-
Публикации
224 -
Зарегистрирован
-
Посещение
Все публикации пользователя nardarani
-
Deyirəm əziyətən kecib. Bir o səhih dediyin sənədi mənə göstərə bilərsən? Tapsam göstərrəm. Sən yəqin Hakimi yenədə ne prav çıxarmaq qərarına düşmüsən. Əbəs yerə özünü yorma.Təfsirçilərin və hədis alimlərinin əksəriyyəti bu ayənin Əlinin (ə) haqqında nazil olmasını buyurmuşlar. Siyuti "Durrul-mənsur" təfsirində bu ayənin təfsirində İbn Abbasdan aşağıdakı hadisəni nəql edir: Həzrər Əli (ə) ruku halında idi. Bu vaxt bir dilənçi kömək istədi və Həzrət üzüyünü ona sədəqə verdi. Peyğəmbər (s) dilənçidən soruşdu: Bu üzüyü kim sənə sədəqə verdi? O, Əliyə (ə) işarə edərək dedi: " Bu rukuda olan kişi". Bu vaxt bu ayə (Maidə-55) nazil oldu. Məşhur əhli-sünnə təfsirçilərindən olan Carullah Zəməxşəri Kəşşaf təfsirində yazır: Bu ayə Əlinin (ə) haqqında nazil olmuşdur. Əli (ə) ruku halında ikən bir dilənçi kömək istədi və Həzrət üzüyünü ona verdi. (Kəşşaf-təfsiri, c-1. s-649.) Fəxri-Razi öz təfsirində Abdullah ibn Salamdan nəql edir: bu ayə nazil olanda Rəsulullaha (s) dedim: öz gözümlə gördüm ki, Əli (ə) ruku halında üzüyünü dilənçiyə verdi. Buna görə də biz onun imamətini qəbul edirik. Təbəri də Camiul-bəyan təfsirində bu ayənin Əli (ə) haqqında nazil olduğu təsdiqləyən çoxlu hədislər nəql etmişdir. (Camiul-bəyan. Təfsiri. c-6. s-186)
-
Mənbələrdə göstərilir ki, Əli(ə) öz əlinin zəhməti ilə sərvət sahibi olmuşdu və bu sərvəti Allaha yolunda sərf edirdi. Həzrətin minə yaxın qul azad etdiyi bildirilir. Həzrətin müharibə qənimətlərindən pay alır, xurma əkirdi. Odur ki, ona zəkatın vacib olması təccüblü deyil. Bundan əlavə zəkat kəlməsinin "müstəhəb sədəqəyə" aid edilməsi ilə Quranda tez-tez rastlaşa bilərik.
-
1. İbn Hənbəlin fətvası: İbn Cəmaət Şafei deyir: “Abdullah ibn Əhməd ibn Hənbəlin atasından nəql etdiyi bir xatirədə deyilir: “Atamdan, savab qazanmaq məqsədi ilə Peyğəmbərin (s) minbərini təbərrük edib, öpən bir kişinin əməlləri haqqında soruşdum. Atam cavabında: “Bunun heç bir eybi yoxdur” - deyə bildirdi”[“Vəfaul-vəfa”, c. 4, səh. 1414.]. “Əl-Camiu fil-iləl və mərifətir-rical” kitablarında isə həmin hədis bu şəkildə qeyd olunmuşdur: Atama dedim: “Bu kişi məlum əməlləri ilə Allaha yaxınlaşmaq niyyətindədirmi?” Atam: “Bunun heç bir eybi yoxdur” – deyə qəti fikrini bildirdi”[Əl-Camiu fil-iləl və mərifətur-rical”, c. 3, səh. 32]. 2. İbn əl-Üladan nəql olunduğuna görə İmam Əhməddən Peyğəmbərin (s) məzarını və minbərini öpmək haqqında soruşulduqda: “Bunun heç bir eybi yoxdur” – deyə fikrini bildirmişdir. İbn əl-Ula deyir: “Bu fətvanı İbn Teymiyyəyə göstərdim. O, Əhmədin bu sözünə təəcüblənərək dedi: “Təəccüblüdür! Ona böyük hörmətim var. Bu onun sözüdürmü?!”[Vəfaul-vəfa”, c.4, səh. 1414] Doğrusu, İbn Teymiyyənin Əhməd ibn Hənbəli kafirlikdə, müşriklikdə, günahlandırmaması təəccüb dоğurur. 