Jump to content
  Love reading great articles? Visit Elix.com today!
Asuman.

история одного больного

Recommended Posts

Olmuş hadisə əsasında.....

 

 

Bir şəhər təsəvvür edin.Səmasını qara buludlar hörüb,o dərəcədə sıx hörüb ki,günəşin bircə qığılcımı belə onları dələ bilmir.Bu buludlar heç vaxt boşalmır.Günlər aylara çatır ,aylar illərə çatır,lakin bu buludlar nə yağmır nə guruldamır.Əgər məndən necəsən deyə soruşsanız ,təsvir etdiyim şəhər kimiyəm deyərdim.Və əgər həmin şəhərin hündür binalarını mənim mənəviyyatım hesab edin desəm ,nəzərinizə çatdırmaq istəyirəm ki,bu şəhərin binaları yerlə bir olub və əslində bura xarabalıqdır...

Mən 21 yaşında subay bir oğlandım. Yəni 3 il bundan öncə. Atam rayon məktəbində müəllim işləyir.Mən isə onun dediyi kimi fərasətsizin biriyəm, heç bir sənətə yiyələnə bilmədim.Dərslərimi çox zəif oxuyurdum. Atam məni asdısa da kəsdisə də ortaya bir nəticə çıxara bilmədim. Mən əsgərlikdən qayıtdıqdan sonra kişi, əkin-biçin üçün torpaq sahəsi aldı və oranın əkin-biçin işlərini mənə tapşırdı. Anam nə qədər etiraz etsə də ,dava –dalaş salsa da atam məni işləməyə məcbur etdi.Əslində özüm etiraz etmirdim.Heç bir işə yaramamışdım,heç olmasa bu yolla kişinin ürəyini dinc edərdim.Həmin gün yay günlərindən biri idi.Mən həmişəki kimi sahəmizdə işləyirdim.Günəş  qulac-qulac istilik saçırdı.Sahədə işlədiyimdən bəri dərim qapqara qaralmış, əllərim bel tutmaqdan qabar atmış,bədənim isə heç öyrəşmədiyi ağır fiziki əməkdən haldan düşmüşdü. Hədsiz arıqlamışdım.Anam hər mən evə qayıdanda əlini ağzına tutub”vay balam əldən gedir” deyib başını yelləyirdi.Mənsə gülümsəyib onun alnından öpərdim və sərin duşa tələsərdim.O günlər necə də xoşbəxt imişəm.Amma heyif ki,gözəllikləri,onları itirəndən sonra görürük...Sahəmiz insan gözündən uzaq bir yerdədi.Ətrafda özəl torpaq sahələri var.Amma həmin gün bu tərəflərdə məndən başqa heç kim yox idi.Başım işə necə qarışmışdısa yanımda duran insanın bura hardan ,necə gəldiyini görməmişdim.Birdən mülayim bir səs eşitdim” A bala” Diksinib çevirləndim.Qarşımdakı yaşlı bir kişi idi.Ayaq üstə güclə dururdu.Kənarda isə bir taksi dayanmışdı.Mənə söz deməyə imkan vermədən yaxınlıqda bir kafe olmalıymış, onu soruşdu.Doğrudan da bu torpaq sahələrini keçdikdən sonra,meşə yaxınlığında kafelər vardı.Amma yollar çox dolanbac idi.Qocaya əgər istərsə maşına oturub yolu göstərə biləcəyimi söylədim.Sonra piyada qayıda bilərdim,yol çox uzaq deyildi.Həm də işdən yayınmağa bir bəhanə axtarırdım.Yaşlı adam məmnunluqla razı oldu.Mən taksiyə əyləşib yolu göstərməyə başladım.Amma  sürücüyə sağa deyirdimsə sola sürürdü,sola deyirdimsə düz sürüdü.Axırı əsəbləşib “Ay qardaş sən sağ sol bilirsən nədi?” səsimi qaldırdım.Heç qımıldanmadı da.Bir az da keçdikdən sonra meşənin içinə girdik.Məəttəl qalmışdım.Ürəyim sürətlə vurmağa başladı.Maşının qapısını açıb düşmək istəyirdim ki,arxadan çox möhkəm bir alət başıma dəydi.Ani olaraq dəhşətli ağrı hiss etdim.Sonra deyəsən huşumu itirdim...Gözlərimi xəstəxanada açdım.Palatada tək idim.Palatam çox müasir,şəhər xəstəxanalırının palataları kimi idi.Mən də xəstəxana pasientlərinin geyimindəydim.Lakin maraqlı olan o idi ki,bizim rayonda nə belə xəstəxana nə də belə palatalar yoxdu.Bəs mən hardaydım.Cəld qapıya tərəf getdim,qapı kilidlənmişdi.Çığırmağa başladım.Kimsə cavab vermirdi.Otağa boylandım, bu qəribə otağın heç pəncərəsi də yox idi.Yenidən qapını yumruqlamağa başladım.Dəhlizdən ayaq səsləri gəldi.Nəfəsimi qısıb dinlədim.Ayaq səsləri mənim palatımın ağzında kəsildi.Və kimsə qapını açmağa çalışdı.Geri çəkilib yol verdim.Qapını açan həkim idi.Ağ geyimdə, üzündə qoruyucu maskası olan həkim.Heç bir söz demədən içəri keçdi.Özüm suallar yağdırmağa başladım.Bura hansı xəstəxanadı,məni kim gətirib bura? O cavab vermirdi.Mən ancaq onun hündür qamətini və gözlərini görə bilirdim.Qalan hər əzasısı ağ xalatla örtülmüşdü.