Перейти к содержимому

Qurani Oyrenmek Isteyenlerin Nezerine


Malik Eshter

Recommended Posts

Diqqət! Bu bölümdən istifadə edənlərin nəzərinə!

Əgər siz öz kompüterinizdə ərəbcə yazmaq və dərsləri təkrarlamaq istəyirsinizsə aşağıdakı linkdən istifadə edib "ərəbcə klaviatura"nı yükləyə bilərsiniz.

http://www.boxca.com/2alsgof6ds7u/arabic_klavye.zip.html

Ссылка на комментарий
Поделиться на других сайтах

  • Ответы 106
  • Created
  • Последний ответ

Top Posters In This Topic

Top Posters In This Topic

Bismillahir Rəhmanir Rəhim!

Uzatma hərfləri

1. "a" hərfini bir hərf miqdarı uzatmaq. Bunun üçün yazılan hər hansı bir fəthəli hərfdən sonra əlif(işarəsiz) yazmaq lazımdır.- َا_-"aa" səsini verir.

سَا- saa

تَا- taa

كَا-kaa

مَا-maa

فَا-faa

Изменено пользователем Malik Eshter
Ссылка на комментарий
Поделиться на других сайтах

Bismillahir Rəhmanir Rəhim!

Uzatma hərfləri

2. "İ" hərfini bir hərf miqdarı uzatmaq.Bunun üçün yazılan hər hansı bir kəsrəli hərfdən sonra yə hərfi (işarəsiz) yazmaq lazımdır- ي ِ ِِِِِ"ii" səsini verir.

سِي- sii

فِي- fii

كِي- kii

لِي- lii

Изменено пользователем Malik Eshter
Ссылка на комментарий
Поделиться на других сайтах

Uzatma hərfləri

3. "U" hərfini bir hərf miqdarı uzatmaq.Bunun üçün yazılan hər hansı bir damməli hərfdən sonra vav hərfi (işarəsiz) yazmaq lazımdırو- ُ "uu" səsini verir.

قُو-quu

كُو-kuu

سُو-suu

بُو-buu

Ссылка на комментарий
Поделиться на других сайтах

Salam Aleykum..ALLAH SIZDEN RAZI OLSUN...

Men choxdandir ki, ereb dilin oyrenmek hevesinde idim..

InshaALLAH dersleri bundan sonra da davam etdirersiniz...

CHOX sagh olun...

Əleykəs Səlam! Allah sizdən də razı olsun.Dualarınızı gözləyirəm.İnşallah bu gündən yenə dərslər davam edir.

Ссылка на комментарий
Поделиться на других сайтах

Biz bu gün bəzi hərfləri öyrənəcəyik.

Bunlar o hərflərdir ki, cümlədə işlənir, amma müstəqil olaraq hərf sayılmır. Və bu hərflər keçdiyimiz bəzi hərflərin yaxınıdır.

1. "həmzə - ء" köməkçi bir işarədir və cümlədəki işlənmə yerinə görə 3 hərflə birlkdə işlənir.

1.ا-əlif-

2.و-vav

3.ي-yə

أَ-əliflə fəthə ilə birlikdə yazılır və "ə" səsini verir.إِ- kəsrə ilə işlənir və "i"səsini verir.أُ- zammə ilə işlənir və "u" səsini verir.أْ- sükunla işlənir, səs ifadə etmir.

Изменено пользователем Malik Eshter
Ссылка на комментарий
Поделиться на других сайтах

Misallar:

Əvvəldə

إِخْوَانٌ-ixvanun

أَهْلُ-əhlu

إِبْنٌ-ibnun

أَخٌ-əxun

أُمٌّ-ummun

Ortada

يَسْأَلُ-yəsəlu

يَسْأَمُ-yəsəmu

يَأْلَمُ-yə " ləmu(sanki "yə" dən sonra bir qırıqlıq, sakitlik olur.

