Перейти к содержимому

ədəbiyyatxana


EJIXAH

Recommended Posts

Salam,

Gəlin bu mövzuda azərbaycan müəlliflərinin yazdığı və ən çox sevdiyimiz əsərləri qeyd edək və müzakirə edək.

Mənim xoşuma gələnlərdən:

Ordubadi: Qılınc və Qələm

Nəsrəddin Tusi: Əxlaqi-Nasiri

PS hərflərin düz əks olunması üçün "Lusida Sans Unicode" şriftini seçin. Və klaviaturanı AZ rejiminə keçirin.

Изменено пользователем PRIKOLISTKA

Əziz Bakılılar və şəhərimizin qonaqları, ...

AZE.az - AZEрбайджанские новости

Мой блог

Ссылка на комментарий
Поделиться на других сайтах

  • Ответы 47
  • Created
  • Последний ответ

Top Posters In This Topic

Top Posters In This Topic

Gozel teshebbusdur,amma mene ele gelir ki,evvelce bu eserlerin ja oxunmasyny, ja da tekrar oxunulmasyny teshkil etmek lazymdyr.Etiraf etmelijem ki,bu eserleri oxudugum jadyma gelmir.

Mene ele gelir ki,bizim maarifchi klassiklerin,bashda M.F.Axundov olmagla, eserlerini muzakire etsejdik daha jaxshy olardy.Zennimce indi onlary tekrar nezerden kechirtmek lazymdyr.Etiraf etmelijem ki,indije kimi M.F.Axundovun jalnyz dram eserlerini oxumushdum,"Kemalidovle mektublary"ny ise oxumagym "almagezeti"sajesinde bash verdi.Bu eseri oxudugum zaman shok hissleri kechirirdim.Duzu muellifin dinimize garshy bu derecede menfi munasibetde oldugunu bilmirdim.Amma bu eseri jegin ki, jazyldygy dovr ve zaman cherchivesinde anlajyb,muellifi gynag objektine chevirmemelijik.Hegigeten de xalgymyzyn o devrde fanatizmde ve cehaletde bulunmasy bir fakt idi.Ejni zamanda diger maarifchilerimizin eserlerinde de bu mevzular seslenmekde idi.Cehalet,nadanlyg,savadsyzlygda bulunan bir xalgy elme ve tereggije joneltmek jegin ki,maarifchi jazarlarymyzyn en umde megsedi ve amaly idi.

Men son defe C.Memmedguluzadenin hekajelerinden bir nechesini tekraren oxudum, lezzet eledi,oxudugca:Allah sene rehmet elesin aj Mirze Celil"dejib gulmekden ugunurdum."Gurbaneli bej","Usta Zejnal","Fatma xala","Guzu"bele hekajelerdendir.Oxumagy ve ja tekrar oxumagy meslehet gorerdim.

Ссылка на комментарий
Поделиться на других сайтах

aydındır, müzakirələrə keçməzdən əvvəl istərdim qeyd edəsiniz, niyə məhz bu əsərləri? Süjet xəttinə və yaxud reallıqların əks etdirilməsinə görə?

Туз, он и в Африке Туз

Ссылка на комментарий
Поделиться на других сайтах

Men Azerbaycan yazar ve şairlerinden en çox beyendiyim Nizami Gencevidir! Onun yaratdığı XEMSE,tekce bir yazı yox,hemçinin bir elmdir.Mene ele gelir ki, biz Nizami Gencevini tekce yazar ve şair kimi deyil, eyni zamanda görkemli elm xadimi kimi xalqa ve dünyaya çatdirmalıyıq. 18-ci esrde Alman aliminin keşf etdiyi İŞIĞIN 7 RENGİNİ Nizami Gencevi 12-ci esrde yazdiği 7 GÖZEL eserinde her bir gozeli bu renglerin libaslarında göstermişdir. Nizami Gencevinin yazdığı LEYLİ ve MECNUN poemasınin ssenarisi esasında 28 dilde başqa ölkelerin şair ve yazarları terefinden LEYLİ ve MECNUN yazılmışdır! Uvilyam Şekspirin gündeliyinde Nizami Gencevinin adı qeyd olunub, bu da Uilyam Şekspirin(17-ci esr) Nizami Gencevini(12-ci esr) yaxşı tanıdığını ve mehz ROMEO ve DJULYETTA eserini Nizami Gencevinin LEYLİ ve MECNUN poemasının ssenarisi esasında yazdığını bildirir! GELİN DEYERLİ YAZAR VE ŞAİRLERİMİZİ düzgün qiymetlendirek ve bunu xalqımıza ve bütün dünyaya duzgün çatdıraq! :gagulik:

Изменено пользователем Гарышга
Ссылка на комментарий
Поделиться на других сайтах

Eh, hanı mənim kitablarım, dönə- dönə, sevə -sevə oxuduğum əsərlər. Hayıf ki, mənim bütün kitablarım Bakıdadır, onları bura gətirmək üçün bir yük təyyarəsi lazımdır. :gagulik: Bütün yazarlarımızın əsərlərini sevirəm, ancaq bir tanınmamış müasir yazıçının roman kitabı var " Bizim kənddə bir gözəl var" adlı, 2 gözəl roman daxil olan bir kitab. Düzü yazıçının adı yadımda deyil, çünki, çoxdan oxumuşam, ancaq o 2 romanı çox sevirəm. Evden xahiş edərəm, mənə o kitab haqda məlumatı çatdırsınlar. Bİr də, müasirlərdən əlbəttə ki, mənim sevimli yazıçım Çingiz Abdullayevin əsərləri.

line.gif
Ссылка на комментарий
Поделиться на других сайтах

En çox sevdiyim şair Nüsret Kesemenlidir. Mence onu sevmeyen yoxdur. Çox gözel sevgi şerleri.

Yazıçılardan Natiq Resulzadeni çox sevirem, baxmayarag ki rus dilinde yazır ;)

SALAM VE DUA iLE...

Mala, nichtojna, tlenna moya plot

No kak je v ney TVOYA LYUBOV meshaetsa QOSPOD????

BU DA KECHER!!!

Ссылка на комментарий
Поделиться на других сайтах

Uvilyam Şekspirin gündeliyinde Nizami Gencevinin adı qeyd olunub

Bunu birinci defedir eşidirem. :loool: Amma fexr edici haldır. Yadımdadır Universitet vaxtı Alişer Navainin" Leyli Mecnunun "oxumuşdum, çox beyenmişdim. Nizaminin "LEYLİ MECNUNUNDAN " fergli olarag Leyli ve Menun, Leylinin toyundan sonra görüşürler........

Bu variantı oxuduqdan sonra qerara geldim ki, sevenler qovuşmayanda Sevgileri ebedi olur...... İndide bu fikirdeyem.

SALAM VE DUA iLE...

Mala, nichtojna, tlenna moya plot

No kak je v ney TVOYA LYUBOV meshaetsa QOSPOD????

BU DA KECHER!!!

Ссылка на комментарий
Поделиться на других сайтах

Azərbaycan ədəbiyyatında Cəfər Cabbarlının qələminin mənə nədənsə güclü təsiri olub həmişə. Hələ lap məktəb iilərinin son siniflərində də özüm filologiya sahəsi üzrə ixtisaslaşmayacağımı bilə-bilə də, vaxtımı sərf edim onun əsrlərindən "Oqtay Eloğlunu" tapıb oxumuşdum. Necə güclü təsir eləmişdi mənə bu əsər, bunu çatdıra bilmirəm. Ordakı Oqtayın monoloqları, necə böyük intonasiya, güc, sarsıntı....göz yaşlarımı da saxlaya bilməmişdim....

Bundan əlavə Cabbarlı qələminə simpatiya tək bu əsər ilə məhdudlaşmır. Onun "Ana" əsəri: - şerin ilk misralarını əzbər bilməyən tapılmaz....Və bir çox digər əsərləri........

Ссылка на комментарий
Поделиться на других сайтах

Təklif edirəm əsərlərdən hər hansı bir monoloqu,hər hansı bir hissəni yazaq,çox maraqlı olardı!

"....O zamandan etibarən mən insanlar arasında əsl ünsiyyəti, ünsiyyətin ən ali, ən uca formalarını axtarmağa başladım...."

E. Qolderness ("O'na məktublar")

Ссылка на комментарий
Поделиться на других сайтах

Hikmət Hacızadə "Demokratiya: Gediləsi uzun bir yol"

Qurban Səid "Əli və Nino"

Sabir "Hop-hopnamə"

Axundov "Kəmalüddovlə məktubları" (və ümumiyyətlə bütün yaradıcılığı)

never GIVE UP!