İlahi! Mən hələ ömrümdə bu qədər ümidsiz gözlər görməmişdim..Sanki bu insanın içində ruh yox idi.Mən -“Getmək istəyirəm” dedim.Yenə reaksiya vermədi.Bayaqdan bəri yanlarına sallanmış əlini qaldırdı.Əlində iynə vardı.”Yox artıq!” dedim.Elə həmin an vaxt itirmədən var qüvvəmlə dirsəyimi üzünə çırpdım.Mənim çarpayımla paralel yerləşmiş çarpayının üstünə yıxıldı.Bilmirdim neyləyim,əlindəki iynəni qapıb onun öz bədəninə saldım.Deyəsən çox qüvvətlə vurmuşdum,İynənin bir hissəsi sınıb ətində qaldı.O yerdə daha artıq durmaq istəmirdim.Dəhlizə çıxdım.Bomboş idi.Dəhliz boyu qaçmağa ,qarşıma çıxan döngələrdən burulmağa başladım.İlahi bura haradı belə!Hər yer ancaq dəhliz və palatalar idi.Nə giriş vardı,nə çıxış.Başım fırlanırdı.Durduğum yerdə hər iki tərəfdə palatalar vardı.Qapıları açmağa çalışdım.Amma hər biri kilidlənmişdi.Palatada vurduğum həkim yadıma düşdü.Dəyəsən onda açarlar vardı.Tez otağıma geri qayıtdım.Həkim ölmüşdümü yatmışdımı bilmədim.Amma tərpənmirdi.Əllərim əsə əsə ciblərini axtardım,açarları tapdıqdan sonra yenidən dəhlizə çıxdım.Burada cəmi 3 açar vardı.Qapılardan birinə yaxınlaşdım,elə ilk yoxladığım açarla da qapı açıldı.Elə bilirdim ürəyim elə indicə yerindən qopacaq.Otaq eynilə mənim palatam kimi idi.Həm də çox soyuq idi.Hətta deyərdim dondurucu kimi.4 çarpayı vardı.Çarpayıların üstündə üzərləri ağ parça ilə ortülmüş 4 insan vardı.Yəni mən onları insan bildim.Və birinə yaxınlaşıb parçanı qaldırdım.İndi də yadıma gətirəndə içim bumbuz olur.Çarpayıda ağappaq ,əhəng kimi ağarmış bir üz gördüm.Mələfəni bir az da aşağı saldıqda qanım damarımda dondu,bu yazıq meyidin heç bir orqanı yox idi.Sadəcə parçalanmış boş bədən.Başım necə hərləndisə yerə oturdum.Və içimdə nə vardısa hamısını qaytardım.Allahdan o an tək istəyim bu murdar yerdən qurtulmaq idi.Otaqdan çıxıb dəhlizlə qaçmağa başladım.Ağlayırdım.Əsirdim.Çıxışın bu otaqlardan birində ola biləcəyini zənn edib qapıları bir bir yoxlayırdım.Amma hər otaq  içalatı çıxarılmış meyidlərlə dolu idi.Dəhlizin sonunda balaca bir qapı gördüm.Və o qapını açmağa çalışdım.Amma palataları açdığım açar bu qapını aça bilmədi.İkinci açarı sınadım,alınmadı.üçüncü açar isə qapını açdı.Gözlədiyimin əksinə olaraq bura palata deyildi .Qarşıma aşağıya doğru gedən pilləkən çıxdı.Ürəyim ümidlərlə doldu.Deyəsən yolu tapmışdım.Pilləkənlə aşağıya endim.Yenə də bir dəhlizə çıxdım.Amma burada çoxlu insan vardı.Normal xəstəxanalardakı kimi.Tibb  bacıları,həkimlər, sanitarlar.Hərə öz işində idi.Bircə pasientlər yox idi.Birdən yanımdan keçən solğun üzlü tibb bacısı mənə diqqətlə baxdı.Gözləri bərəldi,sanki canlı meyid görürdü.Məni itələyib pilləkənin olduğu otağa saldı.Qapını bağladı.”Sən necə gəldin bura”- deyə vahiməli səslə soruşdu.Mənimsə beynimdə o qədər sual vardı ki,bilmirdim nə deyim ,nə soruşum.-Bura haradı deyə bildim.-Bilmirdim bu tibb bacısına inanım ya yox.Onun isə gözləri dolmuşdu.”Səni öldürmədilər?”- deyə soruşdu? “Sən axı ölməliydin”-Bura haradı? Yenə soruşdum.Cəhənnəmdi cəhənnəm dedi və hönkürdü.Amma səsini qısmağa çalışırdı.Yəni doğrudan cəhənnəmdi qorxa-qorxa soruşdum.”Yox ay axmaq .bura daha dəhşətli bir yerdi.Bilmirəm hardayıq.Məni də sənin kimi oğurlayıb gətiriblər.Burada sağlam insanları,hətta uşaqları bizə öldürtdürüb orqanlarını çıxarırlar,sonra isə bizim də bilmədiyimiz yerlərə aparırlar.Mənim xəstəliyim olduğu üçün burada işçi kimi saxlayıblar.Burada gördüyün hər kəs qurbandı.Sağ qalanların isə sadəcə orqanları yararsız olduğu üçün öldürülməyiblər və işçi kimi çalışırlar.Biz çox dəhşətli işlər görürük.”O danışdıqca ağlayırdı.Mən eşitdiklərimdən şok olmuşdum.Ona həkimi necə vurduğumu və buranı necə tapdığımı danışdım.O başını yelləyirdi və buradan qaçış yoxdu deyirdi.İçimə ümidsizlik çökmüşdü.Tibb bacısı məni orda saxlayıb otaqdan çıxdı.Mənsə bilmirdim nə edim.Çıxışı tapa biləcəkdimmi.Birazdan məni də axtaracaqdılar.O vaxta kimi qaçmalıydım.Amma necə?