يَأْتَمِرُ-yə"təmiru

Sonda

يَقْرَأُ-yaqrau

يَبْدَأُ-yəbdəu

Изменено пользователем Malik Eshter
Ссылка на комментарий
Поделиться на других сайтах

و - hərfi ilə birlikdə işlədilməsi ;

"Həmzə" hərfi "vav" ilə birlikdə 2 vəziyyətdə işlənir:

1) Ortada 2) Sonda

Yenə bildiyimiz kimi

"vav+həmzə+fəthə=ə"

"vav+həmzə+kəsrə=i"

"vav+həmzə+dammə=u"

"vav+həmzə+sükun=sakinlik(durmaq)"

Изменено пользователем Malik Eshter
Ссылка на комментарий
Поделиться на других сайтах

ي-ilə birlikdə işlənməsi;

Misallar:

سَيِّئٌ-səyyiun

بَادِئٌ-badiun

Son ən əsas variantı:

Burada həmzə müstəqil variantı ilə(yəni əlif, vav və yə-siz olaraq) işlənir və bütün hərəkələr onun üzərinə qoyulur.

جَزَاءٌ-cəzaun

مَاءٌ-maun

دُعَاءٌ-duaun

شَيْءٌ-şəyun

Изменено пользователем Malik Eshter
Ссылка на комментарий
Поделиться на других сайтах

Açıq və yuvarlaq "tə" hərfi (ت-ة)

Yuxarıda gördüyünüz "tə"hərfi iki formada işlənir.Açıq tə cümlənin hər yerində rahat istifadə edilə bilir.

Yuvarlaq isə əsasən cümlənin sonunda və ismin müənnəsliyi (qadın cinsini bildirmək) üçün işlədilir.

طََالِبَةٌ-talibətun

فَاطِمَةُ-Fatimətu

كَلِمَةٌ-kəlimətun

Ссылка на комментарий
Поделиться на других сайтах

Əssəlamu aleykə əziz qardaş və bacılar!

Biz bu hərflərlə əlaqəli bölümün əsas hissəsini Allahın izni ilə bitirdik.

Bundan sonrakı dərslər əsasən 2 hissəyə bölünəcək;

1) Qrammatika

2) Təcvid və qiraət

Biz bəzən 1-ci hissədən bəzən də 2-ci hissədən dərslər keçəcəyik.

Bunun da səbəbi odur ki, bu dərslər paralel .rılmasa Quran oxumaq mümkün deyildir.

Tövfiq

İnayət

Allahdandır!

Ссылка на комментарий
Поделиться на других сайтах

krar

Fəthə-ə

اَفَلَ- دَرَجَ -رَدَعَ- وَرَدَ- وَزَنَ -دَرَكَ

dərakə -vazənə- varadə -radəə -dəracə -əfələ

Uzun aa

دَامَ -رَامَ -زَادَ- زَارَ- قَالَ- شَانَ

şaanə- qaalə -zaara -zaadə- raamə- damə

Изменено пользователем Malik Eshter
Ссылка на комментарий
Поделиться на других сайтах

Kəsrə - i

وَرِمَ- وَرِثَ- اَزِفَ -حَسِبَ -شَهِدَ -رَكِبَ

rakibə- şəhidə-həsibə-əzifə-vərisə-vərimə

Uzun ii

رَامِي- رَجِِي- خَالِدِينَ- قِيدَ -زِيدَ- عَامِي

aamii-ziidə-qiidə-xalidiinə-racii-ramii

Изменено пользователем Malik Eshter
Ссылка на комментарий
Поделиться на других сайтах

Malik Eshter

Allah senden razi olsun!

P.S kimin ne suali olsa,basha dushmediyi meqam olsa sual elesin.inshaAllah Malik Eshter qardash izah eder!

Vahabilerin Allahi menem,Bunu onlarin alimi tesdiq edir.

