Jump to content

Вопросы про Ислам


Xanadu

Recommended Posts

  • Replies 1k
  • Created
  • Last Reply

Top Posters In This Topic

Ибн Хазм..джавабыны билирсен йа йох?

Однажды я проснулся гением... всех времен и народов..

 

такой дудук нам не нужен. 

 

 

Link to comment
Share on other sites

al-Fath xahiş edirəm cavablandırasınız:

1. Namaz qılmayan müsəlman sayılmır?

2. Fasiq nə deməkdir? Cəzası varmı?

3. Möminlə fasiq öz münasibətini necə qurmalıdır? (ərlə-arvad)

_______________________

Болше знать не вредно читайте больше , узнаете многoe

Link to comment
Share on other sites

namaz qilmayan Allaha inansa bela islamda deyil ve muselman sayilmir.

Nece yeni muselman sayilmir?! la illahe illallah muhemmedun resulullah.deyen ve ureyinde tesdiq eliyen shexs artiq muselmandi men bildiyime gore.

sence yahudi ve ya xacperez olum aninda la illahe illallah dese Musalman olacaq?

Allah dedi-Quranin bir hissesine inanib diger hissesine onanmamaq olmaz!

sen elediyin ancaq dilinle olundu,Quranda buyurulan kimi,bes Quranin diger hissesi?,bes namaz?oruc?

Link to comment
Share on other sites

здравствуйте.

если враг, ненавистный человек, вдруг решил принести гурбан пайы, можно отказаться? будет ли это грехом? ведь это еда, а как можно есть то, что дарит враг?

это зависит от каждого человека по отдельности, каждый делает свой индивидуальный выбор. но, если следовать тому, что этот враг сделал шаг на примирение и послал тебе гостинец, не хорошо держать вражду, лучше принять подарок и ответить лучшим в знак примирения.

Ничтожен ты или велик - причина тому... твой язык... /Носир Хисроу/

Link to comment
Share on other sites

al-Fath xahiş edirəm cavablandırasınız:

1. Namaz qılmayan müsəlman sayılmır?

Əgər namazı vacib bilməyib inkar edirsə kafirdir. Əgər vacibliyini bilir, amma qılmaq istəmir günahkar müsəlmandır.

2. Fasiq nə deməkdir? Cəzası varmı?

Fasiq - günahı adi sayan və tövbə haqda fikirləşməyənə deyilir. O Allaha inanır, amma günahlardan da çəkinmir.

3. Möminlə fasiq öz münasibətini necə qurmalıdır? (ərlə-arvad)

yagin ki, mömin fasiqi dəvət etməlidir və haqqı ona başa salmalıdır.

Ничтожен ты или велик - причина тому... твой язык... /Носир Хисроу/

Link to comment
Share on other sites

namaz qilmayan kafirdir ve 4 mezhebin 3-une gore oldurulmelidir, Abu Hanifeye gore ise hebs olunmalidir olene qeder. fasiq muselman da ola biler, ancaq fisqi artirsa kufre girer. fasiqle yashamaq evli veziyyetde chox chetindir. chunki, eger erdise fiski emr edecek, arvad ise tabe olmayacaq, eger qadindirsa, onda erinin nufuzuna xelel getirecek, meselchun zinakar qadini saxlamaq olmaz ki. fasiq insan, devete icabet etmirse, onunla yollari ayirmaq lazimdir, chunki, cehenneme gunah sebebi ila dushursen ve gunahda er arvad ister-istemez ortaqdir. bir de, her kelimeyi shehadeti deyen muselman sayilir, eger emel de olsa. emelsiz iman boshdur.

Link to comment
Share on other sites

ibn hazmyazıb :

namaz qilmayan kafirdir ve 4 mezhebin 3-une gore oldurulmelidir,

maraqli yazmisan

menim mьdьrьm namaz qilandır

ishcilərin 2 aydir maaşını vere bilmir

amma bir ayaqı Məşhəd dədir

o bir ayaqi da Məkkədə

demek o cənnətlikdir????????

onnansa yola verdiyi pulu getirsin

sьpьrgəci nənənin pulunu versin.

mьdьrьn adi gələndə, sağina da -soluna da

birinci xadimə onu sцyьr.

2 aydir emek haqqi almiriq,

amma mьdьrьm ziyaretgahlari gezir

yazmısan : 4 mezhebin 3-une gore oldurulmelidir,

Onun onda heykelini calışarıq ucaldaq :prigprig:

axı namaz qılandır

emeli dьz olmasa da

Edited by adil

Человек, живущий одиноко, существует только наполовину.

П. Буаст

Link to comment
Share on other sites

ibn hazm yazıb :

namaz qilmayan kafirdir ve

4 mezhebin 3-une gore oldurulmelidir,

maraqli yazmisan

menim mudurum namaz qilandır

iscilerin 2 aydir maasını vere bilmir

amma bir ayaqı Məşhəd dədir

o bir ayaqi da Mekkede

demek o cennetlikdir????????

onnansa yola verdiyi pulu getirsin

supurgeci nenenin pulunu versin.

mudurun adi gelende, saqina da -soluna da

birinci xadime onu soyur.

2 aydir emek haqqi almiriq, :plach:

amma mudurum ziyaretgahlari gezir :luv:

yazmısan :

4 mezhebin 3-une gore oldurulmelidir,

Onun onda heykelini calışarıq ucaldaq :prigprig:

axı namaz qılandır

emeli duz olmasa da

Человек, живущий одиноко, существует только наполовину.

П. Буаст

Link to comment
Share on other sites

namaz qilmayan Allaha inansa bela islamda deyil ve muselman sayilmir.

Nece yeni muselman sayilmir?! la illahe illallah muhemmedun resulullah.deyen ve ureyinde tesdiq eliyen shexs artiq muselmandi men bildiyime gore.

sence yahudi ve ya xacperez olum aninda la illahe illallah dese Musalman olacaq?

Allah dedi-Quranin bir hissesine inanib diger hissesine onanmamaq olmaz!

sen elediyin ancaq dilinle olundu,Quranda buyurulan kimi,bes Quranin diger hissesi?,bes namaz?oruc?

Salam aleykum.Yene deyirem bu sozleri deyib,ureyinde testiqleyen shexs(Kelmeyi-Shehadet) Muselman sayilir.Olum vaxti o sozleri deyib canivi elbete ki qutarmaq olmaz.Namaza oruca qalanda ise o muselmanin borcudur.Onlari elemiyen , Al-Fath yazdigi kimi gunahkar muselman sayilir.Sehf deyiremse,meni duzeldin.

Edited by XxNekkroxX
Link to comment
Share on other sites

al-Fath xahiş edirəm cavablandırasınız:

1. Namaz qılmayan müsəlman sayılmır?

Əgər namazı vacib bilməyib inkar edirsə kafirdir. Əgər vacibliyini bilir, amma qılmaq istəmir günahkar müsəlmandır.

2. Fasiq nə deməkdir? Cəzası varmı?

Fasiq - günahı adi sayan və tövbə haqda fikirləşməyənə deyilir. O Allaha inanır, amma günahlardan da çəkinmir.

3. Möminlə fasiq öz münasibətini necə qurmalıdır? (ərlə-arvad)

yagin ki, mömin fasiqi dəvət etməlidir və haqqı ona başa salmalıdır.

Bagishla,amma gulmeli danishdin..

vacib bilmeyib qilmirsa,demeli kafirdir..

vacibliyini bilib qilmirsa gunahkardir..))),

.....................................................

birincisi dushunurki vacib deyil

ikincisi ise  bilirki namaz qilmaq lazimdir,amma deyirki qilmiram..

axi Allah dedi-bilmeden edilen gunah sayilmaz,ancaq gelble olunan gunahdir!(ikincisi bilerekden qilmir namaz,o gelbiyle gunah edir!)(birincisi ondanda besh beter)

vallah bash acmaq olmur sizin dediklerinizden..

deyirsiniz qatiq agdir,amma sonram deyirsinizki,qatiq qarada ola biler...

sizi nece basha dushum bilmirem..

.............................................................................

bu dediyiniz qanunlar harda yazilib?

Link to comment
Share on other sites

İbn Macə "Sünən" (‏ما جاء فيمن ترك الصلاة‏ ) əsərində rəvayət edir:

‏حدثنا ‏ ‏علي بن محمد ‏ ‏حدثنا ‏ ‏وكيع ‏ ‏حدثنا ‏ ‏سفيان ‏ ‏عن ‏ ‏أبي الزبير ‏ ‏عن ‏ ‏جابر بن عبد الله ‏ ‏قال ‏

‏قال رسول الله ‏ ‏صلى الله عليه وسلم ‏ ‏بين العبد وبين الكفر ترك الصلاة

Hədis-1. "Rəsulullah sallallahu aleyhi və səlləm buyurdu: Qulla küfr arasında namazın tərki vardır."

‏حدثنا ‏ ‏إسمعيل بن إبراهيم البالسي ‏ ‏حدثنا ‏ ‏علي بن الحسن بن شقيق ‏ ‏حدثنا ‏ ‏حسين بن واقد ‏ ‏حدثنا ‏ ‏عبد الله بن بريدة ‏ ‏عن ‏ ‏أبيه ‏ ‏قال ‏‏قال رسول الله ‏ ‏صلى الله عليه وسلم ‏ ‏العهد ‏ ‏الذي بيننا وبينهم الصلاة فمن تركها فقد كفر

Hədis-2. "Rəsulullah sallallahu aleyhi və səlləm buyurdu: Bizimlə onlar arasındakı əhd-müqavilə namazdır. Kim onu tərk edərsə kafir olmuşdur."

‏‏حدثنا ‏ ‏عبد الرحمن بن إبراهيم الدمشقي ‏ ‏حدثنا ‏ ‏الوليد بن مسلم ‏ ‏حدثنا ‏ ‏الأوزاعي ‏ ‏عن ‏ ‏عمرو بن سعد ‏ ‏عن ‏ ‏يزيد الرقاشي ‏ ‏عن ‏ ‏أنس بن مالك ‏‏عن النبي ‏ ‏صلى الله عليه وسلم ‏ ‏قال ‏ ‏ليس بين العبد والشرك إلا ترك الصلاة فإذا تركها فقد أشرك

Hədis-3. Nəbi sallallahu aleyhi və səlləm buyurdu: Qulla şirk arasında namazın tərki vardır. Onu tərk etdiyi zaman şərik qoşmuşdur."

İmam Muslim "Səhihdə" rəvayət edir:

حدثنا ‏ ‏أبو غسان المسمعي ‏ ‏حدثنا ‏ ‏الضحاك بن مخلد ‏ ‏عن ‏ ‏ابن جريج ‏ ‏قال أخبرني ‏ ‏أبو الزبير ‏ ‏أنه سمع ‏ ‏جابر بن عبد الله ‏ ‏يقولا ‏سمعت رسول الله ‏ ‏صلى الله عليه وسلم ‏ ‏يقول ‏ ‏بين الرجل وبين الشرك والكفر ترك الصلاة

"Nəbidən sallallahu aleyhi və səlləm belə dediyini duydum: "Kişi ilə şirk və küfr arasında namazın tərki vardır!" Muslim: İman: 82

İmam əl-Acurri, rahiməhullah, "Kitəb əş-Şəriah" əsərində bu barədə ayrı bir fəsil açmışdır və bunu "كفر من ترك الصلاة باب" (Namazı tərk edənin küfrü babı) adlandırmışdır. Daha sonra isə Quran və Sünnətdən və səhabələrdən bu barədə dəlilləri zikr etmişdir. Səhabələrin bu məsələdəki görüşünü təqdim etdikdən sonra fəslin sonunda belə buyurur:

حدثنا أبو نصر محمد بن كردي قال : حدثنا أبو بكر المروزي قال : حدثنا أحمد بن حنبل قال : حدثنا عبد الله بن نمير ، عن محمد بن أبي إسماعيل ، عن معقل بن سعقل الخثعمي قال : أتى رجل علياً رضي الله عنه ، وهو في الرحبة قال : يا أمير المؤمنين ، ما ترى في المرأة لا تصلي ؟ فقال : من لم يصل فهو كافر .

