Перейти к содержимому
Скоро Конкурс!!! Торопитесь!!! ×

Savadsiz

Members
  • Публикации

    406
  • Зарегистрирован

  • Посещение

Все публикации пользователя Savadsiz

  1. Müşriklərin xoşuna gəlməsə də, onu (islamı) bütün dinlərin fövqündə (bütün dinlərdən üstün) etmək üçün Öz Peyğəmbərini doğru yolla və haqq dinlə göndərən Odur! (Tövbə 33) Onu (islamı) bütün dinlərdən üstün etmək (onun bütün dinlərdən üstün olduğunu göstərmək) üçün Öz Peyğəmbərini hidayət və haqq dinlə göndərən Odur. (Ya Rəsulum! Sənin peyğəmbərliyinin həqiqiliyinə) Allahın şahid olması kifayət edər! (Fəth 28) Müşriklərin xoşuna gəlməsə də, onu (islamı) bütün dinlərdən üstün etmək üçün Öz Peyğəmbərini hidayət (Quran) və haqq dinlə göndərən Odur! (Saff 9) Biz kitabdan (Tövratdan, yaxud lövhi-məhfuzdan) sonra Zəburda da (cənnət torpağına, yer üzünə və ya müqəddəs) torpağa yalnız Mənim saleh bəndələrimin daxil olacağını yazmışdıq. (Ənbiya 105) Allah aranızdan iman gətirib yaxşı işlər görənlərə - yalnız Mənə ibadət edərlər, heç nəyi Mənə şərik qoşmazlar deyə - onları özlərindən əvvəlkilər kimi yer üzünün varisləri edəcəyini (İsrail övladını yer üzündə kafirlərin yerinə gətirdiyi kimi onları da müşriklərin yerinə gətirəcəyini), onlar (möminlər) üçün onların Allahın Özü bəyəndiyi dinini (islamı) möhkəmləndirəcəyini (hər tərəfə yayacağını) və onların qorxusunu sonra əmin-amanlıqla (arxayınçılıqla) əvəz edəcəyini vəd buyurmuşdur. Bundan sonra küfr edənlər, şübhəsiz ki, (Allahın itaətindən çıxmış) əsl fasiqlərdir! (Nur 55)
  2. luuta, səhih buxarini qəbul edirsən? Quranda Mehdinin (ə) gələcəyinə işarələr var.
  3. söhbəti kim fırladır? təfsir var.
  4. Savadsiz

    Allah hər yerdədir

    lutta, elə ayənin ikinci hissəsinə baxın da (Ya Peyğəmbər!) Bil ki, onlar цz Rəbbi ilə qarşılaşacaqları barədə şəkk-şьbhə iзindədirlər. Və yenə bil ki, O hər şeyi ehtiva edəndir! Aha, Allahın üzündən başqa hər şey məhv olacaq, soruşuram, onun əli və s. də? Mövzuya aid deyil, digər mövzuda yazın. ibn hussin. sən elə danışırsan ki, elə bil insan Allahı dərk edə bilər? Yenə deyirəm biz Allaha məkan vermirik ki, sən bu sualı məndən soruşasan. Bir həmçinin Onu (c.c) maddiyatla qarışmış da bilmirik. Hər şeyi ehtiva edib. Necə ki, QUran buyurur. Al-Fathın yazdığı cavab mənə deyil, sələfilərə aiddir. Oxusunlar.
  5. möminlər dedikdə imamlar nəzərdə tutulur. Mənim sələfilərdən başım çıxmır. Məgər Allahın qüdrəti çatmır ki, peyğəmbərə (s) və imamlara (ə) bunu bildirsin və ya görmələri üçün şərait yaratsın? Nə problem var ki? Ayələr də təsdiq edir. Lutta, bir də, orada deyilir ki, "görəcək" deyilmir ki, "gördülər" və ya ölənə kimi görəcək.
  6. Savadsiz

