-
Публикации
211 -
Зарегистрирован
-
Посещение
Все публикации пользователя al-İslam
-
Şie deyende ki, onlar şie deyiller, rafizidiler. Amma vehhabiler o adı ceferilere de aid edirler.
-
Evvela, Hazret Alinin (a) oz qizi Ummi-Kulsumu Omer ibn Xattaba ere vermesi barede revayet tam sehih deyildir. Shia dunyasinin fexri olan Sheyx Mufidin bu barede musteqil qisa bir risalesi de vardir ki, hemin risalede bu xeberin etibarli olmadigini isbat edir. Mesele bundadir ki, bu izdivac barede yegane malumat Zubeyr ibn Bekkar adli ravi terefinden soylenilmishdir ki, o da imamlara qarshi menfi munasibeti ile tarixde meshhurdur. Ona gore de Zubeyr ibn Bekkarin imamlar barede soylediklerini qerezli hesab etmeye esas vardir. Hazret Alinin (a) qizinin Omere ere getmesi barede xeberlerin hamisi muxtelif vasitelerle Zubeyre gedib chixir ve bu barede bashqa sened zencirine malik hedis olmadigina gore, movzunun heqiqete uygunlugu boyuk shubhe altindadir (bax: Sheyx Mufidin “El-Fusul-ul-muxtare” kitabinin 32-ci feslinin etek yazi sherhi). Ikincisi, eger hetta bu malumati duzgun qabul etsek bele, yene cavabi vardir. Mesele bundadir ki, Aliden (a) qabaq Hazret Muhammed Peygamber (s) Omerin qizi Hafse ile evlenmishdi. Shia mezhebinde bu izdivacin da hech de konullu olaraq deyil, sirf siyasi sebebden heyata kechirildiyi barede etiqad vardir. Bele ki, shia eqidesince, Peygamber Omerin Islama bagliligini mohkemletmek, onun Islama qarshi chixma ehtimalini azaltmaq ve bir nov “zerersizleshdirmek” uchun qizini almish, bununla da Omere boyuk deyer verdiyi tesevvurunu yaratmishdir. Hemchinin, shia eqidesince, Ali (a) her bir hereketinde ve hemchinin, insanlara munasibetinde de Peygamberin yolunu ciddi suretde izleyirdi. Ya’ni onun Omere munasibeti Peygamberin Omere munasibetinden ferqlenmirdi. Bashqa sozle desek, Muhammed Peygamber (s) Omerin qizi ile hansi sebebden evlenmishdise, Ali (a) da oz qizini hemin sebebden ona ere vermishdi.
-
Əleykə salam. Düzü bu suallardan xoşum gəlmir, mən ilk növbədə müsəlmanam və belə deyək ki, İslamı yaşamaq üçün Əhli-beytin (ə) fiqhini seçmişəm. "Qiyamet" qardaş, bu haqqda kifayət qədər kitab var. Söhbət ondan gedir ki, bu o qədər ciddi məsələdir ki, buna bir mənbədən yanaşmaq olmur. Mən özüm Xanımın (s.ə.) şəhid olmasını bilirəm, sadəcə kim tərəfindən? Bu məsələdə elə şəxslərin adı çəkilir ki, adam inana bilmir.... Kim terefinden?
-
Allahın salamı olsun Peyğəmbərin (s) əziz qızı və iki dünya xanımı Həzrət Zəhraya. Bu mövzunu açmaqda heç bir pis məqsədim yoxdur, sadəcə mənə bir neçə şey maraqlıdır: Bildiyimiz ki, Zəhra (s.ə.) Peyğəmbərdən (s) bir neçə ay sonra dünyasını dəyişdi. Onun bu gənc yaşda ölümü nə ilə bağlıdır? O, qətlə yetirilib? Xahiş edərdim, elmli qardaşlar, bunu açıqlıq gətirsinlər.
-
Siyaseti dini eqdeye qarışdırmayaq. Bu faktdır ki, İran Azerbaycanın en böyük siyasi düşmenlerindendir, men bir şie olsamda bunu demekden çekinmirem. Ümumiyyetle İslam dünyasında kimlerin Azerbaycanla yaxın münasibetde olduğu BMT-deki qetnamenin qebulu zamanı daha aydın göründü.
