Перейти к содержимому
Скоро Конкурс!!! Торопитесь!!! ×

Колючга

Members
  • Публикации

    5637
  • Зарегистрирован

  • Посещение

Все публикации пользователя Колючга

  1. Второй вариант корректирован Эдой. За что премного благодарна тебе дорогая :* Потому что очень сложно сформулировать мысль и придать ей нужный тон и законченность рассказа в целом. Выставляю его тоже. Мне он очень понравился Son görüş Pilləkən qəfəsindəki liftin uğultusu başqa səsləri eşitməyə imkan vermirdi. Qapılar açılıb bağlandı, yəqin qonşular idi. Çox keçmədən yüngül və tələsik addımların səsi eşidildi. Onun təngnəfəs olduğunu hətta 3 mərtəbə yuxarıdan eşitmək olardı. Gəldi. Hündür boyu, iri bədəni və acı baxışları ilə hamını ürküdən bir insan... indi əlçatmaz arzusuna qaçan balaca uşaq kimi idi. Gözlərindəki hüzün və anidən peyda olan xöşbəxtlik ürəyini parça-parça edirdi. Gəldi... Dünyanın hansı nöqtəsində olsaydı bir zəng yetərliydi ki, xatirələr sonsuzluğuna yenidən baş vursun. - Salam. - Salam... - Necəsən? - Yaxşı. Sən? Nə yaxşı ki, gəldin. Aylar öncə dəli-divanə olduğu qızın çağırışına niyə gəlməməliydi ki? Saysız-hesabsız sevgililərinin içində yalnız bu qız onunku deyildi, məhəbbətinə rəğmən. Başqası üçün yaranmışdı. Bəlkə də anlayırdı bunu, amma inanmaq istəmirdi. Gülümsündü. - Elə darıxmışdım ki,- deyərək qollarını açıb onu bərk qucaqladı, o qədər sıxdı ki, elə bil ürəyinin içində gizlətmək istəyirdi. - Mən də. Qızın telefonuna zənglər gəlirdi, amma onlar zamanın fərqinə belə varmadan kainatdan qopub yalnız özlərinə aid olan bu ikinəfərlik dünyada qalmaq istəyirdilər. Bir az söhbətləşib keçmişi yada saldılar və nəhayət, ən çətin məqamın vaxtı yetişdi. - Bilirsən, evdə söz-söhbətlər başlayıb, artıq vaxtdır, filan.., keçmiş sinif yoldaşım maraqlanır və deyəsən bu dəfə hər şey ciddi olacaq. Çıxış yolu yoxdur... Pilləkənlər bir uçurum kimi oldu o an. - Necə yəni yoxdur? Bəs mən? Sən mənim olmalı idin, özümü sənsiz təsəvvür etmirəm. Deməli sən özün də istəyirsən pula-vara aldanıb getməyi? - Onun elə də imkanı yoxdur, adi bir insandır, sadəcə evlənmək istəyir, atası da yoxdur. Anasından başqa heç kimi. - Bəs nəyi var ki? Nə vəd olunur sənə? - Sakit, rəvan həyat. Başqa heç nə. Gecələr biləcəm ki, ərim sağ-salamat qayıdıb gəlir evinə, daha səhərə kimi gözümü qapıya dikib, səbirsizliklə gözləməyəcəm.., ağlıma cürcəbür şeylər gətirməyəcəm. Biləcəyəm ki, bu insana mən lazımam, daha hər bir əhəmiyyətsiz çaxnaşmadan ötrü bıçaq davasına çağıran dostları yox. Hardadı indi onlar?...desənə... Biri öldürüldü, o birisinə hələ iş kəsiləcək, üçüncüsü isə nəşədən gözlərini aça bilmir, gül kimi nişanlısının gününü qara eləyib. Budur mənə verə biləcəyin xoşbəxt həyat? - Mən sənə heç vaxt əl qaldırmaram. Söz vermişdim. - Bəs hər gecə mənim yanımda olacağını? - Mən öləndə tabutumu dostlarım aparacaq, sən bunu başa düşmürsən? - Başa düşürəm, səni ölümə sürükləyən dostların. Hər dəfə məni onların davalarına satdığın dostların. Mən bir yana, bəs sənin ananın nə günahı var? Nəyə görə o bu zülmü çəkməlidi? - Bu dəqiqə elə lap onun kimi danışdın... Onun güclü əllərindəki damarlar sanki tarıma çəkilmişdi. - İlk dəfədir ki, səni vurmaq istəyirəm., söz verdiyimə baxmayaraq. Başqasına belə asan satıldığına görə, mənim hisslərimi tapdaladığına görə...məni başa düşmək istəmədiyinə görə. Qızın susub qırpınmadan baxmağı onu daha da əsəbiləşdirirdi. Niyə dünya belə haqsızdır, niyə hər