Savadsiz
Members-
Публикации
406 -
Зарегистрирован
-
Посещение
Все публикации пользователя Savadsiz
-
Şafi məzhəbinə görə caizdir.
-
Quran məntiqi ilə Allaha şərik qoşmuram, sələfi məntiqi ilə şərik qoşuram. Çünki sələfi məntiqi ilə ALLAH Quranda Özünə şərik qoşur. Elə Al Tahir birini yazdı. Digərini isə digər mövzuda mən yazmışam http://forum.bakililar.az/index.php?s=&...t&p=2462920
-
Hə əziz forum oxuyucuları....... Bir daha vahabilərin əqillərində ciddi nöqsan olduğu ortaya çıxdı. Əks halda Al Tahirə cavab verə bilərdilər.....
-
Al Tahir məntiqli yazır. Firat, sən yazmısan ki, Allahdan başqasından istəmək şirkdir, o da qarşılıqlı yazıb ki, Allah şirk edir. İndi sən sələfi ağlını bir yana qoy, sağlam ağıl ilə düşün.
-
http://abna.ir/data.asp?lang=10&Id=185686
-
Sən nə dediyini özün başa düşəndə, başqalarına da deyərsən. OK?
-
Bu müzakirə olunub, ona görə yenə də təkid edirəm ki, mövzu bağlansın! Müzakirələr: http://forum.bakililar.az/index.php?showtopic=58340 http://forum.bakililar.az/index.php?s=&...t&p=2462920 http://forum.bakililar.az/index.php?s=&...t&p=2467507 http://forum.bakililar.az/index.php?s=&...t&p=2468369 http://forum.bakililar.az/index.php?s=&...t&p=2468858 və s........
-
Bəlkə sizin əqidədə NÜBUVVƏT yoxdur, ona görə məsləhət bildim məlumatlanasan http://al-shia.my1.ru/dersler/eqaid/12.htm http://al-shia.my1.ru/dersler/eqaid/13.htm http://al-shia.my1.ru/dersler/eqaid/14.htm http://al-shia.my1.ru/dersler/eqaid/15.htm http://al-shia.my1.ru/dersler/eqaid/16.htm http://al-shia.my1.ru/dersler/eqaid/17.htm
-
Al Tahir, yola ver getsin )) Məni necə "yola verirdilər" Allah güldürsün səni ay Firat. Bəlkə qaçmaq deyərlər ona )) Firat forumda təzəsən görürəm. amma Koroğlu kimi hoppandın atdan, elə bil nəsə edəcəksən. Sən dünən qeydiyyatdan keçibsən, hərdən bizim profilə də bax gör nə qədər sələfini yola vermişik Hər məlumatsız olduğumuz peyğəmbərə "peyğəmbər deyil" deyə bilmərik. Bunu sənə hələ öyrətməyiblər? yoxsa peyğəmbərlərin az qismini (adlarını bildiklərimizi) qəbul edib, digərlərini rədd edirsiz? Sizin əqidədə belə olanlar müsəlman sayılır?
-
Tariq surəsinin ilk ayəsidir بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ وَالسَّمَاءِ وَالطَّارِقِ And olsun göyə və gecə gələnə! (Gecə peyda olub gündüz qeyb olana!)