3. Rəmli Şafeinin fətvası: “Əgər, təbərrük məqsədi ilə Peyğəmbərin (s), övliya və ya hər hansı bir alimin məzarına əl çəkilərsə, öpülərsə, bunun heç bir eybi yoxdur”[bu fətva “Haşiyətu Məvahibul-lədunniyyə” əsərində Əbu Ziyadan (vəfat-1087) nəql edilmişdir. Bundan başqa, Həmzavinin “Kənzül-mətalib” əsərində də (c. 33, səh. 219) qeyd edilmişdir]. 4. O, deyir: “Qəbrin üzərindəki sinə daşını öpmək və ləms etmək məkruh deyil. Övliya qəbirlərinin giriş qapılarını öpmək məkruhdur. Lakin təbərrük məqsədi ilə olarsa, heç bir eybi yoxdur və məkruh deyil. Atamın fətvası belədir... Fəqihlərin fikrincə, “Həcərül-əsvəd”i ləms edə bilməyən şəxs əsa ilə oraya işarə edib əsanın daşa tuşlanan tərəfini öpə bilər”. 5. Şəhabəddin Hənəfinin fətvası: O, “Şəfa” əsərinə yazdığı şərhdə “Qəbri öpmək, ləms etmək və bədəni ona sürtmək məkruhdur!” sözlərini izah edərkən yazır: “Bu fikir yekdil rəydir. Elə buna görə də Əhməd və Təbəri qəbri öpməyi, ona toxunmağı düzgün hesab edirlər”[Şərhuş-şifa”, c. 1, səh. 1; “Vəfaul-vəfa”, c. 4, səh. 1404; “əl-Qədir”, c. 5, səh. 134]. 6. Muhibbüddin Təbəri Şafeinin fətvası: Qəbri öpmək və ona toxunmaq düzgündür. Bu alimlərin və əməlisalehlərin getdiyi yoldur[Əsnəl-mətalib”, c. 1, səh. 331; “Vəfaul-vəfa”. c. 1, səh, 1407]. 7. İbn Əbu Seyf (Məkkənin şafei alimlərindən biri) deyir: “Quranı, hədis kitablarını və əməlisalehlərin qəbrini öpmək düzgündür (icazəlidir)”[Əl-Qədir”, c. 5, səh. 153.]. 8. Zərqani Malikinin fətvası: Qəbri öpmək məkruhdur. Əgər təbərrük məqsədi ilə olarsa, məkruh deyil. 9. İzami Şafei, İbn Teymiyyənin “Əməlisalehlərin qəbrini təvaf edən, ona toxunan şəxs ən böyük günah еtmişdir” fikri haqqında deyir: “O, naməlum sözlər danışır. Bir yerdə bu işi görənin ən böyük günah işlədiyini, digər yerdə şirk etdiyini söyləyir. Bir halda ki, hələ o dünyaya gəlməzdən əsrlər öncə bir çox görkəmli alimlər bu məsələlərə toxunmuş və hökmünü açıqlamışlar. Onun sözləri alimlərin sözlərinə tam ziddir. O, bir çox hallarda müəyyən məsələlərdə yekdil rəyin mövcudluğunu iddia etmişdir. Halbuki, yekdil rəy tamamilə onun qoyduğu məsələyə qarşıdır. Diqqətli tədqiqatçılar ondan öncə və sonra yaşayıb yaratmış insaflı elm adamlarının əsərlərinə diqqət yetirərlərsə, bizim sözümüzün doğruluğunu görərlər. Misal üçün, adi müsəlmanlar qəbri təvaf edir (ətrafına fırlanır) və ona toxunurlar. Amma elm adamları bu məsələyə nisbətdə üç mövqedə dururlar. Bəziləri qəti şəkildə icazəli hesab etmirlər. Bəziləri qəti şəkildə buna qarşı olsalar da haram hesab etmirlər. Bəziləri isə buna daha geniş şəkildə baxırlar. Belə ki, ziyarət etmək eşqi hədsiz olan birinin bu işləri görməsini təbii qarşılayırlar. Əks təqdirdə isə qəbir ətrafına fırlanmağı, ona toxunmağı əxlaqi baxımdan müsbət