Перейти к содержимому

Эда F

Members
  • Публикации

    10105
  • Зарегистрирован

  • Посещение

  • Days Won

    27

Все публикации пользователя Эда F

  1. а я вот даже представить не смогла ... зато представила пчелку, на вкусный запах прилетевшую, кружившуюся над плитой и ужалившую Золушку в голое аппетитное плечо.. )
  2. Saat 6. (UTC) Nə vaxtsa günahlarını etiraf etmək istəsən, keşiş cübbəsi geyib, qarşında zühur etməyə hazıram. Danışanda gözlərimə baxmazsan. Aramızda günahlarımızdan divar hörərəm. Hörərəm ki, görməyəsən gözlərimi. Görsən anlarsan. Anlarsan ki, mənəm etiraflıq. i – nan – ma – lı Bağlı qapıların arxasından süzülən bayağı qəhqəhələri cavabsız buraxmalı. Qapıları açmamalı. Görəcəyin şeytan yığnağı olacaq. Özünə bir bəqa yaradıb, munis xilaskarını ora yerləşdirməli. Marionet varlığının iplərini ona sunmalı. oy – na – ma – lı Deyilməmiş həqiqətlər yaxşı ki, deyilməmiş. Açılmamış mətləblər yaxşı ki, açılmamış. Unudulmamış sərgüzəştlər yaxşı ki, unudulmamış. Deməli, deyiləcəklər, açılacaqlar, unudulacaqlar var hələ... Demək, hələ həyatdayıq. u – nut – ma – lı İnanıram, sındırılmış ağacların dikəlib səmanı saxlaya biləcəyinə..., ovçunun bir gün şikara, şikarın ovçuya çevriləcəyinə..., hər şeyin hərlənib-fırlanıb, öz məxəzinə dönəcəyinə. Demək, hələ ayaqdayıq. o – vun – ma – lı Günlərimizi yarpaq kimi qoparıb aparan ruzigar sərir onları keçmiş adlı ağacın ayaqlarına. Yuxarıdan aşağılara baxar oluruqsa, demək hələ budaqdayıq. Sarılıb orda o – tur – ma – lı Başımızın altına balınc qoyanlar “Sınaqdır, döz! Ölüm - əsl həyatın astanası” çığırırlar. “Bardaş qurub oturmuş Həqiqətləri görməz olsaz, onların arxasında gizlənən dar ağaclarını görəcəksiz”. Yox, yox, biz həqiqətlərimizdən bezar deyilik. Demək, hələ buradayıq. bo – ğul – ma – lı Get-gedə məzhəkələşən ömür dramının tək bircə aktyoru da, rejissoru da özün. Dodaqqaçıran səbəblər bol, tamaşa zalı dolu..., başqasının “doşabına” şirnikən seyrçilərlə. qo – vul – ma – lı Harda ki, talelər kinayəylə yoğrulub, ümidlər bataqlıqda boğulub, qatarlar ünvansızlığa yollanıb, Harda ki, göydən düşən 3 alma yarı yolda qamarlanıb fallanıb, Mənə nağılların ətəyində əl açıb oturmaq qalıb. um – sun – ma – lı Yenə gecənin bir aləmində yuxularımı aldılar gözlərimdən. Çiliklənmiş dünyamın qırıntıları üzərindən sürüyüb apardılar onu. Gerçəyin ən uca zirvəsində qılıncdan keçirtdilər. O vaxtdan yuxularımın qatilini gəzirəm,.. qisas almaqçun gəzirəm. Gözlərim açıq qalıb. yu – mul – ma – lı ps. (səhər 6.00-da qələmə alınıb)
  3. меня не сравнивали с конкретной личностью. диапозон был довольно широк и абстрактен. Примерно так: похожа на американку, итальянку, француженку, испанку, грузинку, даже на армянку. у меня не восточная внешность, разве только глаза.. и то, если не красить, никакие они не восточные.
  4. башга шейди. но мурдешир ишинде эстетики больше, буна баханда..)