-
İslamın özeyi yalnız bir olan Allaha ibadet etmek, temiz heyat yaşamaq, kasıblara el tutmaq, exlaqsızlıqdan uzaq durmaq, xeyirli işler görmekdir. İslam qeyri-müselmanların gözünde qiymetli eden İslam exlaqı, bu eqidenin insanlara verdiyi menevi rahatlıq ve s. İslamı "Müselmanlar"ın gözünden salan "Bozbaş" mollalar, "Keçi"ye oxşayan dindarlardır. İslamın bu güne kimi gelib çıxmasına sebeb onun nöqsansız olan Allah terefinden gönderilmesi ve qorunmasıdır.
-
http://www.azerislam.com/forum/ http://ahli-sunnah.my1.ru/forum/ http://azerimuslims.com/forum/forum/index.php?act=idx http://kerbela.be/
-
Bəs bu nə deməkdi ki? Hədisdə də göstərilir ki, onları öz Əhli-beytinə daxil edir. Nə vaxtdan İbn Teymiyyənin Əhli-beyt haqqındaki fikirləri sübut kimi göstərilir?! O ümumiyyətlə təfsir alimidir? Zəif mənbələrdən sitat göstərmə. Nə olsun ki, Peyğəmbər (s) həmişə öz duaları ilə Allahdan əfv diləmişdi, məgər o məsum deyildimi? Buna nə ehtiyac vardı? Peyğəmbər (s) hər kəsdən çox ibadət edirdi, halbuki onun Allah yanındaki məqamı hər kəsdən şübhəsiz böyük idi. Bir az məntiqli danış. İmamın bütün ovladları imam olmur ki! Hər bir imamın yalnız bir övladına bu verilib. İmam Həsənin (ə) övladlarından heç biri Əhli-beytdən (ə) deyil, çünki Allahın təqdiri belədir. Məgər hamı yaxşı olur? Biz siz deyilik e,minlərlə səhabəni fəzilət sahibi edək. Ona qalsa Peyğəmbəri (s) qohumlarının hamısı iman etmişdilər? Elə ançaq şəxsiyyətlərdən biri onun öz əmisi Əbu ləhəbdir (l). Yalnız 14 nəfər pisliklərdən uzaq edilib. Digər Əhli-beyt (ə) imamlarına gəldikdə isə, onlar o vaxt doğulmamışdılar axı, Peyğəmbər (s) onları necə əbanın altına salaydı? Amma onların adları və sayları hədislərdə vurğulanıb.
-
Esasen ehli sünne qardaşlar Ebu Bekrin İmam Aliden (e) üstün olmasını bele izah edirler ki, guya Peyğember (s) öz yerine namaz qıldırmağı (imamlıq etmeyi) Ebu Bekre tapşırıb. Bu ise onun Peyğemberin (s) ümmete rehber teyin olunmasını göstərib.
-
Məhəmməd ibn Əbdülvahabın yəhudi kökənli olması heç nəyi dəyişmir. Çünki o hənbəli məzhəbindən olub faktiki olaraq İuadizmi yox İslamı firqəyə bölüb. Mənşəsindən asılı olmayaraq o İslam düşmənidir.
-
Bağışlayın, hedis metninde sehv olub, men yazmaq istediyim hedis ele mövzunun başlığındakı hedisdir.
-
Qeyd etdiyin hemin şexsler seyyid olduğu üçün onlara seyyid deyilir.
-
Bax gör kimse qalmadı, onları da Ehli-beyte salın. Ahzab suresinde hemin şexslerin adları verilib? Bu hedis haqqda ne deye bilersen? Zeyd ibn Ərqəmdən soruşdular ki, “Peyğəmbərin (s) bəhs etdiyi Əhli-beyt kimlərdir?”. O isə cavabında dedi: “Əhli-beyt (ə), sədəqənin haram edildiyi Əli (ə) ailəsidir” (“Səhih Müslim”, fəzailu-Əliyyibni Əbi Talib, səhifə 1043, hədis 2408).
