə yığaraq oyuğun dərinliyində bir daşın altına qoydu və oyuqdan çıxaraq gündöğana doğru yoluna davam etdi. Bir az əvvəlki şanlı osmanlı əsgərindən əsər-əlamət qalmamışdı. Çayköy və Əziziyyə kəndlərinə girmədən yanlarından ötdü, çünki gecə olmadan Ərzuruma çatmaq istəyirdi, kəndlərə girsə isə ləngiyə bilərdi. Artıq qaranlıq düşmüşdü və yorğunluğuna rəğmən addım sürətini azaltmamışdı. Az keçmiş qarşıda Palantökən dağının qaraltısı sezilməyə başladı. Ərzurum isə dağın ətəyində yerləşirdi. Yatsı namazının əzanı eşidiləndə isə artıq qala papılarının qabağına çatmışdı. Keşikçilərin diqqətini cəlb etmək üçün avazla şeir oxumağa başladı: Bülbül gibi gülistan-bostandan ayrı düştüm, İstemem altın kafes, vatandan ayrı düştüm. Ey gam öldürme beni bu hicran gecesinde, Zira bir güneş yüzlü handandan ayrı düştüm. Gönül feryad ediyor karanlık gecelerde Gamlıyam, bir mah-cemal sultandan ayrı düştüm. Hicran ile ne hale geldiğimi soranlar, Sormayın ahvalimi, ben candan ayrı düştüm. İşıkı kınayanlar bilmez istirabımı, Şu canıma can katan canandan ayrı düştüm.[1] Qala qapısında dərviş zümzüməsini eşidən keşikçi qapını açaraq onu içəri buraxdı, çünki Şahın dərvişlərə münasibətlə bağlı xüsusi tapşırığı vardı. Dərvişlər bütün dünyanı gəzir, istədiklərini danışır, istədikləri məlumatı əldə etməkdə zorluq çəkmirdilər. Şaiyə gəzirdi ki, dərvişlər bu məlumatı saraya bağlı xüsusi vəzifəliyə ötürürlər. Buna görə də hamı onlara hörmət göstərməyə, incitməməyə çalışırdı. Şəhərə gircək şəhər mərkəzinə doğru addımladı, göz altından isə heyrətlə baxınırdı. Ərzurum qalası şəhər mərkəzindəki təpə üzərində ucalan bir iç qala və onun ətrafını çevrələyən çöl qaladan ibarətdir. Səkkiz bürcdən ibarət olan iç qala divarlarının qalınlığı 2-2,5 metr arasındadır. Qalanın ilk inşa tarixi bilinməsə də 5-ci əsrdə Bizanslılar tərəfindən inşa edildiyi rəvayət edilir. Tarix boyu Sasanilər, Ərəblər, Romalılar və Bizansın əlinə keçən bu qalanı XI əsrdə Səlcuqlar ələ keçirmiş, iç qala qismində qala-came inşa etmişlər. Üçqat müdafiə qurğuları olan qalada yüz on bürc və qüllə vardır. Şəhərin Təbriz qapı, Gürcü qapı, Uyucan papı və Yeni qapı olmaq üzərə 4 qapısı mövcuddur. Qalanın tikildiyi yüksəklik 2 min metrdir. Rəvayətə görə səlcuq türkləri ilk qalanı gördükdə qılınc və mancanaqla qalanın ələ keçirilməsinin mümkünsüzlüyünü anlamış, mühasirənin ikinci həftəsində qala rəisinə əsirləri dəyişmə təklifi etmişlər. Qala rəisi buna sevinmiş və bizanslı qılığına girmiş 40 igid türk qala rəisinə əsir olaraq təqdim edilmişlər. Həmin ərənlər gecə canları bahasına qala qapısını açaraq qoşunun qalaya girməsini təmin etmiş, beləliklə qala səlcuqların əlinə keçmişdir. İç qalaya çatdıqda qala cameyə daxil oldu, yatsı namazını qılaraq yuxuya getməyə çalışdı. Bərk narahat idi, amma narahatçılığı ifşa olunacağı ilə deyil, qarşıda edəcəkləri ilə bağlı idi. Buna aylardır hazırlanırdı, hər gün bir neçə saat başı və bədəni açıq gün altında dəmirçilərlə birlikdə işləyirdi, məqsədi üz və bədən dərisinin yanıb-qaralması, əllərinin qabar tutaraq kobudlaşmasını təmin etmək idi. Əlavə olaraq səfərə çıxmazdan bir neçə gün qabaq sinəsinə gizlicə döymə