  5. Транспортировка тела покойного на родину проблематично, конечно. Верно, у нас не дают вскрывать. Но при малейшем подозрении (скончался от травмы, напр.) настаивают на вскрытии. Недавно была в одном яс меджлиси. Там как раз спорили на эту тему. , говорили, будто над мусульманской могилой памятники строить, портреты помещать нельзя., и надписи не разрешаются. И вообще, могила должна затеряться. Я не по шариату сделала. , портрет есть на бащдашы. Стою около могилы, смотрю на нее и говорю говорю.. а куда смотреть, если нет портрета? Мне уже плохо от того, что там нет ее стиха (четверостишье, сама написала) и моего ответа – эпитафии. Слишком объемно получилось, не разрешили. , сказали, хочешь пиши поэму, издай., тут нельзя. Ограничились шаблонными словами.. Хамынын оленлерине рехмет.
  6. 2. Əvvəl bir obraz yaratdı. Fikrində, xəyalında. Tək onun idi yaratdığı. Başqalarının onun obrazının təkrarını yaratdığını görüncə qısqanırdı onu. Dəli kimi. Özünü yedirtdi ona. Tək bircə özünü. Ruhuyla qidalandırdı. Böyütdü. O qədər böyütdü ki,...... Bir at bağışladı ona. Əlbəttə ki, ağ. Çox gözəl idi ağ atlı oğlan. Yenilməz, misilsiz, cüssəli. Qaşı-gözü, yarağı-yasağı və s.və il... At belində şahanə görünüşlə oturmuşdu. Onsuz qala bilmirdi. Hər zaman yanında idi. Addiktinə çevrilmişdi. “Əslini tapmasam, ölərəm” düşünürdü. Hər yerdə gəzirdi onu, gözü 4 idi, “birdən yanımdan ötər, bilmərəm” deyə. Zaman-zaman aradı onu. İllər isə ötüb keçirdi, onlar ümumiyyətlə, insanların planları ilə o qədər maraqlanmır. Artıq onun 15 yaşı yox idi, məktəbi çoxdan bitirmişdi, institut illəri də arxada idi, işə düzəlmişdi. Böyük kollektiv içində idi. Hər gün onlarla adamla üzləşir, danışır, görüşür, eyni layihə üzərində işləyir, xarici səfərlərə gedirdi. İşi pis deyildi, kolleqalarından razı idi, amma O yox idi. Birinin gözü bir az qıyıq, saçı bir az buruq, boyu gödək, addımları iri, sözləri mənasız... O yox idi. Psixoloq ona demişdi: “O, sənin təxəyyülünün məhsulu olan O, həyatda ola bilməz. Sən Onun bənzərini seçib, özün yaratmalısan ondan Onu, yapmalısan, onu istədiyin qəlibə salıb sıxmalısan, uzadıb dartışdırmalısan O olana qədər. Günbəgün, saatbasaat, həyatın boyu Onu yaratmalısan. O, hazır, məcməyidə heç kəsə verilmir.” İnandı deyilənlərə. Axtardı, oxşarını axtardı, lap azacıq oxşara da razı idi...., tapmadı. Sınıxdı.. Bu illər ərzində təkcə özü yox, O da sınıxmışdı. Daha at belində əvvəlki oturuşu yox idi. Arıqlayıb süstləşmişdi. Saçına dən, alnına təkəm-seyrək qırış düşmüşdü, barmaqları arasında da siqaret. Əvvəllər çəkməzdi. At da sanki əvvəlki əzəmətini itirmişdi. İllər bir-birini qovurdu, qadın qocalırdı. İşi maraqlı idi. Artıq böyük bir müəssisənin rəhbərliyi ona tapşırılmışdı, saysız kompaniyalarla danışıqlar, kontraktlar, xarici səfərlər, qonaqlar... Ona ehtiram bəsləyir, sözünü dinləyirdilər. Külli miqdarda dostu, tanışı... Osa yox idi, heç oxşarı da. Psixoloq ona məsləhət görmüşdü uşaq götürsün. İstəmirdi. Körpəni özü hədiyyə etmək istəyirdi. Ona. İllər ötürdü. Artıq ata-anası yox idi yanında. Psixoloqu da dünyasını dəyişmişdi. Şəhərin ən gözəl yerində aldığı yeni mənzilində hər şey gen-bol idi. Bir tək güzgülərin sayı kəskin azalmışdı. Plastik əməliyyatla qırışlardan canını qurtarmışdı. Ağarmış saçlarını boya gizlədirdi. Səhhəti ilə bağlı bir sıra problemlərlə üzləşmişdi. Yuxusuzluq onu əldən salmışdı. O da tanınmaz hala düşmüşdü. Ovurdları batıq, saçı qar kimi, üzü saqqallı. Ayağını üzəngiyə qoyurdu, ayaq sürüşüb düşürdü. Şux oturuş filan yox idi, sərilib qucaqlamışdı atın başını. At deyəndə ki,.. at da deyildi, diqqətli baxışda boz eşşəyə daha çox oxşayırdı, özü