قال محمد بن الحسين رضي الله عنه : هذه السنن والأثار في ترك الصلاة وتضييعها، مع ما لم نذكره مما يطول به الكتاب ، مثل حديث حذيفة وقوله لرجل لم يتم صلاته : لو مات هذا ، لمات على غير فطرة محمد صلى الله عليه وسلم .

ومثله عن بلال وغيره مايدل على أن الصلاة من الإيمان ، ومن لم يصل فلا إيمان له ولا إسلام . وقد سمى الله عز وجل في كتابه الصلاة إيماناً .

وذلك أن الناس كانوا يصلون إلى بيت المقدس ، إلى أن حولوا إلى الكعبة ومات قوم على ذلك ، فلما حولت القبلة إلى الكعبة قال قوم :

يا رسول الله ، فكيف من مات من إخواننا ممن كان يصلي إلى بيت المقدس ؟

فأنزل الله عز وجل : وما كان الله ليضيع إيمانكم يعني صلاتكم إلى بيت المقدس .

"Bizə Əbu Nəsr Muhamməd ibn Kurdi rəvayət etdi, bizə Əbu Bəkr əl-Mərvəzi rəvayət etdi və dedi: bizə Əhməd ibn Hənbəl rəvayət etdi və dedi: bizə Abdullah ibn Numeyr, Muhamməd ibn Əbi İsmaildən, o da Muqal ibn Saqal əl-Xasamidən rəvayət edərək dedi: Bir kişi Alinin, radiyallahu anh, meydanda olduğu zaman yanına gəldi və dedi: Ey möminlərin əmiri, namaz qılmayan haqqında nə düşünürsən? O, dedi: "Kim namaz qılmırsa, o, kafirdir!"

Muhamməd ibn əl-Huseyn, radiyallahu anh, dedi: Bunlar namazın tərki barədə sünnət və əsərlərdir və bunlar o qədər boldur ki, bunları zikr etmədiklərimiz ilə kitab sonsuz uzanar. Huzeyfənin hədisi kimi, o namazları tam qılmayan birinə dedi: "Əgər o, ölərsə, Muhammədin, salləllahu aleyhi va səlləm, fitrətindən başqa fitrət üzərinə öləcəkdir."

Buna bənzər Bilaldan və digərlərindən gələn hədislər dəlalət edir ki, namaz imandandır, kim namaz qılmırsa onun nə imanı vardır, nə də İslamı. Allah Azzə və Cəllə Öz Kitabında namazı iman adlandırmışdır. Beləki insanlar Kəbəyə tərəf yönələnə qədər Beytul-Maqdisə tərəf namaz qılırdılar və bir çoxları bunun üzərinə öldülər. Qiblə Kəbəyə tərəf dəyişdikdə isə bəzi insanlar dedilər: Ey Allahın Rasulu! Bəs Beytul-Maqdisə tərəf namaz qılmış qardaşlarımızdan ölənlərin halı necə olacaq? Allah Azzə və Cəllə bu zaman bu ayəni endirdi: "Allah imanınızı zay edən deyildir!", yəni Beytul-Maqdisə tərəf qıldığınız namazlarınızı."

Göründüyü kimi bağdad alimlərindən İmam əl-Acurri (öl. hicri 360) yuxarıdakı Quran ayəsini və onun şərhini bu barədə dəlil kimi gətirmişdir!

Doğrusunu Allah bilir!

Link to comment
Share on other sites

namaz qilmayan kafirdir ve 4 mezhebin 3-une gore oldurulmelidir, Abu Hanifeye gore ise hebs olunmalidir olene qeder. fasiq muselman da ola biler, ancaq fisqi artirsa kufre girer. fasiqle yashamaq evli veziyyetde chox chetindir. chunki, eger erdise fiski emr edecek, arvad ise tabe olmayacaq, eger qadindirsa, onda erinin nufuzuna xelel getirecek, meselchun zinakar qadini saxlamaq olmaz ki. fasiq insan, devete icabet etmirse, onunla yollari ayirmaq lazimdir, chunki, cehenneme gunah sebebi ila dushursen ve gunahda er arvad ister-istemez ortaqdir. bir de, her kelimeyi shehadeti deyen muselman sayilir, eger emel de olsa. emelsiz iman boshdur.

Səhviniz var. Sizlərdə bir bu haqda bir neçə fikir var:

والثاني‏:‏ أنه لا يكفر بترك شيء من ذلك مع الاقرار بالوجوب، وهذا هو المشهور عند كثير من الفقهاء من أصحاب أبي حنيفة، ومالك، والشافعي، وهو إحدى الروايات عن أحمد اختارها ابن بطة وغيره‏.‏

İkinci: Vacibliyini qəbul etdiyi halda bunlardan birini tərk etməsi ilə kafir olmaz. Bu isə Əbu Hənifənin, Malikin və Şafinin əshabından olan fəqihlər nəzdində məşhurdur. Bu eləcədə İbn Batta və digərlərinin İmam Əhməddən rəvayət edilən rəylərdə tərceh etdikləri rəydir.

İbn Teymiyyə "Məcmu əl-Fətava", 7/609-616

Ничтожен ты или велик - причина тому... твой язык... /Носир Хисроу/

Link to comment
Share on other sites

vacib bilmeyib qilmirsa,demeli kafirdir..

Namazı, yani Allahın əmrini inkar edirsə, deməli Allahı inkar edir və buna görə də kafirdir.

vacibliyini bilib qilmirsa gunahkardir..))),

Allaha inanıb əmrlərini qəbul edir, amma təmbəllik edir və ya Allahın rəhminə sığınırsa (yani fikirləşir ki, Allah bağışlayar) bu insan müsəlmandır, çünki Allaha inanır, amma namazı qılmamaqda günah edir.

axi Allah dedi-bilmeden edilen gunah sayilmaz

Allah bunu harda deyir?

Ничтожен ты или велик - причина тому... твой язык... /Носир Хисроу/

Link to comment
Share on other sites

Ümumiyyətlə bu məsələdə səhabənin icması vardır və İmam Şafi, rahiməhullah, buyurduğu kimi:

"ونعلم أن عامتهم [ يعني الصحابة رضي الله عنهم ]ـ لا تجتمع على خلافٍ لسنة رسول الله صلى الله عليه وسلم ، ولا على خطأ إن شاء الله".

"Bilirik ki, səhabələr Allahın Rasulunun, salləllahu aleyhi va səlləm, sünnətinə müxalif olan şeydə və inşəAllah heç bir xətada icma etməzlər."

"Ər-Risalə", səh: 472

Bu məsələdə isə səhabələrin icması birdən çox yolla nəql olunmuşdur və bu sabitdir, inşəallah!

Link to comment
Share on other sites

Burda Əbu-Bəkr internet səhifəsində yerləşdirilmiş kiçik bir məqaləyə cavab vermək uyğun olardı. Bu isə namazı tərk edənin hökmü barədədir. Məzkur məqalədə qısa bir tanıtmadan sonra deyilir:

Lakin alimlərin bu iki rəyinin ən üstünü, hədislərdə deyilən küfrün, insanı İslamdan çıxarmayan kiçik küfr olmasıdır. Bu və digər hədisləri cəm edərək belə qənaətə gəlinir. Həmin hədislərdən aşağadakıları demək olar.

Ubadə ibn əs-Samit (Allah ondan razı olsun) deyir ki, mən Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini eşitmişəm: «Allah bəndələrinə beş vaxt namaz fərz etmişdir. Kim bu namazları qılıb, heç bir naqisliyə yol vermədən, qədrini alçaltmadan yerinə yetirərsə, cənnətə daxil olacağı haqqında Allah yanında əhdi olar. Kim bu namazları qılmazsa Allah yanında əhdi olmaz. İstəsə ona əzab verər, istəsə onu bağışlar».

Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) namaz qılmayanın Allahın istəyi altında olacağını deməsi onu göstərir ki, namazı tərk etmək şirk və küfrdən aşağıda olan günahdır. Uca Allah buyurur: «Şübhə yoxdur ki, Allah Özünə şərik qoşanları əvf etməz, amma istədiyi şəxsin bundan başqa olan günahlarını bağışlar...»

Əbu Hureyrə (Allah ondan razı olsun) deyir ki, mən Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini eşitmişəm: «Qiyamət günü müsəlman bəndənin haqq-hesab olunacağı əməl, fərz namazlardır. Əgər namazları yerində olsa heç, olmasa deyiləcəkdir ki, baxın görün nafilə əməlləri varmı? Əgər onun nafilə əməlləri olsa, fərz namazları nafilələrlə tamamlanacaqdır. Sonra bütün fərz əməllərlə belə ediləcəkdir».

Huzeyfə ibn əl-Yəmən (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Paltarın rəngi solduğu kimi, İslam da elə zəifləyəcəkdir. Hətta, orucun, namazın, həccin və sədəqənin nə olduğu bilinməyəcəkdir. Allahın kitabı bir gecədə yoxa çıxacaq, yer üzündə ondan bir ayə də qalmayacaqdır. Yalnız bir qrup qoca kişi və qadınlar qalacaqlar. Onlar deyəcəklər: Biz atalarımızın bu kəlməni: “lə iləhə illəllah” - dediklərini eşitmişik və biz də onu deyirik». Silə (adlı rəvayətçi) ona (Huzeyfəyə) dedi: Onlar namazın, orucun, həccin, sədəqənin nə olduğunu bilmədikləri halda, lə iləhə illəllah kəlməsi onlara nə fayda verəcəkdir? Huzeyfə ona cavab vermədi. Silə sualını üç dəfə təkrar etdi. Huzeyfə isə ona cavab vermir, yayınırdı. Üçüncü dəfə soruşduqda Huzeyfə üzünü Siləyə çevirib üç dəfə: «Ey Silə, onları oddan xilas edəcəkdir» - dedi.

Hər şeydən əvvəl qeyd etmək lazımdır ki, onların bu barədə gətirdikləri dəlilləri əslində onlar üçün dəlil sayılmaz. Bizim dediyimiz üçün dəlil sayılacaqdır. Bunu bir çox tərəfdən izah etmək olar. İlk əvvəl ilk hədisin müxtəlif ləfzlərinə fikir verək:

خمس صلوات كتبهن الله على العباد ، من أتى بهن لم يضيع منهن شيئا استخفافا بحقهن كان له عند الله عهد أن يدخله الجنة ، ومن لم يأت بهن فليس له عند الله عهد إن شاء عذبه وإن شاء غفر له

"Allah bəndələrinə beş vaxt namaz yazmışdır. Kim bu namazları qılıb, heç bir şey buraxmadan, qədrini alçaltmadan yerinə yetirərsə, cənnətə daxil olacağı haqqında Allah yanında əhdi olar. Kim bunları etməzsə Allah yanında əhdi olmaz. İstəsə ona əzab verər, istəsə onu bağışlar."

