Перейти к содержимому
Скоро Конкурс!!! Торопитесь!!! ×

Ehlibeyt Kimlerdir?


MeysemTemmar

Recommended Posts

ehli-sunne alimlerinin ekseriyyetinin fikrine gore ehli-beyt 4 neferdir. (Ali, Fatime, Hasan,Huseyn) sonradan zaman kechdikce ehli beyt anlami tehrif olunmush ve deyishilmishdir. amma quranda ehli-beyt qavramina nezer yetirdikde bashqa-bashqa adfamlar haqqinda da ishlenilmishdir.

Ссылка на комментарий
Поделиться на других сайтах

  • Ответы 49
  • Created
  • Последний ответ

Top Posters In This Topic

Top Posters In This Topic

ƏBUlHƏSƏN

Hemin hedisde pishiyi ev ehli olmasi nezerde tutulub. Chunki, pishikler ev heyvanidir. Umumiyyetle sen deyesen oz ev ehlinle Peygamberin ev ehli ile de sehv salirsan?!

'nardarani'

Nardarani hədisdə keçmədi ki: "Əl-hirratu betiyyətu" yəni "Pişik ev heyvanıdır". Lakin hədisdə "Həqiqətən pişikdə əhli-beytdəndir" zikr olunur. Məgər "əhli-beyt" kəlməsinin şəri mənası peyğəmbərin ailəsi deyilmi? Eləcə də hədisdə "əhli-beyt" kəlməsinin işlənməsi şəri mənasını daşıyır. Çünki hədis özü əxlaqı məna yox şəri hökmü mənanını daşıyır. Həmçinin əgər "Əl-hirratu betiyyətu" yəni "Pişik ev heyvanıdır" qeyd olunsa idi lüğəti mənanı ifadə edərdi. Yəni sən dediyin kimi pişik ev heyvanı olmasını mənasını ifadə edərdi. Nardarani sənə yenə deyirəm: Hədis də keçən "əhli-beyt" kəlməsi şəri mənanı bildirir. Çünki pişiyin... "artığı ilə dəstəmaz almaq olar" zikr olunur. Mə əs salam.

Ссылка на комментарий
Поделиться на других сайтах

Gorurem ozunu anlamazdiga qoymusan.

Onda sene bir sual/ de gorum mene hud -73-de ki, Ehli-Beyt den menzur Peygamberin ailesidir yoxsa? Eger cavain menfidirse onda de gorum neye esasen bunu deyirsen?! Sualimdan teccublenme.

Nardarani aydın yaz ki, başa düşək. Çünki ağac budaq cümləsini qurmuşsan. Deyəsən “İzafət” ilə səhv salmışsan?

Ссылка на комментарий
Поделиться на других сайтах

Əvvəla dələduz özünüzsüz, həddinizi aşmayın!

Mən bu hədisi qəbul edərdim əgər siz onun səhihliyini sübut etsəydiz. Mən çox maraqlıdır ki, niyə siz bir zəif hədisi yazıb, sonra aradan çıxırsız (mən "Quran təhrif olunmayıb" temasını nəzərdə tuturam)? Yazmısız, indi cavabını da verin!

Əvvəla mən səni 'al-Fath' dələduz adı ilə təhqir etmədim. Mən bunu ümumi mənada qeyd etmişəm. Burda deyirlər: “Sözü at sahibi götürsən” pişik ilə bağlı hədisə gəlincə isə  sizə isbat edəcəyəm ki, sizə görə bu hədis səhihdir. Çünki bunu mən yox sizin rical kitablarınız deyir. Eləcə də sizi ilə diskussiya etmək düzgün deyil. Çünki xoşuna gəlməyən insanı band qoyursan gedir. Həmçinin mən heç yerə qaçmamışam. İnsanın gərək bu qədər gözü kor olsun ki, ərəb dilində açıq aşkar sizin şeyxləriniz Quranı  təhrif olduğunu bildirdiyini görməsin. Xudafiz

Ссылка на комментарий
Поделиться на других сайтах

Əvvəla mən səni 'al-Fath' dələduz adı ilə təhqir etmədim. Mən bunu ümumi mənada qeyd etmişəm. Burda deyirlər: “Sözü at sahibi götürsən” pişik ilə bağlı hədisə gəlincə isə sizə isbat edəcəyəm ki, sizə görə bu hədis səhihdir. Çünki bunu mən yox sizin rical kitablarınız deyir.

Bu hədisin səhih olduğunun sübutunu gözləyirəm, o vaxta qədər isə onu müzakirə etməyin. Əvvəl hədisi sübut edərlər, sonra isə o sübut əsasında onu müzakirə edərlər.

