Перейти к содержимому
Скоро Конкурс!!! Торопитесь!!! ×

EL

Members
  • Публикации

    165
  • Зарегистрирован

  • Посещение

Все публикации пользователя EL

  1. EL

    TurkÇe Yayina Yasak

    yeri gelmişken sabah saat 12:00-da BMM-de Qedim Azerbaycan Medeniyyetine aid tedbir olacaq. Teqriben "1870-1930-cu illere doğru ireli" kimi bir şey olacaq... PS. tedbiri yapokratlar teşkil etmir
  2. EL

    TurkÇe Yayina Yasak

    sizin ciddi bir şekilde Azerbaycan dili müellimine ehtiyacınız var! İndi neden Azerbaycanı bu qeder türkleşdirmek istediyinizi daha yaxşı anlayıram...
  3. EL

    Zamin Hacı

    Yerli-yerində olan tənqidlərə açıq olmaq diləyinizi dəstəkləyir, mövzudan kənar fikir bildirməyinizi qətiyyən düzgün hesab etmirəm. Nəzarətçiləri müzakirəyə qoymaq yeri deyil bura (!) Xahiş edirəm, nəzərə alasınız.
  4. Əzizim Qarışqa (inanın sizə belə müraciət etmək mənim üçün ağırdır. Səmimi deyirəm. Məni düz anlayın. Adınızı bilmək xoş olardı), Əvvəla, rica edərdim ki, məni səviyyəsiz insanlara bənzətməyəsiniz. Ciddi deyirəm. Bu heç də xoş deyil. Ümumi yazdığınıza gəlincə isə, "toy"un şərhlərdə yerini t. bilmədim. Ən azından mənim yazdıqlarıma veriləcək bir şərh deyildi. Niyə ki, mən Qarabağ məsələnin yuxarı instansiyalarda yox, ictimaiyyət arasında həll edilməsini istəyirəm. Neft isə, heç də ictimaiyyətə aid bir şey deyil. Nifrəti dırnaq arasına salmağınızı isə şəxsi yumor və sevgi hissinizin gücündən qaynaqlandığını düşünürəm. Dəyərlərə və İNSANlara hörmətlə, ELşən Poladlı, Dalğa Gənclər Hərəkatı
  5. x dream, hörmətlər! Hörmətli Dedushka35! Əvvəla, icazə verin, bir daha dönə dönə qeyd edim ki, mən DİALOQ-ların ictimai müzakirəyə çıxarılmasını və ictimaiyyət arasında .rılmasının tərəfdarıyam. Azərbaycan xalqı 7-ci əsrdən bu günə qədər tolerantdır (!) ©. Amma, çox əfsuslar olsun ki, Azərbaycan xalqının əlindən bu tolerantlığı alıb, ona ANS və İTV kimi sarsaqlar vasitəsilə "Döyüş alnınıza yazılıb" fikirlərini i yeridirlər. Bu gün müharibə olacağı təqdirdə Azərbaycanın hansı itkiləri verəcəyi və ümumiyyətlə MÜHARİBƏYƏ Azərbaycanın hansı şəkildə gedəcəyi böyük suallar doğurur və bunların bir çoxuna da şifahi cavablar almaq mümkündür. Əziz Deduşka35, izn verin nəzərinizə çatdırım ki, mən "o uşağın" öz gücünə güvənməsinin tərəfdarı olduğunu qeyd etmək istəmişdim. Amma, təəssüflənirəm ki, siz bunu doğru anlamadınız. Odur ki, icazənizlə bir az daha açıqlama gətirim. Mən hər bir şəraitdə sülh tərəfdarıyam. O iki "uşaq" arasında 15 il əvvəl dava olubsa, və "Uşaq"lardan birisi digərinin qolunu, qıçını sındırıbsa, həmin vaxtı, zərərçəkən tərəf geriyə çəkilib, yalançı və sağlam olmayan, yaltaq, riyakar dialoqlara başlayıbsa və bununla da ona güvənənləri aldadıbsa, bu gün onun müharibəyə girişməsi nə dərəcədə doğru olacaq? AXI o heç sizin dediyiniz kimi idmanla da məşğul deyildi. O yalançıdır! O ona inanları aldadmaqla məşğuldur. İndi siz, ona inananlardan birisi, razısınızmı o uşağın yaşıdı ilə yenidən vuruşmasına ?
  6. EL

    "xan" Bakıya Gəlir?

