-
Публикации
442 -
Зарегистрирован
-
Посещение
Все публикации пользователя Shie_cavabi
-
Siz axı kimsiniz? İslamı oyuncaq etmisiniz! Bir-iki kəlmə oxuyursunuz, sonra da düşürsünüz ortalığa ki, biz də varıq! Tövbənin bir mənası da üzr istəməkdir. Tövbənin üç şərti var: 1. Etdiyin əməldən peşiman olmaq. 2. Bir daha o əmələ qayıtmamaq qərarına gəlmək. 3. Etdiyi əmələ görə, dillə bağışlanma istəmək. Əgər günahda yalnız ALLAHın əmrindən çıxılıbsa, məsələn; namaz qılmayıb, oruc tutmayıb, şərab içib və s. bu halda ALLAHdan bağışlanma istəməsi kifayətdir. Amma günahı ilə kiminsə haqqını da tapdayıbsa, həmin şəxsdən də üzr istəməlidir. Məsələn, qeybət etmək, kimisə ələ salmaq və s. Burada da qadının iffəti, namusu kişinin abır və namusudur. Əgər qadın zina edibsə kişiyə məxsus olan hüquqları pozub. Buna görə həm ərindən üzr istəməlidir və həm də ALLAHa tövbə edib, bir daha o işi etməmək qərarına gəlməlidir. Daşqalaq, edam, kafir, müşrik, rafizi və s. Sizin bunlardan başqa bildiyiniz şey var? İslamı zorakılıq dini kimi göstərənlər elə sizsiniz! ALLAH sizin hidayətə layiq olanlarınızı hidayət etsin! Daşqalağın hökmü: 1. Zina edən qadın və kişi evli olmalıdır. 2. Həddi-buluğa çatmış olmalıdır. 3. Ağıllı olmalıdır. 4. Qüdrətli (əməli etməyə və ya ondan çəkinməyə) olmalıdır. 5. Maddi ehtiyac üzündən olmamalıdır (Bu halda cəza daşqalaq deyil, şallaqdır). 6. 4 nəfər (islam baxımından) ədalətli kişi onun zina etdiyinə vasitəsiz şahid olmalıdır. Əgər şahidlər qadın olsa, bir kişinin əvəzinə iki qadın şəhadət verməlidir. 7. Zina edən şəxs özü 4 dəfə ayrı-ayrı məqamda öz əməlinə şəhadət verməlidir. və s. Bu halda kişi qurşağa qədər, qadın isə sinəyə qədər basdırılır və daşqalaq edilir. Bütün bunlar islam şəriətinin hakim olduğu ölkədə şəri qazinin hökmü ilə edilir. Daha sənin kimi qəddarın hökmü ilə edilmir. ALLAH Təala müsəlmanların abrını o qədər əhəmiyyətli hesab edir ki, müsəlman öldürüldükdə 2 ədalətli şəxsin şahidliyi kifayətdir, amma zinada isə (müsəlmanın abrı töküləcəyinə görə) 4 ədalətli şahid istəyir.
-
Cism üç tərəfə, en, uzun və hündürlüyə malik olan bütün varlıqlara deyilir. Bəli, cism var olmaq üçün öz cisminə möhtacdır! Mən demədim ki, ruh və mələk cism deyil! Onlar mücərrəd, yəni qeyri-maddi varlıqlardırlar! Bu forumu oxuyanlar bilir ki, kim qanmazdır, kim ağıllı! Mən deyəndə ki, "İlahi, səni and verirəm 124.000 peyğəmbərə, mənim günahlarımı bağışla!" Bu peyğəmbərlər içində İsa (ə) yoxdurmu? Bəs siz bu ayəni necə başa düşürsünüz? Həm də hamı ölmür! Bəziləri dünyasını dəyişsə də ALLAH yanında ruzilənirlər. ALLAH onlar haqqında belə buyurur: Allah yolunda öldürülənləri (şəhid olanları) heç də ölü zənn etmə! Əsl həqiqətdə onlar diridirlər. Onlara Rəbbi yanında ruzi (cənnət ruzisi) əta olunur. 3-cü surə, "Ali-İmran", "İmran ailəsi" surəsi, 169-cu ayə. http://quran.az/index.php?lang=aze&soo...y=&author=1 Xristianlıq ilə aramızdakı fərqi yazmaq üçün sənin ağırlığında mürəkkəb lazımdır. Bir də bir ömür vaxt. Bizim tövhid əqidəmizin saibilərin əqdiəsinə nə kimi oxşarlığı var?
