Перейти к содержимому
Скоро Конкурс!!! Торопитесь!!! ×

EL

Members
  • Публикации

    165
  • Зарегистрирован

  • Посещение

Все публикации пользователя EL

  1. EL

    Müasirsiniz Ya Zemane Adamı?

    Qərb ideologiyası nədir ki? Yəni, məncə, ümumbəşəri dəyərlər var, bir də millətlərin adətləri, məsələn, bizdə gəlin köçəndə boşqab sındırır...
  2. Amma, məncə... Bizim ən ciddi problemimiz gənclərimizdir... Başqa heç bir problemimiz yoxdur... PS. Qarabağ Azərbaycanın problemi deyil. Qarabağ Azərbaycan torpağıdır!!! Bu mövzuda problem isə RUSİYADIR!!!
  3. EL

    ?sg?rlik

    ne oyretdiler esgerlikde?
  4. Dostumuzun yuxarıda yerləşdirmiş olduğu yazıya Ağalar Məmmədovun münasibətini sizlərə təqdim edirəm Ağalar Məmmədov aghalar_mammadow@yahoo.de Ağalar Məmmədov ANTİ-ANTİAXUNDOVÇULUQ HERİSÇİ İLƏ GƏNCALP POLEMİKASINA REPLİKA Assosiativ təfəkkür vərdişlərinə malik olan H. Herisçi mənə görə qeyri-ciddi müəllif olduğu üçün onun yazılarını nadir hallarda, təsadüfdən-təsadüfə oxuyaram. Amma “Alma”nın ötən sayında G. Gəncalpın Herisçinin tezisinə antitetik cavabını oxuduqdan sonra mən Herisçinin yazısını da oxumalı oldum. Təbii ki, Gəncalpın antitezisi Herisçinin tezisindən qat-qat maraqlı idi. Amma o tezisə bu boyda antitezis yazmamaq da olardı. Ancaq hər halda Gəncalpın antitezisi Herisçinin tezisini, daha doğrusu, şiəçiliyi ustalıqla ifşa edə bilib. Bundan ötəri ona təbrik və təşəkkür düşür. Gəncalp Herisçidə dişə dəyən bir şey saxlamasa da, amma yenə də deyilməmiş nələrsə yenə qalıb və əsas odur ki, bu polemikada təzə mövzular əmələ gəlib. AXUNDOVA ANTİ-TEZİS Polemika mövzularından biri Axundovun antitezisinin olub-olmamasıdır. Herisçi əvvəlcə Axundovun antitezisinin olmadığını deyir, sonra da deyir ki, yox, var və bu da H. Camaldır. Gəncalp isə deyir ki, Axundovun antitezisi çoxdan var və bu bütün Şərqin qaranlıq tarixi, islam cəhalətidir və s. Əvvəlcə “elmi kommunizmdən imtahan” verməyənlər üçün deyim ki, Hegel fəlsəfəsində konseptual antitezis ilə tarixi antitezis bölgüsü var və bunlar ayrı-ayrı şeylərdi. Bunlar üst-üstə düşə də bilərlər, düşməyə də. Zənnimcə Herisçi də, Gəncalp da Axundovun antitezisi məsələsində yanılıblar. Belə ki, bütün Şərqin qaranlıq tarixi Axundovun konseptual anti-tezisidir, tarixi anti-tezisi yox. Çünki tarixi anti-tezis xronoloji baxımdan Axundovdan sonra gəlməlidir və həm də bu, azərbaycandilli kültür məkanında ortaya çıxmalıdır. Axundovun tarixi antitezisi isə son illərdə ölkəmizdə başlanmış və hələ ki yüksələn xətt üzrə inkişaf edən və hamımızı da narahat edən ideoloji re-islamizasiya prosesidir. Zənnimcə, Herisçi Axundovun antitezisi yoxdur deyərkən (özü də başa düşmədən), Axundovun tarixi antitezisini nəzərdə tutub. Sonra da olmayan şeyi Camalda tapıb. Amma Herisçinin təqdimatındakı Camal Axundovun antitezisi yox, özündə Axundovdan da, islamdan da nə(lər)sə yaşadan sintezidir. Dinin iki mənası var: 1. Transsendent (buna allah da deyə bilərsiniz) ilə insan arasında insanın daxilində yaşanan əlaqə, başqa sözlə, fərdi mistik-sakral təcrübə kimi din və 2. Transsendent (allah da demək olar) ilə insanlar arasında kütləvi-ictimai təsisat kimi din. Demək olar ki, bütün dinlərdə bunların arasında daim konflikt var. İslamda da həmçinin. Herisçinin fikrincə, guya Axundov islamda sadəcə klerikal sinfi, yəni yuxarıdakı bölgüdə ikinci mənada dini tənqid etmişdir. Bu, qətiyyən düzgün iddia deyil. Axundov islamda təkcə molla sinfini deyil, dini hər iki mənada, bütövlükdə rədd etmişdir. Onun antiklerikalizmi ateizm olub. Amma bəs, görəsən, Axundov niyə təhrif edilir, bu səhv təsadüfdürmü, yoxsa qanunauyğun? Cavab verim: Ümumiyyətlə, son illər, müstəqillik dövrümüzdə Azərbaycan maarifçilərini sadəcə antiklerikalist (anti-mollaçı) saymaq dəb olub. Bu, o deməkdir ki, guya Azərbaycanda indiyədək nə qədər din əleyhdarı yazar olubsa, onların hamısının hədəfi əlitəsbehli mollalar olub, guya islam dininin özü olmayıb. Başqa sözlə, sən demə, Axundovlar, Zərdabilər və başqaları gizlincə oruc tutar, namaz qılarmışlar, hətta deyəsən, həccə getmək arzuları da varmış. Guya onların məqsədi islamı düzəltmək imiş, belə lap açıq desək, Azərbaycan maarifçiləri islam islahatçıları imişlər. Eyni təfəkkür tərzi ilə biz Babək Xürrəmdinə yanaşmada da rastlaşırıq. Deyilir ki, Babək ərəblərə qarşı müharibə .rırmış, islama qarşı yox. Məqsəd aydındır və eynidir: dini qorumaq. Herisçi Camalın geydiyi