Перейти к содержимому
!!!! конкурс "ЯБЛОКИ"!!!! ×

SUMGAYIT

Members
  • Публикации

    3774
  • Зарегистрирован

  • Посещение

Все публикации пользователя SUMGAYIT

  1. Fransanın erməni hərbçilərə təlim keçdiyinə dair məlumatlar “hansı ölkəyə hücum hazırlanır” sualını ön plana çıxardı. Bu məlumatı gündəmə gətirən rusiyalı hərbi bloger Anastasiya Kaşevarova erməni hərbçilərin Ukraynada Rusiyaya qarşı döyüşmək üçün hazırlandığını iddia edir. Lakin bu iddia real görünmür. - Ukrayna cəbhəsinə ən az muzdlu döyüşçü göndərən ölkələrdən biri Fransadır; - Fransa hazırda Rusiyaya qarşı cəbhə alsa da, müharibənin əvvəlindən Moskva ilə anlaşmaqdan yanadır və Ukraynaya verdiyi dəstək daha çox “məcburiyyət” kimi görünür; - Cənubi Qafqazda baş verənlər, Fransanın maraqları və gözlənilən mümkün ssenarilər fonunda erməni hərbçilərin məhz bu bölgədəki planlar üçün hazırlandığı ehtimalı güclənir. Kaşevarovanın “Rusiyaya qarşı döyüşmək” fikri daha çox ictimai rəyi yönləndirməyə hesablanmış ola bilər, xüsusilə Moskva-İrəvan xəttində çatların dərinləşdiyi vaxt rus ekspert cameəsindən belə mövqelərin sərgilənməsi intensivləşib. Lakin rusiyalı blogerin Fransanın erməni hərbçilərə təlim keçdiyi haqda dediklərində həqiqət payı var. Paris-İrəvan anlaşmasında təkcə Ermənistanın silahlandırılması yox, erməni ordusunun modernləşdirilməsi, təlimlərin keçirilməsi və kadrların hazırlanması da daxildir. Burada əsas məqamlardan biri təlim düşərgələrində Qarabağdan olan “könüllü gənclərin” də iştirak etdiyi haqda məlumatdır. İstisna deyil ki, bu “könüllülər” Qarabağdan çıxarılan erməni silahlı dəstələrin və separatçıların silahlı qruplarının üzvləridir. Onların bir hissəsi Ermənistana qayıdandan sonra orduda xidmətə qəbul edilməyiblər. Mümkündür ki, Ermənistan onlardan xüsusi təlim keçmiş qruplar yaratmaq niyyətindədir. Fransada təlim keçən ermənilərin Ukraynada Rusiyaya qarşı döyüşməkdən daha çox, Azərbaycana qarşı mümkün hücumlara hazırlandığı ehtimalı güclüdür. Cənubi Qafqazda baş verənlər və Parisin planları da bu ehtimalı daha da artırır.
  2. В Азербайджане начинается судебный процесс над армянским диверсантом Начинается судебный процесс по уголовному делу задержанного в Кяльбаджаре армянского диверсанта Восканяна Гагика Ашотовича. Как сообщает Vesti.az со ссылкой на АПА, уголовное дело Гагика Восканяна будет рассмотрено в Баку. Заседание пройдет завтра в административном здании Сабунчинского районного суда под председательством судьи Гянджинского суда по тяжким преступлениям Абдуллы Мамедова. Напомним, Генеральной прокуратурой было возбуждено уголовное дело в связи с нарушением 16 августа государственной границы Азербайджанской Республики на участке азербайджано-армянской государственной границы, проходящем через территорию Кяльбаджарского района, диверсионно-разведывательной группой (ДРГ) ВС Армении в целях проведения террористическо-диверсионных операций. Восканян Гагик Ашотович, военнослужащий вооруженных формирований Армении, задержанный при предотвращении указанных противоправных действий, был привлечен к ответственности в качестве обвиняемого по статьям УК 206.3.2, 214.2.1, 214.2.3 и 318.2, суд избрал в его отношении меру пресечения в виде ареста.
  3. SUMGAYIT

    Dəhliz

    Zəngəzur dəhlizi: Azərbaycan, Naxçıvan və Türkiyəni birləşdirən yol
  4. Zəngəzur boyunca və əsasən də sərhəd kəndləri sürətlə boşalır | QƏRBİ AZƏRBAYCAN XRONİKASI
  5. SUMGAYIT