zaman onu tam ayağa qalxarkən vurub daha da pis çırpır yerə? Bir damla göz yaşı... Bu havasız, boğanaq pilləkən qəfəsində olan nifrətqarışıq məhəbbət alovunu bir damla göz yaşı daha da artırdı. Qəribə hissdir sevgidən yaranan nifrət. Ağlamasın, nə olar ağlamasın. Onun dözümü yoxdur bu göz yaşlarına. Qızın göz yaşlarını silib, yumru sifətini əllərinə aldı. - Ağlama. Heç vaxt ağlama. Mənə söz ver. Bir neçə damcı artıq selə dönmüşdü. Dözməyib yenə qızı qucaqladı, artıq o da ağlayırdı, ölümlə boğuşan, son nəfəsini acgözlüklə çəkən bir insan kimi. Ürəyinin çırpıntısı, siqarət və dəri gödəkcənin iyi bir-birinə qaışmışdı. Bir az sakitləşib oturdular. Həmişəlik yolları ayrılan iki insan kimi, son söhbətləri idi bu gün. Siqaret qutusunu çıxartdı, yandırıb qıza verdi. Bu siqaretdən başqa onların dərdinə heç kim şərik ola bilməzdi. Tüstü ciyərlərə bir dərman kimi yayılıb, başı dumanladırdı. Səssizlik və sadəcə tüstü. Onların birlikdə çəkdiyi son siqaret. Sanki bu hekayənin son sətirləri kimi. Nöqtəni qoya bilməyən insanların nöqtəsi. Artıq vaxt idi. Saatdan xəbərsiz, öz dünyalarında itmiş bu insanların reallığa qayıtmaq vaxtı. O, qızı son dəfə qucaqladı. - Mənə söz ver ki, bir daha heç kimə və heç nəyə görə ağlamayacaqsan. - Söz verirəm. (amma dolan gözlər bunun çox çətin olduğunu satdılar) Getməyə hazırlaşarkən: - Bilirsən, bizim yollarımız bir gün yenidən kəsişəcək. Onda sən mənim olacaqsan. Biz birlikdə olmalıyıq, lakin indi yox, indi mən səni buraxıram. Get. Yol boyu qızın siqaret tüstüsünə bürünmüş simasını xatırlayırdı. Sevgisinə əlvida dediyi bu günü heç bir zaman unutmayacaqdı. Hər bir çəkilən qüllabın xatirələri dirildib onu boğub məhv edəcəyini heç ağlına belə gətirmirdi. Peyğəmbərliyi də boş bir söz olaraq qalacaqdı.Heç bir zaman görüşməyəcəkdilər. Həyatın axar çayı bu nöqtədə ayrılıb, hərəsini bir düzənə atacaqdı…, o ömrü boyu tək qalacaqdı. Bunları bilmirdi. Bildiyi bir şey vardı: indi tələsməliydi. Onu gözləyirdilər…dostları.. Hardasa yenə çox qəliz bir “kişi söhbəti” gözlənilirdi.
  2. Заранее предупреждаю, что впервые пишу на азербайджанском, история банальна, но просто хотелось попробовать чуть драмы описать и на родном языке. Спасибо всем за внимание Son görüş Pilləkən qəfəsindəki liftin uğultusu başqa səsləri eşitməyə imkan vermirdi. Qapılar açılıb bağlandı, yəqin qonşular idi. Çox vaxt keçmədən yüngül və tələsik addımların səsi eşidildi. Onun tənginəfəs olduğunu hətta 3 mərtəbə uxarıdan eşitmək olardı. Və gəldi. Hündür boyu, iri bədəni və acı baxışları ilə hamını ürküdən bir insan, indi əlçatmaz arzusuna qaçan bir balaca uşaq kimi gəldi. Gözlərindəki hüzün və anidən peyda olan xöşbəxtlik ürəyini parça parça etdi. Yenə gəldi. Dünyanın hansı nöqtəsində olsaydı bir zəng yetərdi ki, xatirələr sonsuzluğuna yenidən baş vursun. -Salam. -Salam... - Necəsən? - Yaxşı sən? Nə yaxşı ki, gəldin. Aylar öncə dəli-divanə olduğu qız onu çağırıb niyə gəlməsin ki? Saysız-hesabsız sevgisi olan qızların içində yalnız bu qız onun deyildi, başqasının gəlib başqasının da getməli idi. Amma onun xəbəri yoxdu. Bəlkə də var idi, amma inanmaq isətmidi. Gülümsündü. - Elə darıxmışdım ki,- deyərək qollarının açıb onu qucaqladı, o qədər sıx qucaqlayırdı ki, elə bil ürəyinin içində gizlətmək istəyirdi. - Mən də. Qızın telefonuna zənglər gəlirdi, amma o zamanın fərqinə belə varmadan burada kainatdan qopub bu iki nəfərə aid olan dünyada qalmaq istəyirdi. Biraz