AsSalamun aleykum!
size sualim var:
siz robotsuz?sozunuz tukenende yeniden evvele qayidirsiz?men oxudum bu yazdiglarina bax cavab veribler,niye tekrar edirsenki?cavablari derk etmedin ve istedin yeniden yazilsin?men cavab veren qardashlarin sobsheniyalarinin linklerini vererem eybi yox,sen hemin sobshenyalara cavab ver,link vermeden qabag bashlangicda bu sozleri ki sen yazdin ve Volk niki ile yazan qardash cavab verdi,ona gore o sobsheniyani yerleshdiriremki birde tekrar etmeyesen.
Vəhhabilər dünyasını dəyişmiş şəxsdən dua etməsini diləməyi düzgün hesab etmirlər. Buna sübut kimi و لا تدعوا مع الله احدا «Allahdan başqa heç kəsə ibadət etməyin!»[107] ayəsini göstərirlər. Buna cavab olaraq bildirməliyik ki, «dua» iki müxtəlif mənada – hərfi və terminoloji mənalarda işlənir. Misal üçün, Allah-təala Quranda buyurur:
لَا تَجْعَلُوا دُعَاءَ الرَّسُولِ بَيْنَكُمْ كَدُعَاءِ بَعْضِكُم بَعْضًا
«Peyğəmbəri çağırmağı öz aranızda bir-birinizi çağırmağınızla eyni tutmayın! (Peyğəmbəri özünüz bir-birinizi çağırdığınız kimi çağırmayın!)»[108]
Bu ayədə «dua» sözü çağırmaq, səsləmək mənalarını ifadə edir. Bundan başqa dua hərfi məna etibarı ilə adi danışıqda Allahdan dünya və axirət hacətlərini istəməyə deyilir. İkinci mənada işlənən «dua» bir növ «ibadət» adlanır. Aşağıdakı ayədə də məhz həmin mənanı əks etdirir:
وَقَالَ رَبُّكُمُ ادْعُونِي أَسْتَجِبْ لَكُمْ إِنَّ الَّذِينَ يَسْتَكْبِرُونَ عَنْ عِبَادَتِي سَيَدْخُلُونَ جَهَنَّمَ دَاخِرِينَ
«Rəbbiniz buyurdu: «Mənə dua edin, Mən də sizin dualarınızı qəbul edim! (Məni çağırın, harayınıza yetim, yaxud yalnız Mənə ibadət edin, sizi mükafatlandırım!) Mənə ibadət etməyi təkəbbürlərinə sığışdırmayanlar Cəhənnəmə xar olaraq girəcəklər!»[109]
Yaddan çıxarmaq lazım deyil ki, Allahdan başqasını hər hansı bir şəkildə səsləmək, ehtiyaclarının ödənilməsini istəmək (hansı ki, ərəb dilində bu mənanı ifadə etmək üçün «dua» sözündən istifadə olunur) ibadət deyil və qadağan edilməmişdir. Deməli, kiminsə yanına gələrək sənə kömək etməsini istəmək, ondan ehtiyacının ödənilməsini xahiş etmək ibadət və nəticə etibarı ilə günah hesab edilmir.
DUA» SÖZÜNÜN TERMİNOLOJİ MƏNASI1. Fərdi dua, yəni Allahdan başqasını eyni ilə Allahı səslədiyimiz kimi səsləmək; Belə ki, köməyə çağıran şəxs səslədiyi qarşı tərəfin Allahın dəxaləti olmadan, müstəqil şəkildə bir iş görə biləcəyini hesab edir və buna inanır. Buna misal olaraq, yəhudilər və xristianların məbədlərdə etdikləri duaları göstərmək olar.
2. Büt, daş, ağac və s. kimi əşyalardan kömək istəmək, yardım diləmək; Hansı ki, Allah-təala bunu qadağan etmişdir. Buna misal olaraq, müşriklərin həyata keçirdikləri dini mərasimləri göstərmək olar.
3. Cinn və mələklərə sitayiş edənlərin onlardan yardım diləmələri. Bu əqidədə olanlar Allahla yanaşı adı çəkilən varlıqların da müstəqil olaraq təsir qüvvəsinə malik olduqlarını hesab edirlər. Quranda bu haqda buyurulur:
إِنَّ الَّذِينَ تَدْعُونَ مِن دُونِ اللّهِ عِبَادٌ أَمْثَالُكُمْ
«Allahdan başqa ibadət etdiyiniz bütlər də sizin kimi bəndələrdir».
وَالَّذِينَ تَدْعُونَ مِن دُونِهِ لاَ يَسْتَطِيعُونَ نَصْرَكُمْ وَلآ أَنفُسَهُمْ يَنْصُرُونَ
«Sizin Ondan başqa tapındıqlarınız isə nə sizə, nə də özlərinə bir kömək edə bilərlər!»
و لا تدعوا مع الله احدا
«Allahdan başqa heç kəsə ibadət etməyin!»
Yuxarıda qeyd olunanlardan məlum olur ki, Peyğəmbəri (s) köməyə çağırmaq, ondan yardım diləmək bu üç qismin əhatə dairəsindən xaricdir. Çünki Peyğəmbəri (s) köməyə səsləyən, ondan şəfaət etməsini istəyən kimsə onun edəcəyi yardımın və ya şəfaətin Allahın iradəsindən asılı olduğunu və Peyğəmbərin (s) sadəcə olaraq bir vasitəçi rоlunu ifаdә еtdiyini qəbul edir. Bu növ dualar qadağan olunmuş dualar sırasına daxil deyil.
___________________________________________________________________
ve bashla suallara cavab vermeye yayinmadan.
http://forum.bakililar.az/index.php?showtopic=58340
5-ci sobsheniya
6-ci sobsheniya
8-ci sobsheniya
9-cu sobsheniya
10-cu sobsheniya
14-cu sobsheniya
15-ci sobsheniya
16-ci sobsheniya
17-ci sobsheniya
20-ci sobsheniya
21-ci sobshenya
24-cu sobsheniya
25-ci sobsheniya
26-ci sobsheniya
28-ci sobsheniya
30-cu sobsheniya
31-ci sobsheniya
aydaa men yoruldum uje bunlari yazmagdan,hele nardarani qardashin yazilarina ve abbadin yazilarina cavab evezinen tekrar tekrar eyni sheyler,niye bele eliyirsenki?savadin yoxdur yazmade ne mecburdurki?ele elinde iki sehife shey var her posta onu qeyd edesen,bashqa disk yoxundu?
besdir milletin vaxtini alib eziyyet etdin,yeni bir shey var yaz,yoxdu denenki yoxumdu bashimdada cavab vermeye savad yoxdu,chekil otur qiragda,indi temani achibsan deye uzduyune salib axira kimi eyni sheyi yazmalisan?mende o qardashlarin yazilarinin hamisini kopi edim sene cavab ne fayda?neysee eyni vali firlama