Перейти к содержимому

Tarixini Sen De Bil

PRIKOLISTKA

Recommended Posts

Əziz dostlar, bu mövzunu yaratmaqda məqsədim, bizim son 20 ildən çox başımıza gələn erməni təcavüzü haqda bizim oxucularımıza ən düzgün məlumatları çatdırmaqdır. İnsan öz vətənin tarixini bilməli və düşmənini tanımalıdır. Biz 20 Yanvar, Dağlıq Qarabağ hadisələrini unutmamalıyıq. Erməni terroruna son qoyulmalıdır artıq. Veten uğrunda qanından və canından keçmiş oğul və qızlarımızın qanı yerdə qalmamalıdır. Sən də, ey Azəri övladı, tarixini unutma!!!

20 Yanvar 1990- da SSRİ Prezidenti Mixail Gorbaçovun göstərişi ilə Sovet Ordusu hissələri həm quru, həm dəniz yolu ilə Bakı şəhərinə həmlə edərək 100-dən artıq silahsız insanı qətlə yetirdi.

İşğal olunmuş rayonlar

26 Fevral 1992- Xocalı şəhəri, Ermənilər Azərbaycanlılara qarşı Xocalı soyqırımını törətmişdir.

8 may 1992 - Şuşa şəhəri Ermənistan Respublikası tərəfindən işğal edilmişdir.

18 May 1992- Laçın rayonu Ermənistan Respublikası tərəfindən işğal edilmişdir.

2 Oktyabr 1992- Xocavənd rayonu Ermənistan Respublikası tərəfindən işğal edilmişdir.

2 Aprel 1993 - Kəlbəcər rayonu Ermənistan Respublikası tərəfindən işğal edilmişdir.

23 Avqust 1993 - Füzuli rayonu Ermənistan Respublikası tərəfindən işğal edilmişdir.

23 Avqust 1993 - Cəbrayıl rayonu Ermənistan Respublikası tərəfindən işğal edilmişdir.

31 avqust 1993 - Qubadlı rayonu Ermənistan Respublikası tərəfindən işğal edilmişdir.

29 Oktyabr 1993- Zəngilan rayonu Ermənistan Respublikası tərəfindən işğal edilmişdir.

23 iyul 1993 - Ağdam rayonu Ermənistan Respublikası tərəfindən işğal edilmişdir.

line.gif
Ссылка на комментарий
Поделиться на других сайтах

Ümumiyyətlə tarixi bilmək yaxşıdır! İşğala qalsa,tarix boyu bizim torpaqlar müxtəli millətlər və dövlətlər tərəfindən işğal olunub və sonda bizə qalan 86,6 min kv km olub.Mənə ele gəlir ki, rayon və şəhərlərimizin işğal olunduğu tarix yox,ÜMUMİYYƏTLƏ bilməliyik ki, Bizim Qarabağımız və rayon-şəhərlərimiz işğal olunub! Mənimlə razılaşın ki, Azərbaycanin 99% əhalisi bilmir ki, Şəhər və Rayonlarımız nə vaxt işğal olunub, amma əhalimizin 100% i bilir ki Qarabağ və rayonlarımız işğal olunub və Əsası da budur! Qarabağ və rayonlarımızın düşmənlər tərəfindən işğal olunub və bunu bütün xalqımız bilir! Əlbəttə, rayon və şəhərlərimizin hansı tarixdə işğal olunmasını bilsək lap yaxşı olar! Lakin ən əsası,bir daha təkrar edirəm ki, biz bilməliyik bizim hal-hazırdaki düşmənimiz ermənilərdir və onlarin silahlı qüvvələri bizim Qarabağımızı və digər tarixi məkanlarımızı,rayon və şəhərlərimizi işğal ediblər!Ümumiyyətlə isə mən sizinlə razıyam, BİZ TARİXİMİZİ BİLMƏLİYİK!İNŞALLAH torpaqlarımızı geri qaytararıq!

İşğal olunmuş rayonlar

26 Fevral 1992- Xocalı şəhəri, Ermənilər Azərbaycanlılara qarşı Xocalı soyqırımını törətmişdir.

8 may 1992 - Şuşa şəhəri Ermənistan Respublikası tərəfindən işğal edilmişdir.

18 May 1992- Laçın rayonu Ermənistan Respublikası tərəfindən işğal edilmişdir.

2 Oktyabr 1992- Xocavənd rayonu Ermənistan Respublikası tərəfindən işğal edilmişdir.

2 Aprel 1993 - Kəlbəcər rayonu Ermənistan Respublikası tərəfindən işğal edilmişdir.

23 Avqust 1993 - Füzuli rayonu Ermənistan Respublikası tərəfindən işğal edilmişdir.

23 Avqust 1993 - Cəbrayıl rayonu Ermənistan Respublikası tərəfindən işğal edilmişdir.

31 avqust 1993 - Qubadlı rayonu Ermənistan Respublikası tərəfindən işğal edilmişdir.

29 Oktyabr 1993- Zəngilan rayonu Ermənistan Respublikası tərəfindən işğal edilmişdir.

23 iyul 1993 - Ağdam rayonu Ermənistan Respublikası tərəfindən işğal edilmişdir.

Изменено пользователем Гарышга
Ссылка на комментарий
Поделиться на других сайтах

Əziz dostlar, bu mövzunu yaratmaqda məqsədim, bizim son 20 ildən çox başımıza gələn erməni təcavüzü haqda bizim oxucularımıza ən düzgün məlumatları çatdırmaqdır. İnsan öz vətənin tarixini bilməli və düşmənini tanımalıdır. Biz 20 Yanvar, Dağlıq Qarabağ hadisələrini unutmamalıyıq. Erməni terroruna son qoyulmalıdır artıq. Veten uğrunda qanından və canından keçmiş oğul və qızlarımızın qanı yerdə qalmamalıdır. Sən də, ey Azəri övladı, tarixini unutma!!!

20 Yanvar 1990- da SSRİ Prezidenti Mixail Gorbaçovun göstərişi ilə Sovet Ordusu hissələri həm quru, həm dəniz yolu ilə Bakı şəhərinə həmlə edərək 100-dən artıq silahsız insanı qətlə yetirdi.

İşğal olunmuş rayonlar

26 Fevral 1992- Xocalı şəhəri, Ermənilər Azərbaycanlılara qarşı Xocalı soyqırımını törətmişdir.

8 may 1992 - Şuşa şəhəri Ermənistan Respublikası tərəfindən işğal edilmişdir.

18 May 1992- Laçın rayonu Ermənistan Respublikası tərəfindən işğal edilmişdir.

2 Oktyabr 1992- Xocavənd rayonu Ermənistan Respublikası tərəfindən işğal edilmişdir.

2 Aprel 1993 - Kəlbəcər rayonu Ermənistan Respublikası tərəfindən işğal edilmişdir.

23 Avqust 1993 - Füzuli rayonu Ermənistan Respublikası tərəfindən işğal edilmişdir.

23 Avqust 1993 - Cəbrayıl rayonu Ermənistan Respublikası tərəfindən işğal edilmişdir.

31 avqust 1993 - Qubadlı rayonu Ermənistan Respublikası tərəfindən işğal edilmişdir.

29 Oktyabr 1993- Zəngilan rayonu Ermənistan Respublikası tərəfindən işğal edilmişdir.

23 iyul 1993 - Ağdam rayonu Ermənistan Respublikası tərəfindən işğal edilmişdir.

Узюр истейирем ки,кирилл херифлернен язырам, латын графикасы ишлемир.

Ама бир шеи унуддуз:

1813 Гюлюстан .Русиянан Иран бухарибе едиб Азербайчанын еразилерини озлерине готюрюрлер Нахчиван индики АР.Русиянын дахилине кечир,ама Гадим тюрк шехери Иреван Иранын елине ,ве бютютн Чануби (Асья).Ирана дахиль олунур.

1828 Тюркменчай :Русия бютюн Шимали Азербайчаны елине алыр ,Иран исе, бютюн Чануби Азербайчаны дахилине готюрюр.

Русия ерменилери Ирандан ,Тюркиеден ве башга ерлерден Азербайчана гондерир ,сонрада гедим Тюрк торпагында ерменилере ерази верир ,сонрада ерменилер руссларын елийнен ерменистан довлети ярадырлар гедим Азербайчан-тюрк торпагында.

Ве бир миллет ве бир довлет айрылыр ,ветен енир ,Азербайчан парчаланыр.

1890 илде даншнак ,яни ермени террористалерин группасы гурулур.

1905 илде илк Азербайчана гаршы ве бютюн тюрклере гарши неинки тюрклере ве бютюн мюсюсльманлара гарши сойгырым.Ерменилер руссларын елийнен Азербайчанын бышына ойун гетириллер.

1918 ил 31 март , 2чи сойгырым ермени дашнаклары Бакия гелирлер сеф едмиремсе 6 гюн Бакия од салырлар,инсанлары ,ушаглары олдюрюрлер не гедер езаб чектирирлер бизим Азербайчанымыза.

1917 илде Русия шахы вефат едир , ве Русия чох пис халда олур.

1917 илде октьябр айында Чануби Гафказ ,яни Азербчайчан ,Гюрчюстан ве ерменистан.Бирлеширлер

лакин онларын бирлии олмур ки бу 3 довлет бирлешсин , яхында бу 3 довлетлер айрылырлар.

1918 илин 28 май айында Мемед Эмин Ресулзаденин рехперилийинен ИЛь Азербайчан Демократик Республикасы гурулур бютюн Тюрк-мюсюльман дуньясында ве бютютн Шергде.

1921 ильде апрелин 26-27 Русия Азербайчан большевикларын комеиле (Караев).Азербайчаны тутур,ве 1921 ильде Азербайчан советин дахилине дахиль олур.

Изменено пользователем PUSSYCAT_SHE

"РОДИНА В НАЦИОНАЛЬНЫХ ГРАНИЦАХ НЕДЕЛИМА"(МУСТАФА КЕМАЛЬ АТАТЮРК).

Ссылка на комментарий
Поделиться на других сайтах

Pyssycat she, melumata görə çoxsaqolun, mən unutdum , siz yazın, movzu nə üçün yaranıb bəs? )) Həm, də gələn dəfə çalışın latın qrafikası ilə yazın, mən sizi başa düşürəm, mən də yoxdur, ancaq yazıram ki ))

line.gif
Ссылка на комментарий
Поделиться на других сайтах

SADECE KARABAG DEGİL, KARS SEHERININ SINIRDAKİ KOYLERDE BİZİM ORDA BİR COK YERLESİM YERLERİ TURKELRİNDİ, ERMENİLERİN COK AZ YERDE YERLESKESİ VAR...ZATEN HAYATTA HİC DEVELT OLMADILAR Kİ, HER ZAMAN TURKELRİN ALTINDA GUVENLE YASADIALR SONRA NANKORLUK ETTİLER, SİMDİDE SEFALET İCİNDE YASIYORLAR,

Изменено пользователем orhan61
Ссылка на комментарий
Поделиться на других сайтах

  • 4 weeks later...

Prikolistka,

bu movzuda siz yalniz qisa melumat vermisiniz, yani esasen rayonlarimizin ishgal olunmasi tarixi. Amma eger movzu Azerbaycan Tarixidirse, onda Azerbaycanin qedim tarixi, orta esrlerin tarixi, chagdash tarix barede de melumat vermek yaxshi olardi. Ya da "Qarabag probleminin helli" adini vermek olardi bu movzuya.

Ссылка на комментарий
Поделиться на других сайтах

Məncə verilən məlumatlar mövzunu tamamlayır. Ən yeni tariximiz haqda məlumatlar verilib ki, hal-hazırdakı düşmənimizi tanıyaq.Mövzunun adından göründüyü kimi "Tarixini sən də bil,düşmənini tanı".1 nəfərin ümumi Azərbaycan tarixi haqda məlumat verməyi düz çıxmazdı. Hər kəs Azərbaycan tarixindən məlumat yazsa,bilmədiyimiz bəzi düzgün məlumatları digərlərindən öyrənərik.

Ссылка на комментарий
Поделиться на других сайтах

Xahiş edirəm, hamı oxusun. VACİBDİR!

================================================================================

AZƏRBAYCAN TARİXİ

(Konsepsiyalar)

Öncə bir soz...

“Azərbaycan tarixi” bir elm sahəsi kimi A. Bakıxanovun tədqiqatı ilə başlanmış, XX əsrin əvvəlində M.Rəsulzadə, Ə.Hüseynzadə, M.Baharlı və başqa ziyalıların əsərlərilə bu sahə artıq müəyən sistemə salınmışdır. Azərbaycanda komunist rejim hakimiyəti ələ alandan sonra “Azərbaycan tarixi” elmi siyasiləşdi. 1920-1990-cı illər arasında Azərbaycan tarixi haqqında yazılmış monoqrafiya, dərslik və akademik nəşrlər Azərbaycanda qurulan dövlətlərin tarixini azər xalqının deyil, ayrı-ayrı sülalələrin və bölgələrin tarixi kimi təqdim edilmişdir. Bu kitablarda türk enosunun Azərbaycana gəlmə xalq olmasının qabardılması əsas konsepsiya idi. Hətta, bu “gəlmə türklər” də vəhşi köçəri simasında təqdim olunurdu.

Stalindən sonra komunist rejimində milli məsələlərə qoyulan senzura azacıq yumşalsa da, bundan tarixçilər deyil, yazarlar istifadə etdi və 60-cı illərdə Azərbaycan ədəbiyatı komunist ideologiyasından nisbətən uzaqlaşa bildi və siyasi mövzulardan uzaq olsa da, ədəbi əsərlərdə yeni milli ovqat görünməyə başladı. Yalnız ikiyə bölünmüş azər xalqının siyasi tarixini əks etdirən və uzun müddət ziyalı və tələbələr arasında əlyazma şəklində oxunan xalq şairi Bəxtiyar Vahabzadənin “Gülüstan” poeması disident ədəbiyatı sayıla bilər. Bu poemanın gənclərdə milli ovqatın yaranmasında böyük rolu oldu, lakin tarixçilər “qəbul olunmuş” konsepsiyadan əl çəkmədi.

Tarixşünaslıqda bu durum 1980-ci illərə qədər davam etmişdir.Yalnız bu illərdə mifoloq Mirəli Seyidov, elamşünas Yusif Yusifov, tarixçi Süleyman əliyarov, tarixçi Mahmud İsmayılov, etnoqraf Qiyasəddin Qeybullayev və dilçi alimlərdən Fərhad Zeynalov, Tofiq Hacıyev, Elməddin əlibəyzadə, Aydın Məmmədov, Firidun Ağasıoğlu (Cəlilov), Ədalət Tahirzadə, Arif Rəhimov, yazıçı Teymur Məmmədov və başqa ziyalıların tədqiqatları Azərbaycanda türk dilinin qədim nümunələrini ortaya çıxardı. Lakin ilk dönəmdə bu nümunələrın az olması və şumer, het, siriya, yunan-latın, hay, gürcü, ərəb və fars qaynaqlarından pərakəndə halda seçilməsi yeni konsepsiyanın sistem şəklində qurulmasına kifayət etmirdi. Köhnə konsepsiyanı dağıtmaq üçün bu istiqamətdə tədqiqatlar .rmaq lazım idi:

Türk etnosunun ilkin Atayurdu

Azərbaycan arxeologiyasının etnik əsası

Türk etnosu fonunda azər xalqının antropologiyası

Prototürk dili və dialektləri

Protoazər dili və dialektləri

Azərbaycanın etnik tarixi coğrafiyası

Azər folkloru və mifologiyasında tarixi bəlgələr

Azər xalqının tarixi etnoqrafiyası

Azər xalqının tarixi onomastikası

Qonşu xalqlar və dövlətlərlə qədim əlaqələr

Ön Asiyanın ölü dilləri ilə türk dilinin kontaktları

Tarixi demoqrafiya

Tarixi köçlərin istiqamətini göstərən arxeoloji bəlgələr

Azərbaycanda qayaüstü rəsmlər, piktoqram və damğalar

Azərbaycanda işlənən yazı tipləri

Azərbaycanda qurulan dövlətlərin etnik tərkibi

Qədim türk və protoazərlərin qurduğu dövlətlərin özəlliyi

Azər xalqının etnogenezi

Əlbəttə, qısa müddətdə bu qədər müxtəlif sahələri əhatə edən problemi tədqiq etmək üçün Ali məktəblərin müvafiq kafedraları, Elmlər Akademiyasının Dil, Tarix, ədəbiyat, Şərqşünaslıq, Fəlsəfə, Etnoqrafiya və Arxeologiya institutlarının koordinasiya mərkəzi yaranmalı və bu sahələr üzrə planlı şəkildə tədqiqatlar .rılmalı idi. Lakin təəssüf ki, azər xalqının ödədiyi vergilər hesabına yaşayan bu institutların və özəlliklə, direktorların tutduğu mövqe bu işləri görməyə imkan verməmişdir. Adı sıralanan problemlərərin bəzisi köhnə konsepsiyalarla savadsız şəkildə kitabdan-kitaba ötürülməkdədir. Ona görə də, bugünə qədər azər xalqının gerçək tarixini əks etdirən “Azərbaycan taixi” ortada yoxdur. Bu sahəni az-çox dolduran Z. Bünyadov və Y. Yusifovun redaktorluğu ilə 1994-də, S. Əliyarovun redaktorluğu ilə 1996-da nəşr olunan “Azərbaycan tarixi” kitablarıdır. EA-nın 1998-dən başlayaraq, nəşr etdirdiyi son 7 cildlik tarix kitabı isə köhnə konsepsiya ilə yazılmışdır. İlk dəfə bu məsələlərdən geniş danışan Həsən Həsənov “Türkşünaslığın bəzi problemləri” adlı məqaləsində yazır ki, Azərbaycanda türk boylarının məskunlaşması probleminə aid tarix elmində 5 versiya vardır.

