-
Публикации
1772 -
Зарегистрирован
-
Посещение
Все публикации пользователя al-Fath
-
ibn Abdulwahhab qaydaların 1.1 və 2.7 bəndlərini pozduğunuza görə reytinqinizi 20% artırıram. http://forum.bakililar.az/index.php?s=&...t&p=1683810 http://forum.bakililar.az/index.php?s=&...t&p=1683817
-
Bu ss;lkaya mən baxtım. 4-cü səhifədə yazılıb: Ebu Hureyre: "Nebi aleyhisselam bana: 'Sen kimlerdensin?' dedi. 'Devs'tenim' dedim. Dedi ki: 'Devs iзinde hayırlı bir kimse gцrmedim.'" İbn Kesir, el-Bidaye ve'n-Nihnye, VIII, 103. Qalanına inşaAllah bu günlərdə cavab verəcəyəm, üzürlü hesab edin işim çoxdur, çatdırmıram.
-
Osmanı öldürənlər hələ Təlhə, Xübeyr və Aişə idi. Siz Təbərinin Tarixini oxumusuzsa bunu görməli idiniz, çünki o bu hadisələri qeyd edib. İllər keçəndən sonra bu üçlüyü müdafiə etmək üçün əhli-sünnət alimləri İbn Səbanı uydurub bütün bu hadisələri onun ayağına yazdılar. Bunun yalan olması haqda mən sizə məqalə göstərmək istəyirəm, amma rus dilindədir. Məqalə sizin alimlərə cavab olaraq yazılıb: Действительно ли Ибн Саба был организатором восстания против халифа Усмана в Басре, Куфе и Египте?
-
Samir Aliyev reytinqinizi 20% artırıram 2.5 Xarici dillərdən olan tərcümələri saxtalaşdırmaq, həmçinin etibardan salmaq məqsədilə səhv və yalan tərcümələri yerləşdirmək; http://forum.bakililar.az/index.php?s=&...t&p=1674324
-
Xahiş edirəm ki, forumun qaydalarını pozmayasız və gətirdiyiniz mənti ya azəri ya da ki, rus dilinə tərcümə edəsiz. Tərcüməsiz mətnlərin forumda yerləşdirilməsi qadağandır.
-
Düz deyirsiz, Abdulla ibn Səba haqda birinci Təbəri öz Tarixində yazıb. Amma çox maraqlıdır ki, o hicrətin 4-cü əsrində yaşayıb və Səba haqda ilk yazan olub. Bu axı necə ola bilər? İkincisi, Təbəri bunu yalnız Seyf ibn Ömərdən nəql edir ki, onu (Seyfin) bütün əhli-sünnət alimləri yalançı və saxtakar adlandırır və odan heç bir hədis götürmürlər. Amma göründüyü kimi şiəni təkfir etmək üçün elə bundan da istifadə etmək olarmış! Действительно ли Ибн Саба был организатором восстания против халифа Усмана в Басре, Куфе и Египте?
-
Bəli,Rasulullah(s.a.s) vəfatindan öncə Usamənin komandanligi altinda bir prdunu Bizansin üstünə yola salmag tapşirigi vermişdi.Bu ordu Rasulullah(s.a.s)-in xəstəliyi səbəbi ilə Mədinəni tərk etməmişdi.Bu ordu sonra məhz Usamənin komandanligi altinda Abu Bakr(r.a)-in əmri ilə Bizans üzərinə səfər edəcəkdi.Orduya Abu Bakr(r.a) daxil edilməmişdi və lənət etmə məsələsi də açig aydin yalandir.Heç bir səhih rəvayətdə və alimlərin rəyinə görə belə bir söz deyilməyib. Abu Bakr(r.a)-in oniki gün ərzində məsciddə namaz gildirmasi hadisəsi sabit oldugu halda necə ola bilər ki,O orduya daxil edilsin? Ömər(r.a)-in orduda olmasi isə sabitdir. Rasulullah(s.a.s) vəfat etdikdə Üsamənin qoşunu hələ yola düşməmişdi. Bu əsnada Əbu Bakr əs-Siddiq(r.a), Üsamənin yanına gedib, işlərində məşvərət etməsi üçün Ömərin(r.a) qalmasını xahiş etdi. Bu hərəkət, Əbu Bakr əs-Siddiqin(r.a) gözəl əxlaqından irəli gəlirdi. Əslində o, Öməri(r.a), Üsamənin icazəsi olmadan da saxlaya bilərdi. Allah onlardan razı olsun! Üsamə, Ömərin, Əbu Bakr əs-Siddiqlə qalmasına icazə verdi. Əvvəla mən sizə Əbu Bəkr, Ömər, Sad ibn Əbi Vaqqas və s. O orduda olmaları haqda sizin mənbələri gətirmişəm və hətta onlayn silka da qoymuşam. http://archives.maillist.ru/12263/67922.html Siz isə yalnız öz sözlərinizlə belə şey olmayıb deyirsiz və hətta bunun sübutu kimi Əbu Bəkrin 4 gün camaata namaz qıldırdığını yazaraq məndən soruşursuz ki, o necə bu vaxt orduda ola bilərdi? Helə bil ki, onu imam camaat olmağını siz artıq sübut etmisiz, indi qalıb onun orduda olmamasını dəqiqləşdirmək. Bunu mən sizdən soruşmalıyam ki, Əbu Bəkr orduda ola ola necə Mədinədə imam camaat ola bilər? Deyəsən artig keçmisiz zəif və uydurmalara. Siz hədisi zəif adlandırmaqla o zəif olmur! Bunu həmçinin İbn Hişam da öz Sirəsində nəql etmişdir. Mən belə başa düşürəm ki,siz Allahin başga biri ilə(peygəmbər olmayan) vəhylə danişdigina inanirsiz.Yoxsa,bu hədis əgidənizə uygun gəldiyinə görə sizdə səhih hesab olunur? Deyin görüm,hansi hədis alimi bu hədisi mötəbər sayib?Məgər bir uydurma hədisin bir kitabda yazilmasi onun gəbul ediləcəyi anlamina gəlir? Bu hadisə bir daha göstərir ki,sizin üçün yalan da olsa əgər o sizin əgidəyə uygundursa siz onu mötəbər sayirsiz? Ona görə alimlər yaxşi deyiblər.”Şiyələr(üzdən irag) kimi dogruyu yalanlayan və yalani təsdigləyən ikinci bir zümrə yoxdur”. Necə olur ki, Ömər peyğəmbər olmaya olmaya ona vəhy gələ bilir, amma Əliyə yox?! Amma deməyin ki, o ilham idiya! Allah-təala Məryam (ə) ilə də danışıb, ona (Məryəmə) Allahdan vəhy gəlib, məgər o peyğəmbərdir? Allah-təala hətta arıya vəhy göndərir, bəs o necə peyğəmbərdir? Siz hədisə diqqət yetirmirsiz. Allah-təala Əli ilə danışmırdı, onunla peyğəmbər Allahın əmri ilə Onun sözünü çatdırırdı, və peyğəmbərdən soruşanda o deyir ki, onunla mən yox, Allah danışırdı, yani ona mənim yox Allahın sözü var idi ki, mən onu çatdırdım. Allah-təala Səcdə surəsi 24 ayəsində deyir: (Çətinliklərə) səbr etdikləri və ayələrimizə ürəkdən inandıqları üçün Biz onlardan əmrimizlə haqq yolu göstərən imamlar təyin etmişdik.
-
Siz hər dəfə xoşunuza gəlməyən hədisi inkar edirsiz. Birincisi hədisin zəif oldugunu siz hardan bilirsiz,ikincisi bunu siz hansi mənbəyə əsasən deyirsiz? Siz o gədər dərinə getmisiz ki,öz havaniza uygun gəlməyən səhih hədisləri inkar edir, gondarma oldugu baradə alimlərin rəyi olan hədislərə isə səhih gözü ilə baxirsiz. Mən bunun cavabını Sizə vermişəm. Peyğəmbər deyib ki, qurana və sünnəyə zidd olan hədisi duvara çırpın. Bu hədis qurana və sünnəyə ziddir, buna görə də zəifdir. Siz bu hədisi Bihardan gətirmisizsə, onda əvvəlcə onun səhih olduğunu sübut edin! Amma iş bundadır ki, siz heç o kitabın üzünü də görməmisiz və bu hədisləri öz yalançı saytlarınızdan kopya edib bura qoyursuz. Məhz buna görə də onu yarımçıq gətirmisiz, çünki onu sizə tam göstərməyiblər. Çoxlu rəvayətlər vardir ki,Mədinədə olan asilər məhz Ali(r.a)-in xəlifə olmasina təkid edirdilər.Ali(r.a) deyirdi: “Məndən əl çəkin, bir başqasına müraciət edin...” Sözünün sonunda isə söyləmişdir: “Məni rahat burax-sanız, mən də sizin biriniz, bəlkə də, sizin hökmdar seçdiyiniz adamı ən yaxşı eşidən və ona ən çox itaət edəniniz olaram. Mən vəzir kimi sizə hökmdardan daha çox xeyir verərəm” (“Nəhc əl-bəlağə”, səh.136, Beyrut çapı.) Digər sözünüzə isə yuxarida cavab vermişəm.Bu ayəyə diggət yetirin. Əgər mö'minlərdən iki dəstə bir-biri ilə vuruşsa, onları dərhal barışdırın. Əgər onlardan biri təcavüzkarlıq etsə, təcavüzkarlıq edənlə Allahın əmrinə (itaətinə) qayıdana qədər vuruşun. (Təcavüzkarlıq edən Allahın əmrinə) qayıtsa, hər iki dəstənin arasını ədalətlə düzəldin və insafla hərəkət edin. Şübhəsiz ki, Allah insaflıları sevər! (Hucurat 9) Siz əgər kimləri isə ittiham edirsinizsə,onda gərək bəzi Mötəzilər və Xavariclər kimi kimi Ali(r.a)-i də təngid edəsiz.Çünki,O onlara görə çoxlu müsəlmanin ganinin axidilmasina bais olmuşdu. Əvvəla Əli heç bir müsəlmanın qanını axıdmayıb, o islamdan dönmüş insanlarla, Allahı, Peyğəmbəri və onların haqq xəlifəsini qəbul etməyə və möminləri qətlə yetirənlərlə müharibə edib. Gətirdiyiniz ayəyə diqqət yetirsəz görərsiz ki, Əli məhz bu ayəyə əsasən hərəkət edib. O Nəxcül Bəlağadan gətirdiyinizin xutbənin nə əcəb adını və nömrəsini yazmamısız? Həəə, axı siz onu Nəxcül-bələğadan yox, yenə də öz yalançı saytlarınızdan kopya edib qoymusuz! Bu kitabın əvvəlində olan 3-cü xütbədir, adı da Şəqşəqiyyə xütbəsidir. O xütbədə Əli (ə) deyir ki, mənim haqımı, xəlifətimi oğradılar və bir birini xəlifəliyə təyin etdilər, mənim isə boğazımda elə bir sümük qalmışdır və mən dözürdüm. Sonra o xəlifələri haqlı tənqid edir. Bunu nəinki Ali(r.a),həmçinin bütün səhabə və sələf alimlər bu və buna bənzər çoxlu sayda dəlillərə əsasən deyirlər. İkincisi,siz yenədə yalan və böhtana əl atirsiz.Sizin bu ittihamlar əsassizdir.Siz bununla Ömər(r.a)-a tənə etmək istəyirsiz.Onu bil ki,”sayiglayir” sözü sizin Omər(r.a)-ə atdiginiz böhtanlardan biridir. İbn Abbas r.a) deyir ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) ölüm ayağında olarkən evdə bir çox insanlar var idi. Ömər də onların arasında idi. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) dedi: Gəlin sizin üçün bir yazı yazım ki, bundan sonra yolunuzu azmayasınız. Ömər dedi: Peyğəmbərin ağrıları çoxalıb. Quran mövcuddur. Allahın kitabı bizə yetərlidir. Evdə olanlar bu məsələdə fikir ayrılığına düşdülər və mübahisə etdilər. Bəziləri deyir, gətirin qoy Allahın elçisi sizin üçün bir yazı yazsın ki, bundan sonra yolunuzu azmayasınız. Bəziləri isə Ömərin dediyini deyirdilər. Onlar Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) hüzurunda çox ixtilaf və boşboğazlıq etdikdə Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) dedi: "Çıxın bayıra". Buxari və Müslim . Yalan danışmaq sizin adətdir, bizim yox. İndi mən sizə bunu nümayiş edərəm. Amma mən sizə yox, sizin alimlərə yalançı deyirəm, çünki sizin elminiz yoxdur və onlar sizi aldadırlar. Baxın, bu sizin yazdığınız hədis: Sahih Bukhari - Volumn 009, Book 092, Hadith Number 468. Narated By Ibn 'Abbas : When the time of the death of the Prophet approached while there were some men in the house, and among them was 'Umar bin Al-Khatttab, the Prophet said, "Come near let me write for you a writing after which you will never go astray." 