-
Публикации
442 -
Зарегистрирован
-
Посещение
Все публикации пользователя Shie_cavabi
-
Lat və Üzza büt olublar və onlardan nə isə istəmək şirk idi. İsa (ə) isə ALLAHın bir peyğəmbəridir və onu vəsilə tutmaq heç də şirk deyil. İmam Hüseyn (ə) də ALLAHın vəlisi və imamıdır. Onu da vəsilə tutmaq müstəhəbdir. Əvvəl də dedim, indi də deyirəm: ALLAH iman gətirənləri Ona vəsilə axtarmağa əmr edir. Əgər bu əməl şirk olsaydı, ALLAH Özü bu əmələ əmr etməzdi. O ki, qaldı Bu sənin şəxsi fikrindir, kimin müşrik və kafir olduğu, onun əqidəsindən irəl gəlir. Öldürüb zibilliyə atmağa gəldikdə isə, ... sənin kimisinə nə deyim ki, ALLAHa xoş getsin? Amma sənin bu qəddar və cəlladcasına fikirlərindən sonra bir şey mənə təsəlli verir ki, İmam Hüseyni (ə) də kafir və xarici adlandırıb qətlə yetirdilər, şəhid etdilər və onu (ə) qətlə yetirənlər, şəhadətə yetirənlər öz ölülərini basdırdılar, amma İmam Hüseynin (ə) mübarək bədənini (onu (ə) klafir sayaraq) basdırmadılar? İmamın (ə) bədəni üç gün çöldə qaldı. Mənə təsəlli verən budur ki, Yezidin (ALLAH ona lənət etsin) də tərəfdarları sənin kimi özlərini əsil müsəlman, İmam Hüseyn (ə) və onun tərfədarlarını kafir və xarici sayırdılar. ALLAHdan arzum budur ki, ALLAH bizləri və arzusunda olan bütün şəxsləri İmam Hüseyn (ə) yolu ilə getməkdə müvəffəq etsin. Bizə də şəhadət şərbəti içirtsin! Biz İmam Hüseyndən (ə) artıq deyilik ki, o (ə) islam yolunda qanına qəltan olub can versin, mən isə kompyuter qabağında oturub foruma yaza-yaza can verim! İmam Hüseyn (ə) yandırıcı günəş altında can versin, mən isə kondinsionerli otaqda can verim! ALLAH bizə rəhm etsin ki, ALLAH yolunda, Onun dini yolunda, müsəlmanların canını, namusunu, malını, torpağını, abrını və s. qoruyanda şəhidlik şərbətini nuş edək! Tövbə etməyə hamı kimi bizim də ehtiyacımız var. Amma biz etdiyimiz günahlardan tövbə edirik. Daha sizin böhtan və iftiralarınıza görə tövbə etmirik! Bir də yuxarıda yazdıqlarımı oxu, fikirləş, dərk elə, sonra bəlkə sənin də tövbə etməyə ehtiyacın oldu!
-
Mənim təfsirim olmadığını bilmək istəyirsənsə, öz təfsir kitablarınıza baxa bilərsən. Qur`anda buyurulur ki, qəbir üzərində ibadət evi tikilir və bunu ALLAH mədh edir, tərifləyir. Peyğəmbərin (s) 52 mərasimi keçirib-keçirmədiyinə dəqiq cavab verə bilərsən? Sənin şəxsi təfsirinə bir nümunə: http://forum.bakililar.az/index.php?showto...p;#entry2121180
-
Sənin atan ölsə, ananı bir başqa müsəlman alsa, sonra o müsəlman da ananı bir ay sonra boşasa, sonra bir başqa müsəlman ananı alsa, sonra iki ay sonra o müsəlman ölsə, sonra bir başqa müsəlman ananı alsa, sonra o müsəlman da sənin ananı bir-iki ay sonra boşasa ... sən biqeyrət olursan?! Mən bir şeyi başa düşə bilmirəm! Əgər siğə cinsi əlaqəyə görə haramdırsa, onda nə üçün daimi nikahı qeyrətiniz qəbul edir?! Xoşunuz gəlir ki, əvvəllər bacınızı tanımayan şəxs ömrünün sonuna qədər sizin bacınızla cinsi əlaqədə olsun?! Əgər bunu öz bacınız, qızınız, ananız və s. üçün bəyənmirsinizsə, onda niyə gedib kiminsə bacısını, qızını, anasını və s. alırsınız?!