    Dəhliz

    Ermənistan Zəngəzur dəhlizinə möhtac qaldı
  6. Əhalisinin 90 faizindən çoxunu azərbaycanlılar təşkil edən yurd | Qərbi Azərbaycan Xronikası
  7. Ermənistanın baş naziri Nikol Paşinyan qeyri-ciddi siyasətçidir. O, ən müxtəlif platformalarda Azərbaycanla sülh sazişini bağlamağa hazır olduqlarını bəyan edir. Hətta Paşinyan komandasının üzvü, Ermənistan parlamentinin sədri belə “sülhə böyük ehtiyacımız var, bölgədə kommunikasiyalar açılmalıdır” - deyə fikirlər səsləndirir. Erməni rəsmiləri bu iki vacib amili Ermənistanın varlığı üçün vacib şərt kimi önə çəkir. Amma sülh danışıqları üçün görüş vaxtı yaxınlaşdıqca Ermənistanın mövqeyində dəyişikliklər baş verir. Bunu Teleqraf.com-a Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı deyib. “Ermənistan ya görüşdən imtina edir, ya da elə bir mövqe sərgiləyir ki, sülh sazişinin imzalanması yenə təxirə düşür. Bu bir daha təsdiq edir ki, Paşinyan ciddi dövlət xadimi və siyasətçi deyil. Sadəcə olaraq o Qərbdən aldığı təlimatlara uyğun addımlar atır. Bununla Paşinyan daxili auditoriyada nüfuzunu qorumaqla yanaşı Azərbaycanla münasibətdə çoxqütblü oyunların içərisində yer alır” - deyə millət vəkili qeyd edib. Partiya sədrinə görə, Azərbaycan-Ermənistan sərhədlərinin dəqiqləşməsi ilə bağlı formalaşmış komissiyanın bu ayın sonunda gözlənilən görüşü öncəsi Paşinyanın söylədiyi fikir yeni bir hiyləgərliyin başlanğıcıdır: “Nəticə etibarı ilə vasitəçi olmadan Azərbaycan təklif etdiyi unikal sərhəd görüşündən sonra da Paşinyanın mövqeyinin dəyişməsi şübhəsizdir. Bununla da vasitəçisiz sülh sazişinin bağlanmasına imkan verilmir”. Millət vəkilinin fikrincə, üçüncü dövlətin iştirakı olmadan sülh sazişinin imzalanmasını Ermənistan özü üçün problem hesab edir: “Azərbaycanın hələ də Ermənistanın işğalında qalan 8 kəndindən ancaq 4-nün qaytarılması fikrini irəli sürən Paşinyan özünə Avropa və Amerika vasitəsi ilə yeni dayaq axtarışındadır”. Fəzail Ağamalı bildirib ki, erməni tərəfinin bu mövqeyi sülhə olan nikbin notları heçə endirir: “Belə olduğu halda Azərbaycan ərazi bütövlüyünü tamamlamaq üçün BMT Nizamnaməsinə və beynəlxalq hüquqa əsaslanaraq addımlarını atmaq üstünlüyünü özündə saxlayır. Bu da sözsüz ki, hərbi müdaxiləni istisna etmir”.
  8. Голос со свалки истории. По стопам комедийного официанта. В блестящей итальянской кинокомедии «Укрощение строптивого» с неподражаемыми Адриано Челентано и Орнеллой Мути есть множество прекрасных диалогов. Напомню один из них. Герои кинофильма, а это фермер Элиа Кодоньо и девушка по имени Лиза Сильвестри, пришли в ресторан, чтобы поужинать. Естественно, что к ним подходит официант. - К рыбе я бы вам советовал белое вино из Боргонии 74-го года. - Нет! - Почему? - Потому что в Боргонии в 74-м град уничтожил весь урожай винограда. А какая у вас рыба? - Карп. - К карпу подойдет Мозельское белое 76-го года из винограда, выращенного на левом берегу. - Тогда я бы вам советовал Мозельское белое 76-го года из винограда, выращенного на левом берегу. - Почему? - Потому что в Боргонии в 74-м град уничтожил весь урожай винограда. Бывший карабахский сепаратист, третий президент Армении, а ныне сдувшийся воздушный шарик армянской политики Серж Саргсян, за которым в Армении прочно закрепилось прозвище «Чебурашка», поразительно напоминает именно этого официанта. Нет, Серж Азатович пока не предлагает посетителям его ресторанов выпить то вино, которое они сами уже выбрали, повторяя за клиентами заведения их же аргументы в пользу сделанного выбора. Но он осуществил аналогичный «финт ушами» в политической плоскости. «Армении не следует идти на прямые переговоры с Азербайджаном и соглашаться с этим предложением», - заявил Саргсян армянским СМИ, когда направлялся на очередные судебные слушания. Уже звучит комично. Шел он на суд? Шел. Так продолжал бы идти, не сворачивая и не останавливаясь. Так нет же! Перло из него желание тряхнуть политической стариной, надув щеки. Выяснилось, что Саргсян надеется, что неопределенный ответ армянского МИД в этом вопросе разрешится отказом. «Я верен, что такие двусторонние переговоры заведут нас в тупик, они грозят очередными уступками и не обещают нам никакого будущего», - сказал третий президент Армении, подчеркнув, что «мы уже видели, к чему могут привести подобные переговоры». Мы действительно многое видели. В том числе и то, как Серж Саргсян на пару Сейраном Оганяном, на тот момент главой МО РА, отрицали очевидное - поражение армянской армии в ходе четырехдневных апрельских боев 2016 года. Которая была важна с точки зрения демонстрации изменившихся реалий, как доказательство превосходства азербайджанской армии над