"İbtalut-Tə`vilat li Əxbaris-Sifat" adlanır. Kitabın muəllifi Abu Ya`lə b. Muhamməd b. Huseyn b. Muhamməd b. Əl-Fərradır. Bu kitabin 143-cü səhifəsində olan bir hədisi nəzərinizə çatdırmaq istəyirəm.

Qatadə Ikrimədən, Ikrimə İbn Abbasdan rəvayət edir: Rasulallah buyurdu:
"Rəbbimi üzü tüksüz, sallanmış qıvrım saçları olan bir cavan oğlan surətində yaşıl bağda gördüm"
.

Ссылка на комментарий
Поделиться на других сайтах

Malik Eshter

Allah senden razi olsun!

P.S kimin ne suali olsa,basha dushmediyi meqam olsa sual elesin.inshaAllah Malik Eshter qardash izah eder!

Əssəlamu aleykə!

Allah Senden de razi olsun Qardaş.

İnşallah bu barədə dərslərimiz davam edir və yenə qardaşın dediyi kimi suallrı gözləyirəm.

Ссылка на комментарий
Поделиться на других сайтах

Təkrar

Kəsrə - i

وَرِمَ- وَرِثَ- اَزِفَ -حَسِبَ- شَهِدَ- رَكِبَ

rakibə-şəhidə-hasibə-əzifə-vərisə-vərimə

Uzun ii

رَامِي -رَجِِي -خَالِدِينَ- قِيدَ -زِيدَ- عَامِي

aamii-ziidə-qiidə-xalidiinə-racii-ramii

Изменено пользователем Malik Eshter
Ссылка на комментарий
Поделиться на других сайтах

Dammə - i

وُزِنَ- رُزِقَ -ذُكِرَ- تُرِكَ -كُشِفَ-قَرُبَ

qarubə-kuşifə-turika-zukira-ruziqa-vuzinə

Uzun uu

يَقُولُ- يَقُومُ- يَكُونُ -اَعُوذُ- نَاظِرُونَ- مُسْلِمُونَ

muslimuunə-naziruunə-əuuzu-yəkuunu-yəquumu-yəquulu

Изменено пользователем Malik Eshter
Ссылка на комментарий
Поделиться на других сайтах

  • 2 weeks later...

BisMilləhir Rəhmanir Rəhim!

Səlamun aleyküm əziz müsəlman qardaş və bacılar!

Bir müddət forumda olmadığım üçün üzrxahlıq istəyirəm və haqqınızı halal etmənizi rica edirəm.

Dərslərimizə qaldığımız yerdən davam edəcəyik inşallah!

Sükün(cəzm) işarəsinin təkrarı

sonda-ortada- sonda

يَأْ- يَأْمَنُ -يَشَأْ

yəşə"- yə"mənu - yə"

تُبْ -تُبْتُ - يَتُبْ

yətub"-tub"tu-tub"

بِِِثْ -فَلَبِثْتَ -نَحْنَثْ

nəhnəs- fələbistə- bis

Ссылка на комментарий
Поделиться на других сайтах

Şəddə (şiddətləndirmə) işarəsinin təkrarı

Damməli-Kəsrəli-Fəthəli

تُبَّعٍ-لِحُبِّ-رَبُّكَ

rabbukə- lihubbi- tubbəin

حُجَّتَهُمْ-سُجِّرَتْ-حِجُّ

hiccu- succirət- huccətəhum

تَبَدَّلَ-تُحَدِّثُ-سَنَشُدُّ

sənəşuddu-tuhəddisu- təbəddələ

Изменено пользователем Malik Eshter
Ссылка на комментарий
Поделиться на других сайтах

Tənvin(nunlanma) işarəsinin təkrarı

Un(2 dammə) - İn(iki kəsrə)- Ən(iki fəthə)- Hərf

ء - إَنْشَاءً - مَاءٍ - شَيْءٌ

şey"un - maain - inşaaən - ə (həmzə)