-
Ələykum salam! Burada mütə nikahının (siğənin) dində olub-olmaması müzakirə olunduğu üçün məsələyə elə dini nöqteyi nəzərdən yanaşmaq lazımdır. Yaxşı olardı ki, sualını belə verəydin: "İslam dinində siğə varmı?" Bir də bunu deyim ki, ALLAH Təala müvəqqəti nikahı peyğəmbər zamanında halal buyurmuşdu. Siz isə deyirsiniz ki, bu sonradan haram edilib. Hər halda sənin sualların o zaman Peyğəmbərə (s) də verilməli imiş. Bax belə: "Ey ALLAHın Rəsulu (s) sən razı olarsanmı ki, kimsə sənin qızınla siğə etsin?" Bəs görəsən necə olub ki, sizin "ağıllı" səhabələrinizdən heç kəs bu sualı Peyğəmbərə (s) verməyib? Siz səhabələrdən qeyrətli çıxıbsınız? ALLAH bir şeyi halal və haram etdikdə bəndənin xeyrinə edir. Siğə də bu qəbildəndir. Bu əməl zinanın qarşısını alır. Bizim bildiyimiz hədis budur: İmam Əli (ə) buyurub: "Əgər Ömər mütəni (müvəqqəti nikahı) haram etməsəydi, bədbəxtlərdən başqsı zina etməzdi!" Sənin dediyin hədis isə zəifdir. ALLAH müsəlmanlardan zinanın yox olmasını istəyib və bunun qarşısında mütə (müvəqqəti nikahı) halal buyurub. Necə olur ki, ALLAH müsəlman kişinin bacısının bir başqa kişinin (sənin dediyin kimi) "alt paltarını yumağa" və daimi olaraq "onun altına uzanmğına" razı olur? ALLAHın nəyə razı olub-olmadığını sən təyin edirsən ki, belə arxayınlıqla danışırsan??? ALLAHın halal etdiyi mütəni (müvəqqəti nikahı) haram edən şəxs Ömər olub! Sənin sözlərindən belə çıxır ki, Ömər kafirdir və ona itaət edən də müşrikdir. Hələlik!
-
Xəlifə "الخلیفه" sözünün mənası, canişin, naib və əvəzedici deməkdir. İmam "الامام" sözünün mənası isə rəhbər, öndər, lider, qarşıdagedən deməkdir. Bunlar ayrı-ayrı məsələlərdirlər. Bizim on iki imamın on ikisi də imam olublar. Doğrudur ki, onlardan ikisi siyasi imamət, rəhbərlik məqamına da çata biliblər. Amma on ikisi də dini imam, rəhbər olublar. Onlar (ə) ALLAH Təala və Onun Rəsulu (s) tərəfindən imamətə seçiliblər. Bizim buna Qur`an, hədis, tarix və s. mənbələrdən dəlillərimiz var. Biz nəyisə qəbul və ya rədd etdikdə onu məntiqlə əsaslandırırıq. Sizin məntiqli sual və iradlarınızı gözləyirik. Narahat olmayın! Cavabımız məntiqli olacaq!
-
Etməyib neynəyəcəklər? Bilirlər ki, İmam Əlinin (ə) imamətini qəbul etməsələr, Əbu-bəkr, Ömər və Osmanın (ALLAH bizdən razı olsun ) da xilafətini qəbul etməməlidirlər. Biz də ALLAHın qəza və qədərinə inanırıq. Lakin sizdən fərqli olaraq hər bəşər zülmünü ALLAHın qəza və qədəri saymırıq. Peyğəmbərdən (s) sonrakı xilafət Əbubəkrin haqqı deyildi. İmam Əlinin (ə) haqqı idi. Bir sözlə Əbu-bəkr, Ömər və Osman (Rəziyəllahu Ənna) xilafəti qəsb ediblər və İmam Əliyə (ə) zülm ediblər. Bizim İmam Əlini (ə) birinci saymaq üçün Qur`an, hədis, tarix və s. mənbələrdən dəlilimiz var. Bəs sizin necə?
