-
Публикации
1772 -
Зарегистрирован
-
Посещение
Все публикации пользователя al-Fath
-
Doğurdan bu milletin başı xarab olur e... Allah seni hidayet elesin, get tövbe ele. Ele senin kimiler şie mezhebinin adına xelel getirir. Sizə kim deyib ki, o şiədir? Bunu haradan götürdüz? Məgər siz o biri tenalarda bu insanın şiəliyi təhqir və təhrif etməsini görməmisiz?
-
SAHIBB və salahuddin ikinizə də xəbərdarlıq edirəm, bir-birinizi təhqir etməyin, nizam-intizama riayət edin. Gələn dəfə reytinqinizi qaldıracağam!
-
təkcə şiələrin deyil, həm də sünni-sələfilərin də bəzi kitabları dükanlardan yığışdırılıb. Bu dini qurumlarla iş komitəsinin əmri ilə edilir. Temanın mənasız olduğu üçün onu bağlayıram.
-
1. Mən sizə mənbəni Tarix Kamil cild 3, səh 27 göstərmişəm, siz isə mənə başqa mənbədən bunun belə olmamasını deyirsiz. 2. Siz bir balaca saxtakarlığa yol vermisiz. Bu məlumatı götürdüyünüz yerdə yazılıb ki, bint Cərvilə Xuzeymənin adı Məleykə olub, Umm Kulsum isə sadəcə onun künyəsi idi. Amma mən deyirəm ki, o elə Ümm Gülsüm kimi də tanınırdı. Əhli-sünnət imamlarından olan Şah Vəliyullah Dəhləvi “İzalasul Xifa” kitabının cild 1 səh 373 yazır: Ömər öz xilafəti vaxtı axşamların birində bir neçə qadını öz zövcəsi Ümm Gülsün bintə Cəvəlin yanına göndərdi ki, onlar onun saçına boya qoymaqda ona kömək etsinlər 5. Burada isə çox maraqlı bir şey yazılb. Deməli əvvəlcə Ömər Əbu Bəkrin qızı Ümm Gülsümü istəyib və Aişəyə müraciət edib. Rədd cavabını alarkən isə Saad ibn Vəqqas ona Əlinin qızı Ümm Gülsümü istəməyi məsləhət görüb, yəni o olmasın, bu olsun! İndi isə bir qədər araşdırma .raq, görək bu 2 Ümm Gülsüm kimlərdir: Əsma bintə Umais Cəfər Təyyarın zövcəsi idi. Sonra o Əbu Bəkrə ərə getdi və onun iki uşağı oldu oğlan və qız. Qızın adı Ümm Gülsüm idi. Sonra o Həzrət Əliyə ərə getmiş və onun qızı Ümm Gülsüm də onunla birgə Əlinin evinə getmişdir. Bu həmin Ümm Gülsümdür ki, Ömərə ərə getmiş və onun evində olaraq cavan vəfat etmişdir. Onların uşaqları olmamışdır. (Malik Daulat “Hidayat əl Saud” səh 359) Ə bə deyirdiz ki, Ömərin Əbu Bəkrin qızı ilə evlənməsi haqda heç kəs yazmayıb hii? Göründüyü kimi Əsma öz qızı Ümm Gülsümlə Əlinin evinə köçür və Ümm Gülsümü Əlinin qızı kimi qəbul edirlər. Hictərin 17-ci ilində onun 5 yaşı var idi və o həqiqətən (səqirə) uşaq idi. Və Ömər həmin bu 5 yaşlı qız ilə evlənmək istəyirdi. Kənz Ümmal cild 7 səh 98 yazılıb: Ömər Ümm Gülsüm bintə Əbu Bəkr ilə evlənmək istədi və bu haqda Aişəyə müraciət etdi. Aişə dedi ki, o hələ çox kiçikdir, amma mən onu axtararam. Ümm Gülsüm Aişənin yanına gəlib dedi: Eşidmişəm siz məni Ömərə ərə vermək istəyirsiz. O qəddar insandır, mənə isə cavab, bu həyatı sevən birisi lazımdır və əgər siz məni ona versəz mən Rəsuləllaha şikayət edəcəyəm. Aişə Əmr ibn Ası çağırıb ona Ömərlə danışmasını xahiş etdi. Əmr Ömərə dedi: Eşitmişəm siz evlənmək istəyirsiz. Ömər dedi: Bəli. Əmr dedi: Kimdir o? Ömər dedi: Ümm Gülsüm bintə Əbu Bəkr. Əmr dedi: O hələ uşaqdır və hər gün atası üçün ağlayacaq. Omər dedi: Sizi Aişə göndərib? Həmin şey Tareekh Tabari Volume 5 page 2734, Dhikr Zawaj Umar: Tarix Xəmis cild 2 səh 239 Zikr Zavaac Umar yazır: Ümm Gülsüm Əbu Bəkrin qızı idi və o kiçik qız uşağı idi. Onun anası xristian idi. Əbu Bəkr vəfat edərkən o hamilə idi və Ümm Gülsümü onun vəfatından sonra dünyaya gətirib. O böyüyərkən Ömər ibni Həttab onu Aişədən istədi və o qəbul etdi, amma Ümm Gülsüm bintə Əli onun istəyini rədd etdi və Aişə buna razı oldu. Həmin şey Ibn Quteybə əl Maarif səh 76, Zikr Aulad Əbu Bəkr: Həmin şey Riyad əl Nadira cild 1 səh 303, Zikr Aulad Əbu Bəkr: Mən başa düşə bilmirəm ki, necə olur ki, 55 yaşlı Ömər 5 yaşlı qızla evlənmək istəyir və Aişə onun bacısının kiçik yaşlı olmasına baxmayaraq buna razılıq verir? Həmçinin əhli-sünnət alimləri Ümm Gülsüm bintə Əbu Bəkrin hicrətin 12-cı ilində anadan olmasını qeyd edirlər. Ümm Gülsüm bintə Əlinin isə hicrətin 6-cı ilində. Bunlardan Ömər yalnız Ümm Gülsüm bintə Əbu Bəkri qucağına alıb onu opə bilərdi, çünki bütün məlumatlarda deyilir ki, o kiçik qız uşağı idi. Ümm Gülsüm bintə Əlinin isə o vaxt artıq 11 yaşı var idi və o həddi-buluğa çoxdan çatmış idi. Əvvəl siz göstərin, bu hədisin harasında Əlinin qızı Ümm Gülsüm yazılıb və sonrada onun Ömərə verilməsini də göstərərsiz! Mən bunları hədisdə görmədim. Mən bu hədisdə Ömərin adını görmürəm. Necə olur ki, siz bunu məhz Ömərin Ümm Gülsümlə evlənməsinə bağlayırsız? Ümm Gülsüm adında bir çox əhlibeytdən olan imamların qızlarına deyilirdi. Ümumiyyətlə bizim etiqada görə Ümm Gülsün Zeynəbin künyəsidir. Həmçinin bəzi alimlər qeyd ediblər ki, Əbu Bəkrin qızı Ümm Gülsümü Əli böyüdüb və Ömər Əlini məcbur edib ki, o qızı ona ərə versin. Bütün bunları nəzərə alaraq biz deyə bilərik ki, Ömərə ərə gedən (əgər olubsa) Əbu Bəkrin qızı və Əlinin böyütdüyü Ümm Gülsümdür. Bu hədis sizin hədis elminizə görə zəifdir, çünki bu hədisdə cəmi 3 ravinin adı çəkilir. Bu zəncir imam Baqir (ə) qurtarır. Ümid edirəm ki, siz imam Baqirin Öməri görməsini iddia etməyəcəksiz və