Azərbaycan tarixinə aid kitablarda arxeoloji, antropoloji, etnoqrafik, iqtisadi və siyasi hakimiyət məsələləri nisbətən obyektiv tədqiq olunmuşdur. Lakin bu kitablarda xalqın tarixi deyil, regional hökumətlərin və hakim sülalələrin tarixi verilmişdir, halbuki, Dövlət xalqdan, bu xalqın ərazisindən və bu ərazidə iqtisadi-mədəni, sosial və hüquqi məsələləri tənzimləyən siyasi hakimiyətdən ibarətdir. Ona görə də, tarix kitabları “Azər xalqının tarixi” və ya “Azərbaycan xalqının tarixi” adı ilə deyil, “Azərbaycan tarixi” adı ilə çap olunur.

Azərbaycan dövlətlərinin qurulmasında əsas yükü daşıyan xalqın tarixi həmişə kölgədə qalmış, əksər hallarda azər türklərinin qurduğu tarix ayrı millətlərin adı ilə verilmişdir. Ona görə də, “Azərbaycan tarixi” kitablarında əsas mübahisə doğuran məsələ məhz azər xalqının etnogenezi ilə bağlı ortaya çıxmış və müxtəlif elmi konsepsiyaların yaranmasına səbəb olmuşdur. Beləliklə, bir əsr yaşı olan Azərbaycan tarixşünaslıq elmində formalaşmış bir neçə elmi konsepsiyanı üç əsas qrupda birləşdirmək olar:

1-ci konsepsiya : Azərbaycan ən qədim çağlardan azər türklərinin Ata yurdudur. Buradan gedən türklərdən bəzi boylar sonradan Azərbaycana qayıtmış və yerli azərlərlə bu qayıdan türk boylarının konsolidasiyası Azər xalqının yaranması ilə nəticələnmişdir.

2-ci konsepsiya: Bugünkü Azərbaycan xalqı XI əsrə qədər Araz çayından yuxarı qafqazdilli, Araz çayından aşağı irandilli (fars) xalq idi. Bir qrup türk (oğuz) tayfası gəlib, X1-XIII əsrlərdə Azərbaycan əhalisinin dilini dəyişdirmişdir. Həmin çağlardan bugünəcən həm Quzey-Azərbaycanda, həm də Güney-Azərbaycanda “Azərbaycan” dili işlənir.

3-cü konsepsiya: Türk boyları Azərbaycana Orta Asiya və ya Altaydan gəlib. Lakin 2-ci konsepsiya tərəfdarlarının dediyi kimi, ilk gəlmə XI əsrdə yox, daha əvvəl olmuşdur. Belə “əvvəl gəlmə” tarixini deyərkən müxtəlif tədqiqatçılar m.ö. III-minildən IX əsrə qədər ayrı-ayrı çağları nəzərdə tuturlar.

Beləliklə, uç qrupa ayırdığımız bu konsepsiyalardan hansının gerçək duruma daha yaxın olduğunu görə bilmək üçün onların qısa xülasəsini, üstün və qüsurlu cəhətlərini gözdən keçirək.

Birinci konsepsiya (bu konsepsiyanı biz dəstəkləyirik)

Birinci konsepsiya Azərbaycan tarixşünaslığında deyil, ümumiyətlə, Türkologiya və Türk tarixi elmində yenidir. Doğrudur, türklərin ilkin yaranma arealı kimi Aralıqdənizi yaxalarını vaxtilə akad. N.Marr söyləmişdir, lakin bu fikri əsaslandırmaq üçün elmi axtarış .rmamışdır. Çuvaş xalqını (dilini) şumerlərdən qalma sayan həmin yazar bu fikrini də irəli sürdüyü “Yafəs dilləri” nəzəriyəsi və yanlış “dörd ünsür” metodu ilə sübut etmək istəmiş, lakin buna nail ola bilməmişdir. Marrın təsiri altında Türkiyədə yaranan “Günəş” nəzəriyəsi də türklərin Ön Asiya mənşəli olduğunu sübut edə bilmədi, çünki hər iki teoriya yanlış metodlar üzərində qurulmuşdu və ciddi (akademik) elm bu metodlarla alınan nəticələri qəbul edə bilməzdi.

Təəssüf ki, elmdən uzaq belə yanlış metodlara hələ də ara-sıra rast gəlmək olur. Belə ki, türk etnosunun Ön Asiyada qədimliyini güya sübut etmək üçün İkiçayarasına gəlmə xalq olan şumerlər, doğu-qafqazdilli hurri və urartular, hətta, hindavropa dilli hetlər “türk” xalqı kimi verilir. Halbuki, bu adı çəkilən xalqların dilində yazılı mətnlər qalmışdır və bu dillərin heç biri qədim türk dilinin qramatik quruluşuna uyğun gəlmir. Bəzi tipoloji morfem uyğunluqları və ortaq leksik paralellər isə türk boyları ilə bu xalqların kontaktı və türk dili ilə bu dillər arasındakı əlaqənin nəticəsidir. Ən çox şumer-türk paralelliyini ortaya çıxaran Oljas Süleymenov və prof. Nədim Tuna bu paralellərin yalnız kontakt ilə yarandığını yazmışlar. Bu məsələ ilə ciddi məşğul olmayanlar isə türk-şumer qohumluğunu artıq “sübut olunmuş” fakt kimi verirlər. Əlbəttə, Azər xalqının tarixinə bu cür xidmət xeyirdən çox ziyan vurur.

Birinci konsepsiya tərəfdarlarından bəziləri bu problemlə ciddi məşğul olmayadığı üçün bəzən elmi əsası olmayan belə bir fikir irəli sürürlər: “Həm Azərbaycanda, həm də Orta Asiya və Altayda türklər aborigendir”. Yəni bu fikrə görə, türk etnosunun Atayurdu Altaydan Azərbaycana qədər uzanır. Bunu söyləyənlərin etnologiya və qlottogenez elmindən məlumatı olmaması bəllidir və bunların çoxu “Altay dil ailəsi” nəzəriyəsinə inanan şəxslərdir. 250 il bundan əvvəl ortaya atılan bu nəzəriyəyə görə, güya türk dili monqol və tunquz-mancur dilləri ilə qohumdur (bəziləri bura koreya və yapon dillərini də əlavə eir). Halbuki, keçən bu müddət ərzində sübut oluna bilməyən Altay nəzəriyyəsinə görə, türklər monqoloid irqli tayfalardan ayrılıb, Altaydan Ön Asiyaya gəlmişdir.

Azərbaycan və Altayı ilkin türklərin Atayurdu sayanlar adi bir həqiqəti unudur ki, hər hansı bir şəxs konkret bir kənddə doğulduğu kimi hər hansı bir etnos da konkret bir regionda yaranır. Hər bir protodili formalaşdıran etnos bunu eyni regionda gerçəkləşdirə bilir. Necə ki, protohindavropa etnosu Avropanın mərkəzində, protofinuqor etnosu Uralda, protosami etnosu ərəbistan yaylasında, protomonqol etnosu Mərkəzi Asiyada öz protodillərini yaradıb, eləcə də, prototürk dili Ön Asiyada ərsəyə gəlib. Bir adam eyni və ya müxtəlif anda iki ayrı yerdə doğula bilmədiyi kimi, bir etnosun da özü və yaratdığı protodil Monqolustan və Azərbaycan kimi bir-birindən uzaq iki müxtəlif regionda yarana bilməz, lakin doğulan uşaq böyüyüb Ata ocağından başqa yerə köçə bildiyi kimi, bir etnos da etnos kimi formalaşandan sonra Ata yurdundan uzaqlaşa bilər. Əlbəttə, burada etnosa qədər dövrdəki insanabənzər məxluqdan yox, etnosun yaranma dövründən söhbət gedir.

Birinci konsepsiyanı dil, mifologiya və tarixi coğrafiya baxımından tədqiq edən prof. F.Ağasıoğlu “Azərbaycan dilinin morfonologiyası” (1988) adlı kitabında və “Proto-azər teonimləri” (1988), “Dil ailəsi və dil ittifaqı” (1989), “Qədim alınmalarda etnolinqvistik məlumat”(1989) adlı məqalələrində türk etnosunun Atayurdunun Ön Asiyada olduğunu yazmış, “Azər xalqı” (2000) adlı kitabında bu məsələlər daha ətraflı verilmişdir. Birinci konsepsiya onun Azər türklərinin İslamaqədərki tarixinə aid yazıb tamamladığı və artıq 9 tomda çap üçün hazır olan “Doqquz bitik” (2002) adlı kitabında Türkologiya və Türk tarixçiliyi elmində ilk dəfə elmi sistemə salınmışdır. Burada qədim türk tarixi arxeologiya, antropologiya və tarixi qaynaqlar üzrə verilmiş, tarixi çoğrafiya, İslamaqədər Azərbaycanda qurulan qədim dövlətlər, tarixi etnoqrafiya, tarixi onomastika, mifologiya və folklorda tarix, dilin tarixi, azər xalqının etnogenezi məsələləri tədqiq olunmuşdur. Azərbaycanda m.ö. III-I minillərdə Subar eli, Subar bəyliyi, Kuman bəyliyi kimi bir neçə qədim türk dövlətinin tarixi ilk dəfə bu kitabda verilmiş, Lulu, Quti, Turuk dövlətlərinin etnik əsası geniş şərh olunmuşdur.

Birinci konsepsiya “Doqquz bitik” əsərinndə belə görünür: Avropoid irqin Aralıqdənizi tipinə aid olub, Carmo, Xasun, Xalaf, Quzey-Ubeyd və Kür-Araz arxeoloji kulturunun daşıyıcıları kimi Ön Asiyada formalaşmış Prototürk etnosunun prototürk dili (və dialektləri) m.ö. IV minilin ortalarında dağılmağa başlayır. Elə bu çağlardan prototürk dialektlərində danışan tayfaların miqrasiyası başlanır. Onların böyük bir hissəsi Azərbaycandan Orta Asiya, Güney-Sibir və Altay istiqamətində doğuya, Quzey-Qafqaz istiqamətində isə quzeyə miqrasiyası edirlər. Arxeoloji bəlgələr, kurqan kulturu, sənət əsərləri bu miqrasiyaları təsdiq edir. Doğuya getmiş türklər orada monqollarla uzun müddət iç-içə yaşadığından bəzi türk boylarında antropoloji tipində monqoloid cizgilər yaranır. Protoazər boylarının yayıldığı Dərbənd-Tiflis-ərzurum-Mosul-Kərkük-Həmədan-Bakı-Dərbənd xətti ilə əhatə olunan ərazilər azər xalqının etnik tarixi coğrafiyasıdır. Doğu və quzey yönlərə getmiş türklərin müəyən qismi saqa-qamər (skit-kimmer), hun, avar, suvar, qıpçaq, oğuz və sair adlarla Azərbaycana və Anadoluya qayıdır. Azərbaycana qayıdan soydaşları ilə qovuşan azər boyları artıq yeni eraya formalaşmış Azər xalqı kimi daxil olur.

Birinci konsepsiyanın üstün cəhətlərindən biri də budur ki, indiyəcən cavabını tapmayan bir sıra haqlı suallar burada məntiqi cavabını tapır. Belə ki, həm batıda, həm də doğuda qədim dil əlaqələri ilə ortaq sözlərın yaranma səbəbi, doğuya olan miqrasiyanı əks etdirən arxeoloji, antropoloji bəlgələr elmi cəhətdən izah oluna bilmək imkanı qazanır.

İkinci konsepsiya.

Bu konsepsiyanın iki əsas tezisi vardır:

Azərbaycanlılar yerli xalqdır;

Azərbaycanlıların danışdığı dil gəlmə dildir.

Göründüyü kimi, birinci tezis yuxarıda gözdən keçirilən birinci konsepsiya ilə uyğundur. Ona görə də, bu məsələ üzərində dayanmağa ehtiyac yoxdur. İkinci tezis isə bu konsepsiyanın əsas nöqsanıdır. Avropa, Sovet və İran tarixşünaslığında formalaşan ikinci konsepsiyanın Azərbaycandakı tərəfdarlarının həm Quzey-Azərbaycanda, həm də Güney-Azərbaycanda “məktəbi” yaranmışdır, güneydə bu məktəbin başında azər türklərindən olan Kəsrəvi başçılıq edirdi, quzeydə isə prof. İqrar əliyev başçılıq edir.

Kəsrəvi ölümünə yaxın şah rejimi tərəfindən satın alındığını və azər türklərinin mənşəyi haqqında xüsusi sifarişlə yazdığı kitabda tarixi gerçəkliyə qara yaxdığını, azər (azəri) xalqına qarşı törətdiyi günahlarını etiraf etdi. Milliyətcə Azərbayanlı olmayan olmayan İqrar əliyev isə çörəyini yediyi xalqın tarixinə ləkə yaxmaqda davam edirdi və bu xidmətinə görə “şərəf” ordeni də aldı.

İkinci konsepsiyanın ikinci tezisinə görə, Arazdan aşağıda yaşayanlar irandilli olmuşlar. Orta Asiyadan gələn səlcuqlar XI əsrdə bunların dilini dəyişdirmiş və bu irandilli tayfalar dönüb azərilər olmuşlar. Lakin İranşünaslıq elmi irandilli boyların Güney-Azərbaycana gəlişini m.ö. VIII əsrdən sonra başlanmasın artıq elmi konsepsiya kimi qəbul etmişdir. Bu elmi fakt qarşısında qalan ikinci konsepsiya tərəfdarları çıxış yolunu bunda görürlər ki, belə desinlər: vaxtilə “naməlum” dillərdə danışan əhali irandilli tayfaların gəlişindən sonra “irandilli” oldular, türklər gələndən sonra isə “türkləşdilər”.

Doğrudur, Güney-Azərbaycanda bəzi kiçik bölgələrdə “farslaşma” və “türkləşmə” olmuşdur, lakin bu epizodik halların bütöv region əhalisinə şamil edilməsi absurddur. Belə ki, bir xalqın iki dəfə dilini dəyişməsi nadir haldır. Məsələn, mazandaranlılar, talışlar, lurlar, bəzi kürd tayfaları və bəlucların farslaşması gerçək faktdır, lakin onların dönüb türk olması faktı yoxdur. Həm də, ikinci konsepsiya tərəfdarları “türkləşmə” olayını o çağa aid edirlər ki, onda Azərbaycanda din və elm sahəsində ərəb dili üstün mövqedə idi və ədəbiyatda fars dili təkcə farsların deyil, türklərin də içində çiçəklənmə dövrünü yaşayırdı, hakimiyətdə olan səlcuqlar türk dilini deyil, fars dilini yayırdılar. Bu durumda irandilli əhali necə türkləşə bilərdi?

Quzey-Azərbaycan əhalisinin etnik tərkibi də eyni metodoloji nöqsanla şərh olunur. Güya Aran, Alban adları ilə tanınan Arazdan yuxarı ərazilərin əhalisi qafqazdilli imiş, sonradan türkləşib. Yəni biz azərlər qafqazdilli xalq olmuşuq. Əgər bu, doğrudan da belədirsə, niyə “babalarımızın” dilindən heç olmasa, bircə söz dilimizdə qalmayıb? Necə olur ki, bu “türkləşən” xalqın sazı-sözü, folkloru, mifologiyası, etnoqrafiyası quzey bölgələrdə iç-içə yaşadığı qafqazdilli xalqlarla deyil, Arazdan aşağıda yaşayan “türkləşmiş irandilli” azərlərlə eynidir? əlbəttə, ikinci konsepsiyanın tərəfdarları bu suallara cavab tapmır. Ona görə də, Alban dövlətinin tarixini həmin çağda Azərbaycanda yaşayan saqa, qamər, azər//xəzər, subar, alban, qarqar, kəngər, gögər, maskut, hun və sair türk boylarının deyil, bir ovuc qafqazdilli udi boynun tarixi kimi qələmə verirlər.

