Перейти к содержимому
Скоро Конкурс!!! Торопитесь!!! ×

Shie_cavabi

Members
  • Публикации

    442
  • Зарегистрирован

  • Посещение

Все публикации пользователя Shie_cavabi

  1. Shie_cavabi

    Sehabeler

    2. Peyğəmbərin (s) tanımadığı mahir və gizli münafiqlər! 9-cu surə "ət-Tovbə", "Tövbə" surəsi, 101-ci ayə: Ətrafınızdakı bədəvilər və Mədinə əhalisi içərisində ikiüzlülüyü özlərinə adət etmiş (bu işdə mahir) münafiqlər vardır. Sən onları tanımazsan, Biz isə onları tanıyırıq. Onlara iki dəfə (dünyada və qəbir evində) əzab verəcəyik. Sonra (axirətdə) isə ən böyük əzaba uğrayacaqlar.
  2. Shie_cavabi

    Sehabeler

    1. Məşhur münafiqlər! 63-cü surə "əl-Munafiqun", "Münafiqlər" surəsi, 1-ci ayə: (Ya Peyğəmbər!) Münafiqlər (riyakarlar) sənin yanına gəldikləri zaman: "Biz sənin, doğrudan da, Allahın Peyğəmbəri olduğuna şəhadət veririk! – deyirlər. Allah sənin Onun həqiqi Peyğəmbər olduğunu bilir. Allah həm də münafiqlərin xalis yalançı olduqlarına şəhadət verir.
  3. Shie_cavabi

    Sehabeler

    Qur`ani-Kərimdə səhabələr 1- Qur`ani-Kərim səhabələri müxtəlif qruplara bölür. Qur`anda səhabələr barəsində belə deyilir: "İmanda öncül olanlar", "Ağac altında beyət edənlər", "Ölkələrini və mallarını qoyub hicrət edənlər", "Fəth əshabı", və bu kimi sair. Onları tərifləyir və onlara fəzilət nisbəti verir. Bunun əks tərəfində isə digər qrupları zikr edir ki, bunları da unutmamaq lazımdır! Onlar bunlardır:
  4. Shie_cavabi

    Sehabeler

    Qardaş, çətinlik niyə çəkirsən??? Ayının bildiyi armuddur, o da ki, meşədə olur! Ətraflı məlumat üçün "MEŞƏ AYILARI"-na müraciət edə bilərsən! Əlbəttə ən yaxşı halda 10 il sonra!
  5. Bəlkə də elə bir zaman gələcək ki, anadangəlmə korları müalicə edib sağaldacaqlar və onlar ALLAHın verdiyi şəfa ilə görəcəklər. Amma heç vaxt elə bir zaman gəlməyəcək ki, özünü görməməzliyə vuran şəxsə nəyisə göstərə bilsinlər! Bu qeyri-mümkündür!
  6. Shie_cavabi

    Cafari Mazhabi.

    Bir sual da mən verim! Əhli sünnə qardaşlarımız həmişə Aişənin fəzilətinə dair bu ayəni sitat gətirirlər: Peyğəmbər möminlərə onların özlərindən daha yaxındır. (Möminlər peyğəmbəri özlərindən çox sevməli, onun hər bir əmrini sözsüz yerinə yetirməlidirlər). Onun övrətləri (möminlərin) analarıdır (heç kəs onlarla evlənə bilməz). http://quran.az/index.php?lang=aze&soorah=33&aya=6&query=&author=1 33-cü surə, "əl-Əhzab", "Müttəfiqlər" surəsi, 6-cı ayə. 1. Bu ayənin nazil olma səbəbi (şə`ni-nüzulu) belədir: Peyğəmbərin (s) səhabələrindən, Əhli sünnə qardaşlarımızın "əziz-giramisi" olan Təlhə dedi: "Peyğəmbər (s) öləndən sonra Aişəni mən alacağam!" Bunu eşidən Peyğəmbər (s) olduqca narahat oldu. ALLAH ayə nazil edərək Peyğəmbərin (s) xanımları ilə evlənməyi haram etdi. 2. Əgər Aişə xanım bu ayəyə görə fəzilətlidirsə, nə üçün Peyğəmbərin (s) digər xanımlarına bu fəzilətdən pay vermirsiniz? 3. Bu ayədən başqa Qur`an, hədis, tarix və sair mənbələrdən Aişənin fəzilətinə dəlalət edən nə isə tapıb gətirə bilərsinizmi? Bəlkə "MÜKAFAT" da aladınız!!!
  7. Shie_cavabi

    Cafari Mazhabi.