-
Qardaş, burada 6 cildi var, belke kömek oldu: http://darulkitap.com/hadis/hanbel/
-
Ay Allah sən özün bunlara ağıl ver! Elə sənin qandığın o qədərdi ki, təvvəssülü ölüdən yardım istəmə kimi başa düşürsən. Bu forumda bu dəfələrlə müzakirə olunub, hər dəfə də bağlanmısız. Təvəssül etmək bir şəxsdən hacət, istək tələb etmək deyildir. Təvəssül sözünün mənası «vasitə salmaq» deməkdir. Bir şəxs Peyğəmbər (s) və ya onun Әhli-beytinə təvəssül edirsə, bu, Allahdan özgəyə sığınmaq deyil, onları vasitə salaraq Allahdan öz istəyini diləməkdir; Allah-taala Maidə surəsinin 35-ci ayəsində buyurur: «Ey iman gətirənlər, Allahdan qorxun və Onunla öz aranızda vasitə tapın». Təvvəssül duasında deyilir: «Ey mənim seyyid və mövlalarım! (Peyğəmbər (s) və Әhli-beyt(ə) nəzərdə tutulur) Mən sizə üz tutdum, siz mənim rəhbərlərim, çətin günümdə köməyim, Allahla mənim aramda hacət və istək vasitəmsiniz. Mən sizi öz Allahıma doğru vasitə etdim, sizin vasitənizlə Ondan şəfaət istədim, Allah yanında mənə şəfaət edin, günahlarımın bağışlanmasını istəyin. Siz mənim vasitəmsiniz, sizin sevginizlə, sizin yaxınlığınızla Allahdan nicat istəyirəm. Allah hüzurunda mənim ümidim olun, ey mənim ağalarım, ey Allahın dostları.....» Budur şirk?! Vəhhabilər deyirlər: «Peyğəmbərlərə (ə) və əməlisaleh insanlara təvəssül etmək düzgün deyil. Çünki onlar ölüdürlər və ölülər bizi eşitmirlər. Deməli, «Ey Peyğəmbər! İmdada yet!» və ya «Allahla mənim aramda vasitəçilik et!» deməyin heç bir faydası yoxdur». Cavab:Öncə də qeyd olunduğu kimi peyğəmbərlər (ə) dünyalarını dəyişdikdən sonra belə diridirlər. Buna görə də hər hansı peyğəmbər və ya övliyanın dünyadan köçdükdən sonra onları səsləyənləri eşitmələri din və zəkaya tam müvafiqdir. Ənəsin Peyğəmbərdən (s) nəql etdiyi bir hədisdə deyilir: «Peyğəmbərlər (ə) qəbirlərində namaz qılan diri şəxslərdirlər» (Beyhəqi bu hədisin düzgün olduğunu bildirmişdir. İbn Həcər də «Fəthül-bari» əsərində bu hədisi qəbul etmişdir. Çünki onun fikrincə, «Fəthül-bari»də mövcud olan hədislər «Səhihi-Buxari»nin şərhidir və orada qeyd olunanlar «səhih» və «həsən» hədislərdir. Bax: «Əl-Məqalatus-səniyyə», səh. 114.) Beyhəqi deyir: «Səid ibn Müsəyyibin Əbu Hüreyrədən nəql etdiyi hədisdə deyilir: «Peyğəmbər (s) (merac zamanı) peyğəmbərlərlə (ə) görüşdü. Namaz vaxtı hamısı Peyğəmbərə (s) iqtida edərək namaz qıldılar. Sonra hamısı Beytül-müqəddəsə yığışdılar». Əbuzər və Malik ibn Sə`sə`ədən meracla bağlı nəql edilən rəvayətdə deyilir: «Peyğəmbər (s) digər peyğəmbərlərlə (ə) səmada görüşdü! Bu hədis səhihdir və Peyğəmbər (s) merac zamanı həzrət Musanı (ə) qəbrində namaz qılarkən gördü. Sonra Musa (ə) başqa bir neçə peyğəmbərlə birgə səmaya merac etdi və İslam peyğəmbəri (s) digər peyğəmbərlərlə (ə) də görüşdü. Hamısı Beytül-müqəddəsə toplaşdılar və namaz vaxtı Peyğəmbərə (s) iqtida edərək namaz qıldılar». O, deyir: «Peyğəmbərlərin (ə) o məqamda, müxtəlif zamanlarda və məkanlarda qıldıqları