Bunu bu ləfzlə Ubadə bin Samitdən İmam Malik "Muvatta" da (1/254-255) rəvayət etmişdir. Sənədində məchul ravilər vardır. Eləcədə Əbu Davud (2/62) və İmam Nəsai (1/186) rəvayət etmişdir. Eləcədə İmam Əhməd (5/315 və 319) ləfzdə kiçicik fərqlə rəvayət etmişdir.

" خمس صلوات افترضهن الله على عباده من أحسن وضؤهن ، وصلاهن لوقتهن ، فأتم ركوعهن ، وسجودهن ، وخشوعهن ، كان له عند الله عهد أن يغفر له ، ومن لم يفعل فليس له عند الله عهد ، إن شاء غفر ، له وإن شاء عذبه "

"Allah bəndələrinə beş vaxt namazı fərz etmişdir. Kim dəstəmazı gözəl şəkildə edərsə və namazları vaxtında qılarsa, rükusunu, səcdəsini yerinə yetirərsə, Allah onu bağışlayacağına əhd vermişdir. Kim etməzsə onun üçün Allah yanında əhd yoxdur. Dilərsə bağışlayar, dilərsə əzab edər."

Bunu yenə İmam Əhməd (5/317) Ubadə bin Samitdən rəvayət etmişdir. Eləcədə İmam Əbu Davud (1/115) "səcdə" sözünü zikr etmədən rəvayət etmişdir.

İbn Macənin (1/448) rəvayətində isə bu ləfzdə gəlmişdir:

" خمس صلوات افترضهن الله على عباده فمن جاء بهن لم ينتقص منهن شيئاً استخفافاً بحقهن فإن الله جاعل له يوم القيامة عهداً أن يدخله الجنة ، ومن جاء بهن قد انتقص منهن شيئاً استخفافاً بحقهن لم يكن له عند الله عهد ، إن شاء عذبه ، وإن شاء غفر له "

"Allah bəndələrinə beş vaxt namazı fərz buyurmuşdur. Kim bu namazları qılıb, heç bir şey buraxmadan, qədrini alçaltmadan yerinə yetirərsə, Qiyamət günündə cənnətə daxil olacağı haqqında Allah yanında əhdi olar. Kim bunları naqis şəkildə qədrini alçaldaraq qılarsa Allah yanında onun üçün əhd yoxdur. Dilərsə əzab edər, dilərsə onu bağışlayar."

Bu hədisin bir başqa ləfzi isə belədir:

‏خمس صلوات كتبهن الله على العبد في اليوم والليلة، من حافظ عليهن كان له عهد عند الله أن يدخله الجنة، ومن لم يحافظ عليهن لم يكن له عند الله عهد، إن شاء عذبه وإن شاء غفر له

"Allah bir gün və bir gecədə bəndələrinə beş vaxt namazı fərz qıldı. Kim bu namazları davamlı şəkildə qılarsa Allah yanında onu Cənnətə daxil edəcəyinə dair əhd vardır. Kim onları davamlı qılmazsa onun üçün Allah yanında heç bir əhd yoxdur. Dilərsə əzab edər, dilərsə onu bağışlayar!"

Bunu Əbu Davud rəvayət etmişdir ("Kitəb əs-Salət", rəq: 391)

Bütün bu ləfzlərdən açıq-aydın anlaşılır ki, hədisdə qəsd olunan heç də namazları mütləq şəkildə tərk etmək deyildir. Beləki burda namazların kamilliyindən söhbət gedir. Kim bəzən namazı qılıb, bəzən də onu tərk edərsə bu şəxs Allahın məşiyyəti altındadır. Dilərsə əzab edər, dilərsə bağışlayar. Bu barədə İbn Teymiyyə, rahiməhullah, deyir:

وكما قال صلى الله عليه وسلم‏:‏ ‏(‏خمس صلوات كتبهن الله على العبد في اليوم والليلة، من حافظ عليهن كان له عهد عند الله أن يدخله الجنة، ومن لم يحافظ عليهن لم يكن له عند الله عهد، إن شاء عذبه وإن شاء غفر له‏)‏‏.‏فذكر المحافظ عليها، ومعلوم أنه لا يكون مصليًا لها على الوجه المأمور إلا بالمحافظة عليها، ولكن بين أن الوعيد مشروط بذلك؛ ولهذا لا يلزم من عدم المحافظة ألا يصليها بعد الوقت فلا يكون محافظا عليها؛ إذ المحافظة تستلزم فعلها كما قال‏:‏‏{‏حَافِظُواْ عَلَى الصَّلَوَاتِ والصَّلاَةِ الْوُسْطَى‏}‏ ‏‏نزلت لما أخرت العصر عام الخندق، قال النبي صلى الله عليه وسلم‏:‏‏(‏ملأ الله أجوافهم وقبورهم نارا كما شغلونا عن الصلاة الوسطى حتى غابت الشمس‏)‏‏.‏

/وبهذا يظهر أن الاحتجاج بذلك على أن تارك الصلاة لا يكفر حجة ضعيفة، لكنه يدل على أن تارك المحافظة لا يكفر، فإذا صلاها بعد الوقت لم يكفر، ولهذا جاءت في الأمراء الذين يؤخرون الصلاة عن وقتها قيل‏:‏ يا رسول الله، ألا نقاتلهم‏؟‏ قال‏:‏‏(‏لا، ما صلوا‏)‏، وكذلك لما سئل ابن مسعود عن قوله تعالى‏:‏‏{‏أَضَاعُوا الصَّلَاةَ‏}‏ ‏‏، قال‏:‏ هو تأخيرها عن وقتها، فقيل له‏:‏ كنا نظن ذلك تركها، فقال‏:‏ لو تركوها كانوا كفارا‏.‏

"Necəki peyğəmbər, salləllahu aleyhi va səlləm, buyurur: " Allah bir gün və bir gecədə bəndələrinə beş vaxt namazı fərz qıldı. Kim bu namazları davamlı şəkildə qılarsa Allah yanında onu Cənnətə daxil edəcəyinə dair əhd vardır. Kim onları davamlı qılmazsa onun üçün Allah yanında heç bir əhd yoxdur. Dilərsə əzab edər, dilərsə onu bağışlayar!" Burada "əl-muhafiz aleyhə" (onları davamlı qılarsa) deyərək zikr olunmuşdur və məlumdur ki, insan namazı davamlı qılmadığı təqdirdə əmr edilmiş şəkildə namaz qılan sayılmaz. Lakin (peyğəmbər) bəyan etmişdir ki, əzaba məruz qalmağın şərti budur (namazı davamlı qılmamaqdır). Əgər davamlılıq əslində namazı qılmamağı yox, qılmağı tələb edirsə, namazları vaxtından sonra qılarsa namazında davamsızlıq olar, yoxsa namazlarında davamlı olan sayılmaz. Necəki Allahu Təalə deyir: "Namazları və orta namazı qoruyun!" (əl-Bəqara, 238) Bu ayı Xəndək döyüşü zamanı asr namazının gecikdirilməsi ilə əlaqədar nazil olmuşdur. Buna görə də peyğəmbərimiz, salləllahu aleyhi va səlləm, buyurmuşdur:

"Onlar bizi günəş batana qədər orta namazdan yayındırdıqları kimi, Allah da onların qarınlarını və qəbirlərini atəşlə doldursun!"

Bundan aydın olur ki, bu hədisə dayanaraq namazı tərk edənin kafir olmayacağını sğyləmək zəif bir dəlilləndirmədir. Lakin bu hədis namazlarını davamlı qılmayanın kafir olmayacağına dəlildir, yəni əgər vaxtından sonra qılarsa kafir olmaz. Buna görə də namazları vaxtından sonraya təxirə salan əmirlər haqqında gəldiyi kimi (səhabələr peyğəmbərdən) soruşurlar: "Ya Rasulallah, bunlara qarşı vuruşmayaq?" (peyğəmbər) dedi: "namaz qıldıqları sürəcə, xeyr". Eləcədə İbn Məsuddan Allahın bu sözü barədə soruşulduqda: "Onların arxasınca namazı buraxıb şəhvətə uyan bir nəsil gəldi" (Məryəm, 59) belə cavab verdi: "Burdakı namazı "buraxmaq" onu vaxtından sonraya təxirə salmaqdır" Onlar isə dedilər: "biz bunun namazı tərk etmək olduğunu zənn edirdik" Buna cavab olaraq (İbn Məsud) deyir: " (Xeyr!) Əgər tərk etsəydilər, kafir olardılar."

"Məcmu əl-Fətava", 7/578-579

Qeyd etmək lazımdır ki, bu növ hədisləri İmam Nəsai də öz kitabında "Namazı davamlı qılmaq" babı altında yerləşdirmişdir. Şeyul-İslamın sözləri isə gün kimi aydındır. Ubadə bin Samitdən rəvayət olunan bu hədis namazı mütləq şəkildə tərk edənin halı üçün dəlil gətirilməz.

Link to comment
Share on other sites

vacib bilmeyib qilmirsa,demeli kafirdir..

Namazı, yani Allahın əmrini inkar edirsə, deməli Allahı inkar edir və buna görə də kafirdir.

vacibliyini bilib qilmirsa gunahkardir..))),

Allaha inanıb əmrlərini qəbul edir, amma təmbəllik edir və ya Allahın rəhminə sığınırsa (yani fikirləşir ki, Allah bağışlayar) bu insan müsəlmandır, çünki Allaha inanır, amma namazı qılmamaqda günah edir.

axi Allah dedi-bilmeden edilen gunah sayilmaz

Allah bunu harda deyir?

ONU Allah QURANDA dedi!

lazimdirsa sureni ve ayeni t.ram,amma 100% eminem ,cunki bu eyeni bir nece defe oxumusham.

................................................................................

..............................................

Allaha inanir amma tenbellik  edir..yaniki Allahin emirlerine tenbelik edir?.demeli saymir onlari!,MEHSULIYET YOXDUR!

mehsuliyeti olmayan adamin inami olar?,o her sheyi qulagin ardina vurur..,o Allahi bele qulagin ardina vurur..,cunki onun dediklerini etmir!

men bir sheyi bilirem.!,dilinle dediklerin emelinle gosterilmelidir!,dilinle bir shey deyirsen,amma emelinle bir shey edirsen..

sence,bu adama kim inanar?

bir adam deyirki -Allaha inaniram,Allah boyukdur,Allah gudretlidir,Allah her sheyi bilendir!,ve Allah buyururki-namaz qil,oruc tut,pislik etme..

ve sair...,

ona bezi adamlar qulaq asirlar,deyirlerki- duz deyir..,ve onlar namaz qilirlar,oruc tuturlar..,amma gorurlerki hemin adamki onlara agil orgedirdi ozu ne oruc tutur nedeki namaz qilir...

ona demezler-AY KAFIR!,BIZE AGIL ORGEDIRSEN,ALLAH ALLAH DEYIRSEN,AMMA ALLAHIN DEDIKLERINI ETMIRSEN?!

TUPURUM SENEDE ALLAHINADA!.SENIN DEDIYIN ALLAH OLSAYDI,VE SEN ONA INANSAYDIN,BIZE TOVSIYE VERDIKLERINI OZUN BIZDEN ONCE VE BIZDEN 100 DEFE COX EDERDIN!

sence ona bele demezler?

................................................................................

..........................................