hal hesab etmirlər”. Vəhhabilərin müsəlmanları kafirlikdə ittiham etdikləri məsələlərə nəzər salsaq, görərik ki, onların müddəaları iki müqəddimədən (hökmdən) ibarətdir. Hansı ki, kiçik müqəddiməsi (fərdi hökmü) yanlış, böyük müqəddiməsi (ümumi hökmü) isə doğrudur. Böyük (birinci) müqəddimə belədir: Allahdan qeyrisinə edilən hər bir ibadət şirkdir (doğrudur). Kiçik (ikinci) müqəddimə isə belədir: Ölünü və ya (hər hansı səbəbdən) yanımızda olmayan şəxsi səsləmək, qəbrin ətrafına fırlanmaq (təvaf etmək), ona əl sürtmək, ölü üçün qurban kəsmək, ona nəzr etmək Allahdan qeyrisinə ibadət etməkdir. (Bu müqəddimə (hökm) tamamilə yanlışdır)[Fürqanul-Quran”, səh. 133.]. 10. İbn Həcər deyir: “Bir çox fəqihlər “Həcərül-əsvəd”i öpmək icazəli olduğu üçün ehtirama layiq olan hər bir insanın və ya əşyanın öpülməsinin icazəli olduğu qənaətinə gəlmişlər”[Vəfaul-vəfa”, c. 4, səh. 1405]. 11. Şeyx İbrahim Şafei deyir: “Qəbri öpmək onun üzərinə əl vurmaq məkruhdur. Lakin bu əməllər təbərrük məqsədi ilə olarsa, tamamilə düzgündür (məkruh deyil)”[Şərhu fiqh əş-Şafei”, c. 1, səh. 276; “əl-Qədir”, c. 5, səh. 154]. 12. Şeyx Həmzavi Maliki deyir: “Şübhəsiz ki, Peyğəmbərin (s) qəbrini öpmək yalnız təbərrük məqsədi daşıyır. Bu əməl düzgünlük baxımından övliyaların qəbrini təbərrük məqsədi ilə öpməkdən daha çox əhəmiyyətə malikdir”[Kənzül-mətalib”, səh. 20; “əl-Qədir”, c. 5, səh. 154; “Məşariqül-ənvar”, c. 1, səh. 140]. 13. “Kəşfül-irtiyab”, “Fətava əl-qəraib”, “Mətalibül-möminin” və “Xəzanətur-rəvayət” kitablarında deyilir: “Valideynin qəbrini öpmək icazəlidir. Buna sübut Peyğəmbərlə (s) bağlı nəql olunan bir rəvayətdir. Rəvayətə görə, bir kişi Peyğəmbərin (s) yanına gəlib dedi: “Ey Allahın rəsulu! Mən and içmişəm ki, Behiştin astanasını və hurinin alnını öpüm”. Peyğəmbər (s) isə ona anasının ayağını, atasının isə alnını öpməsini tapşırıdı. - Ey Allahın rəsulu, valideynlərim diri deyillərsə necə? - Qəbirlərini öp! - Qəbirlərini tanımıramsa necə? - İki xətt çək. Onlardan birini atanın, digərini isə ananın qəbri hesab et. Onları öp, andını pozma!”[Kəşfül-irtiyab”, səh. 350]
-
Təqiyyənin lüğəti mənası Firuz Abadi(vəfatı 817-hicri) deyir: اتقيت الشيء، وتقيته أتقيه... : حذرته "Bir şeydən təqiyyə etdim yəni: həmin şeydən özümü qorudum" القاموس المحيط، ج 1 ص 1731 Cöhəri deyir: والتقاة:التقيّة "«تقاة» kəlməsi(Quranda gəlib) təqiyyə mənasındadır" الجوهري، إسماعيل بن حماد، (متوفاي393هـ)، الصحاح تاج اللغة وصحاح العربية، ج6، ص2527،
-
Bu barədə ayrıca mövzu açdım
-
Salam. Ümüdvaram ki, müxaliflərim mövzudan kənara çıxmamaq şərtilə mənimlə bu mövzu ətrafında mübahisə edə biləcəklər. İnşəallah təqiyyənin halal olmasını sübüt edəndən sonra sizi başqa mövzulara dəvət edəcəyəm. İlk öncə təqiyyənin neyə əsasən haram olmasını müxaliflərimdən öyrənmək istərdim.