'Umar said, "The Prophet is seriously ill, and you have the Quran, so Allah's Book is sufficient for us." The people in the house differed and .ed. Some of them said, "Come near so that Allah's Apostle may write for you a writing after which you will not go astray," while some of them said what 'Umar said. When they made much noise and differed greatly before the Prophet, he said to them, "Go away and leave me." Ibn 'Abbas used to say, "It was a great disaster that their difference and noise prevented Allah's Apostle from writing that writing for them. Ömər dedi: Peyğəmbərə ağrı gəlib (o xəstədir), bizim quranımız var, bizə o yetər. Orada olanların arasında fikir ayrılığı yarandı. Bəziləri Ömərin tərəfinə keçərək onu dəstəklədilər, digərləri isə peyğəmbəri dəstəkləyərək kağızın gətirilməsini tələb edirdilər........ http://hadith.worldofislam.info/index.php?...bukhari/book_92 Bu da həmin Buxaridə olan həmin hədis, amma o fərqlə ki, burada Ömərin adı çəkilmir! Sahih Bukhari - Volume 4, Book 53, Number 393: Narrated Said bin Jubair: that he heard Ibn 'Abbas saying, "Thursday! And you know not what Thursday is? After that Ibn 'Abbas wept till the stones on the ground were soaked with his tears. On that I asked Ibn 'Abbas, "What is (about) Thursday?" He said, "When the condition (i.e. health) of Allah's Apostle deteriorated, he said, 'Bring me a bone of scapula, so that I may write something for you after which you will never go astray.'The people differed in their opinions although it was improper to differ in front of a prophet, They said, 'What is wrong with him? Do you think he is delirious? Ask him (to understand). The Prophet replied, 'Leave me as I am in a better state than what you are asking me to do.' Then the Prophet ordered them to do three things saying, 'Turn out all the pagans from the Arabian Peninsula, show respect to all foreign delegates by giving them gifts as I used to do.' " The sub-narrator added, "The third order was something beneficial which either Ibn 'Abbas did not mention or he mentioned but I forgot. http://hadith.worldofislam.info/index.php?...bukhari/book_53 Peyğəmbərin tərəfini saxlayanlar digər tərəfə dedilər: Siz deyirsiz o sayığlayır? Sizcə kim deyib bu sözləri (sayığlayır), nəzərə alsaq ki, birinci hədisdə peyğəmbərə yazı yazmağı və bizə quranda bəsdir sözlərini deyən Ömər olub. http://www../index.php?type=sp...cles&id=461
-
Bəs siz hardan bilirsiz ki,kim munafig idi,kim mömin idi?Bu elm sizə hardandir? Mən sizə o hədisin şərhini yazmişdim.Amma,siz yenədə bir ip ucu tapmiş kimi o hədisi özünüzə bir dəlil olarag gətirirsiz.Bəs Rasulullah(s.a.s)-in Əshabini mujdələdiyi onlarla hədisi niyə görmürsüz? Hədisdə deyilən insanlar münafiglərdir ki,Rasulullah(s.a.s) onlari taniyirdi və onlarin münafig olduglarini bilmirdi. Siz nə qədərdə diqqətsizsiz!!! Əgər onlar münafiq idilər və rəsulallah onları tanıyırdısa, onda niyə o onlar haqda mənim əshabım, mənim əshabımı hara .rırsız deyirdi? Bəlkə o münafiqləri də əshabdan sayırdı və onların cəhənnəmə getmələrinə razı deyildi? Görmürsüz ki, o təəccüblə soruşur ki, mənim əshabımı hara .rırsız? Deməli o sağlığında bu insanları mömin səhabə kimi tanıyırdı, buna görə də indi bu sualı verir və ona cavab verirlər ki, sən bilmirsən onlar sən vəfat edəndən sonra nələr etdilər! Söhbəti fırlatmağın heç yeriyoxdur, bu sizdə alınmayacaq! Mən onları (münafiqləri) bir neçə işarədən tanıyıram, bu qurana əməl etməmək və ona zidd hərəkət etmək, sünnəni özünəməxsus dəyişmək, əhlibeyti alçaldmaq və s səbəblərdir. Bəzi işarələri bizə Allah-təala da Quranda göstərir. Əgər siz haggi görmək istəsəydiniz onda bilməmiş deyilsiz ki,sizin iddialar ancag guru iddiadan başga bir şey deyildir.Ayələr,hədislər,alimlərin rəyi sizə kifayət etmədisə mən sizə artig nə deyə bilərəm. Siz artıq ayələri də qəbul etmirsiz? Burada harada deyilir ki,onun zövcələri Əhli Beytdən deyil?Əvəzində mən sizə Səhih bir isnadla hədis deyirəm:Rasulullah(s.a.s) Zeynəblə evləndiyi gün zövcələrinin evlərini dolaşarag “Allahin salami üzərinizə olsun ey əhli beyt” deyə onlara öz salamini çatdirirdi. (Buhari, İmam-ı Abdillah Muhammed b. İsmail, el-Camiu’s-Sahih, Tefsir, 33,) Əhlibeytdən Fatimə, zövcələrimdən isə Zeynəb! Sizcə niyə peyğəmbər zövcəsi Zeynəbi əhlibeytdən ayırıb sadalayır? Əhlibeytin iki mənası var, ümumi əhlibeyt – hara ki, bütün qohum-əqrəba daxildir və ayrıca statusu olan əhlibeyt, hansını ki, Allah-təala Özü seçib. Mən Sizə bu haqda ayə də gətirmişəm. Siz tez-tez insanları çaşdırmaq üçün bəzi aldadıcı formulalardan istifadə edirsiz, məsələn deyirsiz ki, ”Kim deyə bilər ki, kişinin arvadı onun ailəsindən (əhlibeytindən) deyil?”. Mən də sizdən soruşuram, Kim deyə bilər ki, oğul atanın əhlibeytindən deyil? Amma Allah-təala bunu deyir, “Ey Nuh! O (oğlun) sənin ailəndən deyildir” (Xud:46) Necə ola bilər ki, oğul atanın ailəsindən olmasın? Bunun cavabını əvvəldə vermişəm, əhlibeytin statusu var! Məsələn sizi iş yoldaşınız toya çağırıb və dəvətnamədə yazıb ki, Burhan bəy, sizi ailəvi toy məclisinə dəvət edirəm. İndi siz bütün qohum-əqrabanızı, əmi, dayı, nənə, baba və s. Yığıb bu toya gedəcəksiz? Əlbətdəki siz yalnız həyat yoldaşınızı və uşaqlarınızı götürüb gedəcəksiz. Bu halda sizə sual verilə bilər ki, axı əgər ailə butun qohum-əqrabadırsa onda niyə siz yalnız ailənin içi ilə gəlmisiz? Siz də cavabında əlbətdə ki deyəcəksiz ki, mənim əsl ailəm bunlardır. Həmçinin peyğəmbərdə əhlibeytim deyəndə bu beş nəzəfi nəzərdə tuturdu: "Şu ayet indiği zaman "Gelin, oğullarımızı ve oğullarınızı çağıralım..." (Al-i İmran 61) Resûlullah aleyhissalâtu vesselâm hemen Ali'yi, Fatıma'yı, Hasan ve Hüseyin'i (radıyallahu anhüm ecmain) çağırdı ve: "Allahım, bunlar benim ailemdir!" buyurdu." Müslim, Fezailu'l-Ashab 32, (2404); Tirmizi, Menakıb, (3726). Şübhə yoxdur ki, hər bir kişinin arvadı boşanmayıbsa o, onun ailəsinin üzvüdür. Lakin peyğəmbərin arvadları boşanmış olarsa başqa kişilərə onlarla evlənmək haramdır: (Əhzab 6) Hədisdə peyğəmbərin (s.a.s) bizə tərk etdiyi ikinci əmanət əhli-beytidir. Əhli-beytinə yardım etmək, onları "zəkat malı alan" vəziyyətə salmamaq hədisin qayəsidir. Bu hədislər və onların şərhləri göstərir ki, "ev əhlinə kimlər daxildir" sualının cavabı belədir: Peyğəmbərin (s.a.s) arvadları, Əlinin, Aqilin, Cəfərin, Abbasın ailələri (s.a.s.) onun ev əhlinə daxildir. Bu ayələrə niyə diggət etmirsiz? "Musa (onillik xidmət) müddətini başa vurub ailəsi ilə birlikdə (Misirə tərəf) yola çıxdığı zaman Tur dağı tərəfdə bir od gördü. O, ailəsinə dedi: "Siz (mən qayıdanadək burada) durun. Mən bir od gördüm…"»…". («Əl-Qəsəs», 29) Yox, əslində siz Nuhun oğlu əhlibeytdən deyil ayəsinə diqqət yetirmirsiz! Bu ayəyə əsasən heçdə ailədən hamı əhlibeyt sayılmır. Hədisə gəldikcə isə siz sərf edəb bir hədisi qəbul edirsiz, onun ardıyca gələn və əqidənizə uygun olmayanı isə rədd edirsiz. Sahih Muslim Book 31, Number 5915: This hadith has been narrated.on the authority of Shu'ba with the same chain of transmitters. Amir b. Sa'd b. Abi Waqqas reported on the authority of his father that Muawiya b. Abi Sufyin appointed Sa'd as the Governor and said: What prevents you from abusing Abu Turab (Hadrat 'Ali), whereupon be said : It is because of three things which I remember Allah's Messenger (may peace be upon him) having said about him that I would not abuse him and even if I find one of those three things for me, it would be more dear to me than the red camelg. I heard Allah's Messenger (may peace be upon him) say about 'Ali as he left behind hrin in one of his campaigns (that was Tabuk). 'All said to him: Allah's Messenger, you leave me behind along with women and children. Thereupon Allah's Messenger (may peace be upon him) said to him: Aren't you satisfied with being unto me what Aaron was unto Moses but with this exception that there is no prophethood after me. And I (also) heard him say on the Day of Khaibar: I would certainly give this standard to a person who loves Allah and his Messenger and Allah and his Messenger love him too. He (the narrator) said: We have been anxiously waiting for it, when he (the Holy Prophet) said: Call 'Ali. He was called and his eyes were inflamed. He applied saliva to his eyes and handed over the standard to him, and Allah gave him victory. (The third occasion is this) when the (following) verse was revealed: "Let us summon our children and your children." Allah's Messenger (may peace be upon him) called 'Ali, Fitima, Hasan and Husain and said: O Allah, they are my family. Bu hədisdə biz konkret adlar görürük: Əli, Fatimə, Həsən və Hüseyn. Peyğəmbər deyir: Allahım bunlardir mənim əhlibeytim. Bir insanin mömin olmasi onun günah etməyəcəyinə dəlalət etməz. Hər birimiz kimi onlarda insan idilər və gündəlik həyatda hamimiz kimi səhv və günah edə bilərdilər. Bu və bunun kimi digər rəvayətlər sizin onlari məsum hesab etməyinizin necə səhv oldugunu göstəricisidir ki,özünüz də bunu etiraf etdiniz.(dolayisi ilə) Quran ayəsinə və bizim əqidəyə görə bütün peyğəmbərlər və əhlibeyt məsumdurlar. Mən heç nəyi etiraf etməmişəm, siz səhv başa düşmüsüz. Məclisi şiə olduğuna görə o da əhlibeyti məsum sayırdı. Buna görə də onun bu hədisi səhih deyil, çünki peyğəmbər kiməsə qarşı haqsızlıq edə bilməz. Həmçinin Fatimə də heç vaxt ərini qısqamnayıb və ona qarşı çıxmayıb. Buxari yazır ki, peyğəmbər deyib: Fatimə bu dünya və axirət qadınlarının xanımıdır. Əli haqda isə deyir ki, Əli Allahı sevir, Allah da Əlini. Allah pis, günah edən insanı sevməz.