ALLAH DEDI-SIZIN KESDIYINIZ QURBANIN NE ETI,NEDEKI IYI MENE CATMAZ!,MENE CATAN ANCAQ SIZIN GELBINIZDE OLANLARDI,(YANIKI NE NIYYETLE KESDIYINIZDIR!)

indi mene de-agzinla  Allah-Allah dediklerin,gelbinle deyilse,sen namaz qilarsan? ,sence Allah senin agzinla dediyine yoxsa gelbinle elediyine onem verir?

eger gelbinle elediklerine onem verirse,ne ucun gelbinle dediklerin emmelerinle ust-uste dushmur?

 Assalamu aleykum va rahmatullah.

Link to comment
Share on other sites

Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) namaz qılmayanın Allahın istəyi altında olacağını deməsi onu göstərir ki, namazı tərk etmək şirk və küfrdən aşağıda olan günahdır. Uca Allah buyurur: «Şübhə yoxdur ki, Allah Özünə şərik qoşanları əvf etməz, amma istədiyi şəxsin bundan başqa olan günahlarını bağışlar...»

Bu sözə isə cavabımız qısa olacaq. Yuxarıdakı hədislərin cəmindən sonra və İbn Teymiyyənin də dediyi kimi bu hədis heç də namazı tərk edən üçün dəlil gətirilməz. Mübarək ayəyə gəldikdə isə bunun məqalənin yazarının zənn etdiyi kimi olmadığını deyirik. Çünki namazın tərki də şirk və küfr səviyyəsində bir günahdır. Bu barədə İbn Useymin, rahiməhullah, deyir:

القسم الثاني‏:‏

ما لا دليل فيه أصلا للمسألة‏.‏

مثل استدلال بعضهم، بقوله تعالى‏:‏ ‏{‏إن الله لا يغفر أن يشرك به ويغفر ما دون ذلك لمن يشاء‏}‏ ‏‏.‏ فإن معنى قوله تعالى‏:‏ ‏{‏ما دون ذلك‏}‏ ما هو أقل من ذلك، وليس معناه ما سوى ذلك، بدليل أن من كذب بما أخبر الله به ورسوله، فهو كافر كفراً لا يغفر له وليس ذنبه من الشرك‏.‏

ولو سلمنا أن معنى ‏{‏ما دون ذلك‏}‏ ما سوى ذلك، لكان هذا من باب العام المخصوص بالنصوص الدالة على الكفر بما سوى الشرك والكفر المخرج عن الملة من الذنب الذي لا يغفر وإن لم يكن شركا‏.

"İkinci qism:

Bu məsələ üçün əslən dəlil olmayanlar:

Bəzilərinin Allahu Təalənin bu sözü ilə dəlil gətirməsi kimi: "Şübhə yoxdur ki, Allah Özünə şərik qoşanları əvf etməz, amma istədiyi şəxsin bundan başqa olan günahlarını bağışlar" (ən-Nisa, 48) Allahu Təalənin "mə dunə zəlik" (bundan başqa, bundan aşağı) sözündəki məna "bundan kiçik olan" deməkdir, yoxsa "ondan başqa" anlamında deyildir, çünki bunun dəlili budur ki, kim Allahın və Rasulunun verdiyi xəbəri təkzib edərsə o, Kafirdir. Allah onu bağışlamayacaq və onun bu günahı (yəni təkzib etməsi) şirk deyildir.

Hətta "mə dunə zəlik" sözündəki mənanın "şirkdən başqa" günahlar olduğunu qəbul etsək, bu zaman bu ayə ümumi mənada olur və bu, küfrün şirkə bərabər olduğunu göstərən nəsslərlə xüsusiləşmişdir. İnsanı millətdən çıxaran küfr isə şirk olmasa da Allahın bağışlamadığı günahlardandır."."

"Hukmu Tərik əs-Salət"

Yenə bu sözlər də burhan vardır. Çünki qəti şəkildə məlumdur ki, millətdən çıxaran küfrü də Allah bağışlamayacaqdır. Məhz bu səbəbdən də ayənin doğru tərcüməsi belə olmalıdır: "Şübhə yoxdur ki, Allah Özünə şərik qoşanları əvf etməz, amma istədiyi şəxsin bundan kiçik olan günahlarını bağışlar"

Doğrusunu isə Allah bilir!

Buna binaən deyirik ki, səhih hədislərdə varid olduğu kimi Allahın Elçisi, salləllahu aleyhi va səlləm, namazın tərkini şirk adlandırmışdır. Muslimin "İman" kitabında Cabir bin Abdullahdan rəvayət etdiyi hədisdə peyğəmbər, salləllahu aleyhi və səlləm, deyir:

"‏إن بين الرجل وبين الشرك، والكفر، ترك الصلاة‏"

"İnsan ilə Şirk və Küfr arasında namazın tərki vardır."

İbn Teymiyyə, rahiməhullah, deyir:

فأما من كان مصرا على تركها لا يصلي قط، ويموت على هذا الإصرار والترك فهذا لا يكون مسلما؛ لكن أكثر الناس يصلون تارة، ويتركونها تارة، فهؤلاء ليسوا يحافظون عليها، وهؤلاء تحت الوعيد، وهم الذين جاء فيهم الحديث الذي في السنن حديث عبادة عن النبي صلى الله عليه وسلم أنه قال: ((خمس صلوات كتبهن الله على العباد في اليوم والليلة من حافظ عليهن كان له عهد عند الله أن يدخله الجنة، ومن لم يحافظ عليهن لم يكن له عهد عند الله، إن شاء عذبه وإن شاء غفر له)) فالمحافظ عليها الذي يصليها في مواقيتها، كما أمر الله تعالى، والذي ليس يؤخرها أحيانا عن وقتها، أو يترك واجباتها، فهذا تحت مشيئة الله تعالى، وقد يكون لهذا نوافل يكمل بها فرائضه، كما جاء في الحديث.

"Lakin kim tərki üzərində israr edərsə və qətiyyən namaz qımazsa və bu israr bu tərk üzərində ölərsə, bu insan müsəlman olmaz. Lakin insanların çoxu bəzən qılır, bəzən də namazlarını tərk edirlər və bu kəslər namazlarını mühafizə edənlər/davamlı qılanlar deyillər. Bu kəslər Allahın vaidi altındadır. Bunlar o kəslərdirlər ki, haqlarında sünən kitablarında Ubadə bin Samitdən gələn hədisdə peyğəmbər, salləllahu aleyhi va səlləm, deyir: "Allah bir gün və bir gecədə bəndələrinə beş vaxt namazı fərz qıldı. Kim bu namazları davamlı şəkildə qılarsa Allah yanında onu Cənnətə daxil edəcəyinə dair əhd vardır. Kim onları davamlı qılmazsa onun üçün Allah yanında heç bir əhd yoxdur. Dilərsə əzab edər, dilərsə onu bağışlayar!" Namazlarını mühafizə edənlər isə Allahu Təalənin əmr etdiyi kimi namazları vaxtında qılanlar və bəzi hallarda olduğu kimi vaxtından sonraya təxirə salmayanlardırlar və ya namazın vaciblərini tərk edənlərdirlər. Bu isə Allahın istəyi altındadır. Bunun üçün də hədisdə gəldiyi kimi nafilə namazları fərz namazlarını kamilləşdirəcəkdir."

"Məcmu əl-Fətava", 22/48

Burda Şeyxin də işarə etdiyi kimi hədisdə nafilə namazların fərz namazları kamilləşdirəcəyi barədə gəlmişdir. Buna görə də məqalədə Əbu Hureyrədən rəvayət olunan hədis namazı tərk edən üçün heç bir dəlil təşkil etməz. Bu səbəbdən deyə bilərik ki, məqalədə gətirilən hədislərin heç biri dəlil təşkil etməz. Sonuncu hədis barəsində isə cavabımız çox bəsit olacaqdır. Hədisdə mütləq cahilliyin hökm sürdüyü bir zaman işarə edilmişdir. İnsanlar arasında Quran götürüləcəkdir və İslam əhkamlarından insanlar cahil olacaqlar. Bu isə hamının bildiyi kimi cəhalət üzrünə aid olan bir məsələdir. Namazı bilməmək onlar üçün üzr sayılacaqdır.

Va billəhi təufiq!

Link to comment
Share on other sites

Ümumiyyətlə bu məsələdə səhabənin icması vardır və İmam Şafi, rahiməhullah, buyurduğu kimi:

"ونعلم أن عامتهم [ يعني الصحابة رضي الله عنهم ]ـ لا تجتمع على خلافٍ لسنة رسول الله صلى الله عليه وسلم ، ولا على خطأ إن شاء الله".

"Bilirik ki, səhabələr Allahın Rasulunun, salləllahu aleyhi va səlləm, sünnətinə müxalif olan şeydə və inşəAllah heç bir xətada icma etməzlər."

"Ər-Risalə", səh: 472

Bu məsələdə isə səhabələrin icması birdən çox yolla nəql olunmuşdur və bu sabitdir, inşəallah!

Əvvəla bu haqda nə səhabələrin, nə də ki, alimlərin icması yoxdur. Yazdığım kimi İbn Teymiyyə "Məcmu əl-Fətava"da bu haqda bir neçə (5-ə yaxın) fikir gətirir. Onlardan biri də budur ki, Əbu Hənifənin, Malikin və Şafinin əshabından olan fəqihlərin, və Hənbəlin fikrinə görə namazın vacibliyini qəbul edib onu tərk edən insan kafir deyil.

İndi ya İbn Teymiyyə səhv edib (ya yalan danışıb), ya da ki Siz bu məsələni düzgün başa düşməmisiz. Siz gətirdiyiniz hədislərdə namazın vacibliyini qəbul etməyənin hökmü haqda yazılıb.

Birdə ki, Siz nahaq Abu İbrahimin yazılarını bura kopyalayırsız. Sizə məsləhət görürəm əvvəl forumun qaydaları ilə tanış olasız və nəzərinizə çatdırıram ki, kopi-peyst etmək bu forumda qadağandır.

Ничтожен ты или велик - причина тому... твой язык... /Носир Хисроу/

Link to comment
Share on other sites

vacib bilmeyib qilmirsa,demeli kafirdir..

Namazı, yani Allahın əmrini inkar edirsə, deməli Allahı inkar edir və buna görə də kafirdir.

vacibliyini bilib qilmirsa gunahkardir..))),

Allaha inanıb əmrlərini qəbul edir, amma təmbəllik edir və ya Allahın rəhminə sığınırsa (yani fikirləşir ki, Allah bağışlayar) bu insan müsəlmandır, çünki Allaha inanır, amma namazı qılmamaqda günah edir.

axi Allah dedi-bilmeden edilen gunah sayilmaz

Allah bunu harda deyir?

ONU Allah QURANDA dedi!

lazimdirsa sureni ve ayeni t.ram,amma 100% eminem ,cunki bu eyeni bir nece defe oxumusham.

Mən Sizdən "harda" soruşanda elə ayəni istəyirdim. Tapın və göstərin.

Allaha inanir amma tenbellik edir..yaniki Allahin emirlerine tenbelik edir?.demeli saymir onlari!,MEHSULIYET YOXDUR!

Siz indi qiyas edirsiz?

mehsuliyeti olmayan adamin inami olar?,o her sheyi qulagin ardina vurur..,o Allahi bele qulagin ardina vurur..,cunki onun dediklerini etmir!