ب - عَجَبًا - هَلَبٍ - خُشُبٌ

xuşubun - hələbin - acəbən - b

ة - هُمَزَةً - هُمَزَةٍ - مُؤْصَدَةٌ

mu"sadətun-huməzətin-huməzətən - t

ح - صَالِحًا - لَوْحٍ - نُوحٌ

nuuhun - lavhin - saalihən- h

Изменено пользователем Malik Eshter
Ссылка на комментарий
Поделиться на других сайтах

Yeni dərs

Bizim öyrəndiyimiz 28 hərfdən ayrı ərəb dilində bir hərf vardır. Bu hərfi bəzi dil alimləri əlifbaya daxil etməmişdir. Çünkü bu hərf deyil, hərf birləşməsi (liqatur) sayılır. Yəni ل+ا=لا- lam və əlif hərflərinin birləşməsindən ibarətdir və la kimi tələffüz olunur.

Misallar

sonda- ortada - müstəqil

لا - ثَلاثَةًٌ - كَلاَّ

kəlla - səlasətun - la

Изменено пользователем Malik Eshter
Ссылка на комментарий
Поделиться на других сайтах

Yeni dərs

Qəməri və Şəmsi lam!

Ərəb dilində ال əl (ingilis dilindəki the kimi)-isimlərin başına gələrək müəyyənlik ifadə edir.Buradakı lam hərfi bəzən özündən sonrakı hərflə şəddələnərək işlədilir, bəzən də açıq şəkildə oxunur.

Lam-dan sonra ء ب غ ح ج ك و خ ف ع ق ي م ه-hərflər işlədilərsə lam açıq oxunur.Lakin bundan sonra qalan hərflər işlədildiyi zaman şəddələnərək oxunur.

Bu göstərilən hərflər qəməri hərflər sayılır.

Qəməri hərfə misal

اَلْوَاحِدُ-əl-vahidu-burada vav qəməri hərfdir.

Şəmsi hərfə misal

اَلْشُكْرُ-əl-şukru __ əşşukru oxunur.

Изменено пользователем Malik Eshter
Ссылка на комментарий
Поделиться на других сайтах

Qəməri hərfə misallar

Damməli halı-Kəsrəli halı-Fəthəli halı- Hərf

أ - الأَرْضَ - الإِبِلِ - الأُخْتُ

əl-uxtu - əlibili - əlardə - ə

ب - الْبَارِئُ - الْبِغَاءِ - الْبُرُوجِ

əlburuuci - əlbiğaai - əlbaariu - b

غ - الْغَارِ - __ -الْغُرَابِ

əlğurabi- __________ - əlğari - ğ

Изменено пользователем Malik Eshter
Ссылка на комментарий
Поделиться на других сайтах

Şəmsi hərfə misallar

Damməli halı-Kəsrəli halı-Fəthəli halı- Hərf

ط-الطَّرْفُ-الطِّفْلِ-الطُّورُ

ətturu- əttıflu- attarfə-ta

ر-الرَّحْمَنُ-الرِّبَا-الرُّبُعُ

ərrubuu- ərriba- ərrahmənu- ra

ت - التَّوَّابُ - التِّجَارَةِ - التُّرَابِ

ətturabi - ətticarəti - əttəvvabu - tə

Ссылка на комментарий
Поделиться на других сайтах

Yeni dərs

Ləfzi cəlalə (ləfzətullah-yəni Allah kəliməsi )ərəb dilində belə اللهyazılır. Buradakı lam hərfi də şəmsi lamdır. Şəddələnərək oxunur. 

Əgər özündən əvvəlki hərfin hərəkəsi fəthə və ya dammə olarsa, qalın  , kəsrə olarsa o zaman Alah kəliməsindəki lam hərfi incə oxunur.

الله -اللَّهُم

allahummə-allah

بِاللهِ-الله

allah-billəhi

Ссылка на комментарий
Поделиться на других сайтах

Yeni dərs!