anti-mollaçı din islahatçısı donunu Axundova da geyindirmək cəhdi ilə həmin mövqeni tutmuş və özünü yandırmışdır. Herisçinin təqdimatındakı Camal bizim üçün ona görə qəbuledilməzdir ki, o, Axundovun varisi yox, Axundovla islamın sintezidir. Herisçinin dediyindən belə çıxır ki, guya islamın evini yıxan klerikal sinfi imiş. Guya islamın adını batıran yazıq mollalar imiş. Əvvəla, bu, tamamilə yanlış iddiadır. İslamın evinin yıxılma səbəblərini öyrənmək üçün ərəblərin islamdan əvvəlki kulturalarını, Quranı, islam tarixini, islam fəlsəfəsini, ideoloji islamı öyrənməkdən başlamaq lazımdır. Herisçi yazır ki, Qurana əsasən islamda klerikal sinif yoxdur. Əvvəla, islam dinində Quranın indi hansı rolunun qaldığını heç kim bilmir. Belə tutuşdurmaya qalsa, Quranda olub, islamda olmayan və islamda olub, Quranda olmayan o qədər şey sadalamaq olar ki. İkincisi, başa düşmək olmur, məqsəd islamı xilas etməkdir, yoxsa bizi? Bu Camal əgər islamı xilas etmək istəyirsə (bu adda bir kitab da yazıbsa və Rusiyada özü üçün İslamın Renessansı Partiyası da qurubsa) və bunun da yolunu dində klerikal sinfi aradan qaldırmaqda görürsə, onda bu problematikanın ümumiyyətlə bizə nə dəxli var? Bu missiyanın Axundov irsinə nə dəxli ola bilər? Biz ki, dinin dərdinə çarə yox, dinin bizə yoluxdurduğu dərdlərin çarəsini axtarırıq. Bizə nə Camalın dərdindən? Herisçinin Axundovu əsasını hansısa erməni əsilli adamın qoyduğu masonluğa calamaq kimi cəhdi, indi hətta tələbələrimizdən də tez-tez eşitdiyimiz “hər bir islam tənqidinin arxasında bir yəhudi barmağı var” nəqaratının cırıltılı səslə katafaziyasıdır. İslamı tənqid edənlərin farmazon (frank mason) adlandırılması təzə söhbət deyil. Sovet analiz üsulunun bir cəhəti də ondan ibarət idi ki, münasibət bildirən tərəf əvvəlcə predmetin ideoloji mənşəyini müəyyən etməyə çalışırdı. Sovetdən qalma bu təhlil üsulu Azərbaycanda indi də çox yayğındır. Buna elmi ədəbiyyatda “ad hominem” (“şəxsə görə”) analiz də deyilir. Yəni fikir müəllifinin fikrinin məzmununu və dəyərini, bu fikrin müəllifinin şəxsiyyətinə görə müəyyən etmək. Siyasi mübarizədə şəxsi kompramatlardan istifadə edilməsi də bu üsulun siyasətdəki davamıdır. GÜNAH YALNIZ ŞİƏDƏDİR? Gəncalp öz dəyərli mətnini Herisçinin daha çox mehdiçilik tezisinin tənqidi üzərində qurduğu üçün yalnız şiəliyi döymüşdür. Amma təəccüb doğuran budur ki, o, şiəliyi tənqid edərkən, Qurana və hədislərə də istinad etmişdir. Onda buradan Herisçinin mətnindən çıxan nəticəyə oxşar bir nəticə çıxa bilər ki, sanki din yaxşıdır, problem başqa yerdədir, daha doğrusu, dinin şiə təfsirində. yazını tam şəkildə oxuyun onu da qeyd edim ki, bundan önceki yazı da "ALma" qezetinde derc olunmuşdu...
  5. Həmrəyliyimiz mübarək olsun! Gənclərin idealist və xəyalpərvər olması çox gözəldir. Gənc elə məhz belə də olmalıdır. Inamlı, ümidli, mübariz, gələcəyə istiqamətlənən xəyallar, azadlığa meyl, stereotiplərdən yaxa qurtarma cəhdi, temperamentli olmaq yaşasından asılı olmayaraq gənc ruhunun göstəricisidir. 2007-ci il başlayanda hər bir gəncin özünəməxsus istəklərini, xeyallarıni gerçəkləşdirəcəyinə ümidləri vardı. Verilən vədlər, elan olunan imkanlar bizləri daha da həvəsləndirdi. Çox təəssüf ki, bütün vədlərin və “yaradılmış imkanların” imitasiya olduğu üzə çıxdı və gəncliyimiz depressiya və pessimizmə qapılması üçün zəmin yarandı. Növbəti 2008-ci ildə ümidlərin puç olmamasını, ruhumuzun bizə verdiyi imkanlardan maksimum yararlanmaq həvəsindəyiksə bizi ayıran deyil, birləşdirən nöqtələrimizi axtarmalıyıq. Əgər kimlərsə öz merkantilist maraqları üçün bizləri qarşı-qarşıya qoymağa cəhd edirsə, onun qarşısını birlikdə almalıyıq. Əks təqdirdə ötən illərdə olduğu kimi, 2008-ci ildə də biz Azərbaycan gəncliyi olaraq vətənimizin gələcəyi ilə bağlı qərarlardan uzaq qalacağıq. Bizim öz həmrəylimizi və gücümüzü siliv metodlarla ortaya qoymağımız şərdir. Domokratik sistem və azadlıq bizlərə müstəqil seçim haqqı verir. Əgər biz demokratik və azad cəmiyyət qursaq, kimlərsə bizləri öz oyunlarında alət edə bilməz. Hansısa güclər biz gəncləri yaltaq olmağa təhrik etməz, öz gündəlik maraqlarını böyük arzularımızın məhvi ilə üzərində qurmaz. 2008-ci il Azərbaycan gəncini birləşdirən dəyər - Azadlıq və Həmrəylik! Biz – Dalğa Gənclər Hərəkatı 2008-ci ili “Azadlıq və Həmrəylik İli” elan edirik. Öz ilimiz mübarək, Azərbaycan gənci! Hörmətlə, Dalğa Gənclər Hərəkatı İdarə Heyəti Bakı, 31.12.2007
  6. EL