söhbətləşib keçmişi yada salıb, artıq ən çətin məqama çatmaq vaxtı idi. - Bilirsən evdə söz-söhbətlər başlayıb, artıq vaxtdır, filan, keçmiş sinif yoldaşım maraqlanır və deyəsən bu dəfə hər şey ciddi olacaq. Çıxış yolu yoxdur... Pilləkənlər bir uçurum kimi oldu o an. - Necə yəni yoxdur? Bəs mən? Sən mənim olmalı idin, səni mən qazanmışdım! Deməli sən özün də istəyirsən pula-vara aldanıb gedirsən? - Onun elə də imkanı yoxdur, adi bir insandır, sadəcə evlənmək istəyir, atası da yoxdur. Anasından başqa heç kimi. - Bəs nəyi var ki? Nə vəd olunur sənə? - Sakit həyat. Gecələri görəsən mənim ərim sağ-salamat gəlib çıxacaq evə deyə narahat olmayacam. Bilərəm ki, bu insana mən lazımam, hər bir problemdə saata baxmadan davaya çağıran dostları yox. Hardadı onlar? Biri öldürüldü, o birisinə hələ iş kəsiləcək, üçüncüsü isə nəşədən gözlərini aça bilmir, gül kimi nişanlısını döyüb öldürür. Budur mənə verə biləcəyin həyat? - Mən sənə heç vaxt əl qaldırmaram. Söz vermişdim. - Bəs hər gecə mənim yanımda olacağını? - Mən öləndə tabutumu dostlarım aparacaq sən bunu başa düşmürsən? - Başa düşürəm, səni ölümə sürükləyən dostların. Hər dəfə məni onların davalarına satdığın dostların. Mən bir yana, bəs sənin ananın nə günahı var? Nəyə görə o bu zülümü çəkməlidi? - Bu dəqiqə elə lap onun kimi danışdın, həmişə olduğu kimi. Onun güclü əllərindəki damarlar sanki tarıma çəkilmişdi. - İlk dəfədir ki, səni vurmaq istəyirəm. Öldürmək. Başqasına belə asan satıldığına görə, məni atdığına görə. Qızın susmağı və qırpmadan baxdığı gözləri onu daha da əsəbləşdirirdi. Niyə dünya belə haqsızdır, niyə hər zaman onu tam ayağa qalxarkən vurub daha da pis çırpır yerə? Bir damla göz yaşı. Bu havaslıq, boğanaq pilləkən qəfəsində olan nifrət alovunu bir damla göz yaşı daha da artırdı. Qəribə bir hissdir sevgidən yaranan nifrət. Ağlamasın, nə olar ağlamasın. Onun dözümü yoxdur bu göz yaşlarına. Qızın gözlərindəki yaşının silib, yumru sifətini əllərinə aldı. - Ağlama. Heç vaxt ağlama. Mənə söz ver. Bir neçə damcı artıq selə dönmüşdü. O, dözməyib yenə onu qucaqladı, artıq o da ağlayırdı, ölümlə boğuşan, son nəfəsini acgözlüklə çəkən bir insan kimi. Ürəyinin çırpınmağı, siqarət və dəri gödəkçənin iyi bir-birinə qaışmışdı. Biraz sakitləşib oturdular. Həmişəlik yolları ayrılan iki insan kimi, son söhbətləri idi bugün. Siqaret qutusunu çıxardı, yandırıb qıza verdi. Bu siqaretdən başqa onların dərdinə heç kim şərik ola bilməzdi. Tüstü ciyərlərə bir dərman kimi yayılıb, başı döndürüdü. Səssizlik və sadəcə tüstü. Onların birlikdə çəkdiyi son siqaret. Sanki bu hekayənin son sətirləri kimi. Nöqtəni qoya bilməyən insanların nöqtəsi. Artıq vaxt idi. Saatdan xəbərsiz, öz dünyalarında itmiş bu insanın reallığa qayıtmaq zamanı idi. O, qızı son dəfə qucaqladı. - Mənə söz ver ki, bir daha heç kimə və heç nəyə görə ağlamayacaqsan. - Söz verirəm. (amma dolan gözlər bunun çox çətin olduğunu satdılar) Getməyə hazırlaşarkən: - Bilirsən, bizim yollarımız bir gün yenidən kəsiçəcək. Sən də mənim olacaqsan. Sən hər zaman mənim olacaqsan, lakin indi yox, mən səni buraxıram. Get. Yol boyu qızın üstündə qalan siqaretin tüstüsü ona daima bu günü xatırladacaq. Hər bir qüllab çəkənin yanında xatirələrin onu boğub məhv edəcəyi heç ağlına belə gəlmirdi.