Ссылка на комментарий
Поделиться на других сайтах

Deyərdimki, Dədə Qorqud-un mənim aləmimdə böyük nüfuzu var. Azərbaycanın başına qələn bütün bəlalar - tayfa, nəsil münaqişələrinin nəticəsidir və bu Dədə Qorqudda öz əksini tapıb. Əlbəttə mən özünətənqid tərəfdən danışdım, onun tarixi və müsbət tərəflərinin isə ədəbiyyatımızda tariximizdə xüsusi yeri var

Изменено пользователем BOSS22

Туз, он и в Африке Туз

Ссылка на комментарий
Поделиться на других сайтах

Deyərdimki, Dədə Qorqud-un mənim aləmimdə böyük nüfuzu var. Azərbaycanın başına qələn bütün bəlalar - tayfa, nəsil münaqişələrinin nəticəsidir və bu Dədə Qorqudda öz əksini tapıb. Əlbəttə mən özünətənqid tərəfdən danışdım, onun tarixi və müsbət tərəflərinin isə ədəbiyyatımızda tariximizdə xüsusi yeri var

senin dede qorqudu bele terif etmeyin tenqide layiqdi :P

Ссылка на комментарий
Поделиться на других сайтах

Deyərdimki, Dədə Qorqud-un mənim aləmimdə böyük nüfuzu var. Azərbaycanın başına qələn bütün bəlalar - tayfa, nəsil münaqişələrinin nəticəsidir və bu Dədə Qorqudda öz əksini tapıb. Əlbəttə mən özünətənqid tərəfdən danışdım, onun tarixi və müsbət tərəflərinin isə ədəbiyyatımızda tariximizdə xüsusi yeri var

Yeri gəlmişkən, Dədə Qorqud əsl Demokratiyadır. Ciddi deyirəm. Orada Oğul elinə rəhbərin seçilmə prosesi, ondan sonra rəhbərin evinin talan (öz istəyi və ənənələrə görə) edilməsi və s. ilkin demokratiya göstəriciləridir.

PS. Demokrat qəzeti (Ayda bir dəfə "Alma" qəzetinini əlavəsi kimi nəşr olunur. Dalğa Gənclər Hərəkatının layihəsidir) bu sayında Dədə Qorqud-un Demokratiyasından yazacaq. Məsləhətdir, oxuyasınız.

PS. Soruşmayın ki, sən haradan bilirsən onun yazılacağını =)

never GIVE UP!

Ссылка на комментарий
Поделиться на других сайтах

  • 4 months later...

Ədəbiyyata, əsərlərə, şerlərə marağı olanlar üçün belə bir mövzu açmağı özüm-özümə məsləhət gördüm. Gəlin burda oxuduğumuz, bildiyimiz şerləri, əsərləri və ya daha doğrusu onlar (məzmun) haqqında bildiklərimizi yazaq və yeri gəlsə müzakirə edək..Fərqi yoxdur istər Azərbaycan, istərsədə xarici ədəbiyyat olsun. 

Yusif Vəzir Çəmənzəminlinin Qan içində romanı sevdiyim əsərlərdən biridir. İstəyirəm onun barəsində bir az yazam.

"QAN İÇİNDƏ"

"Qan içində" romanı (1936-1937-ci illər). Müəllifin özünün romana verdiyi ad "İki od arasında" olmuşdur. Bu adla müəllif Qarabağ xanlığının bir tərəfdən İranın, digər tərəfdən çar Rusiyasının işğalına məruz qalmasına işarə etmişdir. Roman yazıçının sağlığında çap olunmamışdır. 1968-ci ildə romanı nəşrə hazırlayan professor Əkbər Ağayev ona Qan içində adını vermişdir. Buna səbəb senzuranın romanın əvvəlki adı ilə çap olunmasına icazə verməməsi idi.

Romanın mövzusu XVIII əsrin II yarısında Qarabağ xanlığının tarixindən götürülmüşdür. Əsərin ideyası vətənpərvərlik, vətənin müstəqilliyi və azadlığıdır.

