-
Публикации
165 -
Зарегистрирован
-
Посещение
Все публикации пользователя EL
-
Çoxlarınızın da bildiyi kimi 8 dekabr 2007-ci ildə Ukrayna Meydanında Beynəlxalq İnsan Haqqları günü münasibətilə Mitinq təşkil ediləcəkdir. Mitinq icazəlidir. Hər kəsi 8 dekabrda mitinqə gəlməyə və həmrəy olmağa dəvət edirik ! PS. Mitinqin heç bir siyasi çəkisi yoxdur ! Sadəcə bir insan kimi ozümüzə aid olan bayramı - BEYNƏLXALQ İNSAN HÜQUQLARI GÜNÜNÜ qeyd etməyə dəvət edirik sizi ! mitinq qeyri-ənənəvi olacaq. Ssenaridə ROCK KOnsert, karaokelər vi İctimaiyyətin tanınmış şəxslərinin çıxışları, eləcə də mobil teatr və s. flash-moblar olacaq. Sevgi və Həmrəyliklə, Dalğa Gənclər Hərəkatı
-
Qərarla qismən razıyam. Bəli, Azərbaycan telekanalı Azərbaycan dilində yayımlamalıdır da, bəs səsləndirmə səviyyəsi ? Əgər səsləndirmə səviyyəsi bu qədər absurd olacaqsa və belə də qalacaqsa, mən elə türk dilində yayımlanmasının tərəfdarıyam.
-
Mənim o şəkildə buynuzum görsənirdi ? =) Qaxlıları fərqləndirən nədir ki ? =)
-
Məsələn, qız ağacı qoz ağacı... Ya da ağa deyir sür dərəyə, sür dərəyə...
-
Sizə mövzunu canladırmaqda kömək etdiyiniz üçün olduqca minnətdaram. Tam səmimi deyirəm. Sualınıza gəldikdə isə, Azərbaycanda özünütanıtma və ümumiyyətlə özünütanıma olduqca sürətli gedir. Amma, bütün vaxtlarda olduğu kimi bu günün özündə də xalq özünü tanımır - ONA ÖZÜNÜ TANIDIRLAR. TV-lərdə, Radio-larda olan proqramlar, eləcə də mətbuatda yazılanlar buna misaldır. Xalq özünü o zaman axtarmağa başlayır ki, o ictimai yüklü məsələlərdə aktiv olur, vətəndaş cəmiyyəti quruculuğuna özü nəzarət edir. Bizdə isə hər şey əksinədir. Sifarişli kanallar bayağı "debatlar" yaradaraq insanlar manipulyasiyaya alıblar. Onlar hər mövzunu sifariş əsasında olduqca bayağılaşdırır, nəticədə kütlə təfəkkürü formalaşır və cəmiyyətimizdə fərdlər ictimai maraqlara, icma qanunlara qurban verilir. Bu gün Azərbaycan cəmiyyəti fərdin qədrini bilmir. Azərbaycanda çox absurd və kölətəfəkkürlü kütlə mədəniyyəti formalaşıb ki, bu da intensivliyi və dinamikası ilə gözə girir Onu da qeyd edim ki, bu gün Azərbaycan 1890-ların Azərbaycanına çevrilməkdədir... O zaman da sadə Azərbaycanlı kimsən sualına "müsəlmanam" deyə cavab verirdi, indi də... PS. Dost, bax bu da intensivlikdir. Sadəcə, lap, laaaaaaaaaaaaap yanlış istiqamətdə...
-
Hikmət Hacızadə "Demokratiya: Gediləsi uzun bir yol" Qurban Səid "Əli və Nino" Sabir "Hop-hopnamə" Axundov "Kəmalüddovlə məktubları" (və ümumiyyətlə bütün yaradıcılığı)
-
Bəli. Azərbaycanda özünütanıtma, özünütanıma prosesləri olduqca güclü gedir. Sadəcə, dostlar, ... Ümumiyyətlə siz nə başa düşürsünüz özünütanıtma deyəndə ? Siz özünüzü necə tanıyırsınız ? PS. Hələ tanınmayan Azərbaycanı tanıtmaq gənclər asılıdır. GƏnclərimiz isə hələ özlərini tapmayıblar... O da qalsın, milləti tanıtmaq =(
-
Bəxtiyar bu haqda qruplarda yazıb. Bizim ayaqyalın aksiyamız da buna görə keçirilmişdi.