sizdən çox xahiş edirəm mən “bunlar sizin siğə imamlarınızdır” sözünü yazmayın. Bu hədisi şiə yox, əhli-sünnət alimi nəql edir və bu nə bizim üçün, nə də sizin üçün dəlil deyil. İbn Qutəybə əl Maarif kitabının səh 70 yazır: Həzrət Əlinin bütün qızları Həzrəti Aqil və Həzrəti Abbasın oğullarında ərdə idilər, yalnız Ümmül Həsən və Fatimədən başqa. Əvvəla nəsə Ümm Gülsümün adı gözümə dəymir. Sonrası isə elə sizin hədislərə əsasən seyyidə qadını seyid olmayan kişiyə ərə vermək olmaz. Birdə ki, lap elə təfəvvür edək ki, Əlinin Ümm Gülsüm adında qızı olub və həmçinin təsəvvür edək ki, onun lap 30 yaşı olub (yəni həddi-buluğz çatıb), yenə də Əli Ömərə öz qızını verməzdi, çünki bu peyğəmbərin sünnətinə ziddir! Soruşursuz ki, niyə? Niyəsini indi başa salaram: Sünnən Nəsai cild 6 səh 62 “Nigah kitabı” və Ər-Riyad əl Nadira cild 2 səh 128 yazılıb: Əbu Bəkr və Ömər ikisidə Peyğəmbərin qızı Fatimə ilə evlənmək üçün onu Rəsuləllahdan istəmişlər, amma Rəsuləllah: “O hələ çox gəncdir” – deyə onlara rədd cavabı vermişdir. Peyğəmbər onlara rədd cavabı, amma Əliyə razılıq verdi. Deməli Fatimə Əbu Bəkr və Ömər üçün çox gənciydi, çünki onlar artıq onun üçün qoca idilər, amma Əli əsl ona uyğun olan və yaraşan yaşda idi. Bu insident Ömərlə Ümm Gülsümün əhvalatı ilə lap uygun gəlir. 55 yaşlı Ömər və 5 yaşlı Ümm Gülsüm. Buna görə də əgər Ümm Gülsüm Əlinin qızı olsaydı, o peyğəmbərin etdiyi kimi Ömərin istəyini rədd edərdi.
-
Mən deyirəm ki, sizin məşhur hədis aliminiz o hədislərin səhih olduğunu təsdiq edir. əl-Kuleyni özü də bunu qəbul edir, çünki əgər qəbul etməsəydi, o zaman bunun üçün ayrı bir bab açmazdı... Mən həmişə demişəm və indi də söyləyirəm ki, şiə tayfalarındakı hədis və ricəl elmi əhli-sünnətdən qat-qat sonralar ortaya çıxıb... həm də mövcud hədis elminiz belə etiqadınız kimi təzadlıdır. Necə də boş boğazlığı sevirsizee. Bizim etiqadımız və hədis elmimiz təzadlıdır? Bunu siz deyirsiz? Siz bizi özünüzlə səhv salmayın, ay Səlahuddin! Biz sizin kimi hansısa kitabda qurana zidd olan bir hədis görərkən onun səhih kitabda mövcud olmasına baxmayaraq səhih saymırıq! Həmçinin Kuleyninin onu və ya digər bir hədisi qəbul edib ona səhih deməsi bizin üçün dəlil sayılmır, siz bunu çox gözəl bilirsiz, buna gərə də xahiş edirəm mənimlə oyun oynamayın! Gəlin uşaq kimi yox, böyük və ağlı başında olan insan kimi söhbət edək. Əvvəla Kuleyni heç bir hədisi səhih adlandırmayıb və Kafi kitabının ön sözündə Kuleyni deyir: Mən bu kitabı bizim şiələrin istəyi ilə yazdım ki, onlar bundan bəhrələnsinlər. Hədislərin səhih və ya zəif olduğunu aid edə bilmədiyim üçün bunu üsul alimlərinin öhdəsinə buraxıram. O özü də Kafidə olan hədislərə şübhə ilə yanaşırdı, məhz buna görə də onları quranla tutuşdurmağı məsləhət görürdü. Bəzi-bəzi alimlər söyləməklə burada heç bir faktı dəyişmək mümkün deyildir. Hamı bilir ki, Umm Kulsum peyğəmbər, salləllahu aleyhi va səlləm, ölməmişdən əvvəl doğulmuşdur. Hz. Ömər isə Umm Kulsuma təxminən hicri 17ci ildə xatib olmuşdur. O zaman Umm Kulsumun ən azından 6 yaşı var idi və hələ də uşaq idi. Hz. Əlinin Umm Kulsumun hələ süd əmər olmasını söyləməsi bir mübaliğədir və bu ərəb dilində məşhurdur. Xatib olmaq isə o demək deyil ki, kimisə sevib ona vurulmaqdır. Sadəcə olaraq o dövrdə şərəfli ailənin qızları ilə evlənmək şərəf sayılırdı və Sad bin Əbi Vaqqasın məsləhəti ilə Ömər Əlidən Umm Kulsumu istəyir. Yəni, Umm Kulsum həddi büluğa çatdıqda, onunla evlənmək istəyir. Siz bizə bir fakt göstərdiz ki, biz də onu dəyişək? Mən sizə almlərinizin bu haqda nəql etdikləri və biri-birindən ciddi sürətlə fərqlənən xəbərləri gətirib bunların hansının sizcə doğru olduğunu soruşdum. Siz isə buna cavab verməyərək bəlli olanları yazırsız. Deyirsiz ki, Ömər onu sevdiyinə görə istəmirdi, o şərəfsiz idi və bu şərəfi əldə etmək üçün şərəfli bir ailədən (həddi buluğa catan qız tapmayıb) kiçik yaşlı bir qızla evlənməyi qərara aldi. Əli isə ona etiraz edərək deyir ki, o hələ kiçikdir və siz Səlahuddin deyirsiz ki, Əli mübaliğə edir. Bəlkə yazasız ki, Əli yalan danışır, necə ki bunu ona Ömər dedi! Çəkinməyin-deyin, onsuzda biz sizin əhlibeytə olan “məhəbbətinizdən” xəbərdarıq! Mən sizə bir neçə sual vedim, zəhmət çəkin onları cavablandırın: 1. siz yazmışdız ki, Bundan bir-neçə il sonra artıq həddi-büluğa az qalmış Umm Kulsum ilə Ömərin nikahı bağlanır, lakin hələ də tam baliğə olmadığı üçün evlilik kamil olmur, bundan bir il sonra Umm Kulsum baliğə olduqdan sonra Ömər ilə evlənirlər. Sizin və alimlərinizin yazdığına görə Ümm Gülsüm hicrətin 6-cı ilində anadan olub və 17-ci hicri ilində Ömərə ərə gedib. Deməli ərə gedərkən onun 11 yaşı var idi və siz yazmısız ki, əvvəl Ömər onunla nişanlanıb (hərçənd buna heç bir sübut yoxdur) və 1 il sonra o həddi-buluğa çatanda onunla evlənib. İndi mən sizdən soruşmaq istəyirəm ki, niyə Ömər (sizin yazdığınıza görə) hələ bir və ya iki il onun baliğ olduğunu gözləyir, axı 9-10 yaşlı qız atrıq böyükdür və onunla evlənmək olar?! 2. Əgər Əlinin, künyəsi Ümm Gülsüm olan bir qızı var