-
İbn Teymiyyənin hansı əsərində olan batil şeyləri bilmək istəyirsənsə əsərin adını yaz! Bəli biz əsl əhli-sünnəyik. Siz isə sünnənin özünüzə sərf edənini və təhrif olunmuşlarını seçib ona tabe olursunuz. Qur`anın bəzisinə tabe olur, bəzisini isə görməzdən gəlirsiniz. Bu isə əsil münafiqlikdir. Məhərrəmlik sünnədə var. Hətta Peyğəmbər (s) özü də İmam Hüseynə (ə) ağlayıb. Lazım olsa mənbəsini də göstərə bilərəm. Pirlər də Qur`anda var! Qur`ana iman gətirmisənsə, buyur oxu: (İnsanları–Tərsusun əhalisini) onların halı ilə beləcə tanış etdik ki, Allahın (məxluqatın öləndən sonra diriləcəyi haqqındakı) vədinin doğru olduğunu və qiyamətin qopacağına əsla şübhə olmadığını bilsinlər. O zaman (Tərsusdakı möminlər və kafirlər) öz aralarında onların (əshabi-kəhfin) işi (və ya insanın öləndən sonra dirilib-dirilməyəcəyi, dirilmənin yalnız ruhla, yaxud ruh və bədənlə birlikdə olacağı kimi dini məsələlər) barəsində mübahisə edirlər. (Nəhayət, əshabi-kəhf öldükdən sonra kafirlər) dedilər: "Onların üstündə bir bina tikin. Rəbbi (onların öldüyünü, yaxud yenidən yuxuya getdiyini və nəyə etiqad etdiyini) daha yaxşı bilir!" Onların (əshabi-kəhfin) haqqındakı mübahisədə qalib gələnlər (möminlər) isə: "Onların (məzarı) üstündə (Allaha ibadət etmək məqsədilə) bir məscid tikəcəyik!" – dedilər. 18-ci surə, "əl-Kəhf", "Mağara" surəsi, 21-ci ayə. http://quran.az/index.php?lang=aze&soo...y=&author=1 Əgər gözlərini yaxşı açsan, görərsən ki, ALLAHın mömin bəndələri Əshabi-kəhfin məzarı üstündə məscid tikmək istəyirlər və bunu da ALLAH Təala Qur`anda mədh edir. Ələm uçurtmaq heç şiə məzhəbində yoxdur. Bu bir qism avam və cahil şiələrin etdiyi əməldir və heç bir dini əsası yoxdur. Bunu biz də qəbul etmirik.
-
Bu gün özlərini sələfi, müsəlman, əhli-tövhid adlandıranlar heç özləri də bilmirlər hansı dinə qulluq edirlər?! Onlar elə bilirlər ki müsəlmandılar, lakin onlar əslində heç islam dininə daxil də olmayıblar. Onların qəbul etdiyi din Mr. Hemferin ingiltərə sayağı məzhəbidir. Onlar Mister Hemferin "sünnə"sinə tabe olur və onun İngiltərə dövləti tərəfindən gətirdiyi "müqəddəs əlyazmalar"a tabe olaraq İslamın haqq olan məzhəbi şiəni "müşrik və kafir" bilirlər. Məntiqsiz adama nə deyəsən. Yaxşı olar ki, öz sözünə dəlil də gətirəydin! Biz ALLAHı sizdən də kamil inancla qəbul edirik. Siz ALLAHı cism bilənlər deyilsinizmi? Cism isə bir varlıq kimi öz cisminə möhtacdır. Cism öz məkanına da möhtacdır. Və sair. İndi isə yaxşı olar ki, gedib ALLAH haqqında daha dəqiq araşdırma .rasınız. Cismdən ALLAH olmaz. Olsa-olsa büt olar. Ay özünə əhli tövhid deyən! ALLAH Özü Qur`anda Ona "vəsilə" axtarmağı əmr edib. Bu şirk və ya bütpərəstlik olsaydı, ALLAH Təala Özü buna əmr etməzdi.