    Burada şrift qarışıb. Amma üstündən yazı yazdığım üçün redaktə edə bilmədim. Beləliklə, redaktə olunmuş variant: Fironun ailəsindən bir möminin olması, heç də Firon üçün fəzilət sayılmır. Eləcə də Əbubəkrin nəslindən bir nəfərin mömin olması, Əbubəkr üçün fəzilət sayılmayacaq!
  8. Shie_cavabi

    Cafari Mazhabi.

    1. "Peyğəmbərlərin" (ə) yox! Yalnız İslam peyğəmbəri Həzrət Məhəmmədin (s) zövcələri (xanımları). 2. "Bacılarınız" məsələsi ümumiyyətlə yoxdur. Qur`anı təhrif etmə! Yalnız "analarınızdır" var. Sən dedin, biz də inandıq! İslamdan azacıq məlumatı olanlar bilir ki, kim Təlhə və Zübeyrə qoşularaq İmam Əli (ə) ilə müharibəyə getdi! Cəməl (Nakisin) müharibəsi! Ətraflı məlumatlar buradan 2-ci bölmə, 6 və 7-ci fəsilləri oxuya bilərsiniz: http://haqqyolu.org/kitabxana/read.php?id=20081221111332
  9. Shie_cavabi

    Cafari Mazhabi.

    ALLAH Təala Qur`anda buyurur: Firon ailəsindən olub imanını gizli saxlayan bir kişi dedi: ... http://quran.az/index.php?lang=aze&soorah=40&aya=28&query=&author=1 40-cı surə, "Ğafir", "Bağışlayan" surəsi, 28-ci ayə. Fironun ailəsindən bir mцminin olması, heз də Firon ьзьn fəzilət sayılmır. Eləcə də Əbubəkrin nəslindən bir nəfərin mцmin olması, Əbubəkr ьзьn fəzilət sayılmayacaq!
  10. Shie_cavabi

    Cafari Mazhabi.

    Danışmaq istəyəndə, öz adından danış! Kiminsə bir kitaba gülməsi, o kitabın batil və qeyri-səhih olmasına dəlalət etmir! Sənin məntiqinə qalsa, ateistlər də 70-il Qur`ana gülüblər! Bu o deməkdir ki, sən ALLAH haqqında da eyni fikirdəsən??? AMMA səndən gözlənilir! ALLAHı cism bilənlər, Onun səhv etməsinə də inanarlar! ALLAHı cism bilməyiniz barədə, buyurub baxa bilərsən: http://forum.bakililar.az/index.php?showtopic=70359
  11. Shie_cavabi

    Cafari Mazhabi.

    Bəli İmam Sadiq (ə) əsil əhli sünnə olub. Söhbətə dəqiq fikir ver! Əsil Əhli sünnə! Daha yalançı olmayıb. O Peyğəmbərin (s) buyurduğu bütün hədisləri qəbul edib! O cümlədən: Mən kimin mövlası və rəhbəriyəmsə, bu Əli (ə) də onun mövlası və rəhbəridir. İmam Sadiq (ə), bəziləri kimi özünü əhli sünnə adlandıraraq Peyğəmbərin (s) buyuruqlarının yarısını qəbul, yarısını da rədd edənlərdən olmayıb. Siz də Peyğəmbərə (s) aid olan bir kitab oxumayıbsınız! Bəs necə olur ki, Onun (s) yolu ilə getməyinizi iddia edirsiniz? Bəlkə Buxari və Müslim yalan yazır? Qur`anın özündə də bəzi ayələrin məzmunu fərqlidir. Bir yerdə səhabələr təriflənir və ALLAHın onlardan razı olduğu deyilir, digər yerdə isə səhabələr pislənir və onların Peyğəmbərə (s) əziyyət vermələri vurğulanır. Bu o deməkdir ki, Qur`anda da təzadlar var? Ziddiyyət təşkil edən ayələrin izaha ehtiyacı olduğu kimi, ziddiyyət təşkil edən hədislərin də izaha ehtiyacı var. Əlbəttə əgər hədislər zəif deyillərsə! Biz yaxşı bilirik ki, bizim məzhəb həqiqət və məntiq yolu ilə inkişaf edir! Daha pul və zor gücü ilə deyil! ALLAH hidayətdə olmayıb özlərini hidayətdə sayanlara da hidayət versin! Amin! Vəssəlam!
  12. Shie_cavabi

    Cafari Mazhabi.