-
A kişi məscidin içində alver etmək məkruhdur. Daha məscidin çölündə yox! Bu kişi məsciddən kənarda, yəni məscidin çölündə, bir mağaza açıb! Belə deyək ki, BACARANA CAN QURBAN!!! Siz guya nəzir qutularını bağlamısınız? Rəsmi olaraq əxilərinizdən pul yığırsınız və məscidin xərclərini ödəyirsiniz! Biz isə nəzir qutusuna salınan pullarla məscidin kommunal xərclərini ödəyirik! Şəriətə əməl edən müsəlmanın dilindən və əlindən bütün müsəlmanlar amanda qalır. Daha sizin kimi olmurlar! Özünə 20 kq bomba bağlayıb namaz qılanları partladırsınız! Sonra da deyirsiniz ki, filan qardaş şəhid oldu! Daha demirsiniz ki, kəllə-mayalaq getdi cəhənnəmə! Polisin də vəzifəsi mənim asayişimi təmin etməkdir. Mən görürəm ki, sən mənim əqidəmi ələ salırsan, mən Kərbəla, 20 yanvar, Qarabağ şəhidlərinə salavat deyirəm, sən pis arvad kimi hırıldayırsan, məscidi ibadət evindən başqa bir yer vəziyyətinə gətirirsən, ən yaxşısı polisə deməkdir. Məsciddə qan tökülüncə, məscid murdarlanınca, sənin qoluna qandal vurulsa daha yaxşıdır. Dövlət o qədər zinakarın zinasını biləndə, zinakarlara bir söz deyir ki? Halbuki, siğə zinadan qat-qat yaxşıdır. Ən yaxşı fərqi budur ki, siğə olunan qadın ərli olmamalıdır. Amma ər altında zina edən nə qədər qadın var? Dövlət onlara nə deyir? Kəbin bizim islam dininin göstərişidir, molla da əcəb eləyir kəbin kəsir! Cavan uşaqlar özlərini qorusun xəstəliyə tutulmasın! Mollanın nəyinə lazım kim xəstəliyə tutulur? Sizinkilər cavab verə bilər? Elm deyir ki, qız uşağı ana bətnində AİDS xəstəliyinə tutula bilər və bu xəstəlik də sonradan onunla evlənən kişiyə keçə bilər! Sənin də şeyxin kəbin kəsir, bir oğlan bu qızla evlənir və xəstəliyə tutulur. Gəlib sənin mollandan nə soruşurlar ki??? Sən heç onların ayağının tozu da ola bilməzsən! İsa (ə) özündən sonra bizim peyğəmbərin (s) gələcəyinə müjdə verdi. Əsl iman sahibləri ondan sonra bizim peyğəmbəri (s) qəbul etdilər. Amma bizim peyğəmbər Məhəmməd (s) özündən sonra Əlinin (ə) imam olacağına beyət aldı, lakin sənin kimilər hələ də qəbul etmək istəmirlər.
-
Deyəsən səni düz tanımışam! Sən ancaq söhbətin mövzusundan qaçmağı bacarırsan! Söhbət "səhabələrdən" gedir. Daha İmam Mehdi (əc) və Ramazandan getmir! Sözün var danış, yoxdur danışma!
-
Zülmətdə oturub gözlərini q.yanlar günəşi görmürsə, buna günəş neyləsin? Sən öz dövrünün imamını tanımırsansa, buna İmam (əc) neyləsin? Alimin ixtilafı İmamın (əc) imamətinə təsir etmir ki! Ramazan ayı Şəban ayından sonra başlayır. Bir də ayın əvvəlinin təyin edilməsi üçün şərtlər var, bunlarla ayın əvvəli təyin edilir. Sənin məntiqinə əsasən, "Peyğəmbər də 1.400 ildən çox zamanda bir dənə də ixtilafi məsələni aydınlaşdırmayıb". İndi de görək, Məhəmməd (s) peyğəmbərin peyğəmbərliyi barədə nə fikirləşirsən? Şiə sənin məzhəbinə tabe deyil ki, sən öz hesab-kitabınla Fitr bayramı edəsən, şiə də həmin günü oruc açsın? Bu sənin məntiqindir?