Bədəvi ərəblər: “Biz iman gətirdik!” – dedilər. (Ya Peyğəmbər! Onlara) de: “Siz (qəlbən) iman gətirmədiniz! Ancaq: “Biz islamı qəbul etdik!” – deyin. Hələ iman sizin qəlblərinizə daxil olmamışdır (çünki iman əməllə etiqadın vəhdəti, islamı qəbul etmək isə yalnız zahiri əməl deməkdir). Əgər Allaha və Peyğəmbərinə itaət etsəniz, O sizin əməllərinizdən heç bir şey əskiltməz. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir! (Hucurat 49:14)

Burada Allah-təala müsəlmanla mömini ayırır. Müsəlman sözdə kəlmei-şəhadəti deyən insandır. Mömin isə ona əməl edən. Kəlmei-şəhadəti deyən insan müsəlman sayılır. Hətta münafiqlər də kəlmei-şəhadəti deyib müsəlman sayılırdılar. Allaha inan da müsəlmandır, amma namazı qılmayan, zəkat verməyən günah etmiş olur. Amma bu günah onu islamdan çıxarmır.

Ничтожен ты или велик - причина тому... твой язык... /Носир Хисроу/

Link to comment
Share on other sites

Namaz ilə başqa vacibatları tərk etmək arasında fərq var.

Fətvanın sahibi: İbn Baz.

Fətvanın №-si: “Dəvət” 1473rəcəb. 1415h.

Sual: Tövhid əqidəsində olan lakin bəzi vacibatları yerinə yetirməyə tənbəllik edənin hökmü nədir?

Cavab: O, naqis imanlı olur. Həmçinin bəzi asiliklər edənin əhli Sünnəyə görə imanı naqisləşir, çünki əhli sünnə belə deyir: İman - söz, əməl və etiqaddır. O itaət etməklə artır, asilik etməklə naqisləşir. Buna misal üzürsüz yerə ramazan orucunu tərk etməkdir. Bu böyük asilikdir və imanı naqisləşdirir və zəiflədir. Elm əhlindən bəziləri bununla təkfir də edirlər.

Lakin səhih odur ki, orucun vacibliyini təsdiqlədikcə bununla küfr etmir. Lakin bəzi günlər tənbəllik və səhlənkarlıqdan iftar edir. Həmçinin zəkatı səhlənkarlıq üzündən vaxtını gecikdirən və onu çıxartmağı tərk edən əgər vacib olmasını təsdiq edirsə bu asilikdir və imanda zəiflikdir. Bəzi elm əhli də vardır ki, zəkatı tərk edəni təkfir edirlər. Habelə, qohumluq əlaqələrini kəsmək, valideyinlərə hörmətsizlik etmək də imanda naqislik və zəiflikdir. Başqa asiliklərdə bunun kimidir.

Namazı tərk etməyə gəldikdə isə namazı tərk edən onun vacib olmasını inkar etməsə belə bu imanı yox edir və riddəti (dindən çıxmağı) gərəkdirir. Alimlərin sözlərinin ən doğrusu budur. Çünki Rəsulullah –s.a.s.- belə demişdir: “İşin başı İslam, onun sütunu namaz, zirvəsi isə Allah yolunda cihaddır.” Başqa hədisdə isə s.a.s.- belə söyləyir: “Bizimlə onlar arasında olan əhd namazdır. Kim onu tərk etsə artıq küfr etmişdir.” Bu hədisi Əhməd və Sünən əhli səhih isnadla Bəriydə bin əl-Hüseyyibdən r.a. rəvayət etmişdir. Həmçinin Peyğəmbər –s.a.s- belə demişdir: “Adam ilə küfr və şirk arasında duran namazı tərk etməkdir.” Bu hədisi də İmam Müslim öz səhihində gətirmişdir. Müvəffəq edən Allahdır və Allahın salat və səlamı peyğəmbərimiz Muhammədin, ailəsinin və səhabələrinin üzərinə olsun.

Namazı tərk edən küfrün imamları ilə bir yerdə həşr olunacaqdır.

Fətvanın sahibi: İbn Cibriyn.

Fətvanın №-si: “Dəvət”1571 şaban. 1417h.

Sual: Namazı son olaraq (bütünlüklə) tərk edənə tərtib olunan hökmlər hansılardır?

Cavab: Ona küfr və İslamdan çıxma hökmü tərtib olunur. Çünki peyğəmbər –s.a.s.- demişdir: “Qulun küfr ilə arasında duran namazı tərk etməkdir.” Müslim rəvayət etmişdir. Həmçinin – s.a.s.- deyib: “Bizim ilə onların arasında olan əhd namazdır. Kim onu tərk etsə artıq küfr etmişdir.” Bunu Əhməd və Sunən Əhli səhih sənədlə rivayət etmişdir. Başqa bir hədisdə Rəsulallah s.a.s.- belə söyləmişdir: “Kim namaz qılmaqda davam etsə o, qiyamət günü onun üçün bir nur, dəlil və nicat olacaqdır. Kim namaz qılmaqda davam etməsə onun üçün qiyamət günü nə bir nur, nə dəlil, nə də ki, bir nicat olmayacaq və Firon, Haman, Qarun və Ubeyy bin Xələflə bir yerdə həşr olunacaqdır.” Bu hədisi Əhməd və başqaları rəvayət etmişdir. Bu hədislərin zahiri namazı son olaraq tərk edənin dindən çıxmasını və küfrün imamları ilə bir yerdə həşr olunmasını göstərir. Son olaraq tərk etmək dedikdə, yəni namazı nə mənzildə, nə də ki, məsciddə yerinə yetirməməsidir. Bu adama küfr hökmü verildiyi üçün ona kafirlər kimi rəftar etmək hökmü də tərtib olunur və tövbəsi istənilir. Əgər tövbə edərsə heç, yox əgər tövbə etməsə öldürülür. Əgər əcəli ilə ölsə cənazəsi qılınmır. Namazı qılmadığına görə öldürülübsə, onda ona əsl kafir kimi rəftar edilir. Müsəlmanlar onu yumur, kəfənləmir və cənazəsini də qılmırlar. Həmçinin müslmanların qəbirstanlıqlarında dəfn olunmur. Ona kafirlər və ya özü kimi əməl edənlər vəlilik edir. Həyatda olarkan isə onun arvadı ilə arası ayrılır.Allahın buyurduğu bu ayəsinə görə: ”Əgər siz onların möminə qadınlar olduqlarını bilsəniz onları kafirlərə geri döndərməyin. Bunlar onlara, onlar da bunlara halal deyildir” (Mümtəhinə 10) Əgər namaz qılmayan namaz qılan müslimə ilə əqd bağlayarsa və əqddən sonra tövbə edərsə tövbədən sonra əqdini yenidən bağlamağı lazım deyil. Əgər biri namaz qılmamaqda israr edərək ölərsə onun müsəlman qohumları ona varis qalmır və malı beytul mal üçün qənimət olaraq verilir. Əgər onun qohumlarından kimsə ölərsə və o sağ qalarsa ona küfr hökmü verildiyinə görə onlardan miras almır. Çünki, hədisdə “müsəlman kafirə, kafir də müsəlmana varis olmur.” deyilir. Həmçinin namazı tərk etdiyinə görə onun hicr etdirilməsi, onun məclisindən uzaq durulması və müsəlman kimi rəftar olunmaması hökmü tətbiq olunur. Həmçinin namazında səhlənkar olan müsəlmana nəsihət etməyi, həm dünya, həm də axirət əzabını xatırlatmağı məsləhət edirik. Kim tövbə edərsə və küfrdən dönərsə Allah onun tövbəsini qəbul edər və ondan keçmişdə səhlənkarlıq göstərdiyi ibadətləri də qəza olaraq etməsi tələb olunmur. Allah ən doğrusunu bilir.

Dəlillərdə namazı vacib sayanla saymayan arasında fərq qoyulmamışdır.

Fətvanın sahibi: əd-Daimə fətva komitəsi.

Fətvanın №-si: 2191 rəqəmli sual:2

Sual: Cümə günü məscidə ilk olaraq girən, lakin fərz namazlarını tərk edən (cümədən başqa) və ya onlara səhlənkar olan birinin hökmü nədir? Bilərək ki, bunu edən (ummi) savadsız deyil öyrənəndir.

Cavab: Namaz İslamın rukunlarından biridir. Kim onu vacibliyini inkar edərək tərk edərsə o, icma ilə kafirdir. Kim onu səhlənkarlıqdan və tənbəllikdən tərk edərsə, alimlərin iki sözündən səhihi ilə kafirdir. Bunun əsli namazı tərk edənə küfr hökmünün verilməsini göstərən ümumi dəlillərdir. Çünki ümumi dəlillərdə namazı səhlənkarlıqdan və tənbəllikdən tərk edənlə onu vacibliyini inkar edərək tərk edən arasında fərq qoyulmamışdır. Necə ki, İmam Əhməd və Sunən əhli səhih sənədlə Bəridə bin əl-Hüseyyibdən peyğəmbər –s.a.s.-in belə dediyi rəvayət edilmişdir: “Bizim ilə onların arasıda olan əhd namazdır. Kim onu tərk edərsə artıq küfr etmişdir.” Müslimin səhihində də Cabir bin Abdullahdan r.a. peyğəmbər –s.a.s.-in belə dediyi rəvayət olunur: “Kişi ilə küfr və şirkin arasında olan namazı tərk etməkdir.” Həmçinin Abdullah bin Şəqiq rəvayət edərək belə deyir: “Rəsulallah s.a.s.-in əshabı əməllər arasında yalnız namazı tərk etməyi küfr görürdülər”. Tirmizi rəvayət etmişdir.

Fərzi tərk etməklə haramı işləmək bərabər deyil.

Fətvanın sahibi: Daimə Fətva Komitəsi.

Fətvanın №-si: 10618 rəqəmli. Sual 2

Sual: Allah bizə zina etməyi də namazı tərk etməyi də haram etmişdir. Bunlardan hansının günahı o birindən daha böyükdür?

Cavab: Namazı tərk etmək zina işləməkdən günahca daha böyükdür, çünki namazı tərk etmək İslamdan çıxardan böyük küfrdür. Zina isə böyük günahlardan olduğuna görə zina sahibi onu halal saymadıqca küfr etmir. Lakin ona şəri hədd qoyulması məsələsi hakimə qaldırılarsa vacibdir.

Səhlənkarlıqdan namaz qılmamaq küfrdür, küfrdə olan da tövbə edir, qəza ödəmir.

Fətvanın sahibi: Daimə Fətva Komitəsi

Fətvanın№-si: 4476 rəqəmli. Sual: 17

Sual: Namazlarını səhlənkarlanlıqdan qılmayanın qəzasını ödəməsinin hökmü nədir? Yəni biz əcəmilər kimi namazını 30 yaşına çatana kimi gah qılıb gah qılmayıb. Lakin 30 yaşından sonra isə fərzləri öz halında olduğu kimi qılır. Bu cür namazlarını vaxtlı-vaxtında qılan əvvəlki səhlənkarlıqdan buraxdığı namazların qəzasını ödəməyi vacibdirmi?

Cavab: Halı bu cür olan şəxs namazın vacib olmasını inkar etməsə də alimlərin iki sözünün səhihinə görə böyük küfr edən kafir olur. Əgər namazın vacib olmasını inkar etsə isə alimlərin icması ilə kafir olur. Lakin əgər tövbə etsə fərz namazlarını qılsa və ramazan orucunu tutsa və bu hal üzrə davam etsə onda ona İslam hökmü veriləcəkdir. Rəsulallah–s.a.s-in dediyi hədisə görə keçmişdə bilərəkdən tərk etdiyi namaz və orucun qəzasını isə ödəmir. «İslam özündən qabaqkıları, tövbə də özündən öncə olanları yox edir». Çünki, Əbu Bəkr r.a.-ın zamanında riddət əhli ilə döyüşən səhabələr mürtədlər arasında İslama qayıdanlardan heç kimə namaz və orucu qəza etmələrini əmr etməmişdilər. Hansı ki, onlar Rəsulallah –s.a.s.-dən sonra insanlar arasında Allahın şəriətini ən yaxşı bilənlər idilər.