-
Salamu aleykum ))) Sən Məhəmməd peyğəmbərdən (s) kömək istəmə, get ibn Abdulvahhabin əsasından istə )) Bu suallara cavab verilib. forumun arxivini axtar. təkrar yazmağa ehtiyac yoxdur. MÖVZU BAĞLANSA YAXŞIDIR
-
Hanbali, avazın yaxşı gəlir, oxuduğun Quran deyil: اقم الصلاة لدلوک الشمس الی غسق اللیل و قرآن الفجر ان قرآن الفجر کان مشهودا “Gün batandan qaranlıq düşənədək namazını qıl. Və habelə səhər namazını və səhər namazında hamı hazır olsun.” AYӘNİN TӘFSİRİ Allah-taala ilk növbədə, bu ayə ilə Peyğəmbərə (s) namaz qılmağı əmr edir. Həmin namaz – zöhr, əsr, məğrib və işa və sübh namazı olan gündəlik namazlardır. Sonra Allah-taala bu namazların qılınma vaxtını zöhr (günəşin zenit nöqtəsi), axşam (gecə), səhər kimi üç vaxtda təyin edərək Peyğəmbərinə bəyan edib buyurur: لدلوک الشمس (Li dulukiş şəms) Bu zöhr vaxtıdır. Günəşin zenit nöqtəsinə addadığı vaxt. Məğribə qədər davam edən bu müddət zöhr və əsr namazları üçün müştərək vaxt hesab edilir. Sadəcə olaraq, zöhr əsrdən əvvəl gəlir. الی غسق اللیل (ila ğəsəqil-ləyli)– ifadəsi isə “gecə qaranlıq düşənədək” mənasını verir ki, bu da məğrib və işa namazlarının vaxtının qurtarmasına işarə edir. غسق (Ğəsəq) kəlməsi zülmətin cəm olması və gecə yarısını bildirir. Yəni ayədən çıxan mənaya görə, məğrib və işa namazlarının vaxtı gecə yarısında qurtarır. Həmin zaman çərçivəsi bu namazlar üçün müştərək vaxt hesab edilir. Sadəcə olaraq, məğrib namazı işa namazından əvvəl qılınır. İmam Razi bu ayənin təfsirini belə açıqlayır: غسق ( Ğəsəq) kəlməsi qaranlığın düşməsi kimi təfsir edilsə bu, məğrib namazının vaxtına işarə edəcəkdir. Günəşin zenit nöqtəsinə addaması da zöhr və əsr namazlarının vaxtına dəlalət edir və bu vaxt çərçivəsi həmin namazlar üçün müştərək vaxt hesab edilir. Məğribin başlanması məğrib və işa namazlarının vaxtı olub onların arasında müştərək vaxt kimi hesab edilir. Bu da zöhr və əsr, məğrib və işa namazlarının ardıcıl qılınmasının düzgün olduğunu deyir. و قرآن الفجر (“Və quranəl-fəcri”) isə sübh namazının vaxtıdır. ان قرآن الفجر کان مشهودا (“innə quranəl-fəcri kanə məşhudən”) Yəni: “Gecə və gündüz məlaikəsi sübh namazının vaxtına şəhadət verir.” Allah-taala digər ayədə buyurur: اقم الصلاة طرفی النهار وزلفا من اللیل ان الحسنات یذهبن السیـئات ذلک ذکری للذاکرین “Günün başlanğıcında, sonunda, və gecənin vaxtında namaz qıl ki, həqiqətən yaxşılıqlar pislikləri aradan qaldırır. Bu, öyüd alanlara bir öyüddür.” Hud 114 AYӘNİN TӘFSİRİ Fəqihlər və təfsir alimləri bildirmişlər ki, bu ayədə qeyd edilən namaz gündəlik qılınan beş vacib namazı nəzərdə tutur. Ayədən göründüyü kimi, burada namazın yalnız üç vaxtı bildirilir. Yəni, طرفی النهار (tərəfeyin-nəhar) - günün başlanğıcı və sonu - deməklə iki vaxt göstərilir. Naharın birinci tərəfi - günün başlanğıcı sübh namazının vaxtı, naharın ikinci tərəfi - günün sonu isə zöhr və əsr namazlarının vaxtıdır və bu vaxt da günəşin zenit nöqtəsini addaması ilə başlayıb günün sonunadək, günəşin qürubunadək