армянской. Саргсян тогда все понимал и потому врал, не краснея. Он даже попытался представить поражение армянской армии «победой». Но что произошло в итоге? Все им скрываемое стало очевидным и бесспорным, трон под «Чебурашкой» зашатался. И в итоге в РА произошла «шашлычная революция», в результате которой Саргсяна лишили власти и превратили в обвиняемого по целому ряду статей. Причем, сделал это откровенный политический лузер Никол Пашинян. Тот самый, который спровоцировал 44-дневную войну, проиграл ее, а теперь обвиняется мировым армянством в утрате контроля над всеми ранее оккупированными территориями Азербайджана. Возникает резонный вопрос - если носитель весьма ограниченного интеллекта, популист и прохиндей Пашинян обнулил политический капитал Саргсяна, то кем тогда в реальности является сам Серж Азатович?! Вот, собственно говоря, ответ на этот вопрос и объясняет причины его нынешнего высказывания. Саргсян жаждет вернуться на армянскую политическую паперть, ареной это назвать не получается, в качестве дееспособной единицы. Потому он и использует любой, даже крайне сомнительный повод для напоминания о себе. Так произошло и теперь. «Чебурашка» озвучил свое мнение по вопросу, к которому он не имеет никакого отношения. Он давно уже никто, даже по армянским политическим меркам. И на переговорный процесс, соответственно, никак влиять не может. Но, что самое забавное, Саргсян повторил позицию официального Еревана. Напомню, что МИД Азербайджана предложил Армении встретиться на границе для обсуждения мирного процесса. Но РА официально выразила свое несогласие с предложением Азербайджана провести на условной границе двух стран переговоры по достижению мира. «Есть вопросы, где присутствие посредников играет очень важную роль», - заявил заместитель министра иностранных дел Армении Мнацакан Сафарян. Куда уж четче и яснее? Официальный Ереван доказал, что не является самостоятельным в вопросе принятия важных решений. Руководство РА является марионеткой в руках внешних сил. А Серж Саргсян превратился в настолько жалкую фигуру, что уподобился официанту из любимой многими итальянской кинокомедии, который повторяет чужие речи, выдавая их за свои.
  9. Uşaqların başını bürümüşdük ki, atılan daşlar onlara dəyməsin | QƏRBİ AZƏRBAYCAN XRONİKASI
  10. Biz Ermənistanda məhkum edilmiş azərbaycanlıları Bakıda saxlanılan ermənilərlə dəyişdirməyə hazırıq. Axar.az xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfransında deyib.
  11. Ermənistanla Azərbaycanın vasitəçilər olmadan təkbətək görüşü və sülh müzakirələri aparması təşəbbüsü erməni politoloqların həyəcanını artırmaqdadır. Axar.az xəbər verir ki, bunu “təhlükə olaraq” görənlər sırasına erməni deputat Arman Abovyan da qoşulub. Hər zaman ağalarına sığınan, arxasına aldığı bu və ya digər beynəlxalq gücə nökərçilik etməklə, Azərbaycan ərazilərinə iddialarını reallaşdırmağa çalışan erməni düşüncə tərzindən xilas olmayan Abovyan bildirib ki, “Türkiyə-Azərbaycan tandem” xarici vasitəçiləri (Rusiya, ABŞ, Avropa, İran) Ermənistanla danışıqlar prosesindən kənarlaşdırmağa və Ermənistanın danışıqlar masası arxasında tək qalacağı bir vəziyyət yaratmağa çalışır: “Aydındır ki, “Ermənistan və Azərbaycanın vasitəçilərə ehtiyacı yoxdur” gözəl şüarları altında erməni heyətindən maksimum ərazi və siyasi güzəştlər qoparmaq üçün ağır hesablamalar aparılır, üstəlik, Türkiyə-Azərbaycan tandemi bilir ki, Ermənistanın hazırkı hakimiyyəti hər zaman buna hazırdır”. O iddia edib ki, Türkiyə-Azərbaycan tandemi “üç addım” taktikasını seçib: “Bu, Ermənistanın mövcudluq tarixinə ən qısa zamanda yekun nöqtə qoymağa imkan verəcək: 1. Paşinyan hakimiyyətindən maksimum güzəşt almaq; 2. Müharibə ilə alına bilməyənləri “sülh müqaviləsi” çərçivəsində əldə etmək; 3. Sülh və müharibə yolu ilə əldə edilə bilməyəcəyi yerli erməni ərazilərini köçəri subtürk tayfaları ilə məskunlaşdırmaqla əldə etmək. Ona görə də azərbaycanlılar artıq “Qərbi Azərbaycan” mövzusunu fəal şəkildə müzakirə edir, azərbaycanlı qaçqınların “Qərbi Azərbaycan” adlandırdıqları Ermənistan ərazisinə qayıtması mövzusunda beynəlxalq siyasi diskurs təqdim etməyə çalışırlar”. Abovyan “bədnam dünya ictimaiyyəti”nin guya “qərb, cənub, şərq və ya quzey Azərbaycan” olmadığı, türklərin əsl vətəninin Monqolustanla Altay arasında yerləşdiyi haqda artıq çoxdan darmadağın edilmiş saxta tarixi öz erməni ağlı ilə təkrarlayaraq bildirib: “Amma real siyasətin “güc haqqı diktə edir” əsas qanununu nəzərə alaraq, biz ermənilər bunu başa düşməliyik: öz torpağında yaşamaq hüququ yalnız xalqın öz Vətənini bütün mümkün vasitələrlə qorumaq istəyi ilə bərqərar olur”.
  12. SUMGAYIT