-
O gələcək!!! Kafirlər istəməsələr belə, ALLAH öz nurunu tamamlayacaq! Tökülüb eeeeeeeeee, yığıb yığışdıran yoxdur!!!!!!!! Tez-tez de, yadından çıxmasın! Səndən olsa-olsa özünü partladıb müsəlman öldürən çıxar!
-
Məscidin içində alver etmək məkruhdur, haram deyil. Sən heç bilirsən ki, kim dükanı harda açıb? Məscidin nəzir qutusundan narkotik almaq üçün pul oğurlandıqda onun qapısını da qıfıllayarlar, pəncərəsini də! Guya sələfilər məscidin qapısını bağlamır(dı)lar? Şəriəti ALLAHın lütfü sayəsində özümə lazım olan qədər bilirəm! Belə çox dövlət qanunlarına hörmət göstərirsiz? Bəs sizinkilər necə olur ki, dövlətin qadağan etdiyi kitabları altdan-altdan satırlar? Silah alır və saxlayır? Vergi vermirsə dövlət bilər, molla bilər. Sənə nə dəxli? Yəhudi din xadimləri tövratı təhrif etmişdilər və o zamankı yəhudilərdən din adı ilə müxtəlif vergi toplayırdılar. Zəkəriyya, Yəhya, İsa və başqa peyğəmbərlər (ə) onların bu əməllərini pisləyib!
-
Deyəsən sən bir dəfə ban almış "Şeyx ibn Huseyn"sən! Belə məntiqsiz yazılarınla onu qarabaqara izləyirsən! İndi isə cavab verək: 1. İmamın vəzifəsi təkcə fətva vermək deyil. 2. İmam qeyb dövründə belə insanlara fayda verir, bulud arxasındakı günəşin yerə verdiyi fayda kimi. 3. Peyğəmbər buyurub ki, kim öz dövrünün imamını tanımadan ölsə cahiliyyət ölüləri kimi ölmüşdür! Mənim imamım ALLAHın sonuncu höccəti, İmam Mehdi Sahib əz-Zəmandır (əc). Bu gün onun viladət (anadan olduğu gün) günüdür. Bəs sənin imamın kimdir? Kimdir sənin zəmanəndə ALLAHın höccəti? Bəlkə də cahiliyyət dövründəsən, xəbərin yoxdur? Nə qədər gec deyil, araşdır! İmamlığın şəri cəhətdən şərtlərini yaz, sənə sübut edim ki, bütün bunlar bizim imamımızda var!
-
Salam qardaş! Şəxsi ismarışını aldım və təşəkkür edirəm ki, məni bu foruma dəvət etdin! Belə bir sual bir dəfə də mənə verilib. Amma o taksi şoferi idi. Biz ona, onun məsələsinə uyğun cavab verdik. Lakin daha sonra ətraflı araşdırmadıq. Bu məsələ də ona oxşardır. Lakin burada bir dəfə andını da pozub. Ətraflı öyrənib yazaram! ALLAH hamımıza yardımçı olsun!
-
Bir də ki, sənə qəbir üstündə tikililər barədə Qur`andan dəlil gətirmişdim! 333-cü post: http://forum.bakililar.az/index.php?showto...p;#entry2126094
-
Ay müsəlman! Peyğəmbər pir də tikməsə, məscid tikib! Həmzənin qəbrini ziyarət edən qızı xanım Fatimə Zəhraya (s.ə.) bunu qadağan etməyib. Hətta xanım Fatimə Zəhra (s.ə.) Şəhid Həmzənin qəbrinin torpağından özünə təsbeh də düzəldib. Əgər bunlar günah olsaydı, Məhəmməd (s) peyğəmbər səndən də ağıllı idi! Onun (s) qızı xanım Fatimə Zəhra (s.ə.) da mənim və sənin ana-bacımızdan ləyaqətli olub. Peyğəmbər qızına deyərdi ki, qızım sən müsəlmanlara nümunəsən, belə etmə! Amma tarixdə və hədislərdə buna rast gəlmirik!