-
Ona vəsilə axtarın dedikdə elə vəsilə axtarmaq nəzərdə tutulur. Cihad üçün Qur`anda bəs qədər ayə var. ALLAH cihad edin demək istədikdə, "ALLAH yolunda cihad edin", "ALLAH mücahidləri evdə oturanlardan fəzilətli edib" və s. şəkildə Qur`anda buyurub. Lakin "وسيله" "vəsilə" kəlməsi Qur`anda iki ayədə işlənib. 1. Ey iman gətirənlər! Allahdan qorxun, Ona vəsilə axtarın. 5-ci surə, "əl-Maidə", "Süfrə" surəsi, 35-ci ayə.</SPAN></SPAN> http://quran.az/index.php?lang=aze&soo...y=&author=1 2. Onların tapındıqları tanrıların özlərindən hər hansı biri (Allah dərgahına) daha yaxın olsun deyə, Rəbbinə vəsilə axtarır, Onun rəhmətini umur, əzabından qorxur. Həqiqətən, Rəbbinin əzabı qorxuludur! 17-ci surə, "əl-İsra", "Gecə səyahəti" surəsi, 57-ci ayə. http://quran.az/index.php?lang=aze&soo...y=&author=1 Maidə surəsində ALLAH Təala Özü iman gətirənləri Ona vəsilə axtarmağa əmr edir. Bu ALLAH əmri olduğu üçün ALLAHın razı olduğu məsələdir və bu əməlin əcrini də ALLAH Təala özü verəcəkdir. İsra surəsində isə "ALLAHa bütləri vəsilə tutanlar" məzəmmət edilir. Buna görə də "vəsilə"nin nə və ya kim olunmsına diqqət yetirmək lazımdır. Bu "vəsilə"də ALLAHın razılığı var ya yox. Səndən nə əcəb? Hüseyn ibn Əlinin (ə) adını cihad edən kimi çəkdin. Cihad ALLAH yolunda olan şəxsin ALLAH üçün ALLAH yolunda olmayan şəxsə qarşı .rdığı mübarizəyə deyilir. Sən bu sözünlə Yezidin (l.ə.) ALLAH yolunda olmadığını boynuna aldın. Şükür ALLAHa! Doğrudur ki, qələbə ALLAH, Onun Rəsulu (s) və möminlərindir. Amma kimin mömin olduğunu ALLAH daha yaxşı bilir!
-
Esil chaqqal dini parcalayanlar, messeblere bolenler, Allaha ve Rasuluna (S.A.V) itaetden chixanlardir. Allah onlarin cezasini verecek inshallah. Dini məzhəblərə bölənlər, Hənəfi, Maliki, Şafei, Hənbəli və son dövürdə Mr. Hemfer (incimə). Onlar ALLAH və Rəsulunun (s) itaətindən çıxdılar və İmam Əlinin (ə) imamətini qəbul etmədilər.
-
Şiə o şəxsə deyilir ki, din və məzhəbini məntiqlə seçsin. Kuleyni də bir alimdir. O hədisləri toplayıb. Lakin onun hədislərinin hamısı tam olaraq səhih deyil. Əgər Kuleyninin kitabından hədis gətirmək istəyirsənsə, mənbəsini dəqiq qeyd et! Şiə elə Qur`anı tam sayanlardır. Əhli-sünnə alimlərindən Qur`anın təhrif olmasına inananlar az deyil ki???? Kuleyni və digərləri səhih və zəif olmasına baxmayaraq hədisləri toplayıblar. Bu onların ALLAHa və başqalarına iftira atması demək deyil. Onlar hədisləri toplayıblar ki, itib-batmasın. Daha hədisin səhih və ya zəif olması barədə nəzər verməyiblər. Bunu özlərindən sonrakı alimlərin öhdəsinə qoyublar. Sənin kimi ALLAHı cism bilənlər! Buradan baxa bilərsən: http://forum.bakililar.az/index.php?showtopic=70359 Heç də məlum olmadı ki, o sözü hansı məzhəbin alimi və ya cahili deyib??? Sən Kuleyninin yazdığı Kafi kitabından nə isə göstərdin ki??? Ağzına gələni yazdın bura, sonra da deyirsən ki, şiələri bağladım! Ağıl və məntiqlə danış! İndi deyirəm: Qur`an təhrif olunmayıb! İnanmırsansa bu əsəri oxuya bilərsən: http://haqqyolu.org/kitabxana/read.php?id=20081007030242
-
Ay özünü sələfi və müsəlman sayan (vəhhabi)! Sən heç vəhhabi, sələfi məzhəbinin təməlinin kim tərəfindən, necə qoyulduğunu bilirsən???
-
Ay ozunu shiye sayan. Sen hech shiye messebinin temeliniin kim terefinden nece qoyuldugunu, ilk alimleriniz kim oldugunu onlarin kitablarinda neler yazdiglarini bilirsen ??? Bəli, ALLAHın verdiyi elm sayəsində bilirəm!
-
Eger senin uchun Quran ayesi delil deyilse onda menim sene sozum yoxdur! Mən demədim ki, Qur`an ayəsi bizə dəlil deyil! Bunu hardan çıxartdın? Mənim yazdıqlarımı düzgün oxu, sonra danış!