    TurkÇe Yayina Yasak

    Qarışqa, yorursunuz meni... Rica edirem, yazdıqlarım arasında mentiqi analogiyanı tutun... Bunu da men yazmayım da... Anlayanlara hörmetle,
  7. məni yandıran da elə budur da! deyir, ya rüşvət al, göz yum, kiminsə hüququ tapdalanır baxma, ya da sənin gününü qara edəcəm. Günümüzün azərbaycanlıları, zəmanə adamlarımız da susur... Vahabzadələr də məddah şeirləri ilə Əlifba kitablarını süsləyir...
  8. Dostlar! Men Dalgachiyam! Amma, menim neyise beyenmemeyim! Neise istememeyim bu o demek deyil ki, bunu siz Dalganin adina yazmalisiniz! Evvela bu qeder obyektivsinizse, siz "dayin yashindaki adama qarshi munasibet" teoriyanizla o obyektivliyinizi itirmish olursunuz. Ikincisi, siz bir sheyi duyub, gorub bashqa sheyleri de ona qoshmayin! VE BIR DAHA TEKRAR EDIREM , AGA DEYIR SUR DEREYE SUR DEREYE'ni MEN BEYENMIREM! ve Bununla bagli mini sorgunu size teqdim edirem, ey menim gorkemli, yashli, qoca, dayimla bir yashda olan, agsaqqal hemvetenlerim! "Ağa deyir sür dərəyə, sür dərəyə"… Azərbaycanın məşhur, amma alt qatında qorxaqlıq, mütilik, yazıqlıq, əclaflıq yatan atalar sözlərinin insanlarımızın həyatına necə yansıdığını öyrənməyə davam edirik. Bu dəfə "ağa deyir sür dərəyə, sür dərəyə" atalar sözünü seçmişik. Cəmiyyətin tanınmış sifətlərinin bu atalar sözünə münasibəti necədir? Elə olubmu ki, iradələrinin əleyhinə hərəkət etmək məcburiyyətində qalsınlar və buna "ağa deyir sür dərəyə, sür dərəyə" prinsipi ilə haqq qazandırsınlar? "Bu atalar sözü insanın qürurunu sındırmağa hesablanıb" Məşhur yazıçı, deputat Əkrəm Əylisli deyir ki, folklor nümunələri, xüsusən də, atalar sözləri xalqın xarakterinin göstəricisidir: "Onların arasında insanın daxili aləmini, mənliyini ayaq altına atan kifayət qədər örnəklər var. Sizin dediyiniz məzmunda atalar sözləri leksikonumuza daxil olsa belə, onları qanun kimi qəbul etməməliyik. Hər bir məsələyə fərdlərin ayrı-ayrılıqda münasibəti fonunda yanaşmaq lazımdı. "Ağa deyir sür dərəyə, sür dərəyə" məsəlinə etiraz edən şəxsiyyət, etməyən isə kütlədir. Oxşar məsəllər bütün xalqlarda olsa da, inqilabi ruhu boğmağa, daxili mənliyi aşağılamağa yönəlik məsəllər daha çox Şərq xalqlarına məxsusdur. Avropa xalqlarında "ağa deyir sür dərəyə" kimi məsəllərə rast gəlməzsiniz". Əkrəm bəy heç vaxt bu atalar sözünə uyğun hərəkət etmədiyini deyir: "Mənim əsərlərimin qəhrəmanları cəmiyyətə etiraz edən insanlardı. Belə obrazları yaradan adam ağanın sözü ilə oturub-dura bilməz". "Bu atalar sözü kütlə təfəkkürünün məhsuludur" Müsavat Partiyası mətbuat xidmətinin rəhbəri Mehman Cavadoğlu hesab edir ki, azərbaycanlıların əksər atalar misalları müəyyən şəraitə uyğun olaraq söylənib: "Mən partiya işində çalışıram. Bəzən partiya daxilində narazılıqla qarşıladığım hansısa işi görmək tapşırığı alıram. Amma qətiyyən "ağa deyir sür dərəyə, sür dərəyə" məsəlini xatırlayıb hərəkət etməmişəm. Partiyada verilən qərarlar kollegial şəkildə qəbul olunur və hər bir partiya üzvü narazı qaldığı məqamlarda partiyanın tutduğu xətti əsas götürməli, verilən tapşırığı yerinə yetirməlidir. Mən də narazı qaldığım məqamlarda yalnız bu aspektə əsaslanıb, fəaliyyət göstərmişəm. Bu cür atalar sözləri kütlə təfəkkürünün məhsuludur. Xalqı itaətə, köləliyə məcbur edir". "Belə sözü ancaq biqeyrət atalar