-
Публикации
442 -
Зарегистрирован
-
Посещение
Все публикации пользователя Shie_cavabi
-
ALLAH kimi hidayət edirsə, zəlalət əhli onlara ad qalmır qoyur. Sən indi mənə "sizdən adam olmaz" deyirsən. Nə olar? Sən heç olmasa get öz ana dilini öyrən sonra gəl! Bizim hökmümüz nədir? Bunu səndən qəribə saymıram. Yezidə (ALLAH ona lənət etsin) rəhmət oxuyanlar, onun davamçısı Səddama da rəhmət oxuyacaqlar! ALLAH bütün zalımlara lənət etsin!
-
Sən buna cavab vermək deyirsən? Bir az ağzını köndələn qoyub kafir, müşrik, rafizi və s. dedin, bir az da həmin kitabdan sitat gətirdin. Vəssəlam. Buna sən cavab vermək deyirsən? Daha geniş cavab verənlər olub.O kitabı oxuyan normal insan görər ki,uydurmadan başqa bir şey deyil.Onu buraxanlar isə yəhudilərin "İxlas" holding şirkətinin "Hakikat"kitabevidir.Türkiyədə Ömər Öngüt,Hilmi Işık kimi sufi,derin devletin hazırladığı şeyxlərin uydurmasından başqa bir şey deyil. Əvvəla sənin yazdıqlarını cavab saymaq olmaz. O kitab ingiltərə kəşfiyyatının arxiv sirləridir. Vaxtı keçdikdən sonra arxivdən çıxarılıb və çap edilib. Bir də mövzuya aid cavablar yaz! Söhbəti dəyirman kimi fırladırsan!
-
Ay əhli-sünnə hardasınız? Yol gözləməkdən gözümün kökü saraldı! Yoxsa sizin əqidəniz elə budur?
-
O İranlı molla,əli öz millətinin qanına batan insan dünya müsəlmanlarının lideri deyil. Yenə nağıl danışırsız.Mucahidlər müsəlmanları öldürmür.Sənin elə bu cür dezinformasiyalar yayan Kütləvi İnformasiya Vasitələrindən bir fərqin yoxdu.Müsəlman öldürən adını "Hizbullah"qoyan əslində isə kafirlərdən ibarət olan "Hizbuşşeytandır". Bir sözü üç dəfə niyə yazırsan? Kor deyiləm ki, bir dəfə də yazsaydın kifayət idi. Yoxsa özünə reytinq artırmaq istəyirsən? Bəs kimdir müsəlmanların lideri? Üsəma bin Laden? Bütün dünya bilir ki, kim adını mücahid, islam yolunda cihad edən qoyub müsəlmanların qanını axıdır. Şümür də İmam Hüseynin (ə) başını kəsdikdən sonra qibləyə üz çevirib namaz qıldı. Bəlkə sən Şümürü də mücahid sayırsan? Hizbullah İslamın düşməni sionistlərlə döyüşür. Daha müsəlman qırmır. Sənin Səudiyyən isə sionistlərin təyyarəsinə benzin vururdu ki, gedib müsəlmanları qırsın!
-
Sən buna cavab vermək deyirsən? Bir az ağzını köndələn qoyub kafir, müşrik, rafizi və s. dedin, bir az da həmin kitabdan sitat gətirdin. Vəssəlam. Buna sən cavab vermək deyirsən?
-
"O şiə müsəlman deyil ki, bir müsəlmanı tutub başqa dindən olan birisinə təslim edir. O sünni müsəlman deyil ki, bir müsəlmanı tutub başqa dindən olan birisinə təslim edir". Dünya müsəlmanlarının ali dini lideri Ayətullah əl-Üzma Seyid Əli Hüseyni Xamenei Üsəma bin Laden müsəlmanları ABŞ və İngiltərənin buyruğu ilə qırdığına görə müsəlman sayılmamalıdır.
-
Başqa nə bildiyin varsa yaz gəlsin.Allaha həmd olsun bizim bu cür müxaliflərimiz var.Bilmədən dəyirmanımıza su tökürlər. İnanmırsansa "Mister Hemferin xatirələri" kitabına bax! Oxumaq üçün bura: http://haqqyolu.org/kitabxana/read.php?id=20081025025644 Yükləmək üçün bura: http://www.haqqyolu.org/kitabzip/20081025025644.zip Tıqla!
