Перейти к содержимому

Эда F

Members
  • Публикации

    10105
  • Зарегистрирован

  • Посещение

  • Days Won

    27

Все публикации пользователя Эда F

  1. вот вчера бы я выбрала уж точно 6-ю пиццу. По средам я обычно беременна.
  2. тогда №4. я пиццу любую люблю, потому мне разницы нет. )) пыс. если за №4 будут голосовать, тода значит я за №5, тем боле она легкая эт уже ты сама смотри пошла я
  3. давай за 2. я проголосую за № 4 тоже. )
  4. На тебе третьего победителя. № 3
  5. Просыпаешься утром, вылезаешь из-под одеяла, садишься на постели и думаешь:"черт подери, что-ж делать-то?" (Буковский). Он много знал о фактах и смыслах.
  6. Какой смысл может быть в том, что начинается с оргазма, товарищи?
  7. 3-cü hissə Bu hadisədən bir neçə həftə ötdü. Xəstəxanadan çıxmışdı artıq, evdə idi. Özünü yaxşı hiss edirdi, hətta işə də gedirdi. Başına gələnlərin reallığına özünü inandırmaq istəyirdi də, istəmirdi də. Beyni bu mistik hadisəni qəbul edib üyüdə bilmirdi heç cür. Bazar günü qərara aldı ki, həmən klinikaya getsin, bəlkə həkimlərdən kiminləsə görüşə bildi. Hadisəyə kiminsə aydınlıq gətirməsi ümüdi və ehtimalı ilə yola düşdü. Yolu yadında saxlamışdı. Həmən o oriyentirləri bir-bir ötürərək getdi. Az getdi, üz getdi, dərə-təpə düz getdi, gəlib yarımçıq tikililərin yanına çatdı. Klinika burda olmalı idi. İri, bir neçə korpuslu xəstəxana geniş həyəti, hündür darvazası ilə çox gözəl xatirində idi. Amma heyhat! Burda düzlükdən savay heç nə görmədi. Düppədüz düzlük. Ora-bura zir-zibil tökmüşdülər, kərpic, taxta-şalban....tikanlıq.. bir-iki kol.. gözlərinə inanmadı. Bəs axı......? Noldu bəs.....? Bəlkə səhv gəlmişəm? Yox, yol həmən yol idi, xəstəxana yoxa çıxmışdı. Bəlkə söküblər, onları harasa köçürüblər? Geri döndü, tikinti olan terə çatanda ayaq saxladı. Əl arabası ilə daş-çınqıl daşıyan fəhləni saxlayıb soruşdu: - Qardaş, burda xəstəxana vardı, onu söküblər? - Burda yəni harda? - Bax burda, sizin böyrünüzdə - əli ilə göstərdi. - Burda xəstəxana-zad olmayıb. - Necə yəni olmayıb? Mən özüm orda əməliyyat olunmuşam. - Havaxt? - Elə bu yaxınlarda. Yəni bu bir neçə həftəyə o boyda binanı söküb qoydular yerə? Heç izi-tozy da qalmadı? Fəhlə ona şübhə ilə baxıb söylədi: - Biz burada 11 aydır ki, işləyirik. Bizim böyrümüz nədi, heç bu ətraflarda xəstəxana-filan olmayıb heç vaxt. Əvvəl gördüklərinə inana bilmirdi, indi eşitdiklərinə inana bilmədi. Kor-peşman evə qayıtdı. Fikirləşdi ki, yəqin ağlı oynayır yavaş-yavaş... – hər halda belə açıqlama onu daim təqib edən cavabsız suallardan can qurtarmaq üçün yeganə vasitə idi. Adamın başına daha nələr gəldiyi bizim üçün elə də maraqlı deyil. Onu həyatını yaşamaqda qoyub ayrılaq ondan. Aymı keçdi, ilmi keşdi, çoxmu keçdi, azmı keçdi – fərq etməz, bizim üçün vaxt önəmli və qiymətlidir, onlar üçünsə bizlərin aldanıldığı illyuzion metronomdan qeyri bir şey deyil vaxt. Məkan – elə həmən orası. O ofis-laboratoriyanı xatırladan ağ anturajlı ellipsvarı geniş otaq. Üz-üzə dayanmış 2 varlıq – 2 boz mələk. Biri digərinə baxıb göz vurur, digəri ona qımışır. Gözləri ilə enerji və info mübadiləsində. Beləcə söhbətləşirlər. “Söhbəti” bitirən tək biri yüngülcə o birinin əlinə toxunub - Gedəlim - deyir. Sonra əyilib onun yerlə sürünən, ucu nizə ucluğunu xatırladan quyruğunu qaldırıb, qurtaracağını dostunun döş cibinə dürtür, burnuna bir çırtma vurub - Belə daha impozantsan – deyir. Yer. Hansısa bir şəhərin hansısa bir küçəsi. Tam məchulluqdan bir ambulans peyda olur. Həyətlərdən birirnə dönüb dayanır. 2 ağxalatlı düşür, əllərində xərək. Biri gövdəli, dolu vücudlu, cınaqlı, sol qulağında sırğa, digəri – alçaq boylu, sısqa, seyrək saçlı, çevik..... Amma qətiyyən tələsmirdilər. Adam ölmüşdü zira, plandan kənar. Onları burda bağlı qapı, tavandan asılmış ruh, xəstəxanada isə cərrahlar gözləyirdi. Başlarınınsa üstündən yalnız onların eşidə biləcəyi bir səs dalğalanirdı fəzaya: “....... mən daim pisliklər istəyən, amma yaxşılıqlar törədən böyük bir qüdrətin .....”