deyə bilərdi" Tanınmış televiziya mütəxəssisi Zeynal Məmmədlinin atalar məsəllərimizə münasibəti birmənalı deyil: "Rejissor Vaqif İbrahimoğlunun yaxşı bir sözü var. Deyir ki, "var qeyrətli atalar, var biqeyrət atalar". Bu tip atalar məsəllərini yəqin ki, biqeyrət atalar deyib". Zeynal müəllim şəxsi və iş həyatında heç vaxt bu və buna oxşar atalar sözlərinə uyğun hərəkət etməyib: "Allaha çox şükür edirəm ki, hələ belə seçim qarşısında qalmamışam. Yəqin ki, bu mənim işlədiyim sahə ilə bağlıdır. Hərdən fikirləşirəm ki, başqa sahədə işləsəydim, nə edərdim". "Bu atalar sözü bizim xalqın itaətkarlığından irəli gəlir" Köşə yazarı Seymur Baycanı azərbaycanlıların məhz bu tip atalar məsəllərini daha tez-tez işlətməsi təəccübləndirir: "Atalar məsəllərimizi saf-çürük edəndə xeyli dəyərli kəlamlara da rast gəlmək olar. Ancaq nədənsə, bizim yaddaşımızda həmişə belə məsəllər qalır. Yəqin ki, bu, bizim xalqın əsarətə, itaətkarlığa aludəçiliyindən irəli gəlir. Konkret olaraq özümə gəldikdə, heç vaxt "ağa deyir sür dərəyə, sür dərəyə" prinsipi ilə hərəkət etməmişəm. Ola bilsin ki, bu sözlərim bir çoxlarına qeyri-səmimi görünəcək. Ancaq tam səmimi deyirəm, iradəmin əleyhinə bir yazı da yazmamışam. Hansısa qəzetdə məndən nəyisə yazmamağı tələb edəndə, ordan uzaqlaşmağa qərar vermişəm". "Belə məsəlləri əqidəsini satan atalar yaradıb" Tanınmış müğənni Akif İslamzadənin fikrincə, bu cür atalar sözlərinin yaradıcıları məddahlar, rüşvətxorlar, qorxaqlar, əqidəsinə xəyanət edənlər olub: "Belə insanlar indi də var. Ailələr eyni olmadığı kimi, atalar da eyni deyil. Aramızda xoşqeyrətlərimiz də olub, indi də var. Belə məsəlləri yaradanlar 200 illik müstəmləkə rejiminə, baş alıb gedən yaltaqlığa, rüşvətxorluğa haqq qazandıranlardı. İndiyə qədər məsləkimin əleyhinə iş görməmişəm. Düzdür, kiminsə xətrinə mahnı oxumuşam. Amma bu məqamda da mahnının səviyyəsini əsas götürmüşəm. Kimisə tərifləmək xətrinə yazılmış, kolxozdan, traktordan bəhs edən mahnıları oxumağı mənə təklif etməyiblər, çünki biliblər ki, oxumayacam".
  9. 28 dekabr bizim Milli Məclis daha bir qərar qəbul etmək istəyir. TƏHSIL QANUNUNUN qəbulu! Bununla bağlı Azərbaycanda fəaliyyət göstərən bir çox gənclər təşkilatları 27 dekabr tarixide saat 14:00 da RIA-NOVOSTI agentliyinin kofrans zalında toplaşacaq! Milli Məclisə müraciət qəbul olunacaq! Gəlin susmayaq! onsuz da dayi başımızda turp əkirlər! El, Lucida Sans Unicode şrifti yaddan çıxdı?!
  10. Ağa deyir sür dərəyə, sür dərəyə misalının dərin qatını mənə izah etməsi üçün, özündən başqa hər bir kəsə hörmət qoyan Qarışqaya söz vermək istərdim...
  11. Get up, stand up: stand up for your rights! Get up, stand up: dont give up the fight!
  12. Brendi - eshe ne proboval)) ded moroz ili santa claus ?
  13. İnanılmaz! Ezizim Dedushka35! O mövzuların davamını burada yazmaq kimi bir fikrim yoxdur, amma, inanın mene bu cür konservat, qocaqafalı düşüncelerle siz çox olsa YAPçı olarsınız... Sizin Ağa deyir sür dereye, sür dereye misalı idealdır! size RÜŞVET VER, RÜŞVET AL deyirler, beyenirsiniz. Nİye ? Çünki bu sizin xisletinizdedir, ezizim! Men çox teessüf edirem ki, sizler bu qeder özünq.lı, tenqidden uzaqsınız... Bax bu konservatlıq, bu tip atalar sözleri Azerbaycanı YAPokratların elinde saxlayıb... Uğurlar!
  14. EL