Eləcə də sizi ilə diskussiya etmək düzgün deyil. Çünki xoşuna gəlməyən insanı band qoyursan gedir.

Mənim sizdən xoşum gəlmir, amma buna görə sizə ban qoymuram. Düzdür mən bilirəm siz kimsiz və bundan əvvəlki niklərinizin hamısına ban vermişəm, çünki siz qaydaları pozurduz. İndi də pozsaz yalnız o zaman ban alacaqsız.

Həmçinin mən heç yerə qaçmamışam. İnsanın gərək bu qədər gözü kor olsun ki, ərəb dilində açıq aşkar sizin şeyxləriniz Quranı təhrif olduğunu bildirdiyini görməsin. Xudafiz

Təhrifin çox növü var və siz onun hansı haqda danışdığınızı yazmamısız. Mən sizə əsl təhrif haqda sizin hədisləri gətirmişəm, onlara cavab yazmayıb qaçmısız! Ərəb dilindən danışırsızsa Nardarani sizə hələ ərəb dilində sizin kitablardan təhrifinizi göstərib. Onların heç birinə cavab verməmisiz.

Ничтожен ты или велик - причина тому... твой язык... /Носир Хисроу/

Ссылка на комментарий
Поделиться на других сайтах

Evvela buyur sen izah et. Senin iddiana gore xanimlar Ehli-Beytdendir. Hele menimde eqideme gore. Lakin, Amma o Ehli-Beytden yox ki, onlara sedeqe haramdir. Revayetde qesd edilen ehli-Beytde xanimlar olan ehli-beyt yox mehz sedeqe onlara haram olan keslerdir.

Mənimistəyimdə sənin bu sözü deməyindir.Çünki,bəziləri zövcələri Əhli Beytdən hesab etməyərək onlara tənə edirlər.Halbuki,Allah Quranda onları möminlərin anaları adlandırıb.

Bu baradə olan ayə və hədislərə görə Əhli Beytə

1)Əhzab 33-ə görə zövcələr

2)Bəzi hədislərə görə isə Peygəmbərin(s.a.s)-in qohumları daxildirlər.

Ссылка на комментарий
Поделиться на других сайтах

'nardarani'

Nardarani hədisdə keçmədi ki: "Əl-hirratu betiyyətu" yəni "Pişik ev heyvanıdır". Lakin hədisdə "Həqiqətən pişikdə əhli-beytdəndir" zikr olunur. Məgər "əhli-beyt" kəlməsinin şəri mənası peyğəmbərin ailəsi deyilmi? Eləcə də hədisdə "əhli-beyt" kəlməsinin işlənməsi şəri mənasını daşıyır. Çünki hədis özü əxlaqı məna yox şəri hökmü mənanını daşıyır. Həmçinin əgər "Əl-hirratu betiyyətu" yəni "Pişik ev heyvanıdır" qeyd olunsa idi lüğəti mənanı ifadə edərdi. Yəni sən dediyin kimi pişik ev heyvanı olmasını mənasını ifadə edərdi. Nardarani sənə yenə deyirəm: Hədis də keçən "əhli-beyt" kəlməsi şəri mənanı bildirir. Çünki pişiyin... "artığı ilə dəstəmaz almaq olar" zikr olunur. Mə əs salam.

Ehli-Beyti mesum bilib onlarin Hz.Ali, Fatiem, Hesen, Huseyn ve onlarin avladlarindan hesab etmek eqidevi bir meseledir. Dilchiler Ehli-Beyti kelmesinin xanimlarada aid oldugunu deyir. Bu heqiqetende beledir. Lakin Peygamberin Ehli-Beyti onun xanimlari deyil.Eger her hansi bir hedisde sozhbet sozu geden Ehli-Beytden gedirse gerek ona qerine olsun. Samire yazacagim cavaida oxuyarsan.

Mənimistəyimdə sənin bu sözü deməyindir.Çünki,bəziləri zövcələri Əhli Beytdən hesab etməyərək onlara tənə edirlər.Halbuki,Allah Quranda onları möminlərin anaları adlandırıb.

Bu baradə olan ayə və hədislərə görə Əhli Beytə

1)Əhzab 33-ə görə zövcələr

2)Bəzi hədislərə görə isə Peygəmbərin(s.a.s)-in qohumları daxildirlər.

Samir o bashqa movzunun sohbetidir. Istesen onuda muzakire ederik. En esas budur ki, hedisin tercumesini sehv yazmishdin Vesselam..

Indi ise gor ne deyirem.

إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

"Heiqeten Allah teala isteyir siz Ehli-Beytden chirkinlikleri uzaq ede, ve sizi pak pakize ede"

Shielerin eqidesine gor bu aye xas bir qrupun gunahdan uzaq olmasina delalet edir. Ve dililimizde burudur ki, 70-yaxin revayetde Peygamber(s) Ehli-Beytinin xas bir qrupa aid oldugunu bildirib. Numune olaraq Post #37 yazmisham. Indi bashqa yerden neql edirem:

و أخرج ابن مردويه عن أم سلمة قالت نزلت هذه الآية في بيتي إِنَّما يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَ يُطَهِّرَكُمْ تَطْهِيراً و في البيت سبعة جبريل و ميكائيل عليهما السلام و علي و فاطمة و الحسن و الحسين رضى الله عنهم و أنا على باب البيت قلت يا رسول الله أ لست من أهل البيت قال انك إلى خير انك من أزواج النبي صلى الله عليه و سلم‏

الدر المنثور فى تفسير المأثور

"Ummu Seleme dedi: إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا ayesi menim evimde nazil oldu. Hemin an evde 7-nefer var idi. Cebrail, Mikayil, Ali, Fatime, Hesen, Huseyn ve men ki, evin qapsinda durmushdum. Peygamberden sorushdum men Ehli-Beytden deyilem? Sen xeyrlilerden ve Peygamberin xanimlarindansan."

Yene Durrul Mensur tefsirinde deyilir:

و أخرج ابن جرير و ابن أبى حاتم و الطبراني عن أبى سعيد الخدري رضى الله عنه قال قال رسول الله صلى الله عليه و سلم نزلت هذه الآية في خمسة في و في علي و فاطمة و حسن و حسين إِنَّما يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَ يُطَهِّرَكُمْ تَطْهِيرا

الدر المنثور فى تفسير المأثور

"Ebu Seid Xudri deyir: Peygamber buyurdu: Tethir ayesi 5- nefer baresinde nazil olub. Menim, Elinin, Fatimenin, Hesen ve Huseynin."

Bu revayetlere diqqet edende goruruk ki, Peygamber Ehli-Beytini xas bir qrupa munhesir edib. Hetda Ummi Selemin hemin qrupa daxil olmasina icaze vermedi. Allah tela butun bendelerinden chirkinlikden pak olmaqlarini isteyib. Bu sebebden Ehli-Beyt ki, xas bir qrupa aiddir burada يُرِيدُ اللَّهُ meqsed Iradeyi teshriyi ola bilmez. Chunki, qeyd etiyim kimi, Allah irdayi teshrisinen hmidan pak olmaqligi isteyib. Gorunur bu ayede Allah teala iradeyi tekvinisi vardir. Allahin iradeyi tekvinisi ise onun iradesi ile ishe dushur. Yani iradeyi tekvini iradeyi teshriyi kimi deyil. Iradeyi teshride Allah teala haminin pak olmasini istemekle derhal hami pak olmur. Ve bir nov insanlarin ixtiyarina buraxilir. Amma iardeyi tekvinide ise Allah istemekle der hal insan pak olur. Ve arada vaxt, zaman yoxdur.

الرِّجْسَ "pics" kelmesi "ismi cinsdir" ve Elif lamla ishlendikde butun gunahlara aid edilir. Yani her cure pislikden Ehli-Beyt uzaqdir. Bu sebebden onlarin sozlerinde ve emellerinde hech bir noqsan ve pislik yoxdur. Onlarin sozu huccetdir. Bunda elave ayede ki, إِنَّما kelmesi sohbetin xususi bir qrupdan getdiyine delalet edir, Zemirler muennes (qadin) yox muzekker (kishi) kimi gelib. Ozude bu aye Peygamberin xanimlarindan sohbet eden aye ile bir yerde nazil olmayib. Butun bunlara diqqet edenden sonra ayenin siyaqini delil getirmeyin yeri yoxdur. Eger ayenin siyaqini tertibini delil getire olsa bele gerek revayetlerin nessine esasen onu redd edek. Bunda elave Peygamberin xanimlarinin da Ehli-Beytden olmagini gosteren revayetlerin senedi zeifdir.