Olduğum yerdən pilləkənlərlə yuxarı qalxdım.Öz palatamı tapıb içəri keçdim və qapını kilidlədim.Həkim yenə də olduğu vəziyyətdə idi və tərpənmirdi.Əlimlə yoxladım bədəni istiydi,deməli sağdı-deyə düşündüm və buna sevindim.Onu şillələməyə və ayıltmağa çalışırdım.Amma ölü kimi yatmışdı.Dəyəsən mənə vurmalı olduğu iynənin təsirindən idi.Ciblərini eşdim, heç bir şey yox idi.Tək əlacım həkimin ayılmasını gözləmək idi.Hardasa daha iki saat vaxt keçdi.Həkimi oyatmağa çalışdım.Və o yavaş yavaş gözlərini qırpmağa başladı.Mən daha da ürəklənib bərk sillələdim,o ayılırdı. Dərhal onun ağzını tutub qulağına pıçıldadım ki mənə kömək etməlidi,yoxsa ölər. Özümü filmlərdəki canilər kimi hiss edirdim. Əslində isə çox qorxurdum.

O heç bir şey ifadə etməyən baxışlarla mənə baxır və sanki onu öldürməli olsam belə heç bir reaksiya verməyəcəkmiş kimi görünürdü mənə.Yox,mənim onu öldürmək fikrim yox idi.Olsaydı belə bacarmazdım.Bacarsaydım belə bu günahla yaşaya bilməzdim.Mənim tək istədiyim bu yerdən tezliklə canımı qurtarmaq idi.

 

DAVAMI VAR........

Share this post


Link to post
Share on other sites

прочла ..

жутко ..

 

мне не нравится то,что все сумбурно как то ,без пробелов ,абзацев ....

автор не дает отдышаться читателю  ..

 

так задумано ?

Share this post


Link to post
Share on other sites

прочла ..

жутко ..

 

мне не нравится то,что все сумбурно как то ,без пробелов ,абзацев ....

автор не дает отдышаться читателю  ..

 

так задумано ?

Rəyinizə görə təşəkkür edirəm) Mən bu tərzdə düşünürəm.Düşündüyüm kimi yazıram.Fantaziyamın bir məqamında yağış da yağa bilər və ya fikrim qəhrəmanımın ayaqqabılarına sataşa bilər və bu haqda bir neçə səhifə yaza bilərəm))) Bu yazı isə belə alınıb.Belə düşünərək yazmışam.Razılaşıram ki,daha da zənginləşdirmək olar

Share this post


Link to post
Share on other sites

Salam) Ardını bu yaxınlarda yerləşdirərəm bəlkə də...

 

 

бялкя ? 

Share this post


Link to post
Share on other sites

Mənim tək istədiyim bu yerdən tezliklə canımı qurtarmaq idi.Onun ağzını  qapayan əllərimin taqətdən düşüb titrədiyini hiss etdiyim üçün əllərimi ağzından çəkdim.Dərindən nəfəs aldı.Mən isə nəfəsimi tutub onun nə edəcəyini izləyirdim.O heç bir şey etmədi.Dikəlib çarpayıda oturdu.Cəsarətlənib yenə suallar yağdırdım:

-Harda yerləşir bu xəstəxana?Yəni heçkimin xəbəri yoxdu buradan?

-Xəstəxana yerin altındadı.Biz belə fikirləşirik...Buradan xəbəri olanlara da bura həyat qədər vacibdi...