    Avropa, ged oppan!

    Heç bir ölkə, hətta KTMT və ya Rusiya Ermənistanı təhdid edən müharibənin qarşısını ala bilməz. Çünki 2018-ci ildən sonra Ermənistan hökumətinin siyasəti nəticəsində və Bakının səmərəli fəaliyyəti sayəsində müttəfiqlərimiz Azərbaycanın müttəfiqinə çevrilib. Axar.az xəbər verir ki, bunu erməni politoloq Sergey Melkonyan deyib. “Üstəlik, Ermənistan təbii müttəfiqi olan İranla münasibətləri korladı, əvəzində Azərbaycan İranla yaxşı münasibətlərə nail oldu. Qərbdə belə düşünürlər: İransız region və kiçik Rusiya olmalıdır. Bölgədəki boşluğu İran və Rusiyadan sonra Türkiyə doldura bilər. İrəvan hökuməti isə Ermənistanı məhz bu yolla aparır və bu məsələdə Qərbin dəstəyini alır. Ermənistan Rusiyanı tənqid edir, Qərbdən dəstək alır, tənqiddən əl çəksə, dəstəyi itirəcək. AB müşahidəçilərinin dəstəyinə gəlincə, Ermənistanda yerləşən AB-nin müşahidə missiyasının rəhbəri Ritterin sözlərini yada salmaq məcburiyyətindəyəm: “Hərbi əməliyyatlar olarsa, biz döyüş yerlərini tərk edəcəyik, əgər onlar davam edərsə, ölkəni tərk etməliyik”, - o bildirib.
  13. SUMGAYIT

    Avropa, ged oppan!