Ссылка на комментарий
Поделиться на других сайтах

Bu hadis-i şerifin Zeyd b. Erkam'dan başka tarikle gelen rivayetinde Peygamber efendimizin şöyle buyurduğu haber verilmiştir:

''Şüphesiz ben size iki önemli şey bırakıyorum. Bunlardan birincisi Allah'ın kitabı Kur'an-ı Kerim'dir ki onda hidayet ve nur vardır. O'nu ittihaz ediniz ve O'na uyunuz. İkincisi de benim Ehl-i beyt'imdir. O halde Ehl-i beyt'imi gözetiniz, Ehl-i beyt'imi gözetiniz.'' Ravilerden biri olan Hüseyn, Zeyd'e dedi ki: ''Ey Zeyd, Peygamberin hanımları Ehl-i beyt'inden değiller mi? Zeyd, bu soruya şöyle cevap verdi: ''Kadınları da Ehl-i beyt'indendir. Lakin (asıl) Ehl-i beyt, kendilerine zekat haram olanlardır.'' Huseyn tekrar: ''Peki bunlar kimlerdir? diye sordu. Zeyd ise cevaben: ''Bunlar: Âl-i Ali, Âl-i Ukayl, Âli Ca'fer ve Âl-i Abbas'tır'' dedi. (Müslim, Fedailu's-Sahabe, 36; Hazin, a.g.e., c.V, s.380

Bir rivayette anlatıldığına göre, Peygamberimiz Zeynep ile evlendiği gün, bütün hanımlarının odalarını dolaşmış ve her birine: ''Allah'ın selamı üzerinize olsun ey Ehl-i beyt!'' diye taltif ederek buyurmuşlardır. (Buhari, İmam-ı Abdillah Muhammed b. İsmail, el-Camiu's-Sahih, Tefsir, 33,)



BiSMiLLAHiR REHMANiR REHiM

Qardasim sen ele bir movzu uzerinde mubarizeye qalxmisan ki hamiya gun kimi bellidir ve mezheblerde qebul edir ki "Ehli-Beyte" kimler daxildir.Eger "Sehih" kitablariniza zerre qeder hormetin varsa asagdaki hedislere diqqet ele

“ Əhli-beyt ”

kimlərə deyilir

“Əhli-beyt” sözü lüğətdə “ev əhli” mə`nası verməsinə baxmayaraq, istilahi mə`nada İslam Peyğəmbərinin ailəsi, övladları məfhumunu daşıyır və yalnız xüsusi şəxslərə aid edilir. Bu şəxslərin kim olması Peyğəmbərin özündən nəql olunan onlarca rəvayətdə açıq-aşkar bəyan edilmişdir. Bu rəvayətlərdə yalnız Əli (ə), Fatimə (ə.s), Həsən (ə), Hüseyn (ə) və imam Hüseynin nəslindən olan və Peyğəmbərin vəfatından sonra dünyaya gələn doqquz nəfər o Həzrətin Əhli-beyti kimi təqdim edilmişdir. O rəvayətlərdən bir neçəsini nümunə olaraq əziz oxucuların nəzərinə çatdırırıq…

1– Şeybənin qızı Səfiyyə Ayişədən nəql edir ki, bir gün Peyğəmbər əbasını çiyninə salıb evdən çıxdı. Bu zaman Əlinin oğlu Həsən o həzrətin yanına gəldi. Peyğəmbər onu əbasının altına çəkdi. Sonra Hüseyn, daha sonra Fatimə, ondan sonra da Əli gəldi. Peyğəmbər hamısını əbasının altına toplayıb bu ayəni tilavət etdi…

“Allah-taala istəyir ki, bütün günah və çirkinlikləri yalnız siz Əhli-beytdən uzaqlaşdırsın və sizi tamamilə pak-pakizə qərar versin.” (“Əhzab” surəsi, 33)



1.“Səhihi-Müslüm”, 4-cü cild, səh.1885, 2424-cü hədis;

2.“Təfsiri-Təbəri”, 12-ci cild, səh.6, 22-ci hissə

3.“Əl-Müstədrəku ələs-səhiheyn”, 3-cü cild, səh.159, 4707-ci hədis;

4.“Əs-sünənul-kubra”, 2-ci cild, səh.212, 2858-ci hədis.



2– Amir ibni Sə`d ibni Əbi Vəqqas öz atasından nəql edir ki, vəhy nazil olan zaman Peyğəmbər Əli, Fatimə və onun iki oğlunu (Həsən və Hüseyni) əbasının altına çəkib dedi… “Pərvərdigara, bunlar mənim Əhli-beytimdir.”



1.“Səhihi-Müslüm”, 4-cü cild, səh.1871, 32-ci hədis;

2.“Müsnədi ibni Hənbəl”, 1-ci cild, səh.391 1608-ci hədis;

3.“Əs-sünənül-kubra”, 7-ci cild, səh.101, 13392-ci hədis;

4.“Sünəni Termezi”, 5-ci cild, səh.225, 2999-cu hədis;

5.“Əl-Müstədrəku ələs-səhiheyn”, 3-cü cild, səh.163, 4719-cu hədis.

