Перейти к содержимому

Эда F

Members
  • Публикации

    10105
  • Зарегистрирован

  • Посещение

  • Days Won

    27

Все публикации пользователя Эда F

  1. она божественна. ) Ахмед, по большому красота ж-не ни к чему. честно. поверь старушке на слово. много чего нам нужно, чтоб выстоять, а красота (тем более она каждым человеком по разному воспринимается), физ.данные...да на хрена нам все это в "зоопарке"?
  2. какая веселая тема.) Спасибо, Маэстро, учту, когда тоже решу покончить с собой. то есть ничего из виду упускать нельзя. надо б рассмотреть все детали-нюансы. и контролировать ситуацию.
  3. AXŞAM DÜŞÜRDÜ Qaranlıq ağzını açıb binaların yuxarı mərtəbələrini gəmirməyə başladı. İlan öz şikarını udan kimi yavaş-yavaş, tələsmədən uddu binaları, zirzəmilərinə qədər. Doymadı, həyətlərə sirayət etdi, küçələrə. Ağacları tələsə-tələsə uddu, çünki onlarda üsyankar ruhu gördü, onlar hər şeyə dözən daş evlər deyildi. Küləyin təsirindən tərpəşib, öz varlığını sübut edəcəkdilər. Uşaq meydançaları, yelləncəklər, həyətdə unudulan toplar, papaqlar, ayaqqabı tayını da uddu, kiminsə səhifələri cırılmış gündəliyini də.... bir vaxt evin ən isti yerində - balış altında nazlanan gündəlik pəncərədən küçəyə atıldığında qaranlığa təslimdən başqa bir çarəsi qalmamışdı. Lap axırda kiminsə tərəfindən qəbul olunmayıb, başıaşağı zibil qabına atılmış iri bir gül dəstəsini uddu..., dadlı idi. Küçələrin çopurunda ilişib qalan nohurların üstünə də qara yapıncı kimi sərildi Qaranlıq. Su səthinə hopmuş şəhər mənzərəsi bu kabusun ayaqları altında səssizcə çəkilməyə başladı. Beləcə, intişarında bir ləzzət duyaraq, qanadlarını şəhər üzərinə gərib durdu. Öz həşəmətindən özü də lərzəyə gəlirdi. Sonra bir həyəcan yaşadı Qaranlıq. Zivədən asılmış paltarları udmaq müyəssər olmadı ona. Elə onlarçun cəhəngini açmışdı ki, bir qarı başını pəncərədən çıxarıb, deyinə-deyinə paltarları yığmağa başladı. Dedikləri də aydın eşidilirdi qaranlıqda: - Elə səhər açılır, axşam düşür. Səhər açılır, axşam düşür.. Qaranlığı elə bil sillələdilər şəhərin qucağında. Dünyaya keşik çəkmək növbəsi ondaydı indi, neyləməliydi ki?... Vaxtı bitəndə növbəni təhvil verib gedəcəkdi. Belə amansızlıq olar? İşini itirəsi deyildi ki, bir qarı nənəyə görə... Amma onu da anlayırdı. Hər ötən səhər-axşam onun həyat payızının yolunmuş yarpaqları idi. Damları-daşları qaraldan fırça nəhayət işini bitirib çəkildi göylərə. Yaratdığı sənət əsərinə möhtəşəm bir baxış keçirtdi. Monitorinqin şirin yerində.....eyvah!... bu nə? Unutduğumu var? Mənzillərin biri eynən günortalar olduğu kimi işıqlı idi, eyvan, pəncərələr, fasad par-par yanırdı. Hirslə ora şığıdı Qaranlıq. Amma içəri keçə bilmədi, elə astanadaca qarşısını kəsib geri göndərdilər. Burda əzizini müharibədən gözləyən qadın yaşayırdı. Gecə-gündüz otaqlarda şam yandırıb, dua edirdi. Bu yolla onu güllələrdən yayındıracağını düşünürdü. Onun işıqlı məhəbbəti və böyük inamı idi daşlardan süzülüb qaranlığa müqavimət göstərən. Qaranlıq qara burnunu pəncərə şüşəsinə söykəyib, hərisliklə içəri baxmağa başladı. Şüşə adəti üzrə tərləmək istədi, amma Qaranlıq nəfəssiz idi. Qadın otağına baxan yad baxışları sezdi, şamların sayını bir az da artırdı, bir az daha ucadan söyləməyə başladı: “Ya rəbbim, qaytar onu mənə, işıqdan kəsmə məni”. Kiçildi, öləzidi, umsundu