davam edir. Həmin zaman çərçivəsi zöhr və əsr namazları üçün müştərək vaxt hesab edilir. وزلفا من اللیل (və zuləfən minəl-ləyli) (gecə vaxtı); bu da üçüncü vaxtdır ki, məğrib və işa namazları üçün müştərək vaxt kimi təyin edilmişdir. Həmin vaxt ölçüsü günəşin qürub etməsindən (məğrib) ta gecə yarısınadək davam edir. Әlbəttə ki, burada da məğrib namazı işa namazından əvvəl qılınır. Daha bir Quran ayəsinə nəzər salaq: فاصبر علی ما یقولون و سبح بحمد ربک قبل طلوع الشمس و قبل الغروب و من اللیل فسبحه و ادبار السجود “Hər nə deyirlər, səbr et və Rəbbinə günəş doğmadan və günəş batmadan öncə sitayiş et. Və eləcə də gecənin bir bölümündə və hər səcdədən sonra Ona sitayiş et.” (Qaf 39-40) AYӘNİN TӘFSİRİ Fəqihlər və təfsir alimləri bu ayəni araşdıraraq bildirmişlər ki, Allah-taala burada beş vacib namazlara işarə etmişdir. Həmin ayələrə diqqətlə nəzər yetirsək görərik ki, burada da namazların məhz üç vaxtda qılınması bəyan edilir: قبل طلوع الشمس (qəblə tuluiş-şəmsi) (günəş doğmadan); bu, sübh namazının vaxtı olub, günəş çıxanadək davam edir. و قبل الغروب (və qəbləl ğurubi) (günəşin batmasından əvvəl); bu da zöhr və əsr namazlarının müştərək vaxtıdır ki, günəş batanadək davam edir. و من اللیل فسبحه (və minəl-ləyli fəsəbbihu) (və gecənin bir bölümündə Ona sitayiş et); yəni gecənin bir (ilk) hissəsində namaz qıl. Gecənin ilk hissəsində qılınması vacib olan namaz məğrib və işa namazlarıdır və bu vaxt çərçivəsi qeyd olunan namazlar üçün müştərək vaxt kimi təyin edilmişdir. و ادبار السجود (və ədbarəs-sücudi) (və hər səcdədən sonra Ona sitayiş et); yəni vacib səcdələrdən sonra Allaha sitayiş et. Təfsir alimlərinin bildirdiklərinə görə buradakı vacib səcdələr məğrib və ya işa yaxud da gecə namazının səcdələrinə işarə edir. Әziz oxucu, ayələrdən sənə aydın oldu ki, gündəlik vacib namazlar üç vaxtda təyin edilmiş və iki namazı (zöhr və əsr, məğrib və işa) ardıcıl olaraq qılmaq caizdir (düzgündür). Sözsüz ki, bu namazların ayrı-ayrılıqda qılınması vacib olsaydı, Allah-taala öz kitabında həmin beş vaxta işarə edərdi.
-
Hanbali, yer nə formadadır ki nəzərincə? Buyur yaz!
-
Sən ümumiyyətlə yuxarıda gətirdiyim hədisləri qəbul edirsən? Hə ya yox? Mən əlavə olaraq, Məclisə gəldikdə, peyğəmbər yasaqlayıb? Yox: Allahın Rəsulu (s) buyurdu: "Xəttab oğlu! Onlarla işin olmasın, çünki dərdləri təzə, gözləri yaşlı, canları müsibətə düçar olubdur" ("Müsnəd"i-Əhməd, 1/273, 408 və bu məzmuna yaxın, s. 333). O ki qaldı ah naləyə. O baxır niyyətə: "Sünən"i Tirmizidə belə nəql olunur: -Cabir ibn Əbdüllah deyir: -Peyğəmbər (s) Əbdürrəhman ibn Övfun əlindən tutub onunla birlikdə oğlu İbrahimin yastığına yaxınlaşdı. Canvermə halında olan uşağı qucağına alıb dizinin üstünə qoyaraq ağlamağa başladı. Əbdürrəhman ibn Övf dedi: -Siz ağlayırsınız? Məgər siz deyildinizmi bizi ağlamağa qoymayan?! Peyğəmbər (s) buyurdu: "Xeyr, mən iki dəstənin, günahkar axmaqların və səfehlərin ahu-fəğan və fəryad etməsindən çəkindirmişdim sizi. Çünki, onlar