    azmish firqe

    salamu aleykum. Bu qərara özün gəldin? niyə olmaz? diridən olar ölüdən yox? mən razı sənin kimi dirilərdən (ölülərdən) istəmək olmaz, ancaq Həsən və Hüseyn (ə) kimi daima diri olanlardan istəmək olar. Abdussamed. Mən 2 fayl yerləşdirmişəm və orada ölüdən istəmək də sünnədə (bəzi səhabələr istəyib) var.
  7. Nağıla siz tabesiz! Xeyr! İmamı Allah seçir, insanlar yox! Elə Davudu seçdiyini göstərən ayədə də (xəlifə kimi), İbrahimi seçdiyni göstərən ayədə də bu aşkar göstərilir. O ki, qaldı İmam Mehdiyə, o soruşduğun 2 məsələnin hər iksi Səhiheyndə var və ona əsaslanıb demişəm. Buxari ilə müslimi qəbul etmirsən? İsa (ə)nın öldürülmədiyinə dəlil isə Quran ayəsidir
  8. Savadsiz

    Allah hər yerdədir

    Allah haradadır, necədir suallarını vermək ən azı nadanlıqdır Allahın hüzurunda durmaqları nəzərdə tutulur. Bir maraqlı sual ağlıma gəldi, Allahın boyu neçədir? SƏhv etmirəmsə bir neçə zira (qarış) demişdiz. səhv etmişəmsə üzrlü bilin, düzəliş edin Allahın nə insana, nə də torpağa ehtiyacı yoxdur. Hər şeyin bir hikməti vardır. Torpağa Adəm (ə) ehtiyaclı idi, Allah yox.
  9. Savadsiz

    buna fikrinizi bildirin

    Əgər o silahları kafirlərə qarşı işlətsəydilər dərd yarı. Yəmən, Fələstin və .........
  10. Savadsiz

    ehli sunnetin eqidesi

    Nə isə, Allah sənə hidayət versin. Başqa sözüm yoxdur. eyni suala düz 2 səhifədir cavab yazıram, sənsə vurmusan təəssübkeşliyinə. Siz sələfilərdən bundan artığını gözləmək qəbahət olar.
  11. Savadsiz

    azmish firqe

    Məsləhətinizə görə təşəkkür edirəm, eynisini də sizə məsləhət verirəm. 1. ÖLÜlər də dirilər kimi eşidir. Ayələr: (əl-Əraf 7:77) Sonra o dəvəni tutub kəsdilər və (bununla da) Rəbbinin əmrini saymazyana pozub (istehza ilə): “Ey Saleh! Əgər sən (həqiqi) peyğəmbərlərdənsənsə, bizi qorxutduğunu (bizi təhdid etdiyin əzabı) gətir görək!” – dedilər. (əl-Əraf 7:78) Buna görə də onları dəhşətli bir sarsıntı (yerdən zəlzələ, göydən tükürpədici bir səs) bürüdü, onlar öz evlərində diz üstə düşüb qaldılar (bir göz qırpımında həlak oldular). (əl-Əraf 7:79) (Saleh) onlardan üz döndərib belə dedi: “Ey camaatım! Mən sizə Rəbbimin əmrini (mənə lütf etdiyi peyğəmbərliyi) təbliğ etdim və sizə öyüd-nəsihət verdim. Lakin siz öyüd-nəsihət verənləri sevmirsiniz!” ---- (əl-Əraf 7:91) Elə bu zaman onları dəhşətli bir sarsıntı (yerdən zəlzələ, göydən tükürpədici bir səs) bürüdü və onlar öz evlərində diz üstə düşüb qaldılar (bir göz qırpımında həlak oldular). (əl-Əraf 7:92) Şüeybi yalançı adlandıranlar, sanki orada (evlərində) heç bir şənlik (nemət) içində yaşamamışdılar. Şüeybi təkzib edənlərin özləri ziyana uğrayanlar oldular. (əl-Əraf 7:93) (Şüeyb) onlardan üz döndərib dedi: “Ey camaatım! Mən sizə Rəbbimin əmrlərini təbliğ etdim və öyüd-nəsihət verdim. İndi kafir bir tayfadan ötrü necə yas tutum?” --- Gördüyün kimi, əzab gələndən və ümmət məhv olandan sonra peyğəmbərlər (as) ümmətə müraciət edir. Müşriklər eşidir, peyğəmbər yox? Həmçinin Bədr döyüşü: “Allahın Elçisi (s) quyuda basdırılmış insanlarla danışaraq demişdir: “İndi Rəbbinizin sizə verdiyi vədinin doğru olduğunu gördünüzmü?”. Sonra kimsə ucadan dedi: “Sən ölülərəmi səslənirsən!”. Peyğəmbər cavab verdi: “Onlar sizdən daha yaxşı eşidir, lakin onlar cavab verə bilmirlər. Səhih, Buxari, 2-ci cild, 23-cü kitab, hədis № 452 2. Başa düşmədin məni. Demrisiz ki, 4 şey olmalıdır təvəssül etmək üçün? Onlardan iksi yox idi. 1)peyğəmbər (s) onun yanında deyildi. Yəni ki, tutalım mən səndən bir şey istəyirəm, deyirsən get dəstəmaz al təvəssül elə. Sən gedirsən. Gedəndən sonra mən sənə təvəssül edirəm. Sizsə deyirsiz, mütləq yanında olmalıdır. 2)eşitmək məsələsi. yanında deyildisə, sizin məntiqinizlə peyğəmbər onu eşitmirdi. Bunlardan sonra iddia edəcəksiz ki, o kor kişi şirk edib? nəuzu billah özü də peyğəmbər buyura-buyura?
  12. Mən "Kafi"yə cavabı deyirdim inşallah yazaram (əgər belə mövzu olsa, zatən siz girdiyiniz bütün forumlara o kopyaları edirsiz). Peyğəmbərin bizi gördüyünü yazmışam ayələrlə. Quran təsdiq edir, hədislər təsdiq edir.
  13. Savadsiz