    Kitablara cavab verilib. Amma Kuleyni (rə) İmam Sadiqdən (ə) hədis nəql edərkən ravilərin də adını qeyd edib. Bu isə o deməkdir ki, Kuleyni (rə) hədisləri bir-başa İmam Sadiqdən (s) rəvayət etmir. Əgər hədis nəql etmək hədisi buyuran şəxsi görməkdən asılıdırsa, sizin Buxari, Müslim və sairləri Peyğəmbəri (s) görmüşdü ki, onların hədislərini qəbul edirsiniz?
  13. Shie_cavabi

    Cafari Mazhabi.

    Haqq günəşdən də aydındır! Günəşi görmək istəməyənə günəş neyləsin? İslama ən böyük bidəti Mr. Hemfer gətirib. Get oxu və məhv et! İlkin mərhələdə xalqı elm öyrətməklə savadlandırmaq olar. Sonrakı mərhələdə xalqı tədqiqat və təhqiqata həvəsləndirmək olar! ALLAH istəməsə sən heç kimi doğru yola qaytara bilməzsən! ALLAH istəsə isə, sən olmasan belə başqasının vasitəsilə insanları hidayət edəcək! Şiələri təvəssülə görə müşrik sayırsınız, amma özünüzü ALLAHdan əlavə bir hidayətçi!!! Bəs bu şirk deyil???
  14. Shie_cavabi

    Sehabeler

    Amma ALLAH fərqləndirir! Bax bu ayədə! (Ya Rəsulum!) Bu peyğəmbərlərin bəzisini digərindən üstün etdik. Allah bunlardan bəzisi ilə danışmış, bəzisinin isə dərəcələrini yüksəltmişdir. Məryəm oğlu İsaya açıq möcüzələr verdik və onu müqəddəs ruhla (Cəbraillə) qüvvətləndirdik. 2-ci surə, "əl-Bəqərə","İnək" surəsi, 253-cü ayə. http://quran.az/index.php?lang=aze&soorah=2&aya=253&query=&author=1 Bəlkə ALLAHa da küfr nisbəti verəsən, axı O da fərqləndirib. Hənnnnnnnnnnnnolsun? Firon da illərlə Yusif (ə) peyğəmbərin məliki (yəni, padşahı) olub. Buna nə deyirsən? Bax gör Qur`an necə buyurur: Padşah dedi: "(Yusifi) yanıma gətirin, onu özümə ən yaxın (adam) edəcəyəm!" Sonra (padşah) onunla söhbət etdikdə: "Sən bu gün (bu gündən) yanımızda mövqe sahibisən, etibarlı bir şəxssən!" – dedi. (Yusif) dedi: "Məni bu yerin (Misirin) xəzinələrinə məmur təyin et (Misir xəzinələrini mənə tapşır), çünki mən (özümə etibar edilən mal-dövləti) qoruyanam, (işləri idarə etməyi) bilənəm!" 12-ci surə, "Yusuf", "Yusuf" surəsi, 54-55-ci ayələr. http://quran.az/index.php?lang=aze&soorah=12&aya=54-55&query=&author=1 Yusif (ə) peyğəmbərin Fironun vəziri olması, Fironun fəzilətini zərrəcə artırmır. İmam Əlinin (ə) də xəlifələrə verdiyi məsləhətlər də xəlifələrin fəzilətini zərrəcə artırmır!
  15. Shie_cavabi

    Sehabeler

    Əvvəla Peyğəmbərdən (s) belə hədis yoxdur. Bu onun (s) adından olan uydurma və cəfəngiyyatdan başqa bir şey deyil. Səhabələrəin hamısı ulduz deyil. Onların içərisində münafiqlər də olub! Mələk deyillər ki, günahsız olsunlar!
  16. Shie_cavabi

    Cafari Mazhabi.