-
Kor tutduğun buraxmayan kimi siz də dəlil və məntiqsiz sözlərinizdən əl çəkmirsiniz. Axı pirdə cinlərin olması barədə dəliliniz var? Varsa buyurun göstərin! Ziyarətgahlar insanı ALLAHa yaxınlaşdırır, şirkə və küfrə .rmır! İnsanlar bu yolla ALLAHa vəsilə tuturlar və təvəssül edirlər. Qur`anın buyurduğu kimi: http://forum.bakililar.az/index.php?showto...p;#entry2126094 100% bu kese veayit ayrilib ki Pirleri burda reklam elesin! Insani Allaha yalniz namaz ve gozel emeller baglayir ay yazig! besti camahati azdirdin! senin dediyin bizness merkezine gardashdar gelen deyir! goy eybi yox o avam insanlar hansiznin hesabina Pashazade ozune jeep s class alir ve Mekkeye gonderdiyi adamlar orada avtobussuz ve otelde nomresiz galir! Inshallah Allahtala giyamet gununde hamivizin payini vercek! Sen yazdigin delilleri ancag sizin Lenkarani yazar! Guranda bele sheyler yoxdu ay mushrik! Əvvəla mənə pul ayırılmayıb. 100% yazmaqla böhtan günahına batma! Tövbə etsən yaxşı olar! Hələ ki, mən ziyarətgahların islamda olub-olmamasını sinəmdən dəlil sübutla yazıram. Sənin kimi mübarək mədədən yazmıram. Bax gör mən bir pirin adını çəkmişəm? Paşazadədən islama nə? Bizim üçün onun əməlləri meyar deyil. Bizə meyar olan Qur`an və hədislərdirlər. Ona qalsa Səudiyyə Ərəbistanı şeyxləri də özlərinə təyyarə belə alır. Bu o deməkdir ki, islam pis dindir? Məntiqlə danış! İnşa ALLAH, ALLAH bizə cənnətdən pay verəcək! Mən dəlilləri Lənkəranidən (rə) yazanda, yazaram ki, Lənkərani (rə) belə deyib. Mən dəlili Qur`andan yazmışam və adresini də vermişəm. Buyurub baxa bilərsən: http://forum.bakililar.az/index.php?showto...p;#entry2126094
-
Huseyn! deyesen sende bu mashininda Ya Huseyn! Ya zaman! Ya mekan yazanlardansan ee! a kishi guran Adem eleysalamdan bashlanmish senin axiretive geder hech bir sheyi biraxmadan her bir chopden bele yazir! oxuya bilmirsen bilenlerden sorush! mentigli yox ee Allahdan gorx ay yazig! gul oldugun kimi gal! oyunme! Yaxşı ki, bir-birinizin səhvini açıb deyirsiniz!
-
Hamı bilir ki, vəhhabi təriqətini islama xristianlar gətirib. İndi də onlar var. Sadəcə hələlik adlarını dəyişib sələfi qoyublar. Amma heç sələfin də yolu ilə getmirlər! Sənə nə kim nəzir qutusu doldurur? Sən öz dinində, mən öz dinimdə. Yaxşısı budur gəl söhbətə əqidədən başlayaq.
-
Saqqalı və bığı biz də qəbul edirik! Peyğəmbər (s) zamanında təkəbbürlü insanlar paltarlarını uzadırdılar. Buna görə də Peyğəmbər (s) müsəlmanları təkəbbürdən qorumaq üçün onlara belə buyurmuşdu. İndiki zəmanədə isə, heç kəs təkəbbürünə görə paltar uzatmır. Əgər belə paltar modeli varsa, məlumdur, geyinmə. Daha Peyğəmbər (s) buyurmayıb ki, şalvarınızı ingilislər kimi şortikə çevirin. Sən niyə islamı öz ağlınla yozursan? Qiblə dəyişilən zaman yəni, hicrətin 2-ci ili, əl-Əqsa-dakılar bığ-saqqal uzadırdılarsa, Kə`bənin içi müşriklərin bütləri ilə dolu idi! İndi sənə bir sual verim: -Necə olur ki, ALLAH bığ-saqqala görə qibləni əl-Əqsa məscidindən içi bütlərlə dolu olan Kə`bəyə çevirir? 17 rəkəti sən neçə rəkət sayırsan? Bir də, biz də 5 vaxt qılırıq. Biz zöhr namazını əsr namazından (vaxt baxımından) 5 dəqiqə əvvəl qılırıq. Aydındı? Biz də ALLAHa çağırırıq. Amma sizdən fərqli olaraq ALLAHın halal buyurduqlarını haram etmirik. Qur`andan gətirdiyimiz dəlilləri qəbul etsəydiniz, daha sizinlə bu qədər taqqa-tuqa ehtiyac qalmazdı.