Bir müddət ikimiz də susduq

-Buradan qaçan olmayıb? –Bir neçə dəqiqə sonra mən söhbətə başladım

-Ölülər...

-Nə ölülər?

-Buradan ancaq ölülər çıxır

O əlini çarpayının yanındakı masada olan alətlərin üstündə gəzdirdi.Üzümə baxmadan soruşdu:

-Çıxmaq istəyirsən?

Nəfəsim boğazımda ilişdi.Taqətdən düşən bədənim tit-tir əsməyə başladı.O əlini geri çəkdi...Məni qorxutmaqdan zövq alırdımı ya nə?!

-Sən artıq ölməliydin.Birazdan bügünki cəsədləri aparmağa gələcəklər.Hesablanıb hamısı...

O sonuncu cümlələrini tamamladığı ərəfədə ağlıma elə bir fikir gəldi ki,ilk öncə özüm də diksindim.

-Sən cəsədləri hara yığırsan?

-Səni də mi ora salım?- Onun üzündə istehzalı təbəssüm yarandı

-Hə....Hər halda “onlar” meyidləri yuxarı çıxarırlar.

-Onlar cəsədlərin hamısını bir yerə yığıb yandırırlar.Sonra külünü torpağa qarışdırırlar.Sən sağ qala bilməzsən.Ən azı havasızlıqdan ölərsən.

-Mən ölmərəm.Bunu bilirəm.Mənə kömək et.Yuxarıda bir şey fikirləşərəm.Haqsızlar qorxsun.Onların günahları mənim dürüstlüyümə qalib gələ bilməz

-Bu mümkün deyil

-Sən bunu et.Ən azı məni öz əllərinlə öldürmüş olmayacaqsan.Taleyin əlinə baraxacaqsan

O susdu.Başını aşağı salıb yellədi.Mən bunu razılıq kimi qəbul etdim.O, qalxıb palatanın bir küncündə duran, üç rəfli şüşəli dolabda eşələndi.İynəni hansısa dərmanla doldurdu və mənə yaxınlaşdı.Artıq onun mənə zərər verəcəyini düşünmürdüm.Ona görə də susub gözlərimi yumdum.Və taleyimi onun əllərinə buraxdım.

 

Xəyalım xəstəxanadan uzaqlara qaçır.Uçuşuram yuxunun ənginliklərində.Masmavi səmanın altında,dizlərim yerdə,gözlərim səmaya ilişib , onun hər çalarını içinə alır.Bir daha unutmamaq üçün...Həmin an dizlərimin yapışdığı torpaq qaynarlaşır.Günəş düz başımın üstündə dayanır.Və mənim üçün istilik saçır.Onun qaynar şüaları üzümü hədəfə alır.Alışır simam...Ürəyim sərinlik arzusuyla çırpınır.Və həmin an günəşin qaynar şüalarının arasından damla damla sərin yağış yağır üstümə.Dizlərimin qaynarlığı yaş torpağın sərinliyinə qarışır və xoşhallanıram bundan.Düşünürəm ki,günəş belə isitməsəydi mən yağışı bu qədər sevməzdim...Yağış mənə yetmir.Qaynarlıq canımdan çıxmır.Bu an başımın üstündən axıb tökülən yağış dilimləri üzümdə ilişib qalır.Bəyaz qara çevrilir.Səma mənə qar göndərir.Necə də sevirəm qarı...Əllərimi açıb qarın hər dənəciyini ovucumun içinə yığıram.İstəmirəm ərisinlər.Ərimirlər.Hər biri soyuqdan qızarmış əllərimə yapışır.Getdikcə anlayıram,dünya mənim ürəyimi eşidir.Sınamaq üçün yazı arzulayıram.Həm də anlayıram  ki,bu sondur...Təkrar olamayacaq.Yazdan sonra qaranlıq çökəcək.Və bu qaranlıq məni udacaq.Amma mən yazı arzulayıram.Bu arzudan özümü saxlaya  bilmirəm.O məndən güclüdür.Və son...Günəşin ilıq şüaları mənə əlvida deyir.Və günəş sonsuzluğa qovuşur.Qaranlıq bir anda məni içinə alır.Onun ağırlığına çiyinlərim tab gətirmir.Bir anda dizlərimin altındakı torpaq ovulub tökülür.Yerin altına girəcəyim qorxusu canımı bürüyür.Görmürəm amma bədənimin didilib parçalandığını hiss edirəm.Çox uzaqlardan öz hıçqırtımı,naləmi eşidirəm.Səsimdə elə bir ağrı var ki...Bədənimin parça-parça olmasının verdiyi ağrıdan daha dərin ağrı...

- Onlar....Onlar... necə də amansızdırlar...necə də amansızdırlar...