Namazı tərk edənin tövbəsi üç gün istənilir.

Fətvanın sahibi: Daimə Fətva Komitəsi

Fətvanın №-si: 6787 rəqəmli: Sual: 7

Sual: Şeyx sizin namazı tənbəllıkdən tərk edənin küfr etməsi fətvasını oxudum. Əgər heç namaz qılmayıbsa tövbəsi istənilirmi? Və tövbə neçə dəfə istənilir? Əgər tövbə etməsə onda hökmü nədir?

Cavab: Namazı bilərəkdən (yəni, qəsdən, öz iradəsi ilə, heç bir üzr olmadan) tərk edənin səhihə görə üç gün tövbəsi istənilir. Əgər tövbə etsə əlhəmdulilləh, yox əgər tövbə etməsə şəri hakim vasitəsi ilə öldürülür. Peyğəmbər –s.a.s.-in dediyinə görə: “Kim dinini dəyişsə onu öldürün.” Bu hədisi Buxari öz səhihində İbn Abbasdan r.a. rəvayət etmişdir.

Beş vaxt namazdan birini inkar etmək belə icma ilə böyük küfrdür.

Fətvanın sahibi: Daimə Fətva Komitəsi.

Fətvanın №-si: 2873 rəqəmli. sual: 6

Sual: Bir neçə fərz namazını qıla bilmədim və “Məscidul-Harama” ümrə üçün gedərkən Məkkədə olmağımdan qənimətlənərək həmin buraxılan namazları qəza etməyə başladım. Bu halda mənim üçün əzansız və iqaməsiz namaza durmağım daha əfzəldi yoxsa iqamə verib və buraxılan vaxtın qəzasını niyyət edib qılmaq daha əfzəldir?

Cavab: Sən namazınla buraxılan namazların qəzasını niyyət edib və hər bir namaz üçün iqamə verirsən. Lakin əgər buraxılan namazları bilərəkdən, səhlənkarlıqdan və tənbəllikdən tərk etmisənsə onda sənin üzərində qəza yoxdur. Bu halda sənə tövbə etmək və Allaha dönməyin vacibdir. Çünki fərz namazını bilərəkdən tərk etmək onun vacibliyini inkar etməsə belə alimlərin sözünün ən doğrusu ilə əməli batil edən böyük küfrdür. Peyğəmbər –s.a.s.-in hədislərinə görə: “Bizim ilə onlar arasında olan əhd namazdır. Kim onu tərk etsə artıq küfr etmişdir.” Həmçinin “Kişi ilə şirk və küfr arasında olan namazı tərk etməkdir.” Ona görə də kafir islama daxil olduqda tərk etdiyi namazların qəzasını ödəmir. Allahu Təalanın buyurduğuna görə: “Küfr edənlərə de əgər (əməllərinə) son qoysalar keçmişdə olanlar onlar üçün bağışlanar.” Beş vaxt namazın vacibliyini və ya birinin belə vacibliyini inkar edən isə alimlərin icması ilə böyük küfrlə küfr edir. Allahdan salamatlıq və afiyət diləyirik.

Namazı tərk edənin orucu səhih deyildir.

Fətvanın sahibi: Daimə Fətva Komitəsi.

Fətvanın №-si: 5130 rəqəmli. sual: 3

Sual: Bir adam tənbəllikdən fərz namazını yalnız günəş çıxdıqdan sonra qılır. Əsri isə günəşin batmasından bir az qabaq qılır. Bəhanəsi isə odur ki, işdən gec gəlir, yorulur və namazı yataraq tərk edir. Onun namazının hökmü nədir? Bu onun orucuna təsir edirmi?

Cavab: O adamın sübh namazını unutmadan və yuxuya qalmadan əksinə tənbəllikdən günəş çıxana kimi tərk etməyi alimlərin sözlərinin səhihinə görə böyük küfrdür. Bu sözlə də onun orucu da səhih deyildir. Onun əsr namazını günəşin batmasından bir az qabağa kimi gecikdirməsinə gəldikdə isə bu peyğəmbər –s.a.s-in bəyan etdiyi kimi münafiqlərin sifətlərindəndir. Lakin əsri bu vaxtda qılması yetir. Bu cür gecikdirməklə orucu xarab olmur. Ancaq ona tövbə etmək və əsri günəş saralmamışdan qabaq müsəlmanlarla birgə məsciddə camaatla qılmağı vacibdir.

Namazı tərk etməyin küfr olmasını etiqad etməyənin etiqadı etibarlı deyil.

Fətvanın sahibi: İbn Baz.

Fətvanın №-si: Məcmul-Fətava 7-ci cüz.

Sual: Namazı tərk etmənin cəzasının ümmətdən çıxardan böyük küfr olmasını bilmədən namazı tərk edən üzrlü salıyılırmı?

Cavab: Mükəlləflərdən (Ağlı başında olan və həddi buluğa çatmışlardan) kimsə namazı tərk edərsə və bunun böyük küfr olmasını etiqad etməsə belə alimlərin iki sözünün ən səhihinə görə onun hökmü böyük küfrdür. Çünki hökmlər məhkum olunanın etiqadına görə deyil, şəri dəlil ilə etibarlı olur.

Namaz qılmayanın heç bir saleh əməli ona fayda verməyəcəkdir.

Fətvanın sahibi: Useymin.

Fətvanın №-si: Əhkamus-Saləh, sual-1

Sual: Oruc tutub namaz qılmayanın hökmü nədir?

Sonda isə Şeyx Useyminin-r.h- “Hukmu tərikis-saləh” (Namazı tərk edənin hökmü) və “Min Əhkamus-Saləh” (Namazın hökmlərindən) kitablarında namaz qılmayanların halını necə bəyan etdiyini sizin üçün nəql edirik.

Şeyx IbnUseymin özünün “Min Əhkamus-Saləh” kitabında (səh. 3 Sual-1) oruc tutub namaz qılmayanın hökmü nədir sualına belə cavab verir.

Cavab:İnsan üçün çox əcaib şeylər baş verir. Hətta bəzi insanlar görürsən ki, çox hərisliklə oruc tutur, lakin namaz qılmağa heç bir səy göstərmirlər. Hətta mənə belə sözlər çatıb ki, bəzi insanlar oruc tutur, namaz isə qılmır.

Mən Allaha şəhadət gətirirəm ki, Quranın və Sünnənin dəlillərindən, həmçinin səhabələrin sözlərindən və səhih nəzərdən bilirəm ki, oruc tutub namaz qılmayanın orucu batildir, qəbul deyildir və dindən çıxardan küfrlə kafirdir.

Əgər o dindən çıxardan küfrlə kafirdirsə, onun nə orucu, nə sədəqəsi, nə də həcci nə də ki, digər saleh əməli ona fayda verməyəcəkdir. Allah Təala buyurur: “O gün onların etdikləri hər bir saleh əməli götürüb, onu saçılmış zərrələr halına gətirərik (boşa çıxardarıq.)” (Furqan 23). Həmçinin Allah Təala buyurur: “Onların xərclədiklərinin qəbul olmasına mane olan onların Allaha və rəsuluna küfr etmələri və namaza tənbəl-tənbəl gəlmələridir” (Tövbə:54).

Bilindiyi kimi xərcləmələrin (zəkatın, sədəqənin) faydası çoxdur. Ayədən də göründüyü kimi faydasının çox olmasına baxmayaraq o, kafirdən çıxarkən qəbul olmursa, onda ondan zəif olan oruc kimi ibadətlər necə qəbul olacaq? Bəli o ilk növbədə qəbul olmayacaqdır.

Link to comment
Share on other sites

Namaz ilə başqa vacibatları tərk etmək arasında fərq var.

Fətvanın sahibi: İbn Baz.

Fətvanın №-si: “Dəvət” 1473rəcəb. 1415h.

Sual: Tövhid əqidəsində olan lakin bəzi vacibatları yerinə yetirməyə tənbəllik edənin hökmü nədir?

Cavab: O, naqis imanlı olur. Həmçinin bəzi asiliklər edənin əhli Sünnəyə görə imanı naqisləşir, çünki əhli sünnə belə deyir: İman - söz, əməl və etiqaddır. O itaət etməklə artır, asilik etməklə naqisləşir. Buna misal üzürsüz yerə ramazan orucunu tərk etməkdir. Bu böyük asilikdir və imanı naqisləşdirir və zəiflədir. Elm əhlindən bəziləri bununla təkfir də edirlər.

Lakin səhih odur ki, orucun vacibliyini təsdiqlədikcə bununla küfr etmir. Lakin bəzi günlər tənbəllik və səhlənkarlıqdan iftar edir. Həmçinin zəkatı səhlənkarlıq üzündən vaxtını gecikdirən və onu çıxartmağı tərk edən əgər vacib olmasını təsdiq edirsə bu asilikdir və imanda zəiflikdir. Bəzi elm əhli də vardır ki, zəkatı tərk edəni təkfir edirlər. Habelə, qohumluq əlaqələrini kəsmək, valideyinlərə hörmətsizlik etmək də imanda naqislik və zəiflikdir. Başqa asiliklərdə bunun kimidir.

Namazı tərk etməyə gəldikdə isə namazı tərk edən onun vacib olmasını inkar etməsə belə bu imanı yox edir və riddəti (dindən çıxmağı) gərəkdirir. Alimlərin sözlərinin ən doğrusu budur. Çünki Rəsulullah –s.a.s.- belə demişdir: “İşin başı İslam, onun sütunu namaz, zirvəsi isə Allah yolunda cihaddır.” Başqa hədisdə isə s.a.s.- belə söyləyir: “Bizimlə onlar arasında olan əhd namazdır. Kim onu tərk etsə artıq küfr etmişdir.” Bu hədisi Əhməd və Sünən əhli səhih isnadla Bəriydə bin əl-Hüseyyibdən r.a. rəvayət etmişdir. Həmçinin Peyğəmbər –s.a.s- belə demişdir: “Adam ilə küfr və şirk arasında duran namazı tərk etməkdir.” Bu hədisi də İmam Müslim öz səhihində gətirmişdir. Müvəffəq edən Allahdır və Allahın salat və səlamı peyğəmbərimiz Muhammədin, ailəsinin və səhabələrinin üzərinə olsun.

Bu bir daha Sizin və alimlərinizin savadsızlığını göstərir. Əvvəla Siz mənim İbn Teymiyyə haqda dediklərimə bir aydınlıq gətirmədiz. İbn Teymiyyə deyir ki, 4 imama görə namazı tərk etmiş insan kafir deyil.

İkinci məsələ: Ben Baz deməli deyir ki, orucu tərk edən kafir deyil, amma namazı tərk edən kafirdir! Nəzərinizə çatdırım ki, oruc namazdan vacibdir, çünki Allah-təala aybaşı olan qadına oruc və namazı qadağan edir, amma o qurtarandan sonra orucun qəzalarını tutmağı əmr edir, namaza isə qəza yazmır (buraxılmış namazları qılmaq lazım deyil). Necə olur ki, namazdan vacib olan orucu tərk edən kafir olmur, amma namazı tərk edən kafir olur?

Siz elə hədis gətirməklə məşğulsuz. Bəlkə gətirdiyiniz hədislərin şərhlərini də bizə göstərəsiz (eyni zamanda özünüzdə baxardız)?