namazlar ağıla müvafiqdir. Hədislər bu müddəanı təsdiq edir. Ümumilikdə bütün bunlar peyğəmbərlərin (ə) diri olduqlarını göstərir («Əl-Məqalatus-səniyyə fi kəşfi zilalati İbn Teymiyyə», səh. 114. Öncə qeyd edildi ki, bir çox vəhhabilər sağ insandan yardım diləməyi düzgün, dünyasını dəyişmiş insanlardan kömək istəməyi isə şirk hesab edirlər. Halbuki, bu və ya digər əməl şirk olarsa, diri və ya ölü olmağın buna heç bir təsiri yoxdur. Qəribə burasıdır ki, onlar təvəssül və s. əməlləri şirk hesab edirlər. Bir halda ki, onların hədis kitablarında bu mövzu ilə bağlı çoxlu sayda hədislər mövcuddur. Belə ki, bu hədislərin sayı mütəvatir həddinə çatır). Qəbirlərə təbərrük etmək haramdır? İstəyirsən sizin alimlərin fitvasından? 1. İbn Hənbəlin fətvası: İbn Cəmaət Şafei deyir: «Abdullah ibn Əhməd ibn Hənbəlin atasından nəql etdiyi bir xatirədə deyilir: «Atamdan, savab qazanmaq məqsədi ilə Peyğəmbərin (s) minbərini təbərrük edib, öpən bir kişinin əməlləri haqqında soruşdum. Atam cavabında: «Bunun heç bir eybi yoxdur» – deyə bildirdi»[20]. «Əl-Camiu fil-iləl və mərifətir-rical» kitablarında isə həmin hədis bu şəkildə qeyd olunmuşdur: Atama dedim: «Bu kişi məlum əməlləri ilə Allaha yaxınlaşmaq niyyətindədirmi?» Atam: «Bunun heç bir eybi yoxdur» – deyə qəti fikrini bildirdi»[21]. 2. İbn əl-Üladan nəql olunduğuna görə İmam Əhməddən Peyğəmbərin (s) məzarını və minbərini öpmək haqqında soruşulduqda: «Bunun heç bir eybi yoxdur» – deyə fikrini bildirmişdir. İbn əl-Ula deyir: «Bu fətvanı İbn Teymiyyəyə göstərdim. O, Əhmədin bu sözünə təəcüblənərək dedi: «Təəccüblüdür! Ona böyük hörmətim var. Bu onun sözüdürmü?!»[22] Doğrusu, İbn Teymiyyənin Əhməd ibn Hənbəli kafirlikdə, müşriklikdə, günahlandırmaması təəccüb dоğurur. 3. Rəmli Şafeinin fətvası: «Əgər, təbərrük məqsədi ilə Peyğəmbərin (s), övliya və ya hər hansı bir alimin məzarına əl çəkilərsə, öpülərsə, bunun heç bir eybi yoxdur»[23]. 4. O, deyir: «Qəbrin üzərindəki sinə daşını öpmək və ləms etmək məkruh deyil. Övliya qəbirlərinin giriş qapılarını öpmək məkruhdur. Lakin təbərrük məqsədi ilə olarsa, heç bir eybi yoxdur və məkruh deyil. Atamın fətvası belədir... Fəqihlərin fikrincə, «Həcərül-əsvəd»i ləms edə bilməyən şəxs əsa ilə oraya işarə edib əsanın daşa tuşlanan tərəfini öpə bilər». 5. Şəhabəddin Hənəfinin fətvası: O, «Şəfa» əsərinə yazdığı şərhdə «Qəbri öpmək, ləms etmək və bədəni ona sürtmək məkruhdur!» sözlərini izah edərkən yazır: «Bu fikir yekdil rəydir. Elə buna görə də Əhməd və Təbəri qəbri öpməyi, ona toxunmağı düzgün hesab edirlər»[24]. 6. Muhibbüddin Təbəri Şafeinin fətvası: Qəbri öpmək və ona toxunmaq düzgündür. Bu alimlərin və əməlisalehlərin getdiyi yoldur[25]. 7. İbn Əbu Seyf (Məkkənin şafei alimlərindən biri) deyir: «Quranı, hədis kitablarını və əməlisalehlərin qəbrini öpmək düzgündür (icazəlidir)»[26]. 8. Zərqani Malikinin fətvası: Qəbri öpmək məkruhdur. Əgər təbərrük məqsədi ilə olarsa, məkruh deyil. 