    Azərbaycan və Ermənistan arasında vasitəçiyə ehtiyac varmı? https://www.youtube.com/watch?v=KTvAuwYDZdk&ab_channel=BakuTV
  14. Bölünəcək Ermənistanda əsas pay sahiblərindən biri Azərbaycan olacaq | QƏRBİ AZƏRBAYCAN XRONİKASI
  15. Армения готовит вторжение в Азербайджан? Ереван рвет с Россией и ищет момент для реванша против Баку CBC TV Azerbaijan
  16. Не исключено, что Ереван окончательно откажется от переговоров в Москве, это действительно возможно, но Алиев собирается получить преимущество перед Пашиняном на западной платформе, повышая цену Азербайджана для Запада через этот отказ. Как передает Axar.az, об этом российский политолог Станислав Тарасов. "Гораздо более вероятно, что, учитывая позиции Азербайджана и Армении, Западу будет проще добиться соглашения от Армении в обмен на какие-то обещания, чем от Азербайджана. Следовательно, не исключено, что документ, созданный в Брюсселе, будет в основном выгоден для Азербайджана. Сейчас Азербайджан предпринимает шаги для достижения этой цели, бойкотируя Вашингтон. Запад и Вашингтон спешат в связи с предстоящими президентскими выборами, и это может привести к изменениям в дальнейшем. Все это может сыграть в пользу Азербайджана, особенно когда Запад осознает, что давление на Азербайджан не приведет к желаемому результату. Азербайджан действует решительно. Баку готов к обоим сценариям. Он готов к переговорам в Москве в условиях проблем в армяно-российских отношениях и к переговорам на западной площадке. Этими действиями Баку вызывает тревогу на Западе, который может упустить момент, как считает Тойво Клаар. Баку исключает Вашингтон из переговоров, считая, что эти отношения восстановимы, и что нынешняя ситуация временна из-за предстоящих выборов. Также, подобно отношениям с Ираном, Азербайджан со временем сможет нормализовать свои отношения с США", - заявил политолог.
  17. SUMGAYIT

    Балабан

    Alihan SAMEDOV / Yalgızam (emprovize)
  18. SUMGAYIT

    Балабан

    Alihan SAMEDOV / Perişanın mahnısı
  19. Ни спорта без политики, ни теперь и музыки без геополитических симпатий Через несколько дней в культурной столице французской Ривьеры, в Ницце, состоится очередной ежегодный конкурс «Детское Евровидение-2023», в котором примут участие представители 16-ти стран мира. И вот уже второй год, как Азербайджана в списке стран-участниц музыкального конкурса нет. В 2021 году, когда в Париже победу одержала представительница Армении, девочка по имени Малена, по закону Евровидения следующий конкурс должен был проводиться в стране-победительнице. Так и произошло. В 2022 году детский конкурс перекочевал в Армению, куда, естественно, из Азербайджана никто не стремился ехать. А, тем более, петь. Помня о том, что пришлось пережить азербайджанским тяжелоатлетам на чемпионате Европы в Ереване, когда был сожжен флаг Азербайджана, сейчас приходит понимание, что неучастие наших детей в песенном конкурсе было самым мудрым и верным решением. Один год отсутствия Азербайджана на, почему-то, главном мировом музыкальном конкурсе был воспринят общественностью с пониманием. Однако в связи с победой в Ереване в 2022 году представителя Франции вновь возникла проблема для участия азербайджанского конкурсанта. Не секрет, за последнее время Франция из относительно нейтральной для Азербайджана страны стала откровенно недружественной. И виноват в этом пресловутый армянский вопрос. Поэтому, и в этом году мы предпочли отказаться от мысли петь в конкурсе «Евровидение-уже-2023». Напомним, что Азербайджан в «Детском Евровидении» впервые принял участие в 2012 году. Страну представляли Суада Алекперова и Омар Султанов, занявшие 11-е место. Последней участницей конкурса в 2021 году от Азербайджана была Сона Азизова, занявшая 5-е место. Очень