-
abubakr-mescidi.com---Forum---01 fevral 2009---3---07 yanvar 2009 12:14 Zehmet olmasa telesin. Ola bilsin xeber tutub "delete" eder. Onlarda bu soz moddadir: Sheyx menim bu sualim fitneye sebeb olursa "delete" edin. Təşəkkür
-
Abu Sufyan ordusu Zəhmət olmasa Qamətin harda həmin hədisə cavab verdiyini mənə göstərin.
-
буду болеть за Голландию
-
salahuddin Sən bilməmiş olmarsan ki, bu rəvayətin səhih sənədi yoxdur. O ki, qaldı Peyəgəmbərin qızlarına. Bəli belə bir şeyi irəli sürənlər var. Bəziləridə Peygəmbərin Fatimədən başqa qızı olduğunu qəbul edir. Amma onların Osmanda ərdə olmasını yox. Bunlar "Təəssüb və ğuluv" deyil Tarixin şıltaqlıgıdır.
-
salahuddin Səndən 2-şeyi dəqiqləşdirməyini istəmişdim. Yəqin yadınnan çıxıb. Yazdıqlarını məntiqlə yox nəqli dəlillərlə möhkəmləndirsəydin sənə bərəkallah deyərdim! İndi isə mənim məntiqimə və nəülimə qulaq ver. Bəşər Tarixi həmişə siyasətçilərin və hökmdarların tərifinə məruz qalıb. Tarixə edilmiş zülmlər İslam Tarixindən də yan keçməyib. İslam ölkələri həmişə sünnü məzhəbindən olan şəxslərin hakimiyyəti altında olub. Və yaxud sünnülərə meyilli və ya onlarla əməkdaşlıqa edən insanlar təsiri altinda. Belə bir zamanda da İslam Tarixi yazılıb. Bu səbəbdən Şiənin əksinə əfsanələr Tarix kitablarında doludur. İslam Tarixində olan əfsanələrdən biri də Ömərin Ummu Gülsümü almaq məsələsidir. salahuddin Şiə alimləri bu icdivac barədə müxtəlif fikirlər irəli sürmüşlər. 1. Bəziləri Həzrəti Zəhranın Ümmü Gülsüm adda qızının olmasını inkar etmişlər. ليس لصديقة الطاهرة بنت غير السيدة زينب. و انّها تكنّا بأُمّ كلثوم. كما ذكرنا اليه بعض المحققين. و علي ايّ حال فإنّي اذهب بغير تردد اذا ان الصديقة الطاهرة الزهراء ليس عندها بنت تسمّي بأُم كلثوم حياة سيدة النساء فاطمة الزهرا سلام الله عليها، ص 219 "Sidiqeyi Tahirənin Zeynəbdən başqa qızı olmayıb. Və onun künyəsi Ümmü Gülsüm olub. Bəzi mühəqqiqlər də bu fikirdədirlər. Hər halda mən tərəddüd etmədən deyirəm ki, Sidiqeyi Tahirənin Zeynəbdən başqa qızı olmayıb" 2. Bəziləri belə bir izdivacın olmasını inkar etmişlər. Bu əqidə də olan alimlərdən Şeyx Müfidi və Nasir Hüseyn Al-Handini misal kimi göstərmək olar. İndi sənə yəqin aydın oldu niyə Al-Fatih-də belə bir izdavacın olmamasını deyir. 3. Bəziləri belə bir izdivacın baş verməsini qəbul edir amma zor gücünə. Bu barədə Seyid Murtəza (رضوان الله تعالي عليه ) özünün تنزيه الأنبياء kitabının 191 ci səhifəsində yazır: أنّه ( عليه السلام ) ما أجاب عمر إلى انكاح بنته إلا بعد توعد وتهدد... "İmam Əli(ə) ona müsbət cavab vermədi, lakin onun zor və təhdidindən sonra..." O ki, qaldi Müstərdrəkdən getırdiyin hədisə əl-Hakimin "Müstədrək" əsərindəki hədis: salahuddin deyəsən axı Zəhəbinin bu hədiz barədə belə bir sözü var. هذا منقطع Beyhəqqidə deyib ki: هذا مرسل
-