 

Gözlərim zülmət qaranlığa açılır.Yelləndiyimi hiss edirəm.Aclıq və susuzluq ürəyimi bulandırır.İlk hiss etdiyim qan qoxusudur.Amma yatmaq hissi hər bir şeyə qalib gəlir həmin an.Yenidən yuxuya dalmaq istəyir ruhum.Şüurum isə nə baş verdiyini anlamağa çalışır...Ah bu yuxu.Mən o an dəlicəsinə yatmaq istəyirdim.

Ayılmaq üçün özümü şillələmək istəyirdim.Amma əllərimi qaldıra bilmirdim.Onlar nəyə isə ilişmişdi.Tərpənə də bilmirdim.Gözlərimi bir neçə dəfə açıb yumdum.Qaranlığı dəlməyə çalışdım.Amma əlimdə deyildi.Bir anda ruhumu vahimə bürüdü.Əlbəttə ki,yuxumun yox olmasına və ağlımın özünə gəlməsinə görə ona minnətdəram.

Həkimlə son söhbətimi xatırladım.Artıq qaranlıqlar yox olurdu beynimdə.Mən cəsədlərin arasındaydım və mən maşınla aparılırdım.Hava...Hava çatmırdı.Bu qurğunun içində nəfəs almaq çətin idi.Həkimin “havasızlıqdan ölərsən” sözləri yadıma düşdü.Amma mənim ölmək fikrim yox idi.Bu “insan” cildində olan vəhşilər məni diri diri yandıra bilməzdilər.Durmadan necə qaçacağımı düşünürdüm.Hər şey bəxtimdən asılı idi.Nədənsə düşünürdüm ki, Tanrı buranı görmür.Görsə idi bu qədər günahsız insanın bu vəziyyətə gətirilməsinə icazə verməzdi.Ümid ancaq özümə və bəxtimə idi.

 

Bir xeyli getdikdən sonra maşın dayandı.Olduğum dəmir qutunun ağzı açıldı.Mən olduğum tərəfdən deyil,o biri başından.Ağzı açılan tərəfdən cəsədlər,zibil maşını boşaldılan kimi aşağı boşaldıldı.3-4 metr aşağı aşıdılmağıma baxmayaraq mən əzilmədim.Məndən əvvəl boşaldılan cəsədlərin üzərinə düşdüm.Yuxarıdan işıq düşürdü.Gözlərimi açıb ətrafı acgözlüklə nəzərdən keçirdim.Bura mənə alman düşərgələrindəki insanları yandırmaq üçün istifadə olunan qurğunu xatırladırdı.Üst hissə bağlandı.Və mən cəsədlərin içindən qurtulub qurğunun divarlarında əlimi gəzdirdim.Əlim dəmir qulpa ilişdi.Var gücümlə itələdim.Çölə tərəf açıldı.Batmaqda olan günəşin son şəfəqləri aciz-aciz üzümü yaladı.İçəriyə də işıq düşürdü.Amma mən geri baxmadım.Taqətim qalmamışdı.O müdhiş mənzərəyə tab gətirə bilməyəcəkdim.Fiziki olaraq da bitmişdim.Daxili sarsıntı bədənimin gücünü əmirdi.Artıq sözümə baxmaq istəməyən ayaqlarımı zorlayıb qaçmağa məcbur etdim.Sağa sola burulmadan qaçırdım.Bir neçə dəfə yıxıldım.Torpaq yaş idi.Yıxılarkən bulaşdığım palçıq çılpaq bədənimə paltar olurdu.Ayaqlarım meşənin kol-kosundan yara-yara olmuşdu.Amma ağrını fikirləşəcək qədər xoşbəxt deyildim.Qaranlıq da çökmüşdü.Bilmirəm nə qədər qaçdım,hara qədər qaçdım.Bir məqamda artıq bədənim üsyan etdi.Sinəmi yarıb qaçmağa çalışan orqanlarımdan fərqli olaraq heydən düşdü.Dizlərim büküldü və yaş torpağa sərildim.....

 

         Gözlərimi  yenə xəstəxanada açdım.Dərhal da qapadım.Başımın üstündə ağ geyimli bir həkim durmuşdu.Nə baş verirdi?!Bu yuxular məni haradan hara götürürdü?!Yoxsa mən heç qaça bilməmişəm? Gördüklərim yuxu mu  idi?! Ya onlar məni tapıb və yenidən bura gətiriblər? İki damla yaş gözlərimdən yuvarlanıb üzümə düşdü.Gücsüzlüyümdən ağlayırdım.Amma sonra sanki cənnətin ortasından bir səs məni qaranlıqdan,ümidsizlikdən çəkib çıxardı.Anamın səsi...

-Balam,Nihad,necəsən?yaxşısan?Danışma danışma.Həkim deyir dincəlməlisən.

Anam hıçqıra-hıçqıra ağlayırdı..Əllərimdən yapışıb durmadan öpürdü.Mən isə xoşbəxtlik qanadlarını keçirmişdim kürəyimə.Sevincdən ürəyim sürətlə vururdu.Amma yatmağa qorxurdum.Yuxunun məni başqa yerlərə götürə biləcəyindən qorxurdum.