3– İsa ibni Əbdüllah ibni Malik ikinci xəlifə Ömər ibni Xəttabdan belə nəql edir… Peyğəmbərin belə buyurduğunu eşitdim… Ey camaat, mən yaxın zamanlarda sizin aranızdan gedəcəyəm. Qiyamətdə siz də gəlib mənə qovuşacaqsınız. (Burada Peyğəmbər onlara Qur`an və Əhli-beytin hüquqlarına riayət etmək barədə çoxlu tövsiyələr etdi). Ömər deyir… Mən -ey Allahın Rəsulu, sənin Əhli-beytin kimlərdir? –deyə soruşdum. Həzrət buyurdu… “Mənim Əhli-beytim Əli, Fatimə, onun iki övladı (Həsən və Hüseyn) və Hüseynin nəslindən olan doqquz nəfər əməlisaleh imamlardır. Onlar mənim itrətim, ətim və qanımdır.”

1.“Kifayətül-əsər”, səh.91, “Təfsiri-burhan”, 1-ci cild, səh.9

4– İbni Abbas “Büruc” surəsinin birinci ayəsi barəsində deyir… Peyğəmbər (s.ə.v.v) buyurdu… “Mən asimanam, Əhli-beytimdən olan imamlar isə onun bürcləridir. Onlar on iki nəfərdir.”

1.“Yənabiul-məvəddət”, 3-cü cild, səh.253, 59-cu hədis.

Qardasim bunlar cox cuzi bir delillerdir kifayet eder saniram deye daha yazmiram eyer kifayyet eleme insallah yenede yazaram yeterki sen iste

YAZDIQLARIMDA EQiL SAHiBLERi UCUN HiKMETLER VARDIR

Ссылка на комментарий
Поделиться на других сайтах



BiSMiLLAHiR REHMANiR REHiM

Qardasim sen ele bir movzu uzerinde mubarizeye qalxmisan ki hamiya gun kimi bellidir ve mezheblerde qebul edir ki "Ehli-Beyte" kimler daxildir.Eger "Sehih" kitablariniza zerre qeder hormetin varsa asagdaki hedislere diqqet ele



" Əhli-beyt "

kimlərə deyilir

[/size]

"Əhli-beyt" sözü lüğətdə "ev əhli" mə`nası verməsinə baxmayaraq, istilahi mə`nada İslam Peyğəmbərinin ailəsi, övladları məfhumunu daşıyır və yalnız xüsusi şəxslərə aid edilir. Bu şəxslərin kim olması Peyğəmbərin özündən nəql olunan onlarca rəvayətdə açıq-aşkar bəyan edilmişdir. Bu rəvayətlərdə yalnız Əli (ə), Fatimə (ə.s), Həsən (ə), Hüseyn (ə) və imam Hüseynin nəslindən olan və Peyğəmbərin vəfatından sonra dünyaya gələn doqquz nəfər o Həzrətin Əhli-beyti kimi təqdim edilmişdir. O rəvayətlərdən bir neçəsini nümunə olaraq əziz oxucuların nəzərinə çatdırırıq…

1– Şeybənin qızı Səfiyyə Ayişədən nəql edir ki, bir gün Peyğəmbər əbasını çiyninə salıb evdən çıxdı. Bu zaman Əlinin oğlu Həsən o həzrətin yanına gəldi. Peyğəmbər onu əbasının altına çəkdi. Sonra Hüseyn, daha sonra Fatimə, ondan sonra da Əli gəldi. Peyğəmbər hamısını əbasının altına toplayıb bu ayəni tilavət etdi…

"Allah-taala istəyir ki, bütün günah və çirkinlikləri yalnız siz Əhli-beytdən uzaqlaşdırsın və sizi tamamilə pak-pakizə qərar versin." ("Əhzab" surəsi, 33)



1."Səhihi-Müslüm", 4-cü cild, səh.1885, 2424-cü hədis;

2."Təfsiri-Təbəri", 12-ci cild, səh.6, 22-ci hissə

3."Əl-Müstədrəku ələs-səhiheyn", 3-cü cild, səh.159, 4707-ci hədis;

4."Əs-sünənul-kubra", 2-ci cild, səh.212, 2858-ci hədis.



2– Amir ibni Sə`d ibni Əbi Vəqqas öz atasından nəql edir ki, vəhy nazil olan zaman Peyğəmbər Əli, Fatimə və onun iki oğlunu (Həsən və Hüseyni) əbasının altına çəkib dedi… "Pərvərdigara, bunlar mənim Əhli-beytimdir."