Salamlar. Gorurem bu movzu bosh yere uzanmaqdadir. Salahuddinde hemisheki kimi, qatigin qara olmasinda israr edir. Ummu Gulsumun Omere ere getmekliyi ile Ehli-Sunne demek isteyir ki, Hz.Ali(e)-ile Omerin munasibetleri normal olub. Lakin biz Shieler bu hadisenin bash vermesini qebul etsek bele bu ishin(evlenmenin) zor ve tehdidi gucune bash vermesini deyirik. Buna subut olaraq hem oz menbelerimizden hem de Ehli-Sunne menbelerinden delillerimiz var. salahuddin senin getirdiyin delillerde uzagi bu hadisenin bash vermesine subut ola biler. Eger bashqa revayetlere baxsaq gorerik ki, bu hadise zor ve tehdid gucune olub. Ashagida ki, yazdiqlarini deqiqleshdirmek isterdim Bu revayetin deqiqi menbeyi nedir? Buradda ne yazilib? Ve bu hedisi niye getirdin?
-
Samir Aliyev Siz menim Sadiq ve Siidq movzusunda cavablandirdigim meselere yene toxundunuz. Yuxarda yazdiqlarinizi birce-birce redd edilib. MEN GETIRDIYIM DELILLERI INKAR EDE BILMEDIYINIZ HALDA sen bashqa zeif revayetlere al atdin. Men ise hemin movzuda sene dedim ki, gel revayetleri bir bir arashdiraq. Amma senden ses chixmadi. Indi ise tullanna -tullana gelib bu movzuda eyni sheyleri yazirsan. Dinivuz yoxdursa kishiliyiniz olsun. MENCE KISHILIK HER YERDE INSANA LAZIM OLAN XISLETDIR. ISTER HEYATDA ISTERSEDE VIRUAL ALEMDE. O ki, qaldi bu meseleye. Bu meselede oz cavabini gozleyir. Bu barede movzu achiq qalib ve kitablarda zikr olunan revayetlerin zeif olma subutunu siz terefden gozleyir.
-
Təqlid - fiqhi məsələlərdə cahilin alimdən təqlid etməsi kimi - bir çox yerlərdə bəyənilən olmasına baxmayaraq, bəzi yerlərdə düzgün hesab edilmir və əqli və dini baxımdan məzəmmət olunmuşdur. Məsələn, cahilin cahildən təqlid etməsi, alimin öz tədqiqatlarının nəticəsinin əksinə olsa belə digər alimdən təqlid etməsi və s. Elə buna görə də Qurani-kərim buyurur: "Onlara: "Allahın nazil etdiyinə və Peyğəmbərə tərəf gəlin!" - deyildiyi zaman: "Atalarımızın getdiyi yol bizə yetər", - deyə cavab verirlər. Bəs ataları heç bir şey bilməyib doğru yolda deyildilərsə necə?!" "(Ya Rəsulum!) Biz səndən əvvəl hər hansı bir məmləkətə (Allahın əzabı ilə) qorxudan bir peyğəmbər göndərdiksə, onun naz-ne’mət içində yaşayan böyükləri (varlıları) sadəcə olaraq: "Biz atalarımızı bir din üzərində gördük və biz də (təqlidlə) onların ardınca getməkdəyik!" - dedilər" . Üzləri odda (o tərəf-bu tərəfə) çevrildiyi (haldan-hala düşdüyü) gün onlar: "Kaş Allaha müt’i olaydıq, Peyğəmbərə itaət edəydik!" - deyəcəklər. Onlar deyəcəklər: "Ey Rəbbimiz! Biz ağalarımıza, böyüklərimizə itaət etdik, onlarsa bizi haqq yoldan azdırdılar. Ey Rəbbimiz! Onlara ikiqat əzab ver, onları böyük bir lə’nətə (əzaba) düçar elə!" Peyğəmbər (s) buyurmuşdur: "Xalq yaxşı iş görərsə, biz də görəcəyik, xalq zülm edəcəksə, biz də edəcəyik - deyən ümmətlərdən olmayın! Amma daim hazır olun ki, xalq yaxşı iş gördükdə siz də görün! Pis iş gördükdə isə görməyin".