 

 

Bir neçə gündən sonra evdəydim.Ağzım söz tutandan onlara olanları danışırdım.Gedib hər şeyi polisə danışacağımı söyləyirdim.Heç kim dediklərimə reaksiya vermirdi.Nə valideynlərim ,nə qonşular,nə dostlarım.Hər kəs mənim vahimə içində danışdıqlarımı dinləyir,əlimi sıxır “yaxşı olar,hər şey keçəcək” deyib çıxıb gedirdilər.Anam durmadan ağlayırdı.Atamla dalaşırdılar.Hər gün...Hər gün...

-Sən onu bu günə qoydun.Yayın cırhacırında kim öz balasını məcbur edir gedib işləsin.Kim? –anam bağıra-bağıra atamın sinəsini yumruqlayırdı

         Atam durmadan siqaret çəkir,heç kimlə danışmır,göz önündə əriyib gedirdi.Getdikcə başa düşdüm ki,onlar məni dəli hesab edirlər.Mən onlara qollarımda iynə izlərinin olmalı olduğunu söyləyirdim.Amma məni müalicə edən həkim bunu təkzib edirdi.

 

Atam ilk öncə dediklərimdən şübhələnib polisə gedibmiş.Onlar isə onun söylədiklərinə gülüb,bu yerlərin altına da üstünə də bələd olduqlarını,belə bir yerin olmasının mümkün olmadığını söyləyiblər.İşlədiyim sahənin ətrafında həmin vaxt orada olan bir neçə şahid də peyda olubmuş.Onlar mənim meşəyə tərəf qaçdığımı görüblərmiş.Bütün bunlar mənim ağlımın itdiyini sübut edirdi.Gücsüz idim.Sözlərimə heç kim inanmırdı.Mən isə inadkarcasına onlara dediklərimin doğru olduğunu sübut etməyə çalışırdım.Meşəni axtarmalı olduqlarını söyləyirdim.Amma heç bir faydası olmadı.Nəticədə psixiatrik xəstəxanaya yatızdırıldım.Və hal-hazırda da “müalicə” alıram.Bütün həkimlər mənim xəstə olduğumu,evdə yaşamaq üçün təhlükəli olduğumu deyirlər.Mən düşünürəm ki,bu insanları kimlərsə idarə edir.Mənim dəliliyimin işinə yaradığı insanlar.3 il...Düz 3 ildir dəlixanadayam.Hələ də heç kim mənə inanmır...

 

....Bəs siz....Siz mənə inanırsız?

Share this post


Link to post
Share on other sites

 

....Bəs siz....Siz mənə inanırsız?

 

Mən inanıram.

1. batini səyahətinizin dürüst təsvirinə görə.

2. belə vaqiələrə heç kəsin inanmadığına görə.

Share this post


Link to post
Share on other sites

а меня один момент смутил..

где вы говорите ,что Бог оставил и забыл эти места и я стал (а) надеяться на судьбу...

 

понятия конфликтуют...

Edited by A...

Share this post


Link to post
Share on other sites

а меня один момент смутил..

где вы говорите ,что Бог оставил и забыл эти места и я стал (а) надеяться на судьбу...

 

понятия конфликтуют...

 

"Hər şey bəxtimdən asılı idi.Nədənsə düşünürdüm ki, Tanrı buranı görmür.Görsə idi bu qədər günahsız insanın bu vəziyyətə gətirilməsinə icazə verməzdi.Ümid ancaq özümə və bəxtimə idi."

 

Видишь ли, у меня порой случается такое: в Бога не верю, а в себя верю. (нонсенс.понимаю) ВЕРА – это нечто, что не умирает никогда. Даже если и думаешь, что покинула она тебя, что то остается вместо нее., что не дает окончательно сгинуть.  Что и называется "бехтим" И конечно же, отрываешь его от Абсолюта (опять же нонсенс), к чему уже стойкое неприятие.

Share this post


Link to post
Share on other sites

"Hər şey bəxtimdən asılı idi.Nədənsə düşünürdüm ki, Tanrı buranı görmür.Görsə idi bu qədər günahsız insanın bu vəziyyətə gətirilməsinə icazə verməzdi.Ümid ancaq özümə və bəxtimə idi."

 

Видишь ли, у меня порой случается такое: в Бога не верю, а в себя верю. (нонсенс.понимаю) ВЕРА – это нечто, что не умирает никогда. Даже если и думаешь, что покинула она тебя, что то остается вместо нее., что не дает окончательно сгинуть.  Что и называется "бехтим" И конечно же, отрываешь его от Абсолюта (опять же нонсенс), к чему уже стойкое неприятие.

 

вот именно..

нонсенс разделить "бяхт" от Абсолюта...

Share this post


Link to post
Share on other sites

вот именно..

нонсенс разделить "бяхт" от Абсолюта...