idisə bəs o qızın adı nə idi? Əvvəla Ümm Gülsümün (sizin xəbərlərə görə) o vaxt 9-10 yaşı var idi və o artıq uşaq deyildi. Ömər artıq bir qadını qucaqlayıb öpürdü! Həmçinin siz yazırsız ki, Ömərin bu qız uşağını öpməsində qəribə bir şey yoxdur və bunun pis bir iş olmasını yalnız qəlbi əyri olan deyər! Deməli Ümm Gülsümün qəlbi əyri idi ki, o Ömərə “Bunu mənə etdin? Əgər xəlifə olmasaydın sənin burnunu dağıdardım” və evə qayıdarkən atasına “Sən məni çox pis insanın yanına göndərdin və o mənə belə və belə etdi” - dedi. Təbərani “əl-Kəbir”-də səh 486 Məqil ibn Yəsərdən yazır: Rəsuləllah deyib: Sizin üçün başınızdan xəncəl ilə zərbə almanız yaxşıdır, nəinki naməhrəm qadına əl vurmaq. Ибн Нуяйм аль-Ханафи в «аль-Бахр аль-Рааиг» том 8 стр 219 пишет: "Не позволено мужчине касаться лица женщины или рук, даже если нет никакого риска возжелания, потому что это - в принципе харам и нет никакой потребности, которая позволила бы это". Аль-Навави аль Шаафи «аль-Маджму» 4/515 пишет: "Не позволено касаться женщины любым путем." Mühəmməd ibn Əhməd (Ulayş) əl Maliki “Mənh əl-Cəlil Şərh Muxtəsər Xəlil” kitabının cild 1 səh 223 yazır: Naməhrəm qadının əlinə və ya üzünə əl vurmaq haramdır. Aişə deyir ki, Peyğəmbər heç vaxt qadından beyət alarkən onun əlini sıxmırdı, beyəti sözlə alırdı. Siz Öməri müdafiə etmək üçün bizdə elə təsəvvür yaratmaq istəyirsiz ki, Ömər Ümm Gülsümdən xoşu gəlməsi üçün yox, sadəcə Ümm Gülsümün balaca qız uşağı olması üçün onu qucaqlayıb öpmüşdü. Bu sizin alimlərinizin nəqli ilə ziddiyyət təşkil edir: “Tarix Xamis” cild 2 səh 384 “Zikr Um Kulsum” və Zaxair al Akba səh 168 nəql olunub: Ömər Üm Gülsümlə evlənmək istədiyini Əliyə bildirdi. Əli dedi ki, o hələ həddi-buluğa çatmayıb. Ömər dedi: “And olsun Allaha bu belə deyil, siz istəmirsiz ki, mən onunla evlənim. O həddi-buluğa çatmayıbsa onu mənim yanıma göndər, baxım.” Əli qızına bir paltar verib onu Ömərə göstərib “bu paltar nə üçündür?” soruşmasını istədi. O Ömərin yanına gələndə Ömər onun əlindən tutub zorla özünə tərəf dartdı. Üm Gülsüm onu rahat buraxmasını istədi. Ömər ona dedi: Sən çox cəlbedici qızsan. Get atana de ki, sən çox gözəlsən və o sənin haqda mənə düzünü deməyib. Bundan sonda Əli qızını Ömərə verdi. “Tarix Bağdad”dın 6-cı cild 182-ci səhifəsində oxuyuruq: Ömərdən necə Əlinin qızı ilə evləndi soruşdular. Əli qızına dedi ki, o özünə yaxşı baxsın. O qızını Ömərin yanına göndərdi, Ömər onu belindən qucaqlayıb öpdü. Sonra dedi: “Get atana de ki, mən çox xoşbəxtəm”. Üm Gülsüm evə gələn kimi atasına “Ömər məni zorla qucaqlayıb öpdü və sizə xəbər göndərdi ki, o çox xoşbəxtdir”. Əvvəl də qeyd etdiyim kimi bu xəbərlərin hətta mətni sünnəyə ziddir, buna görə də onlar batildir. Alimləriniz yazır ki, Əli qızına gözəl paltar geyirib Ömərin yanına göndərdi. İndi baxın şəriət bu haqda nə deyir: Səhih Müslüm (007) Həcc kitabında 3110 hədis yazılıb: İbn Abbas dedi: Mən eşitdim ki, peyğəmbər dedi: Heç bir kişi məhrəm qadınla təklikdə qalmasın, bu yalnız onun yanında məhrəmi (atası, qardaşı və s.) olsa caizdir. Və heç bir qadın məhrəmsiz səfərə çıxmasın. Ben Baz 'Al-Fataawaa ash-Shar'iyyah fil-Masaa'il il-'Asriyyah min Fataawaa 'Ulamaa' il-Balad il-Haraam', pp. 498-499 məhrəm olmayan kişi və qadın haqda yazır: Kişiyə naməhrəm qadınla təklikdə qalmaq caiz deyil. Çünki peyğəmbər (s) deyib: Kişi gərək qadınla təklikdə qalmasın, yalnız onun yanında məhrəmi varsa (Səhih Buxari və Müslümə əsasən). Peyğəmbər həmçinin deyib ki, kişi gərək qadınla təklikdə qalmasın, çünki onların üçüncüsü şeytandır (ət-Tirmizi və Əhməd). Bəs necə olur ki, Əli öz qızını bəzəyib Ömərin yanına göndərir və ona deyir ki, bax gör, xoşuna gələr götür, gəlməsə qaytararsan?! Bəlkə siz öz qızlarınızı belə ərə verirsiz, amma islamda bu haramdır! Bu rəvayət tam sünnətə ziddir, buna görə də batildir! Sibt ibn Cövzi əl Hənəfi “Tədqirətul Xüffas əl-Umma” kitabının 321-ci səhifəsində yazır: Mənim babam öz kitabında yazır ki, Əli öz qızını Ömərə göndərdi və Ömər onu qucaqlayıb öpdü. And olsun Allaha ki, bu alçaq və murdar bir hərəkətdir, hətta əgər o qız qul olsaydı belə. Ola da bilər ki, Ömər bunu etməyib, həmçinin alimlərin icmasına əsasən naməhrəm qadına əl vurmaq qadağandır. Belə halda bu rəvayəti necə Ömərə aid edə bilərlər? Özünüzdə bilirsiz ki, bu rəvayət zəifdir. Birincisi mətninə görə, çünki digər səhih hədislərə ziddir. İkincisi isə ravilərinə görə. Bu rəvayətin ravilərindən biri Əbu Süfyan bin Vəqiyədir. əl Füsulun müəllifi Əllamə Hüriri deyir ki, Əbu Süfyan bin Vəqiyə zəifdir. İbn Hacər Əsqalani deyir zəifdir. Nəsai deyir ki, etibarlı deyil, həmçinin deyir ki, imam Əbu Davud ondan hədis nəql etmirdi (“Tadheeb al İtidal” cild 4 səh 124). İmam Zəhəbi deyir: İmam Buxari deyib ki, insanlar Əbu Süfyan bin Vəqiyə haqda yaxşı söz demirlər. Əbu Zuriyə deyir ki, xalq onu yalançı adlandırır, İbn Əbi Xatim deyir ki, onun hədisləri düz deyil. (“Mizan əl itidal” cild 2 səh 173) Bu alimlər Əbu Süfyan bin Vəqiyəni zəif sayırlarsa deməli bu rəvayət də səhih sayıla bilməz.
