Перейти к содержимому

Savadsiz

Members
  • Публикации

    406
  • Зарегистрирован

  • Посещение

Все публикации пользователя Savadsiz

  1. Savadsiz

    azmish firqe

    Kiməsə yas tutmaq bidətdir məgər? Hətta peyğəmbər (s) Hüseynə (ə) ağlayıb. Bir halda ki, Hüseyn sağ idi.PEYĞƏMBƏRİN (s), NƏVƏSİ HÜSEYNƏ (ə) AĞLAMASI 1. Ümmül-Fəzl hədisi: "Müstədrək" Səhiheyndə, İbn Əsakirin "Ta-rix"ində, "Məqtəl"i-Xarəzmidə və xüləfa məktəbinin digər kitablarında belə yazılıbdır: -Harisin qızı Ümmül-Fəzldən rəvayət edirlər ki, o Allah Peyğəmbərinin (s) hüzuruna gedib dedi: -Ey Allahın Rəsulu! Keçən gecə mən, xoşagəlməz bir yuxu gördüm! Buyurdu: "Nə görmüsən?" Dedi: -Çox çətindir! Buyurdu: "Nə idi?" Dedi: -Gördüm ki, elə bil sizin bədəninizdən bir tikə qopur və mənim ətəyimdə qərar tapır! Allahın Rəsulu buyurdu: "Yaxşı bir şey görübsən; Fatimə – inşallah-bir oğlan uşağı dünyaya gətirəcək və sənin qucağına qoyulacaq". (O xanım deyir): Ondan sonra, Peyğəmbərin buyurduğu kimi – Fatimə, Hüseyni dünyaya gətirdi və onu mənim qucağıma qoydular. Bir gün Allahın Rəsulunun (s) yanına getdim, Hüseyni Həzrətin qucağına qoydum. Bir az sonra diqqəti məndən yayındı. Birdə gördüm qəfildən Peyğəmbərin (s) gözündən sel kimi yaş axır! Dedim: -Ey Allahın Nəbisi! Atam-anam fədanız olsun, sizə nə oldu!? Buyurdu: "Cəbrail görüşümə gəldi və mənə xəbər verdi ki, ümmətim tezliklə bu balamı öldürəcəkdir". Dedim: -Bunu!? Buyurdu: "Bəli, o, (hətta) mənim üçün onun qızarmış torpağından da bir qədər gətirmişdi". "Müstədrəki-Səhiheyn" kitabının müəllifi Hakim deyir: "Bu hədis Şeyxeynin (Buxari və Müslim nəzərdə tutulur) şərtlərilə səhih (doğru) hədisdir, lakin onlar bu hədisi öz kitablarında gətirməyiblər ("Müstədrəki Səhiheyn", 3/176, bir qədər ixtisarla, 179-da; İbn Əsakirin "Tarix"ində, 631-ci hədis, "Məcməuz-zəmaid"də, 9/79; "Məqtəli" Xarə-zmidə, 1/159 və 162; İbn Əsirin "Tarix"ində, 6/230; "Əmali"yi Şəcəridə, 188; İbn Səbbağ Malikinin "Füsulul-mühümmə"sində, 145; "Rəvzun-nəzir"də, 1/89; "Səvaiq", "Kənzul-ummal" və s. kitablarda gəlib). 