    Zamin Hacı

    Dostlar, özümü saxlaya bilmədim, bu yazını da sizlərlə bölüşmək istdəim. Rica edirəm, baxıb keçməyin... Mən sizin dəyərli vaxtınız öz avara yazılarımla alsam da, inanın, bunun bilərəkdən eləmirəm... Hər kəsə sevgilərlə, EYNULLA ZİNDANDA PUL QAZANIR Yaxud Abutalıb Səmədov bir işçini neçə dəfə işdən çıxarda bilər Zamin HACI Araya bayram girdi, bir neçə mövzu diqqətimizdən qıraqda qaldı. Halbuki, çox ciddi məsələlərdi, üzərində işləməsək, başımızın içində keçib gedər 2008-ə, qanqaraçılıq olar. Necə ki, harınlamış italyanlarda belə adət var, Yeni il axşamı köhnə-kürüş əşyaları, mebelləri pəncərədən tolazlayırmışlar. Birinci mövzumuz aiddir Abutalıb Səmədov cənablarına. Tanıyanlar bilir ki, bu zat çox müdrik şəxsiyyətdir, elə həmin səbəbdən daima prezident seçkilərində namizədliyini irəli sürməklə məşğul olmuşdur. Ümumiyyətlə, burada haşiyə çıxaraq qeyd etməyi özümün vətəndaşlıq borcum sayıram ki, Azərbaycanın siyasət aləmində, xüsusən də onun prezidentliyə namizəd bölümündə özəl koloriti ilə seçilən üç şəxsiyyət həmişə zəhmətkeşlərimizin könlünü xoş etmişdir. Bunlar ibarətdir Xanhüseyn Kazımlıdan, Fəzail Ağamalıdan və mövzumuzun qəhrəmanı Abutalıb Səmədovdan. (Doğrusu, onlardan cənab Ağamalının namizədliyi dəqiq yadıma gəlmir, ancaq hər halda bu gözəl insan “bax, indi iqtidar namizədini dəstəkləyirəm, istəsəm, özümü də qabağa verərdim” söyləyərək siyasət aləmimizdə dalğalanmalar yaratmış, iqtidarın canına vicvicə salmışdır). Səmədovla Kazımlı isə mayanı batırmaqla məşğul olubdur. Görürdün, iqtidar əziyyət çəkib bunlara namizədliyi qeydə aldırmaq üçün 50 min dənə imza yığıb verirdi, ancaq seçki qurtaranda hərəsinin adama 2-3 min dənə səs aldığı ortaya çıxırdı. Bir el məsəlimizdəki kimi, yumurtlamırsan, cəhənnəmə yumurtla, bəs falı neylədin? (Bu yerdə müəllif qonşu toyxanadan gələn “Qardaş, bu ceyranı hardan almısan” mahnısının səsinə qulaq kəsilir). Hə, Səmədov müəllim... Ötənlərdə iqtidar Səmədovun müdrikliyini lazımınca qiymətləndirmək qərarına gəldi və götürüb cənabı Müəllif Hüquqları Agentliyi adında zırpı bir təşkilata müdir qoydular. Düzü, bilmirəm Abutalıb bəy orada nə işlə məşğuldur və külli, cəmaətimiz kimi, mən də “müəllif hüququ” deyəndə milli manıslarımızın oxuduğu diringiləri kimin bəstələdiyi, kimin çırpışdırdığı məsələlərini başa düşmüşəm. Nəhayət, bu il idarədən bir səs çıxdı: Abutalıb bəy idarənin hüquq şöbəsinin müdiri X.Həsənli adlı cənabı işdən qovdu. Ancaq X.Həsənli dinc durmadı, məhkəməyə verib, ötən həftə öz işinə bərpa olundu. İlahi, indi mən düşünürəm ki, ulu xalqımız böyük bəladan hifz edilibdir. Yəni nə yaxşı vaxtilə biz çaşıb Səmədovu prezident qoymamışıq. Təsəvvür elə, bu prezident olsa Əli İnsanovu işdən çıxardardı, İnsanov məhkəməyə verib təzədən səhiyyə naziri olardı. Rus demişkən, təmiz bardak! Gərək prezident olan kəs adamı işdən çıxartmağı bacarsın. Birinci şərt budur. İkincisi, keçən həftə MTN-in təcridxanasında saxlanan dəyərli dostumuz Eynulla Fətullayevə məhkəmədən icra vərəqəsi gəlibdir. Tələb olunur ki, Eynulla bəy hansısa Çaladzeyə 15 min manat pul cəriməsi ödəsin və qəzetdə hansısa yazısını təkzib eləsin. Guya Fətullayev MTN-in zindanında maaş alır. Guya orada Eldar Mahmudovla əlbir olub “Gündəlik MTN” qəzeti buraxır. Bəlkə biz bilmirik, gerçəkdən orda qəzet çıxır? Yoxsa Eldar bəy vaxtilə “Gündəlik Azərbaycan”ın kompyuterlərini nədən müsadirə etmişdi? Ey vəfasız dünya! Mən Fətullayevdən bunu gözləməzdim... Qardaşım, orada qəzet buraxırsan, bizə, yəni Şahvələd Çobanoğluna, Samir Sarıya, Üzeyir Cəfərliyə və başqalarına niyə demirsən? Biz də gəlib bir məqalənin qulpundan yapışardıq. Di get, mən də acığa sənin adını Abutalıb Səmədovun mövzusuyla yanaşı yazdım...
  15. EL