müsibət gördükdə, üzlərini və yaxalarını cırır, şeytani nalələr çəkirlər" ("Sünən"i Tirmizi, 4/ 226, "Cənaiz" kitabı). Başqa hədisə bax, ənsarlardan hər hansı bir şəxs şəhid olurdusa, ilk öncə Həmzəyə ® ağlayırdılar: İbn Sədin "Təbəqat", Vaqidinin "Məğazi", Əhmədin "Müsnəd" və xüləfa məktəbinin digər kitablarında rəvayət olunur: - Allahın Rəsulu (s) Ühüd döyüşündən sonra Ənsara məxsus evlərdən öz şəhidlərinə çəkdikləri ah-nalə səslərini eşitdikdə gözləri yaşla doldu, ağlayaraq buyurdu: "Amma Həmzəyə ağlayan bir kimsə yoxdur!" Səd ibn Məaz bu sözü eşitcək bəni Əbdül-əşhəl qəbiləsi qadınlarının yanına gedib onları (Peyğəmbərin yanına, ona başsağlığı vermək və Həmzəyə ağı demək üçün) dəvət etdi. Peyğəmbər (s) onlara dua edərək yola saldı. Bu hadisədən sonra Ənsar qadınlarından heç biri Həmzəyə göz yaşı tökməmişdən qabaq öz ölülərinə ağlamazdılar ("Təbəqat" İbn Səd, 3/11; "Məğazi" Vaqidi, 1/315-317; "Müsnəd"i- Əhməd", 2/40; "Tarixi-Təbəri", 2/163; "Sireyi-İbn Hişam", 3/50; "Usdul-Ğabə"də İbn Əsir, Həzrət Həmzənin şərhi halında ixtisarla vermişdir). Mən qadağan olunmadığına dair onlarla daha rəvayət gətirə bilərəm. Sən bu cür məclislərin qadağa olunduğuna dair 1 dənə rəvayət gətirə bilərsən? Yoxsa Yezidin lənətlənməsi sənə pis təsir edir? Axı o sizin nəzərinizcə "əmirəl möminin"dir və Hz Hüseyn (ə) də ona qarşı çıxmaqda səhv edib. Siz nasibilər tək kin saxlayın Əhli Beytə. Sonra da iküzlü kimi biz əhli beyti sevirik deyin. Sizin sevginiz yarım metr kənara belə getməz. ALLAH hidayət versin!
-
BAŞQALARINI ÇAĞIRMAQ ONLARA PƏRƏSTİŞİ GƏRƏKLİ EDİRMİ VƏ ŞİRKDİRMİ? Bu sualın mənşəyi bəzi Quran ayələrinin zahiri mənalarıdır. Belə ki, onlar zahiri baxımdan Allahdan başqasını çağırmağı qadağan edir: وَاَنَّ الْمَسَاجِدَ لِلَّهِ فَلَا تَدْعُوا مَعَ اللَّهِ اَحَدًا “Məscidlər Allaha məxsusdur, belə isə Allahla birgə bir kəsi çağırmayın.” [72] وَلاَ تَدْعُ مِنْ دُونِ اللّهِ مَا لاَ يَنْفَعُكَ وَلاَ يَضُرُّكَ “Allahdan başqa, sənə nə xeyir verən, nə də zərər verən heç kəsi çağırma.” [73] Bəziləri bu ayələri əsas tutaraq Allah övliyalarını və salehləri onların vəfatından sonra çağırmağı şirk və onlara ibadət hesab edirlər. Cavab: Bu sualın cavabı aydın olsun deyə, yaxşı olar ki, “dua” və “ibadət” kəlmələrinin mənalarını bir qədər izah edək. “Dua” ərəb dilində “nida etmək”, “çağırmaq”, “ibadət” isə “pərəstiş etmək” mənasını ifadə edir və bu iki kəlməni heç vaxt birbiri ilə eyni mənalı (sinonim) hesab etmək olmaz. Yəni heç vaxt demək olmaz ki, hər bir nida ibadətdir, çünki: 1-Quranda dəvət kəlməsi elə yerlərdə işlədilmişdir ki, onun ibadət olduğunu heç vaxt iddia etmək olmaz: قَالَ رَبِّ اِنِّي دَعَوْتُ قَوْمِي لَيْلًا وَنَهَارًا “Nuh dedi: Pərvərdigara, mən gecə-gündüz öz qövmümü Sənə tərəf dəvət etdim.” [74] Məgər Nuhun məqsədinin “gecə-gündüz öz qövmünə ibadət etməsini” demək olarmı?! Deməli, heç vaxt iddia etmək olmaz ki, dəvət və ibadət bir-birilə sinonimdir və əgər bir şəxs Peyğəmbəri Əkrəm (s.