9. İzami Şafei, İbn Teymiyyənin «Əməlisalehlərin qəbrini təvaf edən, ona toxunan şəxs ən böyük günah еtmişdir» fikri haqqında deyir: «O, naməlum sözlər danışır. Bir yerdə bu işi görənin ən böyük günah işlədiyini, digər yerdə şirk etdiyini söyləyir. Bir halda ki, hələ o dünyaya gəlməzdən əsrlər öncə bir çox görkəmli alimlər bu məsələlərə toxunmuş və hökmünü açıqlamışlar. Onun sözləri alimlərin sözlərinə tam ziddir. O, bir çox hallarda müəyyən məsələlərdə yekdil rəyin mövcudluğunu iddia etmişdir. Halbuki, yekdil rəy tamamilə onun qoyduğu məsələyə qarşıdır. Diqqətli tədqiqatçılar ondan öncə və sonra yaşayıb yaratmış insaflı elm adamlarının əsərlərinə diqqət yetirərlərsə, bizim sözümüzün doğruluğunu görərlər. Misal üçün, adi müsəlmanlar qəbri təvaf edir (ətrafına fırlanır) və ona toxunurlar. Amma elm adamları bu məsələyə nisbətdə üç mövqedə dururlar. Bəziləri qəti şəkildə icazəli hesab etmirlər. Bəziləri qəti şəkildə buna qarşı olsalar da haram hesab etmirlər. Bəziləri isə buna daha geniş şəkildə baxırlar. Belə ki, ziyarət etmək eşqi hədsiz olan birinin bu işləri görməsini təbii qarşılayırlar. Əks təqdirdə isə qəbir ətrafına fırlanmağı, ona toxunmağı əxlaqi baxımdan müsbət hal hesab etmirlər». Vəhhabilərin müsəlmanları kafirlikdə ittiham etdikləri məsələlərə nəzər salsaq, görərik ki, onların müddəaları iki müqəddimədən (hökmdən) ibarətdir. Hansı ki, kiçik müqəddiməsi (fərdi hökmü) yanlış, böyük müqəddiməsi (ümumi hökmü) isə doğrudur. Böyük (birinci) müqəddimə belədir: Allahdan qeyrisinə edilən hər bir ibadət şirkdir (doğrudur). Kiçik (ikinci) müqəddimə isə belədir: Ölünü və ya (hər hansı səbəbdən) yanımızda olmayan şəxsi səsləmək, qəbrin ətrafına fırlanmaq (təvaf etmək), ona əl sürtmək, ölü üçün qurban kəsmək, ona nəzr etmək Allahdan qeyrisinə ibadət etməkdir. (Bu müqəddimə (hökm) tamamilə yanlışdır)[27]. 10. İbn Həcər deyir: «Bir çox fəqihlər «Həcərül-əsvəd»i öpmək icazəli olduğu üçün ehtirama layiq olan hər bir insanın və ya əşyanın öpülməsinin icazəli olduğu qənaətinə gəlmişlər»[28]. 11. Şeyx İbrahim Şafei deyir: «Qəbri öpmək onun üzərinə əl vurmaq məkruhdur. Lakin bu əməllər təbərrük məqsədi ilə olarsa, tamamilə düzgündür (məkruh deyil)»[29]. 12. Şeyx Həmzavi Maliki deyir: «Şübhəsiz ki, Peyğəmbərin (s) qəbrini öpmək yalnız təbərrük məqsədi daşıyır. Bu əməl düzgünlük baxımından övliyaların qəbrini təbərrük məqsədi ilə öpməkdən daha çox əhəmiyyətə malikdir»[30]. 13. «Kəşfül-irtiyab», «Fətava əl-qəraib», «Mətalibül-möminin» və «Xəzanətur-rəvayət» kitablarında deyilir: «Valideynin qəbrini öpmək icazəlidir. Buna sübut Peyğəmbərlə (s) bağlı nəql olunan bir rəvayətdir. Rəvayətə görə, bir kişi Peyğəmbərin (s) yanına gəlib dedi: «Ey Allahın rəsulu! Mən and içmişəm ki, Behiştin astanasını və hurinin alnını öpüm». Peyğəmbər (s) isə ona anasının ayağını, atasının isə alnını öpməsini tapşırıdı. - Ey Allahın rəsulu, valideynlərim diri deyillərsə necə? - Qəbirlərini öp! - Qəbirlərini tanımıramsa necə? - İki xətt çək. Onlardan birini atanın, digərini isə ananın qəbri hesab et. Onları öp, andını pozma!»