  3. резко йени bedaheten geldi ))) А Заур да... ))) даже если был бы, я просто пишу, когда это идет как то изнутри, образуется картина, мысль и гелир, если смогу уловить момент , то пишу на одном дыхании. На счёт публичности да полностью согласна. Нанялась работать копирайтером, с грехом пополам удается , но даже там если нет вдохновения пишу очень медленно прям вылавливаю предложения из себя, а иногда так хочется все написать разом, спонтанно. Дийесен я человек настроения
  4. Сорри Маэстро, при всём уважении к тебе и всем форумчанам, это для меня слишком смелый рассказ был, пока еще я не готова им публично делиться.
  5. Спасибо, что уделила время :* успокоила , значит не всё так ужасно и есть к чему стремиться. Правда как то все резко написала и как то опустошенно себя чувствую, но думаю я еще напишу. Еще лучше.
  6. Как интересно, на Новруз я не слышала что готовят. Я в Ичери Шехер когда маленькая была так ждала это в день траура, что нам соседи принесут. Моя мама никогда не готовила. А сейчас ради зубика зайчика сварили )))
  7. Он на балконе замерз немного за ночь )
  8. могу поделиться фоткой ))) или отправить почтой у нас огромная кастрюля это когда у деток зубки лезут из фасоли, кукурузы, чечевицы, гороха, пшеницы, и в общем там 7 видов крупы, и варится это все долго долго , как похлебка получается. Еще на мехерремлик его делают. Вот это самое готовила целый день.
  9. Эдочка , я тебе в личку кидаю кое-что. Диалог очень сложно дается мне. Очень нужно твое мнение. Хоть и история банальна. Но отправляю все равно. Твое мнение важно знать.
  10. У моей свекрови такие тарелки )))
  11. я не в Баку) Баку и снег это несовместимые понятия, тем более пока дойдешь до главного корпуса по алее, на площади перед корпусом, даже от метро до универа пока дойдешь бесились ребята. Тож как-то не любила. А так Баку я люблю за палящее солнце, море, и много чего еще )) это мой город намба уан. Москва вообще мне нравится тем, что там много зелени, очень много. Вообще мне русская зима нравится. Когда снег идет хлопьями прям, мороз, как в сказке.
  12. Не работается ) у снег тает , как я это не люблю ((( возможно последний снег, который я тут вижу ((
  13. О Эда, как приятно читать твои комментарии по поводу 40 правил любви. Отрезвляет Я хоть и читала с интересом, но не могла понять их дружбу (???) и слишком фанатичное отношение к суфизму. С книгой тож поздравляю ! Мач сени! Хочу ее и где могу приобрести?? Один товарищ мне обещал книгу обещал так и не донес меж прочим (пальцем не покажу, что это Эмиров,если вдруг когда то прочтет это знай Эмир , что я до сих пор ждуу). Воть
  14. Боже мой ... Дези дехшетсене! Запретите тут фотки выставлять пожалуйста ))) я не могу равнодушно смотреть на них
  15. Ох уже это платье, я его грязно-голубым и золотистым видела. Всем привет бу арада
  16. Колючга

    ~ДжинсА~

    О Форевер21)))
  17. наконец то соседи сверху уехали куда-то подальше жить на несколько лет как и обещали , напротив семья из 3х человек взрослые дядя с тетей и сын молодой , только здороваемся , так нейтрально, справа от них молодая семья с сынишкой милые , всегда здороваемся с мамочкой иногда о детях можем поговорить, соседка другая жуть, когда лифт ждем пару раз здоровалась с теткой она отворачивалась, я уже перестала обращать на нее внимание. Остальные в целом милые люди в лифте здороваемся, наверное пока все только заселятся поэтому так тихо и мало кто кого знает. В общем терпимо.
  18. Тож может быть у него странный цвет глаз, который меняется , типа хамелеон. Доброй ночи Энджи ))
×
×
  • Создать...