2. Zeynəb bint Cəhəşin rəvayəti: İbn Əsakirin "Tarix"ində, "Məcməuz-zəvaid"də, İbn Kəsirin "Tarix"ində və xüləfa məktəbinin digər kitablarında (Bu təbir İbn Əsakirin "Tarix"indən götürüüb). rəvayət edirlər ki, Zeynəb deyib: -Günlərin birində Allahın Rəsulu (s) mənim evimdə idi, mən də təzə yeriməyə başlayan Hüseyni saxlayırdım. Bir anlığa ondan qafil oldum və o, Allah Rəsulunun (s) yanına getdi. Peyğəmbər buyurdu: "Onu rahat burax". - sonra o qadın dedi: Peyğəmbər (s) namaz qıldı. Həzrətə (s) dedim: -Ey Allahın Rəsulu! Mən bu gün sizdən bir iş müşahidə etdim ki, indiyə qədər görməmişdim?!" Buyurdu: "Cəbrail mənim yanıma gəlib mənə xəbər gətirdi ki, ümmətim bunu (övladımı) öldürəcəkdir". Dedim: "Onda torpağını mənə göstər və o da qırmızı rəngli bir türbət gətirdi"( İbn Əsakirin "Tarix"i, İmam Hüseynin (ə) şərhi halı bölməsi, 629-cu hədis; "Məcməuz-zəvaid", 9/188; "Kənzul-ümmal", 8/199). 3. Aişənin rəvayəti "Tarix"i-ibn Əsakir, "Məqtəl"i-Xarəzmi, "Məcməuz-zəvaid" və məktəbi-xüləfanın digər kitabları Əbi Sələmə bin Əbdürrəhmandan, o isə Aişədən rəvayət edir ki, Aişə deyib (Bu təbir "Məqtəl"i Xarəzmidən götürülüb. Bu barədə başqa rəvayətlər də vardır ki, mələklərin Peyğəmbərə (s) İmam Hüseynin (ə) şəhadəti barədə xəbər verməsini təsdiq edir): "Elə ki, Allahın Rəsulu (s) Hüseyni öz dizi üstə əyləşdirdi, Cəbrail onun yanına gəlib dedi: "Bu sənin övladındır? Buyurdu: "Bəli". Dedi: "Amma ümmətin tezliklə – səndən sonra – onu öldürəcək. Peyğəmbərin gözləri yaşla doldu. Cəbrail dedi: - İstəsən öldürüləcəyi torpağı sənə göstərərəm. Buyurdu: "Bəli, göstər". Cəbrail də, Təf (Kərbəla) vilayətindən bir torpağı o Həzrətə göstərdi". Başqa yerdə isə bir qədər fərqli rəvayət olunur: "Cəbrail İraqda Təf deyilən vilayətə tərəf işarə edib oradan qızarmış torpaq götürərək ona (Peyğəmbərə) göstərdi və dedi: "Bu onun qətlgahının torpağıdır" (İbn Sədin "Təbəqat" kitabı 269-cu hədis; İbn Əsakirin "Tarix"ində 627-ci hədis; "Məqtəl"i-Xarəzmi, 1/159; "Məcməuz-zəvaid"; "Kənzul-ümmal"; Süyutinin "Xəsais" və s. kitablar). 