Hər hansı bir məsələnin mahiyəti o vaxt obyektiv açıla bilir ki, onun öyrənilməsinə ayrı-ayrı baxış bucaqlarından yanaşma imkanı olsun. Bu baxımdan, Azərbaycanın qədim tarixini tədqiq edən tarixçilərin türkologiyadan və bu mövzuya baş vuran türkoloqların da tarix elmindən uzaq düşməsi, üstəlik mifoloq, dilçi və etnoqrafların həmin tarixdə yalnız öz sahələrinə aid mövzuları araşdırması eyni durumun müxtəlif yozumuna və ziddiyətli şərhlərinə səbəb olmuşdur. Bunun nəticəsi kimi, Azərbaycan tarixşünaslığında dərin kök salan belə bir yanlış fikir yaranmışdı ki, guya qeyri-müəyən dillərdə danışan Azərbaycan əhalisi türk dilində XI əsrdə səlcuqların gəlişindən sonra danışmağa başlamışlar. Bu elmdən uzaq fikri irəli sürənlər son illərdəki araşdırmalarda Azərbaycanda qədim türklərlə bağlı faktlar ortaya çıxdıqca “türkləşmə” tarixini addım-addım geri - öncə IX, sonra VII, daha sonra isə II əsrə qədər qədimə çəkməli oldular. Daha ayıqları isə m.ö. VII-II əsrlər arasında da burada turkcə danışan boyların olduğunu qəbul etdi. Lakin daha qədim qaynaqlardakı bəlgələr tez-tez fikrini dəyişən tarixçilərin hələ də yanlış yolda olduğunu göstərir.

İkinci konsepsiya tərfdarlarının istinad etdiyi yeganə “elmi” dəlil Altay nəzəriyəsi və bu nəzəriyəyə görə, türklərin Atayurdunun Altay olması fikridir. Bu nəzəriyənin isə subut olunmamış bir fərziyə olduğu bəllidir və bu sahə ilə məşğul olan tanınmış komparavist türkoloqlar son iyirmi ildə Altay dil birliyindən imtina etmişlər.

Üçüncü konsepsiya.

Türk etnosunu yerli xalq saymayan “gəlmə türklər”, “türkləşmə” konsepsiyası Azərbaycan tarixçiliyində dərin kök salmışdır. İlk dəfə bu konsepsiyaya qarşı dövlət səviyəsində akademik-katib M.Cəfərovun rəhbərliyi altında Azərbaycan Elmlər Akademiyasında dilçi-tarixçi alimlərin birgə keçirdiyi elmi-nəzəri müşavirədə (1984) kəskin münasibət bildirilərək, mövcud qüsurlu konsepsiyanın islah edilməsi təklif olunmuş, Azərbaycanda yerli və bura qayıdan türk boylarının qovuşması ilə m.ö. I minilliyin ortalarında azər-türk dilinnin formalaşması konsepsiyası irəli sürülmüşdür. Bu haqda informasiyanın dövlət mətbuatında dərc olunması azər türklərini aborigen sayan, bu sahədə dəyərli əsərlər yazan alimlərdə daha dərin axtarışlara baş vurma ovqatını artırmış, ayrı-ayrı elm və tədris ocaqlarında etnogenezə dair elmi seminarlar keçirilmişdir. Əgər 1984-dəki müşavirədə bizim əlimizdə çox az fakt vardısa, indi bu sahədə əldə olunan elmi dəlil və sübutlar böyük bir sistem təşkil edir. Bu yöndə başqa türk xalqlarının da tarixini araşdırıb dəyərli əsərlər yazan alimlər vardır.

Bu konsepsiya tərəfdarları hələ də köhnə “Altay nəzəriyəsi” təsiri altındadırlar. Ona görə də, bir əldə iki qarpız tutmaq istəyənlər kimi, bir yandan şumer-türk qohumluğunu (və ya əlaqəsini), digər yandan monqol-türk qohumluğu fikrini söyləyirlər. Bu, daha çox Türkiyə və Azərbaycan alimlərindən bəzisinin prinsipidir. Hətta, Doğuda Anau, Afanasyev, Andronov və Taqar kulturunda türk izini görən Türkiyə tarixçilərinin çoxu belə güman edir ki, Altay və Orta Asiyadan türklər Azərbaycan və Anadoluya gəlmişdir. Lakin bu tarixçilər adı çəkilən arxeolji kulturların doğudan batıya deyil, batıdan doğuya .rıldığını yəqin ki, bilmirlər. Əgər bu arxeoloji abidələri tapıb tədqiq edən rus alimlərinin əsərləri ilə tanış olsaydılar, belə yanlış mövqe tutmazdılar.

Yekun

Beləliklə, Azərbaycan tarix elmində bugün mövcud olan hər üç konsepsiya gözdən keçirildi və bunlardan hansının elmdə möhkəmlənəcyi yaxın gələcəkdə bəlli olacaq. İkinci və üçüncü konsepsiyaların perspektivsizliyi artıq indidən bəllidir, çünki bu sahədə göstərilən cəhdlər elmə yeni heç nə gətirmir, faktoloji resursu da tükənib. Yalnız birinci konsepsiya Azərbaycan və ümumiyətlə Türkologiya və Dünya tarixi üçün yeni üfüqlər açır. Birinci konsepsiya ilk addımlarını atsa da, əvvəllər izah oluna bilməyən bir çox məsələlər artıq bu konsepsiyada məntiqi izahını rahatca tapır.

Hər hansı bir elmdə tədqiq olunan mövzudan asılı olaraq, münasib axtarış metodu seçmək imkanı olur. Bu prosesdə tədqiqatçının hazırlıq dərəcəsi, bilik səviyəsi, eridusiyası, məqsədi, məsələni hansı tutumda qoyma bacarığı və müxtəlif metodlarla tanışlığı böyük rol oynasa da, mövzunun xarakteri müəyən metodların istifadəsini zəruri edir. Bizim mövzu konkret bir xalqın tarixi ilə bağla olduğundan etnos problemini müxtəlif yönlərdən öyrənən etnoqrafiya, tarix, arxeologiya, kulturologiya, antropologiya, genetika, sənətşünaslıq, filologiya, psixologiya, sosiologiya, demoqrafiya, ekonomika elmlərinin müəyən bölmələri və etnolinqvistika, etnobiologiya, etnoantropologiya, etnogenetika, etnocoğrafiya, etnopsixologiya kimi yeni elmlərarası sahələr və artıq sınaqdan çıxıb formalışmış etnologiya, etnogenez elmlərinin verdiyi bilgiləri nəzərə alaraq, Azər tarixinə müxtəlif elmlərdə istifadə olunan diaxronik, retrospektiv, deduktiv, tipoloji, tarixi-müqayisəli, qlottogenez, areal dmlçiliyi metodlarından istifadə etməklə bütövlükdə mövzunun öyrənilməsinə komples metodologiya tətbiq etmək lazım gəlir.

Azərbaycanın arxeoloji kulturu Avropa, Misir, Şumer, Monqolustan kulturundan qədim olduğu kimi, türk dilinin tarixi də şumer, asur, monqol dillərindən qədimdir. Başqa dil ailələrindən fərqli olaraq, Türk dil ailəsində protodil çağı inkişaf və təkmilləşmə dövrünü tam başa vurandan, dilin quruluşunda yaranan mükəmməl mexanizm tam sistemə oturandan sonra ilk böyük miqrasiyalarla ayrı-ayrı bölgələrə dağılmışdır. Qlottogenez metodikası ilə əldə olunan bilgi geologiya elmi ilə də təsdiqini tapır. Şumer ərazisində əvvəllər insan yaşamadığı kimi, Latviyada da ilk insan izinin tarixi 10 min ildən o yana keçmir. Azərbaycan arxeoloju kulturu çiçəklənəndə Avropa hələ buzlaqlaşma dövrünü yaşayırdı. Türkkoloqların bizi .rıb bağlamaq istədiyi Altayın paleoltit çağı isə Azərbaycandakı analoji çağdan azı 4-5 minil geri qalır.

XX əsrdə humanitar elmlərin daxili bölmələr üzrə diferensiallaşma dəbi klassik şərqşünas, tarixçi, filoloq, türkoloq alimlərin sayını get-gedə azaltdı. Elmlərin ayrılması bir tərəfdən öz daxili bölmələrinin dərindən tədqiqi sayəsində dilçilik, tarix, mifologiya, ədəbiyat, türkologiya elmlərinin uğurlu inkişafı ilə, digər tərəfdən yarımbölmə üzrə ixtisaslaşan alimin “cırlaşması” ilə nəticələndi. Ona görə də, indi bir neçə humanitar elmin işığında .rılan tədqiqat əsərləri yox dərəcəsindədir. Güman edirik ki, burada istifadə etdiyimiz kompleks metodika Azərbaycan arxeologiya elmində etnik atributlar sisteminə söykənən yeni etnoloji metodun formalaşmasına da yardım edə bilər.

Müxtəlif elm sahələrinin baxış bucağı altında görünən bəlgələrin dialektik əlaqəsi yönündə Azər tarixinin kompleks metodologiya ilə öyrənilməsi irəli sürülən konsepsiyanın elmi əsasa oturmasına, qarşıya qoyulan məqsədin gerçəkləşməsinə imkan verir. Bu metodikanın uğuru milli və yabançı qaynaqların hansı tutumda tədqiqata cəlb olunmasından da çox asılıdır.

Ссылка на комментарий
Поделиться на других сайтах

  • 8 months later...
Xahiş edirəm, hamı oxusun. VACİBDİR!

================================================================================

AZƏRBAYCAN TARİXİ

(Konsepsiyalar)

Öncə bir soz...

"Azərbaycan tarixi" bir elm sahəsi kimi A. Bakıxanovun tədqiqatı ilə başlanmış, XX əsrin əvvəlində M.Rəsulzadə, Ə.Hüseynzadə, M.Baharlı və başqa ziyalıların əsərlərilə bu sahə artıq müəyən sistemə salınmışdır. Azərbaycanda komunist rejim hakimiyəti ələ alandan sonra "Azərbaycan tarixi" elmi siyasiləşdi. 1920-1990-cı illər arasında Azərbaycan tarixi haqqında yazılmış monoqrafiya, dərslik və akademik nəşrlər Azərbaycanda qurulan dövlətlərin tarixini azər xalqının deyil, ayrı-ayrı sülalələrin və bölgələrin tarixi kimi təqdim edilmişdir. Bu kitablarda türk enosunun Azərbaycana gəlmə xalq olmasının qabardılması əsas konsepsiya idi. Hətta, bu "gəlmə türklər" də vəhşi köçəri simasında təqdim olunurdu.

Stalindən sonra komunist rejimində milli məsələlərə qoyulan senzura azacıq yumşalsa da, bundan tarixçilər deyil, yazarlar istifadə etdi və 60-cı illərdə Azərbaycan ədəbiyatı komunist ideologiyasından nisbətən uzaqlaşa bildi və siyasi mövzulardan uzaq olsa da, ədəbi əsərlərdə yeni milli ovqat görünməyə başladı. Yalnız ikiyə bölünmüş azər xalqının siyasi tarixini əks etdirən və uzun müddət ziyalı və tələbələr arasında əlyazma şəklində oxunan xalq şairi Bəxtiyar Vahabzadənin "Gülüstan" poeması disident ədəbiyatı sayıla bilər. Bu poemanın gənclərdə milli ovqatın yaranmasında böyük rolu oldu, lakin tarixçilər "qəbul olunmuş" konsepsiyadan əl çəkmədi.

Tarixşünaslıqda bu durum 1980-ci illərə qədər davam etmişdir.Yalnız bu illərdə mifoloq Mirəli Seyidov, elamşünas Yusif Yusifov, tarixçi Süleyman əliyarov, tarixçi Mahmud İsmayılov, etnoqraf Qiyasəddin Qeybullayev və dilçi alimlərdən Fərhad Zeynalov, Tofiq Hacıyev, Elməddin əlibəyzadə, Aydın Məmmədov, Firidun Ağasıoğlu (Cəlilov), Ədalət Tahirzadə, Arif Rəhimov, yazıçı Teymur Məmmədov və başqa ziyalıların tədqiqatları Azərbaycanda türk dilinin qədim nümunələrini ortaya çıxardı. Lakin ilk dönəmdə bu nümunələrın az olması və şumer, het, siriya, yunan-latın, hay, gürcü, ərəb və fars qaynaqlarından pərakəndə halda seçilməsi yeni konsepsiyanın sistem şəklində qurulmasına kifayət etmirdi. Köhnə konsepsiyanı dağıtmaq üçün bu istiqamətdə tədqiqatlar .rmaq lazım idi:

Türk etnosunun ilkin Atayurdu

Azərbaycan arxeologiyasının etnik əsası

Türk etnosu fonunda azər xalqının antropologiyası

Prototürk dili və dialektləri

Protoazər dili və dialektləri

Azərbaycanın etnik tarixi coğrafiyası

Azər folkloru və mifologiyasında tarixi bəlgələr

Azər xalqının tarixi etnoqrafiyası

Azər xalqının tarixi onomastikası

Qonşu xalqlar və dövlətlərlə qədim əlaqələr

Ön Asiyanın ölü dilləri ilə türk dilinin kontaktları

Tarixi demoqrafiya

Tarixi köçlərin istiqamətini göstərən arxeoloji bəlgələr

Azərbaycanda qayaüstü rəsmlər, piktoqram və damğalar

Azərbaycanda işlənən yazı tipləri

Azərbaycanda qurulan dövlətlərin etnik tərkibi

Qədim türk və protoazərlərin qurduğu dövlətlərin özəlliyi

Azər xalqının etnogenezi

Əlbəttə, qısa müddətdə bu qədər müxtəlif sahələri əhatə edən problemi tədqiq etmək üçün Ali məktəblərin müvafiq kafedraları, Elmlər Akademiyasının Dil, Tarix, ədəbiyat, Şərqşünaslıq, Fəlsəfə, Etnoqrafiya və Arxeologiya institutlarının koordinasiya mərkəzi yaranmalı və bu sahələr üzrə planlı şəkildə tədqiqatlar .rılmalı idi. Lakin təəssüf ki, azər xalqının ödədiyi vergilər hesabına yaşayan bu institutların və özəlliklə, direktorların tutduğu mövqe bu işləri görməyə imkan verməmişdir. Adı sıralanan problemlərərin bəzisi köhnə konsepsiyalarla savadsız şəkildə kitabdan-kitaba ötürülməkdədir. Ona görə də, bugünə qədər azər xalqının gerçək tarixini əks etdirən "Azərbaycan taixi" ortada yoxdur. Bu sahəni az-çox dolduran Z. Bünyadov və Y. Yusifovun redaktorluğu ilə 1994-də, S. Əliyarovun redaktorluğu ilə 1996-da nəşr olunan "Azərbaycan tarixi" kitablarıdır. EA-nın 1998-dən başlayaraq, nəşr etdirdiyi son 7 cildlik tarix kitabı isə köhnə konsepsiya ilə yazılmışdır. İlk dəfə bu məsələlərdən geniş danışan Həsən Həsənov "Türkşünaslığın bəzi problemləri" adlı məqaləsində yazır ki, Azərbaycanda türk boylarının məskunlaşması probleminə aid tarix elmində 5 versiya vardır.

Azərbaycan tarixinə aid kitablarda arxeoloji, antropoloji, etnoqrafik, iqtisadi və siyasi hakimiyət məsələləri nisbətən obyektiv tədqiq olunmuşdur. Lakin bu kitablarda xalqın tarixi deyil, regional hökumətlərin və hakim sülalələrin tarixi verilmişdir, halbuki, Dövlət xalqdan, bu xalqın ərazisindən və bu ərazidə iqtisadi-mədəni, sosial və hüquqi məsələləri tənzimləyən siyasi hakimiyətdən ibarətdir. Ona görə də, tarix kitabları "Azər xalqının tarixi" və ya "Azərbaycan xalqının tarixi" adı ilə deyil, "Azərbaycan tarixi" adı ilə çap olunur.