ə.v.v)-dən, yaxud saleh bir insandan kömək istəyib onu çağırdısa ona ibadət etmişdiræ çünki dəvət və nida pərəstişdən daha ümumi məna ifadə edir. 2-Bu ayələrin məcmusunda dua dedikdə məqsəd ümumi şəkildə olan çağırmaq deyil, əksinə xüsusi şəkildə dəvət etməkdir ki, bu da pərəstişi gərəkli edə bilər. Çünki bu ayələrin məcmusu öz bütlərini kiçik məbudlar hesab edən bütpərəstlər barəsində nazil olmuşdur. Şübhəsiz, bütpərəstlərin öz bütləri qarşısında xüzu etmələri, onları çağırıb onlardan kömək istəmələri bu məqsədlə baş verirdi ki, onları şəfaət, məğfirət və s. kimi Allaha məxsus olan haqların malikləri, dünya və axirət işləri ilə əlaqədar məsələlərdə birbaşa rol oynayan hesab edirdilər. Aydındır ki, bu kimi şəraitlərdə hər növ dəvət və çağırmaq bu varlıqlara ibadət və pərəstiş hesab olunur. Bu müddəanın ən aydın dəlili budur ki, onlar bu kimi varlıqları, onların ilahiləşdirilməsinə etiqadla yanaşı çağırırdılar: فَمَا اَغْنَتْ عَنْهُمْ آلِهَتُهُمُ الَّتِي يَدْعُونَ مِنْ دُونِ اللّهِ مِنْ شَيْءٍ “Allahdan başqa çağırdıqdarı (pərəstiş etdikləri) məbudlar onları ehtiyacsız etmədi.” [75] Deməli, sözü gedən ayələrin bizim bəhsimizlə heç bir əlaqəsi yoxdur. Bizim bəhsimiz bir bəndənin digər bir bəndədən kömək istəməsidir, halbuki nə onu rəbb və məbud hesab edir, nə də dünya və axirət ilə əlaqədar olan işlərdə özünün maliki və tam ixtiyar sahibi. Sadəcə olaraq onu Allahın əziz və hörmətli bəndəsi hesab ediræ Allah onu risalət və imamət məqamına seçmiş və vədə vermişdir ki, onun bəndələr barəsindəki duasını qəbul edəcəkdir: وَلَوْ اَنَّهُمْ اِذْظَلَمُواْ اَنفُسَهُمْ جَآؤُوكَ فَاسْتَغْفَرُواْ اللّهَ وَاسْتَغْفَرَ لَهُمُ الرَّسُولُ لَوَجَدُواْ اللّهَ تَوَّابًا رَّحِيمًا “(Ya Peyğəmbər,) əgər onlar özlərinə zülm etdikləri zaman sənin yanına gəlib Allahdan bağışlanmaq istəsələr və Peyğəmbər də onlar üçün bağışlanmaq istəsə, şübhəsiz, Allahın tövbələri qəbul edən və mehriban olduğunu görərlər.” [76] 3-Qeyd olunan ayələr aşkar şəkildə göstərir ki, “dəvət” dedikdə məqsəd hər hansı bir iş və hacət barəsində mütləq və qeydsiz istək deyil, əksinə pərəstiş yönə malik olan dəvətdir. Bu cəhətdən də aşağıdakı ayədə dəvət sözündən sonra dərhal həmin mənaya olan ibadət kəlməsi gətirilir: وَقَالَ رَبُّكُمُ ادْعُونِي اَسْتَجِبْ لَكُمْ اِنَّ الَّذِينَ يَسْتَكْبِرُونَ عَنْ عِبَادَتِي سَيَدْخُلُونَ جَهَنَّمَ دَاخِرِينَ “Və sizin Pərvərdigarınız buyurur: Məni çağırın (dəvət edin) ki, sizin istəklərinizi yerinə yetirim. Həqiqətən Mənə ibadətdən üz döndərib inadkarlıq edənlər tezliklə zillət və xarlıqla cəhənnəmə varid olarlar.” [77] Göründüyü kimi ayənin əvvəlində “uduni” kəlməsi, axırında isə “ibadəti” kəlməsi işlədilmişdir. Bu da göstərir ki, burada dəvət kəlməsindən məqsəd ilahi sifətlərlə tanınan varlıqlar müqabilində xüsusi kömək istəməkdir. http://www.haqqyolu.org/kitabxana/read.php?id=20081213034733
-
Tüpürməli çox yer var, məsələn vovkaların əqidəsi Sizə də xəbərdarlıq edirəm, sözlərinizə fikir verin.