4. Ümmü Sələmənin (bu xanım Peyğəmbərin (s) ən möhtərəm zövcələrindən biridir) rəvayəti. Bir şəxs nəql edir: Ümmü Sələmə (Allah ondan razı olsun), mənə xəbər verdi ki: -Bir gecə Peyğəmbər (s) yatmaq üçün yatağına uzandı (azca) sonra pərişan halda oyandı, sonra yenidən yatıb yuxuya getdi. Yenidən oyandıqda onu artıq əvvəlki kimi qanıqara görmədim. Sonra yenə yatdı. Oyandıqda əlində olan qırmızı rəngli torpağı öpürdü. Soruşdum ki, ey Allahın Rəsulu (s), bu torpaq nədir? Buyurdu: "Cəbrail mənə xəbər verdi ki, (Hüseyn (ə)) İraq torpağında qətlə yetiriləcək. Cəbrailə dedim ki, öldürüləcəyi yerin torpağını mənə göstər. Məndəki (bu gördüyün) torpaq elə oranın torpağıdır". "Müstədrək"in müəllifi Hakim deyir: Bu hədis Şeyxeynin (Buxari və Müslim) şərtləri ilə səhih hədisdir, amma onu öz kitablarında göstərməyiblər ("Müstədrəki Səhiheyn", 4/398; "Mucəmul-Kəbir", Təbərani, 55-ci hədis; "Tarix"i-İbn Əsakir, hədis 629; "Təbəqat"i-İbn Səd; "Tarixul-İslam", Zəhəbi; "Məqtəl"i-Xarəzmi; Zəxairul-Üqba, "Ta-rix"i-İbn Kəsir və s. kitablar). 5. Ənəs ibn Malikdən hədis Ənəs ibn Malik rəvayət edir ki: "Mələklərin içindən "Qətər" adlı bir mələk, öz Pərvərdigarından Peyğəmbərlə (s) görüşə gəlməyə icazə istədi. Tanrı ona izn verdi. O mələk Ümmü Sələmənin növbəsi günündə daxil oldu. Peyğəmbər (s) Ümmü Sələməyə buyurdu: "Muğayat ol ki, bir adam bizim məclisimizə daxil olmasın". O, qapı ağzında olduğu vaxt, qəflətən Hüseyn ibn Əli (ə) ora gəlib qapını açıb içəri daxil oldu. Peyğəmbər (s) onu bağrına basıb çoxlu öpdü. O mələk (Peyğəmbərə (s)) dedi: -Onu sevirsən? Buyurdu: "Bəli". Dedi: "Ümmətin tezliklə onu öldürəcək! İstəyirsənmi onun öldürüləcəyi məkanı sənə göstərim? Buyurdu: "Bəli, istəyirəm". (Ravi) deyir: "O mələk onun qətlə yetiriləcəyi məkandan bir ovuc götürüb o Həzrətə göstərdi. Bir qədər sonra (Peyğəmbər) bir miqdar qırmızı qum ya torpaq gətirdi. Ümmü Sələmə onu götürüb öz paltarının cibinə qoydu. Bu hədisin ravisi olan Sabit deyir: -"biz o vaxt deyirdik – Ora Kərbəladır!" ("Müsnəd"i-Əhməd, 3/242-256; İbn Əsakirin "Tarix"i, 615 və 617-ci hədislər; "Mücəmi-Kəbir"i Təbərani, 47-ci hədis; "Məqtəl"i-Xarəzmi, 1/160-162; "Tarixul-İslam", Zəhəbi; "Zəxairul-üqba" və s. kitablar. "Əhli-Beyt" alimlərindən isə Şeyx Tusinin "Əmali" kitabında, 1/221). Daha ətraflı PEYĞƏMBƏR AĞLAYIBMI?
  2. Savadsiz