  8. 2-ci hissə Dörd bir tərəfi ağappaq mərmər döşənmiş zal. Divar boyu xüsusi pərakəndəlik nizamı ilə düzülmüş konvertşəkilli bralar (divar qəndili) işıq selini üçbucaq kəsiyində yuxarı və aşağı buraxmaqla otağın ciddi həndəsi quruluğunu və soyuq ofis anturajını daha da sərtləşdirir. Otaq çox geniş və ellipsvaridir. Dizaynı loft stilinə uyğun, bir tək iri pəncərələri çatmır, onları illyuminatorlar əvəzləyir, hardan ki, kosmosun sirli sonsuzluğunu görmək mümkündür. İnteryer elementləri şüşə, plastir və metaldan hazırlanıb. Otağın tən ortasında balıqqulağı labirintinə bənzər bir qurulu yerləşdirilib, siqnaltutucu cihazı xatırladır. Divara yaxın yerdə üstü müxtəlif cihaz və qurğularla dolu, hündür ayaqlar üstə dayanmış nazik mizə bənzər nəsə də var. Önündə bar stulunu xatırladan oturacaq. Elə bu mizin yanında divardan balaca bir lövhə asılıb, bomboş. Yalnız yaxınlaşıb önündə dayananda, orda yazılar görünməyə başlayır: “Mən daim pisliklər istəyən, amma yaxşılıqlar törədən böyük bir qüdrətin balaca hissəsiyəm.”. Qapı yoxdur. Döşəməni örtən kvadrat bölümlərin biri qalxır və burdan kabinəyə daxil olub, lift ilə yüxarı/aşağı qatlara düşmək mümkün olur. Və bu soyuqluq, ağ yeknəsəklikdə son dərəcə yöndəmsiz və qrotesk görünən Çester sofası., açıq boz rəngli. Və...və otağın sakinləri: KonsTer və İnstEr. Dolu vücudlu, cınaqlı, uzun bakenbardlı, sol qulağında nazik meyal halqa olan, bir qədər apatik, bu - KonsTerdir. Boyu güdə, sısqa, seyrək dişli, keçisaqqal, son dərəcə çevik, ötkəm – bu da İnstEr. Hər ikisi metal parıltılı kombinezonlarda, hər ikisinin gözləri soyuq şüşə parıltılı.. KonsTer gəmiyə yeni daxil olub, sofaya çökmüş və ayağını ayağının üstə aşırıb yarımmürgülü halda oturmuşdu. Monitor önündəki yoldaşı isə müxtəlif məkanlardan aldığı siqnallarla işləyir, aradabir əli altındakı onlarca qurğuya da nəzarət edirdi. Bir qədərdən sonra Koya tərəf dönüb alçaq səslə nəsə dedi. Ko gözünün birini açıb, ona cavab verdi. İn eyni tonla tenə nəsə dedi. Ko ikinci gözünü də açdı və monitora yaxinlaşdı. Bir yerdə nəyisə müzakirə etdilər. Beş dəqiqəmi, on dəqiqəmi, ..vaxtı ölçən olmadı., heç kimin ağlına da gəlmədi bu, çünki vaxt deyilən şey yox idi orda., və buna təəccüblənmək də həmçinin.., heç kimin ağlına gəlmədi., çünki adi bir şey idi. Hər cür insani hiss, heyvani instinkt, və digər bu sıra bizə məlum meyarlardan xali 2 vücud.., 2 boz mələk... Qəsəbə ilə şütüyən təcili yardım maşını filanıncı küçəni keçib, filanıncı evin qarşısında dayandı. Maşından 2 tibb işçisi düşdü, özləri ilə xərək götürüb, filan mənzilə qalxdılar. İrəlidə gedən bir qədər tosqun, şaqqalı, sol qulağı sırğalı, arxada gələnsə qısaboy, keçisaqqal, dişləri seyrək, çevik birisi idi. Ünvana çatdılar. Qapının heç zəngini də basmadılar, bilirdilər ki, açan olmayacaq. Rahatca bağlı qapıdan keçib, mənzilə daxil oldular. Tavandan asılmış ruh “gözlərini” bərəldib onlara baxırdı. Ağ xalatlılar onu əlbəttə ki, görürdülər, amma özlərini o yerə qoymurdular. Onların biri masa arxasına keçib, çantasını açdı, kağızlarını çıxarıb, qeyd götürməyə hazırlaşdı. İkinci isə çarpayıdakı bədənə yaxınlaşıb, yarım dəqiqəlik müşahidə-müayinədən sonra xülasəsini verdi: - Yaz, Ko. Nəbz, nəfəs itib. Soyuyub, kənar qıcıqlara heç bir reaksiya yoxdur. Pışık bəbəyi sindromu. Hemorragik insultdan keçinib. .....dolce vita.. - Bizlikdi. Tamam. Getdik, İn. Daha çox danışmadılar, ölünü, ya xəstəni... ya ölü xəstəni.., yox, xəstə ölünü xərəyə uzadıb özləri ilə apardılar. Ruh isə maşının arxasınca uçaraq, dad-fəryad qoparırdı. “Məni hara aparırsız, oğrular!?... Mən ölmüşəm! Əl çəkin məndən! Adamı adam kimi ölməyə də qoymurlar...!” Ruh yolu yadda saxlamağa çalışırdı, qarşısına çıxan oriyentirləri əzbərləyirdi. Budur, ağ-qəhvəyi frontonlu evlər bitdi. Xiyabanı da keçdilər. Kiçicik, tünd göy rəngli dəmir milləri olan hasarla dövrələnmiş məktəb binası, bank, poçt filialı, ailə institutu., sonra yarımçıq tikililər. Bədənini bu quldurlardan necə qurtarmağı düşünürdü ki, maşın bir darvazanın qarşısında dayandı. Darvazanı açıb onları həyətə saldılar. Maşından düşən tibb işçiləri – onun bayaqki qonaqları- bədəni qoyulmuş xərəyin hərəsi bir tərəfindən yapışdı, onu qəbul şöbəsinə apardılar. Qəbul şöbəsində bədəni böyük hörmət və ehtiramla qəbul edib lazımi sənədləşmə işinə başladılar. Ölüsünə bu cür isti və insani münasibətdən ruh əlbəttə ki, xoşallandı.., hətta ölməyinə peşman oldu. Gözlədiyinin əksi baş verirdi. Gözlədiyi oydu ki, onu da bütün başqa ölülər kimi çimizdirib kəfənləyib torpağa tapşıracaqlar. Xəstəxanaya aparılacağını heç ağlına belə gətirmirdi. Çox təəccüblənmişdi və işin ardını gözləyirdi. Xərəyi liftə qoyub cərrahiyyə blokuna qaldırdılar. Bədən cərrahiyyə masasına köçürüldü və.... əməliyyata başlanıldı. Narkoz-filan, hər şey qaydasınca gedirdi. Bütün bunları müşahidə edən ruhun “ağzı” açıla qalmışdı. Axı cəsəddə narkozla operasion aparmaq kimin ağlına gələrdi?.. “Macəralarım hətta öləndən sonra da məni tərk etmir” fikirləşən ruh özünə toxtaq verməyə başladı: “Əşşi, nə edirlər etsinlər, daha bundan da pis olmayacaq ki...onsuz da ölmüşəm. Ən əsası odur ki, mən heç bir ağrı hiss etmirəm., yaxşı ki, narkoz yadlarından çıxmadı. Adımı ölü qoyub saymazyana hərəkət etmədilər. Sağ olsunlar.” Ruh əlini qulağının dibinə qoyub, tam etinasız halda bədənin üzərində havada üfüqi vəziyyətdə uzanmışdı. Öz həyatını həkimlərə etibar etmişdi. Birdən 4 tərəfindən əllər peyda olub, qollarından, ayaqlarından, başından yapışıb onu aşağı dartmağa başladılar. Ruh çırpınır, sıyrınmağa çalışırdı. “Əl çəkin, buraxın, məlunlar! Aman! Öldürürlər! Kömək!” deyə qışqırırdı. Amma əllər kəlbətin məngənəsində daraşmışdılar onun gözəgörünməz canına. Əlqərəz, qapazlaya-qapazlaya onu aparıb cərrah masasının üstündə ölüsayağı uzanmış bədənə soxuşdurdular. Bədən onu böyük məmnuniyyətlə qəbul etdi, heç qımıldanmadı da.., qəribsəmişdi.. 2-ci hissənin sonu