-
Mənə maraqlıdır, vəhabilərin "allahı"nın vidi necədir. Kostyum falan geyinir? Saçlarını darayır? Sübhanəllah! Yalnız demək olar: Allah (Muhammadin (saas) və bütün əməlisalehlərin ibadət etdiyi Məbud) hidayət versin!
-
Görünür ki, necə savadsızsan. Kim torpaqdan gəlir əldə edir ki? Heç nə qədər torpaq olmalıdır bilirsən? Bir noxud dənəsindən az miqdarda yalnız! İki sual mən verəcəm... Demək Quran ayələri bir birinə ziddir, yoxsa sizin ayələrin zahiri mənasına baxmağınız sizi zəlalətə ssürükləyir? Əlbəttə ki 2-ci! Allahın buyurduqlarında ziddiyət olmaz, bəşərdə olar! Suallarım: 1. Mənim yazdığım hədisləri qəbul edirsən (2-ci post) ? 2. Quran şəfa verə bilər? Yəni hansısa surəni oxusan? RİYADUSSALİHİN, səni isə qaraspisoka atdım, nə qədər öz-özünə boş-boşuna danışırsan-danış!
-
O zaman mənə bu ayəni anladın: Şübhəsiz ki, Allah ruzi verənlərin ən yaxşısıdır! (22:58) Həmçinin, siz o qədər şirk etmisiz ki (sizin məntiqlə). Heç həkimə getməmisiz? Siz lazım gəlsə amerikan kafir doktordan şəfa istəyərsiz, ancaq pak ƏhliBeytdən yox. Allah hidayət versin!
-
http://313news.net/forum/index.php?/topic/...dpost__p__49469 Əxiniz qoy sizə cavab versin:
-
100 % ərşin üstündə iki ayaqlarını salladıb yanında da elçisini oturdan deyil ))) Rəbbimi mənə öyrətmə Hədislə razıyam, sən dediklərinlə yox. Cavab da verdim. Gördüyün kimi Kərbəla torpağı olan hissələri qara şriftlə vermişəm, amma sənin təəssübkeş gözlərin onu görməz.