    Allah hər yerdədir

    Buxari kimi "səhih" kitabı olmaqdansa )) Kafidəki səhih hədislərin sayı (sizin səhih qəbul etdiyiniz) Buxarinin hədisləri ilə təqribən eynidir (biraz azdır). Müslimdən də çoxdur!
  3. riyadussalihin, başa düşmədim. Bəyəm şalvarı topuqdan aşağı geyinmək haramdır? (Bir şərtlə ki, təkəbbürlük məqsədi ilə deyil) Mömin düz deyir. Əsas məsələləri buraxıb gör nədən yapışırsız.
  4. riyadussalihin, sanki digər mövzuda təfsirləri inkar edən sən deyildin!!!!
  5. "Qısa şalvar" məsələsi... (Şiə hədislərinə nəzər...)
  6. Savadsiz

    Necd Hedisinin Izahı

    Demek ki, inkar edir elmi .. he belkede vaxtile savadin olmadighi dovrde deyildiyi kimi Balinalarin ustunde bilirler dunyani .. sadece alimler sehv edib deyib kure shekilndedir .. Allah hidayet versin o selefilere! O dediyini hec olmasa Quranla asalandirir. Siz ozununzdan utanin ki onun bunun sozu ila oturub durursunuz. Bəyəm Quranda yazılıb ki, Yer balina üzərindədir? Utanmırsız yalan danışmağa?
  7. Ayətullah Xameneinin saqqalına baxın, özünüzkünə baxın. Elə bil cunqlidir )))) Alimlər məsələsi var. sələfilər ki cahildir, nə uzadır saqqallarını bu boyda? bildim, bidət bayramında (cristmast) Santa Claus olmaq üçün
  8. Savadsiz

    azmish firqe

    Nə qədər gətirmək olar? وَمَا أَرْسَلْنَا مِنْ رَسُولٍ إِلَّا لِيُطَاعَ بِإِذْنِ اللَّهِ ۚ وَلَوْ أَنَّهُمْ إِذْ ظَلَمُوا أَنْفُسَهُمْ جَاءُوكَ فَاسْتَغْفَرُوا اللَّهَ وَاسْتَغْفَرَ لَهُمُ الرَّسُولُ لَوَجَدُوا اللَّهَ تَوَّابًا رَحِيمًا 64. Biz hər bir peyğəmbəri, ancaq ona Allahın iznilə itaət olunsun deyə, göndərdik. Onlar (münafiqlər) özlərinə zülm etdikləri zaman dərhal sənin yanına gəlib Allahdan bağışlanmaq diləsəydilər və Peyğəmbər də onlar üçün əfv istəsəydi, əlbəttə, Allahın tövbələri qəbul edən, mərhəmətli olduğunu bilərdilər. http://quran.az/4/64/tran:3
  9. Savadsiz

    Qəza namazı

    Mən sünnəyə əsaslanıb deyirəm.
  10. Savadsiz

    Qəza namazı

    Allah bağışlasın, eybi yox. İndi deyin görüm, hansı ayəyə əsaslanıb deyirsiz, sübh namazı 2, zöhr 4, əsr 4, məğrib 3, işa 4 rəkətdir? Quranda bunu bildirən ayə var?
  11. Savadsiz

    Qəza namazı

    Quranda hər yerdə namazın vaxtlı-vaxında qılınması vacib buyurulmuşdur. Və yenə də Quranda mən qəza namazına rast gəlmirəm. Allah isə bizi Quranla hesaba çəkəcək. Onda gəlin fiqhi, sünnəti tərk edək və yalnız Qurana əsaslanaq. Vaaleykuma Salam,yaxshi olardi... O zaman, mənə deyin sübh - zöhr - əsr -məğrib - işa namazları neçə rəkətdir. Qurana əsasən deyin
  12. Ağzına güc verincə, ağlına güc ver! Orda deyilir, peyğəmbər görür ya bilir??? Mən deyirəm görür və həm də bilir. sən deyirsən ancaq bilir. ayəyə zidd deyil???
  13. Savadsiz

    Şiyələrə suallar

    Əhli sünnətə görə də, 4 məzhəbdən 1ni qəbul etməyən şəxs tövbə etmədən dünyadan köçərsə cəhənnəm əhli olar. bəs buna münasibətiniz? imaməti qəbul eləməyən kafir deyil hələ.
  14. Quran səhv yazır bəyəm? Quran Allahın sözüdür, onda kimsə səhhv t. bilməz. Səhv ancaq məxluqatın sözündə olar. Hz Mehdi məsələsi mütəvatir hədislərdə gəlib. Şiələr də sünnülər də qəbul edir! Arada fərq, sünnülər sonradan anadan olacağını, şiələr isə imam Həsən Əskərinin oğlu olduğunu qeyd edir. Bu hansısa xaçpərəstin uydurması deyil. Və Mehdinin (ə) zühurunun əlamətləri var. Yoxsa hər yerindən duran mən Mehdiyəm deyə bilməz!
  15. Savadsiz

    azmish firqe

    görürsən sələfi əqlinin acizliyini? Allah Quranda buyurur ki, Allah ruzi verənlərin ən yaxşıdır. Yəni ruzi verənlər var, amma ən yaxşısı Allahdır. İndi de görüm Allah şirk edib? Şirk etməyibsə səbəbini anlat və öz ismarışına özün cavab t.caqsan!
  16. Savadsiz