-
Senden sorushan oldu onun babalari kimdi? yoxsa ebu bekrin reytinqini qaldirmaq isteirsen? O özü də yaxşı bilir ki, Əbu-bəkrin (ALLAH bizdən razı olsun) reytinqi belə şeylərlə artmaz! Ona qalsa Firon gərək mələk olsun ki!!! ALLAH onun nəslindən bir möminin çıxmasını Qur`anda buyurub!
-
Məsciddə 3, 7 və 40 mərasimlərinin keçirilməsinin nə iradı var? Mollanın dükan açması da onun haqqıdır. O da başqaları kimi ailəsinə çörək pulu qazanmalıdır. Deyəsən "Necə hidayət oldum?" kitabı sizi pis yandırıb? Məscidin müəyyən saatlarda bağlanmasının da heç bir eybi yoxdur! Yəhudilərin məscidə nə dəxli?
-
Əvvəla rafizi sözünə görə yəqin ki, cəzalanacaqsan! Amma biz şiələr kimisə kimdənsə üstün sayırıqsa, deməli bizim buna dəlilimiz var. Daha kor-koranə təqlidçi və robot deyilik ki! Kəlamla məşğuliyyət niyə küfrə .rır, bəzilərinin küfrü, Peyğəmbərdən (s) sonra mürtəd olması üzə çıxır, ona görə? Ya sizin batil inanclarınız qurdalanır, ona görə?
-
Əgər kimsə hansısa səhabəni günahkar, kafir, mürtəd hesab edirsə buna dəlili olmalıdır. Əks halda isə iftira atmış sayılacaqdır. Sən özün də bilirsən ki, nasibilər islamda batil bir firqədirlər. Onların əməlləri sırf küfrdür. Lakin biz onlara ağıl və məntiqlə cavab veririk. Siz isə bizim onlara nə cavab verəcəyimizi artıq təyin etmisiniz. Bəlkə biz fəzilətdən söz açmayacayıq? Əbu-bəkr, Ömər və Osman haqqında olan fəzilətlərin əksəriyyəti sonradan uydurulub. Onlar Peyğəmbərə (s) nisbət verilsə də, zəifdirlər. Amma hər halda onlar haqqında uydurma fəzilətlər İmam Əlinin (ə) səhih fəzilətindən çox deyil.
-
Sənin bu iradın olduqca səviyyəsizdir. Bu sənin səhabə aşiqliyindən irəli gəlir. Onların çulunu sudan quru çıxarmaq üçün əlindən gələni edirsən. Daha fikirləşmirsən ki, bəzi səhabələr İmam Əli, İmam Həsən və İmam Hüseyn (ə) ilə müqayisə belə oluna bilməzlər. Bəzi səhabələri İmam Əli (ə) ilə müqayisə etmək sanki günəşlə şamı müqayisə etmək kimidir! Sən onların mürtəd olduqlarını deyə də bilməzsən axı! İmam Əli (ə) bir an belə bütə ibadət etməyib. Onun (ə) övladları da həmçinin. Bu uydurma hədis Əbubəkr, Ömər və Osman haqqındadır. Heç olmasa bir söz yazmaq istədikdə onu düzgün yaz. Bəli bu hədis səhihdir!
-
Bir hədisin iki-üç cür rəvayət edilməsi araşdırılır və o rəvayətlər bir-birilə uyğunlaşdırılır. Amma rəvayətlərin birində səhabələrim, digərində isə, ümmətim deyilirsə, deməli səhabələr də bu ümmətin içində olaraq sayılmalıdır. Hər halda səhabələrdən də bəziləri hovuzdan qovulacaqlar!
-
Yaxşı ki, sən də səhabələrin arasında münafiq və ikiüzlülərin olmasını dəlil və sübutla qeyd edirsən! Sələfilər sənə bilirsən nə seyəcəklər: "Sapı özümüzdən olan balta"!
-
Bəs deyirsiniz ki, səhabələr hamısı ədalətlidirlər. Onlara lənət demək olmaz?! Axı necə olur ki, onların içində olan mürtədlərə də lənət demək haram sayılır? Bir də ki, deyirsiniz ki; Bəs ərəblər səhabə sayılmırdılar? Onların əksəri niyə mürtəd oldular! Mən səbəbini bilirəm, amma səndən eşitmək istəyirəm!