1."Səhihi-Müslüm", 4-cü cild, səh.1871, 32-ci hədis;

2."Müsnədi ibni Hənbəl", 1-ci cild, səh.391 1608-ci hədis;

3."Əs-sünənül-kubra", 7-ci cild, səh.101, 13392-ci hədis;

4."Sünəni Termezi", 5-ci cild, səh.225, 2999-cu hədis;

5."Əl-Müstədrəku ələs-səhiheyn", 3-cü cild, səh.163, 4719-cu hədis.

3– İsa ibni Əbdüllah ibni Malik ikinci xəlifə Ömər ibni Xəttabdan belə nəql edir… Peyğəmbərin belə buyurduğunu eşitdim… Ey camaat, mən yaxın zamanlarda sizin aranızdan gedəcəyəm. Qiyamətdə siz də gəlib mənə qovuşacaqsınız. (Burada Peyğəmbər onlara Qur`an və Əhli-beytin hüquqlarına riayət etmək barədə çoxlu tövsiyələr etdi). Ömər deyir… Mən -ey Allahın Rəsulu, sənin Əhli-beytin kimlərdir? –deyə soruşdum. Həzrət buyurdu… "Mənim Əhli-beytim Əli, Fatimə, onun iki övladı (Həsən və Hüseyn) və Hüseynin nəslindən olan doqquz nəfər əməlisaleh imamlardır. Onlar mənim itrətim, ətim və qanımdır."

1."Kifayətül-əsər", səh.91, "Təfsiri-burhan", 1-ci cild, səh.9

4– İbni Abbas "Büruc" surəsinin birinci ayəsi barəsində deyir… Peyğəmbər (s.ə.v.v) buyurdu… "Mən asimanam, Əhli-beytimdən olan imamlar isə onun bürcləridir. Onlar on iki nəfərdir."

1."Yənabiul-məvəddət", 3-cü cild, səh.253, 59-cu hədis.

Qardasim bunlar cox cuzi bir delillerdir kifayet eder saniram deye daha yazmiram eyer kifayyet eleme insallah yenede yazaram yeterki sen iste

YAZDIQLARIMDA EQiL SAHiBLERi UCUN HiKMETLER VARDIR

İndi isə qulaq as:

"Səhih Müslim"dəki hədisdə deyilir ki, Peyğəmbər(səlləlləhu əleyhi və səlləm) bu ayəni onlara oxumuşdur. Məhz onlar üçün nazil olduğunu isə deməyibdir.



Şeyxülİslam ibn Teymiyyə demişdir: "Bu hədisin məzmunu belədir ki, Peyğəmbər onlara (Əli və ailəsinə) pak olmaları, pislikdən qorunmaları üçün dua etmişdir. Çünki möminə psilikdən çəkinmək, apk olmaq vacibdir.

Allah Taala buyurur:

"Allah sizi çətinliyə salmaq istəməz, lakin O sizi pak, təmiz etmək və sizə olan ne'mətini tamamlamaq (artırmaq) istər..."

(Quran, Maidə, 6)

"(Ya Rəsulum!) Onların mallarından sədəqə (zəkat) al. Bununla onları (günahlarından) təmizləmiş, pak etmiş (mallarına bərəkət vermiş, əməllərinin savabını artırmış) olarsan."

(Quran, Tövbə, 103)

"Allah (günahından) tövbə edənləri, (təmiz və) pak olanları sevər!"

(Quran, Bəqərə, 222)

Əhli-beytə pak olmaq vacib olduğuna görə Peyğəmbər(səlləlləhu əleyhi və səlləm) onlara dua etdi ki, buna tam şəkildə əməl etməyə müvəffəq olsunlar, günaha batmasınlar.("Minhəcüs-sünnə", cild 5, səh. 14)

Allah buyurur:

"Ey əhli-beyt! Allah sizdən çirkinliyi (günahı) yox etmək və sizi tərtəmiz (pak) etmək istər!"

(Quran, Əzhab, 33)

"Allah sizə (bilmədiklərinizi) bildirmək, sizdən əvvəlkilərin getdiyi yolları sizə göstərmək və tövbələrinizi qəbul etmək istər. Allah (hər şeyi) biləndir, hikmət sahibidir!

Allah sizin tövbələrinizi qəbul etmək istəyir. Öz nəfsinə uyanlar isə sizi böyük bir əyriliklə (düz yoldan) sapdırmaq istəyirlər. "

(Quran, Nisa, 26-27)

"Allah sizin üçün ağırlıq deyil, yüngüllük istər"

(Quran, Bəqərə, 185)

Bu ayələrdəki Allahın istəyi, məhəbbəti mənasındadır. Elə buna görə də Uca Allah mömin bəndələrə də bu hökmləri əmr edibdir. Bu ayələrdə zikr olunanların Allahın qəza və qədərindən olması anlamında deyildir. Çünki dediyimizə dəlil, Peyğəmbərin(səlləlləhu əleyhi və səlləm) bu ayə nazil olandan sonra etdiyi duasıdır: "Ey Allahım! Bunlar mənim Əhli-beytimdir. Onlardan pislikləri .r, onları pak et!"