vurdurmuş, dərvişlərin geyimini hazırlatmışdı. Bundan sonrası birbaşa özünün bacarıqlarından asılı idi. Bu düşüncələrlə yuxuya getdi. Səhər namazını qıldıqdan sonra gəldiyi sükutla qalanı tərk etdi. Sonrakı günlər Həsənqala, Torpaqqala, Doğubəyazit, Maku, Xoy və Mərənddə gecələdikdən sonra səfərə çıxdığının səkkizinci günündə Təbrizə yetişdi. Təbrizə daxil olduqda ilk qarşısına çıxanlardan Qeysəriyyə bazarını soruşdu, bazarı tapmaqda çox çətinlik çəkmədi. Qeysəriyyə bazarı Həsən padşah Bayandur tərəfindən inşa etdirilmiş, müsəlman Şərqində ən böyük bazar hesab edilirdi. Bazarın ətrafında çoxlu sayda karvansaray vardı və bir dərvişə bu karvansarayda həmişə yer tapılardı. Bir kiçik hücrə kirayələdikdən sonra onu heç kimin narahat etməməsini tapşıraraq yatdı. Bütün gecəni və növbəti günün yarısını yatdı. Yuxudan ayılanda möhkəm acdığını hiss etdi. Hücrəsindən çıxaraq yemək sifariş etdi. Hələ ki, seyrəklik idi və bir azdan bazarda tədricən ticarət soyuyacaq, karvansarayın yemək zalı dolacaqdı. Tələsmədən, aramla yeməyini yedikdən sonra ətrafına baxındı. Yemək zalının qapısı açıq idi və karvansarayın qarşısında bir neçə nəfər qızğınlıqla nəyi isə müzakirə edirdilər. Səssizcə onlara yaxınlaşdıqda iki nəfərin şahmat oynadığını və ətrafdakıların onlara maraqla azarkeşlik etdiyini gördü. Dodağına təbəssüm qondu. Belə bir səhnə ilə rastlaşacağını bilirdi, çünki Əcəm diyarında Şeyx İsmayıl Səfəvi xənədanını qurduqdan sonra bu ölkədə şahmata möhkəm maraq yaranmışdı, gənc şah bu oyunun aludəçisiydi və bu xüsus tezliklə hərkəsə sirayət etmişdi. Kongay İşıq[2] adlı dərvişə çevrilməsinin də əsas məramı imkan tapıb şahla şahmat oynamaq arzusu idi, bu ilk görünüşdə imkansız görülə bilərdi, amma ona da olan məlumatlara görə Şah kimliyindən asılı olmayaraq hər kəslə şahmat oynamağa hazır idi. Diqqətini oyuna yönəltdiyində hər iki oyunçunun elə də güclü olmamasını gördü. Lakin səsini çıxarmadan oyunu izləməyə başladı. Artıq gün xeyli əyilmişdi və oyunçular bir-birlərini əvəz etsələr də hələ diqqəti cəlb edəcək oyun nümayiş etdirən yox idi. Bir azdan karvansarayın böyük həyətində artıq xeyli adam vardı və bir neçə yerdə şahmat oynanılırdı. Bu vaxta qədər qoruduğu səssizliyi pozmağın vaxtı çatdığını başa düşdü və növbəti oyun bitdikdə hamının eşidəcəyi səslə dedi: -Sizin oyuna gülməhlüyüm gəlür.[3] Onun bu sözü hərkəsin çevrilib ona baxmağına səbəb oldu. Son oyunu uduzan ona müraciətlə: -Dərviş baba, sənmisin şahmatda vuruşmaq diləyən? Kanda ki, oynamah dilürsən, oyununu görməkliyim var, buyur. Deyərək yerini ona verdi. Oyun stolunun arxasında əyləşdikdən sonra bir neçə dəfə rəqibini asanlıqla məğlub etdi. Stolun arxasında başqaları oturdu və onlar da eyni aqibətlə qarşılaşdılar, tezliklə diğər oyunlar dayanmış, hərkəs dərvişin stolu ətrafında toplanaraq növbə ilə ona yenilir, və yerini digərinə verirdilər. Bu yatsı namazına qədər davam etdi və yaxınlıqdakı Sultan Həsən camesindən əzan səsi gəldikdə hamıdan üzr istəyərək yorulduğunu və dincəlmək istədiyini bildirərək öz hücrəsinə getdi. Bu sonrakı günlər də davam etdi, karvansarayda Kongay İşığa yenilənlər tanıdıqları, bildikləri oyunçulara onun