[31] [20] «Vəfaul-vəfa», c. 4, səh. 1414. [21] «Əl-Camiu fil-iləl və mərifətur-rical», c. 3, səh. 32. [22] «Vəfaul-vəfa», c.4, səh. 1414. [23] Bu fətva «Haşiyətu Məvahibul-lədunniyyə» əsərində Əbu Ziyadan (vəfat-1087) nəql edilmişdir. Bundan başqa, Həmzavinin «Kənzül-mətalib» əsərində də (c. 33, səh. 219) qeyd edilmişdir. [24] «Şərhuş-şifa», c. 1, səh. 1; «Vəfaul-vəfa», c. 4, səh. 1404; «əl-Qədir», c. 5, səh. 134 [25] «Əsnəl-mətalib», c. 1, səh. 331; «Vəfaul-vəfa». c. 1, səh, 1407. [26] «Əl-Qədir», c. 5, səh. 153. [27] «Fürqanul-Quran», səh. 133. [28] «Vəfaul-vəfa», c. 4, səh. 1405. [29] «Şərhu fiqh əş-Şafei», c. 1, səh. 276; «əl-Qədir», c. 5, səh. 154. [30] «Kənzül-mətalib», səh. 20; «əl-Qədir», c. 5, səh. 154; «Məşariqül-ənvar», c. 1, səh. 140. [31] «Kəşfül-irtiyab», səh. 350.
-
Haqqında bəhs etdiyimiz şəxsiyyət dünya tarixində ən böyük iz buraxıb getmiş insandır. Onun haqqında nə qədər danışsaq da mübarək həyatının saysız fəzilətlərini tam göstərə bilmərik. Yalnız onu deyə bilərik ki, o, bəşəriyyətin ən xeyirlisi, ən fəzilətlisi, Allahu-Təalanın sevimlisi, peyğəmbərlərin sonuncusu- “Xətamül-ənbiya”, böyük Yaradanın insanlığa son və ən böyük rəhməti, aləmlərin Mustafası- Həzrəti Məhəmməd ibn Abdullahdır (sallahlahu əleyhi və Alihi və salləm). İslam dünyası bu gün, yəni Rəbbiül-əvvəl ayının 17-i o Həzrətin (s) mövludunu qeyd edir. Onun bütün əməlləri gözəl idi. O, həm də əxlaqında hər kəsə nümunə idi. Quranın da əmr etdiyi də məhz onu nümunə götürmək idi. Həmd olsun Allaha, salam olsun Məhəmməd Mustafaya! Onun gətirdiyi din əslində bəşəriyyətin xilası idi, insanlığı alovdan çıxaran tutunacaq idi. Rəsulullah doğulduğu gündən vəfatına qədər yaşadığı hər saniyədə insanın nə qədər ali bir varlıq olduğunu və nələrə qadir olduğunu təsdiqləmişdir. Onun mübarək ömür yolunu göz önündən keçirərkən, önümüzdə sözlərə, kəlmələrə sığmayan mənzərə canlanır. O, nələrə dözməmişdi? Döyülmüşdü, söyülmüşdü, vətənindən qovulmuşdu, övladlarını, həyat yoldaşını, əziz əmisini itirmişdi, heç öz Rəbbinə dönün çıxmışdımı? O, öz rəbbi üçün nələrə qatlaşmamışdı?! Əbül Qasımın (s) doğulması ilə məcusilərin alovu söndü, müşriklərin bütləri yıxıldı. Bəli, küfrün, batilpərəstliyin sonuna çıxacaq olan Məhəmməd (s) doğulmuşdu! Allahın pak bəndəsi olan o Həzrət bu gün 1,5 milyardın rəsuludur, o Allahın rəsuludur! Allahın kitab verdiyi, şəfaət nəsib etdiyi sonuncu peyğəmbər – Həzrəti Məhəmməd! Bu gün münasibətilə bütün müsəlmanları təbrik edir, onlara Allah elçisinin sünnəsinə əməl etməyi və axirətdə o məsumdan şəfaətə layiq görülməyi diləyirik! Allahın səlatu salamı olsun elçisi Muhammədə, onun Əhli-beytinə, sadiq səhabələrinə və yolunu izləyənlərə! http://islamiyyet.ucoz.ru/news/2008-03-24-53
-
Haris, bir az açıq danış, orada dine zidd ne var?