-
Sizə məsləhət görürəm ki, dini tükanlardan risalə alasız, misal üçün Sistani ağanın risaləsini. Orada orada bütün vacib və müstəhəb əməllər (Sizə lazım olan hər şey) yazılıb! Qiyməti baha deyil, 2 manat.
-
Mən başa düşmürəm, niyə heç kəs bu qayda pozuntularına göz yumur, niyə şikayət etmirsiz? Ya helə bilirsiz ki, mənim 10 dənə gözüm var və mən onsuzda hər şeyi görürəm?! Sohbeti_Canan hələlik 20% reytinqinizi qaldırıram, amma gələn dəfə sizə ban verəcəyəm, çünki fikir verirəm ki, sizin işiniz yalnız onu-bunu təkfir etməkdir!
-
Sohbeti_Canan qaydaların 2.1 (Dini hərəkat, milli və dini dövlətlər liderlərini təhqir etmək) bəndini pozduğunuza görə reytinqiniz 20% artırılır. http://forum.bakililar.az/index.php?s=&...t&p=1740262 http://forum.bakililar.az/index.php?s=&...t&p=1740265
-
Nuaym qaydaların 2.7 (Müsəlmanlara belə olmayan halda bu sözləri aid etmək qadağandır: rafizi, rafidi, rafida, vəhhabi və s. buna oxşarlarını) və 3.3 (Nizam-intizamdan kənar olan danışıq) bəndlərini pozduğunuza görə reytinqiniz 20% artırılır.http://forum.bakililar.az/index.php?s=&showtopic=61659&view=findpost&p=1738558
-
Mən Hakimin əsərini sevmirəm, ona münasibətim digər əhli-sünnət alimlərinə olan münasibətim kimidir. Onun bu əhvalatı qeyd etməsinin mətnini və yerini gətirsəz, onu araşdırıb sizə cavab verərəm. Bu xəbər hələ təkcə mətninə görə səhih deyil. Həmçinin onun raviləri arasında da zəif insanlar var. Şiə alimləri deyəndə niyə hədis alimlərini qeyd edirsiz, məgər biz sizin kimi hədis əhliyik? Kuleyninin kitabı səhih deyil və o heç bir hədisə səhih deməyib. Məclisi isə öz hədislərinin bəzilərinə səhih desə də, keçmiş və müasir rical alimləri onların zəif olduqlarını sübut ediblər. İbn Hacər əl Məkki Səvaiqin 94-cü səhifəsində yazır: Ömərin Ümm Gülsümü qucaqlayıb öpməsi haram deyil, çünki Ümm Gülsüm o vaxt həddi-buluğa çatmamışdı. Sizin bəzi alimləriniz yazır ki, Ümm Gülsüm həddi-buluğa çatmayan körpə idi. Bəziləri ona (səqirə) körpə, bəziləri isə (səbiyə) süd əmər deyiblər. Amma helələri də var ki, Ümm Gülsümün hicrətin 6 ilində anadan olmasını və 17 ildə (11 yaşında) Ömərlə evlənməsini qeyd edirlər. Əgər bu belədirsə onda niyə Ömər (sizin dediyiniz kimi) hələ bir il onun həddi-buluğa çatmasını gözləyib, nəzərə alsaq ki, Peyğəmbərimiz (Buxarinin qeydinə görə) Aişə ilə onun 6 yaşı olanda nigah bağlayıb və onun 9 yaşı tamamlananda onunla yaşamağa başlayıb?! Ümumiyyətlə bu xəbərlərin hansı səhihdir? Və ən əsası niyə heç kim Əlinin qızı Ümm Gülsümün adını qeyd etmir, axı Ümm Gülsüm künyədir, bəs bunun adı nədir? Əmr ibn As Ömərə deyir: Ümm Gülsüm bintə Əbu Bəkr hələ balaca və həddi-buluğa çatmayan qızdır. Siz onunla çox kobutsuz, hətta biz sizdən qorxuruq. Əgər o qız hansısa məsələdə sizə qarşı olarsa siz onu kədərləndirməyin, çünki bu onun atası Əbu Bəkrə ağrı verər. Tarix Kamil cild 3, səh 27 Bu rəvayətə əsasən Ömərin zövcəsi Əlinin qızı Ümm Gülsüm yox, Əbu Bəkrin qızı Ümm Gülsüm olub. Ümumiyyətlə tarixdə Ömərin bir neçə Ümm Gülsüm adlı zövcəsinin olması qeyd olunub. Bunlar: 1. Ümm Gülsüm Cəmilə bintə Asim bin Sabit – bu Asim bin Ömərin anasıdır. (Tarix Kamil cild 2 səh 251) 2. Ümm Gülsüm bintə Cərvilə Xuzema – onun adı Məleykə idi və o Zeyd bin Ömərin anasıdır. (Tarix Kamil cild 3 səh 22) 3. Ümm Gülsüm bintə Ukbə bin Əbi Məyyas – Zuhri deyir ki, cahilliyə vaxtı o Əmr bin Asın zövcəsi olub. O islamı qəbul edib Əmri tərk etdi. Onun qohumları rəsuləllahdan onu qaytarmasını istədikdə rəsuləllah onlara dedi ki, islamı qəbul etmiş heç bir qadın qayıtmayacaq. Əmr onda kafir idi, Ümm Gülsüm ona qayıtmadı və Ömər onunla evləndi. (“Şərh Buxari” Qastalani cild 4 səh 349) 4. Ümm Gülsüm bintə Rəhəb. (Sünən Əbi Davud və İbn Macə) 5. Ümm Gülsüm bintə Əbu Bəkr – anası Əsma bində Umaisdir. O həmçinin Mühəmməd bin Əbu Bəkrin anası idi (Aləm əl Nisə cild 4 səh 250). O 12-ci hicri ilində Əbu Bəkrin vəfatından sonra anadan olmuşdur (Tarix Təbəri cild 2 səh 50; Tarix Kamil cild 2 səh 161; Tarix Xəmis cild 2 səh 267; əl-İsabə səh 286). Əsma imam Əliyə ərə getmiş və onun qızı Ümm Gülsüm də onunla birgə Əlinin evinə getmişdir. (Malik Daulat “Hidayat əl Saud” səh 359) Bu katablarda yazılıb ki, Ömər Aişədən Əbu Bəkrin qızı Ümm Gülsümü istədi və Aişə ona dedi ki, o hələ çox balacadır. Tareekh Tabari Volume 5 page 2734, Dhikr Zawaj Umar: Tareekh Kamil Volume 3 page 27 Dhikr Zawaaj Umar al Bidaya wa al Nihaya Volume 7 page 139 Kanz al Ummal Volume 7 page 98 Ibn Qutaybah “al Maarif” page 76, Dhikr Aulad 'Abu Bakr Riyadh al Nadira Volume 1 page 303, Dhikr Aulad Abu Bakr Həmçinin hənəfi alimi, mufti Qulam Rəsul (Hasab aur Nasab cild 5 səh 216-217) yazır ki, bu əhvalat qondarmadır. O yazır ki, Ömər fiziki olaraq bu qızla evlənə bilməzdi (yəni ona daha qadın lazım deyil). Sonra yazır ki, əslində Ömər Ümm Gülsüm bintə Cərvəl ilə evlənib, Ümm Gülsüm bintə Əli ilə yox, amma sonradan kimlərsə bunu saxtalaşdırıblar!