-
Mənə elə gəlir ki, siz "ulul-əzm" peyğəmbərləri demək istəyirsiniz. Onlar aşağıdakılar olublar: 1. Həzrət Nuh (ə) peyğəmbər 2. Həzrət İbrahim (ə) peyğəmbər 3. Həzrət Musa (ə) peyğəmbər 4. Həzrət İsa (ə) peyğəmbər 5. Həzrət Məhəmməd (s) peyğəmbər Xeyr, mən imam olan peyğəmbərlər haqda yazırdım. Mən biləni Nuh (ə) və İsa (ə) imam olmayıblar. Salam Qardaş. İnşa ALLAH araşdıraram. Dəqiq bilirəm ki, "Ulul-əzm" peyğəmbərlər bunlardır. İmamət məqamına malik olan peyğəmbərlər (ə) barədə imkan olan kimi təhqiq edərəm. Bu həm mənim üçün həm də sizin üçün daha yaxşısı olar! ALLAH Təala daha yaxşısını bilir!
-
Mən bunları tərcümə edib əhli tevhidin forumuna yazmışdım. Amma robotator onları silmişdi. Sonra saytlarına yazıb soruşdum ki, niyə silmisiniz? Hələ də cavab verməyiblər. Məntiq və dəlildən qaçanlardan nə gözləyəsən? Bir-iki dənə şübhə tapıb doldururlar öz saytlarına, sonra da deyirlər ki, bunların cavabı yoxdur, deməli şiə məzhəbi batildir. Sən cavabları öz saytında saxlasan, görərsən ki, cavab var. Burada da bəhsə uyğun olduğu üçün yazdım. Yaxşı ki, ALLAH Təala zəhmətimi hədərə vermədi. Mənim kompyuterimin yaddaşında qalıbmış. Axtarıb tapdım və bura yazdım. İnşa ALLAH davamını da tərcümə etsəm, mütləq sizinlə paylaşacağam! ALLAH tövfiq versin!
-
10. Cihadda kafirlərin qabağından qaçanlar! 8-ci surə “əl-Ənfal”, "Qənimətlər" surəsi, 15-16-cı ayələr: Ey iman gətirənlər! Kafirlərlə bir yerə toplaşdıqları vaxt rastlaşsanız, dönüb onlardan qaçmayın! (15) (Düşməni aldatmaq məqsədilə yalandan özünüzü qaçan kimi göstərib) təkrar döyüş üçün bir tərəfə çəkilən və ya (kömək məqsədilə müsəlmanlardan ibarət) başqa bir dəstəyə qoşulan istisna edilməklə, kim belə bir gündə düşmənə arxa çevirib qaçarsa, sözsüz ki, Allahın qəzəbinə uğramış olar. Onun məskəni Cəhənnəmdir. Ora nə pis dönüş yeridir. (16)
-
9. Zahirdə müsəlman olan, lakin yəqini zəif olanlar! 9-cu surə, “ət-Tovbə”, "Tövbə" surəsi, 60-cı ayə: Sədəqələr (zəkatlar) Allah tərəfindən müəyyən edilmiş bir fərz (vacib əməl) olaraq ancaq yoxsullara, (ehtiyacı olan, lakin utandığından əl açıb dilənməyən) miskinlərə, zəkatı yığıb paylayanlara, ürəkləri (müsəlmanlığa) isinişib bağlanmaqda olanlara (iman gətirib hələ kamil mömin olmayanlara), azad ediləcək kölələrə (və ya boynuna kəffarə düşüb verə bilməyənlərə), həmçinin (borcu ödəməyə imkanı olmayan) borclulara, Allah yolunda cihad edənlərə və yolçulara (pulu qurtardığı üçün yolda qalan, vətəninə qayıda bilməyən müsafirlərə) məxsusdur. Allah (hər şeyi) biləndir, hikmət sahibidir!
-
8. Qəlbinə iman daxil olmamış müsəlmanlar! 49-cu surə, “əl-Hucurat”, "Otaqlar" surəsi, 14-cü ayə: (Qənimət əldə etmək iştahası ilə islama daxil olan) bədəvi ərəblər: “Biz iman gətirdik!” – dedilər. (Ya Peyğəmbər! Onlara) de: “Siz (qəlbən) iman gətirmədiniz! Ancaq: “Biz islamı (müəyyən şəxsi məqsəd, mənfəət naminə) qəbul etdik!” – deyin. Hələ iman sizin qəlblərinizə daxil olmamışdır (çünki iman əməllə etiqadın vəhdəti, islamı qəbul etmək isə yalnız zahiri əməl deməkdir). Əgər Allaha və Peyğəmbərinə itaət etsəniz, O sizin əməllərinizdən heç bir şey əskiltməz (mükafatınızı layiqincə verər). Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!