-
Onların ədalətli olmalarını demək, hamısını bir səviyyədə görməkdir, sözləri doğru deyildir. Bu heç uyğun gəlmir. Biz deyirik ki, onlar ədalətlidirlər və onların bəziləri digərlərindən üstündür. Əbu Bəkr (r.a) Peyğəmbərin (s.a.s) bütün səhabələrindən üstündür. Ondan sonra Ömər, sonra Osman, sonra Əli, sonra cənnətlə müjdələnən on nəfər, sonra Bədr döyüşündə iştirak edənlər, daha sonra ağac altında beyət edənlər və s. Demək istəyirik ki, səhabələr üstünlük baxımından eyni səviyyədə deyillər. Elə bu haqda Allah təala buyurur: "(Ey insanlar!) Sizə nə olub ki, (mal-dövlətinizi) Allah yolunda xərcləmirsiniz? Halbuki göylərin və yerin mirası (bütün sərvəti, eləcə də siz öləndən sonra qoyub gedəcəyiniz malın hamısı) ancaq Allahındır. Sizlərdən (mal-dövlətini) fəthdən (Məkkənin fəthindən) əvvəl (Allah yolunda) sərf edənlər və (müşriklərə qarşı) vuruşanlar (başqaları ilə) eyni deyillər. Onlar (mallarını Allah yolunda) fəthdən sonra sərf edib döyüşənlərdən dərəcə etibarilə daha üstündürlər. Bununla belə, Allah onların hamısına (həm birincilərə, həm də ikincilərə) ən gözəl mükafat (Cənnət) vəd buyurmuşdur. Allah sizin nə etdiklərinizdən xəbərdardır!" Əgər Quran ayəsinə görə peyğəmbərlər bərabər səviyyədə deyillərsə bəs səhabələr necə? Bu haqda Allah təala buyurur: "(Ya Rəsulum!) Bu peyğəmbərlərin bəzisini digərindən üstün etdik..." (əl-Bəqərə: 253). Siz ayəni oxuyursuz, amma anlamırsız. Allah-təala deyir: (Ya Rəsulum!) Bu peyğəmbərlərin bəzisini digərindəm üstün etdik. O Özü etdi! Allah bunlardan bəzisi ilə danışmış, bəzisinin isə dərəcələrini yüksəltmişdir. Məryəm oğlu İsaya açıq möcüzələr verdik və onu müqəddəs ruhla (Cəbraillə) qüvvətləndirdik. Allah-təala hansısa peyğəmbəri o birisindən üstün edib, kimi nəbi seçib, kimi rəsul, kimi isə həm nəbi, həm rəsul, həm də imam təyin edib. Səhabələr isə öz şəxsi xüsusiyyətlərinə, iman və qüdrətlərinə görə biri-birilərindən seçilirlər, daha onları Allah-təala biri-birilərindən üstün etmir. Güldürməyin məni. Əbu Bəkr, Ömər və Osman Əlidən (ə) üstündülər? Hələ gətirdiyiniz ayədə deyilir ki, Allah yolunda vuruşanla vuruşmayan eyni deyil. Necə ola bilər ki, cihaddan qaçan Əbu Bəkr, Ömər və Osman Əlidən üstün olsunlar? İbn Hişamın “Sira”sında, Peyğəmbər sıraları düzəldir bölməsində yazılıb: Peyğəmbər Bədr döyüşündə səhabələrin sırasını düzəltdikdən və onlara əmrlərini verdikdən sonra öz çadırna qayıtdı. Onunla birgə çadırda yalnız Əbu Bəkr var idi. (elektron variantı səh 145) Hamı savaşır, amma Əbu Bəkr peyğəmbərin yanında çadırda oturub! İbn Hişamın “Sira”sında, 7-ci hicri ilində Xeybərə yürüş bölməsində yazılıb: Peyğəmbər Əbu Bəkri Xeybərin bir qalasını almağa göndərdi, amma o qələbəsiz qayıtdı. Bunu görən peyğəmbər dedi: Sabah mən bayrağı elə bir kəsə verəcəyəm ki, o Allahı və peyğəmbəri sevir, Allah ona qələbəni bəxş edəcək və o qaçmayacaq. (elektron variantı səh 225) Burdan aydın olur ki, Əbu Bəkr qələbəsiz qayıtmayıb, o düşməndən qorxub qaçıb. Məhz buna görə peyğəmbər deyir ki, amma Əli qaçmayacaq! İbn Hişamın “Sira”sında, Uhud döyüşü bölməsində yazılıb: Mənə əl-Kasim ibn Abd ar-Rəhman ibn Rafiə danışdı ki, Ənəs ibn ən_Nədr, Ənəs ibn Malikin əmisi Ömər ibn Xəttabı və Təlhə ibn Übəydullahı bir neçə ənsar və mühacir ilə birgə bir yerdə bir qayanın altında oturduqlarını gördü və burda niyə oturmusuz soruşdu? Onlar dedilər: Peyğəmbər öldürülüb! Anas dedi: Peyğəmbər ölübsə bəs siz niyə burada oturmusuz? Siz də onun savaşıb öldüyü şeyə (islama) görə savaşıb ölməli idiniz deyə müşriklərin üstünə hücum etdi və şəhid oldu. (elektron variantı səh 172) Həmin şeyi Təbəri də öz Tarixində yazır və qaçanlar sırasında Əbu Bəkrin və Zübeyrin də adını çəkir (cild 3 səh 183) Kimsə şayə yayıb ki, peyğəmbər öldürülüb və bunu eşidən Əbu Bəkr, Ömər, Təlhə, Zübeyr və bir neçə səhabə ordunu tərk edib, ondan uzaqlaşıb bir qayanın altında gizləniblər. Yalnız Ənəs onları danladıqdan sonra onlar orduya qayıdıb savaşa qatılıblar. Həmçinin Təbəri öz Tarixində yazır ki, Osman bir neçə nəfərlə peyğəmbəri qoyub dağlara qaçdı (cild 3 səh 177) sonra yazır ki, Əli kimi igid, Zülfüqar kimi isə qılınc yoxdur! (səh 177) (cild 3) 185-ci səhifədə Təbəri yazır: Döyüşdən sorsa peyğəmbər Osmanı görən olmayıbmı soruşdu. Onu ölülərin arasında axtardılar, amma sonra məlum oldu ki, o bütün döyüşü daöların arasında gizlənib. O savaşdan bir müddət sonra qayıdıb gəldi. İbn Hişamın “Sira”sında, Hüdeybiyyəyə yürüş bölməsində yazılıb: Peyğəmbər Ömər ibn Xəttabı çağırıb onu Məkkəyə, Qureyşlilərə onun səfərinin məqsədini açıqlaması üçün göndərmək istəyəndə o dedi: Ya Rəsulallah! Məni göndərmə. Mən qorxuram ki, onlar məni öldürərlər, axı orada məni qoruyan heç kəs yoxdur. Mən sənə məsləhət görərdim Məkkəyə mənim yerimə Qureyşlilərin məndən daha çox hörmət etdiyi Osmanı göndərəsən. (elektron variantı səh 217) Budur sizin Əlidən üstün və fəzilətli olanlarınız? HZ. ALİ İBNU EBİ TALİB 4372 - Hz. Enes İbnu Malik radıyallahu anh anlatıyor: "Resûlullah aleyhissalâtu vesselâm pazartesi günü gönderildi. Hz. Ali radıyallahu anh da salı günü namaz kıldı." Tirmizi, Menakıb. (3730). Əli birinci müsəlman və namaz qılandır! 4373 - İbnu Ömer radıyallahu anhüma anlatıyor: "Resûlullah aleyhissalâtu vesselâm Ashabının arasını kardeşlemişti. Hz. Ali radıyallahu anh yanına geldi ve: "Ashabınızın arasını birbirleriyle kardeşlediniz, ama beni kimseyle kardeşlemediniz!" dedi. Bunun üzerine Aleyhissalatu vesselam: "Sen dünyada da ahirette de benim kardeşimsin!" buyurdular." Tirmizi, Menakıb, (3722). Peyğəmbər iki dəfə onu özünə qardaş seçib və deyib ki, sən bu dünyada da, axirətdə də mənim qardaşımsan! 4374 - Zeyd İbnu Erkam radıyallahu anh anlatıyor: "Resûlullah aleyhissalâtu vesselâm şöyle buyurdular: "Ben kimin dostu (mevlası) isem, Ali de onun dostudur." Tirmizi, Menakıb, (3714). Kimlər peyğəmbəri dost sayırdılarsa, əlinidə özlərinə dost tuturdular! 4375 - Sa'd İbnu Ebi Vakkas radıyallahu anh anlatıyor: "Resûlullah aleyhissalâtu vesselâm Tebük seferine çıkınca Hz. Ali'yi geride (Medine'de) bırakmıştı. "Ey Allah'ın Resûlü, siz beni çocukların ve kadınların arasında mı bırakıyorsunuz?" dedi (kalmak istemedi). Bunun üzerine Aleyhissalatu vesselam: "Sen, Hz. Harun'un, Hz. Musa yanında aldığı yeri, benim yanımda almaktan razı değil misin? Şu farkla ki, benden sonra peygamber yok!" buyurdular." Buhari, Megazi 78, Fezailu'l-Ashab 9; Müslim, Fezailu'l-Ashab, 31, (2404); Tirmizi, Menakıb, (3731). Burda peyğəmbər Əliyə sən Harunun malik olduqlarına maliksən, yani o necə Musanın qardaşı, köməkçisi, onun əvəzedicisi və imamıdırsa, səndə həmçininsən deyir və əlavə edir ki, sən yalnız Harun kimi peyğəmbər deyilsən! Çünki mən axırıncı peyğəmbərəm! 4376 - Müslim ve Tirmizi'nin bir rivayetinde şöyle gelmiştir: "Resûlullah aleyhissalâtu vesselâm Hayber günü buyurdular ki: "Yarın sancağı öyle bir kimseye vereceğim ki, O, Allah'ı ve Resûlünü sever, Allah ve Resûlü de onu sever." Əli Allahı sevir, Allah da Əlini! Ravi devamla der ki: "Bu söz üzerine (beni mi seçer ümidiyle, Aleyhissalatu vesselam'a görünmek için) boyunlarını uzattılar. Ama o: "Bana Ali radıyallahu anh'ı çağırın!" buyurdular. Ali getirildi ama gözlerinden rahatsız idi. Hemen gözlerine tükürdü ve sancağı ona verdi. Allah Teâla Hazretleri onun eliyle fethi müyesser kıldı." Ravi bildiyiniz kimi Ömərdi. Ravi devamla der ki: "Şu ayet indiği zaman "Gelin, oğullarımızı ve oğullarınızı çağıralım..." (Al-i İmran 61) Resûlullah aleyhissalâtu vesselâm hemen Ali'yi, Fatıma'yı, Hasan ve Hüseyin'i (radıyallahu anhüm ecmain) çağırdı ve: "Allahım, bunlar benim ailemdir!" buyurdu." Müslim, Fezailu'l-Ashab 32, (2404); Tirmizi, Menakıb, (3726). Bu da əhlibeytin beş nəfərdən ibarət olması haqda əlavə bir sübut. 4377 - Zirr İbnu Hubeyş rahimehullah anlatıyor: "Hz. Ali radıyallahu anh'ın şöyle söylediğini işittim: "Daneyi açan, canlıları yaratan Zât-ı Zülcelal'e yeminle söylüyorum: Ümmi peygamberim aleyhissalatu vesselam, bana şu hususu garantiledi: Beni mü'min olan sevecek, münafık olan da bana buğzedecektir." Müslim, İman 131, (78); Tirmizi, Menakıb, (3737); Nesai, İman 20, (8, 117). Allah-təala möminlərlə münafiqləri tanımaq və üzə çıxarmaq üçün, onları Əliyə olan məhəbbətlərilə ayırmağın mümkün olmasını qərar verib. 4378 - Hz. Cabir radıyallahu anh anlatıyor: "Resûlullah aleyhissalâtu vesselâm Tâif günü Hz. Ali radıyallahu anh'ı çağırdı ve onunla hususi konuşma yaptı. (Bu görüşme o kadar uzadı ki) halk: "Resûlullah aleyhissalâtu vesselâm amcasının oğluyla görüşmesini uzattı" dedi. (Resûlullah bunu işitince): "Onunla hususi görüşmeyi ben (kendi arzumla) yapmadım. Allah'ın arzusu ve emri ile Resûlü) yaptı" açıklamasında bulundu." Tirmizi, Menakıb, (3728). Allah-təala peyğəmbərə Əli ilə hansısa mövzu barədə məxvi danışmağı, yani Əliyə Onun, Allahın hansısa xəbərini çatdırmağı əmr edir. 4379 - Hz. Enes radıyallahu anh anlatıyor: "Resûlullah aleyhissalâtu vesselâm Berâet (Tevbe) sûresini, (Arafat'ta hacılara tebliğ edilmek üzere) Hz. Ebu Bekir radıyallahu anh'la göndermişti. Sonra onu çağırarak: "Bunun, ehlimden olmayan bir kimse ile tebliğ edilmesi muvafık değil!" buyurdu. Hz. Ali radıyallahu anh'ı çağırarak sureyi, (Arafat'ta okuması için) ona verdi." Tirmizi, Tefsir, Tevbe, (3089). Allah-təala peyğəmbərə əmr edir ki, ayəni ya özü, yada ki, özü kimisi oxusun və peyğəmbər o ayələri Əbu Bəkrin əlindən alıb Əliyə verir və Əli onları zəvvarlara oxuyur. Bunları hələ çox davam etmək olar, amma ehtiyac yoxdur. Sizin yuxarıda adlarını çəkdiyiniz şəxslərin Əlinin bu fəzilətlərindən hansından üstün bir fəziləti var? Heç olmasa bir dənə bunlardan üstün fəzilətərini göstərin bizə!!! ? Nəyə əsasən bunu deyirsiz? Biz hansı Qurana zidd olan hədisi səhih sayırıq? Deməli Aişə, Müaviyyə və s. Peyğəmbərin sünnətindən çıxıb imam Əlini və s. söyüblər. Birincisisi,gördüyünüz kimi bu hədis sizlərə aiddir.Yəni,sonraki nəsillərə.Həmçinin bu ayədə:Onlardan (mühacirlərdən və ənsarlardan) sonra gələnlər belə deyirlər: "Ey Rəbbimiz! Bizi və bizdən əvvəlki iman gətirmiş (din) qardaşlarımızı bağışla. Bizim qəlblərimizdə iman gətirənlərə qarşı kinə (həsədə) yer vermə. Ey Rəbbimiz! Sən, həqiqətən, şəfqətlisən, mərhəmətlisən!" (Hashr 10) İkincisi,musəlmanin günah və xəta etməsi geyri adi bir hal deyil.Unutmag lazim deyil ki,hər iki tərəf özlərini hagli hesab edirdi və garşi tərəfə söyürdü.Bu hadisələr fitnə dövründə olan hadisələr idi. Əvvəla hədisdə sonrakı nəsillər haqda heçnə yazılmayıb. Aydındır ki, peyğəmbər bu sözləri öz zəmanəsində yaşayan ya mühafiqlərə, ya müşrik və yəhudilərə deyib. Gətirdiyiniz ayənin isə bu hədisə heç bir dəxli yoxdur. Siz doğrudanda oxuduğunuzu anlaya bilmirsiz. Bir ayəyə diqqət yetirin: Bizim qəlblərimizdə iman gətirənlərə qarşı kinə (həsədə) yer vermə. Bu ayə söyüş haqda yox, paxıllıq və həsəd haqdadır. Tabiinlər səhabələrə onların birinci iman gətirdiklərinə və peyğəmbəri gördüklərinə görə yaginki həsəd .rırdılar. Sizə məsləhət görürəm ayəni yazmaqdan əvvəl onun təfsirinə baxasız. Misal üçün Təbəri yazır ki, Bu âyette zikredilen ve "Medine´yi kendilerine yurt edinen Ensar´dan sonra geldikleri beyan edilen insanlardan" kimlerin kasdedildiğı hakkında farklı görüşler zikredilmiştir. Bir kısım âlimlere göre bunlar, Medine´ye hicret eden muhacirlerdir. Bu¬na göre âyetin manası şöyledir: "Medine´yi kendilerine yurt edinen ve kalbîerine imanı yerleştiren Ensar´dan sonra Medine´ye gelen muhacirler de şöyle dua ederler: "Ey rabbimiz, bizi ve bizden önce iman etmiş olan kardeşlerimizi ba¬ğışla. Müminlere karşı kalbimizde bir kın bırakma. Ey rabbimiz şüphesiz sen çok şefkatli ve çok merhametlisin." Bildiyiniz kimi Müaviyyə Məkkənin fəthindən sonra məcbur olub (guya) islamı qəbul edib. Hakimiyyətə gəldikdən sonra isə o birinci islamı qəbul etmiş Əlini söyüb lənətləməyi əmr edib və bu 90 il davam edib. Buna baxmayaraq siz ona hörmət edib onu əzizləyirsiz!