-
NASRULLAH qaydaların 2.1 (Dini hərəkat, milli və dini dövlətlər liderlərini təhqir etmək) bəndini pozduğunuza görə reytinqiniz 20% artırılır. http://forum.bakililar.az/index.php?s=&...t&p=1737186
-
Dəfələrlə bu və digər forumlarda bəzi cahil insanların bu əhvalatı Əlinin Ömərlə yaxşı münasibətdə olduğunun sübutu kimi bizə göstəriblər. Amma onlar heç fikirləşmirlər ki, əgər bu səhih məlumatdırsa niyə o nə Buxaridə, nə Müslümdə, nə digər səhihlərdə, hətta müsnədlərin heç birində yoxdur? Bu saxta məlumat bu kitablarda yazılıb: 1. Al Istiab cild 4 səh 492 2. Asad al Qaybah fi Marifathul Sahaba cild 5 səh 367 3. Tarix Bağdad cild 6 səh 182 4. Tarix Xamis cild 2 səh 384 Zikr Umm Kulsum 5. Təbəqət ibni Sa'd cild 8 səh 463 Zikr Umm Kulsum 6. Savaiq al Muhriqa səh 94 7. Zaxair al Akba səh 168 və 169 8. Asaaf al Ganin səh 162 9. Əl Isabə cild 4 səh 321. Görək bunlar bu haqda nə yazırlar: Əbu Ömar deyir: Ömər Əlinin qızını almaq istəyirdi, amma Əli dedi ki, o hələ çox cavandır (uşaqdır), amma Ömər təkid edirdi. Əli dedi ki, mən qızı sizin yanınıza göndərərəm, əgər o sizin xoşunuza gəlsə deyin: “mən razıyam”. Əli qızına bir parça verib dedi: “Bunu Ömərə .r və de: Bu mən sizə dediyim həmin şərfdir”. O Ömərə bu sözləri çatdırdı və Ömər dedi: “Atana de ki, mən qəbul edirəm”. Sonra Ömər əlini qızın belinə qoydu. O dedi: Siz bunu mənə edirsiz? Əgər xəlifə olmasaydız burnunuzu dağıdardım. O evə gedib atasına hər şeyi danışdı. Dedi ki, siz məni murdar bir insanın yanına göndərdiz. Əli dedi: O sənin ərindir. (Asad al Qaybah fi Marifathul Sahaba cild 5 səh 367) Əl Isabə cild 4 səh 492-də də bu xəbər nəql olunub, amma balaca fərqlə. Üm Gülsüm Ömərə deyir: Əgər siz xəlifə olmasaydız mən sizin üzünüzə tüpürərdim. Bu xəbərlərdən aydın görsənir ki, Üm Gülsün Ömərə nifrət edir və onu murdar hesab edir. Zaxair al-Aqbada (səh 169) yazılıb: Ömər Üm Gülsümlə evlənmək istədiyini Əliyə bildirdi. Əli dedi ki, söz verməkdən qabaq o evdəkilərlə məsləhət etməlidir. Əli Fatimənin uşaqlarını yığıb onlara Ömərin istədiyini dedi. Onlar hamısı razı oldular. Üm Gülsüm isə hələ çox balaca idi. Əli Üm Gülsümü xoş xəbərlə Ömərin yanına göndərdi. Ömər Üm Gülsümü görən kimi onu tutub qucaqladı və “Atan səni mənə verdi” dedi. Yenə də, “Tarix Xamis” cild 2 səh 384 “Zikr Um Kulsum” və Zaxair al Akba səh 168 nəql olunub: Ömər Üm Gülsümlə evlənmək istədiyini Əliyə bildirdi. Əli dedi ki, o hələ həddi-buluğa çatmayıb. Ömər dedi: “And olsun Allaha bu belə deyil, siz istəmirsiz ki, mən onunla evlənim. O həddi-buluğa çatmayıbsa onu mənim yanıma göndər, baxım.” Əli qızına bir paltar verib onu Ömərə göstərib “bu paltar nə üçündür?” soruşmasını istədi. O Ömərin yanına gələndə Ömər onun əlindən tutub zorla özünə tərəf dartdı. Üm Gülsüm onu rahat buraxmasını istədi. Ömər ona dedi: Sən çox cəlbedici qızsan. Get atana de ki, sən çox gözəlsən və o sənin haqda mənə düzünü deməyib. Bundan sonda Əli qızını Ömərə verdi. Yenə də “Tarix Bağdad”dın 6-cı cild 182-ci səhifəsində oxuyuruq: Ömərdən necə Əlinin qızı ilə evləndi soruşdular. Əli qızına dedi ki, o özünə yaxşı baxsın. O qızını Ömərin yanına göndərdi, Ömər onu belindən qucaqlayıb öpdü. Sonra dedi: “Get atana de ki, mən çox xoşbəxtəm”. Üm Gülsüm evə gələn kimi atasına “Ömər məni zorla qucaqlayıb öpdü və sizə xəbər göndərdi ki, o çox xoşbəxtdir”. Savaiq al Muhriqa səh 280 və Asaaf al Ganin səh 162 biz oxuyuruq: Ömər Əlinin qızını almaq istəyir. Əli isə deyir ki, o hələ çox gəncdir. Ömər Əlini pis vəziyyətdə qoyaraq minbərə qalxıb deyir: Allahım, mən Əlini pis vəziyyətə saldım, mən eşitmişəm ki, Peyğəmbər deyib: Qiyamət Günü ona xidmət edən ailələr yalnız mənim ailəmdən olacaq. Əlinin əmri ilə Üm Gülsüm hazırlanır və Ömərin yanına gedir. Ömər onu görəndə ayağa qalxdı, onu dizlərindən tutub öpdü və xeyir-dua verdi. O getmək istəyəndə Ömər onun ayağından tutub dedi: Atana de ki, mən razıyam. O evə qayıdıb olanları atasına