Romanın əvvəlində yazıçı iki tarixi əsərdən epiqraf gətirmişdir: Mirzə Adıgözəl bəyin "Qarabağnamə"sindən və Mirzə Camal Cavanşirin "Qarabağ tarixi"ndən.Birinci əsərdə Qarabağ xanlığının təşəkkül tarixindən, tərkib hissəsindən, ikinci əsərdə isə Pənahəli xan və İbrahimxəlil xanın hakimiyyəti illərində xanlığın xarici işğalçılara qarşı mübarizəsindən bəhs olunur. Ümumiyyətlə Yusif Vəzir bu romanı yazarkən 25 elmi və tarixi əsərdən istifadə etmişdir. Əsərdəki İbrahimxan, Molla Pənah Vaqif, Vidadı, Ağaməhəmməd şah Qacar, Mirzə Camal, II İrakli, Ağabəyim ağa tarixi şəxsiyyətlərdir.

Roman 3 hissədən ibarətdir. Hər hissədə 20-22 bölüm var. Roman Novruz bayramının təsviri və İbrahim xanın qızı Kiçikbəyimin bulaq başına gəlməsinin təsviri ilə başlanır.

Romanın baş qəhrəmanı Vaqifdir. O, həm həssas, həm dəbacarıqlı, tədbirli bir vəzir kimi təqdim olunur. Vaqif öz ağlı, hazırcavablığı sayəsində saraya gəlir və sarayda xanlığın möhkəmləndirilməsi uğrunda çalışır. Əsərdə Vaqifin şəxsi həyatı ilə bağlı məsələlərə də geniş yer verilmişdir. İlk arvadının vəfatı, oğlu Qasım ağanın anadan yetim qalması, şairin ömrünün sonlarında 2-ci dəfə Qızxanımla evlənməsi və onunla soyuq münasibətlərinin təsviri buna sübutdur.

İbrahim xan bacarıqlı və vətənpərvər bir şəxs kimi təsvir olunur. O, Qarabağ xanlığının güclənməsi və müstəqilliyi üçün çalışır. Rusiyanın Qafqaz xanlıqlarınamünasibətindəki ayrıseçkiliksiyasətinə İbrahim xan dözə bilmir. Rusiya imperatoru II Yekaterina gürcü çarı II İraklini hökmdar kimi qəbul edir. İbrahim xana isə ona boyun əyməyi təklif edir. Romanda İbrahimxanın insanlara qarşı qəddar və amansız üsullardan istifadsə etməsi də təsvir olunur. Əsərin sonunda İbrahim xan özünü və ailəsini düşünən aciz bir adama çevrilir. O, xanlığın ağır günlərində yaxınları ilə birlikdə Balakənə qaçır.

Ağa Məhəmməd şah Qacar əsərdəki əsas mənfi surətdir. Romanda o, işğalçı və zalım bir hökmdar kimi təsvir olunmuşdur. Qulaq kəsdirmək, göz çıxartdırmaq kimi cəzalar Qacara görə çox adi, sadə cəzalardır. Qacar sonda öz adamarı tərəfindən öldürülür.

Əsərin maraqlı surətlərindən biri öz əməyi və zəhmətilə böyüyən Səfərdir. O, namuslu və ədalətli bir kəndli gəncdir. Səfər ətrafında baş verən və ona qarşı edilən haqsızlığa dözməyərək qaçaqlıq edir. Xan Səfəri edam etdirmək istəyir, lakin Vaqifin köməyilə o bağışlanır.

Səfər vətənin dar günündə qaçaqlıqdan əl çəkərək düşmənə qarşı mübarizə .rır.

Romanda xanın arvadı Şahnisə xanım, qızları Kiçikbəyim, Sənəm və Ağabəyimağa, Vaqifin sevgilisi Mədinə, Vaqifin 2-ci arvadı Qızxanım kimi qadın surətləri də vardır.

Şahnisə xanım təmizürəkləri, kövrəkqəlbli bir anadır. Qızı Kiçikbəyim Tehran bəylərbəyisi Kərim xan Zəndə ərə verilərkən o, deyir:

"Kiçikbəyim kimi bir gülü götürüb Tehrana atıram. Kim bilir qürbətdə qızımınn başına nələr gələcək?... Kaş əli qabarlı bir rəiyyət olaydım, balalarım da gözümün önündə olaydı. Tehrana qız vermək Əzrailə can vermək kimi bir şeydir. Neynəyirəm qızıl teşti ki, içinə qan qusam?"

Kiçikbəyim özü də Tehrana, tanımadığı adama ərə verilməsini istəmir.

Kiçikbəyim İbrahim xanın 2-ci qızıdır. O, əmisi oğlu Məhəmməd bəyi sevir, lakin siyasi məqsəd üçün Tehran bəylərbəyisi Kərim xan Zəndə ərə verilir.