-
Elxan, mən bundan narahat olduğumu biruzə vermirəm. Bayrağın ideoloji şüarı Əli bəydən gəlib ki, o da "İslam, türkçülük, müasirlik" formasında idi... Amma, gerbdəki Allah yazısı isə... Həqiqətən qəribə yanaşmadır... Qəribə bənzətmədir... Mənim mövqeyim bu olaraq qalır. Digər fikirlərə hörmət və sevgilə, Elşən
-
sizdə özümə qarşı aqressiya yaratdığım üçün üzr istəyirəm, amma, mən sizdən daha dolğun cavab gözləyirdim
-
Elxan, bildiyim qədərilə heç bir mənbədə gerbi düzəldən şəxsin adı yoxdur. Yenə deyirəm, ola bilsin, mən səhv edirəm, amma, rast gəlməmişəm. Yevreyə gəlincə isə, sizin dindar azlıqlar ehtimalınızdan qaynaqlanaraq mən də həmin şəxsin yevrey olduğunu deyirəm. Niyə? Çünki, o dövrdə din olduqca sıxışdırılmışdı və sözçü qüvvə qərbçilər idi... və bir daha təkrar edirəm ki, mən gerbə gerb olduğu üçün hörmət edilməsinin tərəfdarıyam. Allah yazıldığı üçün yox !
-
Dostum, müstəqil müstəqildir ! Bunun tərbiyəsiz və ya əxlaqsız tərəfi yoxdur. Mən qadın müstəqil olmalıdır fikrini sona qədər dəstəkləyirəm !
-
- bu gerb bu da Allah yazısı. Gerbdə 4 dilim var, Allah yazısında 5. və bir də, Elxan, bizim gerbimizi yevrey çəkib. Müsəlman yox =) VƏ əgər siz Allah yazısındakı dilimləri bayraq edərəkdən o alovun Allah anlamını verdiyini düşünürsünüzsə, icazə verin, mən də oradakı masson elementlərini nəzərinizə çatdırım =) Odur ki, dostlar, rica edirəm, GERB qala-qala, orada Allah yazıldığına görə GERB müqəddəsləşdirilməlidir deməyin ! Gerb onsuz da müqəddəsdir ! Orada Allah yazılsa da, yazlmasa !
-
Bir də bir şey qeyd edim. Alov ilə Allahın nə əlaqəsi ? Nəyə görə gerbin üzərinə Alov çəkiblər və onu SIRF ALLAH yazısı formasında yazıblar ?
-
Əzizim, necə düşünürsünüz, "xarici passportun üzərinə skoç yapışdıraq" fikri nə deməkdir ? Rica edirəm, bu kiməsə qeyri-ciddi bir məsələ kimi görsənə bilər. Amma, məncə belə deyil. Zəhmət olmasa, bu haqda düşünək dostlar. PS. mən bəzi şeyləri həqiqətən də yazmaq istəmirəm. Amma, düşünürəm ki, ismarıcımın gedişatından sizlər bunu anlayırsınız
-
Hörmətli Elxan, Elə isə gəlin bir şeydə razılaşaq ki, sizin bu araşdırmanız düzgün nəticə vermədi. Düşünürəm ki, siz məni doğru anladınız. Sevgilərlə,
-
...sonra da adətlərdən danışırsınız... bəs dəstəklədikləriniz hansıdır ? PS. Mən bu minvaldan olan adətləri yalnızca qəbul edirəm...
-
Azərbaycandan danışın da. Burada nə qədər istəsəniz zorakılıq var qadına qarşı ! Azərbaycanda qadın atasının, qonşusunun, qardaşının, məhəllənin, mindiyi avtobusun namusunu ölçmək üçün çəki daşıdır. Burada qadına hündürdən danışmaq, başqan olmaq, yüksək vəzifə tutmaq, AZAD YAŞAMAQ ƏXLAQSIZLIQ kimi qiymətləndirilir. Burada siqarət çəkən qadın , içki içən qadın fahişə münasibəti görür. Burada azad sevgi isətən qadın fahişə münasibəti görür. Burada kişilərə aldatmaq olar, amma, qadınlara əsla (Kİ, mən ümumiyyətlə kiminsə aldadılmasının əleyhinəyəm). Azərbaycanda mentalitet adı altında boş-boş fikirlər var ki, onların qaydalarına görə yuxarıda sadaladığım hadisələrdən ən azı 1-sinin olduğu təqdirdə həmin qadının qanı yaxınına halal olur... Azərbaycanda qadına həqiqətən də ZƏİF insan kimi baxırlar ! Dostlar, seks məsələsinə gəlincə isə, bu haqda sadəcə mariflənmək lazımdır. İnsanın intim həyatına qarışmaqdan daha böyük bir tərbiyəsizlik yoxdur.