-
Əbu-bəkr özündən sonra Öməri xəlifə təyin edəndə monarxiya sayılmır, Peyğəmbər (s) ALLAHın əmri ilə Həzrət Əlini (ə) imam təyin edəndə monarxiya olur? Sən nə demək istəyirsən? 1. Əli "rabbiALLAHu" yəni "ALLAH mənim RƏBBimdir"? 2. Əli "rəziyƏLLAHu ənhu" yəni "ALLAH ondan razı olsun"? Nağılı siz danışırsınız! Əbu-bəkri xalq özünə rəhbər seçibsə heç. Amma ALLAHın dininə rəhbəri ALLAH özü seçir. Daha xalq ALLAH dininə rəhbər seçə bilməz. 50-60 nəfər gülmə-şəkər səhabə yığışdı bir yerə, Peyğəmbərin (s) cənazəsi qaldı bir tərəfdə, gəlib özlərinə Əbu-bəkri (ALLAH bizdən razı olsun ) xəlifə seçdilər. Lənkərani də bir güzgüdür! Ona kim necə baxırsa, özünü elə görür. Dəli baxır ona, özünü dəli görür. Neyləyək ki, sən özünü "bambılı" gördün? Siğə haqqında bir mövzu var, fikirlərini ora yaza bilərsən! Bu da adresi: http://forum.bakililar.az/index.php?showtopic=58929
-
Bir avam müsəlman da həccə gedəndə, Kə`bə evini qucaqlayıb demişdi: "Ay ALLAH qəbrinə qurban olum! ..." Bunların məntiqindən belə çıxır ki, qeyri-müsəlmanlar bu müsəlmanın əməlinə baxıb deyə bilərdilər ki, müsəlmanlar ALLAHın öldüyünü və Onun Kə`bədə basdırıldığını qəbul edirlər.
-
Qur`an qiyamətə qədər biz müsəlmanların şəriətini təyin edəcək! Bir də, əgər bu iş haram olsaydı ALLAH bu işi Qur`anda tərifləməzdi. Haram buyurardı!
-
Başlayaq cavab yazmağa. Sonra inadkarlar deyər ki, şiələi bağladıq.
-
ALLAH yardımçın olsun! ALLAH Özü hamımızın mükafatını versin. Amin! Qardaşım, sünnilər iki hissəyə bölünür; ya insaflıdırlar, ya da insafsız. İnsaflıya deyirsən qəbul edir. İnsafsıza desən də, deməsən də qəbul etmir. Bunlar isə adətən inadkar vəhhabilər, sələfilər, əhli-təvhid və xəvariclərdir. Mən əhli-təvhidin forumuna yazırdım, mənim cavablarımı silirdilər. Sonra da deyirlər ki, bu iradların cavabı yoxdur. 4 ilə yaxındır ki, internetlə məşğul oluram. Foruma yazmağı isə təzə öyrənmişəm. Birinci dəfə elə əhlitevhid.com-un forumuna yazdım. 3-4 saat yazdıqdan sonra gedib yatdım. səhəri gün gəldim ki, başqa mövzulara cavab yazım, gördüm ki, ROBOTATORlar mənim bütün mesajlarımı pozublar. Sonra da deyirlər ki, şiələri bağladıq. Axı sən icazə ver ki, mənim mesajlarım orada qalsın, mən də sənin cavabını verim. Sonra Bakililar.az forumuna daxil oldum, buradakı söz azadlığına görə bura yazmaq qərarına gəldim. İnşa ALLAH davam edərik. ALLAH hamımıza yardımçı olsun. Kor korluğu il deyir ki, mən günəşi görməsəm də, onun hərarətini hiss eləyirəm. Ay gözlülər, günəşin qədrini bilin. Amma bir adam gözünü yumub günəşi görməkdən boyun qaçırsa, buna günəş neyləsin?! ALLAH haqqı hamıya çatdırıb. İndi kim istəyir qəbul etsin, kim istəmir etməsin. Kiminsə qəbul etməməsinin bizə bir ziyanı olacaq?