Azərbaycan dövlətlərinin qurulmasında əsas yükü daşıyan xalqın tarixi həmişə kölgədə qalmış, əksər hallarda azər türklərinin qurduğu tarix ayrı millətlərin adı ilə verilmişdir. Ona görə də, "Azərbaycan tarixi" kitablarında əsas mübahisə doğuran məsələ məhz azər xalqının etnogenezi ilə bağlı ortaya çıxmış və müxtəlif elmi konsepsiyaların yaranmasına səbəb olmuşdur. Beləliklə, bir əsr yaşı olan Azərbaycan tarixşünaslıq elmində formalaşmış bir neçə elmi konsepsiyanı üç əsas qrupda birləşdirmək olar:

1-ci konsepsiya : Azərbaycan ən qədim çağlardan azər türklərinin Ata yurdudur. Buradan gedən türklərdən bəzi boylar sonradan Azərbaycana qayıtmış və yerli azərlərlə bu qayıdan türk boylarının konsolidasiyası Azər xalqının yaranması ilə nəticələnmişdir.

2-ci konsepsiya: Bugünkü Azərbaycan xalqı XI əsrə qədər Araz çayından yuxarı qafqazdilli, Araz çayından aşağı irandilli (fars) xalq idi. Bir qrup türk (oğuz) tayfası gəlib, X1-XIII əsrlərdə Azərbaycan əhalisinin dilini dəyişdirmişdir. Həmin çağlardan bugünəcən həm Quzey-Azərbaycanda, həm də Güney-Azərbaycanda "Azərbaycan" dili işlənir.

3-cü konsepsiya: Türk boyları Azərbaycana Orta Asiya və ya Altaydan gəlib. Lakin 2-ci konsepsiya tərəfdarlarının dediyi kimi, ilk gəlmə XI əsrdə yox, daha əvvəl olmuşdur. Belə "əvvəl gəlmə" tarixini deyərkən müxtəlif tədqiqatçılar m.ö. III-minildən IX əsrə qədər ayrı-ayrı çağları nəzərdə tuturlar.

Beləliklə, uç qrupa ayırdığımız bu konsepsiyalardan hansının gerçək duruma daha yaxın olduğunu görə bilmək üçün onların qısa xülasəsini, üstün və qüsurlu cəhətlərini gözdən keçirək.

Birinci konsepsiya (bu konsepsiyanı biz dəstəkləyirik)

Birinci konsepsiya Azərbaycan tarixşünaslığında deyil, ümumiyətlə, Türkologiya və Türk tarixi elmində yenidir. Doğrudur, türklərin ilkin yaranma arealı kimi Aralıqdənizi yaxalarını vaxtilə akad. N.Marr söyləmişdir, lakin bu fikri əsaslandırmaq üçün elmi axtarış .rmamışdır. Çuvaş xalqını (dilini) şumerlərdən qalma sayan həmin yazar bu fikrini də irəli sürdüyü "Yafəs dilləri" nəzəriyəsi və yanlış "dörd ünsür" metodu ilə sübut etmək istəmiş, lakin buna nail ola bilməmişdir. Marrın təsiri altında Türkiyədə yaranan "Günəş" nəzəriyəsi də türklərin Ön Asiya mənşəli olduğunu sübut edə bilmədi, çünki hər iki teoriya yanlış metodlar üzərində qurulmuşdu və ciddi (akademik) elm bu metodlarla alınan nəticələri qəbul edə bilməzdi.

Təəssüf ki, elmdən uzaq belə yanlış metodlara hələ də ara-sıra rast gəlmək olur. Belə ki, türk etnosunun Ön Asiyada qədimliyini güya sübut etmək üçün İkiçayarasına gəlmə xalq olan şumerlər, doğu-qafqazdilli hurri və urartular, hətta, hindavropa dilli hetlər "türk" xalqı kimi verilir. Halbuki, bu adı çəkilən xalqların dilində yazılı mətnlər qalmışdır və bu dillərin heç biri qədim türk dilinin qramatik quruluşuna uyğun gəlmir. Bəzi tipoloji morfem uyğunluqları və ortaq leksik paralellər isə türk boyları ilə bu xalqların kontaktı və türk dili ilə bu dillər arasındakı əlaqənin nəticəsidir. Ən çox şumer-türk paralelliyini ortaya çıxaran Oljas Süleymenov və prof. Nədim Tuna bu paralellərin yalnız kontakt ilə yarandığını yazmışlar. Bu məsələ ilə ciddi məşğul olmayanlar isə türk-şumer qohumluğunu artıq "sübut olunmuş" fakt kimi verirlər. Əlbəttə, Azər xalqının tarixinə bu cür xidmət xeyirdən çox ziyan vurur.

Birinci konsepsiya tərəfdarlarından bəziləri bu problemlə ciddi məşğul olmayadığı üçün bəzən elmi əsası olmayan belə bir fikir irəli sürürlər: "Həm Azərbaycanda, həm də Orta Asiya və Altayda türklər aborigendir". Yəni bu fikrə görə, türk etnosunun Atayurdu Altaydan Azərbaycana qədər uzanır. Bunu söyləyənlərin etnologiya və qlottogenez elmindən məlumatı olmaması bəllidir və bunların çoxu "Altay dil ailəsi" nəzəriyəsinə inanan şəxslərdir. 250 il bundan əvvəl ortaya atılan bu nəzəriyəyə görə, güya türk dili monqol və tunquz-mancur dilləri ilə qohumdur (bəziləri bura koreya və yapon dillərini də əlavə eir). Halbuki, keçən bu müddət ərzində sübut oluna bilməyən Altay nəzəriyyəsinə görə, türklər monqoloid irqli tayfalardan ayrılıb, Altaydan Ön Asiyaya gəlmişdir.

Azərbaycan və Altayı ilkin türklərin Atayurdu sayanlar adi bir həqiqəti unudur ki, hər hansı bir şəxs konkret bir kənddə doğulduğu kimi hər hansı bir etnos da konkret bir regionda yaranır. Hər bir protodili formalaşdıran etnos bunu eyni regionda gerçəkləşdirə bilir. Necə ki, protohindavropa etnosu Avropanın mərkəzində, protofinuqor etnosu Uralda, protosami etnosu ərəbistan yaylasında, protomonqol etnosu Mərkəzi Asiyada öz protodillərini yaradıb, eləcə də, prototürk dili Ön Asiyada ərsəyə gəlib. Bir adam eyni və ya müxtəlif anda iki ayrı yerdə doğula bilmədiyi kimi, bir etnosun da özü və yaratdığı protodil Monqolustan və Azərbaycan kimi bir-birindən uzaq iki müxtəlif regionda yarana bilməz, lakin doğulan uşaq böyüyüb Ata ocağından başqa yerə köçə bildiyi kimi, bir etnos da etnos kimi formalaşandan sonra Ata yurdundan uzaqlaşa bilər. Əlbəttə, burada etnosa qədər dövrdəki insanabənzər məxluqdan yox, etnosun yaranma dövründən söhbət gedir.

Birinci konsepsiyanı dil, mifologiya və tarixi coğrafiya baxımından tədqiq edən prof. F.Ağasıoğlu "Azərbaycan dilinin morfonologiyası" (1988) adlı kitabında və "Proto-azər teonimləri" (1988), "Dil ailəsi və dil ittifaqı" (1989), "Qədim alınmalarda etnolinqvistik məlumat"(1989) adlı məqalələrində türk etnosunun Atayurdunun Ön Asiyada olduğunu yazmış, "Azər xalqı" (2000) adlı kitabında bu məsələlər daha ətraflı verilmişdir. Birinci konsepsiya onun Azər türklərinin İslamaqədərki tarixinə aid yazıb tamamladığı və artıq 9 tomda çap üçün hazır olan "Doqquz bitik" (2002) adlı kitabında Türkologiya və Türk tarixçiliyi elmində ilk dəfə elmi sistemə salınmışdır. Burada qədim türk tarixi arxeologiya, antropologiya və tarixi qaynaqlar üzrə verilmiş, tarixi çoğrafiya, İslamaqədər Azərbaycanda qurulan qədim dövlətlər, tarixi etnoqrafiya, tarixi onomastika, mifologiya və folklorda tarix, dilin tarixi, azər xalqının etnogenezi məsələləri tədqiq olunmuşdur. Azərbaycanda m.ö. III-I minillərdə Subar eli, Subar bəyliyi, Kuman bəyliyi kimi bir neçə qədim türk dövlətinin tarixi ilk dəfə bu kitabda verilmiş, Lulu, Quti, Turuk dövlətlərinin etnik əsası geniş şərh olunmuşdur.

Birinci konsepsiya "Doqquz bitik" əsərinndə belə görünür: Avropoid irqin Aralıqdənizi tipinə aid olub, Carmo, Xasun, Xalaf, Quzey-Ubeyd və Kür-Araz arxeoloji kulturunun daşıyıcıları kimi Ön Asiyada formalaşmış Prototürk etnosunun prototürk dili (və dialektləri) m.ö. IV minilin ortalarında dağılmağa başlayır. Elə bu çağlardan prototürk dialektlərində danışan tayfaların miqrasiyası başlanır. Onların böyük bir hissəsi Azərbaycandan Orta Asiya, Güney-Sibir və Altay istiqamətində doğuya, Quzey-Qafqaz istiqamətində isə quzeyə miqrasiyası edirlər. Arxeoloji bəlgələr, kurqan kulturu, sənət əsərləri bu miqrasiyaları təsdiq edir. Doğuya getmiş türklər orada monqollarla uzun müddət iç-içə yaşadığından bəzi türk boylarında antropoloji tipində monqoloid cizgilər yaranır. Protoazər boylarının yayıldığı Dərbənd-Tiflis-ərzurum-Mosul-Kərkük-Həmədan-Bakı-Dərbənd xətti ilə əhatə olunan ərazilər azər xalqının etnik tarixi coğrafiyasıdır. Doğu və quzey yönlərə getmiş türklərin müəyən qismi saqa-qamər (skit-kimmer), hun, avar, suvar, qıpçaq, oğuz və sair adlarla Azərbaycana və Anadoluya qayıdır. Azərbaycana qayıdan soydaşları ilə qovuşan azər boyları artıq yeni eraya formalaşmış Azər xalqı kimi daxil olur.

Birinci konsepsiyanın üstün cəhətlərindən biri də budur ki, indiyəcən cavabını tapmayan bir sıra haqlı suallar burada məntiqi cavabını tapır. Belə ki, həm batıda, həm də doğuda qədim dil əlaqələri ilə ortaq sözlərın yaranma səbəbi, doğuya olan miqrasiyanı əks etdirən arxeoloji, antropoloji bəlgələr elmi cəhətdən izah oluna bilmək imkanı qazanır.

İkinci konsepsiya.

Bu konsepsiyanın iki əsas tezisi vardır:

Azərbaycanlılar yerli xalqdır;

Azərbaycanlıların danışdığı dil gəlmə dildir.

Göründüyü kimi, birinci tezis yuxarıda gözdən keçirilən birinci konsepsiya ilə uyğundur. Ona görə də, bu məsələ üzərində dayanmağa ehtiyac yoxdur. İkinci tezis isə bu konsepsiyanın əsas nöqsanıdır. Avropa, Sovet və İran tarixşünaslığında formalaşan ikinci konsepsiyanın Azərbaycandakı tərəfdarlarının həm Quzey-Azərbaycanda, həm də Güney-Azərbaycanda "məktəbi" yaranmışdır, güneydə bu məktəbin başında azər türklərindən olan Kəsrəvi başçılıq edirdi, quzeydə isə prof. İqrar əliyev başçılıq edir.

Kəsrəvi ölümünə yaxın şah rejimi tərəfindən satın alındığını və azər türklərinin mənşəyi haqqında xüsusi sifarişlə yazdığı kitabda tarixi gerçəkliyə qara yaxdığını, azər (azəri) xalqına qarşı törətdiyi günahlarını etiraf etdi. Milliyətcə Azərbayanlı olmayan olmayan İqrar əliyev isə çörəyini yediyi xalqın tarixinə ləkə yaxmaqda davam edirdi və bu xidmətinə görə "şərəf" ordeni də aldı.

İkinci konsepsiyanın ikinci tezisinə görə, Arazdan aşağıda yaşayanlar irandilli olmuşlar. Orta Asiyadan gələn səlcuqlar XI əsrdə bunların dilini dəyişdirmiş və bu irandilli tayfalar dönüb azərilər olmuşlar. Lakin İranşünaslıq elmi irandilli boyların Güney-Azərbaycana gəlişini m.ö. VIII əsrdən sonra başlanmasın artıq elmi konsepsiya kimi qəbul etmişdir. Bu elmi fakt qarşısında qalan ikinci konsepsiya tərəfdarları çıxış yolunu bunda görürlər ki, belə desinlər: vaxtilə "naməlum" dillərdə danışan əhali irandilli tayfaların gəlişindən sonra "irandilli" oldular, türklər gələndən sonra isə "türkləşdilər".

Doğrudur, Güney-Azərbaycanda bəzi kiçik bölgələrdə "farslaşma" və "türkləşmə" olmuşdur, lakin bu epizodik halların bütöv region əhalisinə şamil edilməsi absurddur. Belə ki, bir xalqın iki dəfə dilini dəyişməsi nadir haldır. Məsələn, mazandaranlılar, talışlar, lurlar, bəzi kürd tayfaları və bəlucların farslaşması gerçək faktdır, lakin onların dönüb türk olması faktı yoxdur. Həm də, ikinci konsepsiya tərəfdarları "türkləşmə" olayını o çağa aid edirlər ki, onda Azərbaycanda din və elm sahəsində ərəb dili üstün mövqedə idi və ədəbiyatda fars dili təkcə farsların deyil, türklərin də içində çiçəklənmə dövrünü yaşayırdı, hakimiyətdə olan səlcuqlar türk dilini deyil, fars dilini yayırdılar. Bu durumda irandilli əhali necə türkləşə bilərdi?

Quzey-Azərbaycan əhalisinin etnik tərkibi də eyni metodoloji nöqsanla şərh olunur. Güya Aran, Alban adları ilə tanınan Arazdan yuxarı ərazilərin əhalisi qafqazdilli imiş, sonradan türkləşib. Yəni biz azərlər qafqazdilli xalq olmuşuq. Əgər bu, doğrudan da belədirsə, niyə "babalarımızın" dilindən heç olmasa, bircə söz dilimizdə qalmayıb? Necə olur ki, bu "türkləşən" xalqın sazı-sözü, folkloru, mifologiyası, etnoqrafiyası quzey bölgələrdə iç-içə yaşadığı qafqazdilli xalqlarla deyil, Arazdan aşağıda yaşayan "türkləşmiş irandilli" azərlərlə eynidir? əlbəttə, ikinci konsepsiyanın tərəfdarları bu suallara cavab tapmır. Ona görə də, Alban dövlətinin tarixini həmin çağda Azərbaycanda yaşayan saqa, qamər, azər//xəzər, subar, alban, qarqar, kəngər, gögər, maskut, hun və sair türk boylarının deyil, bir ovuc qafqazdilli udi boynun tarixi kimi qələmə verirlər.

Hər hansı bir məsələnin mahiyəti o vaxt obyektiv açıla bilir ki, onun öyrənilməsinə ayrı-ayrı baxış bucaqlarından yanaşma imkanı olsun. Bu baxımdan, Azərbaycanın qədim tarixini tədqiq edən tarixçilərin türkologiyadan və bu mövzuya baş vuran türkoloqların da tarix elmindən uzaq düşməsi, üstəlik mifoloq, dilçi və etnoqrafların həmin tarixdə yalnız öz sahələrinə aid mövzuları araşdırması eyni durumun müxtəlif yozumuna və ziddiyətli şərhlərinə səbəb olmuşdur. Bunun nəticəsi kimi, Azərbaycan tarixşünaslığında dərin kök salan belə bir yanlış fikir yaranmışdı ki, guya qeyri-müəyən dillərdə danışan Azərbaycan əhalisi türk dilində XI əsrdə səlcuqların gəlişindən sonra danışmağa başlamışlar. Bu elmdən uzaq fikri irəli sürənlər son illərdəki araşdırmalarda Azərbaycanda qədim türklərlə bağlı faktlar ortaya çıxdıqca "türkləşmə" tarixini addım-addım geri - öncə IX, sonra VII, daha sonra isə II əsrə qədər qədimə çəkməli oldular. Daha ayıqları isə m.ö. VII-II əsrlər arasında da burada turkcə danışan boyların olduğunu qəbul etdi. Lakin daha qədim qaynaqlardakı bəlgələr tez-tez fikrini dəyişən tarixçilərin hələ də yanlış yolda olduğunu göstərir.

İkinci konsepsiya tərfdarlarının istinad etdiyi yeganə "elmi" dəlil Altay nəzəriyəsi və bu nəzəriyəyə görə, türklərin Atayurdunun Altay olması fikridir. Bu nəzəriyənin isə subut olunmamış bir fərziyə olduğu bəllidir və bu sahə ilə məşğul olan tanınmış komparavist türkoloqlar son iyirmi ildə Altay dil birliyindən imtina etmişlər.

Üçüncü konsepsiya.