danışdı və Əli onu Ömərə ərə verdi. İndi də görək Təbəqət ibni Sa'd cild 8 səh 463 “Zikr Umm Kulsum”-da yazılana baxaq: Ömər Əlidən Üm Gülsümü istəyir, Əli isə cavabında detir ki, ey ədalət sahibi o hələ körpədir. Ömər isə cavabında deyir: Bu düz deyil. Sən məndən uzaqlaşmağa çalışırsan. Buna görə də Əli əmr edir ki, Üm Gülsüm çimsin və şal geyinsin. Əli ona deyir: Get xəlifənin yanına və salamlarımı ona çatdır, de ki, əgər şalını xoşlasa özünə götürsün, əks halda geri qaytarsın. Üm Gülsüm Ömərin yanına gələndə o dedi: Allah səni və atanı saxlasın, bu mənim xoşuma gəldi. Üm Gülsüm geri qayıtdı və atasına dedi ki, Ömər şalı açmadı, sadəcə mənə baxdı. Əli onu Ömərə ərə verir və onların Zeyd adlı uşağı olur. Bu hədislərdən aydın olur ki, birincisi Üm Gülsüm hələ çox balaca, həddi-buluğa çatmamış bir qız idi və ikincisi də Əli onu Ömərə vermək istəmirdi, Ömər onu məcbur alır. Bu hədislərin heç biri Əlinin Ömərə qarşı məhəbbətini, onun Ömər ilə qohum olmaq istəyini göstərmir. Əksinə bu hədislər həm Əlini həm də Öməri alçaldır!
-
Indi sen oz xetana fikir ver! yazirsan ki, guya el-Albaniye gore henefiler kafirdir...meger bu yalan deyil? Umumiyyetle dinden azca savadi olan ve Sheyx el-Albaniden azca xeberi olan insan bele sozun absurd oldughunu anlayacaq. Lakin ne edek ki, moderin dili ´ve barmaqlari oyreshib "YALAN" ve "IFTIRA"lari yazib soylemeye... Senin ikinci yalanin ise budur ki, getirdiyin sitatda el-Albani hech elleri gobekden ashaghida tutmagha da bidet soylemir, onun soylediyi elleri gobekden ashaghi deyil, eksine "qabz" deyilen sunnetin sheklinde henefilerin etdiyi barededir...Meger oz getirdiyin sitati da oxuya bilmeyecek qeder korsan, moder? Allah hidayet etsin! Yox, dəyəsən kor sizsiniz. Çünki bu postdan sonra mən səhv etdiyimi yazdım və ardıyca Albaninin nə yazdığını gətirdim. Onun dediyinə görə Xənəfilər bidətçidilər, kafir yox, mən bunu da qeyd etdim. Birdə ki, mənə iftira atmayın, əgər mənə səhvimi göstərirlərsə mən onu boynuma alıb onu düzəltməyə calışıram. Amma siz özünüz dəfələrlə bilərəkdən yalan yazmısız, sadəcə bu tema onun yeri deyil, yoxsa bunu müzakirə edərdik. Tama sələflərin namazından və əhli-sünnətin fərqli namaz qılmasından gedir, əsas bunu sübut etdik!
-
Mən forumun qaydalarına əsasən offtop (yəni temaya aid olmayan)-ı silmişəm. Kitablar bölməsini isə silməmişəm, onu administrasiya bizim bölməyə köçürüb və sizin kitablarda ordadır. Mən heç bir dəlil axtarmıram və qüsur da axtarmıram. Mən deyirəm ki, bu hədislər Səhih Buxari və Müslümdə ola ola Şəhristani onlara yalan və iftira deyir! Deyir ki, bu şeylər olmayıb! Boşboğazlıq etməyin. Nədi, Ömər özünü Peyğəmbərdən ağıllı sayırdı və islam üçün ondan çox xeyir istəyirdi? Yox! O sadəcə peyğəmbərə inanmırdı! Amma bizim söhbətimiz bundan deyil, buna görə də bunu uzatmıram. İlk olaraq, təməttü həccindən danışaq. Elə fərz edək ki, Ömər (Allah ondan razı olsun) təməttü həccini qadağan etməklə səhvə yol vermişdir. Bununla nə olur ki? Biz Ömərin məsum olmasını iddia etmirik. O da digər səhabələr kimi səhv edir. Hələ məndə Ömərin məsum olduğunu iddia etmirəm, əksinə… Söhbət onun səhvindən getmir, Şəhristaninin bu hadisəni yalan adlandırmasından gedir! Bir bunu əlavə edim ki, nahaq özünüzə əziyyət verməyin, çünki siğənin halal olduğunu və Xeybərdə onun qadağan olmamasını mən “Müvəqqəti nigah” temasında sübut etmişəm. Hətta siğənin Xeybərdə qadağan olmamasını və bu hədisin zəif olmasını Elmir Quliyev də yazır. O temaya baxın! Ay Fath,indiyə kimi Allah şahiddir ki,dəfələrlə sən yalan ittihamlar irəli sürmüsən və bir çoxuna da ya dəlil gətirməmisən,ya da mənanı təhrif etmisən. Əgər sən hər yazdığını dəlil hesab edirsənsə,bil ki bir çox İslamdan çıxmış firqələr belə özlərinə görə Qurandan və Hədislərdən dəlillər gətirirlər.Amma,fərq ondadır ki,onlar öz ideyalogiyalarına məxsus məqamları qabardıb,yerdə qalan hissələrə isə əsla önəm vermirlər.Yəqin ki,fərqi tuta bildin. Əlbətdə tuta bildim, hətta bunu sizə göstərə də bilərəm. Sizin hədisləri kesib yarımçıq təqdim etməyinizi, əqidənizi sübut etmək üçün hətta zəif hədislərdən istifadə etməyinizi, hətta bir şeyin sübutundan sonra da o sübuta fakir vermədən öz iddianızı dəfən dəfən təkrar etməyinizi və s. Bu həqiqətən də zəlil insanların əqidəsidir! Allah daha yaxşı bilir kimdir yalançı və indiyə kimi sizlərin çox yalanlarınızı görmüşük.Həqiqətən insan utanmırsa nə istəsə edə və deyə bilər.