-
Moderatordan bu movzunun baglanmasini xahish ediremş Movzu ozunde hechne ekis etmir ve muellif terefden ortaya hechne qoyulmayib.
-
ƏBUlHƏSƏN Şəxsən mən Ömərin öz dilindən "Peyğəmbər sayıqlayır" deməsi rəvayətini görməmişəm. Ola bilsin var amma mənim xəbərim yoxdur. Lakin Peyğəmbərin yatağının ətrafında etiraz edənlərdən ən məşhuru Ömərdir. Bu bizə digər rəvayətlərdən məlum olur. Ən azı Ömərin "Peyğəmbərə xəstəliy güc gəlir" deçəsi məlumdur. Sayiqlayır deməsi ilə İbn Abbasdan gələn rəvayətdən məlum olur. Bununla belə mən artıq 3-dəfə deyirəm ki, Ömərin orda hansı sözü işlətməsi yox onun etirazınln doğru və düzgün olub olmaması müzakirə obyektidir. Və sən ƏBUlHƏSƏN-nin bu barədə yazını gözləyirəm. أخرجه البخاري بسنده إلى عبيد الله بن عبد الله بن مسعود عن ابن عباس . قال : لما حضر رسول الله صلى الله عليه وآله وفي البيت رجال فيهم عمر ابن الخطاب . قال النبي صلى الله عليه وآله : " هلم اكتب لكم كتابا لا تضلوا بعده . فقال عمر : ان النبي قد غلب عليه الوجع ، وعندكم القرآن ، حسبنا كتاب الله . فاختلف أهل البيت فاختصموا ، منهم من يقول : قربوا يكتب لكم النبي كتابا لن تضلوا بعده ، ومنهم من يقول : ما قال عمر ، فلما أكثروا اللغو والاختلاف عند النبي قال لهم رسول الله صلى الله عليه وآله : قوموا ( عني خ ل ) - قال عبيد الله بن عبد الله بن مسعود - : فكان ابن عباس يقول : ان الرزية كل الرزية ما حال بين رسول الله وبين أن يكتب لهم ذلك الكتاب من اختلافهم ولغطهم . أه بنصه "Buxari Әbdullaһ ibni Mәsuddan rәvayәt edir ki, İbni Abbas dedi: Peyğәmbәrin vәfatı yaxınlaşan zaman bөyuk şәxsiyyәtlәrdәn çoxu, o cumlәdәn Өmәr ibni Xәttab Peyğәmbәrin evindә idi. Peyğәmbәr (sәllәllaһu әleyһi vә aliһi vә sәllәm) buyurdu: Ҝәlin, sizin uçun bir kağız yazım ki, mәndәn sonra һeç vaxt yolunuzu azmayasınız. Өmәr dedi: Onun xәstәliyi şiddәtlәnmişdir! Qur”an әlimizdәdir. Allaһın kitabı bizim uçun kifayәtdir! Bu zaman orada olanlar bir-biri ilә mubaһisәyә başladılar. Bә”zilәri deyirdilәr: Yaxına ҝәlin, Peyğәmbәr sizin uçun bir fәrman yazsın ki, ondan sonra azğınlığa duşmәyәsiniz. Diҝәr bir qrup isә Өmәrin sөzunu tәkrar edirdilәr. Onların boş vә biһudә sөzlәrindәn yaranan qarışıqlıq çoxalmağa başlayanda Peyğәmbәr (sәllәllaһu әleyһi vә aliһi vә sәllәm) buyurdu: Qalxın (vә evdәn çıxın)! Әbdullaһ ibni Mәs”ud yazır: İbni Abbas dedi: Bundan da bөyuk musibәt ola bilәrmi ki, onların ixtilafları vә boş-boş danışıqları Peyğәmbәrin bu fәrmanı yazmasına mane oldu"
-