Şairə Ağabəyimağa da xanın qızıdır. Əsərdə o, həssas qəlbli bir qız kimi yadda qalır.

Xanın digər qızı olan Sənəm surəti də diqqəti cəlb edir. O, Vaqifin şerlərini əzbər bilir və şairə məhəbbət bəsləyir. Qəfil ölüm Sənəmin arzusunu gözündə qoyur.

Məhəmməd bəy İbrahim xanın qardaşı oğludur. O, əvvəlcə vətənpərvər, müsbət bir surət kimi təsvir olunur. Sonra isə Vaqif və onun oğlu Qasımı öldürtdürən ədalətsiz bir hökmdara çevrilir.

Romanda toy, bayram və s. kimi xalq adət-ənələrindən və yeri gəldikcə təbiət təsvirlərindən də məharətlə istifadə olunub.

34a781d8b3b758967a548b34947faef4.jpg

Ссылка на комментарий
Поделиться на других сайтах

Hörmətli Könül, bölməmizə xoş gəlmisiz!

Sizdən öncə ədəbiyyata dair belə bir mövzu bölməmizdə yaradıldığından mövzunuzu öncəkinə birləşdirib "Ədəbiyyatxana" adı altında saxlamaq qərarına gəldim. Buyurun, istər milli, istərsə də xarici ədəbiyyat nümunələri haqda təsəvvürlər burda davam etdirilə bilər.

Hörmətlə

Ссылка на комментарий
Поделиться на других сайтах

Xoş qarşılanma və dilənən uğurlar ьзьn hamınıza minnətdaram. Diqqətə gцrə зox sağ olun. Ьmid edirəm ki, forumda bu mцvzu geri qalmaz və həmişə aktiv olar.

Изменено пользователем Könül

34a781d8b3b758967a548b34947faef4.jpg

Ссылка на комментарий
Поделиться на других сайтах

Hörmətli Könül, bölməmizə xoş gəlmisiz!

Sizdən öncə ədəbiyyata dair belə bir mövzu bölməmizdə yaradıldığından mövzunuzu öncəkinə birləşdirib "Ədəbiyyatxana" adı altında saxlamaq qərarına gəldim. Buyurun, istər milli, istərsə də xarici ədəbiyyat nümunələri haqda təsəvvürlər burda davam etdirilə bilər.

Hörmətlə

Təşəkkürlər. Mən əsərlər barəsində, əvvəl açılan mövzunu oxumuşdum, amma, nədənsə diqqət etməyib, yenidən belə bir mövzunu yeni bölmə kimi açmışam. Üzrlü hesab edin.

34a781d8b3b758967a548b34947faef4.jpg

Ссылка на комментарий
Поделиться на других сайтах

"BAYRAM OLDU"

Bayram oldu, heç bilmirəm neyləyim,

Bizim evdə dolu çuval da yoxdur.

Dügiylə yağ hamı çoxdan tükənmiş,

Ət heç ələ düşməz, motal da yoxdur.

Allaha bizmişik naşükür bəndə,

Bir söz desəm dəxi qoymazlar kəndə.

Xalq batıbdır noğla, şəkərə, qəndə,

Bizim evdə axta zoğal da yoxdur.

Bizim bu dünyada nə malımız var,

Nə də evdə sahibcamalımız var.

Vaqif, öyünmə ki, kamalımız var,

Allaha şükür ki, kamal da yoxdur.

Yəqinki, Molla Pənah Vaqifin bu qoşmasını eşitməmiş olarsınız. Mənim sevdiyim qoşmalardan biridir. Həqiqətəndə həqiqətdir, elə deyilmi?

Изменено пользователем Könül

34a781d8b3b758967a548b34947faef4.jpg

Ссылка на комментарий
Поделиться на других сайтах

  • 1 month later...

Azərbaycan ədəbiyyatında ən çox sevdiyim müəlliflər Rəsul Rza, Vaqif Səmədoğlu və Ramiz Rövşəndir...

Bu dəfə Sizlərə müasir şer sənətinin ən gözəl bilicilərindən olan füzuli-şünas Ramiz Rövşənin şerlərindən nümunələr yazacaəam...