haqqında danışır, onunla oynamağa dəvət edirdilər. Lakin heç kim onu bir dəfə olsun məğlub edə bilmirdi. Kongay İşıq gündüzləri şəhəri gəzişir, axşamları isə arzu edənlərlə şahmat oynayırdı. Bu qərib dərvişin oyunu hamını valeh etmişdi və hərkəs ondan danışırdı. Bazarda tacirlərin ticarətdən boş vaxtları söhbət mövzusu bu idi. Növbəti günlərin birində karvansaray sahibi ona bildirdi ki, məşhur Təbriz zərgərlərindən Əli ağa onun haqqında eşidib və onu bugün şahmat oynamaq üçün evinə dəvət edir.Əli ağa Təbrizin ən güclü oyunçusu hesab edilirdi. Hətta bəzən iş vaxtı, şahmat taxtasına və üzərindəki fiqurların vəziyyətinə baxmadan oynayardı. Onun bu namı Şahın qulağına çatmış və Şahla oynamaq üçün saraya çağılırmışdı. O vaxtdan bəri Əli ağa həftədə bir-iki dəfə şəxsən Şahın qəbulunda olur və onunla şahmat oynayırdı. Güclü oyunçu ilə rastlaşdığında onun haqqında xəbər verər, özü ilə bərabər Şahın hüzuruna aparardı. Kongay İşıq məqsədinin ilk mərhələsinə nail olmuşdu. İndi Əli ağa ilə oynayaraq öz ustalığı ilə onun diqqətini cəlb edəcək və ola bilsin ki, onun vasitəsilə saraya belə yol tapacaqdı. Axşam namazından sonra Kongay İşıq karvansaray sahibi Murad ağa ilə birlikdə Əli ağanın evinə yollandılar. Əli ağanın evi Həşt Behişt sarayına yaxın idi. Evin geniş bağçası sanki cənnəti andırırdı. Cürbəcür ağac, kol və güllərin əhatəsi uzaq ellərdən gətirilmiş müxtəlif heyvan və quş növləri ilə zəngin idi. Evin qulluqçusu qonaqları arxasınca bağçanın mərkəzinə apardı. Əli ağa bir çətirin altında bir neçə nəfərlə birlikdə söhbət edirdi. Qonaqları səmimi qarşılayaraq hal-əhval tutdu. Qulluqçunun təqdim etdiyi şərbətlər içildikdən sonra Əli ağa qonaqları şahmat salonuna dəvət etdi. Geniş və işıqlı salona daxil oldular. Otaq tamamilə əşyasız idi, yeganə diqqəti cəlb edən xüsus döşəmənin qara-ağ damalardan ibarət olmasıydı. Əli ağa Kongay İşığa hazır olub-olmamasını sordu. Təsdiq işarəsi aldığında əllərini bir-birinə vurdu və otağa otuz nəfər müxtəlif geyimli şəxslər daxil oldu. Gələnlərin yarısı zənci, yarısı isə ağdərili idi və damalarda fiqurların yerini tutdular. Əli ağa “buyur” işarəsi verərək “ağ fiqurların” tərəfində şahın yerini tutdu. Kongay İşıq gülümsəyərək öz yerinə keçdi. Hər ki oyunçu yüksək səslə gedişləri deməyə, “fiqurlar” isə bu gedişləri sözsüz yerinə yetirməyə başladılar. “Vurulan fiqurlar” isə oyun zonasını səssizcə tərk edirdilər. Oyun iki saata qədər davam etdi və sonda Əli ağanın məğlubiyyəti ilə başa çatdı. Məğlubiyyətlə barışmaq istəməyən Əli ağa bir oyun daha təklif edərək “fiqurları” geri çağırdı. İkinci oyun uzun sürmədi, çünki, bu dəfə dərviş oyun fiqurlarını sürətlə başa-baş dəyişdi. Hər ikisi oyun taxtasında bir top və bir piyada ilə qaldıqda isə heç-heçə təklif etdi. Əslində birinci oyunun uzun çəkməsindən və sonda məğlub olmasının təsirindən yorulmuş Əli ağa təklifi qəbul edərək oyun üçün təşəkkür etdi. Kongay İşıq və Murad ağa təzim edərək karvansaraya qayıtdılar. Dərviş çox razı qalmışdı, çünki, şah mütləq Əli ağanı məğlub edən dərviş haqqında eşidəcək və onu görmək istəyəcəkdi. Növbəti gün bütün Qeysəriyyə bazarı Əli ağa ilə Kongay İşığın oyununu müzakirə