-
Bizde dövlet heç bir yere axund teyin etmir. Bunu "Qafqaz müselmanları" idaresi edir ki, o da dövlet qurumu deyil. İkincisi de dövlet heç kime "Cüme namazı qılma!" demir, dövlet "Menim işime qarışma" deyir.
-
Allah razı olsun, qardaşım.
-
Qeyd olunan ayenin tefsiri (Tercüme elemeye vaxtım yoxdu, günahımdan keçin): 65. Затем нашли они одного из слуг Наших, кого одарили Мы милостью Нашей и кого обучили Нашему знанию. Комментарий Случай с рыбой послужил для Моисея (ДБМ) знаком того, что они нашли великого мудреца. Он сказал: «Это то, к чему стремились мы!» И вернулись они назад по следам своим Когда Моисей и его слуга вернулись к месту своей первой стоянки, т.е. к скале, находившейся у места слияния двух морей, они нашли там того из слуг Аллаха, которому Он даровал Свою милость и больш ие знания. Затем нашли они одного из слуг Наших, кого одарили Мы милостью Нашей и кого обучили Нашему знанию Слово /ваджада/, использованное в арабском оригинале, говорит о том, что они искали мудреца и в конце концов нашли его. А выражение /‘абдан мин ‘ибадина/ (один из Наших слуг) указывает на то, что величайшая честь для человека – быть истинным слугой Аллаха и это служение приносит человеку милость Всевышнего и открывает его сердце (интеллект) для познания. Кораническая фраза /мин ладунна ‘илма/ (Нашему знанию) свидетельствует о том, что знания мудреца (Хизра) не были знаниями обычного человека. Хизру были открыты некоторые тайны и загадки земного мира, доступные только Аллаху. Имам Садык (ДБМ) сказал: «В религиозных делах Моисей был более осведомлен, чем Хизр, однако в других областях знания Хизр превосходил Моисея». (Комментарий «Аль-мизан»). Слово /‘абд/ (слуга) относится к Хизру. Он был пророком, что подтверждается следующими аргументами: 1. Тот, кто становится учителем такого пророка, как Моисей (ДБМ), сам, несомненно, пророк. 2. Некоторые арабские слова, использованные в Коране, в частности /‘абдина/ (Наш слуга), /‘абдаху/ (Его слуга), /‘ибадана/ (Наши слуги), часто употреблялись применительно к пророкам. 3. Хизр рассказал Моисею, что необычные поступки, которые он совершал в его присутствии и которые Моисей не мог безучастно наблюдать, были осуществлены по велению Аллаха, сам же он ничего не делал по своей воле. Хизр сказал: «Поступал я не по своему усмотрению…» (Сура Аль-Кахф (Пещера) - 18:82.) 4. Моисей пообещал Хизру не делать ничего, что противоречило бы его наставлениям, а человек, которому беспрекословно подчиняется пророк, обладающий титулом /улуль-‘азм/, несомненно безгрешен и сам является Божьим пророком. 5. Интуитивное знание – отличительная черта Божьих пророков. Аллах сказал о Хизре: «… кого обучили Нашему знанию». 6. Некоторые комментаторы полагают, что слово 'милость' в данном аяте подразумевает пророческую миссию. 66. Моисей сказал ему: «Могу ли я последовать за тобой, чтобы ты научил меня о прямом пути тому, чему ты обучен?» 