-
Siz niyə özünüzə görə ayə və hədislərdən məna çixarirsiz? Axi siz özünüz də deyirsiz ki,bizim alimlərin şərhi olmadan ayə və hədislərdən məna çixarmaga ixtiyarimiz yoxdur. Ayə və hədisə görə görünür ki,musəlmani öldürmək böyük bir günahdir.Lakin,bu əməl insani dindən çixartmir.Təbii ki,əməlin arxasinda həmişə niyyət dayanir.Dediyiniz səhabələrin məgsədi alovlanmiş fitnəni söndürmək, bu fitnəni törədənləri cəzalandirarag müsəlmanlari islah etmək olub.Onlar gətiyyən müsəlmanlar arasinda savaşin olmasini istəməmişlər.Məlumdur ki,Ali(r.a),Aişə(r.a) və s. səhabələr bu döyüşün olmasina görə çox təəsüflənmişlər,hətta peşman olmuşdular.Sonradan olanlar göstərdi ki,bu muharibələrin olmasinda müsəlmanlar üçün hüç bir fayda olmadi,əksinə fitnə daha da böyüdü. Əgər mö'minlərdən iki dəstə bir-biri ilə vuruşsa, onları dərhal barışdırın. Əgər onlardan biri təcavüzkarlıq etsə, təcavüzkarlıq edənlə Allahın əmrinə (itaətinə) qayıdana qədər vuruşun. (Təcavüzkarlıq edən Allahın əmrinə) qayıtsa, hər iki dəstənin arasını ədalətlə düzəldin və insafla hərəkət edin. Şübhəsiz ki, Allah insaflıları sevər! (Hucurat 9) Fikir verin, siz yenədə həmin şeyləri təkrar edirsiz! Mən bunun cavabını yazmışam, amma siz mənə cavab olaraq yenə də həmin mətni başqa formada və həmin ayələr ilə gətirirsiz. Yenə də Hücurat ayəsini gətirirsiz, amma onun haqqında heç fikirləşmirsiz. Bir diqqət yetirin bu ayəyə. Əgər mö'minlərdən iki dəstə bir-biri ilə vuruşsa, onları dərhal barışdırın. Bu aydındır! Əgər onlardan biri təcavüzkarlıq etsə, təcavüzkarlıq edənlə Allahın əmrinə (itaətinə) qayıdana qədər vuruşun. Bax mən sizə bu haqda deyirdim. Aişə, Təlhə və Zubeyr Allahın əmrindən çıxıb, 30 minlik ordu yığıb Allahın haqq xəlifəsi Əliyə və müsəlmanlara qarşı müharibə ediblər. Ondan qabağ Bəsrədə Əlinin tərəftarlarından olan onminlərlə insanı qətlə yetiriblər. Məhz buna görə Əli (ə) onlarla müharibə etdi və Allahın dinini qoruyub saxladı. (Təcavüzkarlıq edən Allahın əmrinə) qayıtsa, hər iki dəstənin arasını ədalətlə düzəldin və insafla hərəkət edin. Şübhəsiz ki, Allah insaflıları sevər! Aişə və Zubeyr öz səhvlərini başa düşdülər və özlərini Allahın qəzəbindən xilas etdilər, çünki Aişəni Təlhə və Zubeyr aldatmışdılar, o yarı yoldan qayıtmaq istəyəndə onu qoymadılar. Zubeyrdə ki, savaşdan qabağ peyğəmbərin Əli haqda dediklərini xatırladı və onunla döyüşdən imtina etdi. Amma Təlhə və başqaları (o biri savaşlarda Müaviyyə, Əmr As) onunla savaşdılar və özlərinə əbədi olaraq cəhənnəmi qazandılar! Mən keçən dəfə sizə sizin səhih hədislərinizi yazdım, çünki siz deyirdiz ki, musəlmanlarin bir-bir ilə savaşmalari onlari dindən çixartmir. Siz bunu indi də, o quran ayələrini və səhih hədislərinizi görəndən sonra da təkrar edirsiz! Allah-təala Nisə 93 – də deyir: Hər kəs bir mömin şəxsi qəsdən öldürərsə, onun cəzası əbədi qalacağı Cəhənnəmdir. Allah ona qəzəb və lənət edər, (axirətdə) onun üçün böyük əzab hazırlar! Amma deməyin ki, onlar savaşırdılar, amma bir birilərini öldürmürdülər. Ya öldürürdülər, amma təsadüf nəticəsində. Bilərəkdən öldürmürdülər. Bunlar çox gülünc bir ifadədir. Onlar savaşırdılar və bir birilərini öldürürdülər. Siz yenə də məni ittiham edirsiz ki, mən özbaşına ayədən məna çıxarıram! Bu belə deyil və sizin təfsir alimləriniz də bunu deyirlər, buyurun baxın: İbn Kesirin Tefsiri NÎSÂ SÜRESİ 93 — Kim de bir mü'mini kasten öldürürse onun ce-zâsi; içinde ebediyyen kalacağı cehennemdir. Allah ona gazab etmiş, la'net etmiş ve büyük bir azâb hazırlamıştır. Allah Teâlâ bu âyet-i kerîmelerde bir mü'minin hiçbir şekilde mü'min kardeşini Öldürme hakkı olmadığını haber vermektedir. Nitekim Buhârî ve Müslim'de İbn Mes'ûd'dan rivayet edildiğine göre; Allah Rasûlü (s.a.) şöyle buyurmuşlardır: Allah'dan başka ilâh olmadığına ve benim Allah'ın elçisi olduğuma şehâdet eden müslüman bir kişinin kanı ancak şu üç. şeyden biri ile helâldir: Bir nefis mukabili olması, evli iken zina etmesi ve dinini terkederek (müslüman) cemâatten ayrılması. Bu üçten birisi vuku' bulduğunda dahi tebea'dan hiç kimsenin onu öldürmeye yine de hakkı yoktur. Bu hak, ancak imâmın (devlet başkanının) ya da onun vekîlinindir. Bazıları derler ki: ( ifû^. V\ ) kavli istisnamı münkatı'dır. Siz yenə də iki mömin savaşsa onları barışdırın ayəsini təkrar edirsiz. Məgər Əli (ə) bu ayəni bilmirdi ki, onlarsa savaşa qalxdı? Ya Təlhə, Zubeyr, Müaviyyə, Əmr As bu ayəni bilmirdilər? Aydındır ki, bunlar bu və digər ayələri çox gözəl bilirdilər və bu ayəyə əsasən də hərəkət edirdilər (hərə öz ağlına görə). Məlum məsələdir ki, bu müharibələrdə bir tərəf o biri tərəfi müsəlman saymərdə və buna görə də onunla savaşırdı. Müaviyyə Əlini dindən çıxmış sayırdı, Əli də Müaviyəni. Bunlardan kim haqlıdır onu hamı çox gözəl bilir. Həmçinin də Cəməl müharibəsi haqda demək olar. Bu haqda mən sizin səhih hədislərdən gətirmişəm, amma siz yenə də məni onları düz başa düşməməkdə ittiham etdiz. Sahih Bukhari Volumn 005, Book 057, Hadith Number 116. Əbu Vəli deyir: Əli Əmmarı və əl-Həsəni Küfə camaatının yanına göndərdi ki, onları savaşa çağırsınlar. Əmmar onlara dedi: Mən bilirəm ki, Aişə peyğəmbərin zövcəsidir, həm bu dünyada həm də axirətdə. Amma Allah-təala sizi sınayır ki, görən siz Onun (Allahın) dalıyca gedəcəksiz ya Aişənin. Axı burda mən nəyi səhv başa düşə bilərəm?! Burda hər şey açıq aydın yazılıb. Aişə Allahın əmrindən çıxıb öz evini tərk edib..... və s. Mənim məqsədim Aişə və s. Təkfir etmək deyil. Mən sadəcə sizə sübut etmək istəyirəm (və etmişəm Allahın köməyi ilə) ki, peyğəmbərin (s) ümmətində münafiqlərdə var idi ki, onları heç peyğəmbər özü də tanımırdı və bu haqda ayə və hədisləri ümmətinə çatdırıb. Amma siz onun dediklərini rədd edərək bütün səhabələri tərifləyib onlara təqlid edirsiz!
-
Mən bu ayələri yazmagda məgsədim o idi ki,siz bunlari şərh edəsiz.Axi siz çox məsələlərə şərh verməyə yaxşisiz.Mən demirəm bu ayələri siz özünüzdən izah edəsiz.Fəgət istəyirəm ki,bu ayələrin şərhini sizdən və sizin prizmanizdan eşidəm. Siz sualdan niyə yayinirsiz? Nəyə görə bu ayələrə görə Rasulullah(s.a.s)-ə irad tutmursuz,başga ayə və hədislərə görə isə digərlərini ittiham edirsiz? "Ya Peyğəmbər! Zövcələrinin (səndən) razı qalmasını diləyərək Allahın sənə halal etdiyi şeyi (dünya ləzzətini) niyə özünə haram (qadağan) edirsən?" (Quran, Təhrim, 1) " (Musa) qəzəbindən (əlindəki Tövrat) lövhələrini yerə atdı, qardaşının başından (saç-saqqalından) yapışıb özünə tərəf çəkməyə başladı." Heç bir peyğəmbərə yer üzündə (küfrün kökünü kəsmək üçün bacardığı qədər çox kafir) öldürməyənə qədər əsirləri özünə mal etmək (onları öldürməyib fidyə müqabilində azad etmək) yaramaz." (Quran, Ənfal, 67) "...adamlardan (onların Peyğəmbər oğulluğunun boşadığı övrətlə evlənir, - deyəcəklərindən) qorxurdun. Halbuki əslində sənin qorxmalı olduğuna ən çox layiq Allahdır." (Quran, Əzhab, 37) . "Allah səni bağışlasın! (Allah səni əfv etdi). Doğru danışanlar sənə bəlli olmadan, yalançıları tanımadan əvvəl nə üçün onlara (cihadda iştirak etməməyə) izin verdin?"(Quran, Tövbə, 43) Mən bunlara irad tutmuram, çünki sizin ağlınızda deyiləm. Bu sizin adətinizdir peyğəmbərləri adi, günahkar insan kimi qələmə vermək, amma fikir verdinizsə yazdığım şərhlər sizin təfsir alimlərinizin şərhləri idi. Allah-təala gətirdiyiniz ayələrdə bu peyğəmbərlərə gəzəblənmirsə, onları danlamırsa, siz nədə onları ittiham edirsiz? İkincisi isə deyin görüm Təbəri və ya Suyuti,bunlardan hansisi hədis alimi olubdur və ya hədis sahəsinin böyük bilicisi olubdur?Onlarin kitablarinda olan rəvayətləri onlar siz deyən mənbədən götürmüşlər və kitablarina yazmişlar.Şiyədə sizin havaniza uygun olan hər bir nagilin səhih olmasina mən şübhə etmirəm.Unutmayin ki,alimlər sizin kimi təəsübkeş olmayiblar.Əsl alim məhz o alimdir ki,hadisələrə obyektiv yanaşsin və ədalətli olsun.Bütün dahi İslam alimləri məhz belə olublar. Səhv edirsiz. Sizin alimlərdən bu hədisi birinci nəql edən Təbəri olub. Bunu nəyə əsasən nağıl adlandırırsız? Məgər siz Əlinin elminə şübhə edirsiz? Məgər sizin xəlifələr hər şeyi Əlidən soruşmurdular? Məgər peyğəmbərimiz (s) deməyib ki, mən özümdən sonra iki varis qoyuram, Quran və Əhlibeytimi. Allahı mənim əhlibeytimin köməyi ilə yada salın? Məgər Ömər deməyib ki, bizim aramızda ən yaxşı hakim Əlidir? Mən sizə nagil danişiram? Əvvala bizim hər birimiz müəyyən bir məsələdə hakim rolunda ola bilkərik.Bu bizim heç də həmişə hakim oldugumuza dəlalət etmir.Axi siz həmişə məntiglə danişirdiz. Onlarin arasinin yaxşi olmasi baradə əvvəlki postlarda dəfələrlə çoxlu misallar gətirilib.Niyə uzaga gedirsiz?Bəhs etdiyiniz hadisə elə buna bir misaldir. Bu söz müəyyən bir hadisə ilə əlagədar olarag deyilmişdi.Həmçinin məlumdur ki,Ali(r.a) və s. səhabələr də Ömər(r.a)-in hakimliyinə müraciət etmişdilər.Şübhəsiz ki,Ömər(r.a) bir xəlifə olarag özü və ona məsləhət edən səhabələrin köməyi ilə hakimlik edirdi.Yenə bu söz əslində sizin iddialariniza bir cavabdir ki,onlar çox yaxin münasibətdə olmuşlar və bir-birilərinə etibar etmişlər.Həmçinin bu və buna bənzər çoxlu misallarda oldugu kimi: Əli və Ömər ibnu-l-Xəttab (r.a.) Rum döyüşünə çıxarkən məsləhətləşəndə Əli (r.a.) Ömərə (r.a.) belə demişdir: «Sən bu düşmənin üzərinə özün gedib onlarla görüşsən, müsəlmanların öz ölkələrinin qurtaracağından başqa sığınacaqları olmaz («Sığınacaq» deyəndə, arxalanacaqları mərkəz nəzərdə tutulur. ) Onların səndən sonra müraciət edəcəkləri bir başçıları yoxdur. Sən gəl onların yanına sınaqdan çıxmış bir adam, onunla birlikdə döyüşkən ağıllı adamlar göndər. Əgər Allah bu yolla səni qalib çıxarsa, istədiyin elə bu idi. Yox, başqa cür olsa, insanlara dayaq və müsəlmanların ümid yeri olarsan». «Nəhcu-l-Bəlağə», səh:193 (tərcümədə səh, 167-168). Yenə də Əlixan Musayevin kitabından sitatlar gətirirsiz?! Onların arasının yaxşı olmasl haqda hansı misalları gətirmisiz? Onlar Əlidən məsləhət alırdılar, amma Əli heç kimdən məsləhət almırdı və özü hakimlik edirdi.