  9. Göl sahilindəki tənha ev Neçə gün idi ki, evdə idi, işə getmirdi, gedə bilmirdi. Xroniki mərəz yenə sifətini bozartmışdı onun üçün. Pəhrizinimi pozmuşdu? Yox əşşi, o elə ömür-billah pəhrizdə idi. Kim idi onun üçün dadlı-ləziz təamlar hazırlayan?.. İşi çətin deyildi, kontorda işləyirdi, kargüzarlıqla başını dolandırırdı. Qəsəbədə yaşayırdı, düz gölün kənarında. Yaşadığı bina qəsəbənin digər evlərindən bir qədər aralı idi. Özü kimi evi də tənha idi, uzaq düşmüşdü qələbəlikdən. Amma buralar çox sakit idi deyə xoşuna gəlirdi. İşə şəhərə daşınırdı hər gün. Yaşı olardı ortadan bir az yuxarı, qocadan bir az aşağı. Tək yaşayırdı. Amma təkliyi onu elə də sıxmırdı. Həyatı olduğu kimi qəbul edirdi, yəni yaş (çiy). Qonaq-filan olmazdı evində. Bu məkanda canlılardan bir özüydü, bir dibçək gülü, bir də sırtıq milçəklər. Nadir hallarda xəstələnərdi. Xəstələnəndə öldü-qaldı mücadiləsinə çıxardı., ölüm yatağına düşüb, “bir də qalxmam” deyərdi. İndi də xəstə yatırdı. Hərarət və aclıq da onu taqətdən salmışdı. Bir də səhər ertədən başlayan taxikardiya yaman qorxulu gəlirdi ona. Həmişə belə öləzi-gərgin məqamlarda başını bulayıb fikirləşərdi: “Gərək qovmayaydım onu (O – xanımı demək idi, özü yanında olmadığı üçün adını da dilinə gətirməzdi ki, tez unutsun). İndiki günümdə karıma gələrdi.., yanımda olardı.., əlimdən tutardı., heyif...” – daldan atılmış daş kimidir bu sonrakı peşmançılıq. Heç kəs qocalıb günlərin bir günü möhtaclıq duyğusu yaşayacağına inanmır axı.. Belə-belə fikirlərlə əlini alnına atdı. Alnının hərarəti yandırdı ovcunu. Qorxudan ürəyi daha şiddətlə çabalamağa başladı. Başa düşdü ki, bu həna o hənalardan deyil, adi soyuqdəyməyə oxşamır bu, pis qurtara bilər onun üçün. Ağzı qupquru qurumuşdu, dilini güclə hərəkət etdirirdi, ətrafları isə bumbuz idi. Həkim çağırmaq lazım idi. İstədi qalxıb təcili yardıma zəng vursun. Telefon o biri otaqda idi, ora getmək var idi. Getmək nədi, heç sürünə də bilməzdi. Başını yastıqdan qaldıran kimi gözləri qaranlıq gətirir, ürəyi bulanırdı. Sakitləşməyə çalışdı. Halsız idi, amma yatmağa da qorxurdu yüksək temperaturla. Çırpınan ürəyi onsuz da qoymayacaqdı yata... Daxilindəki qorxunu qovmaqla məşğul idi ki, qəribə bir şey hiss etməyə başladı: ətrafında nə vardısa, hamısını qırmızı işıqda görürdü.. Yenə həyat yoldaşı yadına düşdü. “Eh, hardasan?.. bir bilsəydin, sənə nə qədər ehtiyacım var...” Çox süst idi və daxilindəki gərginlik anbaan artırdı. Zəifliyi və halsızlığı soyuqdəymə ilə aclığın ayağına yazdı, amma başındakı zindan ağırlığını heç nə ilə əlaqələndirə bilmirdi. Birdən beynində sanki boşalma baş verdi, kəllə qutusu qaynar məhlulla dolmağa başladı. Daha baş verənləri müşahidə və analiz etmək iqtidarında deyildi,...gözləri