    Sənin bu sualına sənin ağırlığında mürəkkəblə cavab yazmaq olar! Buna görə sənə bəzi kitabların ünvanını verirəm ki, ətraflı məlumat ala biləsən! 1. İslam məzhəbləri ilə tanışlıq - Dördüncü fəsil http://haqqyolu.org/kitabxana/read.php?id=20081002061538 2. İslamda şiəlik http://haqqyolu.org/kitabxana/read.php?id=20081104044441 3. Şiəlik necə yaranmışdır? http://haqqyolu.org/kitabxana/read.php?id=20081225074506 Mən bilən bəsdir.
  17. Həmişə cavabı şeyxlərdən soruşursunuz. Gцrьn ki, sizi ittiham etməyə haqqımız var ya yox? Bu da sizin ALLAH haqqında əqidələriniz: http://forum.bakililar.az/index.php?showtopic=70359 ALLAH yaxşı bilir ki, kimi Mr. Hemfer bidət olaraq islama gətirib. Ətraflı məlumatı buradan ala bilərsiniz: http://haqqyolu.org/kitabxana/read.php?id=20081025025644 Peyğəmbər (s) buyurub: Qur`anın bir zahiri və yeddi batini var. Bir də Qur`anda "mцhkəm" və "mьtəşabih" ayələr var. Onları necə qəbul edirsiniz? Bəlkə iki əlin mənası başqadır? "İmran" surəsi deyil, "Ali-İmran" surəsidir! Məlum Şeyxləriniz islamın abrını az tцkmьşdь ki, gedib məchullardan da dəlil gətirirsiniz?
  18. Səhih Buxarinin "تفسير القرآن ", "Qur`an təfsiri" fəslində, "يوم يكشف عن ساق ", "Baldırın açılacağı gün" bölməsində belə bir rəvayətlə qarşılaşırıq? ‏حدثنا ‏ ‏آدم ‏ ‏حدثنا ‏ ‏الليث ‏ ‏عن ‏ ‏خالد بن يزيد ‏ ‏عن ‏ ‏سعيد بن أبي هلال ‏ ‏عن ‏ ‏زيد بن أسلم ‏ ‏عن ‏ ‏عطاء بن يسار ‏ ‏عن ‏ ‏أبي سعيد ‏ ‏رضي الله عنه ‏ ‏قال ‏ ‏سمعت النبي ‏ ‏صلى الله عليه وسلم ‏ ‏يقول ‏ ‏يكشف ربنا عن ساقه فيسجد له كل مؤمن ومؤمنة فيبقى كل من كان يسجد في الدنيا ‏ ‏رياء ‏ ‏وسمعة ‏ ‏فيذهب ليسجد فيعود ظهره ‏ ‏طبقا واحدا ‏ ... ravilər zənciri ... Əbi Sə`d deyir: Peyğəmbərin belə buyurduğunu eşitdim: Rəbbimiz bizə baldırını göstərəcək. Bütün mömin və möminələr Ona səcdə edəcəklər. Yalnız dünyada riya və süm`ə niyyətilə səcdə edənlər qalacaqlar. Onlar səcdə etmək üçün gedəcəklər, amma səcdə edə bilməyəcəklər. QEYD: Riya, yəni, özünü başqalarına göstərmək üçün. Süm`ə özünü başqalarına eşitdirmək üçün, yəni desinlər ki, filankəs yaxşı ibadət edir! Hədisdə açıq aşkar ALLAHın baldırının olduğu vurğulanır. Əhli sünnət isə deyir ki, ALLAHın baldırı var. ALLAH öz baldırını qiyamət günü açacaq. Nəuzu bİLLAH. İlahi bu böhtanlardan Sənə sığınırıq. Az qalırlar ki, ALLAHa striptiz də nisbət versinlər və qırmızı-qırmızı desinlər ki, belə də olacaq. Çünki Səhih Buxaridə gəlib!!! Bəlkə Səhih Buxarinin rəvayətlərindən batil olanları elə batil kimi qeyd edəsiniz??? Ayə isə belədir: İş çətinləşəcəyi (baldırlar açılacağı, lüt-üryan vəziyyətdə qiyamətə gedəcəkləri, qiyamət bütün dəhşəti ilə görünəcəyi, həqiqət aşkar olacağı) və səcdəyə (namaza) dəvət olunacaqları gün onlar (səcdə etməyə) qadir olmayacaqlar. 68-ci surə, "əl-Qaləm", "Qələm" surəsi, 42-ci ayə. http://quran.az/index.php?lang=aze&soorah=68&aya=42&query=&author=1 Ayədən göründüyü kimi ALLAH qiyamət günündə bəndələrin çətin vəziyyətindən danışır. Daha öz baldırının açılacağından deyil. ALLAH ayədə buyurur ki, insanların paltarları baldırına qədər qalxacaq. Bu isə oradakı çətinlikdə insanların ora-bura qaçması zamanı baş verəcək. ALLAHım sənə iftira atmaqdan bizləri qoru! Hədisin mənbəsi belədir: http://hadith.al-islam.com/Display/Display.asp?Doc=0&Rec=7269
  19. Shie_cavabi