Əlbəttə,sənin kimilər üçün böhtan atmaq,yalan demək yüngül bir şey olub. Mən dəfələrlə sənə demişəm və indi sözümü yenə təkrarlıyıram.Yazdığın mənbələrdən bu sözü təsdiqləyən və qəbul edən hər hansı bir alimin adını və kitabından sitatı gətir. Siz yəgin korsuz və ya mənim yazdığımı dərk edə bilmirsiz, çünki mən neçənci dəfədir ki, sizə yazırram və #24 postu gözünüzə soxmağı çalışıram. O postda mən sizin istəyinizi nəzərə alaraq alimlərinizin adlarını, onların kitablarının skanlarını, kitablarının adlarını və səhifələrini gətirmişəm. Və mən artıq neçənci dəfədir ki, sizin bunlara cavab vermənizi xahiş edirəm, amma siz heç bir sübut gətirmədən ya beyətdən, ya siğədən yazırsız. Bu hadisənin uydurma olmasının sübutu hardadır? Şəhristanini mənə sübut kimi göstərməyin, çünki o da sizin kimi heç bir sübut gətirmədən yazır ki, Nizamın bütün yazdıqları yalandır. Məndə deyə bilərəm ki, Şəhristaninin bütün yazdıqları yalandır. Bax bu da sizin yalanlarınız. Bunların hamısına mən “Səhabələr” temasında cavab vermişəm, hətta Tarix Təbəridən də skan edib səhifələri qoymuşam.
-
Goster hele gorek harda deyir!!! Qoy men dua edim: Allah yalanchilara lenet etsin! sen de de: "AMIN!" Siz dəyəsən məndən incimisiz axı, buna görə belə sərt danışırsız? Bağışlayın, mən bir balaca səhv etmişəm, bir baalaca! Amma lənət etmək lazım deyil, əksinə mən səhv etdiyimə görə 1 savab qazanmışam Səhvim isə bundan ibarətdir: Deməli kitabda yazılıb: Возложение рук на грудь «Он возлагал правую руку на тыльную сторону своей левой ладони, запястья и предплечья»(146), «и он велел так поступать своим сподвижникам»(147), а иногда «он сжимал свою левую руку правой»(148). ___________________________ (148) Ан-Наса’и и ад-Даракутни приводят этот хадис через достоверную цепочку передатчиков. В этом хадисе содержится свидетельство того, что сжимание (левой руки правой) — это сунна, а в предыдущем хадисе речь идет о возложении (правой руки на левую), что также является сунной. Таким образом, оба этих действия - сунна. А что касается совмещения держания и возложения, которое одобряют некоторые ханафиты из поздних поколений, то это религиозное нововведение (бид’а). То, о чем они заявляют, выглядит следующим образом: правую руку возлагают на левую, держа запястье мизинцем и большим пальцем, тогда как остальные три пальца лежат плашмя, как на то указывает Ибн ’Абидин в примечаниях к книге «Дурр аль-Мухтар» (1/454). Не вводите себя в заблуждение тем, что они говорят! Kafir deyillər, sadəcə bidət ediblər! Ümumiyyətlə bu çox maraqlı və ziddiyyətlə dolu bir kitabdır! Bu kitabda əhli sünnətin ayrı ayrı namaz qılmaları və biri-birinin namazını qəbul etməmələri aydın yazılıb!
-
Sohbeti_Canan qaydaların 2.7 (Müsəlmanlara belə olmayan halda bu sözləri aid etmək qadağandır: rafizi, rafidi, rafida, vəhhabi və s. buna oxşarlarını) bəndini pozduğunuza görə reytinqiniz 20% artırılır. http://forum.bakililar.az/index.php?s=&...t&p=1734172
-
Salamun aleykum! Deccalin xorasandan cixmasina aid sende deqiq melumat var? men bele oxumusamki Fitme farslardan cixib onlar fitne ehli olacaq hansiki onlar Allahin haram bildiyini ozlerine halal sayirlar!!! Məsələn nəyi? Yox, hamıdan ağıllı sizsiz. Biz isə elə belə sizin kölgənizdə fırlanırıq! Meselen Neyi? Meselen en elementarlardan birini yazim (meherrem ayinda asura gunu,musrikler kimi uz gozunuzu cirib $iven salirsiniz hemde ozunuze Zencir vurursunuz bu sirf yunan adetlerine gore yunan bereket ilaahesi Palladaya peresti$ ayinidir ama Allah qurani kerimde buyurub <ozunuz ozunuze zulm etmeyin heqiqetende rebbiniz size qrsi cox Merhemetlidir) indi bildin neyi deyirdim Al Fath Bey? Göründüyü kimi məni Allame qabağladı, o artıq sizə cavab verib. Lazım olsa bu haqda bir iki hədis mən də gətirə bilərəm. Zəncir vurmağa gəlincə isə bu şiənin əqidəsində yoxdur, bu yalnız bəzi regionların (İraq, Pakistan) adətidir. Bunu şiəliyin (məzhəbin) ayağına yazmayın. Müşriklər kimi və buna oxşar sözlərinizə görə sizin reytinqinizi 20% qaldırıram
-
Əlhəmdulillahi Rabbil Aləmin-i biz də deyirik, Fatihə ilə ikinci surənin arasında. Söhbət namazın əvvəlində deyilən sözdən getmir, söhbət Quran ayəsinin əvvəlində Bismillahir Rahmənir Rahim ola ola niyə namazda surənin əvvəlində onun deyilməməsindən gedir. Misal üçün ayə belədir:Bismillahir Rahmənir Rahim Qul hüvəllahu əhəd ... niyə bu ayədə Bismillah (yəni Allahın adı ilə) deyilmir?