də deyəsən, axsaq idi.. Qadına əsəblərini sakitləşdirmək üçün bir neçə həftəlik gərgin iş rejimindən uzaqlaşmaq, şəhərin səs-küyündən qaçıb, özüylə təkbətək qalmaq məsləhət gördülər. Səyahətə çıxdı. Xiltonun “İtirilmiş üfüq”ünü qoltuğuna vurdu, Şanqri-Laya mental trip arzusu ilə. Çemodanına 2-3 dəst paltar atdı, əski-üsküyə marağı çoxdan ölmüşdü, ağ qızılgüllərə xəstə həssaslığı ilə.., orta yaş sərhədlərini aşanda. Evdəki bütün telefonları avto cavabdehə qoyub çətirini götürdü.., yox, çətir götürmədi, Kurşevelə gedirdi. İstirahəti düşündüyündən də yaxşı keçdi..., yəni düşünə bilməyəcəyi qədər yaxşı. Fikri dağıldı, dincəldi, yaxasından sallanıb qalan hər nəydisə, bilmirdi nə olduğunu, tərk etdi onu. Zəhləsini tökmüş miqrendən demək olar qurtuldu. Bir sərgüzəst də yaşadı orda. Bakıdan birisi ilə tanış oldu. Uzaq yerdə öz həmvətəni ilə tanışlığı çox müsbət qarşıladı. Yaşlı professor idi, məşhur bir iş adamının atası. Xizəklik halı da yox idi, amma seçim oğlunun idi, onun tərəfindən göndərilmişdi istirahətə. Görünüşü necəydi? Oh, əsl professor kimi, eynəkli, dərin baxışlı, elm, kitab adamı, real dünyadan uzaq. Ovurdları batıq, saçı qar ağlığında, üzü saqqallı, qəddi əyilmiş. İnsan kimi çox pozitiv biri idi, mədəni və son dərəcə həlim. Ensiklopedik bilikləri onu maraqlı həmsöhbət edirdi. Həyat yoldaşı çoxdan dünyasını dəyişib, tək buraxmışdı onu. Qoca təklikdən çox əziyyət çəkirdi. Nə övladları, nə də nəvələri ovundura bilirdi onu. İşindən ayrılmışdı, təqaüddə idi və tək məşğuliyyəti dost-tanışı ilə elektron poçt vasitəsilə şahmat oynamaq idi. Professor özü haqda hər şey danışdı qadına, həyatından, ailəsindən, keçmiş işindən, hətta köhnə boz avtomobilindən də. Qadınsa qulaq asırdı. Çox diqqətlə dinləyirdi onu. Yoooox, ola bilməz! Yəni mümkündümü... nağıla bənzəmirmi... aman allah, bilən nə deyər, ayıb deyilmi, bu yaşda?? Belə. İstirahət bitdi. Yaxşı olan çox şürmür. Qayıtdılar. Hərə öz gündəlik həyat rejiminə. Fikirləşdilər.... bir də fikirləşdilər....bir də.. Vaxt keçdi, heç bilmədilər nə qədər. Artıq vaxt onlar üçün əvvəlki qorxuducu statusunu itirmışdi. Vaxtla hesablaşmırdılar artıq. Tapmışdılar. Bir-birini. Artıq birlikdə idilər. Uzun illər hər ikisindən çox şey qoparıb aparmışdı, amma özəyi laxlada bilməmışdi, soldurub sındırmamışdı. Elə özəkdən də tanımışdı qadın onu. O idi..., köhnə boz avtosunun problemli təkərinə qədər O..
  7. Ağ atlar və oğlanlar 1. Əvvəl bir obraz yaradacaqsan. Fikrində, xəyalında. O tək sənin olacaq. Başqalarının sənin obrazının təkrarını yaratdığını görüncə qısqanacaqsan onu. Dəli kimi. Özünü yedirdəcəksən ona. Tək bircə özünü. Ruhunla qidalandıracaqsan onu. Böyüyəcək. O qədər böyüyəcək ki, sənə yol yoldaşı olacaq. Yanına düşüb gedib-gələcək. Özünü maşının altına atmaq istəyəndə ətəyindən tutub dartacaq. Başqaları çönüb arxanca baxanda qısqanacaq səni. Başın yeməyə qarışanda göz ağardacaq sənə: yemə, kökəlirsən... Heç kəs görməyəcək onu, tək bir səndən savayı. O yekəlib impozant birinə çevriləndə fikirləşəcəksən ki, belə birisinin piyada gəzməyi nə dərəcədə düzgündür? Bir at bağışlayacaqsan ona, əlbəttə ki, ağ. Yenə yolları bir gedib-gələcəksiz. Sən piyada, o at belində. Obrazla bitirdin. Onu beyninin uzaq bir küncünə itələyib, prototipini