-
Axır ki, səhabələrin bəzisinin münafiq olmasını boynuna alan oldu! Münafiq o şəxsə deyilir ki, zahirdə islamı qəbul edib, lakin gizlində istədiyi əməli edir. Bura aid olan səhabələr Peyğəmbərdən (s) sonra zülm və qəsblə də məşğul oldular. İmkanları çatan günahı aşkara etdilər.
-
Kor tutduğun buraxmayan kimi siz də dəlil və məntiqsiz sözlərinizdən əl çəkmirsiniz. Axı pirdə cinlərin olması barədə dəliliniz var? Varsa buyurun göstərin! Ziyarətgahlar insanı ALLAHa yaxınlaşdırır, şirkə və küfrə .rmır! İnsanlar bu yolla ALLAHa vəsilə tuturlar və təvəssül edirlər. Qur`anın buyurduğu kimi: http://forum.bakililar.az/index.php?showto...p;#entry2126094
-
Heç kəsin xoruzunu qoltuğuna verə bilməzsiniz! Biz sizin kimi bir-birimizlə düşmən deyilik ki!
-
amma neyniyek ki,bezilerinin burda shekillerini gorurem gulmeli saggalnan,hele biglarida sechilir,dayanmadan hamiya ban verir nebilim 20% 100% ay mushrik menim 100-den chox pocht gutum var ne vaxt istesem yeniden geydiyyati kecherem hech xeberinde olmaz! hal hazirda 3 dene mehs bu forumda varimdi! http://forum.bakililar.az/index.php?showto...p;#entry2122839
-
(gunde 3 defe namaz gilan adamlardan) Peyğəmbərimiz (s) üç dəfə namaz qılmayıbmı? (kelmeyi shahadetine (eliyullah veliyullah) elave eden adamlardan ne gozdeyirsen!?) Bizim islama şəhadətimiz ALLAH və onun Rəsuluna (s) şəhadətdən ibarətdir. Şiə olduqda isə imamətə də şəhadət veririk! (svitaforlarda Etaga deye bir shexsin shekillerini 20 gepiye satanlardan) Şəkilin qiymətinin fərqi yoxdur. Təsbeh var 10 qəpik, təsbeh var 10 manat. Xoşun gəlmir alma! Sənə yalvaran var ki, kiminsə şəkilin al? (agajlara gara lent baglayanlardan guye ki bu agajlardan seyidlerimiz meyve derib) Dəlil və məntiqə əsaslanmayan cahil və avam şiələrin əməlləridir bunlar. Şiənin əqidəsi və əməlləri məlumdur. Get oxu, öyrən və sonra iradını bildir. (Ruslar kimi shekil galdiran (ikona) guyeki bu Hezret Ali (r.a) sheklidi) Bu da şiə əqidəsində yoxdur. İmam Əlinin (ə) şəkili olmayıb və bunu bəziləri islamdan xəbərsiz olaraq edirlər. (hansinada dash atirsan seyiddiler,hech seyid sozunun menasin bilmiller.) Vəhhabilərin də hansına daş atırsansa deyirlər ki, biz sələfiyik! Heç sələfi sözünün mənasını bilmirlər! (Neyide sorushursan deyiller axi dede baba gaydais bel olub bu bir adetdi.Adet Ereb sozu yeni adi demekdir ay acizder Xevarikul adet yeni geyri adi!) Ay aciz! Nəyi soruşursan soruş! Dəlili olanları dəlillə cavablandırarıq. (exi yorma ozuvu!) Haqqın aydınlaşması yolunda yorulmağa da dəyər. (Selefsense selefde de gal! shiye shiye guranda shiye var!?) Mən isə deyirəm: Sələfsənsə də öz məzhəbini araşdır və haqqa dəlil və məntiqlə tabe ol, Şiəsənsə də həmçinin! Sələf, sələf, Qur`anda sələf var?
-
Ay avam! Həcc də bir ziyarətdir də! Ora bir müsəlman öz şəxsi təyyarəsi ilə getdikdə onun ziyarəti batil olur. Ora ziyarətə getmək üçün vizaya verilən pul ziyarəti batil edir?