талантливые дети. Как отметила Vesti.az глава медиа-службы делегации Азербайджана на «Евровидении» Илаха Дадашева, организаторы решили сконцентрироваться на подготовке ко взрослому конкурсу «Евровидение-2024», который пройдет в мае следующего года. «В этом году руководством было принято решение не участвовать в детском конкурсе, чтобы лучше сфокусироваться на взрослом. Организационный комитет не требует каких-либо обоснований. Каждый год и в форматах детского, и взрослого конкурсов к определенной дате необходимо подтвердить свое участие. Как вы наверняка знаете, в «Детском Евровидении» участвуют далеко не все страны-участницы взрослого конкурса, и у каждой из этих стран могут быть свои причины. Тем не менее, в следующем году они снова имеют право подать заявку и присоединиться к музыкальному соревнованию. То есть, отказ от участия в этом году никак не подразумевает отказ от участия в принципе», - сказала она. По ее словам, азербайджанская сторона может вновь принять участие, предварительно оформив заявку. P.S. Конечно, мы согласны и солидарны с азербайджанским оргкомитетом «Детского Евровидения», потому как в этот музыкальный конкурс вдруг вмешалась политическая конъюнктура. Ни спорта без политики, ни теперь и музыки без геополитических симпатий или антипатий не существует. И «Детское Евровидение» является наглядным тому подтверждением. Как говорится, кукушка хвалит петуха, за то, что хвалит он кукушку. Так и получилось в этот раз. В 2021 году во Франции пожалели бедную «младшую сестру», отдав место не самой талантливой девочке и не самой лучшей песне конкурса. Затем, уже в Армении, вернули долг или аванс, присудив победу в результате «объективного» голосования представителю Франции, мальчику по имени Лиссандро. Когда-то этот бесконечный «вояж» из Армении во Францию и обратно должен прерваться. Согласитесь, это напоминает какой-то «междусобойчик» между двумя странами, а остальные участники представлены в виде тусующегося фона. Голоса, вероятней всего, проплачены армянской диаспорой, благодаря которым «Детское Евровидение» проходит то в одной, то в другой стране. Интересно, чего ожидать в этом году? Возможно ли, что первое место вновь получит конкурсант из Армении или страны, где первую скрипку играет очередное отделение армянского лобби?! Подождем, понаблюдаем…
  20. Армянский террорист признался, что тела 200 убитых жителей Ходжалы закопаны вблизи Аскеранской крепости Армянские террористы закопали тела 200 жертв Ходжалинского геноцида вблизи Аскеранской крепости. Как сообщает # со ссылкой на пресс-службу Службы госбезопасности (СГБ), об этом в ходе допроса сообщил армянский террорист Рашид Бегларян, являющийся одним из исполнителей Ходжалинского геноцида. В ходе допроса Бегларян рассказал, что 25 февраля 1992 года ВС Армении и действующие под их командованием незаконные армянские вооруженные формирования совершили нападение на город Ходжалы из города Ханкенди. По его словам, в соответствии с заранее подготовленным планом они дали ложные обещания оставшимся в живых мирным жителям, что предоставят им возможность безопасно пройти через Аскеранский район в направлении Агдамского района. Однако 26 февраля 1992 года двигавшиеся вдоль побережья Гаргарчая около 200 мирных жителей – большая часть которых были женщины, дети и пожилые люди, попали в засаду вблизи Аскеранской крепости. Незаконные армянские вооруженные формирования, в состав которых входил и сам Бегларян, открыли огонь по мирным гражданам из автоматического оружия. Члены преступной группировки забрали личные вещи погибших, а затем закопали их тела. В ходе проверки показаний на месте Рашид Бегларян дал подробную информацию о местах совершения преступлений против мирного населения.
  21. SUMGAYIT