yumuldu.., uzaqlara aparıldı, çox uzaqlara.. Animi, müddətlimi oldu bu xaos, anlamadı. Minilərcə kvarklara parçalandı sanki, bölünüb yayıldı, səpələnib bir dünya boyda məchulluğa dönüşdü..., və bu möhtəşəm intişardan sonra yığılmanı, büzülmə, düyülməni yaşadı, bir nöqtəyə - yenidən tamlıq təşkil edən bir varlığa., olumunu bir daha duydu. Əvvəlcə bu dəyişmədən müdhiş bir vəhşət bürüdü onu, özünü çarpayısında yox, qarşı divarda, evin yuxarı küncündə hiss etdi. Amma tamlığı ilə orda deyildi. Başqa bir “mən” də aşağıda, yataqda uzanmışdı, onun yatağında.., və bu “mən” eynən özü idi. Amma heç görəsi halı qalmamışdı., büzüşüb yumağa dönmüşdü. Bir müddət tavandan asılıb çarpayıdakı proyeksiyasına baxdı, varlığının form dəyişikliyi çox-çox qəribə gəldi ona. “Ölmüşəm yəni?” – düşündü – “Ölüm buymuş? .. Allah rəhmət....” bitirə bilmədi. Umsundu., ölümün niyə ona bu qədər təsir etdiyini anlamadı, ələlxüsus da varlığını hələ də duyurdu, sadəcə başqaları üçün (o başqaları ki, həyatını çoxdan tərk etmişdilər) yox idi bu varlıq, özü üçünsə vardı. “Gedib-gəlməyəcəyin ximerik (əlçatmaz) arzun idi bir vaxtlar, noldu bəs? Nə səni bunca qorxudur?” – göydən asılmış “mən”i söyləndi yenə də. Bir şeyə təəssüfləndi ki, təcili yardıma zəng vura bilmədi, imkan tapmadı. Bəlkə gəlib onu qurtara bilərdilər. Bəlkə də yox.. hər halda çağırmalıydı. Çarpayıya yaxınlaşıb, bədəninin üstündən asılıb qaldı. O burda bədəni ilə təkbətək qalmaqda olsun... 1-ci hissənin sonu
  10. следовательно для нее ничего страшного в этом нет. Тогда пусть страдает. Она не сочтет это за страдание. Розги им в руки, как гртся.
  11. Вполне. Лучше уж вены вскрывать, хоть в 12 лет, это особого ума не требует, и навыков тоже. Если тебя окружают идиоты (и родители в их числе), то жить в таком обществе и есть заниматься самоуничтожением, медленно и мучительно. Потому покончить надо с этим раз и навсегда. Главное не участвовать в подобном "празднике жизни". Это морально кастрированное общество и ему нужны жертвы, молоденькие души. Не будь жертвой! Характер не зависит от степени образованности, это уж я точно знаю.
  12. Коли посчастливилось родиться в таких джунглях, как СА, так будь добра не выходи замуж, не создавай себе лишних проблем. Счастливая женщина – женщина, твердо стоящая на ногах, независимая. Самоцелью может служить карьера, работа над собой, да хоть сатори. Женщина в первую очередь себя должна любить, о себе заботиться, не при каких обстоятельствах жертвовать собой нельзя. А если уж она дура, и позволяет м-не господствовать над собой, то родись она хоть во Франции, об нее ноги будут вытирать. В таких странах, где между ж-ной и домашней утварью не видят никакой разницы, выходить замуж значит подписать себе смертной приговор. Есть хорошая поговорка – Нейнирем о гызыл тешти ки, ичине ган гусаджам? Пропади пропадом и муж такой, и ублюдки от него!