-
2. Zeynəb bint Cəhəşin rəvayəti: İbn Əsakirin "Tarix"ində, "Məcməuz-zəvaid"də, İbn Kəsirin "Tarix"ində və xüləfa məktəbinin digər kitablarında (Bu təbir İbn Əsakirin "Tarix"indən götürüüb). rəvayət edirlər ki, Zeynəb deyib: -Günlərin birində Allahın Rəsulu (s) mənim evimdə idi, mən də təzə yeriməyə başlayan Hüseyni saxlayırdım. Bir anlığa ondan qafil oldum və o, Allah Rəsulunun (s) yanına getdi. Peyğəmbər buyurdu: "Onu rahat burax". - sonra o qadın dedi: Peyğəmbər (s) namaz qıldı. Həzrətə (s) dedim: -Ey Allahın Rəsulu! Mən bu gün sizdən bir iş müşahidə etdim ki, indiyə qədər görməmişdim?!" Buyurdu: "Cəbrail mənim yanıma gəlib mənə xəbər gətirdi ki, ümmətim bunu (övladımı) öldürəcəkdir". Dedim: "Onda torpağını mənə göstər və o da qırmızı rəngli bir türbət gətirdi"( İbn Əsakirin "Tarix"i, İmam Hüseynin (ə) şərhi halı bölməsi, 629-cu hədis; "Məcməuz-zəvaid", 9/188; "Kənzul-ümmal", 8/199). 3. Aişənin rəvayəti "Tarix"i-ibn Əsakir, "Məqtəl"i-Xarəzmi, "Məcməuz-zəvaid" və məktəbi-xüləfanın digər kitabları Əbi Sələmə bin Əbdürrəhmandan, o isə Aişədən rəvayət edir ki, Aişə deyib (Bu təbir "Məqtəl"i Xarəzmidən götürülüb. Bu barədə başqa rəvayətlər də vardır ki, mələklərin Peyğəmbərə (s) İmam Hüseynin (ə) şəhadəti barədə xəbər verməsini təsdiq edir): "Elə ki, Allahın Rəsulu (s) Hüseyni öz dizi üstə əyləşdirdi, Cəbrail onun yanına gəlib dedi: "Bu sənin övladındır? Buyurdu: "Bəli". Dedi: "Amma ümmətin tezliklə – səndən sonra – onu öldürəcək. Peyğəmbərin gözləri yaşla doldu. Cəbrail dedi: - İstəsən öldürüləcəyi torpağı sənə göstərərəm. Buyurdu: "Bəli, göstər". Cəbrail də, Təf (Kərbəla) vilayətindən bir torpağı o Həzrətə göstərdi". Başqa yerdə isə bir qədər fərqli rəvayət olunur: "Cəbrail İraqda Təf deyilən vilayətə tərəf işarə edib oradan qızarmış torpaq götürərək ona (Peyğəmbərə) göstərdi və dedi: "Bu onun qətlgahının torpağıdır" (İbn Sədin "Təbəqat" kitabı 269-cu hədis; İbn Əsakirin "Tarix"ində 627-ci hədis; "Məqtəl"i-Xarəzmi, 1/159; "Məcməuz-zəvaid"; "Kənzul-ümmal"; Süyutinin "Xəsais" və s. kitablar). 4. Ümmü Sələmənin (bu xanım Peyğəmbərin (s) ən möhtərəm zövcələrindən biridir) rəvayəti. Bir şəxs nəql edir: Ümmü Sələmə (Allah ondan razı olsun), mənə xəbər verdi ki: -Bir gecə Peyğəmbər (s) yatmaq üçün yatağına uzandı (azca) sonra pərişan halda oyandı, sonra yenidən yatıb yuxuya getdi. Yenidən oyandıqda onu artıq əvvəlki kimi qanıqara görmədim. Sonra yenə yatdı. Oyandıqda əlində olan qırmızı rəngli torpağı öpürdü. Soruşdum ki, ey Allahın Rəsulu (s), bu torpaq nədir? Buyurdu: "Cəbrail mənə xəbər verdi ki, (Hüseyn (ə)) İraq torpağında qətlə yetiriləcək. Cəbrailə dedim ki, öldürüləcəyi yerin torpağını mənə göstər. Məndəki (bu gördüyün) torpaq elə oranın torpağıdır". "Müstədrək"in müəllifi Hakim deyir: Bu hədis Şeyxeynin (Buxari və Müslim) şərtləri ilə səhih hədisdir, amma onu öz kitablarında göstərməyiblər ("Müstədrəki Səhiheyn", 4/398; "Mucəmul-Kəbir", Təbərani, 55-ci hədis; "Tarix"i-İbn Əsakir, hədis 629; "Təbəqat"i-İbn Səd; "Tarixul-İslam", Zəhəbi; "Məqtəl"i-Xarəzmi; Zəxairul-Üqba, "Ta-rix"i-İbn Kəsir və s. kitablar). 