-
7. Sözü əməli ilə uyğun gəlməyən fasiqlər! 49-cu surə, “əl-Hucurat”, "Otaqlar" surəsi, 6-cı ayə: Ey iman gətirənlər! Əgər bir fasiq sizə (pis) bir xəbər gətirsə, dərhal (onun doğruluğunu) yoxlayın, yoxsa bilmədən bir qövmə pislik edər, sonra da etdiyinizə peşman olarsınız! 32-ci surə, “əs-Səcdə”, "Səcdə" surəsi, 18-ci ayə: Məgər mömin kimsə ilə (Allahın itaətindən çıxmış) fasiq eynidirmi?! Əlbəttə, onlar eyni ola bilməzlər!
-
6. Mürtəd olmaq istəyən səhabələr! 3-cü surə “Ali-İmran”, "İmranın ailəsi" surəsi, 154-cü ayə: Bu qəm qüssədən sonra Allah sizə rahatlıq üçün xəfif bir uyğu göndərdi. O sizin bir qisminizi bürüdü. O biri qisminiz isə ancaq öz canlarının harayına qalaraq: “Bu işdə bizim üçün bir şey (xeyir) varmı?” – deyə Allaha qarşı haqsız yerə, cahiliyyətə xas olan düşüncələrə qapıldılar. (Ya Rəsulum!) Onlara de: “Əlbəttə, bütün işlər Allaha məxsusdur (Allahın əlindədir)”. Onlar (münafiqlər) sənə açıb bildirmədikləri şeyləri öz ürəklərində gizlədərək: “Əgər bu işdə bizim üçün bir şey (bir qələbə) olsaydı, elə buradaca öldürülməzdik”, - deyirlər. (Ya Rəsulum!) De: “Əgər siz evlərinizdə olsaydınız belə, alınlarına ölüm yazılmış kəslər yenə çıxıb əbədi yatacaqları (öləcəkləri) yerlərə gedərdilər ki, Allah (bununla) sizin ürəklərinizdə olanları (səmimiyyət və ikiüzlülüyü) yoxlayıb aşkara çıxartsın və qəlblərinizdə olanları (niyyətlərinizi) təmizləsin. Allah ürəklərdə olanları biləndir!”
-
5. Yaxşı və pis əməlləri qarışdıran münafiqlər! 9-cu surə "ət-Tovbə", "Tövbə" surəsi, 102-ci ayə: (Münafiqlərin) bir qismi də günahlarını etiraf etdi. Onlar (əvvəl etdikləri) yaxşı bir əməllə (sonradan etdikləri) pis bir əməli bir-birinə qarışdırmışlar. Ola bilsin ki, Allah onların tövbələrini qəbul etsin. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!
-
4. Fitnə əhlinə qulaq asanlar! 9-cu surə “ət-Tovbə”, "Tövbə" surəsi, 45-47-ci ayələr: Səndən (cihada çıxmamaq üçün) izin istəyənlər ancaq Allaha, axirət gününə iman gətirməyənlər və ürəkləri şəkk-şübhəyə düşənlərdir. Onlar öz şübhələrində tərəddüd edib durarlar. (45) Əgər onlar (münafiqlər cihada) çıxmaq istəsəydilər, ona hazırlıq görərdilər. Lakin onların davranışı Allaha xoş gəlmədi, buna görə də (cihada çıxmaqlarına) mane oldu. Onlara: “(Evdə) oturanlara (qocalar, zəiflər, qadınlar və uşaqlarla bərabər) siz də oturun!” - deyildi. (46) Əgər (münafiqlər) sizinlə birlikdə (cihada) çıxsaydılar, yalnız içinizdə pozuntunu (fəsadı) artırar və sizi fitnəyə uğratmaq üçün aranıza soxulardılar. İçinizdə onlara qulaq asanlar da vardır. Allah zalımları tanıyandır! (47)
-
3. İmanı zəif və qəlbi xəstə olanlar! 33-cü surə "əl-Əhzab", "Müttəfiqlər" surəsi, 11 və 12-ci ayələr: Məhz onda (Xəndək vuruşunda) möminlər imtahana çəkilmiş (kimin həqiqi mömin, kimin münafiq olduğu bəlli olmuş) və möhkəm sarsılmışdılar. (11) O zaman münafiqlər və qəlblərində mərəz (şəkk) olanlar: "Allah və Onun peyğəmbəri bizə yalan vəd etmişdir. (Biz zəfər çala bilməyəcəyik)" – deyirdilər. (12)