  13. Рукоприкладство недопустимо! распустил руки, надо грамотно дать человеку понять наскока неправ он был,.. какую серьезную ошибку он допустил..., да так, чтоб в следующий раз у него не то, что рука, вообще ниче не поднималось, даже из-под палки. а если честно,.. если уж он дошел до такой низости, то нефиг зря энергию тратить. уйти надо. Это та самая ситуация, когда можно плюнуть на все, и на детей, на обеспеченную жизнь, и на любовь его (есть такие козлы, любят, потому и бьют. ) в общем оставить его с его любовью неземной и уйти без оглядки. пс. Св.Патрик прав, как всегда.
  14. Ayla Çelik söylüyor. Yine seni sevmekten başka, Hiçbir şey yapmadım bugün, Eni konu çaldı telefonlarım, Boş ver bakmadım bugün. Ne gazete okudum ne de bi haber, Derdi yasakladım bugün, Kaç öpücük olmuş bilemezsin, Aşkı yasakladım bugün, Dün geceyle tam 3 ay 1 gün. Dün geceyle tam 3 ay 1 gün. Ben dünyanın en büyük aşığı olabilirim, Ben koynunda 100 sene 1000 sene durabilirim, Ben Leyla’ı Mecnun’u Ferhat’ı Aslı’yı, Kerem’i bilmem ama, Bağdat’ı iki gözüm kapalı bulabilirim!
  15. (Köhnə yazılarımdan) bu bir məktub. Külək onunla bəhsəbəhs gedən bir qatara boz sifətini göstərməkçün bunu pəncərəsindən almış, içində ciddi bir ağırlıq - ölüm himni, dövlət sirri, insurgent planı olmadığına əmin olandan sonra çöl boyu qovub yaxınlıqdakı durğun sulu ğölməçədə boğmaq istəmiş, di gəl elə kağızın içindəki ciddiyə alınmayacaq qədər bəsit yüngüllük onun sularda qətlinə imkan verməmiş, sahilboyu çəpər yaradan qamışların boyu təni qaçırdaraq, ucu günəş tumarından saralmış uzun yarpaqlara ilişdirib salamat saxlamışdı. Yarımçıq deyil, sən onu bura qədər oxudun... İstərsənmi dönmək o boş qalmış həbsxanana? Cavab almayacam məktubuma.. sən mənə yazmayacaqsan. Mən cavab alırmış kimi davam edəcəm, sənin də əvəzinə mən yazacam, özüm-özümə... bunun bir yaxşı cəhəti olacaq – xoşlamadığım şeyləri eşitməyəcəm. Beləcə əks qütblərdən aramızdakı o uzaq məsafəni biçə-biçə bir-birimizə doğru hərəkət edəcəyik. Mən istəyərək, sən istəmədən. Görüş nöqtəmiz sözümüzün bitdiyi yer olacaq. Onda birdəfəlik ayrılacağıq.., hərə öz qütbünə. Yenə də mən istəyərək, sən istəmədən. Mən arxama baxmadan gedəcəm. ... belə yaxşıdı...istədiyinin cazibəsi ona çatana qədərdi., çatınca kəsərini itirər, adiləşib bayağı həyat hadisəsinə çevrilər. İstədiyim dünyamın cilasıdır, onun gözümün qabağında boyatlaşmasına imkan verə bilmərəm. Sən bütün gözəlliklərin eybəcərlikdən yoğrulduğunu, gündüzün gecəsi, ağın qarası olduğunu isbatlamaga çalışarsan, mən dərisini soyub anatomiyasına varmadan gözəllikdən həzz almağı üstün tutaram. Sən əlçatmazlıqları öz yüksəkliyinə endirməklə onlara çatmağa can atarsan, mən öz yamaclarımdan o zirvələrə yüksəlməyi tərcih edərəm. Sən heç səntirləməzsən də, sənin getməz olduğun yol qısa olar, mənsə on dəfə yıxılıb qalxaram, ölüb-dirilərəm, mənim yolum uzaq olar. İstehzalı gülüşünə, tikanlı atmacalarına baş qoşmaram. Hə, bir də,... sən müqəddəs sözünü bilməmisən nədi... ... belə yaxşıdı... status quo. hər şey olduğu kimi qalacaq. Məşhurlardan sitatlarla bəzəyərdim, təsbiti parıltılı olsun deyə. Amma sən onda məktubumu elə bu yerdə