-
Ümumiyyətlə müsəlmana bir neçə yerdə yalan danışmağa və qeybət etməyə belə icazə verilir ki, bunlardan biri də iki küsülünü barışdırmaqdır. ALLAH Təala yalan və qeybəti böyük günahlardan saymasına baxmayaraq, iki müsəlman arasındakı ədavətin səmimiyyətə çevrilməsinə olduqca böyük önəm verdiyindən, bu günahları əvvəldən bağışlayır və bunlar nəinki günah sayılmır, hətta savab belə sayılır. Sən iki küsülü müsəlmanı barışdırmaq üçün desən ki; "Ay qardaş filankəs səni tərifləyirdi" (Halbuki, o bunu söyürmüş). Bu söz onların arasında sülh yaradacaqsa bu savablı bir işdir. Bu da o məsələlərdən biri. Sən çalış ki, arvadı etdiyi əməldən çəkindir və ona da, ərinə də bir-birləri haqqında xoş sözlər de. Ailə, övlad, valideyn və s. mövzularda söhbət et. İnşa ALLAH yaxşı olar. ALLAH yardımçın olsun. Günah qorxusunu başından çıxar. ALLAHa təvəkkül et və "iki nəfəri barışdırıram, qürbətən iləllah" niyyəti et, başla işə. ALLAHın adlarından biri də "Ğəfur"-dur, yəni çox-çox bağışlayan. ALLAH şirkdən başqa bütün günahları bağışlayır. Evi yıxmaq bir dəqiqəlik işdir. Amma onu qurmaq aylarla, illərlə zaman tələb edir. Hər halda biz də bir müsəlman kimi müsəlmanların bu yola yönəlməsini və müsəlmanların ailəsinin dağılmasını arzulamırıq. ALLAH niyyətinə görə sənə yardımçı olsun. Bəli caizdir. İnşa ALLAH bu pis əməli təkrar etməz. Biz bəndələrin bir pis xüsusiyyəti var və o da budur ki; ALLAHın bağışladığı günahları biz bağışlaya bilmirik. Hədislərin birində (yadımda qalan qədər) belə buyurulur: "ALLAHdan bir sifəti özünə götür. ALLAH "SƏTTARƏL-UYUB"-dur, yəni, eybləri örtən. Sən də onun kimi insanların eyblərini örtən ol!" Biz müsəlmanlar isə öz dinimizdən o qədər kənarlaşmışıq ki, bu sifəti özümüzə seçə bilmirik. Əgər ALLAH bizim eyblərimizi açsa, onda bizim vəziyyət necə olar? Heç kəs bizə yaxın belə gəlməz. Xeyr, şərik niyə çıxasınız. Savadlının savadsıza, təcrübəlinin təcrübəsizə və s. məsləhət verməsi savablı bir əməldir. Bunu ALLAH özü bəyənib. Bir nəfəri doğru yola yönəltmək, ona səhvini başa salmaqdan daha yaxşı nə ola bilər?
-
Meşə qardaşları yox eeeeeeeeeeeee "Meşə ayıları"
-
ALLAH müvəffəqiyyət versin, sizin cavablarınızı tezliklə yazacağam! İndi vaxtım yoxdur! Hələlik!
-
(mescidin cholunde magaza achibsa qoy vergi de versin.) Sənə nə, kim vergi verir, kim vermir? Vergilər Nazirliyində işləyirsən, ya Vergilər Nazirliyi sizi yandırıb? (daha size hech kes inanmir ki, sizin qutuya pul da atsin.) Guya sizə belə çox inanırlar? İslamın qara üzünə dönmüsünüz! Sizi marşurutda görən analar, uşaqlarının üzünü başqa tərəfə çevirir ki, uşağın yuxusuna girməyəsiniz! Mirzə Ələkbər Sabir demişkən: Xortdandı, xoxandı, qoyma gəldi!!! Didarı yamandı, qoyma gəldi!!! (sadece bir sira cavanlari aldadib, yoldan chixaribsiz, ancaq ashura gunundeki teatrda bir az pul yigirsiz qeyri-qanuni olaraq.) Aşura günü qanı tökülənlərin azarı dəysin canına! Ona sən teatr deyə bilərsən, çünki nütfəndə naqislik var! Yox bir, get ərəb şeyxlərinə de gəlib ora da kamera və sayğac qursunlar! (ishveranlik ise size yehudilerden kechib, onlar da Isa [as]-i Romalilara shikayet etmishdiler.) Yəhudiləri araşdırsaq sizə daha yaxındırlar! Əbu-hüreyrənin "israiliyyat" deyilən hədislərini siz öpüb gözünüzün üstünə qoyursunuz! Yəqub peyğəmbərin ALLAHla güləşməsini, ALLAHın gülməsini, ALLAHın sifətdən-sifətə düşməsini, ALLAHın baldırını və s. (siz dovletden