 

ну нонсенс, нет…бехт ты приватизируешь как бы.. это твое, а от всего остального – глобального, чуждого, непонятного, закрытого для тебя, жестокого к тебе и глухого на твои мольбы ты отказываешься, отворачиваешься., если уж позабыл Он о тебе.  Такое происходит от сильной обиды.. когда чел.вроде бы чувствует оторванность от Него, но и не дошел еще до полного отчуждения ( это полет в никуда). Он между. Потому что когда доходит, уже и на бехт такназываемый ему положить.

Share this post


Link to post
Share on other sites

я свое мнение высказала. мейби, это его недосмотр, и автор принимает твое замечание. 

Share this post


Link to post
Share on other sites

Не могу оценить как рассказ, но выдавать такое за правду немного нагловато. много  неувязок .Самый простой из них . В таком заведение должно быть очень сложный механизм контроля . Но получается не было даже элементарного видеонаблюдения.  Это ладно. но главное нет  логики . если где то люди  живут и работают безвылазно. то там должна быть вся инфраструктура  жизнеобеспечения .А тут нет даже крематории -везут куда то с риском быть в любой момент пойманным. Зачем? вывозить пепел куда безопаснее и вероломность попадать  на порядок ниже.  Этов том время когда все ищут пропащих при загадочных обстоятельствах людей.  Да и мама оказалась  рядом очень оперативно - или он очень долго приходил в себя во второй раз.    Короче, выдумка. Или галлюцинации.  

Edited by Klin Klinom

Share this post


Link to post
Share on other sites

Ну уж дорогой мой, эти вопросы уже  к автору. Вообще, охватил он много. Сюжет насыщен. Видать торопился. Сжатый получился рассказ. Так и прет чрез край. Когда пространно описываешь, любую ложь можно скормить читателю. Съест да спасибо скажет. Многие из нас рады быть обманутыми.

 

Почему вывозили трупы на поверхность земли? А почему не вывозить? Не Беловодье же в конце концов., где никто не умирает. Ну скажем, эдакое попустительство. Видать не достаточно еще развилась  подземка. Не столь  самодостаточна. вспомнила  Undеrground  Кустурицы ).

 

А верю я  в то, что таинствен.образом исчезнувшие люди не все становятся жертвой серийных убийц, кто-то составляет подопытный материал для научных экспериментов  и улетает  в космос, кого-то используют для донорства. – у молодых и здоровеньких в этом смысле шансов больше. (слава небесам, я не принадлежу  к их числу... уже)

 

В общем, есть секретные лаборатории, клиники, криобанки, генофонды, чертдечтоеще..

Share this post


Link to post
Share on other sites

  У меня нет вопросов. Просто высказываю свое мнение по поводу логичности . вот предположим есть такое сооружение  под землей, где  в том числе персонал на поверхность земли  поднимается один раз -после смерти.  Не буду вдаваться в биологические моменты ,включая  биологических часов   сотрудников и психологических  моментов - хотя они тоже вызывают очень  много вопросов.  Не будем думать, сколько  он лежал в креокамере с трупами и всеравно выжил,  не зададимся вопросом, каким образом погрузили его  и хотя бы по гибкости тела и по весу  не поняли что хмырь  не распотрошенный. Великое множество других  моментов  пропустим.  Допустим . 

  Просто рассмотрим на эту картину  с маслом   чуточку  издалека - представим себе всю  картину.   Зачем,сотрудников  держать под землей, когда  в любом  придется держать  часть из них  на поверхности  . Это  те,  кто  похищают людей, те которые  вывозят трупов,  те которые ищут спрос на эти органы, те которые  организовывают переправу  через границу. Группа обеспечения провизией  целую подземную клинику - они ведь что то там ели, пили ведь воду и все это надо подвозить как то и кому -то.  Строили же это сооружение , видели же  много людей как там шла стройка.  Те есть  посвященных людей  на поверхности  по идеи  больше, чем под землей.  Никакого смысла.   Логики нет во всем в этом. Тем более ее нет, если первому  же желающему удалось  убежать  -причем , человеку не подготовленному, не путевому по его же словам. В таком случае  все  заложники -сотрудники имели куда больше возможностей таким же путем выбраться. У них и времени додуматься  вагон и телега и вообще.    Простите, таких  непутевых преступных группировок в истории не было.  

Share this post


Link to post
Share on other sites

если на то пошло любой рассказ или роман можно также потрошить и прийти к выводу что такое просто невозможно..

тут ведь главное не в этом ..

 

 

когда автор задает вопрос - а вы мне верите - он задает риторический вопрос.Вопрос который к конкретной теме не имеет отношения.СКорее это когда автор показывает что в мире все продано ,куплено ,что люди живут и дышат стереотипами (то есть если кто то говорит нечто из ряда вон его сразу записывают в психа ) и т.д.

 

 

ну ,мне так кажется )

пусть автор сам скажет..

Share this post


Link to post
Share on other sites

если на то пошло любой рассказ или роман можно также потрошить и прийти к выводу что такое просто невозможно..

тут ведь главное не в этом ..

 

Клин опускает литературность. разложил по полочкам, своим прагматичным умом вычислил КПД и массу чего доказал. взял линейку измерил отмерил искромсал мачете весь рассказ.