edirdilər. Hamı axşam olduğunda bu qərib dərvişi görmək üçün onun qaldığı karvansaraya gəldi, lakin dərviş otağında qalmağa üstünlük verərək həmin axşam oyun oynamadı. Növbəti günlər də otağından çıxmadı. Kongay İşığın yalnız bir istəyi vardı: şahın dəvəti. Nəhayət Əli ağanın göndərmiş olduğu bir nəfər Kongay İşığa ağasının onu Rəbiülaxır ayının yəvmu-l həmis günü, ikindi vaxtı Həşt-Behişt sarayının yaxınlığında, Küçəbağda gözləyəcəyini bildirdi. Bütün hazırlığı bunun üçün idi. İndi Şahı şəxsən tanımaq, xasiyyətini incələmək, necə biri olduğunu öyrənmək imkanı keçmişdi əlinə. Təyin olunan vaxt və yerdə Əli ağa ilə görüşən Kongay İşıq saraya doğru yollandı. Sarayın bağçasından eşikağası Mustafa xanın müşayəti ilə saraya daxil olaraq dar dəhlizlərlə böyük bir salona gəldilər. Gənc şah taxtında əyləşmişdi. Hüseyn bəy Lələ Şamlı, Əbdüləli bəy Dədə, Xadim bəy Xüləfa, Rüstəm bəy Qaramanlı, Bayram bəy Qaramanlı, İlyas bəy Ayğut oğlu Xunuslu və Qarapiri bəy Qacar da şahın yanında idilər. Hər ikisi şaha təzim etdilər. Şah İsmayıl maraqla dərvişə baxdı. Təxminən qırx yaşlarında, orta boylu, dik baxışlı, qırmızı çalarlı ağ simalı, seyrək saqqallı və lopa bığlı bir dərviş dayanmışdı qarşısında. Belə görünüşlü birinin yaxşı bir şahmat oyunçusu olmasına ancaq təəccüblənmək olardı. Şah dərvişi başdan-ayağa süzdükdən sonra uca səslə sordu: -Dərviş baba... Kanden gelür, kande gidersün? Dərviş sayğı ilə cavab verdi: -Qəzvindən gəlürəm, şahımın mübarək cəmalini görməhliyə gəlmüşəm. -Yollarda, izlərdə nə var, nə yox? -Şahımun ulu himmətü sayəsində hər yirdə eman, əsayiş və səadət olub, cümlə qulların fərhundəhaldur. Dərvişin bu cavabları Şahın xoşuna gəldi. Əli ağaya ötəri nəzər salıb yenə dərvişə müraciət etdi: -Bre dərviş! Sənmisin Şahın qarşısına vuruşmaq için rəqib diyə çıxacaq piyadə? Mənümlə şahmat oynamah dilürsən? Kongay İşıq da şahmat dili ilə cavab verdi: -Bazən bir piyadə dahi mat edər şahı bu devranda, bilməzmisin ey hükümdar? Həm mən şahımdan sadəcə oyun aparmağa gəlmüşəm. Gənc şah şahmat stolunun gətirilməsini əmr etdi.Bu, qızıl işləməli mərmər stol idi. Ağ-qara damalar mirvaridən, fiqurlar isə fil sümüyündən idi. Şah qara fiqurlarla oynayırdı. Kongay İşıq ilk gedişlərdən işini sağlama almağa başladı. Çox diqqətlə şahın gedişlərini incələyir, onun üstünlük verdiyi anları yaxalamağa çalışırdı. Şah əsasən at ilə oynayır, ata hücum olduqda onu qorumağa çalışırdı. Tam sakit olmasına baxmayaraq Kongay İşıq özünü həyəcanlı qələmə verməyə çalışırdı. Ağır-ağır nəfəs alır, Şaha aid hər hansı fiquru vurduqda çalışırdı ki, əllərinin əsdiyini hər kəs görsün. Oyunu əlliyə yaxın adam izləyirdi və hər kəs dərvişin həyacanını hiss etmiş, əsasən bunu Şah qarşısında olmasına yozmuşdular. Növbəti gedişlərin birində dərvişin ani diqqətsizliyi onun vəzirinin vurulmasına səbəb oldu. Bu qədər həyacanlı olmağının axırı bu olacaqdı -deyə əksəriyyət düşündü. Lakin hamının təəccübünə rəğmən bir vəzir üstünlüyü olmasına baxmayaraq Şah bəzən çətinliyə düşür, hətta bəzən dərvişin əks hücumlarından qorunmağa çalışırdı. Dərvişin usta oyunçu olması danılmaz idi. Lakin fiqur üstünlüyü sonda özünü göstərdi və