    Zamin Hacı

    LİVİYANI TƏBRİK EDİRƏM Tarix önümüzə bəzən Tolik şəklində çıxır Zamin HACI Dünən köhnə dostlardan biri məni “ikiqat bayram münasibətiylə” təbrik etmişdir. Dekabrın 24-ü həm “Azadlıq” qəzetinin, həm də prezident İlham Əliyevin doğum günüdür. Bu münasibətlə mən nə yaza bilərəm? Yəqin ki, sədaqətli oxucular bir-iki kəlmə intizarındadır. Ancaq bu mübarək gün haqda yazmağımıza mane olan ciddi səbəblər var. Birincisi, “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid həbsdədir. Ölkəmizdə isə hələ xeyli boş zindan kamerası ağzını açıb həsrətlə gözləyir. İkincisi, dövlət başçısı ölkədə jurnalistlərin həbsdə olduğunu (həm zindandakıların, həm “bayırdakıların”) nəzərə alaraq özü doğum günü münasibətiylə geniş məqalə yazmışdır. “Mənim universitetlərim” adlı, Maksim Qorki stilində həmin yazı “Azərbaycan” dövlət qəzetəsində hələ 23 dekabrda çap olunubdur. Sözümün canı odur ki, nə yazmaq mümkündürsə, artıq hamısı yazılıbdır. Ona görə də mən dekabrın 24-dəki başqa bir bayram - Liviya Cümhuriyyətinin Müstəqillik Günü Münasibətiylə dost və qardaş Liviya xalqını, onun çadırda yaşayan ümummilli lideri Muammar Qəddafi yoldaşı təbrik edirəm. Arzu edirəm ki, Qəddafini çadırından qovub, “Azadlıq” qəzetinin gününə salmasınlar. (Sən işə bax, dünən bizim ölkədə sonuncu çadır şəhərciyinin sökülməsi də fakt olaraq tarixə düşdü). Yeri gəlmişkən, məncə, bizim müxalifət liderləri İlham Əliyevdən örnək götürsələr yaxşı olar. O, dekabr ayında azı iki böyük məqalə ilə dövlət qəzetlərində çıxış edibdir, müxalifət liderləri isə ancaq müsahibə verməklə işlərini bitmiş sayırlar. Qoy onlar da tənbəlliyin daşını atsınlar, keçmiş-gələcək haqda yazı-pozu qaralasınlar. Maşallah, vaxtları da dövlət başçısına nisbətdə çoxdur. Nə bölgələrə görüşə gedə bilirlər, nə Bakıda qonaq qəbul eləməkdən yorulublar, nə də neft pullarını sayırlar. Zəhmət çəkin, məqalə yazın. Əks halda partiyalara yeni üzvlər cəlb etmək çətin olacaq. Məsələn, ötən ay müğənni Xatirə YAP-a girdi. Bu münasibətlə təntənəli qəbul törəni də oldu, partiyanın icra katibi Əli Əhmədov üzvlük vəsiqəsini Xatirə xanıma şəxsən təqdim elədi. Hərçənd, buna pis baxan tapılıb. Tolik adında bir prodüser var, deyir ki, Xatirə özünü reklam eləyir, mən ona qalsa 2004-dən YAP-çıyam: “Mən, Əliyev Tarix Tahir oğlu 2004-ün dekabrında YAP-a üzvlük üçün müraciət etmişəm, elə dekabrda da YAP-ın partiya biletini almışam”. Hətta adam YAP-ın xətti ilə, diaspor naziri Nazim İbrahimov və İlhamə Quliyeva ilə xarici səfərdə də olub. Bu Tolik əslində çox kişi adamdır. YAP belə şəsxlərlə qürur duymalıdır. Üstəlik, adamın adı, soyadı əsl YAP üslubundadır: Əliyev Tarix! Bizim tariximiz hazırda elə Tolik gününə düşübdür. O cümlədən, Azərbaycanı xaricdə Tolik, Nazim İbrahimov və İlhamə triosunun təmsil eləməyi, tanıtmağı qürurvericidir. Eşq olsun sizlərə! Gərək Əli Əhmədov Tolikə də partiya biletini televizorda təqdim edəydi. Məşhur adamdır, Rəqsanənin, Röyanın, Aygün Kazımovanın prodüseri olubdur. Dövri mətbuatda, telekanalizasiyalarda Tolikin haqqında tez-tez ən müxtəlif xəbərlər yayılır, xalqımızın geniş marağına səbəb olur. Açığı, dünən ən xoşuma gələn cümlə Tolikin - saytına verdiyi həmin açıqlamanın sonunda idi: “Xatirə YAP-a niyə indi üzv olur, buna qədər harda idi?” Gerçəkdən, Xatirə xanım, harda idin? Müsavat qəzetinin 25 dekabr sayından...
  16. EL

    2007 - Gencler Ili

    2007 Gencler ili elan olunmuşdu? Eziz GENCLER, Sizce, nece keçdi ? Heqiqeten de 2007-e Gencler İli demek olarmı?
  17. EL

    TurkÇe Yayina Yasak

    haşiyəyə çıxaraq "Biqeyrət ataların biqeyrət sözləri" mövzuma qayıtmaq istəyirəm. Dostlar, mövzunun adının nəyə görə elə olduğu, məncə, anlaşıqlı idi. Mən heç də "AĞA DEYİR SÜR DƏRƏYƏ, SÜR DƏRƏYƏ" - DOLAYISIYLA, QUL OL, AĞANIN SÖZÜNDƏN ÇIXMA, ÜZÜNƏ DƏ SÖYSƏ deyən bir ATAya rəğbət bəsləmərəm! Mən insana qul olmasını məsləhət görən hər bir şəxsə nifrət edirəm, kimliyindən asılı olmayaraq!!! Mən azadlıq aşiqiyəm!
  18. EL