gəzəcəksən. Dağda-daşda, meşədə, orda-burda, yaxında-uzaqda, küçədə-bayırda, qonumda-qonşuda. Tapmayacaqsan. Analoqlar olacaq, prototip olmayacaq. Biri elə gülməyəcək, biri elə dinməyəcək, baxmayacaq, susmayacaq. Birinin gözü bir az qıyıq, saçı bir az buruq, boyu gödək, addımları iri, sözləri mənasız.... nə isə.... onu tapmayacaqsan. Nisgilini gündəliklə paylaşacaqsan, gündəliyi də sonda odla... Od o qədər rəvayətlər udub ki,... əlinə qələm versən, yaxıb-yandırar kağızı. Səni üzəni bölüşə-bölüşə, hissə-hissə, damla-damla qurudacaqsan. Yaratdığın tulpa və onunla aranda olan mücərrəd münasibət tükənəndən sonra, onda ki, sənə heç nə artıq lazım deyil və dünyada ağ olan hər şeyə nifrət edirsən, əsasən də ağ maşınlara... eyvah, nəsə də tapılacaq. At! At gəlib çıxacaq. Üstü boş. Karıxacaqsan, hər şeyi yenidən yaşayacaqsan, sonra toparlanacaqsan, düşünəcəksən: heç at da pis deyil... belə baxanda..
  8. яхшы алыныб. какие-то струны затрагивает, самое потаенное в душе. Хочется, то что было сокрыто, еще глубже затолкать. еще что нравится - хере оз алеминдеди, каждый о своем говорит, мешают друг-другу., не слушают, но в то же время удивительно дополняют. это как диалог = 2 монолога. как при браке.., в некоторых случаях.. ) у Агиля великолепный голос.
  9. женщин? не, я женщин не люблю. я только Дези люблю. похоже, я втюрилась всерьез...и то, что между нами, это кажется взаимно..
  10. джан. я кажется, нашла свое счастье. )) спасиб, солнце. буду любить тебя вечно. ты тока корми меня вкусно.. )
  11. всё для подрастающего поколения. теки сен йазасан, Платоша..)
  12. Дезя, девочка моя, ..короче, я решила на те жениться. золото-бриллианты не требуй (ты сама золотце), первая жена меня обобрала. у меня щас кроме тех прелестей, что на мне от природы, ничё не осталось. ну ты ж не меркантильная.. в общем, Дезь, пошла я за билетом. да., и разводись к моему прибытию. (не люблю я сюрпризов в виде законных мужей, понимаешь ли..) и жди меня., хорошая девочка.. и приготовь что-нибудь.. )
  13. позволь поправлю тебя. Сын и брат не был хорошим армянином. Он тут стал хорошим. (не знаю только, на сколько его хорошести хватит..) вспомни его ранние посты. Всё - наше! Кусок земли, где ты стоишь - наш. Небо, что над головой - наше. Воздух, чем дышишь - тоже наш.
  14. Мою одну подругу во время очередного митинга партии зеленых задержали с ее дружками. (она была безудержной активисткой и ей спокойно не сиделось. щас она где-то за границей. последний раз ее видели в Келне). так вот, ночь она провела во временном изоляторе (обезъянник что-ли) с ночными бабочками. она говорила, что среди них были оч даже интересные и далеко не глупые люди. На вопрос: что вас толкнуло на такое? - "нужда" ответили. (матери-одиночки и пр.)
  15. ну раз Ари говорит, значит так оно и есть. И даже если не так, то надо, чтобы впредь так и было.. ))
  16. не, ну ты крассава! ))
  17. Маруська! солнце ты наше! Я не знаю, что такое Гэй!, но это не мешает мне любить тебя. ) Будь! )
  18. клево как! люблю этот фильм )
  19. Эда F

    Наблюдения-3

    и мы тебя обожаем. мач! )
  20. Амелько, поздравляю! я не успела проголосить, а вы и без меня справились..)
  21. ну раз ты надеешься, я буду женщиной.) Ахмедикин созю йере душундже.....
×
×
  • Создать...