    Müsavatın yaydığı xəbərə görə Naxçıvanda artıq belə söz söhbətlər gəzir ki, Muxtar Respublikanın Ali Məclisinin sədri Bakıya Mer gəlir. Müsavat onu da yazıb ki, guya onların Naxçıvandakı mənbələrinin qonşuları deyib ki, xan ordan getsə, 3 dənə qurban kəsəcək. Bir də yazılıb, nəzərə alsaq ki, Hacıbaşanın vurulması haqda mətbuat son günlərdə çox "danışır"... Əl qərəz, Allah eləməsin!!! PS. İstərdim ki, bu mövzuda ümumiyyətlə ölkədəki belə şayələri müzakirə edək )) Amma, istinadsız olmasın... Yoxsa, şayə boynumuzda qalacaq
  7. EL

    Zamin Hacı

    Zamin Hacı - Qara sabah Çaylar axıb qurtardılar, Ulduzlarsa hələ axır. Mənim gözlərim kor olsun, Bəs Allah hara baxır?! Çırpılıb şamın oduna Yandı son pərvanə də. İnildədi sümüklərim Çürümüş sərdabədə. Başlandı soyuq küləklər, Ulduzlar ah çəkdilər. Mələklər göyün üzünə Qara sabah çəkdilər. PS. Bəlkə mövzunun adını dəyişib Zamin Hacı qoyaq ? Bura onun köşələrini, şeirlərini yerləşdirək. Ciddi deyirəm. Zamin Hacı-nın tanınmaması, xüsusilə də oxunmaması məni çox üzdü. Bu dəqiqə həqiqətən oxunmalı 3-5 nəfər varsa, birisi Zamindir!
  8. EL

    Zamin Hacı

    mən gülməkdən öldüm, dirildim, dayandım, baxım, bir də oxudum, gözlərimə inanmadım, yatdım, durdum, bir də oxudum, yenə güldüm, yenə öldüm, yenə dirildim və yazmasam bir də ölərəm deyə düşündüm, bunu oxuduqdan sonra mən bu günə qədər inanırdım ki, hakimiyyət Zamini ayağından asacaq, bundan sonra onun çərləyib öləcəyinə daha çox inanıram. PS. bu gün yol pulumu Zamin Hacı verib
  9. Rüşvətsizlik və özü qiymət alanların sayına görə tibb universiteti birinci yox, HEÇ OLMASA, ümumiyyətlə o siyahıya düşsə və hansısa universitet də onun arxasında gəlsə, söz verirəm, həmin gün YAPokrat olacağam!!!
  10. Dalğa GH-dan xeyriyyə aksiyası “Su şəffaflığın başlanğıcıdır!” 22 dekabr 2007-ci il, saat 14:00-dan 14:30-dək Dalğa Gənclər Hərəkatı (Dalğa GH) Bakı şəhəri, Yasamal rayonunda xeyriyyə aksiyası həyata keçirmişdir. Hərəkatçılar BDU-nin yataqxanasında məskunlaşmış məcburi köçkünlərə vedrələrlə su daşımışlar. 7 nömrəli binanın sakinləri neçə illərdi su problemi yaşamaqdadır. Gənclər təxminən 400-500 metr uzaqlıqdan 5 mərtəbəli binanı bütün mərtəbələrinə “Su şəffaflığın başlanğıcıdır!” devizi ilə su daşımışdır. Həmən binanın sakinləri dalğaçılara bu problemi qaldırdıqları üçün minnətdarlıqlarını və problemin həll ediləcəyi anı səbrsizliklə gözlədiklərini bildirmişlər. Aksiya zamanı heç bir insident baş verməmişdir. Qeyd edək ki, yaxın günlərdə bu problemin həll olunması üçün aidiyyatı orqanlara müraciət ediləcək. Biz – Dalğa Gənclər Hərəkatı olaraq, ictimaiyyəti xüsusəndə KİV-i bu məsələyə diqqət ayırmağa çağırırıq.
  11. ...hətta deyərdim ki, ictimai ciddiyət... sizə müharibə lazımdır, Azərbaycana da siz
  12. kaş səmimiyyətinizə inana biləydim, dostlar! Mirzə Sakit hələ sağdır. Ən az Baba Pünhan qədər də kəsərli qəzəlləri var...
  13. EL

    Müasirsiniz Ya Zemane Adamı?