    azmish firqe

    Bir kor kişi Rəsulallahın (saas) yanına gəldi və dedi: “Allahdan mənə kömək etməsini dilə”. O cavab verdi: “Əgər istəsən mən bunu yubadaram və sənin üçün daha yaxşı olacaq, əgər istəsən mən sənin üçün Allahdan daha xeyirlisini diləyəcəyəm.” O dedi: “O zaman Ona dua elə”. Peyğəmbər (saas) dedi: “idhhab fa tavadda, va salli rak`atayn thumma qul” Get və dəstəmaz al, iki rükət namaz qıl və sonra de: Ey Allah, mən sənin mərhəmətli Peyğəmbərin vəsiləsiylə səndən istəyirəm; Ya Məhəmməd, mən sənin vəsilənlə öz dualarımı Allahımdan istəyirəm/Mən sənin vəsilənlə Allahdan mənə yenidən görməyi nəsib etməsini istəyirəm. Ey Allah onu mənimlə Sənin aranda vəsilə et. Bu hədis Əhməd (4:138#17246-17247), Tirmizi (hasan səhih qərib –Da`avat 119-cu Fəsil), İbn Macə (İqamət əl-salat və əl-sunnat, Salat əl-hajat # 1385-ci fəsil), Nəsai ( Amal al-yavm va al-laylat, səhifə 417-418 # 658-660), əl-Hakim (1:313, 1:526), Təbarani al-Kabir tərəfindən nəql edilmiş və İbn Hacər, Dahabi, Şavkani və İbn Teymiyyə də daxil olmaqla təxminən 15 hədis ustadları tərəfindən çox ciddi şəkildə təsdiqlənmişdir. Siz deyrisiz ki, 4 şərt olmalıdır, biri yanında olmalıdır, 1 i də eşitməlidir. Görürsüz ki, peyğəmbər yanında deyil həmən kişinin.
  14. Savadsiz

    azmish firqe

    1. Sünnəni mənə öyrətməyin. Yaxşı əvəzində deyə bilərəm ki, kor kişi peyğəmbərə təvəssül etdi və bunu peyğəmbər ona buyurmuşdu. özü də peyğəmbər (saas) yanında olmayanda. bu ki sünnədən kənar deyil? 2. Ərəbcəni verin dəqiqləşdirim. Tərcümədə verdiyiniz hissənin səhifəsi 148-154-dür, halbuki mən 90cı səhifəni vermişəm [15] İbn Kesîr, El Bıdaye Ve'n-Nihaye, Çağrı Yayınları: 7/148-154. 3. Əlbəttə ki, peyğəmbər kiməsə təvəssül edəsi deyildii. Təvəssül etməsi üçün gərək ondan Allah yanında daha məqamı yüksək bir şəxsə təvəssül edərdi. Belə birisi isə yoxdur!
  15. Savadsiz