Share this post


Link to post
Share on other sites

 

когда автор задает вопрос - а вы мне верите - он задает риторический вопрос.Вопрос который к конкретной теме не имеет отношения.СКорее это когда автор показывает что в мире все продано ,куплено ,что люди живут и дышат стереотипами (то есть если кто то говорит нечто из ряда вон его сразу записывают в психа ) и т.д.

 

 

помнишь, Пи когда правду рассказывал, ему никто не поверил. тогда он придумал басню. и ему поверили. в первом было чудо. во втором жестокость.

 

 

ну ,мне так кажется )

пусть автор сам скажет..

 

 

автор вернулся в ту лабораторию.. в подземелье.

Edited by Эда F

Share this post


Link to post
Share on other sites

Клин, когда я надумаю создать подземное нечто, уже знаю, к кому обращусь за помощью. и за советом. )

Share this post


Link to post
Share on other sites

Клин опускает литературность. разложил по полочкам, своим прагматичным умом вычислил КПД и массу чего доказал. взял линейку измерил отмерил искромсал мачете весь рассказ.

не говори..

никакой романтики....)

Share this post


Link to post
Share on other sites

да. и еще момент.  Клин забыл отметить.

там нет ни слова о том, какую же воду пили все эти сотрудники под землей:  водопроводную или фильтрованную? если фильтрованную, то каким образом осуществлялась доставка? ы?

Share this post


Link to post
Share on other sites

да. и еще момент.  Клин забыл отметить.

там нет ни слова о том, какую же воду пили все эти сотрудники под землей:  водопроводную или фильтрованную? если фильтрованную, то каким образом осуществлялась доставка? ы?

у них фильтры были ,странные вопросы ты задаешь )

фильтры покупал тот кто выносил трупы )

Share this post


Link to post
Share on other sites

не говори..

никакой романтики....)

 

эши не романтика?... сен де.. )

готур линейканы, олч.

Share this post


Link to post
Share on other sites

у них фильтры были ,странные вопросы ты задаешь )

фильтры покупал тот кто выносил трупы )

 

часом ты не одна из сотрудниц? )

Share this post


Link to post
Share on other sites

часом ты не одна из сотрудниц? )

по ходу да )))

Share this post


Link to post
Share on other sites

Одну минуточку. Я не трогаю рассказ. там автор ставить вопрос: верите ли в это. ? Я вот отвечаю. не верю. это не тот абсурд, услышав которого Папа 4 ый воскликнул "верую, ибо сие абсурдно!"  

Share this post


Link to post
Share on other sites

а  Клин проектин рехбери. главврач клиники. ..

утанмаз щас тут  доказывает нам что-то..

Share this post


Link to post
Share on other sites

по ходу да )))

 

по ходу попросим прощения у автора )

Share this post


Link to post
Share on other sites

по ходу попросим прощения у автора )

да ,мы как то неприлично себя тут ведем уже ,лично я прошу прощения ) 

Share this post


Link to post
Share on other sites

а  Клин проектин рехбери. главврач клиники. ..

утанмаз щас тут  доказывает нам что-то..

 

В отличие от литературы, бизнес (не важно какой ) имеет четкую логику или он погибает. Понимаете? ))

Share this post


Link to post
Share on other sites

Одну минуточку. Я не трогаю рассказ. там автор ставить вопрос: верите ли в это. ? Я вот отвечаю. не верю. это не тот абсурд, услышав которого Папа 4 ый воскликнул "верую, ибо сие абсурдно!"  

 

Фома неверующий. отметила тебя галочкой. 

ступай с миром, сынок. )

 

амма демедин а, поможешь мне  в строительстве или нет..

Share this post


Link to post
Share on other sites

В отличие от литературы, бизнес (не важно какой ) имеет четкую логику или он погибает. Понимаете? ))

 

твой бизнес , он недолгоиграющий, он смертен, уйдет в небытие. А литература останется, хоть и не ценится в свой век. 

Share this post


Link to post
Share on other sites

испоганили товарищу тему )

Share this post


Link to post
Share on other sites

Верить можно в теорию у которой есть логика или  железные постулаты ) Верить  рассказам о встречах с НЛО, и на подобные  я не обязан. ) 

Share this post


Link to post
Share on other sites

Верить можно в теорию у которой есть логика или  железные постулаты ) Верить  рассказам о встречах с НЛО, и на подобные  я не обязан. ) 

 

окей. не злись. линейкавы готур, гет )

тебе надо заново родиться, чтоб что-либо понимать  в литературе..

Share this post


Link to post
Share on other sites

Join the conversation

You can post now and register later. If you have an account, sign in now to post with your account.

Guest
Reply to this topic...

×   Pasted as rich text.   Paste as plain text instead

  Only 75 emoji are allowed.

×   Your link has been automatically embedded.   Display as a link instead

×   Your previous content has been restored.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

Loading...

×
×
  • Create New...