Şiələr İmamın qəbrini Əhli-Betə sevgisini nümayiş etdirmək və ona təvəssül etmək məqsədi ilə zirayət edirlər. Necə ki, böyük sünnü alimləri bunu ediblər. İbn Həbban deyir: “Əli ibn Musa ər-Rza (ə) Tus şəhərində Məmun Abbasinin ona içirtdiyi (zəhərli) şərbət nəticəsində dünyasını dəyişərək şəhid oldu. Onun məzarı böyük ziyarətgahdır. Mən o həzrətin (ə) məzarını dəfələrlə ziyarət etmişəm. Tusda olduğum zaman qarşıya hər hansı bir problem çıxdıqda Əli ibn Musa ər-Rzanın (ə) qəbrini ziyarət və problemimin həlli üçün dua edərdim. Nəticədə duam qəbul, problemim həll olardı. Tusda olduğum müddətdə bunu dəfələrlə təcrübədən keçirtdim. Allah, bizi bu dünyadan Məhəmməd (s) və onun Əhli-beytini (ə) sevərək .rsın” Bax; Kitabus-siqat”, c. 3, səh. 402; “əl-Ənsab, Səm`ani”, c. 1, səh. 517 Məhəmməd ibn Müəmmil deyir: “Hədisşünas alim Əbu Bəkr Xüzeymə, yaxın dostu İbn Əli əs-Səqəfi və bir çox görkəmli elm adamları ilə birgə Tus şəhərinə, İmam Əli ibn Musa ər-Rzanın (ə) məzarını ziyarət etməyə getdik. Mən İbn Xüzeymənin bu məqbərəyə göstərdiyi ehtirama və oradakı yalvarışlarına heyran qalmışdım"
-
Əssələmu aleykum! Qardaşım dinin məqsədi ki var bizim getdiyimiz yol bax odur!Şeytan bizi bu məqsəddən ayırmaq istəyir! Təsəvvür et ki Baksovetdən Yasamala getməlisən!(məqsədin Yasamala getməkdir)! Elmlərə çatanda biri söz atır və səni söhbətə "Əhmədliyə çağırır" və sən söhbətə gedərək öz yolundan qalırsan!(nəticə etibarı ilə öz "məqsədindən" ayrılırsan!) Bax şeytan da belədir sən İslam yolu ilə getdiyin zaman səni kənardan qıcıqlandırır və sən ona cavab vermək üçün yoldan kənara çıxırsan, ki şeytanın da istədiyi elə budur!Yaddan çıxartmayaq ki yenidən yola qayıtma şansımız çox azdır!(çünki yoldan çıxdıqdan sonra Allah bilir ona qalib gələ bilərik yaxud yox) Allah bizi öz yolundan azdırmasın!Bilmirəm fikrim çatdı ya yox..... Məncə elimi mübahisələ .rmaq şeytanın yox, Allahın istədiyi əməldir. Lakin ümumən bu movzuların bəzi elmdən və mərifətdən uzaq insanlar tətəfindın .rılması, artıq fitnə və ortada kin, kidurətin yayılmasına rəvac tapır. Bu səbəbdən fikirləşirəm ki, savadsız və öz tudduğu yolun 5% dərk etməyən yüzerlərin pravaksion söhbətlərini iqnor etmək lazımdır.
-
Sahibuzzaman Salam Dostum. Düzgün irad tutmusan. Bu iradın bir başa mənə də aiddir. Lakin sən helə təsəvvür etmə ki, nardaranı bundan qəflət edib. Xeyr! Sadəcə neçe illərdi tәәssüflә qeyd etmәliyik ki, bəzәn elә şәxslәr tapılır ki, onlar baş verәn danılmaz һәqiqәtlәri başqa yerә yozan dar düşüncәli vәһһabilәrin tәһriklәri vә zәһәrli tәbliğatları ilә elә nәzәriyyәlәr irәli sürürlәr ki, һәm өzlәrinin abır-һeysiyyәtlәrini .rır, һәm dә bizi zәһmәtә, mәşәqqәtә salırlar. Biz də məcbur oluruq bunları cavablandırmağa.