    Allah hər yerdədir

    ibn hussin sənə Сообщение #28-də cavab vermişəm lutta, eyni sualları təkrarlamaqdan yorulmadız? Ehli sunnetin eqidesi adli mövzuya baxın
  17. Savadsiz

    youtube

    lutta, xəstə olub doktorun yanına getsəz siz olacaqsız müşrik də? ELƏ?
  18. Savadsiz

    azmish firqe

    Elə deyirsən, mən haqqam sən nahaq. Belə müzakirə olar? Cin surəsində səhv etmirəmsə Allahdan başqasına ibaadət etməyin yazılıb. Nisa 64 ayəsini oxu. Orda təvəssül məsələsi var. o ki qaldı ölülərin bizi eşitməsinə, Şüeyb və səhv etmirəmsə Saleh peyğəmbər ümmətləri məhv olandan sonra onlara müraciət etmişlər. Şirk ediblər?
  19. Savadsiz

    youtube

    lutta, sən başa düşməzsən, ona görə də mövzuya yazmamağın məsləhətdir. OK?
  20. Savadsiz

    azmish firqe

    səndən bundan başqasını gözdəmək olmazdı. Elə sənin əqidə atan Əbdülvahhab da öz əsasını peyğəmbərdən (saas) üstün bilirdi!
  21. Savadsiz

    azmish firqe

    ibn hussin, Lat, Uzza bilirsən də nədən götürülüb? Bunları da Allahın adından götürüblər. Siz necə Allahı hissə hissə bilirsiz, onlar da sizdən azacıq fərqli o cür.
  22. Savadsiz

    azmish firqe

    ibn hussin sən necə "ağıllı" və diqqətli usersən, cavab vermişəm də.
  23. Savadsiz

    Ibni Tymiyye Kimdir?

    Ay qılınc müsəlmanı! Mən ərəbcə gətirdim və görürsən ki orda söhbət səhiheyndən gedir. sənsə söhbəti fırlatmaq üçün heç bilmirsən nə edəsən. şeyxinin yalanlarını ifşa etmişik salahuddin sənin kimi ancaq söhbəti fırladım və axırda da qaçıb Osman Xəmis bədbaxtın biridir. Bu sizə hələ aydın olmayıb?
  24. Muslimun, çox danışanadək POT 83-də verdiyim linki oxuyun. Biz özümüzü atəşpərəstlərə bənzətmirik. Necə peyğəmbər qılıb elə qılırıq. ƏLHƏMDÜLİLLAH!
  25. Savadsiz

    Şiyələrə suallar

    1) Çoxdur belə ayələr. Biri elə Maidə 55, daha sonra ulul əmr... çoxdur sadəcə 2sini gətirəcəm. 55. Sizin haminiz ancaq Allah, Onun Peyğəmbəri və iman gətirənlərdir. O kəslər ki, (Allaha) namaz qılır və rükuda olduqları halda zəkat verirlər. O kəs, Hz Əlidir! Həmçinin: “Ey möminlər! Allaha, Peygəmbərə və özünüzdən olan əmr sahiblərinə itaət edin. Əgər (müəyyən) bir məsələdə ixtilafınız çıxarsa, Allaha və son künə (Qiyamətə) inanırsınızsa, onun (həllini) Allah və Peygəmbərinin öhdəsinə qoyun. Bu sizin üçün daha yaxşı və daha közəl sonucludur.” Həmçinin çox sayda hədislər də dəlildir. 12 imam məsələsi + zamanının imamına beyət etmədən ölən cahiliyyə ölümü ilə ölmüşdür. sizin imamınız kimdir? 2) Cavabım qane etmədi səni? Səhv fikirləşirsən, çox imanlı şəxslər İmam Mehdini görüb. narahat olma. bu barədə kitab da var.
×
×
  • Создать...