Mənimki allaha qaldı

Alınmadım baha qaldım

Özüm baxa baxa qaldım

Hamını itirdiyimə

Ürəyim ətdi daş deyil

Kipriyimdəki yaş deyil

Sevinin əlim boş deyil

Gülməyin gətirdiyimə

Gözüm yuxu yata bilməz

Ata bilməz, ana bilməz

Qızıl olsa da cata bilməz

Tapdığım itirdiyimə...

çox sevirəm Ramiz Rövşənin şerlərini- fikir dolğunluğu, dərin məna... hər kəliməsi .rır məni...

Не бойтесь умных женщин, - влюбившись,они теряют мозги.

Ссылка на комментарий
Поделиться на других сайтах

Yenə də R.Rövşəndən misralar

Şirin şirin yuxudaydıq

Bir zalım oyatdı bizi

Anaların gucağından

Bu dünyaya atdı bizi

Düşdük yolların ağına

Baxtımızın sorağına

Qatdı bizi qabağına

Əlində oynatdı bizi

Biz ki yol nədi bilməzdik

Biz ki öl nədi bilməzdik

Bilsək dünyaya gəlməzdik

Analar aldatdı bizi

Не бойтесь умных женщин, - влюбившись,они теряют мозги.

Ссылка на комментарий
Поделиться на других сайтах

  • 2 weeks later...

Mende sighar iki cahan, men bu cahane sighmazam,

Govheri lamekan menem, kovnu mekane sigmazam!

Kovnu mekandir ayetim, zati durur bidayetim,

Sen bu nishanla bil meni, bil ki nishane sighmazam. (NESİMİ)

Aç qəlbinin gözünü ki, can görəsən,

Görülməyən şeyləri, yektən görəsən!

Ссылка на комментарий
Поделиться на других сайтах

Eh, hanı mənim kitablarım, dönə- dönə, sevə -sevə oxuduğum əsərlər. Hayıf ki, mənim bütün kitablarım Bakıdadır, onları bura gətirmək üçün bir yük təyyarəsi lazımdır. :luv: Bütün yazarlarımızın əsərlərini sevirəm, ancaq bir tanınmamış müasir yazıçının roman kitabı var " Bizim kənddə bir gözəl var" adlı, 2 gözəl roman daxil olan bir kitab. Düzü yazıçının adı yadımda deyil, çünki, çoxdan oxumuşam, ancaq o 2 romanı çox sevirəm. Evden xahiş edərəm, mənə o kitab haqda məlumatı çatdırsınlar. Bİr də, müasirlərdən əlbəttə ki, mənim sevimli yazıçım Çingiz Abdullayevin əsərləri.

butun postlari oxuyurdum.bu rastima cixdi.bilmirem sonra yaziblar ya yox.amma men de yazmagh istedim.KENDIMIZDE BIR GOZEL VAR eseri SALAM QEDIRZADEnindir

Ссылка на комментарий
Поделиться на других сайтах

PERO, sizə təşəkkürümü bildirirəm. Bəli, Salam Qədirzadə. Mənim yaddaşım bir az ağsayır. Bu tək yazıçılara aid deyil, hətta dünüən baxdığım filmin belə adı yadımda qalmır. Salam Qədirzadənin bir necə kitabı da var məndə, ancaq hayıf yadımda deyil romanların adı. Hə, "Hər gün ömürdən gedir." Bu əsəri də çox bəyəndim.Cox gözəl yazır. Siz onun hansı əsərlərini oxumusuz?

line.gif
Ссылка на комментарий
Поделиться на других сайтах

Yenə istərdim R.Rövşənin şerin bura daxil edim....

Qara paltarlı qadin.

Kişiler bir olmur, atam balasi

Qorxaği var, igidi var,

Amma hər kişinin oləndən sonra

Qəbri üstde ağlamağa

Bir qara paltarli gözel bir qadina ümidi var.

Sən ölende kim olacaq gözlerini bağlayan ?

Qardaşmı olacaq,yadmı olacaq ?

Bu dünyada bəlkə sənə ən çox ağlayan,

Ən cox ağlatdiğin qadin olacaq ?!

Göz yaşlari yuduqca baş daşini,

Qəbrində qurcalanib,deyəcəksən:ilahi

Iller boyu aglatdığım bu qadın

Gören necə saxlayıbdı bu qədər göz yaşını ?!

Bircə kərə nə saçını oxshamışam,

Nə gözünü silmişəm.

Gözlerimə batır indi saçlarınin hər dəni,

Iller boyu bu qadina men axi dərt vermişəm,

Indi gören,niyə çəkir dərdimi ?