    azmish firqe

    Allah hidayət versin. Nə vaxt olub elə şey? Amin! Sənə də. عن مالك الدار قال : أصاب الناس قحط في زمن عمر فجاء رجل إلى قبر النبي صلى الله عليه وسلم فقال : يا رسول الله استسق لأمتك فإنهم قد هلكوا، فأتي الرجل في المنام فقيل له : ائت عمر ... الخ. İbn Əbi Şeybə, Malik əd-Dar'dan, Ömərin xəzinədarından, rəvayət edir: "(Ömərin dövründə) bir nəfər peyğəmbərin, səllallahu aleyhi va səlləm, qəbrinə gəldi və dedi: "Ya Rasulullah, ümmətin üçün yağış istə, çünki onlar az qala həlak olsunlar!" Bundan sonra nəbiyyullah ona yuxusunda görünür və deyir: "Ömərin yanına get və salamlarımı ona çatdır, de ki, onlara su veriləcək və de: "Ağıllı ol! Ağıllı ol!" Və həmin şəxs Ömərin yanına getdi və olanları danışdı. Ömər dedi: "Ya Rabbi, səylərimi saxlamıram, yalnız gücüm daxilində olmayanlardan başqa" (Fəthul-Bari, 2/495) İbn Kəsir bu hədisi əl-Beyhəqidən gətirir və deyir: "Həzə İsnad Sahih." (əl-Bidayə van-Nihayə, 7/90) Çoxdur... İbn Kəsir Səhih deyib. vəssəlam. Əgər belə bir şey olmasa idi, nə üçün bir çox əhli sünnə alimləri peyğəmbərin qəbrinin yanında ondan kömək və şəfaət diləməyi caiz bilirlər? Bu iki fayl da lazımın olar: Tevessu1.docTevessul.doc
  16. Muslimun, sənin link yazmağına ehtiyac yoxdur. Burda söhbət şiə kitablarından gedir. Hansı yazdığımda məqalə və hissələrdir? De görüm? Yazdıqlarım hədis kitablarıdır çoxu. O ki, qaldı "Kafi"yə, nə əsasla deyirsən, hansının səhih vəya zəif hədis olduğu bilinmir? Əllamə Məclisi bu barədə bir kitab yazıb hətta. Demək olar ki, şərh. Hansının hansı kateqoriyaya (səhih, həsən, zəif və s.) olduğunu da qeyd edib. Heyif məndə o kitab yoxdur. Ərəbcədir o da. Ancaq internetdə olmalıdır.
  17. Savadsiz

    Ibni Tymiyye Kimdir?

    Bax ərəbcəsini yazdım, altını qaralaya bilmirəm ki, o sözü görəsən 3-cü kəlmyə fikir ver الصحيحين: ثبت في الصحيحين من قول النبي صلى الله عليه و سلم في حديث الأسارى لما استشار أبا بكر و أشار بالفداء و استشار عمر فاشار بالقتل قال سأخبركم عن صاحبيكم مثلك يا أبا بكر كمثل إبراهيم إذ قال فمن تبعني فانه مني و من عصاني فإنك غفور رحيم و مثل عيسى إذ قال أن تعذبهم فانهم عبادك و أن تغفر لهم فإنك أنت العزيز الحكيم و مثلك يا عمر مثل نوح إذ قال رب لا تذر على الأرض من الكافرين ديارا و مثل موسى إذ قال ربنا اطمس على أموالهم و اشدد على قلوبهم فلا يؤمنوا حتى يروا العذاب الأليم Minhacus-sunne, 7/330 İbn Teymiyyə lap gözəl bilirdi ki, bu hədis orda yoxdur. Sən SAHİBBin yazdığı ismarışı oxu. İbn Teymiyyə Hz Əlinin (ə) məqamını "alçalmaq" üçün bu yola əl atır. Yəni demək istəyir ki, "Harunun Musaya olan nisbəti" məsələsi Abubakrin və Ömərin Peyğəmbərə olan nisbəti məsələsinin yanında heç nədir və güya bunu SƏHİHEYNlə isbatlamaq istəyirdi hansı kitabda hansı küfrdən danışırsan? Mən küfrləri yazım? AMma burda ehtiyac yoxdur mövzunu dəyişməyə. Gedib əlinə almısan Osman Xəmis kimi bədbaxtın kitabını özünü alim bilirsən. O Osmanı çoxdaaan sındırıblar Mövzunu əvvəldən oxu görəcəksən. 1 faktı da mən deyim. Bu saluhiddin adı ilə yazan əxin, güya İbn Teymiyyənin Hz Əli barədə xoşgörüşlü olduğu barədə bir neçə Minhacus Sünnədən "dəlillər" gətirmişdi. Ancaq axıra kimi tərcümə etməmişdi, harda Hz Əli barədə 1 "xoş" söz deyirdisə, ona bir "AMMA" qoşub Əbubəkrlə Ömərdən aşağı olduğunu qeyd edirdi. Hətta vəziyyət o səviyyəyə çatmışdı ki, Kitabu Sittədə olan hədisləri şpaklyovkalayıb, fırladıb bir sözlə yoxdur deyib. Bu da onun nasibi olduğuna sübut
  18. riyadussalihin, Osman Xəmisin o kitabına rəddiyə yazılıb. Üstəlik qardaşlar da cavab verib. Daha bir rəddiyyə də inşallah tərcümə olunacaq narahat olma. Sən mövzuya gəl və suallarıma cavab ver.
  19. Savadsiz