    Sehabeler

    Allah-təala İbrahimi (ə) əvvəl peyğəmbər seçib, sonra Allahın böyük sınaqlarından keçə bildiyi üçün (artıq layiq olduğu üçün) onu həm də imam edib. Əli (ə) isə peyğəmbər olmadığı və o cür sınaqlardan keçmədiyi halda Allah tərəfindən imamətə layig görülüb. İmam Əli (ə) heç də az imtahan verməyib. 1. O (ə) ALLAH Rəsulunu (s) qəbul etmiş ilk şəxsdir. 2. O (ə) Peyğəmbəri (s) müşriklər öldürmək istədikləri gecə onun (s) yatağında yatıb. Bəqərə, 207. 3. Bəraət (tövbə) surəsini oxumaq üçün Məkkəyə göndərilib. 4. Ühüd döyüşündə hamı qaçsa belə, o (ə) Peyğəmbərin (s) müdafiəsində olub. 5. Xəndəq döyüşündə, islamla küfrün qarşılaşdığı zaman Əmr ibn Əbidəvud ilə cihada razı olan yeganə səhabə olub və mübarizədən qalib ayrılıb. ...
  20. Shie_cavabi

    Sehabeler

    Biz kimi kimdənsə üstün sayırıqsa, deməli buna dəlilimiz var! Biz dəlil əhliyik. Kor-koranə təqlidçi və robot deyilik. ALLAH Təala bizə düşünən ağıl verib. Bu nemətdən istifadə etməyə də bizə qüdrət verib! Səni kimin kimə üstün sayılması maraqlandırırsa sualını verə bilərsən! İnşa ALLAH cavab verən tapılar!
  21. Shie_cavabi

    Sehabeler

    Mənə elə gəlir ki, siz "ulul-əzm" peyğəmbərləri demək istəyirsiniz. Onlar aşağıdakılar olublar: 1. Həzrət Nuh (ə) peyğəmbər 2. Həzrət İbrahim (ə) peyğəmbər 3. Həzrət Musa (ə) peyğəmbər 4. Həzrət İsa (ə) peyğəmbər 5. Həzrət Məhəmməd (s) peyğəmbər
  22. Shie_cavabi

    Sehabeler

    Diqqətlə qulaq assaydınız onun nə dediyini anlayardız. Əli (ə) İsa (ə) onda üstündür ki, Fatimə (ə) hamilə olarkən Allah-təala Kəbənin divarını aralayın Fatiməni ora daxil etdi və Əli (ə) Kəbənin içində anadan oldu. Məryəm (ə) məsciddə olarkən onu sancı tutdu və Allah-təala ona "Bura doğum evi deyil, çıx bayıra" dedi və Məryəm (ə) İsanı (ə) bayırda ağacın altında dünyaya gətirdi. Digər peyğəmbərlərə də aid cavablar var, sadəcə onların hamısını burda yazmaq olmur. Əli peyğəmbərlərdən üstün deyil, imamət peyğəmbərlikdən üstündür. Yəni Əli imamdırsa, o imam olmayan peyğəmbərdən üstündür. Və bu küfr deyil. Bu Qurana əsasəndir. Selamun-aleykum! Zehmet olmasa Imam olan peyqemberlerin bir nechesini sadalayasiniz. Salamun ələykum! Səhv etmirəmsə imamət məqamına malik olan iki peyğəmbər olub: İbrahim (ə) və Məhəmməd (s) peyğəmbərlər.
  23. Shie_cavabi

    Pirler.

    Bu şəhərlərə küfr və şirk girə bilməsə də bidət girib. ALLAHın əmrləri və Peyğəmbərin (s) sünnələri burada olduqca ciddi şəkildə təhrif olunur. Oradakı "əl-Amirunə bil-mə`ruf vən-nahinə ənil-munkər" qrupu buna çox gözel subutdur. Onlar uydurma və qondarma hədislər və İbn Teymiyyənin batil inanclarına əsasən müsəlmanları müşrik və kafir bilir və incidirlər. Bizim dinimiz bozbaş dini deyil. ALLAH yanında həqiqi din olan İslamdır. Biz ALLAH bəndələri, Məhəmməd (s) ümməti, İmam Əli (ə) şiələriyik. Siz kimsiniz? Mr. Hemferin yaratdığı məzhəbin ardıcılları? Qur`an və sünnətə bizim kimi tabe olsaydınız, haqqı tanıyardınız və kimin haqlı, kimin batil olduğunu bilərdiniz.
  24. Deyəsən Əhli sünnə və sələfilərdən cavab gözləmək əbəsdir! Onlar bu qədər fəzilətə malik digər səhabə t. bilərlərmi? Əgər varsa buyurun!
  25. Yəqin ki, təzə suallar yoxdur! Əgər sual verilsə cavab da yazılar!
×
×
  • Создать...