Türk etnosunu yerli xalq saymayan "gəlmə türklər", "türkləşmə" konsepsiyası Azərbaycan tarixçiliyində dərin kök salmışdır. İlk dəfə bu konsepsiyaya qarşı dövlət səviyəsində akademik-katib M.Cəfərovun rəhbərliyi altında Azərbaycan Elmlər Akademiyasında dilçi-tarixçi alimlərin birgə keçirdiyi elmi-nəzəri müşavirədə (1984) kəskin münasibət bildirilərək, mövcud qüsurlu konsepsiyanın islah edilməsi təklif olunmuş, Azərbaycanda yerli və bura qayıdan türk boylarının qovuşması ilə m.ö. I minilliyin ortalarında azər-türk dilinnin formalaşması konsepsiyası irəli sürülmüşdür. Bu haqda informasiyanın dövlət mətbuatında dərc olunması azər türklərini aborigen sayan, bu sahədə dəyərli əsərlər yazan alimlərdə daha dərin axtarışlara baş vurma ovqatını artırmış, ayrı-ayrı elm və tədris ocaqlarında etnogenezə dair elmi seminarlar keçirilmişdir. Əgər 1984-dəki müşavirədə bizim əlimizdə çox az fakt vardısa, indi bu sahədə əldə olunan elmi dəlil və sübutlar böyük bir sistem təşkil edir. Bu yöndə başqa türk xalqlarının da tarixini araşdırıb dəyərli əsərlər yazan alimlər vardır.

Bu konsepsiya tərəfdarları hələ də köhnə "Altay nəzəriyəsi" təsiri altındadırlar. Ona görə də, bir əldə iki qarpız tutmaq istəyənlər kimi, bir yandan şumer-türk qohumluğunu (və ya əlaqəsini), digər yandan monqol-türk qohumluğu fikrini söyləyirlər. Bu, daha çox Türkiyə və Azərbaycan alimlərindən bəzisinin prinsipidir. Hətta, Doğuda Anau, Afanasyev, Andronov və Taqar kulturunda türk izini görən Türkiyə tarixçilərinin çoxu belə güman edir ki, Altay və Orta Asiyadan türklər Azərbaycan və Anadoluya gəlmişdir. Lakin bu tarixçilər adı çəkilən arxeolji kulturların doğudan batıya deyil, batıdan doğuya .rıldığını yəqin ki, bilmirlər. Əgər bu arxeoloji abidələri tapıb tədqiq edən rus alimlərinin əsərləri ilə tanış olsaydılar, belə yanlış mövqe tutmazdılar.

Yekun

Beləliklə, Azərbaycan tarix elmində bugün mövcud olan hər üç konsepsiya gözdən keçirildi və bunlardan hansının elmdə möhkəmlənəcyi yaxın gələcəkdə bəlli olacaq. İkinci və üçüncü konsepsiyaların perspektivsizliyi artıq indidən bəllidir, çünki bu sahədə göstərilən cəhdlər elmə yeni heç nə gətirmir, faktoloji resursu da tükənib. Yalnız birinci konsepsiya Azərbaycan və ümumiyətlə Türkologiya və Dünya tarixi üçün yeni üfüqlər açır. Birinci konsepsiya ilk addımlarını atsa da, əvvəllər izah oluna bilməyən bir çox məsələlər artıq bu konsepsiyada məntiqi izahını rahatca tapır.

Hər hansı bir elmdə tədqiq olunan mövzudan asılı olaraq, münasib axtarış metodu seçmək imkanı olur. Bu prosesdə tədqiqatçının hazırlıq dərəcəsi, bilik səviyəsi, eridusiyası, məqsədi, məsələni hansı tutumda qoyma bacarığı və müxtəlif metodlarla tanışlığı böyük rol oynasa da, mövzunun xarakteri müəyən metodların istifadəsini zəruri edir. Bizim mövzu konkret bir xalqın tarixi ilə bağla olduğundan etnos problemini müxtəlif yönlərdən öyrənən etnoqrafiya, tarix, arxeologiya, kulturologiya, antropologiya, genetika, sənətşünaslıq, filologiya, psixologiya, sosiologiya, demoqrafiya, ekonomika elmlərinin müəyən bölmələri və etnolinqvistika, etnobiologiya, etnoantropologiya, etnogenetika, etnocoğrafiya, etnopsixologiya kimi yeni elmlərarası sahələr və artıq sınaqdan çıxıb formalışmış etnologiya, etnogenez elmlərinin verdiyi bilgiləri nəzərə alaraq, Azər tarixinə müxtəlif elmlərdə istifadə olunan diaxronik, retrospektiv, deduktiv, tipoloji, tarixi-müqayisəli, qlottogenez, areal dmlçiliyi metodlarından istifadə etməklə bütövlükdə mövzunun öyrənilməsinə komples metodologiya tətbiq etmək lazım gəlir.

Azərbaycanın arxeoloji kulturu Avropa, Misir, Şumer, Monqolustan kulturundan qədim olduğu kimi, türk dilinin tarixi də şumer, asur, monqol dillərindən qədimdir. Başqa dil ailələrindən fərqli olaraq, Türk dil ailəsində protodil çağı inkişaf və təkmilləşmə dövrünü tam başa vurandan, dilin quruluşunda yaranan mükəmməl mexanizm tam sistemə oturandan sonra ilk böyük miqrasiyalarla ayrı-ayrı bölgələrə dağılmışdır. Qlottogenez metodikası ilə əldə olunan bilgi geologiya elmi ilə də təsdiqini tapır. Şumer ərazisində əvvəllər insan yaşamadığı kimi, Latviyada da ilk insan izinin tarixi 10 min ildən o yana keçmir. Azərbaycan arxeoloju kulturu çiçəklənəndə Avropa hələ buzlaqlaşma dövrünü yaşayırdı. Türkkoloqların bizi .rıb bağlamaq istədiyi Altayın paleoltit çağı isə Azərbaycandakı analoji çağdan azı 4-5 minil geri qalır.

XX əsrdə humanitar elmlərin daxili bölmələr üzrə diferensiallaşma dəbi klassik şərqşünas, tarixçi, filoloq, türkoloq alimlərin sayını get-gedə azaltdı. Elmlərin ayrılması bir tərəfdən öz daxili bölmələrinin dərindən tədqiqi sayəsində dilçilik, tarix, mifologiya, ədəbiyat, türkologiya elmlərinin uğurlu inkişafı ilə, digər tərəfdən yarımbölmə üzrə ixtisaslaşan alimin "cırlaşması" ilə nəticələndi. Ona görə də, indi bir neçə humanitar elmin işığında .rılan tədqiqat əsərləri yox dərəcəsindədir. Güman edirik ki, burada istifadə etdiyimiz kompleks metodika Azərbaycan arxeologiya elmində etnik atributlar sisteminə söykənən yeni etnoloji metodun formalaşmasına da yardım edə bilər.

Müxtəlif elm sahələrinin baxış bucağı altında görünən bəlgələrin dialektik əlaqəsi yönündə Azər tarixinin kompleks metodologiya ilə öyrənilməsi irəli sürülən konsepsiyanın elmi əsasa oturmasına, qarşıya qoyulan məqsədin gerçəkləşməsinə imkan verir. Bu metodikanın uğuru milli və yabançı qaynaqların hansı tutumda tədqiqata cəlb olunmasından da çox asılıdır.

Çox sağ olun. Çox dəyərli məlumatlardır. Tarixinə biganə olmayanlar mütləq oxuyacaq. Vaxtınızı sərf edib yazdığınıza görə də dərin təşəkkürümü bildirirəm.

Non est Azerbaijan sine Karabagh!

Ссылка на комментарий
Поделиться на других сайтах

  • 2 months later...
Узюр истейирем ки,кирилл херифлернен язырам, латын графикасы ишлемир.

Ама бир шеи унуддуз:

1813 Гюлюстан .Русиянан Иран бухарибе едиб Азербайчанын еразилерини озлерине готюрюрлер Нахчиван индики АР.Русиянын дахилине кечир,ама Гадим тюрк шехери Иреван Иранын елине ,ве бютютн Чануби (Асья).Ирана дахиль олунур.

1828 Тюркменчай :Русия бютюн Шимали Азербайчаны елине алыр ,Иран исе, бютюн Чануби Азербайчаны дахилине готюрюр.

Русия ерменилери Ирандан ,Тюркиеден ве башга ерлерден Азербайчана гондерир ,сонрада гедим Тюрк торпагында ерменилере ерази верир ,сонрада ерменилер руссларын елийнен ерменистан довлети ярадырлар гедим Азербайчан-тюрк торпагында.

Ве бир миллет ве бир довлет айрылыр ,ветен енир ,Азербайчан парчаланыр.

1890 илде даншнак ,яни ермени террористалерин группасы гурулур.

1905 илде илк Азербайчана гаршы ве бютюн тюрклере гарши неинки тюрклере ве бютюн мюсюсльманлара гарши сойгырым.Ерменилер руссларын елийнен Азербайчанын бышына ойун гетириллер.

1918 ил 31 март , 2чи сойгырым ермени дашнаклары Бакия гелирлер сеф едмиремсе 6 гюн Бакия од салырлар,инсанлары ,ушаглары олдюрюрлер не гедер езаб чектирирлер бизим Азербайчанымыза.

1917 илде Русия шахы вефат едир , ве Русия чох пис халда олур.

1917 илде октьябр айында Чануби Гафказ ,яни Азербчайчан ,Гюрчюстан ве ерменистан.Бирлеширлер

лакин онларын бирлии олмур ки бу 3 довлет бирлешсин , яхында бу 3 довлетлер айрылырлар.

1918 илин 28 май айында Мемед Эмин Ресулзаденин рехперилийинен ИЛь Азербайчан Демократик Республикасы гурулур бютюн Тюрк-мюсюльман дуньясында ве бютютн Шергде.

1921 ильде апрелин 26-27 Русия Азербайчан большевикларын комеиле (Караев).Азербайчаны тутур,ве 1921 ильде Азербайчан советин дахилине дахиль олур.

men de sizden uzr isteyirem ve onu soylemek isteyirem ki, sizin gosterdiklerinizin tarix elmiyle hec bir elaqesi olmayib gopologiya elmine aiddir...

Salt?kov-?edrin : Son vaxtlar yaman v?t?np?rv?rlikd?n d?m vururlar. Dey?s?n, v?t?nd? o?urluq ba? al?b gedir...

Ссылка на комментарий
Поделиться на других сайтах

1-ci konsepsiya : Azərbaycan ən qədim çağlardan azər türklərinin Ata yurdudur. Buradan gedən türklərdən bəzi boylar sonradan Azərbaycana qayıtmış və yerli azərlərlə bu qayıdan türk boylarının konsolidasiyası Azər xalqının yaranması ilə nəticələnmişdir.

2-ci konsepsiya: Bugünkü Azərbaycan xalqı XI əsrə qədər Araz çayından yuxarı qafqazdilli, Araz çayından aşağı irandilli (fars) xalq idi. Bir qrup türk (oğuz) tayfası gəlib, X1-XIII əsrlərdə Azərbaycan əhalisinin dilini dəyişdirmişdir. Həmin çağlardan bugünəcən həm Quzey-Azərbaycanda, həm də Güney-Azərbaycanda "Azərbaycan" dili işlənir.

3-cü konsepsiya: Türk boyları Azərbaycana Orta Asiya və ya Altaydan gəlib. Lakin 2-ci konsepsiya tərəfdarlarının dediyi kimi, ilk gəlmə XI əsrdə yox, daha əvvəl olmuşdur. Belə "əvvəl gəlmə" tarixini deyərkən müxtəlif tədqiqatçılar m.ö. III-minildən IX əsrə qədər ayrı-ayrı çağları nəzərdə tuturlar.

Beləliklə, uç qrupa ayırdığımız bu konsepsiyalardan hansının gerçək duruma daha yaxın olduğunu görə bilmək üçün onların qısa xülasəsini, üstün və qüsurlu cəhətlərini gözdən keçirək.

Birinci konsepsiya (bu konsepsiyanı biz dəstəkləyirik)

Yekun

Beləliklə, Azərbaycan tarix elmində bugün mövcud olan hər üç konsepsiya gözdən keçirildi və bunlardan hansının elmdə möhkəmlənəcyi yaxın gələcəkdə bəlli olacaq. İkinci və üçüncü konsepsiyaların perspektivsizliyi artıq indidən bəllidir, çünki bu sahədə göstərilən cəhdlər elmə yeni heç nə gətirmir, faktoloji resursu da tükənib. Yalnız birinci konsepsiya Azərbaycan və ümumiyətlə Türkologiya və Dünya tarixi üçün yeni üfüqlər açır. Birinci konsepsiya ilk addımlarını atsa da, əvvəllər izah oluna bilməyən bir çox məsələlər artıq bu konsepsiyada məntiqi izahını rahatca tapır.

demeli bele cixir ki, sizin fikrinizce 1-ci konsepsiya Turkologiya ve Dunya tarixi ucun yeni ufuqler acir ? Elemi ? Bagishlayin siz turkler ucun tarix yazmaq isteyirsiniz, yoxsa Azerbaycan xalqi ucun ?

Yeqin ki, siz bu yalanci elmi muddealarinizi bizim bezi uzden iraq dilci alimlerimizin yazdiqlarina esasen esaslandirmaq fikrindesiniz ?

Bes qedim tarixcilerin neler yazib bu gune kimi saxlanilan eserlerine ne vaxt muraciet etmek fikrindesiniz ?

Hər hansı bir elmdə tədqiq olunan mövzudan asılı olaraq, münasib axtarış metodu seçmək imkanı olur. Bu prosesdə tədqiqatçının hazırlıq dərəcəsi, bilik səviyəsi, eridusiyası, məqsədi, məsələni hansı tutumda qoyma bacarığı və müxtəlif metodlarla tanışlığı böyük rol oynasa da, mövzunun xarakteri müəyən metodların istifadəsini zəruri edir. Bizim mövzu konkret bir xalqın tarixi ilə bağla olduğundan etnos problemini müxtəlif yönlərdən öyrənən etnoqrafiya, tarix, arxeologiya, kulturologiya, antropologiya, genetika, sənətşünaslıq, filologiya, psixologiya, sosiologiya, demoqrafiya, ekonomika elmlərinin müəyən bölmələri və etnolinqvistika, etnobiologiya, etnoantropologiya, etnogenetika, etnocoğrafiya, etnopsixologiya kimi yeni elmlərarası sahələr və artıq sınaqdan çıxıb formalışmış etnologiya, etnogenez elmlərinin verdiyi bilgiləri nəzərə alaraq, Azər tarixinə müxtəlif elmlərdə istifadə olunan diaxronik, retrospektiv, deduktiv, tipoloji, tarixi-müqayisəli, qlottogenez, areal dmlçiliyi metodlarından istifadə etməklə bütövlükdə mövzunun öyrənilməsinə komples metodologiya tətbiq etmək lazım gəlir.

siz de oz tarixi neticelerinizde bunlardan yaralanmisiniz ? Men shubhe edirem.

Azərbaycanın arxeoloji kulturu Avropa, Misir, Şumer, Monqolustan kulturundan qədim olduğu kimi, türk dilinin tarixi də şumer, asur, monqol dillərindən qədimdir. Başqa dil ailələrindən fərqli olaraq, Türk dil ailəsində protodil çağı inkişaf və təkmilləşmə dövrünü tam başa vurandan, dilin quruluşunda yaranan mükəmməl mexanizm tam sistemə oturandan sonra ilk böyük miqrasiyalarla ayrı-ayrı bölgələrə dağılmışdır.

siz neden behs etmek isteyirsiniz ? Indiki Azerbaycan dovleti erazisinde ta kecmishden bu gune kimi yashayan insanlarin tarixindenmi, yoxsa yuxaridakilardan ?

XX əsrdə humanitar elmlərin daxili bölmələr üzrə diferensiallaşma dəbi klassik şərqşünas, tarixçi, filoloq, türkoloq alimlərin sayını get-gedə azaltdı.

bele cixir ki, indi onlarin sayi artibbbbbbbbbbb? Bagishlayin siz alimlerden behs edirsiniz, yoxsa elm dellallarindan ? Mence dellallardan !

Salt?kov-?edrin : Son vaxtlar yaman v?t?np?rv?rlikd?n d?m vururlar. Dey?s?n, v?t?nd? o?urluq ba? al?b gedir...

Ссылка на комментарий
Поделиться на других сайтах

Nizami63, zəhmət olmasa Az şrifti ilə yazın. Flora və PYSSYCAT_SHE nikli usera hücuma keçməkdənsə, yazın görək siz nə yaza bilərsiniz. Özünüz sübüt edin ki, yazılanlar səhv məlumatlardır.