Bu qadin baş daşımı öpüb,sığallamaqdansa

Yumruguyla döysə-döysə yaxşıdir.

Qəbrimin üstünde ağlamaqdansa

Məni söysə, yaxşıdır.

Yeri-yeri,qara paltarlı qadın,

Kiri-kiri,qara paltarlı qadın.

Bu qəbir də min qəbirdən biridi

Baş daşımı bəsdir basdın bağrına,

Bütün mənə ağlayanlar kiridi,

Sən də kiri,qəbrim damir,ağlama.

Не бойтесь умных женщин, - влюбившись,они теряют мозги.

Ссылка на комментарий
Поделиться на других сайтах

  • 1 month later...

Nedense bu gun birden-bire E.Babayevanin defelerle oxudugum ,"Adamlar ve taleler" romani yadima dushdu.Bash gehreman Leylada olan ezimiyyet,zehmetkeshlik ve mohkem irade meni cox heyran edib.Eserin sonu bir balaca geyri-mueyyenlikle bitir.O vaxtlar eshitdiyime gore,Eleviyye xanim bu eserin gerisini de yazibmish.Amma tessufler olsun ki, mene onu elde etmek muesser olmadi.

Movzunu acmagda megsedim,eseri oxuyanlarla fikirlerimi bolushmek arzumdur.

Мать - это имя Бога на устах и в сердцах маленьких детей.

Ссылка на комментарий
Поделиться на других сайтах

safina, mən oxumamışam bu kitabı. Maraqlı olardı oxumaq. Həm də, Safi, bölümdə Ədəbiyyatxana adlı mövzu var. Hansında ki, oxuduöumuz kitab və əsərlərdən söhbət açırıq. http://forum.bakililar.az/index.php?showto...p;#entry1764653 Əgər izn versən, mövzunu ora koçürdərdim. )) Həm də , Az şrifti yaddan çıxdı deyəsən ))

line.gif
Ссылка на комментарий
Поделиться на других сайтах

Can,men ele bildim ki, o movzu xakerleredek olub...(((( Nece meslehetdir.)

Vallah,shrift yaddan cixmayib.Bu barede Strangerle danismisham da.Menim klaviaturamda olan herfler norvech herfleridir.Men Lucida ile yazsam da,hec ne alinmir....(((((( Istesen,forumun test bolmesine bax.Gor ne geder meshg etmishem...(((((

Translit funksiyamiz olsaydi,ela olardi...

Мать - это имя Бога на устах и в сердцах маленьких детей.

Ссылка на комментарий
Поделиться на других сайтах

Konul,"Gan ichinde" romani menim de cox sevdiyim eserlerden biridir.

Salam Gedirzadeni ise mence butun yeniyetme gencler cox sevir.Elelxusus da,onun "46 benovshe" eserini... Konul ve Derya...

Eh,kitablarim uchun darixdim lap...(((((((

Мать - это имя Бога на устах и в сердцах маленьких детей.

Ссылка на комментарий
Поделиться на других сайтах

Yox, ölməyib )) Safi, səndə axı yadımdadı alınırdı. Gəl bir görüm test bölümünə mən də baxım, bəlkə kömək etdim sənə.

line.gif
Ссылка на комментарий
Поделиться на других сайтах

  • 3 weeks later...

icazə versəniz Ramiz bəyin bir şerin də bura daxil edərdim...

Bu dünyada biz hərəmiz

Bir günahın yiyəsiyik.

Hərdən-hərdən çəkdiyimiz

Gizli ahın yiyəsiyik.

Ölüncə, illər uzunu

Dəyişsək də yüz cür donu,

Yenə bu ağzın, bu burnun,

Bu gulağın yiyəsiyik.

Baxt quşudur ucub gedən,

Bizdən küsüb, köçüb gedən.

Cini çoxdan gaçıb gedən

Bir çırağın yiyəsiyik...

Не бойтесь умных женщин, - влюбившись,они теряют мозги.

Ссылка на комментарий
Поделиться на других сайтах

Join the conversation

You can post now and register later. If you have an account, sign in now to post with your account.

Гость
Ответить в тему...

×   Вы вставили отформатированное содержимое.   Удалить форматирование

  Only 75 emoji are allowed.

×   Ваша ссылка была автоматически встроена.   Отобразить как ссылку

×   Your previous content has been restored.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

Загрузка...
×
×
  • Создать...