    TurkÇe Yayina Yasak

    Men sizinle tamamile razıyam! İntibah dövrününün ədəbiyyatı Türkiyə türkcəsinə çox yaxın idi. Amma, eyni deyildi. Emmanuel Kantı oxumuş olarsınız. Alman dilinin banisi də saymaq olar o insanı. Emmanuel Kant Fridrixin "Alman dili o qədər iyrəncdir ki, mən o dildə fəlsəfə və ya ciddi ədəbiyyatın olmasına inanmıram" sözündən sonra öz əsərlərini Almanca yazmağa başladı. O, özünün "Təmiz düşüncənin (fikrin) tənqidi" ("kritika chistogo razuma - təəssüf ki, mən bu əsəri rus dilində tapıb, oxuya bilmişəm) fikrində özü Alman dilini olduqca tənqid edir və Alman dilinin belə problemlə üzləşməsini dilin özünəq.lı olmasında görür. Kant təklif edir ki, dili inkişaf etdirmək üçün onun başqa dillərlə sintezinə şərait yaradılsın. Yaxın olmayan dillərlə. Özü bilərəkdən latın, fransız dillərindən sözlər daxil edir əsərlərinə. O sözləri ki, onların Almancası da var, amma, latıncası daha anlaşıqlı idi. VƏ nəticə günümüzün Alman dilidir ki, o dildə sonralar Nitşe, Şopenhauer kimiləri yazdılar... Nitşe özünün Almanca qələmə aldığı əsərləri ilə bütün avropanı sirkələdi. Frans Kafka günü bu gün də dünyanın gəlmiş keçmiş ən DOLU, zəngin cümlə qurucusudur. Onun polşalı sevgilisinə yazdığı məktublar üslubu ilə inanılmaz dərəcədə fərqli və əvəzolunmazdır. Digər tərəfdən isə Azərbaycanda rusca təhsil almış ZƏRDABİ "Əkinçi" qəzetini nəşr etməyə başladı. Rus təhsili almasına baxmayaraq, rus dilli olmasına baxmayaraq, günu bu gün də "Əkinçi" qəzetində dərc olunan məqalələr öz oxunaqlığı ilə olduqca seçilir. Baxın, "sən kimsən?" sualına, "Mən müsəlmanam" cavabı verən Azərbaycan cəmiyyətini Zərdabi öz qələmi ilə Azərbaycan Xalq Cumhuriyyəti qurmağa məcbur edir. Bolşeviklərin Rusiyası qurulur, 41-45 və Rəsulzadə Almaniyada əsir düşmüş Azərilərlə görüşür. Xatirələrində yazır: "Bu gün Azərbaycan bizim qoyub çıxdığımız Azərbaycandan çox fərqlidir. Hər kəsin ən azı orta təhsili var. Onlar yanlarında heç bir ədəbi məcmu olmadan, burada "Azərbaycan" qəzeti nəşr edirlər, öz yaddaşlarından böyük ustadların şeirlərini qəzetə köçürdürlər (cümlələri olduğu kimi yazmaya bilərəm). Əziz flora, mən bu fikrimlə sizə cavab vermirəm, yəni sizin fikrinizə paralel fikirdir. Məni doğru anlayın, rica edirəm. Cavab vermirəm o demək deyil ki, cavab veriləcək yazı deyil. Sadəcə, sizin dediklərinizə qüvvət verirəm, necə deyərlər. İndi ardıcıllıq. Zərdabinin dövründə Azərbaycan İran və Rusiya arasındakı mübarizədən Rusiyaya doğru "çıxmış", Zərdabi Rusiya təhsili almış (bu Rusiya təbliğatı deyil, rica edirəm, doğru anlayın məni), onunla birlikdə maarifçilik hərəkatına başlamış şəxslərin əməyinin nəticəsi Xalq Cumhuriyyəti... və Xalq Cumhuriyyətinin banisi Rəsulzadənin bolşeviklər istilasında olan Azərbaycan vətəndaşlarını ƏSİRLİKDƏ görürdükdən sonra yenidən doğan ümidləri... Bu gün? İnanın mənə, Rəsulzadə kimilərimiz var... Çoxdur! Hikmət Hacızadəmiz, Erkin Qədirlimiz, Niyazi Mehdimiz, Toğrul Cuvarlımız və s. Ziyalılarımız var! Yapokratların dediyinə inansaq, inkişafımız var! Bəs niyə cəmiyyət çürükdü? Nəyə görə biz "Azərbaycanda Türkiyə türkcəsindəmi, rus dilində yayım olsun və s." şəklində müzakirələr .rırıq? Məntiqlə axı biz bu gün daha böyük ideallar dalınca qaçmalı idik? Əzizim, səbəb Azərbaycan dilinin kasıb olmasındadır. Mən Azərbaycanda bu gün rusca, ingiliscə, türkcə və s. daha zəngin dildə ədəbi nəşri, keyfiyyətli yayımları olan telekanal və ya nəşriyyatın istehsalının yayılmasının tərəfdarıyam. Bu gün maarifçilik hərəkatı yenidən başlamalıdı. Biz 20-ci əsrin əvvəllərinə doğru İRƏLİLƏMƏLİYİK! Bilmirəm, fikirlərimi nə dərəcədə doğru ifadə edə bildim. Amma, ümumi konktekst odur ki, biz BİZİ BİRLƏŞDİRƏN DƏYƏRLƏRİ AXTARMALIYIQ! ƏTRAFINDA BİRLƏŞMƏLİ OLDUĞUMUZ DƏYƏRLƏRİ FORMALAŞDIRMAQLIYIQ! PS. Üzeyir bəy Hacıbəyov öz xatirələrində yazırdı: "İçimizdə olan müxtəlif əməllər, fəna rəftərlar, axırımıza çıxacaq qədər bizi bezar edən pis-pis hərəkətlər - hamısı sələflərimizin adətləri imiş"
  19. EL