Ничтожен ты или велик - причина тому... твой язык... /Носир Хисроу/

Link to comment
Share on other sites

Bir nefer Peyqemberimize yaxinlasharaq sual verir!

Ya Peyqember Islam dinini qebul etmek ucun ilk once neden bashlamaq lazimdir?

Peyqemberimiz:

Ilk once Orucdan!

O insan deyir: niye mehz ilk once namaz yox , oruc? :kavkaz:

Peyqemberimiz:

ilk once oruc tut ki, bedenindeki gunahla qazandiqin piyler erisin,

sonra namaz qil ki, onlarin yeri

imanla dolsun! :luv:

Человек, живущий одиноко, существует только наполовину.

П. Буаст

Link to comment
Share on other sites

Tabiindən olan Abdullah bin Şəqiq əl-Uqeyli deyir:

"Muhammədin səhabələri namazdan başqa heç bir əməlin tərkini küfr saymazdılar."

Bunu Tirmizi (2622) və əl-Hakim (1/48/12) rəvayət etmişdir. Bunu Bişr bin Mufaddal, o isə Said bin İyəs əl-Curüyridən, o isə Abdullah bin Şaqiqdən rəvayət etmişdir. Əl-Hakim bu rəvayətin Buxarinin və Muslimin şərtinə görə səhih olduğunu söyləmişdir. Bişr isə əl-Cureyridən hafizəsi pozulmamışdan əvvəl hədis eşitmişdir. Bunu İbn Hacər, rahiməhullah, "Hədy əl-Cari" kitabında (səh: 405) zikr edir.

Tirmizinin şərhini yazmış Safiyyur-Rahmən Mubarəkfuri, rahiməhullah, Abdullah bin Şaqiqin bu sözü haqqında deyir:

"Abdullah bin Şəqiqin bu sözü zahirən dəlildir ki, Allahın Elçisinin (salləllahu aleyhi va səlləm) səhabələri namazın tərkini küfr saymışlar. Bu sözün məzmunundan, üslubundan aydın olur. Bu sözün üzərində səhabələr icma ediblər, çünki onun "Rasulullahın səhabələri" sözü izafi icmadır."

"Tuhfətul-Əhvazi", 7/370

Digər tabii əl-Həsən əl-Basri deyir:

"Mənə çatmışdır ki, rasulullahın səhabələrin belə deyərdilər: "Qul ilə onun şirk etməsi və ya küfr etməsi arasında üzrsüz namazı tərk etmək durur."

Bunu əl-Laləkay (4/829, rəq: 1539), İbn Batta isə "əl-İbanə" əsərində (87) və əl-Xalləl "əs-Sünnə" əsərində (4,142, rəq: 1372) rəvayət ediblər.

İbn Həzm, rahiməhullah, deyir:

"Səhabədən zikr etdiyimizə onlardan müxalif olan bir şey bilmirik. Onların (dörd məzhəbə tabe olanların) öz havalarına tabe olublarsa səhabəyə müxalif olmaqla iyrənc bir şey ediblər. Çünki Ömərdən, Abdurrahmən bin Aufdan, Muaz bin Cəbəldən, Əbu Hureyrədən və digər səhabələrdən rəvayət olunmuşdur ki, fərz namazlardan birini bilərək vaxtı çıxana qədər tərk edərsə kafir mürtəddir."

"əl-Muhallə", 2/242

Link to comment
Share on other sites

Namazı tərk etmək məsələsində isə rəylərin fərqli olduğu hamıya məlumdur. Əbu Hənifə, Şafi, Malik və digər alimlər və ümmətin cumhuru namazı tərk edəni kafir görmürlər.

Biz çox gözəl bilirik ki, bu alimlər də Quran və Sünnət ilə hökm veriblər. Bunda heç cür şübhə ola bilməz!

1. Əbu Hənifə bu məsələdə nə üçün belə hökm vermişdir? Bunun cavabı çox sadədir və bunun cavabı Əbu Hənifənin iman və küfr məsələsindəki etiqadı ilə bağlıdır. Çünki Əbu Hənifə, rahiməhullah, əməli imandan saymamışdır. Əbu Hənifəyə görə iman bir bütövdür, ondan bir şey əksilərsə iman tamamilə yox olar. Əbu Hənifə və onunla eyni görüşü bölüşənlər imanın lüğəvi anlamını əsas götürdülər. Onlara görə iman təsdiqdir, yəni Allahı, kitablarını, mələklərini, peyğəmbərlərini, qəza və qədəri və Axirəti təsdiqləməkdir. Bu təsdiq isə nə artar, nə də azalar. Əməllər də bura daxil deyildir. Əbu Hənifəyə görə insanın hər hansı bir əməli və ya bütün əməlləri tərk etməsi onu kafi etməz. O, imanı kamil olan mömindir.

2. İmam Şafi və İmam Malikə gəldikdə isə... Bunu anlamaq üçün onların bu mövzuda nəyi müzakirə etdiklərinə diqqət etmək lazımdır. Hər şeydən əvvəl bilmək lazımdır ki, nə əş-Şafi, nə də Malik ibn Ənəs bu barədə geniş müzakirə etməyiblər. O dövrdə bu məsələ detallarına qədər müzakirə olunmazdı.

O dövrdə bu məsələ necə müzakirə olunmuşdur?! Əgər fiqh kitablarına nəzər salsaq görərik ki, namazı tərk edən barədə ixtilaf edənlər bir namazı, yoxsa iki vaxt namazı, yoxsa bir gün namazı tərk edən barədə fərqli görüşlərə sahib olublar. İmam əş-Şafiyə görə namazı tərk edən öldürülməlidir, yəni sağ buraxılmamalıdır. Çünki namaz qılmaqdan boyun qaçıran birinin öldürülməsi barədə səhabənin icması nəql olunmuşdur. Bu isə Əbu Bəkrin Ömərə dediyi sözdədir: "Vallahi, zəkat ilə namazın arasını ayıranlarla vuruşacağam." (məna ilə nəql)... Bu isə alimlərə görə onların namazı tərk edənin öldürülməsində icma etdiklərinə dəlalət edir.

Ona görə də istər İmam əş-Şafi olsun, istərsə də İmam Malik, onların hər ikisi də namazı tərk edənin öldürüləcəyini söyləmişdir. Əgər öldürüləcəksə müsəlman kimi, yoxsa kafir kimi öldürülməlidir? Bunun cavabı isə insanın bir namazı, yoxsa iki namazı, yoxsa beş namazı, ya da daha çox namazı tərk etməsi ilə kafir olub olmaması məsələsinə bağlıdır. Əgər biz desək ki, bir namazı belə tərk edən kafir olur, o zaman heç şübhəsiz ki, belə insan öldürülərkən mürtəd kimi öldürülməlidir. Eynilə iki namaz və ya beş namaz və ya bir neçə günün namazı...Nəticə etibarı ilə bu qədər namazı tərk edənin kafir olduğunu söyləsək, öldürülərkən mürtəd kimi öldürülməlidir. Lakin, axı bizə görə bir, iki və ya daha çox sayda namazı tərk edənin küfrünə dəlil yoxdur, bizə görə namazların tərkində sayın müəyyən edilməsi üçün bir dəlil yoxdur. Əlimizdəki dəlillər doğru rəyə görə namazı tamamilə tərk edən, yəni heç namaz qılmayan kəslər haqqındadır. Lakin nə əş-Şafi, nə də Malik bunun müzakirəsini etməyiblər. Onlar sadəcə olaraq namazı tərk edənin öldürüləcəyini söyləyiblər və məzhəb alimləri də bu sözləri şərh edərkən, bununla hədd kimi öldürməyin qəsd olunduğunu deyiblər. Aydın olur ki, İmam əş-Şafi və İmam Malikə görə müəyyən sayda namazı tərk edən insan kafir olmaz, bizə məlum olan da budur və onlara görə namazı tərk edən insan öldürülməlidir və əgər bəzi namazlarını tərk etdiyinə görə kafir olmursa, o zaman öldürülərkən də müsəlman kimi öldürülməlidir. Namazı tərk edənin kafir olması barədə gələn hədisləri də "kiçik küfr" olaraq təvil ediblər.

Digər tərəfdən isə həmin dövrdə bir mövzu barədə bütün dəlilləri bir araya toplamaq elə də asan bir iş deyildi. Namazı tərk edənin kafir olması barədə səhabənin icması ola bilsin ki, İmam əş-Şafiyə və ya digər fəqihlərə çatmamışdır. Bu ehtimal çox güclüdür, çünki onların kitablarında bu barədə danışdıqlarını görmədim. Bu məsələ barədə əl-Qasimdə Şəriət və Usul əd-Din fakultəsində dərs deyən Şeyx İsam bin Abdullah əs-Sənəni deyir:

"Doğru olan budur ki, bu məsələdə müxalif olan imamlara səhabənin namazı tərk edənin küfrü barədə icma etməsi xəbəri yetişməmişdir və ya onların yanında bu, sabit olmamışdır. Çünki əgər bu icma onlara çatsaydı, bu icmaya müxalifət etməzdilər. Bu isə İmam əş-Şafinin, rahiməhullah, dediyi sözlərdir: (ər-Risalə, səh: 472) "Biz bilirik ki, onların hamısı (yəni səhabələr, radiyallahu anhu) nə Allahın Elçisinin, salləllahu aleyhi va səlləm, sünnətinə müxalif olan şey üzərində, nə də - inşə Allah - bir xəta üzərində icma etməzlər."

"Əqval Zavi əl-İrfan"

Adını çəkdiyim kitabda bunun müzakirəsi keçməkdədir və kitabın müqəddiməsini isə Şeyx Saleh əl-Favzan yazmışdır.

Hətta İbn Rüşd əl-Cədd bu məsələdə İmam Malikin məzhəbini müzakirə edərkən İmam Malikin sözünün namazı tərk edənin küfrünə dəlalət etməsini söyləyir və bunu namazı tərk edənin israr etməsi ilə əlaqələndirir. Eləcədə İmam Tahavidən gələn nəqlə görə İmam əş-Şafi və Malik namazı tərk edənin mürtəd kimi öldürüldüyü deyilir. Lakin hər iki məzhəbə görə məşhur olan rəy, namazı tərk edənin kafir kimi deyil, bir hədd olaraq müsəlman kimi öldürülməsidir.

Bütün bunları kənara qoyaq və başqa bir şey üzərində düşünək. Bütün bunlardan anlaşılır ki, bu imamlar məsələnin hər xırdalığına getməyiblər. Məsələ barədə ayrılıqda kitab yazanlar bu xırdalıqları incələyiblər. Məsələn İmam əl-Mərvazi və İbnul-Qayyim kimi alimlər. O zaman özünüzə sual verin: Axı necə ola bilər ki, namazı tərk edən birinə "Namaz qıl, yoxsa səni öldürəcəyik!" deyərlərsə və həmin adam da namaz qılmazsa, müsəlman olaraq öldürülsün?! Axı ölümü namaz qılmaqdan üstün tutan insan necə iman sahibi kimi ölə bilər?! Ağıl sahibi olan iki adam bunun üzərində mübahisə etməz. Bəs o zaman bu alimlərin bu məsələdə belə fətva verməkləri sizə qəribə gəlmirmi?! Əlbəttə ki, bu qeyri-adi bir məsələdir və bütün bunların izahı bundadır ki, alimlər ümumi hökmləri söyləyiblər, yoxsa namazı tərk edən insanın həqiqi mənada öldürülərkən imanının etibarlılığı barədə müzakirə etməyiblər. Onlardan gələn bəzi rəvayətlərə görə namazı tərk edən insan da, zinakar kimi tövbəsi qəbul edilmədən öldürülməlidir. Əgər daha diqqətlə düşünsək, belə bir halın yalnız bu görüşlə birlikdə anlaşıla biləcəyi ortaya çıxmış olur. Çünki əks halda ölümü namaza üstün tutan insan iman əhli ola bilməz və bu imamların da belə bir şeyə hökm verməsi inanılmazdır. Nəzərə alsaq ki, onlardan gələn rəyə görə namazı tərk edənin tövbəsi qəbul olunmaz dedikləri zaman, hər iki rəyi bir araya gətirmək olur.