    Allah hər yerdədir

    İbn Hussin. və riyadussalihin. İkiniz də eyni şeyi təkrar yazırsız? 2cinizə deyirəm yenə məntiq haramdır yoxlama 1. Siz yenə insanla Allahı müqayisə etməyə çalışırsız. Bəyəm siz Allahı dərk edəcəyinizi sanırsız? 2. Əgər Allahın məkanı varsa o məkanı yaratmamışdan harda idi? Yoxsa məkan əzəlidir? 3. Nə olsun, namaz vaxtı qibləyə çevrilirəm. Bəyəm Allah Kəbədədir? Əlləri yuxarı qaldırmaq, yəni Allahı uca məqamlı bilməkdir. Yuxarı həmişə ucalıq mənası olub. 4. Salam aleykum ) bu nağılları mənə danışma. İnsanla Allahı bir müqayisə edirsən? Ateistsən ki? Mən də deyirəm Allahı görmürəm, deməli O yoxdur. Bu məntiqin söykənir Ateistlərə.
  20. Savadsiz

    ehli sunnetin eqidesi

    Bəs siz niyə bu ayədə ÜZ sözünü məcaz hesab edirsiz???: "Allahla yanaşı başqa bir tanrıya yalvarma! Ondan başqa heç bir tanrı yoxdur. Onun Üzündən başqa hər şey məhv olacaqdır. Hökm Onundur və siz Ona qaytarılacaqsınız" (əl-Qasas,88). De görüm!!! Bəlkə elə deyil? Bu ayə birbaşa cavabdır. Bu dəfə açıq yazdım, bəlkə ağlın başına gəldi
  21. Savadsiz

    azmish firqe

    Ölüdən istəmək sünnədə var. Bir də saleh insanlara ölü demə. Müşrik eşidirsə, mömin niyə eşitməsin? Lut və Saleh peyğəmbər (as) məhv olan qövmə müraciət ediblər, Quranda ayələr var. Nə deyirsən, Tövhidi insanlara çatdıranlar (ə) şirk edib?
  22. Qaqaş, mən tam mövzuya aid yazdım. İkincisi hamsı Quran ayələridir. Olmaya qəbul etmirsən? Edirsənsə sualıma cavab ver sələfi təfəkkür tərzinə görə. Üçüncüsü Osman xəmis kimi yalançının yazıb Əfəndinin də bəzək vurduğu o kitaba dəfələrlə cavab verilib. Nə üzlə yenə yerləşdirəcəksən?
  23. Savadsiz

    ehli sunnetin eqidesi

    qaqaş həqiqətən adamda abır həya yaxşı şeydir. hər 1 postdan 1 mənim cavabımdır və hamsında cavablandırmışam. nəysə... nə demək olar belə insanlara?
  24. Savadsiz

    azmish firqe

    Qurandan danışırsansa, buyur, sünnəni qoyaq kənara istəsən, Quranla sübut edə bilərəm. İlk öncə təvəssül barədə ayəni gətirdim. narazılığın var?
×
×
  • Создать...