-
Elxan, hər şeydə mistika axtarmaq nə qədər məqsədə uyğundur ? MERYEM xanımın, xarici passportların üzərinə skoç yapışdırılmaq təklifini sizin təbliğatınızın nəticəsi qəbul etsəm, yanılmaram ki ? İdealların dağıdılması diləyilə,
-
Əvvəla onu deyim ki, Novruz Bayramını Azərbaycanlılar fikirləşməyiblər =) Bu başqa mövzudur. Odur ki, üstdən keçək... Milli adət-ənənələrimizə gəlinc, mən bir çoxu ilə heç razı deyiləm. Mən müəyyən adətlərin saxlanılıb, yeniləşdirilməyin fərədarıyam. Məsələn, toylarda yengə, qız toyu, oğlan toyu, qohum toyu, qonşu toyu (son ikisini özümdən qoşdum ) anlayışlarının tam əleyhinəyəm. Eləcə də o cehiz, bayramlıq filan. Qeyri-səmimi insanların, bir az da qeyri-səmimi olmasına gətirib çıxardır... Amma, gəlinin boşqab sındırması, aş gətirilmə mənim üçün də maraqlıdır... SADƏCƏ, bunların məcburi olmasının da əleyhinəyəm... Bir də, dostlar, hər kəsdən rica edirəm, gəlin stereotipləri adət ənənən adı ilə qələmə verməyək
-
Bəlkə əsl insan ? Yəni, kiminsə kişi problemi var ? və kiminsə qadın ? Olmaz, əsl insanı axtaraq ? Diogen-ə bir nəzər salmağın əsl vaxtıdır, düşünürəm ki...
-
absurdu hiss edirsinizmi ? Yox ? Əzizim, İrəli ilə Dalğanı bir tutursunuz. Sağlam məntiqə sahib birisi aradakı fərqi görməlidir, ortaya dəlil qoymalıdır. Siz isə Məlikməmməd nağılından danışırsınız, Simurq adlı quşun olduğuna inanırsınız. İNANMALISINIZ DA! Əks təqdirdə belə çıxır ki, siz öz nənənizə, babanıza, ümumiyyətlə sizə Məlikməmməd nağılını danışan şəxslərə də inanmırsınız... Bir də, niyə doğru alınmır təşkilatın adını yazmaq ? USAİD-dən qrant almısınız və layihəni sona qədər də .rmısınız, deyirsiniz ! Hesabatı yerləşdirə bilərsinizmi bura ? BACARARSINIZMI ? Dedushka bəy, bir şeyi diqqətinizə çatıdırım ki, YERLƏŞMƏKDƏ OLDUĞUNUZ RUSİYADA SOROS FONDU HƏR AY GƏNCLƏR TƏŞKİLATLARINA (DEMOKRATİYA TƏRƏFDARI OLAN) 300.000 dollar pul ayırır... QHT Vətəndaş Cəmiyyətinin inkişafına təkan verən ən əsas amillərdəndir. Vətəndaş Cəmiyyətinin nə olduğunu bilirsinizmi ? İnanmıram ! QHT-nin necə formalaşdığını, nizamnaməsinin hansı şəkildə yazıldığını bəs ? QHT kommersiya (profit) təşkilatı deyil. QHT qrant almalı, həmin qrant hesabına, maarifləndirmə, monitorinq və s. işləri həyata keçirməlidir. BİZ HEÇ BİR AKSİYAMIZI QRANT HESABINA ETMİRİK ! Aksiyalar üçün lazımi vəasiti üzvlük haqqıları hesabına formalaşmış büdcəmizdən alırıq ki, bu da elə böyük pul eləmir. Əgər bizim aksiyalarımızdan xəbərdarsınızsa, görəcəksiniz ki, aksiyalarda biz derejavl filan qaldırmırıq... Qınından çıxıb, qınını bəyəynlərsə konservatlardır. Siz konservatsınız ?