Əgər bu ayə ilə onların pak olmasına xəbər verilmiş olsaydı, bir daha belə dua etməyə ehtiyac olmazdı. Rafizilər əqidəcə qədəri olduqları halda necə belə ayələri dəlil tuturlar? Axı onlara görə Allahın istəyi daimi baş vermir. Onlar Allahın şəri-istəyi və qədəri-istəyi arasında fərq görmürlər?!

Sonra onlara demək lazımdır ki, istər əhli-sünnəyə, istər onlara görə əhli-beyt təkcə Əli, Fatimə, Həsən, Hüseyndən ibarət deyil. Onlar Hüseynin övladlarını, xüsusən də imam hesab etdiklərini əhli-beytdən hesab edirlər. Amma (gördüyünüz kimi) onlar bu hədisdə yoxdurlar. Onlar Həsənin övladlarını isə əhli-beytdən hesab etmirlər. Hətta Hüseynin övladlarındanbelə bəzilərini Allahın pislikdən uzaq etmədiyini etiqad edirlər. Bu barədə Həsən Əskərinin qardaşı Cəfər bin Əli bin Məhəmmədin kəalmını oxu.("Usul kafi", cild 1, səh 103)

Əhli sünnəyə gəldikdə isə Əli, Fatimə, Həsən və Hüsey "Səhih"Müslimdəki məhşur "əba" hədisinə görə əhli beytdəndirlər. Peyğəmbərin arvadları isə "tadhir" ayəsinə görə əhli-beytdən hesab olunurlar. Aqilin, Cəfərin və Abbasın ailələri isə "Səhih Müslim"də rəvayət olunan Zeyd bin Ərqamın hədisinə görə əhli-beytdəndirlər. Zeyd demişdir: Peyğəmbərin(səlləlləhu əleyhi və səlləm) əhli-beytinə sədəqə haramdır. Onlar (sədəqə haram olanlar) Cəfərin, Əlinin, Abbasın və Aqilin ailələridir.(Müslim, "Səhih", "kitab-fədail əs-səhabə", 36)

"Ridullinnmə yuahu liyuzibə ankum" ayəsində qadın cinsinə dəlalət edən "kunna" əvəzliyinin yerinə kişi cinsinə dəlalət edən "kum"(cəm) əvəzliyi ilə ifadə edilməsidir. Bundan öncəki ayə isə ancaq qadınlara xas olduğuna görə qadın cinsinin əvəzliyi ilə tədbir edilmişdir. "Tədhir" ayəsi isə təkPeyğəmbərin(səlləlləhu əleyhi və səlləm) qadınları barədə yox, evin sahibi və başçısı olan Peyğəmbər(səlləlləhu əleyhi və səlləm) barədə olduğuna görə də kişi cinsinin əvəzliyi işlənibdir.

Deməli, ayə Peyğəmbər(səlləlləhu əleyhi və səlləm) və onun arvadları barəsindədir. Ayə "yə nisə nəbi" deyərək, Peyğəmbərin(səlləlləhu əleyhi və səlləm) zövcələrinə xitabla başlayır və "vazkurnə mə yutlə fi byutikunnə" ilə sona çatır.

Ortada zikr olunan digərləri barəsindəki cümlə isə (qrammatikada) mötərizə cümləsi adlanır. Bu da Allahın kəlamında ən yüksək dərəcədə özünə yer tutmuş bəlağətin növlərindəndir. ("Müxtəsər ət-yuhfə əl-isnə əşəriyyə", səh. 649)

http://www.boxca.com/2p1hetl63kn3/Ehli_Beytin_fezileti.zip.html

Ссылка на комментарий
Поделиться на других сайтах

"Səhih Müslim"dəki hədisdə deyilir ki, Peyğəmbər(səlləlləhu əleyhi və səlləm) bu ayəni onlara oxumuşdur. Məhz onlar üçün nazil olduğunu isə deməyibdir.

Bəs bu nə deməkdi ki? Hədisdə də göstərilir ki, onları öz Əhli-beytinə daxil edir.

Şeyxülİslam ibn Teymiyyə demişdir: "Bu hədisin məzmunu belədir ki, Peyğəmbər onlara (Əli və ailəsinə) pak olmaları, pislikdən qorunmaları üçün dua etmişdir. Çünki möminə psilikdən çəkinmək, apk olmaq vacibdir.