Qaranlıq, geriləyə-geriləyə göylərə çəkildi. Mısmırığını töküb dizlərini qucaqladı, tənbəl-tənbəl göylərə sığındı, bunca gücsüz bilməzdi özünü. Vaxtına az qalmışdı, daha heç nə edəsi deyildi. Birdən şəhərin üzərindən minacat səsi eşidildi. Qaranlıq özü dindar deyildi, amma bu səslər ona bildirirdi ki, tərpənmək vaxtıdır. “Olsun” dedi, bayaqki saldırqanlıqdan əsər də qalmamışdı. “Gedirəm”. Yorğun idi, dilxor idi, bir az da alçaldılmış. Çarıqlarını geyib, ulduzlu xələtini çiyninə atdı, aylı əmmaməsini başına taxıb yavaş-yavaş çəkilməyə başladı. Gedəndə cibinə doldurduğu buludları da könülsüz-könülsüz çıxarıb göyə səpələdi. Kuluarlarda doğan sübhü görürdü artıq. Gedənbaş əlbət ki, qarşılaşacaqdılar Aydınlıqla, bilirdi bunu. Amma fikir verəsi deyildi, salamlaşmayacaqdı da. Həmişə hər şeyi udmağa, içində həll etməyə öyrəşmiş Qaranlıq işığın onu qovmasına dözə bilmirdi. Nə isə, yorğunluqdan rəngi avazımış halda yatmağa gedirdi. Yuxuda özünü görəcəkdi, öz mütləq hökmranlığında. Günəş iki əlini üfüqlərə dirəyib yavaş-yavaş dikəlirdi. Qaranlıq iri, selikli bir mollyusk kimi ayaqlarını sürüyə-sürüyə təzəcə aradan çıxmağa hazırlaşırdı ki, “ehey! Ayaq saxla!” nidası gəldi. Geri boylanan Qaranlıq köksündən dərin bir xəncər yarası aldı. Qoca, qara sirrlər gizləyən sinəyə dəyən xəncər qırılıb töküldü. Səs-küyə birinci quşlar ayıldı, hövlnak yuvalarından çölə atılıb bir-birini səsləməyə başladılar: “Gördüz, eşitdiz?!” Qan apardı qaranlığı. Qanı üfüqlərə sıçradı. Sürünə-sürünə getdi yuvasına, yatmağa. Yuxu görməyə getdi, o yuxuda ki, Günəşdən qisas gizlənib. Yaralarını yalamağa, ölməyə getdi, gələcək gecə növbəsində təzədən dirilməkçün. Günəş protuberanslarını sığallaya-sığallaya dikəlirdi. Dikələrək də yarıqarlıq sübh reallığının soyuğundan dəhşətə gəlirdi. Gecənin ciblərində rəngi boğulmuş buludlar günəşə baxıb ürəklənir, özlərini çırpa-çırpa ağarırdılar. Doğu Batıya dil göstərirdi. Günəş çıxanda sıxı-qatı, boz-bulanıq kütlə gördü göy üzündə. Göylər səhrasında istədi o baş-bu başa diyirlənib, bu boz kütlədə işıqlı zolaqlar açsın. Amma eləmədi. Özünü doğurdu Günəş. Qaranlığın bətnindən, ağrı-acı-hönkürtü ilə, tədricən doğurdu Günəş. Biz eşitmədik hönkürtüsünü. Biz uzağıq göylərdən. Təsəvvüf lirikası yavaş-yavaş qalxırdı Yer üzündən. Şəhər möhtəşəm bir doğuşun şahidi olurdu. Orda-burda, küncdə-bucaqda kölgəli yerlər qalmaqda idi. Bu, qaranlıqdan iqtibas idi. Onları qovmaq heç kəsin ağlına da gəlmirdi. İşıq divarları suvamaqda davam edirdi. Hər şey aydınlığa çıxırdı, gecənin öz bətnində gizlətdiyi hər şey. Yarımzirzəmilərin pəncərəsini bəzəyən ətirşahlara qədər. Günəş Qaranlıq tərəfindən tərk edilmiş göylərin taxtına yiyə durmağa hazırlaşırdı. Şəhər kənarındakı gölün səthinə qızılı zərrəciklər paylaşırdı. Külək qalxıb suyu ələk-vələk eləmək istəyirdi ki, ... əl saxladı., eləmədi. Zərrəciklərin qızılı gözünü qamaşdırdı, əli qoynunda qınına çəkildi, uddu öz hirsini Külək. Qardaşlığı Qaranlığın intiqamını almaq arzusu ürəyində qaldı. Günəş suyun şüalar sancıldığı qızılı səthinə bic-bic baxıb göz vurdu Küləyə: “Bilirəm, məftunsan mənə”. Bir az çətin idi Günəşə. Gecənin durğun qoxusu getməmişdi hələ göy üzündən. Bu havasız fəzanın qatı sıyığında nəfəsi kəsilmək üzrəydi sanki, samanı rəngi get-gedə boğulur, tündləşirdi. Gecənin sərinində üşüyən şəhərə baxdı Günəş. Əlini