aparıb “zibil qabına” atacaqsan., ona görə yazmıram. Ax, salamlaşmaq yadımdan çıxdı. Üzürlü sayarsan, birinci dəfə deyil ki.. Ünvanını bilmirəm, heç əvvəllər də bilmirdim. Amma səninçün nəzərdə tutulan ancaq sənə çatır, üstündə istərsən lap “Saturn” yaz. Cazibə.. Bu məktubun sətirlərində yad gözlər sürüşməyəcək, bir tək sən oxuyacaqsan onu. ...... Özümə söz vermişdim, sənə daha yazmayacağam,bir sətir də, bir söz də. Zatən yazacaqlarımın hamısını təhvil vermişdim kağıza. Deyəcəklərimi külək dodağımdan oğurlayıb qulaqlarına doldurmuşdu.., bir şey qalmamışdı. O vaxtdan çox gəzdim ürəyimin boş qalmış kameralarını, isti hənirti axtardım, soyuq qapımı döyəndə bürünəcəkdim. Tapmadım ki... rast gəldiyim dəmir barmaqlıq və paslı qıfıllar oldu. Onlara gülməyim gəlirdi, bilirsən?... kimi və nəyi qoruyurdular? boşluğumu? İndi bu xəyanətkar barmaqlarıma baxıram. Əhdə vəfa çıxmayan satqınlara.... və onlarçun cəza düşünürəm. Bax yaza bilərdim ki, sən gəlib onları görməyəcəksən. Yox, belə: Sən gəlib onları əvvəlki kimi görməyəcəksən. O görünüşdə, sağ-salamat, uzun, şümşad, soyuq. Onları əzablara məruz qoyacam ki, daha sənin isti nəfəsinə can atmasınlar, sinəndə gəzişib cod çal saçlarında itməsinlər. Mən bunları səni sarsıtmaq məqsədilə yaza bilərdim. Amma yazmıram. Sən sarsılanlardan deyilsən, onsuz da inanmayacaqsan. ....hər halda o vaxt belə idin, müşkül məsələydi səni nəyəsə inandırmaq. Yəqin yenə əvvəlki əzmkarlıqla, vüqarla addımlayırsan həyat yollarında. Yanımdaymışsan kimi görürəm səni. Bax o özündənrazı, xudpəsənd, qürurlu, yaxasıaçıq paltosu küləkdə yellənən adam sənsən. Hər şey də yaxşıdır, yerli-yerində.....sənin həyatında həmişə hər şey yerində olub. Uğurlarına əvvəl sevinərdim, indi sevinmirəm. Onların sevincini indi mənlə bölüşmədiyindən deyil, düşünmə. O uğurların qazanılmasında payımın olmamasındandır. ..... nə yazım?.... Bu günlərdə öyrənmişəm ki, küncüt sezammış, yəni sim-sim. ...daha nə?... Səninlə getdiyimiz parkda “bizimki” dediyin ağac yadında? Sonra tez-tez gedirdim ora. Sənə demək istədiklərimi ona deyirdim. Heç nə....qurudu o ağac... Sənə desəydim bəs?.. Hərdən xatırla o ağacı, xilaskarını.. Mənə həmişə gül gətirərdin. O vaxt gizlədirdim, indi deyim biləsən. Güllərdən zəhləm gedir. Sadəcə səndə yaratdığım əsl qadın obrazını laxlatmamaqçun demirdim. Bəlkə o vaxt hər şeyi desəydim, sənin həqiqətindən nə qədər uzaq olduğumu görüb zamanında soyuyardın məndən, bu qədər acılar çəkməzdin. Mən danışmaq lazım olan çox yerdə susur, susmalı olduğum zamanlarsa danışırdım. Mən hər şeyi alt-üst, baş-ayaq, tərsə-məssəb edirdim. İndi arxadan atılıb topuğuna dəyən daşlarçun dara çəkmə, buyam. Mən bilirsənmi nəyə məəttəl idim? Qoy soruşum, olsun bir də görüşmədik, üz üzdən utanmadı.. Sən baxışlarındakı o laqeydliyi və insanı dəlib keçən itiliyi necə bir araya sığışdıra bilirdin? Mən onda səni öldürmək istəyirdim buna görə., indi isə məhz o baxışı gəzirəm...., çılğın, dəli, atəşli yox, o soyuq dinməzliyi. Məhz baxışını, özün lazım deyilsən. (hər dəfə “bağışla” yazmayacağam. Hər diksindiyin yerdə o bağışla sözünü mexaniki oxu. İndi yanımda deyilsən, ona görə qəti əsirgəmirəm səndən bu