Изменено пользователем PRIKOLISTKA
line.gif
Ссылка на комментарий
Поделиться на других сайтах

Nizami63, zəhmət olmasa Az şrifti ilə yazın. Flora və PYSSYCAT_SHE nikli usera hücuma keçməkdənsə, yazın görək siz nə yaza bilərsiniz. Özünüz sübüt edin ki, yazılanlar səhv məlumatlardır.

hörmetli PRIKOLISTKA xanım bundan sonra çalışıb Azərbaycan şriftləri ile yazaram...Əvvəl axır buna vərdiş eleməliyəm. Ancaq bir şeylə razı deyiləm ki mənim münasibət göstərməyimə Siz artıq neçenci dəfədir ki başqa cüre qiymət verirsiniz...Bele yaramaz. Mən müəyyən düzəlişlərlə hörmətli flora xanımın göstərdiyi 2-ci konsepsiyanın tərəfdarıyam...Yene də deyirəm ki müəyyən düzəlişlərlə.

Salt?kov-?edrin : Son vaxtlar yaman v?t?np?rv?rlikd?n d?m vururlar. Dey?s?n, v?t?nd? o?urluq ba? al?b gedir...

Ссылка на комментарий
Поделиться на других сайтах

  • 4 weeks later...

Yaqub Mahmudovdan gözlənilməz addım

Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru Yaqub Mahmudov Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının bu gün Bakıda keçirilən toplantısını etiraz əlaməti olaraq tərk edib.

.-nın xəbərinə görə, Yaqub Mahmudov iclasda müzakirə edilən Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyası layihəsinin hazırlanmasında iştirak edən alimlərin sırasında yer almamasına etiraz edib. Tarixçi alim deyib ki, sənəddə tarixi baxımdan kifayət qədər qüsurlar var: "Belə bir sənədin hazırlanmasında iştirak etməyi özümü təhqir hesab edirəm. Çünki Azərbaycan xalqının etnogenezində iştirak edən ən qədim etnoslar barədə xartiyada məlumat verilməyib. Burada qeyd olunub ki, guya xalqın formalaşması 16-cı əsrdə başa çatıb. Halbuki Azərbaycan xalqının formalaşması 7-9-cu əsrlərdə başa çatıb".

O, sənəddə Güney Azərbaycan məsələsinin, Şərqi Anadolu və İraqdakı aborigen əhalinin də nəzərə alınmadığını qeyd edib.

Azərbaycan xalqının formalaşmasının 16 - cı əsrdə başa çatdığını iddia eleyən bu insana indi durub nə deyesən ?

Nəzərə alın ki bu insan Tarix İnstitutuna hələ bir rəhbərlik də edir.

Изменено пользователем nizami63

Salt?kov-?edrin : Son vaxtlar yaman v?t?np?rv?rlikd?n d?m vururlar. Dey?s?n, v?t?nd? o?urluq ba? al?b gedir...

Ссылка на комментарий
Поделиться на других сайтах

Doğrusu mən anlamadım kim deyib ki, 16 cı əsrdə formalaşma başa çatıb. Yaqub onun 7-9 da başa çatdığını demir bəyəm?

line.gif
Ссылка на комментарий
Поделиться на других сайтах

Doğrusu mən anlamadım kim deyib ki, 16 cı əsrdə formalaşma başa çatıb. Yaqub onun 7-9 da başa çatdığını demir bəyəm?

xahiş edirəm ki yol verdiyim texniki xətaya görə məni üzürlü hesab edəsiniz...Yuxarıdakı ismarışımdakı ifadə belə oxunmalıdır : Azərbaycan xalqının formalaşmasının 7-9 - cг əsrlərdə başa çatdığını iddia eleyən bu insana indi durub nə deyesən ?

Nəzərə alın ki bu insan Tarix İnstitutuna hələ bir rəhbərlik də edir.

Salt?kov-?edrin : Son vaxtlar yaman v?t?np?rv?rlikd?n d?m vururlar. Dey?s?n, v?t?nd? o?urluq ba? al?b gedir...

Ссылка на комментарий
Поделиться на других сайтах

Şimalda rəsmi ölkə adı olaraq Azərbaycan kəlməsi 1918-ci ildə Azərbaycan Demokratik Respublikası yaradılanda istifadə olundu. Yəni coğrafi termin haçalandı və siyasiləşdi. Bu isə İran tərəfdə, təəccüb və etiraz doğurdu. Onlar deyirdilər ki, Azərbaycan bu tərəfdir, buranın adıdır, siz niyə bu addan istifadə etmisiniz, ora üçün başqa ad t. bilmirdinizmi? Hətta Şeyx Məhəmməd Xiyabani İran Azərbaycanında yaratdığı qısaömürlü dövlətin adını Azadistan qoymuşdu. Nə üçün? Bunu müxtəlif cür izah edənlər var. İranlı tarixçi Əhməd Kəsrəvi deyir ki, Azərbaycan adını şimalda işlətdiklərinə görə, Xiyabani başqa bir ad fikirləşməli oldu. Əks halda Azərbaycan kəlməsindən istifadə olunacaqdı.

Bugünkü «Şimali Azərbaycan», «Cənubi Azərbaycan» ifadələri daha çox II Dünya müharibəsindən sonra istifadə olunmağa başlandı.

İnanmaq istəyirəm ki təqdim etdiyim yuxarıdakı linki oxuyacaqsınız və bundan sonra tarixi reallıqlara sadiq qalacaqsınız. Rusiyanın indiki baş naziri V.Putinin bir neçə vaxt bundan əvvəl rus tarixçilərinə söylədiyi sözləri xatırlayıram. Onun sözlərinə görə rus xalqının tarixinin təhrif edilməsinə heç bir ehtiyacı yoxdur çünki rus xalqı öz tarixini həmişə şərəflə yaşayıb...

Hesab edirəm ki bu mövqe biz azərbaycanlılara da aiddir. Yetər ki öz real tariximizi təhrif eləməyək.

Изменено пользователем nizami63

Salt?kov-?edrin : Son vaxtlar yaman v?t?np?rv?rlikd?n d?m vururlar. Dey?s?n, v?t?nd? o?urluq ba? al?b gedir...

Ссылка на комментарий
Поделиться на других сайтах

Узюр истейирем ки,кирилл херифлернен язырам, латын графикасы ишлемир.

Ама бир шеи унуддуз:

1813 Гюлюстан .Русиянан Иран бухарибе едиб Азербайчанын еразилерини озлерине готюрюрлер Нахчиван индики АР.Русиянын дахилине кечир,ама Гадим тюрк шехери Иреван Иранын елине ,ве бютютн Чануби (Асья).Ирана дахиль олунур.

1828 Тюркменчай :Русия бютюн Шимали Азербайчаны елине алыр ,Иран исе, бютюн Чануби Азербайчаны дахилине готюрюр.

Русия ерменилери Ирандан ,Тюркиеден ве башга ерлерден Азербайчана гондерир ,сонрада гедим Тюрк торпагында ерменилере ерази верир ,сонрада ерменилер руссларын елийнен ерменистан довлети ярадырлар гедим Азербайчан-тюрк торпагында.

Ве бир миллет ве бир довлет айрылыр ,ветен енир ,Азербайчан парчаланыр.

1890 илде даншнак ,яни ермени террористалерин группасы гурулур.

1905 илде илк Азербайчана гаршы ве бютюн тюрклере гарши неинки тюрклере ве бютюн мюсюсльманлара гарши сойгырым.Ерменилер руссларын елийнен Азербайчанын бышына ойун гетириллер.

1918 ил 31 март , 2чи сойгырым ермени дашнаклары Бакия гелирлер сеф едмиремсе 6 гюн Бакия од салырлар,инсанлары ,ушаглары олдюрюрлер не гедер езаб чектирирлер бизим Азербайчанымыза.

1917 илде Русия шахы вефат едир , ве Русия чох пис халда олур.

1917 илде октьябр айында Чануби Гафказ ,яни Азербчайчан ,Гюрчюстан ве ерменистан.Бирлеширлер

лакин онларын бирлии олмур ки бу 3 довлет бирлешсин , яхында бу 3 довлетлер айрылырлар.

1918 илин 28 май айында Мемед Эмин Ресулзаденин рехперилийинен ИЛь Азербайчан Демократик Республикасы гурулур бютюн Тюрк-мюсюльман дуньясында ве бютютн Шергде.

1921 ильде апрелин 26-27 Русия Азербайчан большевикларын комеиле (Караев).Азербайчаны тутур,ве 1921 ильде Азербайчан советин дахилине дахиль олур.

men de sizden uzr isteyirem ve onu soylemek isteyirem ki, sizin gosterdiklerinizin tarix elmiyle hec bir elaqesi olmayib gopologiya elmine aiddir...

Çox təəssüf edirəm, ancaq çox böyük bir səhv edirsiniz. Bunlar bütünlükdə Azərbaycan tarixinə aid məlumatlardır...

Non est Azerbaijan sine Karabagh!

Ссылка на комментарий
Поделиться на других сайтах

  • 1 month later...

Ancaq göründüyü kimi PUSSYCAT_SHE - in özü tərəfindən mənim yazdığıma münasibət bildirilməyib...Onun ğöstərdikləri xalqımıza aid olsa da faktları təhrif məqsədi daşıyır...

Elə buradaca onu söyləmək istəyirəm ki, tariximizin təhrif ediməsinə Tarix İnsxtitutunun direktoru Y.Mahmudov "rəhbərlik" edir.

Bir az bundan əvvəl "LİDER" TV - dən 26 - lar adı ilə tarixə düşmüş insanların yenidən dəfn olunması haqqında Tİ - nun direktoru Yaqub Mahmudovun mülahizələrini dinləməli oldum. Yenə oda - alova dönmüşdü. İddia edirdi ki S.Şaumyan Türkmənistanın Ağcaqum çöllərində güllənənlər arasında ümumiyyətlə olmayıb rolleyes.gif

Deyək ki olmayıb ;:);.gif Onda ortaya sual çıxır : sovetlərin qələbəsindən sonra Şaumyan bəs onda niyə üzə çıxmayıb? O nəyə görə Hindistana getməli idi ki ? Bunun əvəzində qalıb sovetlərdən daha yüksək vəzifələr ala bilərdi. Normal məntiq bunu diqtə eləyir...

Bütün bunları ona görə yazıram ki gəldiyim qənaəti sizlərlə bölüşüm : Y.Mahmudov kimi insanlar nə qədər ki Tİ - u kimi mötəbər bir təşkilata rəhbərlik edir bizlər tariximizi olduğu kimi heç vaxt öyrənə bilməyəcəyik.

Mənim bu ismarışım S.Şaumyanın müdafiəsinə yönəlməyib, faktların gülünccəsinə Y.Mahmudov tərəfindən təhrif edilməsinə yönəlib.

Изменено пользователем nizami63

Salt?kov-?edrin : Son vaxtlar yaman v?t?np?rv?rlikd?n d?m vururlar. Dey?s?n, v?t?nd? o?urluq ba? al?b gedir...

Ссылка на комментарий
Поделиться на других сайтах

  • 3 weeks later...

AZƏRBAYCAN TARİXİ HAQQINDA ÜMUMİ MƏLUMAT

Şimaldan - Baş Qafqaz dağları, qərbdən - Göyçə gölü hövzəsi də daxil olmaqla Alagöz dağ silsiləsi və Şərqi Anadolu, şərqdən - Xəzər dənizi, cənubdan isə Sultaniyyə-Zəncan-Həmədan hüdudları ilə əhatə olunan tarixi Azərbaycan torpaqları müasir sivilizasiyanın inkişafına başladığı ən qədim mədəniyyət mərkəzlərindən biridir. Azərbaycan xalqı bu ərazidə - tarixi Azərbaycan torpaqlarında zəngin və özünəməxsus bir mədəniyyət, o cümlədən dövlətçilik ənənələri yaratmışdır.

Azərbaycan adının tarixi tələffüzü cürbəcür olmuşdur. Qaynaqlarda bu ad qədimdən başlayaraq Andirpatian, Atropatena, Adirbican, Azirbican və nəhayət, Azərbaycan şəklində işlənmişdir.

Azərbaycan qədim tarixi arxeoloji, etnoqrafik, antropoloji və yazılı qaynaqlar əsasında yazılır. Arxeoloji qazıntılar zamanı aşkar edilmiş əşyalar Azərbaycanın maddi-mədəniyyət tarixini öyrənməyə imkan vermişdir. Tarixi qaynaqlar və ekspedisiyalar zamanı toplanan etnoqrafik materiallar əsasında adət-ənənələr, maddi-mənəvi mədəniyyət, keçmiş idarə formaları, ailə münasibətləri və s. öyrənilir.

Azərbaycan Respublikası ərazisində .rılan arxeoloji tədqiqatlar zamanı ilk sakinlərin məskunlaşmasına aid zəngin maddi mədəniyyət nümunələri aşkar olunmuş və bunun nəticəsində respublikamızın ərazisinin insanın formalaşdığı məskənlər siyahısına daxil olunmasına zəmin yaratmışdır. Azərbaycan ərazisində hazırda ilk ibtidai insanların 1,7-1,8 milyon il bundan əvvəldən yaşamağa başlamasına aid ən qədim arxeoloji və paleontoloji materiallar tapılmışdır.

Azərbaycan ərazisi bu diyarın dünyanın ən qədim insan məskənlərindən biri olduğunu sübut edən arxeoloji abidələrlə son dərəcə zəngindir. Azıx, Tağlar, Damcılı, Daşsalahlı, Qazma (Naxçıvan) mağaralarında, habelə başqa abidələrdə aşkar olunan arxeoloji tapıntılar, o cümlədən 300-400 min il bundan əvvəl yaşamış Aşöl dövrünə aid qədim insanın - Azıx adamının (Azıxantrop) çənə sümüyü Azərbaycanın ibtidai insanların formalaşdıqları əraziyə daxil olduğunu sübut edir.

Bu nadir tapıntıya görə Azərbaycan ərazisi "Avropanın ən qədim sakinləri" xəritəsinə daxil edilmişdir.

Azərbaycan xalqı, eyni zamanda dünyanın ən qədim dövlətçilik ənənələrinə malik olan xalqlarındandır. Azərbaycan xalqı təqribən 5 min illik dövlətçilik tarixinə malikdir. Azərbaycan ərazisində ilk dövlət qurumları və ya etnik-siyasi birliklər hələ eramızdan əvvəl IV minilliyin sonu - III minilliyin əvvəllərindən başlayaraq Urmiya hövzəsində yaranmışdı. Burada meydana gəlmiş ən qədim Azərbaycan dövlətləri bütün regionun hərbi-siyasi tarixində mühüm rol oynayırdılar. Həmin dövrdə Azərbaycanda Dəclə və Fərat vadilərində yerləşən və dünya tarixində dərin iz qoymuş qədim Şumer, Akkard və Aşşur (Assuriya) dövlətləri, habelə Kiçik Asiyadakı Het dövləti arasında sıx qarşılıqlı əlaqələr vardı.

Eramızdan əvvəl I minillikdə - bizim eranın I minilliyinin əvvəllərində Azərbaycan torpaqlarında Manna, İskit (Skit, Skif) şahlığı, Atropatena və Albaniya kimi qüvvətli dövlətlər mövcud olmuşdur. Bu dövlətlər Azərbaycanda dövlət idarəçiliyi mədəniyyətinin daha da yüksəldilməsində, ölkənin iqtisadi-mədəni tarixində, eləcə də vahid xalqın təşəkkülü prosesində mühüm rol oynamışlar.

Eramızın əvvəllərində ölkəmiz öz tarixinin ən ağır sınaq dövrlərindən biri ilə qarşılaşdı: III əsrdə Azərbaycanı Sasani-İran imperiyası, VII əsrdə isə Ərəb xilafəti işğal etdi. İşğalçılar ölkəyə İranın və Ərəbistanın içərilərindən çoxlu İran və ərəb mənşəli əhali köçürüb gətirdilər.

Eramızın ilk yüzilliklərində ölkə əhalisinin əksəriyyətini təşkil edən və hərbi-siyasi cəhətdən daha mütəşəkkil və daha qüvvətli olan türk etnosları vahid xalqın təşəkülü prosesində mühüm rol oynayırdılar. Türk etnosları içərisində oğuz türkləri üstünlük təşkil edirdilər.