5. Ənəs ibn Malikdən hədis Ənəs ibn Malik rəvayət edir ki: "Mələklərin içindən "Qətər" adlı bir mələk, öz Pərvərdigarından Peyğəmbərlə (s) görüşə gəlməyə icazə istədi. Tanrı ona izn verdi. O mələk Ümmü Sələmənin növbəsi günündə daxil oldu. Peyğəmbər (s) Ümmü Sələməyə buyurdu: "Muğayat ol ki, bir adam bizim məclisimizə daxil olmasın". O, qapı ağzında olduğu vaxt, qəflətən Hüseyn ibn Əli (ə) ora gəlib qapını açıb içəri daxil oldu. Peyğəmbər (s) onu bağrına basıb çoxlu öpdü. O mələk (Peyğəmbərə (s)) dedi: -Onu sevirsən? Buyurdu: "Bəli". Dedi: "Ümmətin tezliklə onu öldürəcək! İstəyirsənmi onun öldürüləcəyi məkanı sənə göstərim? Buyurdu: "Bəli, istəyirəm". (Ravi) deyir: "O mələk onun qətlə yetiriləcəyi məkandan bir ovuc götürüb o Həzrətə göstərdi. Bir qədər sonra (Peyğəmbər) bir miqdar qırmızı qum ya torpaq gətirdi. Ümmü Sələmə onu götürüb öz paltarının cibinə qoydu. Bu hədisin ravisi olan Sabit deyir: -"biz o vaxt deyirdik – Ora Kərbəladır!" ("Müsnəd"i-Əhməd, 3/242-256; İbn Əsakirin "Tarix"i, 615 və 617-ci hədislər; "Mücəmi-Kəbir"i Təbərani, 47-ci hədis; "Məqtəl"i-Xarəzmi, 1/160-162; "Tarixul-İslam", Zəhəbi; "Zəxairul-üqba" və s. kitablar. "Əhli-Beyt" alimlərindən isə Şeyx Tusinin "Əmali" kitabında, 1/221).
-
Əgər Allah üstündür buyurubsa, sən nə mənəsən ki dəyişdirəsən hökmü? Nəsə mövzu başqadır وعن ابن عمر رضى الله عنهما أن النبي صلى الله عليه وسلم قال: "من جر ثوبه خيلاء لم ينظر الله إليه يوم القيامة" فقال أبو بكر: يا رسول الله إن إزاري يسترخي إلى أن أتعاهده، فقال له رسول الله صلى الله عليه وسلم: "إنك لست ممن يفعله خيلاء". Ibn Ömərdən nəql olunur ki, Peyğəmbər (s) buyurub: "Allah Qiyamət günü libasini (əbasını) özünü görsətmək niyyətiylə (yekəxanalıqdan) arxasıyca sürükləyən insana nəzər etməz." (Bu zaman) Əbu Bəkr buyurdu: "Ya Rəsulullah, bəzən libasıma diqqət yetirməyəndə, o da yerə düşür (və sürünür)". Peyğəmbər (s) ona (cavab olaraq) buyurdu: "Həqiqətən sən bunu özünügöstərmək niyyətiylə (və yekəxanalıqdan) etmirsən." "Riyad əs-Salihin", ən-Nəvəvi, № 791 http://www.al-eman.com/IslamLib/viewchp.as...=245&CID=12 Hanbali, özünü göstərmək niyyəti yoxdursa, Abubakr kimi şalvarını uzada bilərsən. Vəssəlam.
-
Mən də Buxaridəki nağılları qoya bilərəm. Kafidəki hədisləri başa düşmək üçün gərək qəlbində iman, başında ağıl və köksündə Əhli Beyt sevgisi olsun! Görünür səndə hələ ki bunlardan pay yoxdur. Allah hidayət etsin!
-
Nəyi izah edirdin? Təfsiri? ))