Nə vaxtdan İbn Teymiyyənin Əhli-beyt haqqındaki fikirləri sübut kimi göstərilir?! O ümumiyyətlə təfsir alimidir?

Əhli-beytə pak olmaq vacib olduğuna görə Peyğəmbər(səlləlləhu əleyhi və səlləm) onlara dua etdi ki, buna tam şəkildə əməl etməyə müvəffəq olsunlar, günaha batmasınlar.("Minhəcüs-sünnə", cild 5, səh. 14)

Zəif mənbələrdən sitat göstərmə.

Bu ayələrdəki Allahın istəyi, məhəbbəti mənasındadır. Elə buna görə də Uca Allah mömin bəndələrə də bu hökmləri əmr edibdir. Bu ayələrdə zikr olunanların Allahın qəza və qədərindən olması anlamında deyildir. Çünki dediyimizə dəlil, Peyğəmbərin(səlləlləhu əleyhi və səlləm) bu ayə nazil olandan sonra etdiyi duasıdır: "Ey Allahım! Bunlar mənim Əhli-beytimdir. Onlardan pislikləri .r, onları pak et!"

Əgər bu ayə ilə onların pak olmasına xəbər verilmiş olsaydı, bir daha belə dua etməyə ehtiyac olmazdı. Rafizilər əqidəcə qədəri olduqları halda necə belə ayələri dəlil tuturlar? Axı onlara görə Allahın istəyi daimi baş vermir. Onlar Allahın şəri-istəyi və qədəri-istəyi arasında fərq görmürlər?!

Nə olsun ki, Peyğəmbər (s) həmişə öz duaları ilə Allahdan əfv diləmişdi, məgər o məsum deyildimi? Buna nə ehtiyac vardı? Peyğəmbər (s) hər kəsdən çox ibadət edirdi, halbuki onun Allah yanındaki məqamı hər kəsdən şübhəsiz böyük idi. Bir az məntiqli danış.

Sonra onlara demək lazımdır ki, istər əhli-sünnəyə, istər onlara görə əhli-beyt təkcə Əli, Fatimə, Həsən, Hüseyndən ibarət deyil. Onlar Hüseynin övladlarını, xüsusən də imam hesab etdiklərini əhli-beytdən hesab edirlər. Amma (gördüyünüz kimi) onlar bu hədisdə yoxdurlar. Onlar Həsənin övladlarını isə əhli-beytdən hesab etmirlər. Hətta Hüseynin övladlarındanbelə bəzilərini Allahın pislikdən uzaq etmədiyini etiqad edirlər. Bu barədə Həsən Əskərinin qardaşı Cəfər bin Əli bin Məhəmmədin kəalmını oxu.

İmamın bütün ovladları imam olmur ki! Hər bir imamın yalnız bir övladına bu verilib. İmam Həsənin (ə) övladlarından heç biri Əhli-beytdən (ə) deyil, çünki Allahın təqdiri belədir. Məgər hamı yaxşı olur? Biz siz deyilik e,minlərlə səhabəni fəzilət sahibi edək. Ona qalsa Peyğəmbəri (s) qohumlarının hamısı iman etmişdilər? Elə ançaq şəxsiyyətlərdən biri onun öz əmisi Əbu ləhəbdir (l). Yalnız 14 nəfər pisliklərdən uzaq edilib.

Digər Əhli-beyt (ə) imamlarına gəldikdə isə, onlar o vaxt doğulmamışdılar axı, Peyğəmbər (s) onları necə əbanın altına salaydı? Amma onların adları və sayları hədislərdə vurğulanıb.

«Әlinin, Fatimənin, Həsən və Hüseynin tərifindən söz düşəndə bəzi nakəslər başqa şeylər danışmağa cəhd göstərirlər. Onlar bu tərifi deyənlərə «rafizi», yəni dindən çıxmış deyirlər. Allaha pənah .rıram bu insanlardan! Onlar bilmirlər ki, mənim Allahım Әhli-beytə salavat göndərir. Lənət olsun, min lənət olsun belə nadanlığa...!». İmam Şafi

Ссылка на комментарий
Поделиться на других сайтах

Join the conversation

You can post now and register later. If you have an account, sign in now to post with your account.

Гость
Ответить в тему...

×   Вы вставили отформатированное содержимое.   Удалить форматирование

  Only 75 emoji are allowed.

×   Ваша ссылка была автоматически встроена.   Отобразить как ссылку

×   Your previous content has been restored.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

Загрузка...
×
×
  • Создать...