oyun Şahın “şah” elan etməsi ilə başa çatdı. Dərvişin təzim etməsini görən Şah İsmayıl ona daha diqqətli olmasını tövsiyyə edərək yeni oyun üçün fiqurları düzməyə başladı. Artıq izləyicilərin sayı bayaqkından üç qat çox idi. Şah yenə atlarla oynayırdı və dərviş ilk öncə rəqibini atları dəyişmək məcburiyyətində qoydu. Daha sonra topları işə salaraq az vaxt içərisində Şahı çətin vəziyyətə saldı və hər kəsin təəccübünə rəğmən dərvişin oyun ərzində yeganə işlətdiyi “şah” kəlməsi oyunun bitməsini göstərdi. Şah hərkəsin gözü önündə uğradığı bu məğlubiyyətə bərk qəzəblənərək əlinin tərsi ilə dərvişin köksünə bir şillə vurub: -Bre Sərsəri Dərviş, hiç şah olanlar mat olurmu? Tutalum ədəbin yohmuş, sultanla riayətidəmi bilməzsün? Deyə qışqırdı. Dərviş soyuqqanlılıqla cavab verdi: -Şahım, danışıqlı oyundan əvvəl habarım olsa beylə etməzdüm. Şah İsmayıl dərhal özünü toparlayaraq dedi: -Şah olanlar danışıqlı oynamaz, var sağlıcakla git, nə zaman başın sıkışsa gələrsün. Kongay İşıq təzim edərək Şaha beytlə cavab verdi: Sanma şahım herkesi sen sadıkane yar olur, Herkesi sen dost mu sandın? belki ol ağyar olur . Sadıkane belki ol bu alemde dildar olur, Yar olur, ağyar olur, dildar olur, serdar olur![4] Şah dərvişə min altun verilməsini əmr edərək salonu tərk etdi. Saraydan çıxan Kongay İşıq karvansaraya döndü, verilən sualları cavabsız qoyaraq öz hücrəsində qapandı. Gecə olduğunda səssizcə yenidən saraya tərəf gedərək sarayın qapısı yanında altunları bir daş parçasının altında qazaraq gizlətdi. Geriyə dönüb səhər namazına qədər yatdı. Bir neçə gün sonra saraydan gəldiyini bildirən bir şəxs Kongay İşığı Murad ağadan sordu. Murad ağa dərvişin üç gün əvvəl Qəzvinə getmək üçün karvansaraydan ayrıldığını bildirdi. Şah daddığı məğlubiyyətdən iki gün sonra dərvişlə yenidən oynamaq istəmiş, lakin onun Təbrizi tərk etdiyini öyrənmişdi. Qəzvin istiqamətinə göndərilən çaparlar da əli boş qayıtdılar. Dərviş bir yağlı əppək olub sanki göyə çəkilmişdi. Şah İsmayılın adamları Həşt-Behişt sarayına qayıdaraq dərvişi tapa bilmədiklərini məruzə etdikdə Kongay İşıq artıq Aşkale qayalığına çataraq libasını dəyişmiş, atına süvar olaraq Trabzona doğru at sürürdü. Trabzona çatdıqda birbaşa şahzadə sarayına gəldi. İlk işi hamamlanmaq oldu, sonra bir əsgəri dəmirçi dəvət etməsi üçün göndərərək Mevlana Abdülhalim Əfəndinın yanına getdi. Bir-birləri ilə hal-əhval tutduqdan sonra səfərini bütün detallarına qədər danışdı. Bu vaxt qapı döyüldü və dəmirçinin gəldiyi xəbər edildi. Üzünü Mevlana Abdülhalim Əfəndiyə tutaraq dedi: -Şahın mənə iki tokatı oldu: biri söz, digəri əli ilə... Mən ona bir tokatın cavabını geri verdüm, digəri üçün zaman lazım və bunu unutmamam lazım ki, dəmirçi mənim qulağıma küpə taxsun və şaha verəcəyim cavab mənim qulağımda küpə olsün. Şah İsmayılın köksünə vurduğu şillənin cavabını 6 ildən sonra Çaldıranda qaytaran Sultan Səlim Yavuz onu ikinci dəfə məğlub etmiş oldu. Sultan Səlim döyüşdən sonra Təbrizə daxil olanda Səkbanbaşı[5] Balyeməz Osman ağaya sarayın qapısı yanındakı altunları çıxarmasını və Təbriz əhlindən ən çox ehtiyacı olanlara paylamasını əmr etmişdi. Ramiz Qarayazı 14 iyun 2014 [1]Beyt Sultan Səlim Yavuza məxsusdur. [2]Sərsəri dərviş(farsca) [3]Dialoqlarda qismən XVI əsr dialektinin saxlanılmasına diqqət yetirilmişdir. [4]Şahım, sən hərkəsi özünə sadiq dost sanma, Sən hərkəsi dost sanma, bəlki o düşmənın olar. Bəlki o kişi aləmlərdə sözü keçən olar, Dost olar, düşmən olar, sözü keçən olar, hökmdar olar! Beyt Sultan Səlimə məxsusdur. [5]1451-1515-ci illərdə Yeniçəri ocağının rəisinə verilən ad