67. Он сказал: «Не будет у тебя терпения со мной. Комментарий Святой Пророк ислама (ДБАР) рассказал: «Однажды, когда Моисей уже встретил Хизра, им довелось увидеть, как птица зачерпнула клювом каплю морской воды и вылила ее на землю. Хизр спросил Моисея, знает ли тот, зачем птица так сделала. “Это учит нас тому”, – сказал он, – “что наше знание в сравнении со знанием Аллахаподобно капле в сравнении с необъятным морем”». Моисей спросил Хизра, можно ли ему последовать за ним, чтобы научиться знанию, дарующему духовный рост. (Под духовным ростом здесь понимается накопление религиозных знаний, ведущих человека к истине.)(Знание метафизической теологии способствует духовному совершенствованию человека). Моисей сказал ему: «Могу ли я последовать за тобой, чтобы ты научил меня о прямом пути тому, чему ты обучен?» Знание как таковое не может быть самоцелью. Оно должно быть источником духовного совершенствования, вести человека к праведности и скромности, а не взращивать в нем гордыню и склонность к противоречию. Святой Пророк (ДБАР), завершая молитву, обращался к Аллаху , как правило, со словами: «Избавь меня от бесполезных знаний». («Бихар аль-анвар», том 86, стр. 18). Отвечая Моисею, мудрый Хизр сказал, что у того не хватит терпения следовать за ним и выслушивать его наставления. Он считал, что Моисею будет трудно вытерпеть всю эту науку по той причине, что Моисей (ДБМ) обращался к внешней стороне явлений, в то время как Хизр глядел в их суть.
-
Men bu forumda yeni olsam da postları çoxdan oxuyuram, amma hele senin sübutla danışdığını görmemişem, sen kimden sübut teleb edirsen? İkincisi de şieler Novruz bayramını qeyd edirler, indi sen mene öz mezhebimi öyredessen? (Qeyd:Mehdi ile bağlı hedis İmam Sadiqdendir (e), amma menbesini bilmirem).
-
SaudSənin fikirlərinlərinlə razıyam, amma hər şeyin bir vaxtı var. Çox gözəl ki, sən məhz İmam Cəfər Sadiqi (ə) nümunə göstərdin. Bəli, biz bu gün camaatın maariflənməsinə çalışmalıyıq, nəinki hansısa dövlət qurmaq. Cümə namazının qılınmamasında təkcə günahı dövlətin üstünə atmaq olmaz. Gəlin hər bir şeyə əqli yöndən yanaşaq. Bu gün bizim məscidlərdəki axundların cümə namazını qılmağa gücü çatar? Onlar cümə namazını təşkil eliyə bilərlər? Cümə namazında siyasi xütbə olmalıdır. Amma bu o demək deyil ki, hansısa molla dövlətin siyasətinə qarışsın! Heç İranda da buna imkan verməzlər axı! Hər yerindən duran dövlətin siyasətinə bir göstəriş versə bunun axırı nə olar? Ona görə də cümə namazında həddi aşmamaq lazımdır. Çünki din insanların şüurunu idarə edən bir vasitədir. İkincisi də məscidlərdəki axundlar, imamlar dünyadakı siyasi vəziyyəti dəyərləndirməyə qadir savada malikdirlər? 90% yox. Onda hansı cümə namazından danışaq? Yoxsa cümə xütbəsini deməyə savadları kifayət qədərdir?! Ona görə də bunun günahını təkcə dövlətdə görməməliyik, əgər sən dövlətin maraqlarını, qanunlarını tapdalamasan, o da sənə toxunmaz. İstər İslam dövləti olsun, istər qeyri-islami.
-
Dünyadaki bütün inqilablar (müasir dövrde) müeyyen qüvvelerin nezareti altında olur. Biz de onlarla hesablaşmalıyıq, eks halda meğlub olacağıq. Din dövleti ise hemin qüvvelere serf elemir. Ele ondansa dinin cemiyyetdeki mövqeyini güclendirmek daha serfelidir. Konkret hansı meseleni deyirsen?