Eramızın ilk yüzilliklərindən başlayaraq, türk dili Azərbaycan ərazisində yaşayan və sayca az olan xalqlar, etnik qruplar arasında da başlıca ünsiyyət vasitəsinə çevrilməkdə idi. Türk dili, həm də şimalla cənub arasında birləşdirici, əlaqələndirici rol oynayırdı. Bu amilin o zaman vahid xalqın təşəkkülü prosesində çox mühüm rolu vardı. Çünki bəhs olunan dövrdə bütün Azərbaycan ərazisini əhatə edən vahid dini görüş - təkallahlı din yox idi. Qədim türklərin baş Allahı olan Tanrıya sitayiş - tanrıçılıq hələ başqa dini görüşləri sıxışdırıb tamamilə aradan qaldıra bilməmişdi. Zərdüştlük, atəşpərəstlik, Günəşə, Aya, Göyə, ulduzlara, torpağa, suya və s. sitayiş davam etməkdə idi. Ölkənin şimalında - Albaniya ərazisinin bəzi yerlərində, əsasən dağlıq qərb bölgələrində, xristianlıq yayılmaqda idi. Lakin müstəqil Alban kilsəsi qonşu erməni və gürcü kilsələrinin kəskin rəqabəti şəraitində fəaliyyət göstərirdi.

VII əsrdə islam dininin qəbul olunması ilə Azərbaycanın tarixi müqəddəratında əsaslı dönüş yarandı.

İslam dini vahid xalqın və dilin təşəkkülünə güclü təkan verdi, bu prosesin sürətlənməsinə həlledici təsir göstərdi. Türk və qeyri-türk etnosları arasında dini birliyin yaranması onların yayıldığı bütün Azərbaycan ərazisində vahid adət-ənənələrin təşəkkülünə, qohumluq əlaqələrinin genişlənməsinə, qaynayıb-qarışma prosesinin daha da dərinləşməsinə səbəb oldu. İslam dini onu qəbul etmiş bütün türk və qeyri-türk etnoslarını Cənubi Qafqazı bütöv halda xristianlığın təsir dairəsinə salmağa çalışan Bizans imperiyasına və onun himayə etdiyi erməni və gürcü feodallarına qarşı vahid türk-islam bayrağı altında birləşdirdi.

IX əsrin ortalarından Azərbaycanın qədim dövlətçilik ənənələri yenidən dirçəldi. Azərbaycanda yeni siyasi dirçəliş başlandı: islam dininin yayılmış olduğu Azərbaycan torpaqlarında Sacilər, Şirvanşahlar, Salarilər, Rəvvadilər, Şəddadilər dövlətləri yarandı.

Müstəqil dövlətlərin yaranması nəticəsində siyasi, iqtisadi və mədəni həyatın bütün sahələrində oyanış baş verməkdə idi. Azərbaycan tarixinin İntibah dövrü başlanırdı.

600 ilə qədər davam edən Sasani və ərəb əsarətindən sonra yerli dövlətlərin (Sacilər, Şirvanşahlar, Salarilər, Rəvvadilər, Şəddadilər, Şəki hakimliyi) yaranması, islam dininin bütün ölkə ərazisində əsas təkallahlı dinə çevrilməsi Azərbaycan xalqının etnik təkamülündə, vahid dilin və mədəniyyətin təşəkkülündə mühüm rol oynadı.

İslam dini, eyni zamanda, Azərbaycanı idarə edən ayrı-ayrı feodal sülalələrinin tez-tez bir-birini əvəz etdiyi bir tarixi şəraitdə bütün Azərbaycan əhalisinin - həm xalqımızın təşəkkülündə başlıca rol oynayan müxtəlif türk tayfalarının, həm də onlarla qaynayıb-qarışmaqda olan qeyri-türk etnoslarının yadelli qəsbkarlara qarşı vahid qüvvə halında birləşməsində də mütərəqqi rol oynadı.

Ərəb xilafətinin tənəzzülündən sonra - IX əsrin ortalarından başlayaraq Qafqazda, habelə bütün Yaxın və Orta Şərqdə türk-islam imperiyalarının rolu artdı. Sacilər, Şirvanşahlar, Salarilər, Rəvvadilər, Şəddadilər, Şəki hakimləri, Səlcuqlar, Eldənizlər, Monqollar, Elxanilər-Hülakular, Çobanilər, Cəlayirlər, Teymurilər, Osmanlılar, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər, Əfşarlar, Qacarlar və başqa türk-islam sülalələrinin idarə etdikləri dövlətlər təkcə Azərbaycanın, həmçinin bütövlükdə Cənubi Qafqazın deyil, eyni zamanda, bütün Yaxın və Orta Şərqin dövlətçilik tarixində dərin iz qoydular.

XV-XVIII əsrlərdə və bundan sonrakı dövrdə Azərbaycanın dövlətçilik mədəniyyəti daha da zənginləşdi. Bu dövrdə Şərqin geniş ərazili Qaraqoyunlu, Ağqoyunlu, Səfəvi, Əfşar və Qacar imperiyaları bilavasitə Azərbaycan sülalələri tərəfindən idarə olunurdu.

Bu mühüm amil Azərbaycanın daxili və beynəlxalq əlaqələrinə müsbət təsir göstərir, ölkəmizin və xalqımızın hərbi-siyasi təsir dairəsini, Azərbaycan dilinin fəaliyyət meydanını genişləndirir, Azərbaycan xalqının maddi və mənəvi mədəniyyətinin daha da inkişaf etməsinə əlverişli şərait yaradırdı. Bəhs olunan dövrdə Azərbaycan dövlətləri Yaxın və Orta Şərqin beynəlxalq münasibətlərində, hərbi-siyasi həyatında mühüm rol oynamaqla yanaşı, Avropa-Şərq münasibətlərində də çox fəal iştirak edirdilər.

Azərbaycanın böyük dövlət xadimi Uzun Həsənin (1468-1478) hakimiyyəti illərində Ağqoyunlu imperiyası bütün Yaxın və Orta Şərqdə qüdrətli hərbi-siyasi amilə çevrildi. Azərbaycanın dövlətçilik mədəniyyəti daha da inkişaf etdi. Uzun Həsən bütün Azərbaycan torpaqlarını əhatə edən güclü mərkəzləşdirilmiş dövlət yaratmaq siyasəti yeridirdi. O, bu məqsədlə xüsusi "Qanunnamə" hazırlatmışdı. Böyük hökmdar Qurani-Kərimi azərbaycancaya çevirtmiş, dövrün görkəmli elm adamı Əbu Bəkr əl-Tehraniyə "Kitabi-Diyarbəkriyyə" adlı Oğuznamə yazdırmışdı.

XV əsrin sonu - XVI əsrin əvvəllərində Azərbaycan dövlətçiliyi özünün tarixi təkamülündə yeni mərhələyə qədəm qoydu. Uzun Həsənin nəvəsi görkəmli dövlət xadimi Şah İsmayıl Xətai (1501-1524) babasının başladığı işi başa çatdırdı, şimallı-cənublu bütün Azərbaycan torpaqlarını öz hakimiyyəti altında birləşdirə bildi.

Paytaxtı Təbriz şəhəri olan vahid, mərkəzləşdirilmiş Azərbaycan dövləti - Səfəvi dövləti meydana gəldi.

Səfəvilərin hakimiyyəti dövründə Azərbaycanın dövlət idarəçiliyi mədəniyyəti daha da yüksəldi. Azərbaycan dili dövlət dilinə çevrildi.

Şah İsmayıl, Şah Təhmasib, Şah Abbas və digər Səfəvi hökmdarlarının həyata keçirdikləri uğurlu islahatlar, daxili və xarici siyasət nəticəsində Səfəvi dövləti Yaxın və Orta Şərqin ən qüdrətli imperiyalarından birinə çevrildi.

Səfəvi dövlətinin süqutundan sonra hakimiyyətə gələn görkəmli Azərbaycan sərkərdəsi Nadir şah Əfşar (1736-1747) keçmiş Səfəvi imperiyasının sərhədlərini daha da genişləndirdi. Azərbaycanın əfşar-türk elindən çıxmış bu böyük hökmdar 1739-cu ildə Dehli də daxil olmaqla Şimali Hindistanı da ələ keçirdi. Lakin Azərbaycan hökmdarının bu geniş ərazidə qüdrətli mərkəzləşdirilmiş dövlət yaratmaq planları baş tutmadı.

Nadir şahın ölümündən sonra onun idarə etdiyi geniş ərazili imperiya süquta uğradı. Hələ Nadir şahın sağlığında ikən azadlıq mübarizəsinə qalxan və müstəqilliyə can atan Azərbaycan torpaqlarında yerli dövlətlər yarandı. Beləliklə, XVIII əsrin II yarısında Azərbaycan xırda dövlətlərə - xanlıqlara və sultanlıqlara parçalandı.

XVIII əsrin sonunda Azərbaycan sülaləsi olan Qacarlar (1796-1925) İranda hakimiyyətə gəldilər. Qacarlar vaxtı ilə onların ulu babaları qaraqoyunluların, ağqoyunluların, səfəvilərin və nəhayət, Nadir şahın hakimiyyəti altında olmuş bütün əraziləri, o cümlədən Azərbaycan xanlıqlarını yenidən mərkəzi hakimiyyətə tabe etmək siyasəti yeritməyə başladılar.

Beləliklə, Qacarlarla Cənubi Qafqazı işğal etməyə çalışan Rusiya arasında uzun sürən müharibələr dövrü başlandı.

Azərbaycan iki böyük dövlət arasında qanlı müharibələr meydanına çevrildi.

Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələrinə əsasən Azərbaycan iki imperiya arasında bölüşdürüldü: Şimali Azərbaycan Rusiyaya, Cənubi Azərbaycan isə qacarların idarə etdiyi İran şahlığına qatıldı.

Beləliklə, Azərbaycanın bundan sonrakı tarixində yeni siyasi-coğrafi anlayışlar meydana gəldi: "Şimali Azərbaycan" (və ya "Rusiya Azərbaycanı") və "Cənubi Azərbaycan" (və ya "İran Azərbaycanı").

Rusiya Cənubi Qafqazda özünə dayaq yaratmaq üçün işğal etdiyi Azərbaycan torpaqlarına, xüsusən Qarabağın dağlıq rayonlarına, keçmiş İrəvan və Naxçıvan xanlıqlarının ərazisinə qonşu ölkələrdən kütləvi surətdə erməni əhalisi köçürdü. Türkiyə ilə həmsərhəd olan Qərbi Azərbaycan torpaqlarında - keçmiş İrəvan, Naxçıvan xanlıqlarının ərazisində süni surətdə və xüsusi məqsədlə "Erməni vilayəti" yaradıldı. Bununla, Azərbaycan torpaqlarında gələcək erməni dövlətinin əsası qoyuldu.

Bundan əlavə, Rusiya 1836-cı ildə müstəqil Alban kilsəsini ləğv etdi və onu erməni Qriqorian kilsəsinin tabeçiliyinə verdi. Bununla da Azərbaycanın qədim əhalisi olan xristian albanların qriqorianlaşdırılmasına və erməniləşdirilməsinə daha əlverişli şərait yaradıldı. Ermənilərin azərbaycanlılara qarşı yeni ərazi iddialarının əsası qoyuldu. Bütün bunlarla kifayətlənməyən çar Rusiyası daha çirkin siyasətə də əl atdı: erməniləri silahlandıraraq türk-müsəlman əhali üzərinə qaldırdı və azərbaycanlılara qarşı kütləvi qırğınlar törədilməsinə başlandı. Bununla azərbaycanlılara və Cənubi Qafqazın bütün türk-müsəlman əhalisinə qarşı soyqırımları dövrü başlandı.

Şimali Azərbaycanda azadlıq mübarizəsi misli görünməmiş faciələrlə nəticələndi. Burada hakimiyyəti ələ keçirən S.Şaumyanın daşnak-bolşevik hökuməti 1918-ci ilin martında Azərbaycan xalqına qarşı dəhşətli soyqırımı həyata keçirdi. Qardaş Türkiyə Azərbaycana kömək əlini yetirdi. Azadlıq hərəkatı qalib gəldi. 1918-ci il mayın 28-də Şimali Azərbaycanda Şərqdə ilk demokratik respublika --- Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı.

Azərbaycan xalqının tarixində ilk Parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti, eyni zamanda, bütün Şərqdə, o cümlədən türk-islam dünyasında ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə parlamentçilik tariximiz iki dövrə ayrılır: Birinci dövr - 1918-ci il mayın 27-dən noyabrın 19-dək davam etmişdir. Bu altı ay ərzində Azərbaycan Milli Şurası adı ilə fəaliyyət göstərən və 44 nəfər müsəlman-türk nümayəndədən ibarət olan ilk Azərbaycan Parlamenti çox mühüm tarixi qərarlar qəbul etmişdir. İlk Parlamentimiz 1918-ci il mayın 28-də Azərbaycanın müstəqilliyini elan etmiş, ölkənin idarə olun-masını öz üzərinə götürmüş və tarixi İstiqlal bəyannaməsini qəbul etmişdir.

Azərbaycan Xalq Cümhuriyyətinin parlamentçilik tarixində İkinci dövr və ya Bakı dövrü 1918-ci il dekabrın 7-dən 1920-ci il aprelin 27-dək - cəmi 17 ay davam etmişdir.

Parlamentin 1919-cu il sentyabrın 1-də Bakı Dövlət Universitetinin təsis olunması haqqında qəbul etdiyi qanunu xüsusi qeyd etmək lazımdır. Milli universitetin açılması Cümhuriyyət xadimlərinin doğma xalq qarşısında çox mühüm tarixi xidməti idi. Sonralar Azərbaycan Xalq Cümhuriyyəti süqut etsə də Cümhuriyyət ideyalarının yaşamasında və xalqımızın yenidən müstəqilliyə qovuşmasında Bakı Dövlət Universiteti misilsiz rol oynadı.

Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu dövrdə ümumiyyətlə 155 parlament iclası keçirilmişdir ki, bunun da 10-u Azərbaycan Milli Şurasının (27 may-19 noyabr 1918-ci il), 145-i isə Azərbaycan Parlamentinin fəaliyyət göstərdiyi dövrdə (7 dekabr 1918-ci il - 27 aprel 1920-ci il) olmuşdur.

Parlamentin müzakirəsinə 270-dən çox qanun layihəsi çıxarılmış, onlardan 230-a yaxını qəbul olunmuşdu. Qanunlar qızğın və işgüzar fikir mübadiləsi şəraitində müzakirə edilir, özü də yalnız üçüncü oxunuşdan sonra qəbul olunurdu.

Cəmi 23 ay yaşamasına baxmayaraq Azərbaycan Xalq Cümhuriyyəti sübut etdi ki, ən qəddar müstəmləkə və repressiya rejimləri belə Azərbaycan xalqının azadlıq ideallarını və müstəqil dövlətçilik ənənələrini məhv etməyə qadir deyildir.

Sovet Rusiyasının hərbi təcavüzü nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi. Şimali Azərbaycanda müstəqil Azərbaycan dövlətçiliyinə son qoyuldu. 1920-ci il aprelin 28-də Cümhuriyyət ərazisində Azərbaycan Sovet Sosialist Respublikasının (Azərbaycan SSR) yaradıldığı elan olundu.

Sovet işğalından dərhal sonra ölkədə Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılmış müstəqil dövlət idarəçiliyi sisteminin dağıdılmasına başlandı.

Ölkənin hər yerində "qırmızı terror" tüğyan edirdi. Bolşevik rejiminin möhkəmlənməsinə müqavimət göstərə biləcək hər kəs "xalq düşməni", "əksinqilabçı" və ya "təxribatçı" adı ilə dərhal "qırmızı terror"un qurbanı olurdu.

Beləliklə, 1918-ci ilin Mart soyqırımından sonra, faktiki olaraq, Azərbaycan xalqına qarşı yeni soyqırımına başlanmışdı. Fərq onda idi ki, bu dəfə millətin say-seçmə adamları - Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli dövlət xadimləri, generallar, Milli Ordunun yüksək rütbəli zabitləri, qabaqcıl ziyalılar, din xadimləri, partiya rəhbərləri, siyasi xadimlər, məşhur alimlər məhv edilirdi. Bolşevik-daşnak güruhu bu dəfə düşünülmüş surətdə xalqın ancaq qaymağını məhv edir, onu başsız qoymağa çalışırdı. Bu, əslində 1918-ci ilin Mart soyqırımından daha amansız, daha dəhşətli soyqırımı idi.

1921-ci il mayın 6-da Azərbaycan SSR-in birinci sovetlər qurultayının çağırılması ilə Şimali Azərbaycanın sovetləşdirilməsi başa çatdırıldı. Mayın 19-da Azərbaycan SSR-in birinci Konstitusiyası qəbul olundu.