  8. По поводу высадки на Луне. Американцы сами издали книгу, разоблачающую сведение о полете. Аргументов не мало. Один из них - развевающийся флаг в вакууме. Снимки происходили на Земле, в павильоне. Это многим известно., нет смысла повторить. Не было никакого полета на Луну.
  9. думаю, они моментально забывают о том, от чего собирались умирать, а уходят от коллапса, или от разрыва сердца. Не раз приходилось присутствовать рядом с умирающими, у всех происходило прояснение. Откуда мне известно о том, что чел. проснулся? А с чего это человеку, потерявшему речь, координацию, память и сознание, вдруг отчетливо выговорить какое-то разумное слово или кричать: Бог мой!
  10. спасибо. Это очень большая тема. 1. Земля - тюрьма. нужда: в вербальных способах общения; в транспортной инфраструктуре с целью передвижения (ходьба в том числе), огромное значение уделяемое хабитусу, примитивные физиологические потребности, такие как еда, сон и д. Земляне сильно ограничены и все служит одной лишь цели - всякой примитивщиной как можно больше отнять время. чтоб его меньше осталось на собственное развитие. Мы бывшие убийцы, верно. Кто-то признает это, у кого то не хватает смелости., потому что его устраивает подобное существование. Одна лишь неувязка - не все тут отбивают срок. Кретины живут по-царски. Ну, думаю, у них еще все впереди. Не единожды возвращаемся.. 2. Сведенборг тоже. 3. Да. И тут рядом существуют параллельные миры. "Откуда инфо" спрашивают только слепые. И вообще правда не для массы. Пс. Никогда не пытайтесь донести правду до людей, которые не то, что не понимают, даже разбираться не хотят. Всего Вам доброго.
  11. Смотрю у вас у всех тут по 5-6 клонов. Одна я в единственном экземпляре. Вот и решила тоже создавать. Хороший тыл... Предлагаю вашему вниманию девушку Гаху. Прошу не обидеть. Это моя половинка )
  12. она не будет Интанеллой, если не спросит ) тайна это...
  13. всегда подозревала, что знание от Дьявола. Сейчас читаю кое-что для нового рассказа. там и демоны Гоетии и много чего, в общем, тому подтверждение. есть знания, чему тебя не учили, а ты знаешь. оно аксиоматично обычно. и никому ничего доказывать, доносить не надо. тут как бы дидактический метод не работает.
  14. а что?? )) меним бюкмекден хошум гелмир. ) дограмагдан да. жесть то, что я до сих пор не приобрела найсер-дайсер. обожаю салаты. но делаю крайне редко. потому что тяжелый ручной труд..)
  15. Эда F

    Уходя уходи..

    ах мне был задан вопрос... пардон, только сейчас обнаружила. Брутальные не бывают обидчивыми, как правило. Танк можно чем-то обидеть? Так же изнеженных с тонкими запястьями не назовешь толстокожим. Задавайте свои вопросы. Через год-полтора загляну )
×
×
  • Создать...