-
Birincisi,bizim əgidədə səhabələr hagginda pis danişmag və onlara kin bəsləməyin yeri yoxdur.Onlardan hər birinin öz fəziləti və özlərinə məxsus üstünlükləri vardir. “Sizlərdən (mal-dövlətini) fəthdən (Məkkənin fəthindən) əvvəl (Allah yolunda) sərf edənlər və (müşriklərə qarşı) vuruşanlar (başqaları ilə) eyni deyillər. Onlar (mallarını Allah yolunda) fəthdən sonra sərf edib döyüşənlərdən dərəcə e'tibarilə daha üstündürlər. Bununla belə, Allah onların hamısına (həm birincilərə, həm də ikincilərə) ən gözəl mükafat (Cənnət) və'd buyurmuşdur. Allah sizin nə etdiklərinizdən xəbərdardır!” (Hedid 10) Sizinlə bizim fərgimiz ondadir ki,siz ancag pis niyyətlə bu rəvayətləri yozursuz və onlarin çoxsayli fəzilətlərinə isə göz yumursuz.Mənim Ali(r.a) haggda sizin və bizim mənbələrdə olan rəvayətləri gətirməkdə məgsədim sizə sizin necə gərəzli və ədalətsiz mövgedə oldugunuza işarə etməkdir.Yəgin ki,bunu anlamamiş deyilsiz. Bu sözləri mən sizə yazmalıyam, siz mən yox. Siz Əlinin fəzilətlərini alçaldmaq üçün onun haqqında mundar rəvayətlər uydurursuz. Biz isə yalnız sizin alimlərin səhabələr haqda yazdıqlarını sizə göstəririk ki, onların hamısını eyni səviyyədə tutmayasız. Sizin məqsədiniz ayrı idi və gətirdiyiniz hədislər də zəif və uydurulmuşdur. Sizin ayə və hədislərdən mustəgil hökm çixarmaga ixtiyariniz varmi? Siz əgər o hədisləri başga cür başa düşür və anlayirsinizsa bunun səbəbi sizin fəhminizdə və gəlbinizin şübhə və kinlə dolu olmagindadir.Mən dəfələrlə sizə demişəm.Siz və sizin kimilərin problemi ondadir ki,siz ancag görmək istədiyiniz məgamlari görmək istəyirsiz.Hətta,onu tapmasaniz belə onu və ona oxşar bir şeyi bir dəlil olarag irəli sürürsüz və ya onu istədiyiniz kimi şərh edirsiz.Siz həmin o kimsələrsiniz ki,Guranda olmasa belə İmamət,Mehdi və s.əgidələrinizlə bagli olan məgamlari Guran və Sünnədə axtarir,t. bilmədikdə isə onlari istədikləri kimi yozursuz.Sizin kimi Batinilər və Ələvilər də Ali(r.a) və s.İmamlarin ilahligini və s.üstünlüklərini sübut etmək üçün Gurandan ayələr gətirməkdən çəkinmirlər.Buna səbəb onlarin sizin kimi inandiglari və etigad etdikləri məsələləri nəyin bahasina olur-olsun isbat etmək istəyidir ki,bu istəyə görə onlar yalana və küfrə əl atirlar. Mən bu hədislərdən nə hökm çıxarıram ki, bunları siz mənə sübut kimi yazmısız. Yazmısız ki, “Siz başga səhabələrdə nögsan tutarkən niyə görə aşagidaki hədislərə görə Ali(r.a)-də nögsan tutmursuz?” və ardıyca gic-gic hədislər gətirirsiz ki, Əli bir qövmü odda yandırdı, Əli sübh namazına durmaq istəmədi və s. Bu hədisləri siz mənə yazırsız və deyirsiz ki, mənim ürəyim kinlə doludur?! Deyirsiz ki, mən yalnız görmək istədiyimi görürəm! Heç utanırsız? Ay qardaş, bizim problemimiz yoxduree, heç axtarmayın. Problemlər içində siz boğulursuz ki, bu cür hədislərə inanıb onları qəbul edirsiz! Öz əqidənizin düzgünlüyünü sübut edə bilmədiyinizə görə şiəni və əhlibeyti alçaldırsız ki, onlardan üstün ola biləsiz. Xahiş edirəm bizi ələvilərə, əliallahlılara və s qatmayın, onlar sizə daha yaxındılar! İmamət haqda Quranda ayələr var, lazım olsa bu haqda ayrıca tema aça bilərik. Həmçinin Məhdi (ə) haqda da hələ sizin səhihlərdə xeylim hədislər var ki, onları sizə bir bir göstərə bilərəm. Mən sizə öncələri də yazmişam.Əgər biz Gurana baxsag görərik ki,Allah Guranda iman gətirən Mühacir və Ənsarlari tərifləyir,onlardan razi oldugunu bildirir,bir çox ayələrdə onlarin tövbələrini gəbul etdiyini bildirir. “Allah (müsəlmanlardan) bir qismini ürəyi (şəkk-şübhəyə düşüb Peyğəmbərdən və cihaddan) dömək üzrə ikən Peyğəmbərə, çətin saatda onun arxasında gedən mühacirlərə və ənsara tövbə nəsib etdi. Sonra da onların tövbələrini qəbul buyurdu (onları bağışladı). Çünki O, həqiqətən, onlara qarşı çox şəfqətli, çox rəhimlidir.” (Tovbe 117) Əgər siz bir məsələ hagginda hökm vermək istəyirsinizsə,öncə gərək bu baradə olan bütün dəlilləri bir araya cəm edərək,buna görə hökm çixarasiz.Hökmü də siz və mən deyil bu sahəni bilən mütəxəsislər,alimlər çixarir. Siz məgər Guran və Sünnədə varid olan fəzilətlərə məhəl goyursuz? Siz nəyə görəsə hər dəfə münafigləri səhabələrlə garişdirir,müxtəlif şübhələr irəli sürürsüz.Halbuki,dəlil olan yerdə min şübhə olsa ona zərər verə bilməz.(Allahin varligi baradə olan şübhələr kimi) Bəli, iman gətirən. Amma sözdə yox ürəkdə iman gətirən. Allah-təala hər iman gətirəni müsəlman saymır: İnsanlar (möminlər) yalnız: “İman gətirdik!” – demələrilə onlardan əl çəkilib imtahan olunmayacaqlarınımı sanırlar? (Xeyr, iman gətirmək şəhadət kəlməsini təkcə dillə demək deyildir. Biz onları yeri gəldikcə malları, övladları və canları ilə sınayacağıq ki, hansının həqiqi, hansının yalançı mömin olduğunu ayırd edib bilək!) Ənkəbut-2 Allah-təala əsl iman gətirən möminlərdən əlbətdə ki, razıdır. Amma bu o demək deyil ki, O həmişə onlardan razı olacaq. İman gətirdikləri an Allah, Onun peyğəmbəri onlardan razı idilər. Amma mühacir və ənsarlardan helələri də var idi ki, peyğəmbərin vəfatından sonra islamdan çıxdılar və helələri də var idi ki, hələ peyğəmbər sağ olarkən onlar münafiq olmuşdular. Hələ o yazdığınız ayədən (Tövbə 117) əvvəl 100-cü ayəyə nəzər salın: (İslamı) ilk əvvəl qəbul edib (bu işdə başqalarından) irəli düşən mühacirlərə və ənsara, həmçinin yaxşı işlər görməkdə onların ardınca gedən kimsələrə gəldikdə, Allah onlardan, onlar da Allahdan razıdırlar. (Allah) onlar üçün əbədi qalacaqları, (ağacları) altından çaylar axan cənnətlər hazırlamışdır. Bu, böyük qurtuluşdur (uğurdur)! Bu haqda Buxaridə hədisdə var: Cabir deyir: Hüdeybiyyə günü peyğəmbər bizə dedi: siz dünyada ən yaxşı insanlarsız. Biz 1400 nəfər idik. (Onlar Hüseybiyyədə ağac altında peyğəmbərə iman gətirib beyət edirdilər). Səhih Buxaridə başqa bir hədisdə var ki, deyilir: Əla ibn Müsavvar deyir ki, onun atası demişdir: Mən Vara ibn Əzibə rast gəldim və dedim: Salam olsun sənə, sən peyğəmbərin səhabələrindən olmusan və ağac altında ona beyət etmisən. O isə cavabında dedi: Oğlum, sən bilmirsən biz ondan sonra nələr etdik. (Səhih Buxari cild 3 səh 32 (Hüdəybiyyə döyüşü babı)) İndi biz deyək ki, Allah-təala hələ də o səhabələrdən razıdır? Mən münafiqləri səhabələr ilə qarışdırmıram, münafiqlər də səhabə idilər və onların əksəriyyətini heç peyğəmbər özü də tanımırdı. Əgər peyğəmbər bilmirdisə siz necə əminliklə filankəs mömin, filankəs isə münafiqdir deyə bilirsiz və hətta gözübağlı kimlərəsə təqlid də edirsiz?! Allah təala buyurur: "(Ya Peyğəmbər!) And olsun ki, (Hüdeybiyyədə) ağac altında sənə beyət etdikləri zaman Allah möminlərdən razı oldu. (Allah) onların ürəklərində olanı (sənə sadiq qalacaqlarını, əhdə vəfa edəcəklərini) bildi, onlara (öz dərgahından) arxayınlıq (rahatlıq, səbir, səbat, mənəvi qüvvə) göndərdi və onları yaxın gələcəkdə qazanılacaq bir qələbə (Xeybərin fəthi) ilə mükafatlandırdı (əl-Fəth: 18.) Buna indicə cavab verdim. Bəsdir bilmədiyiniz şeyləri kopi-peyst edib mənə sübut kimi gətirdiz! Həəə, bu ümmət çox ədalətlidir. Bu Buxaridə nəql olunan başqa bir rəvayətdə daha aydın görünür, özüdə bu rəvayət Əbu Hüreyrədən nəql olunur: Hədisdə deyilir: “Qiyamət günü Allah bütün insanları bir yerə (məhşərə) yığar. Günəş onlara o qədər yaxınlaşar ki, süstləşərək yerlərində hərəkətsiz qalarlar. Mələklər onlara yaxınlaşıb deyərlər: Bir görün başınıza nə müsibət gəldi! Əcəb bədbəxtçiliyə düçar oldunuz! Onlardan (insanlardan) bə”ziləri deyər: Gərək Adəm(ə)-a pənah .rıb ondan şəfaət istəyək. Belə də edərlər, Adəm(ə)-ın yanına gəlib deyərlər: Bütün bəşəriyyətin atası sənsən, Allah səni öz əli ilə yaratdı və öz ruhundan sənə üfürdü. O səni yaratdığı zaman mələklərə əmr etmişdi ki, qarşında səcdə etsinlər. İndi özün görürsən ki, necə böyük müsibətə düçar olmuşuq. Səndən xahişimiz budur ki, Allah-təaladan bizim üçün şəfaət istəyəsən. Adəm (ə) onları dinlədikdən sonra deyər: Allahın bu günkü kimi qəzəbləndiyini hələ görməmişdim. O mənə bu ağacın meyvəsindən yeməməyi əmr etmişdi, biz (mən və zövcəm) isə onun əmrindən çıxıb meyvədən yedik. Vay halıma! Vay halıma! Başqa birisinin yanına gedin və ondan şəfaət istəyin. Onlar Nuh(ə)-ın yanına gəlib deyərlər: Ey Nuh! Sən yer üzərindəki insanlar üçün göndərilmiş ilk peyğəmbərsən. Allah-təala səni çox şükr edən və qədir bilən bəndə adlandırmışdır. Səndən yalnız bir xahişimiz var: o da bundan ibarətdir ki, Allahdan bizim üçün şəfaət istəyəsən. Düçar olduğumuz bu böyük müsibəti özün görürsən. Nuh (ə) da Adəm(ə)-ın dediklərini təkrar edərək deyər: Allah-təala hələ bu günə kimi belə qəzəblənməmişdi. Peyğəmbərlik etdiyim zaman öz qövmümə nifrin (qarğış) etdim və Allah-təaladan onlara bəla nazil etməsini istədim! Vay halıma! Vay halıma! İbrahimin yanına gedin, bəlkə o sizin üçün şəfaət edə bilsin. Onlar İbrahim(ə)-ın yanına gəlib deyərlər: Ey İbrahim! Sən Allahın dostu (Xəlilullah) və elçisisən. özün görürsən ki, necə böyük bəlaya düçar olmuşuq. Allah-təaladan bizim üçün şəfaət istə. İbrahim (ə) Nuh və Adəm(ə)-ın dediklərini eyni qaydada təkrar edər və sonra deyər: Peyğəmbərlik etdiyim müddət ərzində üç dəfə yalan danışdım, indi özüm Allaha pənah .rıb Ondan şəfaət istəyirəm. Vay halıma! Vay halıma! Ey kaş, yalan danışmayaydım! Musanın yanına gedin, bəlkə o sizin üçün şəfaət edə bilsin. Onlar Musa(ə)-ın yanına gəlib deyərlər: Ey Musa! Sən Allahın (yer üzündəki) sevimli peyğəmbərlərindən biri olubsan. O sənin məqamını hamıdan uca tutmuş və səni özünün ən əziz bəndələrindən biri hesab edirdi. Bir anlıq bizə nəzər sal, gör necə böyük müsibətə düçar olmuşuq. Səndən xahişimiz budur ki, Allah-təaladan bizim üçün şəfaət