uzadıb Qaranlığın gəmirdiyi binaların başına tumar çəkdi. Küçələr səslərini ucaldıb, ona “gəl” deyirdi, “darıxmışıq”. Şəhərin boru damarlarındakı su-qan donmuşdu. Axşamdan yağan yağış, cinayətinin izi kimi nohurlanmışdı küçələrdə. Nohurlar gecə onlara təcavüz edən Qaranlığın iyrənc barmaqlarını unutmaq üçün Günəşin sivri şüalarını öz yaş dilləri iə yalamağa hazır idilər. Gecənin öpüşünü yanaqlarından silmək üçün razı idilər Günəş büsbütün qurutsun onları. Günəşin başı yerdən Qaranlığın qırıntılarını süpürməyə qarışırkən, Doğu, Batı bir-birinə barmaq silkələyib qımışırdılar. Biri deyirdi: “doğmuşam”, o biri deyirdi: “batıracam”. Günəş qalxır, üfüqdən aralanır, dönüb aşağılara, üfüq kandarına istehza ilə baxırdı. “Bu gün güclüyəm” deyirdi. “Çağırma məni, enməyəcəm aşağı. Sənə qərq olmayacam. Səndə batıb heçliyə çevrilməyəcəm”. “Dönəcəksən. Lovğalanma. Başmaqların burdadı, kandarımda. Hər şey öz sələfinə qayıdır, sən də dönəcəksən”. Bu qışqırıq, həzz, işıq, mərəkə, çal-çağır içində heç kəs şəhərin də artıq ayıldığının fərqində deyildi. Gecə gedəndə bacısı Sükunəti də götürüb aparmışdı özüylə. O irəlidə, Sükunət bir az aralıda ..sürünərək, bacalara, damlara, qüllələrə sürtüşərək gedirdi qardaşının ardınca. Sükunətin getdiyindən xəbər tutan şəhər öz adi paytaxt performansına başlayırdı. Günəş əvvəlcə bir ilğım kimi doğmuşdu. Öz sönüklüyünə özünün də gülməyi tutmuşdu. Sonra bu dünyada düşmənsiz olmadığını və dosta gərəkliyini anlayıb toparlanmışdı. Daxilində yanan alov üzünə sıçramağa başlamışdı. İndi daha heç kəs ona İlğım deyə bilməzdi. O, Qaranlığa qalib gəlmişdi, doğramışdı onu. Qanına bələmişdi. Xətkeşinin – üfüqün köməyilə dünyanı 2 yerə parələmişdi: göylərə və yerlərə. Hər şeyi bir araya qatıb qarışdıran qara araqarışdıranın üzünə tüpürmüşdü. Gecənin gözündə hamı və hər şey bir idi, kütlə idi, ayrılmaz idi – qara idi. İşıq isə böyük-kiçik, dar-geniş, yaxın-uzaq, gözəl-kifirə bölürdü hər şeyi. Gecənin ölü yuxusundan ayılan insanlar dünyanı yenə rəngli görürdülər, yenə qısqanmağa başlayırdılar. İşıqdan xilas yolunu görməyən şəhər yavaş-yavaş ona təslim olurdu. Səhər açılırdı.
  4. Самик.. Самик... Настоящий Бакылыларовец. Я форум без него не представляю. Он один из тех немногих, кто если полюбит, то на всю жизнь. если пришел, то уже не уйдет никогда. Оч.верный и положительный товарищ. В общем, есть за что любить нашего Самика. Будь! )
  5. Bu da Aqşindən. Gedək, içək. Bu sevgim də daşa dəydi Bəxtəvər daşın başına. Qarımış göy üzü kimi Asta-asta qar yağıram sağ əlim qışın başına. Daha dostlar da qoclaıb Mənim Parisim dağılıb Bütün səfillər yığılıb Yenə Qavroşun başına. Bəs o kimdi göydən baxdı Baxdı...baxdı... yoxa çıxdı. Bir şimşək də güllə çaxdı Yağan yağışın başına. Bu sevgim də daşa dəydi Daş düşsün daşın başına!
  6. buna rədif deyirlər: (sonunda hər qafiyədən sonra təkrarlanan söz ya söz birləşməsi) belə...alçaların açan yerinnən, belə...xalçaların uçan yerinnən, bir kənd qapısının açar yerinnən... gözündən cin yağan bir uşaq baxar. susuram...dilimdə söz söndürürəm, görməzdən gəlirəm...göz söndürürəm, hələ kirpiyimdə köz söndürürəm- hələ...yaşamağın qor vaxtındayam E.M.
  7. тоже əlində soyuq var...əlim üşüyür, saçıma əl dəymə, telim üşüyür, sənin ürəyində yerim üşüyür, elə uzaqsan ki... uzaqlar bilir. ölümü intihar edənlər seçir, yerdə qalanları ölüm seçir. hələ də yanır nənəmin qaladığı təndir... və...əllərimi xatirələrdə qızdırıram.