    TurkÇe Yayina Yasak

    Dəyərli flora xanım! rica edirəm, bir baxın, Azərbaycan dili uğrunda danışanlar kimlərdir ? mənim kiməsə nəisə öyrətmək, həm də özümün də kimlərdənsə öyrəndiyimi öyrətmək kimi bir fikrim yoxdur. Mən sadəcə bu haqda danışa bilərəm. Mən rus dili bilirəm, amma, rusdilli deyiləm. Türkiyə Cumhuriyyətinin (bu sözü sevirəm. çox xarizmatik səslənir) rəsmi dövlət dili Türkiyə Türkcəsidir. Azərbaycan Respublikasının rəsmi dövlət dili isə Azərbaycan dilidir. Bəli! Mən bu siyasətlə razı deyiləm. Azərbaycan Xalq Cumhuriyyətinin (18-ci il) və sonrakı Azərbaycan Respublikasının (91-ci il, Xalq Cumhuriyyətinin qurduğu) dövlət dili Türk dili idi və bu belə də qalmalı idi. əgər Azərbaycanda azlıqlar yaşayırlarsa belə, onlar bununla razılaşmalıdırlar, niyə ki, demokratiya çoxluğun hakimiyyəti deməkdir. Amma, Azərbaycanda heç kim azlıqları fərqli dildə - Türkiyə Türkcəsində danışmağa məcbur etmir, edə də bilməz. Çünki, onların uzun illərdən bəri məskunlaşdığı, sərhədləri çərçivəsində yerləşdiyi DÖVLƏTİN DİLİ Azərbaycan (Azərbaycan Türkcəsi) dilidir. Talışlar da, ləzgilər də, yəhudilər də bunu qəbul etməlidir. Bunu qəbul etmək dövlət qanunlarına riayət etmək deməkdir. Bununla heç kim onların mənəviyyatına toxunmur, heç kim onları öz dillərini unutmağa, xırda xalqları böyük toplumda sıxmağa çalışmır. AMMA, yuxarıda da və digər ismarıclarımda da qeyd etdiyim kimi Azərbaycan dili linqvistik tarixinə görə Azərbaycan Türkcəsidir və bu dillə Türkiyə türkcəsi arasında fərqlər var. Mənim əslim Qax rayonunun İlisu kəndindəndir. Flora istifadəçi adlı əzizimiz linqvistikanı və tarixi yaxşı bilən birisi kimi mənimlə razılaşar ki, İlisu Soltanlığı ərazisində məskunlaşmış əhali Türkiyədən köçmə idi və günü bu gün də Azərbaycanda olan ləhcələr, şivələr arasında Türkiyə Türkcəsinə ən yaxın olanıdır (misal: Türkiyə Türkcəsində "Haradan?" "Nerden?", İlisu ləhcəsində isə "Nardan?" kimi səslənir). Mənim hər kəsdən xahişim, Azərbaycanın dövlət dili olan AZƏRBAYCAN TÜRKCƏSİNİ TÜRKİYƏ TÜRKCƏSİ İLƏ qarışdırmamağınızdır, dostlar. Rica edirəm, fikirlərimiz təhrif etməyək. Doğru anlayaq bir-birimizi. Hər kəsə sevgilərlə, Elşən Poladlı
  20. Ezizim, rica edirem, bu ne fikirdir? Men o movzu baglandiqdan sonra ora daxil olmamisham ve mentiqi ardicilliqla da sizin yazinizi gormemishem. Herchend gorse idim buna yeqin ki, bashqa cur tepki vererdim. Mende ulu xalqimiza xas olan qeybetcillik yoxdur. Bunu tam semimiyyetile deyirem. Menim yazilarim ne size, ne de bashqa birisine hesablanmayib. Men size, yalnizca mene yazdiqdan sonra cavab vermishem ve nezere alin ki, ilk siz mene yazmisiniz Eziz x dream! Dost, ANS ve ITV sistemli bir shekilde gun erzinde, her saatda teqriben insanlara "siz vurushmalisiniz, siz doyushun, siz ancaq bunu dushunun" sheklinde mesajlar atirlar. Yaratdiqlari talk-show'lar, muzakirlere, debatlar zamani eybecer siyasi kursun bayagi tebligati, zamaninda mudreklin qarshi chixdigi eybecer adetleri, ifrata varan soy kok axtarishlarini, xirdachiliqlari insanlara teblig edirler. Insanlari nifretle yox, sevgiyle doldurmaq, insanlari ONLARDAN DAHA BOYUK IDEOLOGIYAYA (Cherchilin sozudur - Xalqi, xalqdan boyuk ideologiyaya uygunlashdirmaq lazimdir (ola bilsin sitati tam deye bilmedim, uzrlu hesab edin) oyreshdirmek lazimdir. Dolma bizimdir, ya ermenilerin kimi xirdaliqlara varan xalq mehve mehkumdur. Zerdabi, Axundov oz dovrunde ne teblig edirdi? Yenilikchilik. Onlar Babekden, Korogludan danishirdilar? Yox (en azindan men rast gelmemishem)! Netice? 1890-1918-ci il araliginda AZERBAYCAN XALQ CUMHURIYYETI YARANDI! Bes bu gun? ve sonda bir daha, Qarishqa istifadechi adli dost, men sizden movzunu tam kenara qoyaraqdan rica edirem, bir daha bele fikirler agliniza gelmesin, herchen bu sizin en tebii haqqinizdir. Amma, bu menim uchun olduqca agir ittihamdir. Rica edirem, dostlar, bizi ayiran yox, bizi birleshdiren tereflerimizi gorek. Ferqli fikirlerimize qarshi tolerant olaq, sona qeder cavab alaq. Dushuncemiz kiminse fikri ile ust-uste dushmurse bu haqda sorushaq, aydinliq teleb edek, yazilarimizda semimi olaq. Eks teqdirde dostumuzun dediyi kimi parchalanmaya geleceyik. ve bir daha her kesden xahish edirem HAKIMIYYETIN SIYASI OYUNUNA QAPILIB PARCHALANMA YOLUNU SECHMEYIN! XIRDACHILIGA VARMAYIN! Parchala, hokm sur siyaseti, Azerbaycan tehsilini alt ust etdi. Parchala, hokm sur siyaseti bizi - Azerbaycan gencliyini bugun bu cur BIRLESHMELI OLDUGUMUZ MOVZULARDA QARSHI QARSHIYA QOYDU ! Bir daha her kesden rica edirem, fikirlerimize qarshi tolerant olaq! Hech kimi "придурком" hesab edib, onunla mubahiseden qachmayaq, eger mubarizemiz bir istiqametdedirse!!! Yazilarimi duzgun anlamaniz dileyile Her kese tukenmez sevgilerle, Elshan Poladli
  21. EL

    TurkÇe Yayina Yasak

    flora xanim, chox uzr isteyirem, amma, eger, BIZE XAS BIR AZERBAYCAN DILI VARSA ve TURK BUNA DAHA YAXINDIRSA (SOHBET TURKIYE TURKCESNIDEN GEDIR - bunu Azerbaycan dilinin linqvistik tarixi ile qarishdirmayin, rica edirem. bu qeder ifrat sehve ehtiyac yoxdur!!!) TUrk dili, diger dillerden DAHA TEHLUKELIDIR !!! Fikirlere hormetle, Elshan Poladli
×
×
  • Создать...