istəyəsən. Musa (ə) özündən əvvəlki peyğəmbərlərin dediklərini təkrar edib sonra deyər: (Peyğəmbərlik etdiyim zaman) Allah mənə öldürülməsini əmr etmədiyi bir şəxsi qətlə yetirdim. Vay halıma! Vay halıma! Başqa birisinin yanına gedin və ondan şəfaət istəyin. İsaya pənah .rın, bəlkə o sizin üçün şəfaət edə bilsin. Onlar əlacsız qalıb İsa(ə)-ın yanına gələrlər. Onu gördükdə deyərlər: Sən Allahın ruhusan (Ruhullah—İsa (ə)-ın ləqəbi idi). Hələ bələkdə ikən insanlar ilə söhbət edər, onları haqq yola də”vət edərdin. İndi bizim halımıza yanan bir adam lazımdır, səndən xahişimiz budur ki, Allahdan bizim üçün şəfaət istəyəsən. O da özündən əvvəlki peyğəmbərlərin dedikləri sözləri təkrar edər. Amma o başqalarından fərqli olaraq heç bir günahı e”tiraf etməz və buna baxmayaraq “Vay halıma! Vay halıma!” deyə-deyə onlardan uzaqlaşar. Gedərkən onlara Həzrəti Məhəmməd(s)-ə pənah .rmağı və ondan şəfaət istəmələrini məsləhət görər. Onlar hamılıqda Həzrət Məhəmməd(s)-in hüzuruna gəlib deyərlər: Ey Məhəmməd! Sən Allahın sonuncu peyğəmbərisən. Bütün ümmətinə (istər özündən əvvəl, istərsə də özündən sonrakılara) şəfaət edərsən. İndi sənə pənah gətirmişik, bizi öz şəfaətindən məhrum etmə! Əbu Hüreyrə sonra deyir: Həzrəti Məhəmməd (s) onları dinlədikdən sonra deyər: Allahın ərşi altına gedib orada torpağa səcdə edəcəyəm. Bundan sonra Allah bütün həmd (şükr) qapılarını mənim üzümə açar və mənə belə bir xitab edər: Ey Məhəmməd! Ayağa qalx! İstədiyin hər bir şeyi sənə verəcəyəm və sənin bütün şəfaətini qəbul edəcəyəm. Sonra yerdən qalxıb deyəcəyəm: İlahi! Ümmətimi! Ümmətimi bağışla! Allahdan xitab gələr: İstədiyin hər bir şəxsi cənnətə daxil et. Onlar bu ne”mətlərdən bəhrələnməkdə cənnət əhli ilə şərikdirlər (“Səhihi-Buxari”, 3-cü cild, səh. 100; “Bəni-İsrail” surəsinin təfsiri “Nuhla birlikdə gəmiyə mindirib .rdığımız kəslərin nəsli” babı. “Səhihi-Müslüm”, 1-ci cild, səh. 97, “Kitabul-İman”, Şəfaətin isbatı fəsli; “Müsnədi-Əhməd ibni Hənbəl”, 2-ci cild, Əbu Hüreyrədən nəql olunmuş hədislər). http://crimean.org/islam/db_search_engine....mp;set=hadis_sb Bu ümmət (Sizin hədislərə görə) helə ədalətlidir ki, axırıncı peyğəmbəri qoyub digər peyğəmbərlərdən şəfaət istəyirlər. Hamıya mə”lumdur ki, həzrəti Məhəmməd(s)-in məqamı (Allah dərgahında) digər peyğəmbərlərin məqamlarından daha üstündür. Onlar bunu bilə-bilə nə üçün ona deyil, digər peyğəmbərlərə pənah .rmış və əli boş qayıtmışlar?
-
Хайа ала хайриль амаль» в Азане www..
-
Миссионеры работают
-
Cəfəri olmaq üçün onun kitablarını oxumaq vacib deyil. Əsas odur ki, onun kitablarını bizim alimlər oxuyub düzgün nəticə çıxarırlar, bizdə onlara təqlid edirik. O kitablar zəmanəmizə gəlib çatıb. Siz niyə bunu mümkünsüz sayırsız? Əksinə sizin kitablar dəyişikliklərə məruz qalıblar. Misal üçün bu gün əlimizdə olan Malikin Müvəttəsinin iki versiyası var. Bu iki versiya Mailikin tələbələrinə aiddir! Bəs Buxari, Müslüm peyğəmbəri ya səhabələri görüblər ki, onlardan hədis nəql edirlər?
-
Onlar sələfi deyillər və o termindən heç istifadə də etməyiblər. Nə danışırsız? Bəs imam Cəfərin "Əs-Səhifətus-Səccadiyyə" kitabı necə? Bəs digər kitablar ki Black Kniqht onları sizə göstərmişdir: Belelikle bu da Imam Cafer Sadiq(A)in kitablari: 1. "Misbahush-Sheri'a ve miftehul-haqiqa" Kitab Dehli, Tebriz ve Tehran kitabxanalarinda yerleshir ve hemin sheherlerde de ardicilliqla (1856-ci ilde miladi), (1278-ci il hicri), ve (1314-cu il hicri) neshr olunmushdur. 2. ""Kitabul-Cefr"" . Bu kitabin nusxeleri Ingilterede ""British Museum'da ? Isgenderiiyenin ""El-Mektebetul-belediyye"", ""Darul-kutubil-Misriyye"" ve ""Suleymaniyye"" ve Turkiyenin ""Koprulu"" kitabxanalarinda movcuddur. 3. ""Ixtilacul-A'za"" . Bu kitab Turkiyenin ""Topkapi"" ve ""Kastomonu"" kitabxanalarinda saxlanilir. 4."" Heyakilun-Nur"". Bu kitabin iki nusxesi Kembridc universitetinin kitabxanasinda movcuddur. 5. ""Esrarul-Vahy"". Bu kitabin iki nusxesi Turkiyenin ""Suleymaniyye"" kitabxanasinda saxlanilir. Mence bu qeder kifayetdir. Yoxsa xeyr? Ehtiyac oilsayene de yaza bilerem. http://forum.bakililar.az/index.php?s=&...t&p=1625344 Bu da Sahibuzzamanın postu: Əssələmu aleykum qardaş!Bilginən ki Malikin Muvattasını belə Malik özü yazmayıb.Bu gün əlimizdə Muvattanın iki versiyası var.Bu iki versiya Mailikin tələbələrinə aiddir! Ona qalsa nə Buxarinin,nə Müslümün kitabları əlyazma şəkilində(özləri tərəfindən yazılmış)əlimizdə yoxdur.Bu kitablar əzbərlənə əzbərlənə nəsildən nəsilə ötürülüb.Yalnız daha sonralar yazılıb.Sən mənə Buxarinin özünün yazdığı "Əccəmiussahih"i göstərə bilərsən?Yaxud "Ədəbul Mufradı"?Qardaş bu işlərin qaydası belə olub ki ustadların kitablarını tələbələr digərlərinə çatdırıb və bu kitablar sonradan qələmə alınıb. İmam Matrudinin "Tauhid"kitabı belə onun öz əlyazması deyil!Sənin dünya aləmdən,ümumiyyətlə İslam tədris ənənəsindən xəbərin yoxdu biz nə edək? http://forum.bakililar.az/index.php?s=&...t&p=1655755
-
Siz yenədə Gurana öz bildiyinizə görə izah verirsiz.Şübhəsiz ki,Peygəmbərlər əxlag sahibi olublar.Lakin,bəzən bizim bilmədiyimiz məgamlar da vardir ki,onlardan bu hasil olubdur.Məs:Musa(a)-in bir Misirli kişini yumrugla öldürməsi,Logmanin bir uşagi öldürməsi və s.Sizin məntiginizlə bunlari da gərək inkar edəsiz. Amma, siz təbii bunlar ayələr oduguna görə bunlari inkar edə bilməzsiz. Amma,belə buna bənzər səhih hədisləri isə asanligla inkar edə bilisiz.Ona görə sizin belə sözlərininizin heç bir dəyəri yoxdur.Çünki,siz ən azi dediyiniz hədisləri alimlərə müraciət etmədən izah etməklə, inkar etməklə öz gaydalarinizi pozmuş olursuz. Əvvəla mən quranı öz bildiyimə görə yox, siz onun mənasını təhrif edib peyğəmbərləri günah işlətmədə ittiham edirsiz. Musa (ə) misirli kafiri bilərəkdən öldürmədi. O yəhudini qorumaq üçün əsgəri itələdi və o yıxılıb öldü. Xızır peyğəmbər uşağı öldürəndə Musa (ə) bunu niyə etdin soruşdu və Xızın (ə) bunu Allahın əmri ilə etdim – dedi. Ən-Nəcm surəsinin 3-4 ayələrinə əsasən peyğəmbərimiz (s) hər şeyi Allahın əmri ilə edirdi və deyirdi. Mən sizdən soruşuram ki, necə peyğəmbər onun evinə girən kişini heç nə soruşmadan vurar və gözünü çıxara bilər? Siz isə mənə cavab verirsiz ki, Musa misir əsgərini də öldürmüşdü. Deməli sizin sözünüzdən belə çıxır ki, Musa davakar və pis əxlaqlı olub da? Hər qabağına çıxanı vurub öldürürdü!? Subhanallax! Bu sizin hədislərdir və siz mənə bunların şərhini verməlisiz, mən sizə yox. Mən sizdən soruşuram və siz mənə cavab vermək əvəzinə məni onları düzgün başa düşməməkdə ittiham edirsiz. Mənə başa salın ki, niyə Əbu Hüreyrə deyir ki, Əzrail (ə) Musanın yanına insan cildində gəlmişdi və siz bunu eşidib dərhal onun sözlərini qəbul edirsiz, helə bil özünüz də onu görmüsüz. Yuxarıda qeyd etdiyim kimi peyğəmbərlər Allahın əmri ilə hərəkət edirlər və onun şəriətini icra edirlər. Bunu bilə bilə siz Əbu Hüreyrənin Davud və oğlu Süleyman peyğəmbərlər haqda gətirdiyi hədisi eşidib necə qəbul edirsiz? Buxari və Müslüm bu hədisi Əbu Hüreyrədən nəql etmişlər (“Səhihi-Buxari”, 2-ci cild, səh.166, “Biz Davuda Süleymanı bəxş etdik. Nə gözəl bəndə idi!” “İsra” surəsinin, 36-cı ayəsinin şərhi; “Səhihi-Müslüm”, 2-ci cild, səh. 57; “Kitabul-əqziyə” ixtilaful-muctehidin” babı; “Əl-Müsnəd” (Əhməd ibni Hənbəl), 2-ci cild, səh.322). Hədisdə deyilir: “İki qadının hər birinin bir uşağı olur. Günlərin biri ehtiyatsızlıq üzündən uşaqlardan biri nəzarətsiz qalır və qurd onu parçalayıb yeyir. Onlardan hər biri öz uşağının sağ qaldığını və digərinin uşağının parçalandığını iddia edir, hər biri sağ qalmış uşağa yiyələnmək istəyir. Öz aralarında məsələni həll edə bilməyib Davud(ə)-ın yanına gəlirlər. Davud (ə) onları dinləyib yaşca böyük olan qadının xeyrinə hökm çıxarır. Sonra onlar Süleyman(ə)-ın yanına gəlib baş vermiş əhvalatı ona da danışırlar. O, məsələnin nə yerdə olduğunu başa düşüb buyurur: Mənə iti bir bıçaq verin. Qadınlar təəccüblə ondan bıçaqla nə edəcəyini soruşduqda Süleyman (ə) cavab verir: Uşağı iki yerə bölüb hər birinizə uşağın yarısını verəcəyəm. Bunu eşidən (yaşca) kiçik qadın fəryad çəkərək dedi: Allah xatirinə belə etmə, uşaq o qadınındır. Süleyman (ə) bu qadının uşağa olan mehr-məhəbbətini görüb atasının verdiyi hökmün əksinə yeni hökm çıxarır və uşağın kiçik qadına təhvil verilməsini əmr edir.” http://crimean.org/islam/db_search_engine....mp;set=hadis_sb Necə olur ki, Allahın peyğəmbəri şəri qanunlara əsasən bir hökm çıxarır, onun oğlu Süleyman peyğəmbər isə həmin qanunlara görə digər hökm? Görün o bizim peyğəmbər haqda nə uydurub: Sahih Bukhari Volume 4, Book 56, Number 696: Narrated Abu Huraira: Once Allah's Apostle was asked, "Who is the most honorable amongst the people?" He said, "The most righteous (i.e. Allah-fearing) amongst you." They said, "We do not ask you about this." He said, "Then Joseph, the prophet of Allah." http://hadith.worldofislam.info/index.php?...bukhari/book_56 Əbu Hüreyrə deyir: Peyğəmbərdən soruşdular ki, insanların ən xeyirxahı kimdir. Dedi: Allahdan ən çox qorxanı. Dedilər: Biz səndən onu soruşmuruq. O dedi: Onda Yusif peyğəmbər. Sahih Bukhari Vol 4, Book 55. Prophets. Hadith 627. Narrated By Abu Huraira: The Prophet said, "None should say that I am better than Yunus bin Matta." http://hadith.worldofislam.info/index.php?...bukhari/book_55 Əbu Hüreyrə deyir: Peyğəmbər dedi: Heç kim deməsin ki, mən Yunis ibn Məttədən (Yunis peyğəmbər) yaxşıyam. Necə o biri peyğəmbərlər Mühəmməd peyğəmbərdən üstün ola bilərlər ki, o (Mühəmməd) həm bizə, həm də onlar üçün peyğəmbər göndərilib, yani bütün bəşər üçün !?