  8. тоже ее: qaranlıqda yüyürənlərə.... gözüyumulu yazıram şeirlərimi... qaranlığa yazıram əl havasıynan. bir az payız yarpaqlarında varam... onnan yazıram, yazıram ki, qaranlıqlar da sevsin payız yarpaqlarının rəngini. bir az kəndin ağarmış torpaq yolunda varam... onnan yazıram. yazıram ki, qaranlıqlar da bilsin, bilsinlər ki, kəndimizin yolu qara yol deyil, yayda ağappaq olur gün döydükcə... bir az siqaretlərdə varam... onnan yazıram... yazıram ki, siqaret çəkən adamlara baxanda çox kədərlənirəm. elə bilirəm ki, siqaretin adıdı kədər. və mən kədər çəkə bilmirəm, kədər məni çəkir ancaq. gözüyumulu yazıram şeirlərimi.... qaranlığa yazıram, heç kəs görmür... korlar oxuyacaq.
  9. Məmləkətin "tamlığı"na eyham: (bəyəndiyim şairədən) səni sən boyda sevəmmədik... səni 20 faiz az sevdik, bəlkə də yüz faiz az sevdik. səni İrəvansız, Göyçəsiz, Dərbəndsiz... səni Tiflissiz sevdik... indi də Şuşasız sevirik, Laçınsız, Kəlbəcərsiz, Cəbrayılsız sevirik. və mən səni Ağdamsız sevə bilmirəm, vətən! daha sevməyi yadırğamışam, əskik sevməyə qorxuram parçalarını. əskik sevildikcə azalırsan on yaşlı əsir qızın bətnindəki erməni cocuğu kimi. girovda olan nişanlı bir qızın heç vaxt olmayacaq toyu, heç vaxt olmayacaq bəyi kimi. səni nə qədər sevim ki... sən Qarabağ olasan. və sən heç Qarabağ boyda da deyilsən... sən hər yerdə- Bakıda, Şəkidə, Ləkidə...Xocalı qədərsən, vətən! Esmira Məhiqızı (bir balaca xətası var bu şerin, amma poetikliyi üstələmiş)
  10. это рядом с парком С.Вургуна? Вагзал терефде? видела там...да припоминаю.. на первом этаже.,донур Низами кучесине.
  11. опять мою Курилку склоняют во всех падежах... хде мой носовой плаКот? (( сорри за очепятку..
  12. Эду язых как всегда только в черном и представляют..)
  13. поздравляю победителей ) кто под номером 17? я ж должна знать за кого голосовала. О-о )
  14. да. но это его проблема, а никак не твоя. в своей же голове рисует. значит у него больные мозги )
  15. одинокие мамы не только один на один с проблемами остаются, а еще и без крова/очага. об этом много писали в какой-то дженералской теме. у нас по-моему нет организаций с официальным статусом по этим вопросам. этим обычно занимается институт семьи и брака. в Баку где-то Аиле сагламлыг меркези был. щас нет информации о функциональности данной организации.
  16. канешна, Патрик. во всех наших бедах виноваты только мужчины. и тут нас опозорили, перед мировой общественностью. эх грустняк..
  17. Дорогие форумчанки – красавицы! У нас, говорят, праздник. В таком случае всех нас поздравляю и все что принято, того и желаю. Счастья всем – море! И чтоб полотно жизни больше было окрашено в светлые и теплые тона., при отсутствии сюрных, крейзи пейзажов., а сюрпризы, если и суждено им случиться, ограничились только неожиданностью и приносили хотя бы облегчение, если и не радость. Чтоб все наши тревоги и неприятности эмигрировали на др.улицу, где давно уже никто не живет. И конечно же, чтоб наш общий дом существовал всегда., вечный ему иммунитет от взломов и вандализма. Выпьем до дна за обман тот, что жизнью зовется! Мы, держащие мир силой слабости – хвала нам!
  18. присоединяюсь к поздравлениям )
  19. о! у КК есть адвокат )
×
×
  • Создать...