Tarixdə də belə bir şey olmayıb.Məhz buna görə də deyirəm ki, bu imamlardan namazı tərk edənin müsəlman kimi öldürüləcəyi barədə gələn rəy bizim əleyhimizə dəlil ola bilməz.

Link to comment
Share on other sites

Birdə ki,ay Fəth,deyirsən ki,elə hədis yazırsan!Bura deyəsən islam forumudur,bəlkə istəyirsən ki,Jorj Buşdan sitatlar qətirim?

ALLAH sənə hidayət versin!

Amin. Hidayətə hamımızın ehtiyacı var.

Siz düz buyurduz, bura forumdur. Forumda isə diskusiya edirlər, kopyalar səpələmirlər. Siz hələ ki, mənim heç bir sualıma cavab verməmisiz. Mən cavab gözləyirəm.

kopi-peystə görə 20% reytinq artırılır (mən axı xəbərdarlıq etmişdim).

Ничтожен ты или велик - причина тому... твой язык... /Носир Хисроу/

Link to comment
Share on other sites

Hansı suala cavab vermədim?

Sahabənin icmasın yalanladız,məndə dəlil gətirdim ki,sahabələr  namaz qılmayanı təkfir ediblər.

İbn Teymiyanın rəyin bilmək istəyirsizsə,oda namaz qılmıyanı təkfir edir.

O ki,deyirsiz oruc namazdan vacibdir,oda sizin elmivizün dərəcəsidi.Burda dediniz başqa yerdə demiyin,daşqalaq edərlər.Və gülməli bir fikir söylədiz:"Allah-təala aybaşı olan qadına oruc və namazı qadağan edir, amma o qurtarandan sonra orucun qəzalarını tutmağı əmr edir, namaza isə qəza yazmır (buraxılmış namazları qılmaq lazım deyil). Necə olur ki, namazdan vacib olan orucu tərk edən kafir olmur, amma namazı tərk edən kafir olur?"

Məndə deyirəm ki,Allah(s.) xəstə adama və müsafirə rüsxət verib ki,oruc tutmasın!

.... Xəstə və ya səfərdə olanlar isə başqa günlərdə eyni sayda oruc tutmalıdır. Allah sizin üçün çətinlik deyil, asanlıq istəyir. O, istəyir ki, siz müddəti (buraxdığınız günlərin orucunu) tamamlayasınız və sizi doğru yola yönəltdiyinə görə Onu uca tutasınız. Bəlkə şükür edəsiniz.(əl-Bəqərə 185)

İndi siz mənə bir dənə ayə qöstərin ki,ALLAH(s.) xəstə adama ya müsafirə deyib ki,namazı qılmayın!

Hə, indi de görim hansı hansından vacibdir?

Link to comment
Share on other sites

ibo hazm.yazdigiviza fikir verin.................Inanmiram bele sozleri sen namaz qilmiyan adama diye bilersen...

Veselcak sizin anaviz ataviz qohumlariviz etrafinda olan dostlarin hamisi namaz qilir?! eger dostluq etdiyin shexslerden biri namaz qilmirsa sende oynan elaqe saxliyirsansa demeli senin sozlerive gore sen kafirnen dostluq eliyirsen? hec agla batan deyil

Link to comment
Share on other sites

Aссаламу алейкум,приветствою всех форуман и гостей. намаз это практика для достижения милости и др. благ от Аллаха-это фард,т.е. долг. И кстати не зря наш Ислам очень критично относиться на счет долга,любых. Кстати это такая легкая практика что даже ни сколь не ущемляет твою жизнь и очень даже помогает. В намазе только позитив,а не так как его представляют иной раз.

Советую всем и всем намаз. Это как книга,кто не читает тому она не нужна.А кто понимает значение книг в нашей жизни тот будет его читать.

Link to comment
Share on other sites

ibo hazm.yazdigiviza fikir verin.................Inanmiram bele sozleri sen namaz qilmiyan adama diye bilersen...

Veselcak sizin anaviz ataviz qohumlariviz etrafinda olan dostlarin hamisi namaz qilir?! eger dostluq etdiyin shexslerden biri namaz qilmirsa sende oynan elaqe saxliyirsansa demeli senin sozlerive gore sen kafirnen dostluq eliyirsen? hec agla batan deyil

her kes ozune cavab verecek!

ne ata ne ana kiminse yerine cavab vermeyecek.!

sen sualu duz vermemisen!,cunki burda Musalmandan danishilir!,namaz qilmayan musalman sayimir deyilir!..

onlarla dostluq etmekden deyil!..

o ki qaldi dostluga...,bizim dovlet Islam dovleti deyil!!!!!!!!!!,ancaq dilde Islam dovleti sayilir!..

ve her gun kucede mehlede gorduklerimiz Islam dinine ziddir!!!!!!!,burdan kocmeyimiz qalir!

bunu ede bilmediyimiz ucun,en azinda namazimizi qiliriq!..,ve sen dediyin adamlardan,uzaq olmaga calishiriq!..

amma aciq ashkar dilimizle musalmaman deyib,namaz ne oldugunu bilmeyenlerden deyilik!..

sizin musalman olmaginiz deyesen bir shertle olur,odaki kelmeyi sheadet!..

yadima dushur ushaq vahtinda herbi shehercikde yashayirdiq..,80% ruslar idi 10 ermeniler,yahudiler, ve sair...

10% ise Azerbaycanlilar..

herden ruslar menden sorushurdular Kelmeyi sheadeti...,mende deyirdim...

onlarin coxusu menimle tekrar edirdiler..,duzdur men 7-8 defe tekrar edenden sonram..

indi ne demek isteyirsen onlar Musalman oldular??????

deyeceksenki YOX!!!,cunki onlar gelbleriyle demediler!

yaxshi,bes sen dediyin musalmanlar hemin Kelmeyi sheadeti deyirler,,bes ne edirler?,ne namaz qilirlar,ne oruc tuturlar..

o ruslarla bu musalmanlarin arasinda ne ferg var?

Link to comment
Share on other sites

Пропагандируя Ислам, наш Господин в первую очередь обучил нас пониманию веры в АЛЛАХА,

далее намазу, который объединяет всех верующих, отбросив всякие классовые различия,

направляет всех без исключения к служению одной цели и,

наконец пониманию зеката,,

являющего соединительным мостом между людми.

Человек, живущий одиноко, существует только наполовину.

П. Буаст

Link to comment
Share on other sites

ibo hazm.yazdigiviza fikir verin.................Inanmiram bele sozleri sen namaz qilmiyan adama diye bilersen...

Veselcak sizin anaviz ataviz qohumlariviz etrafinda olan dostlarin hamisi namaz qilir?! eger dostluq etdiyin shexslerden biri namaz qilmirsa sende oynan elaqe saxliyirsansa demeli senin sozlerive gore sen kafirnen dostluq eliyirsen? hec agla batan deyil

her kes ozune cavab verecek!

ne ata ne ana kiminse yerine cavab vermeyecek.!

sen sualu duz vermemisen!,cunki burda Musalmandan danishilir!,namaz qilmayan musalman sayimir deyilir!..

onlarla dostluq etmekden deyil!..

o ki qaldi dostluga...,bizim dovlet Islam dovleti deyil!!!!!!!!!!,ancaq dilde Islam dovleti sayilir!..

ve her gun kucede mehlede gorduklerimiz Islam dinine ziddir!!!!!!!,burdan kocmeyimiz qalir!

bunu ede bilmediyimiz ucun,en azinda namazimizi qiliriq!..,ve sen dediyin adamlardan,uzaq olmaga calishiriq!..

amma aciq ashkar dilimizle musalmaman deyib,namaz ne oldugunu bilmeyenlerden deyilik!..

sizin musalman olmaginiz deyesen bir shertle olur,odaki kelmeyi sheadet!..

yadima dushur ushaq vahtinda herbi shehercikde yashayirdiq..,80% ruslar idi 10 ermeniler,yahudiler, ve sair...

10% ise Azerbaycanlilar..

herden ruslar menden sorushurdular Kelmeyi sheadeti...,mende deyirdim...

onlarin coxusu menimle tekrar edirdiler..,duzdur men 7-8 defe tekrar edenden sonram..

indi ne demek isteyirsen onlar Musalman oldular??????

deyeceksenki YOX!!!,cunki onlar gelbleriyle demediler!

yaxshi,bes sen dediyin musalmanlar hemin Kelmeyi sheadeti deyirler,,bes ne edirler?,ne namaz qilirlar,ne oruc tuturlar..

o ruslarla bu musalmanlarin arasinda ne ferg var?

Salam aleylkum.Kelmeyi shehadet tekce zahiri iman getirmek.ve zahiri olaraq muselman sayilir(eger ele niyyeti varsa) sonra ise muselman borcu olan namazi orucu zekati ozune vacib bilib yerine yetrilmelidi.burda deyirler namaz qilmiyan kafirdi, nece olur. onda biz hamimiz namaz qilmirdiq kafiridik.sonra bashtadiq qilmaq olduq muselman? Allaha ibadet tekce namaznan bitmir..Ne qeder de olsa namaz qilmiyan insan kafir sayilmir duzdu baxir hansi niyyetle namazi qilmir...ne ise namaz qilmiyan insana kafir demek en azi onun ureyindeki bilmiyerek,mentiqsizdi.Kafir ise cox agir sozdu.Kafir insasnin yeri gelse boynunu vururlar onda gerek butun insasnlari boyunlarini vuraq ki siz namaz qilmisiz kafirsiz.menim fikrim budu...birdeki men ummumi danishiram meni bura qatmaq laziim deyil.

49:11. Ey iman gətirənlər! Bir qцvm digərini lağa qoymasın. Ola bilsin ki, onlar (lağa qoyulanlar) o birilərindən (lağa qoyanlardan Allah yanında) daha yaxşı olsunlar. Qadınlar da bir-birinə (rişxənd eləməsinlər). Bəlkə, onlar (rişxənd olunanlar) o birilərindən (rişxənd edənlərdən) daha yaxşıdırlar. Bir-birinizə tənə etməyin (ayıb tutmayın) və bir-birinizi pis ləqəblərlə (ey kafir, ey fasiq, ey mьnafiq və i. a.) зağırmayın. İman gətirdikdən sonra fasiq adını qazanmaq necə də pisdir. Məhz tцvbə etməyənlər zalımlardır! (Цzlərinə zьlm edənlərdir!)

Edited by XxNekkroxX
Link to comment
Share on other sites

Join the conversation

You can post now and register later. If you have an account, sign in now to post with your account.

Guest
Reply to this topic...

×   Pasted as rich text.   Paste as plain text instead

  Only 75 emoji are allowed.

×   Your link has been automatically embedded.   Display as a link instead

×   Your previous content has been restored.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

Loading...

×
×
  • Create New...