    Avropa, ged oppan!

    Avropanın Ermənistandakı “maraqları”... Qərbin nə istədiyini, Brüssel formatının qeyri-ədalətli yola sapmasını Ermənistana verilən “dəstəyin” fonunda tapmaq mümkündür. Başqa sözlə, Fransanın timsalında Avropanın Ermənistana açıq dəstəyi hansı əsaslarla reallaşır sualının cavabı özünün içindədir; - Ermənistanda fəaliyyət göstərən Aİ missiyası İrəvan üzərində qəti və qatı nəzarəti yerinə yetirir; - Ermənistan yenidən region ölkələrinə qarşı “masa” kimi istifadə olunur; - Ermənistan real müstəqil xarici siyasət imkanlarını tam itirmək üzrədir - düzdür, bu imkanlar əvvəllər də az və ya qismən qalırdısa, Fransanın müdaxiləsi ilə Ermənistan Parisin yeni köləsi rolunda çıxış etməyə razılıq verib; - İrəvanın başına çəkilən hər bir “tumar” erməni xalqının başına endirilən zərbədir - Qərb özünün maddi maraqlarını erməni xalqının və Ermənistan dövlətçiliyinin məhvi əsasında təmin etməkdə qərarlıdır; - Avropanın “axtarışları” Ermənistanda tapılmayıb - sadəcə, Ermənistanın mütiliyi Fransa və “dəstəkçilərinin” bu dövlətin sərhədləri daxilində “at oynatmaq” imkanı tanıyıb. Beləliklə, Qərbin, Avropanın, Fransanın - bütövlükdə, ermənipərəst “axının” Ermənistanda “tapdığı”nın nə olduğu ortaya çıxır - Ermənistan “sözə qulaq asır”... Tutduğu yol Qərbə inamı yoxa çıxarır Beləliklə, dünənə qədər sülh uğrunda mübarizə, bu gün isə ermənipərəst mövqe sərgiləyən təsisatların qeyri-səmimi davranışlarının konturları bəlli olur. Onların nədən yarı yolda “U” dönüşü etməsi həm bizim üçün, həm də bütövlükdə, dünya üçün açıq kartdır. Amma Avropanın özünün illərdir təbliğatını apardığı “dəyərləri” bu qədər asan şəkildə tapdaması təəssüf doğurur - axı, illərlə bütün dünyaya “demokratiya dərsi” “hüquq və azadlıq dərsi”, “həqiqət dərsi” keçən Qərb Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi nöqteyi-nəzərindən “imtahanlardan kəsilib”. Tutduğu yol isə nəinki Azərbaycan ictimaiyyətinin, bütövlükdə, dünya birliyinin “Qərb demokratiyasına” inamının yox olmasına səbəb olacaq. Bu isə nəticə etibarı ilə Qərb dəyərlərinin sabun köpüyü olması reallığını təsdiqləyəcək. Sonda isə... Sona hələ var. Qərb özünün mənəvi sonunu hazırlamaqda israr edirsə, ermənipərəstliyini davam etdirəcək. Yox, “yolun yarısından qayıtmaq” da qazanc hesab edəcəksə... Haqqın, ədalətin dəstəkçisi olmalıdırlar... P.SADAYOĞLU
  22. SUMGAYIT