Azərbaycan xalqı özünün müstəqil hakimiyyətindən məhrum edildikdən sonra onun sərvətlərinin talan olunmasına başlandı. Torpaq üzərində xüsusi mülkiyyət ləğv olundu. Ölkənin bütün təbii sərvətləri milliləşdirildi, daha doğrusu, dövlət mülkiyyəti hesab olundu. Neft sənayesini idarə etmək üçün xüsusi olaraq Azərbaycan Neft Komitəsi yaradıldı və bu komitəyə rəhbərlik V.İ.Lenin tərəfindən Bakıya göndərilmiş A.P.Serebrovskiyə tapşırıldı. Beləliklə, hələ 1920-ci il martın 17-də Qafqaz Cəbhəsinin Hərbi-İnqilab Şurasına göndərdiyi teleqramda "Bakını almaq bizə olduqca və olduqca zəruridir" deyə Şimali Azərbaycanın işğalına göstəriş vermiş V.İ.Lenin öz arzusuna çatdı. Bakı nefti Sovet Rusiyasının əlinə keçdi.

30-cu illərdə bütövlükdə Azərbaycan xalqına qarşı repressiya .rılırdı. Təkcə 1937-ci ildə 29 min adam repressiyaya uğradı. Hamısı da ən layiqli Vətən övladları. Bu dövrdə Azərbaycan xalqı özünün Hüseyn Cavid, Mikayıl Müşfiq, Əhməd Cavad, Salman Mümtaz, Əli Nəzmi, Tağı Şahbazi və başqaları kimi onlarla mütəfəkkirlərini, nadir ziyalılarını itirdi. Xalqın zəka potensialı, onun ən qeyrətli şəxsiyyətləri məhv edildi. Bu dəhşətli zərbədən sonra Azərbaycan xalqı on illərlə özünə gələ bilmədi.

1948-1953-cü illərdə azərbaycanlıların öz ulu Vətənləri olan Qərbi Azərbaycandan (Ermənistan SSR adlanan ərazidən) kütləvi surətdə sürgün olunmasının yeni mərhələsi başlandı. Ermənilər Qərbi Azərbaycan torpaqlarında daha da möhkəmləndilər. Onların bu ərazidə sayca üstünlüyü təmin olundu.

Azərbaycan xalqının qurub-yaratmaq dühası sayəsində əldə olunmuş mühüm uğurlara baxmayaraq, bir sıra obyektiv və subyektiv səbəblər üzündən 60-cı illərdə Azərbaycan iqtisadiyyatının bir çox sahələrində - həm sənayedə, həm də kənd təsərrüfatında mənfi meyllər özünü göstərməyə başladı.

Respublikanın düşdüyü bu ağır vəziyyətdə Azərbaycan rəhbərliyində mühüm dəyişiklik baş verdi. 1969-cu ildə Heydər Əliyevin Azərbaycana rəhbərliyinin Birinci dövrü başlandı. Doğma xalqının böyük təəssubkeşi olan Heydər Əliyev totalitar rejimin hökmranlıq etdiyi mürəkkəb tarixi şəraitdə Azərbaycanı Sovet İttifaqının ən qabaqcıl respublikalarından birinə çevirmək üçün həyatın bütün sahələrində geniş islahatlar proqramı həyata keçirməyə başladı.

Böyük siyasətçi iqtisadiyyat (o cümlədən kənd təsərrüfatı) və mədəniyyətin müxtəlif sahələrində öz Vətəninin, xalqının inkişafı üçün zəruri olan ən vacib məsələlər barədə əvvəlcə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosu, Mərkəzi Komitənin plenumları, Kommunist partiyasının qurultayları səviyyəsində əlverişli qərarlar qəbul edilməsinə nail olur, sonra da bütün xalqımızı həmin qərarların icrasına səfərbər edir, doğma Azərbaycanın tərəqqisi uğrunda yorulmadan, gecəli-gündüzlü mübarizə .rırdı. Azərbaycanı özü-özünü təmin edə bilən, müstəqil yaşamağa qadir olan və elmi-texniki cəhətdən yüksək tərəqqi etmiş bir ölkəyə (o vaxtkı terminologiya ilə desək, inzibati-iqtisadi vahidə) çevirmək onun planlarının başında gəlirdi. Bir sözlə, Vətənimizin müstəqilliyə gələn yolunu hələ o zaman Heydər Əliyev başlamışdı.

1970-1985-ci illərdə, tarixən qısa bir dövr ərzində, bütövlükdə respublika ərazisində yüzlərlə zavod, fabrik, istehsalat sahələri yaradıldı. 213 iri sənaye müəssisəsi işə salındı. Bir çox mühüm istehsal sahələrinə görə Azərbaycan Sovet İttifaqında .rıcı yerlərdən birini tuturdu. Azərbaycanda istehsal olunan 350 adda məhsul dünyanın 65 ölkəsinə ixrac olunurdu.

Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövründə həyata keçirdiyi bütün bu əzəmətli quruculuq işlərinin çox böyük tarixi əhəmiyyəti bundan ibarət idi ki, xalqımızda milli qürur, milli mənlik şüuru oyandı, azadlıq, müstəqillik duyğuları baş qaldırdı. Bu, əslində XX yüzilliyin 70-ci illərində Azərbaycan xalqının milli azadlıq hərəkatının yeni mərhələyə-yüksəliş mərhələsinə daxil olması demək idi.

Azərbaycan dövlətçilik tarixinin sonuncu mərhələsi SSRİ-nin süqutu ərəfəsində 1991-ci il oktyabrın 18-də "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktının qəbul edilməsi ilə başlanmışdır və bu gün də uğurla davam edir.

Tarix boyu Azərbaycan dövlətləri yüksəliş və tənəzzül dövrləri keçirmiş, daxili parçalanmalara, xarici işğallara məruz qalmışdır. Azərbaycan həmişə qonşularla sülhsevər, dinc münasibətlər saxlamışdır. Lakin sülhsevər qonşular, xüsusilə Qərbi Azərbaycanda məskunlaşmış ermənilər Azərbaycan torpaqlarına daim göz dikmiş, fürsət düşdükcə müəyyən əraziləri işğal etmişlər.

1988-ci ildə Dağlıq Qarabağ Muxtar Vilayətinin separatçı-terrorçu qruplaşmaları və Ermənistan silahlı qüvvələri Dağlıq Qarabağın ələ keçirilməsi uğrunda hərbi əməliyyatlara başladılar. SSRİ Silahlı Qüvvələrinin Ermənistan və Dağlıq Qarabağ Muxtar Vilayətində yerləşən hissələri də onlara qoşuldular. Əvvəlcə Dağlıq Qarabağın azərbaycanlı yaşayış məskənlərinin işğalına başlandı. 1992-ci il yanvarın 15-də Kərkicahan, fevralın 10-da Malıbəyli, Quşçular kəndləri işğal olundu, dinc və silahsız əhaliyə divan tutuldu, Xocalı və Şuşanın mühasirə məngənəsi daraldı. Erməni və sovet hərbi birləşmələri fevralın ortalarında Qaradağlı kəndini ələ keçirdilər. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə müasir tarixin ən faciəli hadisəsi baş verdi. Erməni hərbi birləşmələri Xocalıda Rusiyanın 366-cı motoatıcı polkunun əsgərləri ilə birlikdə azərbaycanlılara qarşı dəhşətli soyqırımı törətdi. Xalq hərəkatının daha da gücləndiyi şəraitdə 1992-ci ilin martında respublikaya rəhbərlik edən A.Mütəllibov istefa verdi. Yaranmış hakimiyyət boşluğu Azərbaycan Respublikasının müdafiə qabiliyyətini daha da zəiflətdi. Bunun nəticəsində 1992-ci ilin mayında erməni və sovet hərbi birləşmələri Şuşanı da ələ keçirdilər. Bununla da faktiki olaraq ermənilər bütün Dağlıq Qarabağın ərazisini işğal etdilər. Növbəti addım Dağlıq Qarabağı Ermənistanla birləşdirən Laçın rayonunun işğalı oldu. Azərbaycan Xalq cəbhəsinin hakimiyyəti (1992 may-1993 iyun) dövründə davam edən yeni hakimiyyət çəkişmələri respublikanın müdafiəsinə ağır zərbə vurdu. 1993-cü ilin aprelində Kəlbəcər işğal olundu. İyun ayında Azərbaycanda dərin siyasi böhran baş verdi. Xalqın tələbi ilə Heydər Əliyev hakimiyyətə gəldi.

Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanın qurtuluşunda həlledici dönüş baş verdi. Müdrik dövlət xadimi bir neçə siyasi gedişdən sonra vətəndaş müharibəsi təhlükəsini aradan qaldırdı.

Ümummilli lider Heydər Əliyev müharibə məsələsində düzgün mövqe tutdu. Müdrik bir strateq kimi real vəziyyətlə hesablaşdı. Məkrli düşmənlərimizin və onların beynəlxalq havadarlarının gücünü, planlarını, Azərbaycanın düşdüyü qanlı burulğanın nə qədər təhlükəli olduğunu nəzərə aldı. Vəziyyəti düzgün qiymətləndirdi. Real vəziyyətdən çıxış edərək atəşkəs reciminə nail oldu.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev xalqı, yurdu milli-mənəvi parçalanmadan, iflasa uğramaqdan xilas etdi. Özündən əvvəlki "rəhbərlərin" tarixi keçmişin ibrət dərslərinə, dəyişən dünyanın real həqiqətlərinə, daxili həyatın və beynəlxalq vəziyyətin gerçəkliklərinə deyil, emosiyalara əsaslanaraq qəbul etdikləri səhv qərarların icrasını dayandırdı. Torpağımızın, xalqımızın, dilimizin üzərindəki əzəli və əbədi "Azərbaycan" möhürü özümüzə qaytarıldı. Bununla Vətənçilik, xalqımızın adı və dili, qüdrətimizin və vahidliyimizin əsası olan islam-türk birliyi bərpa olundu, reallaşmaqda olan etnik toqquşmalar ehtimalı aradan qaldırıldı. Düşmənlərimizin oxu bu məsələdə də daşa dəydi.

Bu gün müstəqil Azərbaycanın beynəlxalq aləmdə nüfuzu və şöhrəti durmadan artmaqdadır. Azərbaycan Respublikası bütün dünyada demokratik, hüquqi, dünyəvi dövlət nüfuzu qazanmışdır. Heydər Əliyev zəkasının məhsulu olan təməl qanunumuz dünyanın ən demokratik, ən mükəmməl konstitusiyalarından biridir və beynəlxalq aləmdə Vətənimizə böyük rəğbət qazandırır. Yurdumuzda hökmranlıq edən sabitlik, həyata keçirilən daxili islahatlar xarici ölkələrlə əlaqələrimizin genişlənməsinə müsbət təsir göstərir. Özünün xarici siyasətini bərabərlik və qarşılıqlı mənafe prinsipləri əsasında quran Azərbaycan Respublikası dünyanın bütün dövlətləri üçün açıq ölkəyə çevrilmişdir.

Ссылка на комментарий
Поделиться на других сайтах

  • 3 weeks later...
AZƏRBAYCAN TARİXİ HAQQINDA ÜMUMİ MƏLUMAT

Ümummilli lider Heydər Əliyev müharibə məsələsində düzgün mövqe tutdu. Müdrik bir strateq kimi real vəziyyətlə hesablaşdı. Məkrli düşmənlərimizin və onların beynəlxalq havadarlarının gücünü, planlarını, Azərbaycanın düşdüyü qanlı burulğanın nə qədər təhlükəli olduğunu nəzərə aldı. Vəziyyəti düzgün qiymətləndirdi. Real vəziyyətdən çıxış edərək atəşkəs reciminə nail oldu.

sizin yuxarıda yazdıqlarınızın tarix elminə dəxli yoxdur, gopologiya elminə dəxli var. Yazdığınızın bu hissəsi yaxın tariximizə aid olduğu üçün nümunə kimi bunu seçməli oldum. Üstündən az bir müddət keçmiş bu dövr haqqında bu dövrün canlı şahidləri yaşaya -yaşaya bu qədər tarixi təhrif eləməyinizin səbəbləri mənə aydın deyildir.

Siz mənə H.Əliyevin tutduğu mövqenin nəyə görə düzgün hesab etdiyinizi izah edə bilərsinizmi? Bu 1 - si.

Digər tərəfdən hansı real şəraitdən bəhs etmək istəyirsiniz? Onun özü tərəfindən yaradılmışlar haqqındamı?! Onda buyura bilərsiniz....

Salt?kov-?edrin : Son vaxtlar yaman v?t?np?rv?rlikd?n d?m vururlar. Dey?s?n, v?t?nd? o?urluq ba? al?b gedir...

Ссылка на комментарий
Поделиться на других сайтах

bu mövzuda bircə onu deyə bilərəm ki tarix məktəblərdə və institutlarda yaxşı öyrədilmir. aşağı siniflərdə əzbərliyirdik yuxarı siniflərdə ancaq qiymət almaq üçün oxuyurduq. institutda da həmçinin. heç dərsliklərimizi də bəyənmirdim indi bilmirəm amma biz oxuyanda bir denə türk dövlətinin tarixini keçmirdik. tarixi zəif bilirəm ama raoyonlarımızın işğal tarixlərini əzbər bilirəm.bizdə Avropa tarixi daha çox oyrədilir nəinki öz tariximiz.

Azərbaycan tarixin məktəblərimizdə və ali təhsil ocaqlarında lazımi tərzdə öyrədilməməsinin səbəbi ondan ibarətdir ki, bu barədə yazılan kitablar reallığı əks etdirmir və bu günkü hakimiyyətin mənafelərinə xidmət eləyir...

Salt?kov-?edrin : Son vaxtlar yaman v?t?np?rv?rlikd?n d?m vururlar. Dey?s?n, v?t?nd? o?urluq ba? al?b gedir...

Ссылка на комментарий
Поделиться на других сайтах

  • 11 months later...
Əziz dostlar, bu mövzunu yaratmaqda məqsədim, bizim son 20 ildən çox başımıza gələn erməni təcavüzü haqda bizim oxucularımıza ən düzgün məlumatları çatdırmaqdır. İnsan öz vətənin tarixini bilməli və düşmənini tanımalıdır. Biz 20 Yanvar, Dağlıq Qarabağ hadisələrini unutmamalıyıq. Erməni terroruna son qoyulmalıdır artıq. Veten uğrunda qanından və canından keçmiş oğul və qızlarımızın qanı yerdə qalmamalıdır. Sən də, ey Azəri övladı, tarixini unutma!!!

20 Yanvar 1990- da SSRİ Prezidenti Mixail Gorbaçovun göstərişi ilə Sovet Ordusu hissələri həm quru, həm dəniz yolu ilə Bakı şəhərinə həmlə edərək 100-dən artıq silahsız insanı qətlə yetirdi.

İşğal olunmuş rayonlar

26 Fevral 1992- Xocalı şəhəri, Ermənilər Azərbaycanlılara qarşı Xocalı soyqırımını törətmişdir.

8 may 1992 - Şuşa şəhəri Ermənistan Respublikası tərəfindən işğal edilmişdir.

18 May 1992- Laçın rayonu Ermənistan Respublikası tərəfindən işğal edilmişdir.

2 Oktyabr 1992- Xocavənd rayonu Ermənistan Respublikası tərəfindən işğal edilmişdir.

2 Aprel 1993 - Kəlbəcər rayonu Ermənistan Respublikası tərəfindən işğal edilmişdir.

23 Avqust 1993 - Füzuli rayonu Ermənistan Respublikası tərəfindən işğal edilmişdir.

23 Avqust 1993 - Cəbrayıl rayonu Ermənistan Respublikası tərəfindən işğal edilmişdir.

31 avqust 1993 - Qubadlı rayonu Ermənistan Respublikası tərəfindən işğal edilmişdir.

29 Oktyabr 1993- Zəngilan rayonu Ermənistan Respublikası tərəfindən işğal edilmişdir.

23 iyul 1993 - Ağdam rayonu Ermənistan Respublikası tərəfindən işğal edilmişdir.

İşğal planının əsası əslində 1723 cü ildən qoyulmuşdur...

Ссылка на комментарий
Поделиться на других сайтах

  • 4 weeks later...

bes bizim ezeli torpaqlarimiz zengezur dereleyez irevan bunlar niye yaddan cixdi? 

1920-yuxari zengezur, ele hemin il dereleyez,1919-da irevan bunlar azerilerin formalawdigi ilk erazilerdir.biz bunlarida yaddan cixarmamaliyig.

Ссылка на комментарий
Поделиться на других сайтах

Prikolistka,mövzuya görə sağ ol.

Azərbaycan tarixinə aid elektron şəkildə ən yaxşı məlumatlar http://kayzen.az/blog/Azərbaycan-tarixi/ t. bilərsiniz.

Ссылка на комментарий
Поделиться на других сайтах

Join the conversation

You can post now and register later. If you have an account, sign in now to post with your account.

Гость
Ответить в тему...

×   Вы вставили отформатированное содержимое.   Удалить форматирование

  Only 75 emoji are allowed.

×   Ваша ссылка была автоматически встроена.   Отобразить как ссылку

×   Your previous content has been restored.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

Загрузка...
×
×
  • Создать...