    Düşünürəm ki, Azərbaycan gəncinin bu gün visual olaraq müasir olmasında tək səbəb onun savadsızlığıdır. O görür, amma, qavramır, analız edə bilmir. Nəticədə isə çönür olur zəmanə adamı. Bir də əgər fikir vermisinizsə, Azərbaycanın zəmanə adamı dediyimiz tipləri nə qədər də modern, müasir visual görünüş bağışlasalar da qara olurlar bəli, bəli. Qara, işıqsız, boz, rəngsiz. İnsanın "həvəsi" ölür o gənclərə baxanda...
  14. EL

    Azerbaycan Kinosu

    Yeri gəlmişkən, Azərbaycan istehsalı filmlər içərisində "Yarasa" və "Yaramaz"ı daha çox bəyənirəm
  15. 2 ölkə, 2 ölkənin insanları arasında olan dialoqdan. Mənim bildiyim və inandığım qədəri ilə Azərbaycan bu "söhbətlərdə" "prav"dır. Bəs, əgər belədirsə, biz niyə zəif, şüursuz uşaq kimi haqqımızı tapdalamış yaşıdımızın üstünə atamızı gətirməliyik ? Və ya karateyə, boksa gedib, illərimizi idmanda çürüdüb, sonra onunla əlbəyaxa olmalıyıq ? OLmazmı ki, ciddi bir şəkildə dialoqa gedək və nəticə əldə edək ? Deyə bilərsinizmi, BİZ hansı dialoqu axıra qədər və öz maraqlarımız daxilində .rmışıq? VƏ ya nə vaxt Azərbaycanda DİALOQ-lar ictimai müzakirəyə çıxardılıb? PS. Yaxşı ki də çıxarılmayıb... Odur, müharibə mövzusu neçə illərdir ictimai müzakirədədir... Çayxanalarda, pivəxanalarda və forumlarda pafos dolu çıxışlardan başqa heç nəyə səbəb deyil... Hə... Bir də AZTV-nin xüsusi buraxılışlarında....
  16. EL

    Azad Qadin

    Əziz və dəyərli kosmopolit dost! Bütün sivil və normal ölkələrdə qanunlar və institutlar sizin qeyd etdiyiniz şəkildədir. VƏ ən əsası, və hətta mən deyərdim ki, ən maraqlısı isə odur ki, bu qanunlar (yazılısı da, şifahisi də) tək əhalinin hansısa sosial, iqtisadi və cinsi qrupuna aid deyil. Qanun hamı üçün qanundur. Buna səbəb isə Avropanın Jan-Jacque Rousseau`nu ciddiyə almasıdır. Əgər qanunlar tək bir təbəqənin və ya sinfin maraqlarına xidmət edəcəksə o cəmiyyətdə heç vaxt birlik olmayacaqlar. O cəmiyyətin ideoloqları həmişə yararsız və cəfəng insanlar olacaqlar. Odur ki, ilk növbətə "Əsl qadın necə olmalıdır" , "Bəs əsl kişi necə olmalıdır" şəklindəki mövzuları birləşdirmək, insanı İNSAN kimi, fərd kimi, ən dəyərli varlıq kimi qəbul etmək lazımdır. Ondan sonra isə qanunlar yaratmaq. İnsana dəyər verməyi bacarmayan, yazısına, fikrinə görə, ona ölüm hökmü çıxarmaq iqtidarında olan cəmiyyət, ölüm hökmü çıxardanı yox, yazarı həbs edən qanunlar heç vaxt insanın aliliyini anlaya bilməzlər. VƏ düşünürəm ki, bu gün Azərbaycanın ən ciddi problemi Qarabağ yox, İnsandır! (o biri mövzuda bu haqda uzun-uzadı yazacağam. Bu anons idi )
  17. EL

    Müasirsiniz Ya Zemane Adamı?

    Siz həqiqətən də elə bilirsiniz ki, azərbaycanda zəmanə adamı yenilikçilərdir ? Mən yenilikçiyəm. Müasirəm! Amma, heç, amma, heç zəmanə adamı deyiləm. Olmamışam da! Zəmanə adamı olmaq, yaltaq, riyakər siyasəti bəyənmək, alçaqlıqlarla razılaşmaq deməkdir mənim üçün.
  18. EL

    Tarixini Sen De Bil

    düşmənin düşməni olar, deyiblər...
  19. EL

    * Yeni 2008-ci İl *

    Gənclər ilindən canınızı qurtardığınız üçün hamınızı təbrik edirəm.
×
×
  • Создать...