-
Vе аlеykumа salam. У всеx четыреx основныx мазxабов аxлисунна, такиx как xанафи, xанбали, шафии и малики намаз совершается в почти одинаковом порядке и в соответствии с достоверными данными как молился сам пророк (с.а.в.с.). Намаз по салафи означает намаз по сунне. Поэтому пожалуйста вместо слова салафит пишите слово аxлисунна.. Нуу тут вы лукавите брат. Во первых 4 мазхаба ахлисунны совершают намаз по разному. А Маликиты вообще совершают намаз как шииты (руки по швам). Намаз по саляфи может и по сунне, но не по сунне пророка. Ваш алим Албани в книге "Намаз пророка как бы вы видели его сами" пишет, что те кто в намазе держит руки на пупке или ниже кафиры. Тоесть по Албани Ханафиты кафиры. А вы говорите, что все они совершают одинаковый намаз
-
ƏBUlHƏSƏN Aleykum Salam. Qardaşlar söhbət məgət mollaların necə və nə üçün quran oxumağından gedir? Niyə hər şeyi bir yerə yozursuz? Söhbət ölü üçün quran oxumaq və dua etməyin caiz olub olmaması haqda gedir və biz aydınlaşdırdıq ki, bu caizdir! Vəs salam! Bəli qardaş, bu belədir. Bir çox əhli-sünnət alimləri Yasinin və bütün Quranın ölü üçün oxunmasının vacib olduğunu qeyd ediblər. Maraqlanan bura baxa bilər: Можно ли читать Коран покойному?
-
De görüm, Buxaridə olan hansı hədisi nəzərdə tutursan?Əgər sən diqqət etsən görərsən ki,heç bir alim bu sözü qəbul etməyib. Əgər qəbul edən varsa de, biz də bilək. Çünki,bu yalançıların uydurduqları şayiədir. Şəhristaninin qeyd etdiyi hədislər! 1. Sakîfe Günü Ebu Bekir'e (radıyallahu anh} ilk biat eden de odur. 2. Hudeybiyc Günü şüpheye kapılan da odur. Nitekim Allah Resûlü'ne (sallallâhu aleyhi ve sellem) "Biz hak üzere, onlar bâtıl üzere değiller mi?" diye sormuş, O da, "Evet" buyurmuştu. Bunun üzerine Ömer (radıyaliahu anh) "Dinimizle ilgili bir hususta nasıl alçalmayı kabul ederiz?" demiş, Allah Resulü (sallallâhu aleyhi ve .sellem) de, "Bu, dinde şüphe ve tereddüttür" buyurmuştu. (Buhârî, Cihad, 22, Cizye, 18; Müslim, Cihad, 94, Müsned, 3/486) 3. Yine ona göre Ömer (radıyallahu anh) Nasr b. el-Haccac 1 Medine'den Basra'ya sürmüş, teravih namazını ihdas etmiş, hacda yapılan mut'a nikahını yasaklamış, valileri sürmüştü. Bütün bunlar iftiradır. Bunlar iftiradır ay Samir? Bu hədislər Buxari və Müsülmdə yoxdur? Kimdir hava əhli? Mən, sizin alimlərin kitablarından sizə sübut gətirən, ya siz öz sözünüzlə onları rədd edən? Mənə elə gəlir ki, hava əhli sizsiz, çünki elminizi havadan götürürsüz! Siz yalah yalan deməklə rəvayət yalan olmur, bunu sübut etmək lazımdır. Mən isə sizə bunun həqiqət olduğunu sübut etmişəm və bəlkə 10-cu dəfədir ki, sizə buna cavab verməyi deyirəm. Post #24 - burda sizin kitabların skanları və onların tərcümələri var. Həmçinin bu hadisəni qeyd edən digər 22 alimin kitablarını və səhifələrini sizə göstərmişəm. Bunları görə görə siz heç bir sübut yazmadan deyirsiz ki, bu yalandır. Deməli sizin alimləriniz yalançıdır, siz isə hava əhlisiz, çünki yuxarıda qeyd etdiyim kimi sözü havadan götürürsüz!
-
ISMAYILL qaydaların 1.1 (Təhqir etmək) və 3.3 (Nizam-intizamdan kənar olan danışıq) bəndlərini pozduğunuza görə reytinqiniz 20% artırılır. http://forum.bakililar.az/index.php?s=&...t&p=1730444 http://forum.bakililar.az/index.php?s=&...t&p=1730421 http://forum.bakililar.az/index.php?s=&...t&p=1730400 http://forum.bakililar.az/index.php?s=&...t&p=1730389 http://forum.bakililar.az/index.php?s=&...t&p=1730362
-
Aleykum Salam qardaş. onun üçün dua edən əməlisaleh övladı söhbətdə hələ bundan gedir də! Mən bunu eşitmək istəyirdim.
-
O çoxlu hədislərdən birini bizə göstərə bilərsiz? Hədis çox ola bilər, amma necə deyirlər çoxluq po...qdur! Çox olsada səhih deyil, çünki Qurana ziddir. Hər bir ayənin əvvəlində Bismillah var, deməli onu oxumaq lazımdır. Amma ola da bilər ki, siz adətinizə görə o ayəni rədd edəsiz, çünki siz Bismilları Quran ayəsi saymırsız!
-
1. İlk öncə özün bax, nədən İmam Cəfər Sadiq? 2. 4 İmamdan başqasının fiqhi çatmayıb, ona görə.. 3. 4 Məzhəbə eyib, ciddi səhv arqument yoxdur ona görə.. UZATMAYAQ, HƏR İKİ YOLDA SƏHV DƏ VAR DÜZDƏ... 1. Bizə çatan imam Cəfərin (ə) kitabları bu gün Hənəfinin kitablarlndan dəfələrlə çoxdur. 2. Kimə çatmayıb? Sizin tarixlə dəyəsən aranız pisdir. Məsələ bundadır ki, bu 4 (sizin) imam hərə öz vaxtında xəlifələrin yaxınları olublar. Misal üçün Uzai öz məzhəbini Şamda yaymışdı. O əhlibeytin düşməni idi və buna görə də xəlifələr tərəfindən çox sevilirdi. Abbasi xəlifəsi Mənsur onun haqqında yaxşı fikirdə idi. Amma Şafii Dəməşqə qazi təyin olunandan sonra o Uzainin məzhəbini sıxışdırıb öz məzhəbini yaydı. Bu 4 məzhəbə təqlid etməyin vacib olması və bu 4 nəfərdən sonra ictihadın qapılarının bağlanmasını məhs Abbasi xəlifələri əmr ediblər. Çünki bu məzhəblər onların əqidələrinə daha uyğun idilər. 3. O qədər var ki. Hətta bu 4 imam bir birini kafir də sayıb. Həmçinin onların alimləri də biri birini söyüb kafir adlandırıblar. Bunu SAHİBB dəlillər ilə yazmışdı, amma istəsəz mən davam edə bilərəm. Həmçinin mən sizə alimlərinizin imam Cəfər və s. imamlar haqda olan təhqir və nifrətlə dolu olan sözlərini də göstərə bilərəm. 4. Uzatmayaq deyirsiz, amma əməlinizdən də əl çəkmirsiz. Digər iddialarınızın heç birinə sübut gətirməmisiz, indi də yeni iddianan çıxış edirsiz ki, yolun ikisində də səhv var!? Bəlkə bir-ikisini bizə yazasız, görək o nə səhvlərdir?!