    Avropa, ged oppan!

    Sülhə səs verməyən Qərb... Brüssel prosesi “öz oxundan” niyə və necə aralandı? 2021-ci ilin dekabrından başlayaraq Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşması prosesində vasitəçilik edən Aİ son davranışları ilə özünün müəyyənləşdirdiyi prinsip və dəyərlərə arxa çevirməkdədir. Vurğulandığı kimi, ilk dövrlərdə fəal şəkildə ikitərəfli münasibətlərin qurulması yönündə “arbitr”lıq edən, hətta bəzi məsələlərdə sürətli razılaşmaların əldə olunmasına şərait yaradan Avropa sonradan fərqli mövqe tutmağa başladı - Brüssel formatı iflasa uğramaqdadır. Brüssel formatı niyə iflasa doğru gedir? Bir sıra bəşəri dəyərlər şərqdən Qərbə doğru yol aldıqca özünün təməl mahiyyətini itirir, ən yaxış halda bu dəyərlər deqradasiyaya uğrayır. Sülh və təhlükəsizlik uğrunda mübarizə də məhz bu kimi dəyərlərdəndir. Reallıqlara, tarixi ədalətə və haqlı mövqeyə münasibətdə Şərq həssaslığı Qərbə doğru yol aldıqca aşınmalara “məruz” qoyulur - bəli, “qalır” yox, məhz qoyulur. Bunda isə əsas “səbəb” korporativ maraqlardır. Təbii ki, “soyuq qanlı” Qərb bu kimi mübahisələrə soyuqqanlı münasibəti ilə seçilir - əksər hallarda onların “hakim” seçilməsində də məhz bu soyuqqanlılıq amili rol oynayır. Amma təəssüf ki, bu soyuqqanlılıq müddət uzandıqca məhz “soyuq qana” çevrilir. Azərbycana münasibətdə də eyni trayektoriya müşayiət olundu. Hələ 30 ilə yaxın müddət öncə “Minsk Qurupu” çərçivəsində razılaşma ümidi ilə çıxılan yolda məhz Qərbin “sapmaları”, “büdrəmələri” nəticəni uzatdı. 2020-ci ildə Azərbaycanın qəti mövqeyi bəlkə də hələ bir 30 ilə qədər uzanacağı təxmin edilən “münaqişəni” yekunlaşdırdı. Ötən 30 ildə 30 min turistik səfəri ilə regionda sülhün yaranmasına mane olan bəzi qüvvələr “yenidən meydana girdi”. Azərbaycan Fransa və ABŞ-ın illərlə münaqişəni uzatmaq üçün etdikləri cəhdi onların üzünə söylədi. Yenə eyni koordinatla üstümüzə “gələn” Qərb bu dəfə nizamın yaranmasına yardım edəcəyinə söz verdi. Beləliklə, Brüssel formatı özünü “dünyaya gətirdi”. Qərb siyasi texnologiyası şərqin “zaman ən yaxşı hakim və həkimdir” fikrini bir növ özünün “qalxanına” çevirib. Bütün məsələlərdə Şərqdən bəhrələnən Qərbin bu xarakteri tamam fərqli hədəfləri özündə birləşdirir: - Avropa Qafqazda sülh və təhlükəsizliyin bərpasını uzatmaqla yeni gözləntiləri olduğunu “aşkara” çıxarır; - Yeni siyasi və ya hərbi situasiyanı “arzuladığını” ortaya qoyur; - Real müqayisə şansı olmayan qüvvələr arasında nisbi balans yaratmaq istəyir - Ermənistanı silahlandırmaqla heç bir nəticə əldə edə bilməyəcəyini anlaya -anlaya; - Ən əsası şansını bir daha sınayır... Sonuncu tezis Qərbin çoxəsrlik fəaliyyətinin ana xəttidir desək, yanılmarıq. Azərbaycana münasibətdə ikili standartından bir an belə vaz keçməyən Avropa sadəcə olaraq iddialarını, istəklərini zaman-zaman ikinci plana keçirib. Öz istək və tələblərini əsas “şərt” kimi tərəflərə yeritməyə çalışan Qərbin oxu bu dəfə daşa dəyir...
  23. DTX-nin həbs etdiyi erməni terrorçu nələri etiraf etdi? Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində mövcud olmuş qanunsuz erməni silahlı birləşmələri tərəfindən ötən müddətdə törədilmiş terrorçuluq, sülh və insanlıq əleyhinə, habelə müharibə cinayətləri ilə bağlı kompleks araşdırmalar aparılır. Bu barədə Axar.az-a Dövlət Təhlükəsizlik Xidməti məlumat yayıb. Əvvəllər azadlıqları məhdudlaşdırılmaqla Xankəndi şəhərində yerləşən 3 saylı uşaq xəstəxanasında saxlanılmış azərbaycanlı əsirlərə və beynəlxalq humanitar hüquqla müdafiə olunan başqa şəxslərə işgəncə verməkdə, eləcə də sülh və insanlıq əleyhinə, müharibə cinayəti kimi digər ağır cinayət əməllərini törətməkdə, həmçinin qanunsuz erməni silahlı birləşmələrinin fəaliyyətində digər formada iştirak etməkdə şübhəli bilinən Beqlaryan Raşid Aramayisi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 112, 113, 115.2, 279.1 və 318.1-ci maddələri ilə ittiham olunaraq həbs edilmişdir. Qeyd olunan işgəncələrə məruz qalmış həmin şəxslər müəyyən edilərək hazırkı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışlar. Dindirilməsi zamanı təqsirləndirilən şəxs Raşid Beqlaryan 1992-ci ilin fevral ayında Xocalı faciəsinin törədilməsində iştirakçı olması barədə məlumat verərək bildirmişdir ki, 25 fevral 1992-ci il tarixində Ermənistan silahlı qüvvələri və onların tabeçiliyində fəaliyyət göstərən qanunsuz erməni silahlı birləşmələrinin Xankəndi şəhərindən mülki əhalinin sıx yaşadığı Xocalı şəhərinə etdikləri hücum vaxtı qabaqcadan qurulmuş plana uyğun olaraq, sağ qalmış azərbaycanlı dinc sakinlərə təhlükəsiz qaydada Əsgəran rayonundan keçməklə Ağdam rayonu istiqamətində gedə biləcəklərinə dair yalan vədlər verilmiş, 26 fevral 1992-ci il tarixində özünün də daxil olduğu həmin silahlı birləşmələr azərbaycanlıları kütləvi qırğına məruz qoymaq məqsədilə Qarqarçayın sahili boyunca Ağdam rayonuna doğru hərəkət edən, əksəriyyəti qadın, uşaq və yaşlı insanlardan ibarət 200 nəfərədək mülki şəxsi Əsgəran qalasına yaxın ərazidə pusquya salaraq avtomat silahlardan atəş açmaqla qətlə yetirmişlər. Cinayətkar dəstə üzvləri tərəfindən həlak olanların üzərilərindəki şəxsi əşyalar talan edildikdən sonra onların meyitləri Əsgəran qalası ətrafında basdırılmışdır. İfadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı Raşid Beqlaryan mülki əhaliyə qarşı cinayət əməllərinin törədildiyi yerləri əyani şəkildə göstərərək bu barədə ətraflı məlumat vermişdir. Hazırda qeyd olunan cinayət əməlləri ilə bağlı araşdırmalar davam etdirilir.
×
×
  • Создать...