Təcvid(gözəlləşdirmək)

Ərəb dilində danışan adamlarla Quran oxuyanlar arasında fərq təcviddədir. Təcvid və tərtil Qurana xasdır. Təcvid qaydalarını bilməyənlər Quranı natamam oxumuş sayılırlar. Əlifbanı öyrəndikdən sonra ikinci əsas vəzifəmiz təcvidi öyrənməkdir. Bu da əsas etibarilə oxunuş qaydalarından ibarətdir. Adından da göründüyü kimi oxunuşun gözəlləşdirilməsinə xidmət edir.

İnşallah bu dərsləri də əvvəlki kimi müvəffəqiyyətlə bitirərik.

İnayət Allahdandır!

Ссылка на комментарий
Поделиться на других сайтах

Təcvid

1)HƏRF-İ MƏDD: Keçən bəhslərdən də gördüyümüz kimi kəlimə olaraq "uzatma hərfi" deməkdir. Uzatma hərfləri üç ədəddir. Bunlar:

a) Vav - و b) Yə - ي c) Əlif - ا

a) VAV HƏRFİ :Bəs vav hərfi nə zaman hərfi mədd (uzatma hərfi ) olur?

- Vav hərfi sakin (hərəkəsiz) olub özündən öncəki hərfin hərəkəsi də dammə (ُ_) olarsa, o zaman vav, hərf-i mədd olar və bir əlif miqdarı uzadılır.Misallar

كَانُوا ، كَفَرُوا ،مُتُوا ،جُوا ،قُوا

quu, cuu, mutuu, kəfəruu, kanuu

b) YƏ HƏRFİ: "Yə" hərfi nə zaman hərfi mədd olur? "Yə" hərfi sakin(hərəkəsiz) olub, özündən əvvəlki hərfin hərəkəsi "kəsrə" 009.jpg olarsa o zaman "Yə " hərfi , hərfi mədd olur. Yəni digər bir deyişlə "Yə " hərfi bir əlif miqdarı uzadılaraq oxunur. Misallar

فِي، لِي، سِي، طِي، غِي، مِي

mii, ğii, tii, sii, lii, fii

c)ƏLİF HƏRFİ-əlif hərfi də sakin (hərəkəsiz) olub özündən əvvəlki hərf "fəthə" َ_ olarsa , hərfi mədd olar. Əlif də bir əlif miqdarı uzadılaraq oxunar.Misallar

مَا، كَا، جَا، بَا

baa, caa, kaa, maa

Изменено пользователем Malik Eshter
Ссылка на комментарий
Поделиться на других сайтах

  • 2 months later...

Əssəlamu aleyküm! Əziz müsəlman bacı və qardaşlar.

Ərəb dili dərslərinə qaldığımız yerdən davam edirik inşallah!

Təcvid!

Biz bundan əvvəlki dərsdə mədd hərfləri barədə bir giriş vermişdik.Mədd bəhsi genişdir, inşallah sonrakı dərsdə onu tam şəkildə izah etməyə çalışacağıq.

2.Hərf-lin(yumşaq tələffüzü olan hərflər)

Vav "(و)"Ya "(ي)" hərflərinin

1) sükünu olarsa;

2) Əvvəlində "ə" saiti gələrsə;

bu halda hər ikisi hərfi-lin adlanır və xüsusi yumşaqlıqla tələffüz olunur.

Ya-hərfi

şəyun- شَيْءٌ

xəyrun-خَيْرٌ

vəylun-وَيْلٌ

________________________________

Vav hərfi

qaumun - قَوْمٌ

naumun - نَوْمٌ

yaumə - يَوْمَ

xaufun - خَوْفٌ

Ссылка на комментарий
Поделиться на других сайтах

  • 2 weeks later...

Join the conversation

You can post now and register later. If you have an account, sign in now to post with your account.

Гость
Ответить в тему...

×   Вы вставили отформатированное содержимое.   Удалить форматирование

  Only 75 emoji are allowed.

×   Ваша ссылка была автоматически встроена.   Отобразить как ссылку

×   Your previous content has been restored.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

Загрузка...
×
×
  • Создать...