-
Siz dəyəsən Əlini Ömərlə çaşdırmısız. Bunu Əli yox Ömər deyib. Bu sözlər Rasulullaha(s.a.s)-ə aiddir: "Allah'in nebisinden sцzlerini yazmak icin izin istedik, bize izin vermedi." (tirmizi es sunan Ilim bцlьmь 11) Sizin bu sözləriniz Peyğəmbərin dediklərinə ziddir. Doğrusu, əgər bu rəvayətlər səhih olsa onda müsəlman bir şəxsin vəzifəsi nədir?! Belə olan təqdirdə, Peyğəmbərin (s) hədislərini əhatə edən bütün mənbələri, kitabları, bütün səhihləri, müsnədləri, sirə və təfsir kitablarını bir yerə toplayıb yandırmaq, yaxud dəryaya tökməkdən başqa bir yol qalırmı?! Əgər belə edərək Peyğəmbər sünnəsinin bütün mənbələrini dəryaya töksək, İslam şəriətində nə qalar?! Əgər o onun sözlərini yazmağı qadağan edibsə onda siz (Buxari, Müslüm və s) onun əmrindən çıxmısız və sünnəsini tərk etmisiz. Amma xeyr! Peyğəmbər (s) heç vaxt belə sözlər deməmişdir və bunun əksini bəyan etmişdir. «Səhih-Buxari»də deyilir: Yəmən əhalisindən bir kişi Peyğəmbərin sözlərini eşidib dedi: «Ya Rəsulallah, mənim üçün yaz!» Peyğəmbər (s) buyurdu: «Əbu filan üçün yazın!» “Səhihi-Buxari”, 1-ci cild, səh.22; «Sünəni Termizi» də qeyd olunduğu kimi (10-cu cild, səh. 135 «Əbu Filan» dedikdə məqsəd Əbu Şatdır). Rəvayət olunmuşdur ki, ənsardan bir nəfər Peyğəmbər (s)in yanında oturmuşdur. O həzrətin bəzi sözlərini eşidib heyrətlənir, amma onu hifz edə bilmirdi. Özünün bu bacarıqsızlığından Peyğəmbərə (s)ə şikayət etdikdə o buyurdu: «Əllərindən kömək al!» Bu zaman onun əllərini işarə etdi, yəni «bu sözləri yaz!» (Sünnəni Termizi, elm kitabı, 10-cu cild, səh. 134). Əmr ibn Şüeyb atasından, o da babasından rəvayət edir ki, Peyğəmbərə dedim:: « Ya Rəsulallah! Sizdən eşitdiyim bir şeyi yazımmı?! Buyurdu: “Bəli” Dedim «Həm qəzəb, həm də sevinc halında (buyurduqlarını yazımmı)?» Buyurdu «Bəli, çünki bütün bu hallarda haqdan başqa bir şey demirəm». Digər bir rəvayətə görə belə dedi: «Mən sizdən eşitdiklərimi yazımmı? Buyurdu: «Bəli» («Müsnədi Əhməd», 2-ci cild səh. 215). Əbdüllah ibni Əmr deyir: «mən peyğəmbərdən eşitdiyim hər bir şeyi yazır və onu qoruyub saxlayırdım. Nəhayət Qüreyş məni bu işdən çəkindirib dedilər: «Peyğəmbərdən eşitdiyin hər bir şeyi yazırsan! Halbuki, peyğəmbər də bəşərdir: həm qəzəb, həm də razılıq halında danışır!»» mən yazmağı saxladım və məsələni Peyğəmbər (s) üçün dedim. O həzrət barmağı ilə mübarək ağzına işarə edərək buyurdu: «Yaz, çünki canım əlində olan Allaha and olsun ki, buradan haqdan başqa bir söz çıxmır!» (bu rəvayətin mənbələri də «iki məktəbin Peyğəmbər hədisinin yayılması barədə nəzəri bölməsində qeyd edildi.) Digər rəvayətdə yuxarıda qeyd oulnanlardan sonra belə deyilir: Peyğəmbərin yanına gəlib dedim: «ya Rəsulallah! Mən sizin sözlərinizdən sirab olmuram; əgər icazə versəniz onları yazmaq üçün əlimdə qələm tutum». Buyurdu: «Əgər mənim sözlərimdirsə, əlini qələmlə yanaşı et!» («Sünəni Darəmi», kitabın müqəddiməsi, 1-ci cild, səh. 125-126). Əmr ibni Şüeyb atasından, o da babasından nəql edir ki, mən dedim: «ya Rəsulallah! Biz sizdən bəzi sözləri eşidirik,amma onları əzbərləyə bilmirik. Onları yazaqmı?» həzrət buyurdu: «əlbəttə ki, yazın!» («Müsnədi Əhməd», 2-ci cild səh. 215).
-
Bu sözlərin hansi səbəbə deyildiyi elə hədisin özündən görünür.Aişə(r.a)-nin iradi hədislərin,sözlərin deyilməsi uslubuna idi.O,dediyi kimi “Rasulullah(s.a.s) sizin kimi aramsiz danişmazdi”.Bu söhbət əslində bir daha Səhabələrin,xüsusən Aişə(r.a)-nin İslama,onun çatdirilmasina,hədislərə və onlarin hətta deyilmə tərzinə garşi göstərdiyi həssas münasibəti göstərir.Eyni zamanda bu hədis Abu Hureyra(r.a)-ya tənə etmək üçün bunu misal gətirənlərə bir cavabdir.Çünki,Abu Hureyra(r.a) Mədinədə o alim və abid səhabələrin içərisində istəsəydi belə yalan danişmag şansi yox idi. O bu hədisləri danışarkən artıq Mədinədə alim və abidlər yox idi, onların hamısını Müaviyyə, ondan sonra isə oğlu Yezid qətlə yetirmişdilər. Siz mən dediyimə yox, özünüz fikirləşdiyinizə cavab verirsiz. Mən sizə Müslümdə olan hədisi yazdım və onu sübut kimi göstərdim. Baxın bu hədisi: Müslim'de geçen diğer bir rivayette, Hz. Aişe namazı bitirdikten sonra yanında bulunan Urve'ye: "Bana biraz önce söylediklerini işitmiyor musun! Nebi aleyhisselam konuşurken bir kimsenin sayabileceği şekilde konuşurdu." demiştir. Siz bu hədisdən görmürsüz ki, Aişə etiraz edir? O namazını qılıb qurtarandan sonar Ürvəyə deyir ki, mənə bir az öncə dediklərini eşitmədin! Peyğəmbər danışarkən kimsənin saya biləcəyi qədər danışardı. Yani peyğəmbər bu qədər hədis danışmayıb! (Hədisdən bu məna çıxır!) Sizin yaxşi hesab bildiyinizə heç şübhəm yoxdur.Amma,gərək bir balaca səhvinizi düzəldəsiz.Çünki,özünüz də yaxşi bildiyiniz kimi Abu Hureyra(r.a) bu hədisləri Rasulullah(s.a.s)-in vaxtinda deyil,ondan sonra yaşadigi 47 il ərzində demişdi. Yəgin ki,fərgi tuta bildiniz. Sizin yazdıqlarınızı oxuyarkən məni qülmək tutur. Ay qardaş, əbu Hüreyrə peyğəmbərdən sonra lap min il də yaşaya bilər, amma peyğəmbərdən sonra axı ondan hədis eşidə bilməzdi. O peyğəmbərlə birgə cəmi üç il olub və cəmi üç il ondan hədis eşidib yadında saxlayıb və sonra lap min il ərzində o hədisləri camaata danışıb. Mən də deyirəm ki, nəzərə alsaq ki, o peyğəmbərlə cəmi üç il olub, deməli o gündə peyğəmbərdən 5 hədis eşidib yadında saxlayıb. Bu sözlərin ardıyca isə mən daha bir hədis gətirib sizə sual vermişəm, amma siz adətinizə görə onu da silib sualın əvvəl hissəsinə cavab vermisiz. Ardı isə belə idi: Əbu Hüreyrənin dediyinə görə o peyğəmbərdən eşitdiyi hədislərin hamısını yox, yalnız bir hissəsini camaata çatdırıb. Əbu Hüreyrə deyir: Peyğəmbərin dediklərindən mənim yadımda qalanlarlar iki biliyə aiddir. Birincisinə aid olanları mən insanlar arasında yaymışam. İkinsini isə mən onu da danışsaydım mənim boğazımı kəsərdilər [1]. ________________________________________ [1] Hesab olunur ki, ikinci biliyə aid olan hədislərdə pis hakimlərdən deyilirdi və konkret adlar çəkilirdi. http://www.crimean.org/islam/db_search_eng...mp;set=hadis_sb Artıq sözlərə heç ehtiyac da yoxdur. Belə çıxır ki, peyğəmbər Əbu Hüreyrəni öz sirdaşı seçib və bu hədisləri yalnız onun üçün danışıb, amma aydın deyil nə məqsədlə?! Ikincisi isə Əbu Hüreyrə pis hakimlərin adlarını peyğəmbərdən eşidə-eşidə onların adlarını camaata açıqlamayıb ki, camaam onları tanıyıb hakimiyyətə buraxmasın, onlara beyət etməsin. Bu nə cür peyğəmbərin sünnətini yayandır? Mən sizə sual etmişdim.Sizin istinad etdiyiniz hədislərin neçə faizi(təxmini) səhihdir? Kafidə olan hədisləri kim ayirib və onlarin ayrica səhih dediyiniz nusxəsi,cildi varmi? Mən məhz sizə, bu sualınıza cavab vermişəm. Sizin hafizəniz zəifdir. Yuxarıda #45 postda və birdə burada yazıram: Üsul alimlərinə görə Kafidə cəmi 5000-ə yaxın səhih hədis var. Kuleynin özü kitaabın əvvəlində qeyd edir ki, bu hədisləri Quran ilə tutuşdurun, əgər Qurana zidd olsa rədd eidn. Həmçinin o heç yerdə heç bir hədisin səhih olduğunu iddia etmir. Gördüyünüz kimi heç kitabln da adı səhih deyil. Kuleyninin Usul əl-Kafi kitabında I kateqoriya hədislər – səhih 5 072 II kateqoriya hədislər – Həsən 144 III kateqoriya hədislər – Muvassaq 178 IV kateqoriya hədislər – Qavi 302 V kateqoriya hədislər – zəif 9 484 İndi alimlər səhih Kafi kitabının üzərində işləyirlər və inşaAllah ki, bu yaxınlarda bir onu görə biləcəyik.