sözü). ......bir az deyəsən quru alınır, bir az soyuq... Ama eyb etməz, sən məni əvvəlki istiliyimdə görəcəksən, bilirəm, elə tanımışdın. İllər öncə yazsaydım bu məktubu, “hər eşitdiyim maşın siqnalını səninki bilib qanrılıram”, “hər telefon zənginin səndən olduğunu düşünürəm”, “səslər içində səsini, üzlər içində üzünü, əl verib görüşəndə ovuclarının istisini axtarıram” və s. və il. yazardım. İndi, illərdən sonra yəni, yazmıram. Axtarmıram axı., nə istini, nə səsini., nə də yanımdan ötən maşınlarda axtarıram səni. O maşınlardakı hamısı yaddı.. Bir tək baxışlarını istərdim, o soyuqluğu bir də hiss etmək.. Bir hadisə oldu bu günlərdə. Avtobusdaydım, yeniyetmə bir qız əyləşmişdi qabaq oturacaqda, qulağında qulaqlıq. Pəncərənin tərli şüşəsinə nəsə yazırdı nərmənazik barmağıyla. Diqqətlə baxanda sənin adını gördüm. Dayanacaqda düşəndə heç silmədi də. Adın qaldı orda. Damcılar sürüşürdü hərflərdən pəncərə aşağı, adın sanki ağlayırdı. Tutdu məni, bilirsən?...istəmirdim yad barmaqlarının təmasıyla isminin bu cür ağlamağını.. istəmirdim.. Can atırdım o pəncərəyə, çatıb silərəm deyə. Ancaq onu görürdüm, başqa heç nə. Alınmadı, insan kütləsi məni çölə atdı. Bir avtobus adam oxudu adını pəncərədə... O mənasız əyriş-üyrüş hərflərin yaratdığı bir dünya mənanın hələ də gözümdə ölmədiyini, məndə qısqanclıq alovlandırdığını duymaq gözlənilməz idi məniçün. bu arada... adının baş hərfini silmişəm əlifbamdan. O hərflə başlayan sözləri də çıxartmışam leksikonumdan. (səni belə unuduram). Söz ehtiyatım kəskin azalıb indi., onlar çoxluq təşkil edirmiş.. İndi heç bir şey ifadə etməyən sözlərlə sönük cümlələr qurub, ağ-qara səssiz sənsizliyə süni dəyər qatmaqdayam. Soruşmazsan alınırmı?.. Havanı hiss etmisənmi heç? Yox? Mən hiss edirəm indi. Hava da varmış, o boş heçnələrdən ibarət deyilmiş. Əl atıb tuta da bilərəm hətta. Sonuncu kəşflərimdəndir bu. Yəni üz-üzə dayansaq aramızda bir üçüncü də olacaq – hava. Tək, baş-başa qalmağımız mümkünsüz bir şey. Mən sənin tərli şüşədəki adını qısqandığım tək sən də məni sən gedəli qucağında, qollarında, dizlərinin üstündə saxlayan, bir an buraxmayan havaya qısqana bilərsən. Daim yanımdadır, daim onunlayam. (burda bağışla kəlməsini bir də oxu). Səninlə sağollaşmıram, salamlaşmamışdım da. Çox uzun yazmaq istəmirəm, sənin onsuz da hövsələn çatmır məktubu sona qədər oxumağa, mənsə uzunçuyam, sözüm tükənməz bitməz. Əsas bu deyil, əsas odu ki, nə demək istədiyimi elə ilk üç sözümdən alırsan, sonrakı təfsilat yorur səni, özündən çıxarır. Heyif, yanımda deyilsən..., əsəbiləşdirərdim yoxsa.... Burda kəsirəm. Səninçün burda kəsirəm, özümçün davam edəcəm. Bir şeyi də deyim. Məktubuma yarımçıq namə adını qoyma. Yarımçıq deyil, sən onu bura qədər oxudun. Nə vaxt ki ardını bilməyə ehtiyac duydun, öz doğma həbsxanana – ürəyimdəki boş kamerana dönmək istədin, diqqətlə bax son sözlərdən sonrakı boşluğa. Orda bir şeylər tapacaqsan.. görəcəksən.. ağ mürəkkəblə yazılıb... sən bax... diqqətlə... gözlərin yorulunca bax... görünəcək... oxumaq istəyin qaraldacaq mürəkkəbi..
  16. нас осталось мало, потому наблюдается высокая активность ))
  17. Много-много счастья, Оса!
×
×
  • Создать...