-
ƏBUlHƏSƏN Burada mübahisə mövzusu Ömərin Peyğəmbərin əmrinə qarşı çıxmasıdır. İndı sən deyirsən ki, Ömər orda deyib ki: ان النبي قد غلب عليه الوجع "Həqiqətən Nəbiyə xəstəlik qəlbə çalmışdır" Biz isə deyirik ki: Ömər deyib ki: ان النبي يهجر "Həqiqətən Nəbi sayıqlayır" Hər nəisə nətıcə etibarı ilə Ömər Peygəmbərin əmrinə müxalif oldu ya yox? حدثنا عبد الله حدثني أبي ثنا وكيع ثنا مالك بن مغول عن طلحة بن مصرف عن سعيد بن جبير عن بن عباس قال Y يوم الخميس وما يوم الخميس ثم نظرت إلى دموعه على خديه تحدر كأنها نظام اللؤلؤ قال قال رسول الله صلى الله عليه وسلم ائتوني باللوح والدواة أو الكتف أكتب لكم كتابا لا تضلوا بعده أبدا فقالوا رسول الله صلى الله عليه وسلم يهجر ( 1637 ) حدثنا إسحاق بن إبراهيم أخبرنا وكيع عن مالك بن مغول عن طلحة بن مصرف عن سعيد بن جبير عن ابن عباس أنه قال Y يوم الخميس وما يوم الخميس ثم جعل تسيل دموعه حتى رأيت على خديه كأنها نظام اللؤلؤ قال قال رسول الله صلى الله عليه وسلم ( ائتوني بالكتف والدواة ( أو اللوح والدواة ) أكتب لكم كتابا لن تضلوا بعده أبدا ) فقالوا إن رسول الله صلى الله عليه وسلم يهجر Müslüm “Sәһiһ” kitabının “vәsiyyәtlәr” bөlmәsindә Sәid ibni Cübeyrdәn, o da İbni Abbasdan belә nәql etmişdir: Aһ, o cümә axşamı! Necә cümә axşamı idi?! (O qәdәr ağladı ki, gөzlәrinin yaşı üzünә axdı. Sonra dedi:) Peyğәmbәr (sәllәllaһu әleyһi vә aliһi vә sәllәm) o gün buyurdu: Qoyun dәrisi vә mürәkkәb (başqa bir nüsxәdә: lөvһә vә mürәkkәb) gәtirin, sizin üçün bir fәrman yazım ki, mәndәn sonra azğınlığa düşmәyәsiniz. Sәһabәlәr dedilәr: Peyğәmbәr sayaqlayır! Әһmәd Һәnbәl bu һәdisi һәmin sөzlәrlә “Müsnәd” kitabının 1-cildinin 355-ci sәһifәsindә, һabelә sair bөyük sünnü müһәddislәri dә başqaları da өz “Sünәn” kitablarında qeyd etmişlәr
-
Dinin məqsədi insan yetişdirməkdir.Qur`аni-kәrimdә pеyğәmbәrlәrin göndәrilmәsindә әsаs mәqsәdin insаnlаrın tә`lim vә tәzkiyәsi оlduğu bildirilir. Bә`zi аyәlәrdә tәzkiyә, bә`zilәrindә isә tә`lim birinci qеyd оlunur. Bu iki söz, yә`ni “tә`lim vә tәzkiyә” dilimizә “tә`lim vә tәrbiyә” kimi dә tәrcümә оlunа bilәr. Bаşqа sözlә, “tәzkiyә” dеdikdә “tәrbiyә” nәzәrdә tutulur. İnsаn bu tә`lim vә tәrbiyәyә dini mааrifә yiyәlәnmәdәn vә yа pеyğәmbәrlәrin kömәyi оlmаdаn nаil оlа bilmәz.
-
Sahibuzzaman Salam Dostum. Mən bu sualı özündə bəlkə hiss etmisənsə mübahisə etməyə görə verməmişdim. Sadəcə hədisi görəndə təccübləndim. Lakin sən verdiyin izah məni tam qane etmədi. سَجَدَ بِالنَّجْمِ cümləsini istəsəm də sən deyən mənaya fırlada bilmirəm