-
Mən sizə dəfələrlə yazmişam ki,gəlin öz havaniza görə danişmayin.O,digər o dövrdə olan səhabələr kimi düzgün mövge seçib,Rasulullah(s.a.s)-in tövsiyyəsinə uygun olarag fitnəni tərk etmişdi.Ali(r.a)-nin şəhit edilməsindən sonra isə bütün müsəlmanlar kimi(əksər) Müaviyyəyə beyət etdi.Həmçinin Həsən və Hüseyn(r.a)-da onun xilafətini tanidilar.Məhz Hüseyn(r.a) Konstantinopola edilən yürüşdə iştirak etmişdi. Müaviyənin xəlifəlik dövrü müsəlmanlar üçün xeyirli oldu. Çünki onun xilafəti dövründə özbaşnalığa son qoyuldu, döyüşlər bitdi, düşmən təcavüzünün qarşısı alındı, müsəlmanların əvvəllər fəth etdikləri torpaqlar yenidən düşməndən alınaraq geri qaytarıldı. Buna səbəb müsəlmanların vahid rəhbər ətrafında toplaşmaları, cihad ovqatını yüksəldərək fəthlərə başlamaları və bütün qüvvəni xarici qüvvələrə qarşı yönəltmələri idi. Müaviyə öz qoşunu ilə uzaq torpaqları yaxınlaşdırdı və bu xəlifəlik vaxtında ona qarşı çıxan tapılmadı. Az sayda xeyirsiz xəvariclər istisna olmaqla hamı bir nəfər kimi ona itaət etdi. Müaviyənin vaxtında qış və yaz döyüşləri adlı hərəkatlar məşhurlaşdı. Siz nəsə temaları qarışdırırsız, Bu tema Əbu Hüreyrə haqdadır, amma siz onu qırağa qoyub gah Müaviyyənin qəhrəmanlıqları haqda, gah Musa və Loğman və s. haqda yazırsız. Siz ya oxuduğunuz şeyi analiz edə bilmirsiz, buna görə də onu başa düşmürsüz, yada ki, sadəcə fikirləşmək belə istəmirsiz, çünki yazdığınız şey sizin istədiyinizdi və sizə sərf edən bir şeydir. Bunların hər ikisinə görə mən şadam, çünki bu şiənin düşmənlərinin zəif düşüncəli olduqlarının sübutudur ki, bunu foruma girən hər kəs görə bilər. Deməli Siz deyirsiz ki, Əbu Hüreyrə digər səhabələr kimi düzgün mövqe seçib fitnəni tərk etmişdi. Bu nə ağıllı kişi imiş, biz də bunu saymırıq. Bu hətta Əli, Əmmar, ibn Abbas və s-dən də ağıllı imiş ki, onların bilmədiyi və başa düşmədiyi şeyləri bilir və onlardan fərqli olaraq peyğəmbərin sünnətinə əməl edir. Bəs Əli peyğəmbərin belə dediyini bilmirdi, ya bilirdi amma xilafət və hakimiyyət şirin olduğu üçün onun sözlərinə əhəmiyyət vermirdi?! Əvvəl qeyd etdiyim kimi Əbu Hüreyrə Əlinin ordusunda olub, amma müharibəyə qatılmayaraq Əsləm dağına çəkilib orada kimin qalib gəldiyini gözləyərdi. Buradan bir sual yaranır ki, əgər o fitnəyə qatılmaq istəmirdisə onda niyə Küfədən Siffinə kimi Əli ilə gəlib? Oturardı evində və fitnəyə baş qoşmazdı da? Həmçinin kimdi o sizin dediyiniz “digər səhabələr” hansılar ki, Əbu Hüreyrə ilə birgə fitnəyə baş qoşmaq istəmirdilər? Əbu Hüreyrə Müaviyyəyə Əli xəlifə olan kimi beyət etmişdi. Amma Həsən və Hüseyn ona heç vaxt beyət etməyiblər. Bu cür şeylər yazanda mənbələrini də yazın zəhmət olmasa. Həmçinin mən sizə yazmışdım ki, Həsən (ə) Müaviyyə ilə müqavilə bağlamışdır və sizə məsləhət gördüm ki, o müqavilə ilə tanış olasız, əsasən 4-cü bəndi ilə “İmam Həsən (ə) Müaviyyəyə əmirəl müminin deməyəcək və o buna imamı məcbur etməyəcək.” və 3-cü bəndilə “Müaviyyə özündən sonra varis qoymayacaq və xilafəti əhlibeytə qeytərəcək”. Amma Müaviyyə bu müqaviləyə imza atdıqdan sonra oğlu Yezin imamı zəhərlədərək oldürtdü və bildiyiniz kimi Müaviyyə özündən sonra xilafəti oğluna verdi və hələ sağ olarkən ona beyət etməyi məcbur etdi. (əgər bu haqda danışmaq istəyirsizsə bunu səhabələr temasında davam edə bilərik və mən sizə yazdıqlarımız sübutunu da gətirə bilərəm). Siz həmçinin yazırsız: Müaviyənin xəlifəlik dövrü müsəlmanlar üçün xeyirli oldu. Çünki onun xilafəti dövründə özbaşnalığa son qoyuldu. Siz (alimləriniz) heç Müaviyyəni haq xəlifə saymırsız, onu Əliyə qarşı etdiyi müharibəni nahaq sayırsız və deyirsiz ki, bunun müsəlmanlara xeyiri oldu. Müaviyyənin Əliyə lənət deməyi səhabələrə vacib etməsi onların xeyrinə idi? Məgər özbaşnalığın böyüyünü özü etmirdi. Deməli sizi Abu Hureyra(r.a)-nin bu hədisləri narahat edir.Mən sizə daha öncəki postda bunlara cavab yazmişdim.Həmçinin sizin kitablardan da bunu təsdig edən rəvayətlər gətirmişdim.Lakin,görünür bu sizə kifayət etmir.Siz hədisləri Guranla tutuşdurursuz,yoxsa öz aglinizla?Dediyiniz hədislərin bənzərləri Guranda və Sünnədə öz əksini tapibdir.Siz onda gərək Guranda deyilən “Garişgalarin danişmasi və Suleyman(a)-in bunu eşidib gülməsi”,”bəzi yəhudilərin meymuna döndərilməsi”,”Xizir tərəfindən Musanin tənə olunmasi,həmçinin Musa(r.a)-in bir Misirlini öldürməsi” və s. hadisələri də inkar edəsiz.Mən hələ buna bənzər hədislərdən danişmiram. Əzizim siz bəzi şeyləri çaşdırırsız. Mən yenə də sizə deyirəm ki, qarışqanın danışmasına və s. mən inanıram. Mən sizə başqa sual verdim, siz isə onun əsas son hissəsini silib əvvəlinə cavab verirsiz. Belə etməyin! Sualımı təkrarlayıram, siz də fikrinizi cəmləyin və onu başa düşməyə çalışın: Bu hədislərin yeganə ravisi Əbu Hüreyrədir. Belə çıxır ki, peyğəmbər bu hədisləri yalnız Əbu Hüreyrə üçün danışıb, o da peyğəmbərin vəfatından sonra bunları camaata çatdırıb. Çünki ondan başqa bu hədisləri nəql edən yoxdur. Bunu bizə başa salın, bu necə ola bilər ki, Əbu Hüreyrədən başqa onları heç kəs eşidim nəql etməsin? Misal gətirsəz yaxşı olar. Mən sizə əvvəlki postlarda bu haggda geniş yazmişam.Sizə dəlillərlə göstərdim ki,bütün alimlər və səhabələr onu duzgün,alim və abid bir səhabə olarag gəbul etmişlər. Sizin bir-iki hədisi izah etməyinizə ehtiyac yoxdur.Siz onsuzda hər şeyi istədiyiniz kimi yozmaga adət etmisiz. Siz Əhli Beyt məfhumunu istisamar etməkdə davam edirsiz.Bir adam ki,Ali(r.a), Həsən(r.a) və Hüseyn(r.a)-in fəzilətləri baradə hədislər rəvayət edə,belə adam onlara necə düşmən ola bilər? Mən də sizə həmin səhabələrin dediklərini (Əbu Hüreyrəni rədd etmələrini) həmin kitablardan sübut kimi gətirmişəm. Fikir verin ki, burada yalnız sizin kitablardan hədislər gətirilir. Eyni səhabələrin ayrı ayrı sözlərini qeyd edirik. Siz onların Əbu Hüreyrəni isləmələri haqda, mən isə onu rədd etmələri haqda hədislər gətiririk. Bu hədislərin ikisi də kitablarınızda mövcuddur. Belə halda sizə elə gəlmir ki, siz bir az düşünməlisiz, necə olur ki, bir insan həm onu qəbul, həm də rədd edir? Və necə olur ki, siz öz kitablarınızda Əbu Hüreyrə haqda olan yaxşı sözləri qəbul edirsiz, amma həmin kitablardan onun yalanları, pislikləri haqda olan məlumatları rədd edirsiz?
-
girin google.az və namaz sözünü yazın axtarışa basın. Allah köməyiniz olsun və sizi haqqa tərəf yönəltsin.
-
Послушайте, Вы же не русский!? Вы не знаете грамотно русского языка, поэтому пишите на родном (азербайджанском) языке. Суннитскому намазу я Вас обучать не буду, не хочу грех на душу брать, пусть ему Вас сунниты учат. Салам алейкум.
-
Kimisə harasa dəvət etmək istəyirsizsə bu haqda təzə tema açın və orada dəvət edin. Bu tema isə ərəblərlə sionist ABŞ və İsrailin qardaşlıq münasibətlərindəndir. Siz deyirsiz ki, peyğəmbərdə ərəb idi! Amma nədənsə yadınızdan çıxarırsız ki, peyğəmbərimiz vəfatından əvvəl əmr etdi ki, Hicazdan bütün yəhudi və nəsraniləri qovsunlar. Amma bu günki Səudiyyə hakimiyyəti peyğəmbərin dövlətini özəlləşdirib, ona öz Səudiyyə adını qoyub və orada ABŞ-ın, islamın ən böyük düşməninin hərbi bazalarının yerləşdirilməsinə icazə verir. ABŞ da Səudiyyənin ərazisindən rahatca digət islam dövlətlərinə hücum edir, müsəlmanları qətlə yetirir. Bunu edərkə onların heç Quran ayəsi yadlarına düşmür, Allah-təala deyir: Ey iman gətirənlər! Yəhudi və xaçpərəstləri (özünüzə) dost tutmayın! Onlar bir-birinin dostudurlar. Sizdən kim onlarla dostluq edərsə, o da onlardandır. Allah zalım tayfanı düz yola yönəltməz! (Maidə - 51)
-
Bu harada yazılıb axı? Şiə alimlərindən kim deyib ki, Əlinin adı quranda var idi və onu səhabələr oradan çıxarıblar? Hansı yekdil rəydən danışırsız ki, mən sizə Xomeyni və Lənkərani ağalardan Quranın təhrif olunmaması haqda dediklərini yazmışam. Həmçinin Kuleyninin hədisləri Quranla tutuşdurun deməsini qeyd etmişəm. Sizin Kafidən gətirdiyiniz hədislər zəifdir! Boş boş ittiham etməkdənsə mənim və Nardaraninin yazdıqlarımıza bir bir, hər punktuna cavab verin! O təhrif ləfzi (hərif və ya söz) təhrifi deyil, mənəvi (mənası) təhrif olunub deyir. Yani biz bir ayəni Əli (ə) haqda nazil olduğunu deyirik, amma siz deyirsiz ki, yox, o filankəs oğlu filankəs haqda nazil olub. İkimizdə ayəni oxuyub olduğu kimi qəbul edirik, amma mənasını isə fərqli anlayıb qəbul edirik. Bu da mənanın təfrifidir! Burda da mənanın təhrifindən gedir söhbət, Qurandan nəyisə çıxarıb, ya əlavə etməkdən yox. Amma siz qurandan nəyinsə çıxarılmasına həqiqətən də inanırsız, məsələn: Siz deyirsiz ki, rəcm ayəsi nəsx olunub? yalan deyirsiz, çünki Aişə bunu başqa cür deyir: O deyir: Rəcm və Riza Kəbir ayələri nazil olduqda biz onları bir kağıza yazdıq və o kağız mənim yastığımın altında saxlayırdım. Peyğəmbərin vəfatından sonra, biz yas saxlayanda keçə gəlib o kağızı yedi. Sünnən ibni Macə cild 2, səh 39 Karaçi çapı Əhmədin Müsnədi cild 6, səh 269 Beyrut çapı Təvil Müxtəlif əl Hədis səh 310 Beyrut çapı