qorxdugunuz qeder Allahdan qorxsaydiz ne yaxshi olardi?) Sənə kim deyib ki, biz ALLAHdan qorxmuruq, dövlətdən qorxuruq? Bir də ki, sən bizim ALLAHdan qorxumuzu dövlətdən qorxuyla müqayisə edirsən? Bizim ALLAHdan qorxmamızın həddi-hüdudu yoxdur! Sənin kimi dovşansifət terrorçu deyilik ki! (bizim yolumuz melumdur shukr Allaha. siz hara gedirsiz?) Bizim yolumuz isə ALLAHa doğrudur. Sənin yolun hara olur-olsun, narahat olma! Bizim yolumuz kəsişməyəcək! Çünki ALLAHa doğru "siratəl-müstəqim" bir dənədir, tağutlara doğru olan yolların sayı-hesabı yoxdur! (agar Ali[ra]-i Allah xelife sechmishdise, Ozu de onu xelife ederdi, amma gorursen ki, Abu Bakr [radiallahu anh] XELIFE oldu. Allahin hokmu qarshisini hech kes ala bilmez.) Deməli sənin məntiqinə əsasən, Məhəmmədi (s) ALLAH peyğəmbər seçmişdisə, onu niyə bütün dünyaya peyğəmbər etmədi? Bir də İmam Əlini (ə) ALLAH möminlərə rəhbər seçdi və möminlər də onu özlərinə rəhbər kimi qəbul etdi! İmam Əliyə (ə) tabe olanlar, İmam Əli (ə) kimi yetim başına sığal çəkənlərdirlər. Daha sənin kimi özünə 20 kq bomba bağlayıb, camatı partladıb kimlərinsə balasını yetim qoyanlar yox!
-
Sovet vaxtı biz müsəlmanları islamdan, dini kitablardan, xüsusilə də Qur`andan ayırmaq üçün bizim əlifbamızı dəyişdilər. Azərbaycan, Qazaxıstan, Türkmənistan, Özbəkistan, Tacikistan və Qırğızıstanın əlifbasını dəyişib kiril əlifbası etdilər. Bununla da Qur`an oxumaq və onu öyrənmək çətinləşdi. Sayları bizdən qat-qat az olan Ermənistan və Gürcüstanın əlifbası isə dəyişdirilmədi. Onların əlifbası kiril əlifbasına çevrilmədi! ALLAH ateistlərin bəlasını versin!
-
Salamun ələykum qardaş! Çox gözəl mövzu açmısan. Bu mövzudan faydalanan bütün müsəlmanlara müəllimlik edirsən! ALLAH Təala əcrini artıq etsin! Məhəmməd (s) peyğəmbər buyurub: "Sizin ən yaxşınız Qur`anı öyrənən və onu başqalarına öyrədənlərdir".
-
Salamun ələykum. Borcumuzdur. Hər halda kişinin iki münasib yolu var: 1. Arvada təlaq verib onunla boşanmaq. 2. Onun tövbəsini qəbul edib günahından keçmək. Baxsın görsün hansı onun şəraitinə münasibdirsə onu da seçsin! Amma övladlarını saxlamaq hüququnu şəriət də ona verir. Övladlarını götürüb başqa bir qadınla da evlənə bilər. ALLAH Təala özü kömək olsun və heç kəsin başına belə bir müsibəti gətirməsin! ALLAH bütün müsəlmanlara öz vəzifələrini öyrənib ona əməl etməkdə yardımçı olsun!
-
indiki zamanda kimi dashqalaq etmek olar qardashim? biz Azerbaycanda yashayiriq,qebilede yox! Ve TAALANIN verdiyi cani kutlenin almasi ne derecede sheeren doqrudur?Meger Qurani-kerimde bele bir shey var?Islamda vehshilik beyenilendirmi?Meyer her kesin emelinin cavabcisi ALLAH DEYILMI? Cavabin ucun minnetdaram! Daşqalaq, edam və s. cəzalar islamda var. Bu cəzalar əgər tətbiq edilsəydi, o arvad deməzdi ki, Bu cəzalar islam və müsəlmanlar arasından yığışdırıldıqca belə hallar artıb. İslamda din siyasətlə eynidir. Bunlar dini siyasətdən ayırdılar, indi də başlayıblar "insan haqları". Ölüm cəzası Azərbaycanda götürüldükdən sonra, nə qədər cinayətlər artdı?! Hamı bilir ki, axırı ömürlük həbsdir. Daha ölüm yoxdur. Əgər müsəlmanlar daşqalaq, edam, şallaq və s. cəzaları yerinə yetirsəydilər, kim zinaya cürət edərdi?
-
Zina və daşqalaq barədə "İslamda günahlar və cəzalar" kitabının "Zina" bölməsindən ətraflı məlumat ala bilərsiniz. İnternet adresi belədir: http://www.haqqyolu.org/kitabxana/read.php?id=20081011071359
