Əssələmu aleykum və rəhmətullahi və bərəkətuhu.Son zamanlar cürbəcür mövzularda dini davaların ardı kəsilmir.Bildiyiniz kimi şiəlik də, sünnilik də öz növbəsində bölünür, amma nə şiə məzhəbləri, nə sünni məzhəbləri aralarında dava eləmir, bir-birlərinə hörmətlə yanaşır.Deməli, bu mümkündür.Qoy bütün şiələr və sünnilər bir-birlərinə hörmətlə yanaşsınlar və bir-biri ilə 5 dəqiqədən bir mübahisə etməsinlər.Allahdan müsəlmanların birliyini diləyirəm.Amin.
Bir sünni olaraq növbəti materialları təqdim etməkdə məqsədim sünnilərin müsəlmanların birləşməsi ideyasının tərəfində olmasını sübut etməkdir.
Şiə qardaşlarımdan da bu mövzuya müsəlmanların birləşməsi naminə olan materialları yerləşdirməyi xaiş edirəm.
Şiyə və sünnü qardaşlığı möhkəmlənməlidir
Millətlərarası tarixdə və günümüzdə Şiəlik simpeziumundan səh 22-də Əhli sünnə və camaat alimi Prof.dr. Abdullah Muslih bele deyir: "Müsəlmanların qarşılıqlı sevgilərini bina edəcəkləri, əlaqə bağlarını quracaqları əsas məsələlərdə birləşib razılaşmaları bunlara bağlıdır:
· Uca Allahın Kitabına qarşı münasibətimizi araşdırmalıyıq.
· Allah rəsulunun (s.ə.s) Sünnətiylə olan əlaqəmizi gözdən keçirməliyik.
· Resulullahın səhabələrinə olan münasibət üzərində düşünməliyik.
· İctihad və islam mövzusuna olan yaxınlığımızı gözdən keçirməliyik.
O zaman müsəlmanlar tarix boyu olduğu kimi bu gün də sakit bir ruh və sağlam bir düşüncə ilə məsələlərini dəyərləndirə biləcəklər.
Burada bir həqiqəti də vurğulamaq istəyirəm. Bu barədə sizin də mənə haqq verəcəyinizi bilirəm. Şiyə və Əhli sünnə tarix boyu dialoq içində olmuş və müharibəyə meyl etməmişlər. Mən bunu belə bilirəm. Amma digər dinlərdəki bu cür mubarizələr qan ilə nəticələnir. Məsələn, Xristianlıqda Protestantlarla katoliklər arasındakı sürtüşmələri hamımız bilirik. Amma şükür ki, tarix, şiyə və əhli sünnət arasında bu cür qanlı hadisələri qeyd etməmişdir.
Biz tarixdən gələn bu doğru yolda getdiyimiz müddətcə məsələlərimizi hüzur və qarşılıqlı anlayış içində mübahisə edib danışa bilərik. Deyərli qardaşlarım! İxtilaf və geri qalma bir-birindən ayrılmaz iki xüsusiyyətdir. Geri qalmış millətlərə baxın hamısında da sonu gəlməz ixtilaflar var. İxtilaf geri qalmağı, geri qalmaq da ixtilafı doğurur. Bunu bildirim ki, bu mədəniyyət dünyasında gələcək müsəlmanlarındır. Ey müsəlmanlar gələcəkdəki mədəniyyət rolunuza hazırlaşın."
İranlı şiyə alimi Prof.dr. Muhammed Əli Azərşəb belə deyir: "Uca Allah buyurur: "- (Ya Rəsulum!) Söylə: "Ey kitab əhli, sizinlə bizim aramızda eyni olan (fərqi olmayan) bir kəlməyə tərəf gəlin! ( O kəlmə budur: ) "Allahdan başqasına ibadət etməyək. Ona şərik qoşmayaq və Allahı qoyub bir-birimizi (özümüzə) Rəbb qəbul etməyək!" Əgər onlar yenə də üz döndərərlərsə, o zaman (onlara) deyin: "İndi şahid olun ki, biz, həqiqətən, müsəlmanlarıq (Allaha təslim olanlarıq)!" (Ali İmran, 64-cü ayə). Biz müsəlmanlar olaraq eyni peyğəmbərin ümməti olduğumuz, Qurana tabe olduğumuz halda niyə ittifaq etmirik. Halbuki aramızdakı ixtilaflar ancaq zənni dəlillərə bağlı ictihad məsələlərindədir."
Buna görədə ey şiyələr gəlin Allah Təalanın bu əmrinə tabe olaq: "21 - Ey insanlar! Sizi və sizdən əvvəlkiləri yaratmış Rəbbinizə ibadət edin ki, müttəqi olasınız! (Allahdan qorxub pis əməllərdən çəkinəsiniz!)
22 - O Allah ki, sizin üçün yer üzünü döşədi, göyü isə tavan yaratdı, göydən yağmur endirdi və onun vasitəsilə sizin üçün müxtəlif meyvələrdən ruzilər yetişdirdi. İndi siz də Allaha (Onun heç bir oxşarı və bənzəri olmadığını) bilə-bilə şəriklər qoşmayın!
136 - (Ey möminlər, yəhudi və xaçpərəstlərin sizi öz dinlərinə dəvət etmələrinə cavab olaraq) belə deyin: "Biz Allaha, bizə nazil olana (Qurana), İbrahimə, İsmailə, İshaqa, Yəquba və onun övladına (əl-əsbat) göndərilənlərə, Musaya və İsaya verilənlərə, Rəbbi tərəfindən (bütün) peyğəmbərlərə verilən şeylərə (möcüzələrə) inanmışıq. Onlardan heç birini digərindən ayırmırıq. Biz ancaq Allaha boyun əyən müsəlmanlarıq!"
137 - (Ey möminlər!) Əgər onlar da siz inandığınız kimi (Allaha) inanırlarsa, şübhəsiz ki, doğru yolu t.rlar. Yox, əgər (imandan) üz döndərərlərsə, (sizə qarşı) ədavət bəsləmiş olarlar. (Ya Rəsulum! Belə olduqda sən onların düşmənçiliyindən qorxma!) Allah sənə (tezliklə sənin intiqamını) onlardan (almağa) kifayət edər. O, (hər şeyi) eşidəndir, biləndir.
138 - (Ey möminlər, deyin: ) "(Biz) Allahın dinini (rəngini qəbul etdik). (Dini) Allahın dinindən daha gözəl olan kimdir?! Biz ancaq Ona ibadət edənlərik".
139 - (Ya Rəsulum! Kitab əhlinə de: ) "Siz Allah barəsində bizimlə mübahisəmi edirsiniz? Halbuki O həm bizim, həm də sizin Rəbbinizdir. Bizim əməllərimiz bizə, sizin əməlləriniz isə sizə aiddir. Ona sadiq olan bizik!"
140 - Yoxsa siz İbrahimin, İshaqın, Yəqubun və onun övladının (nəslinin) yəhudi və ya xaçpərəst olduqlarını iddia edirsiniz? Allah sizin nə etdiklərinizdən xəbərsiz deyildir.
141 - Onlar (İbrahim, Yəqub və övladı) bir ümmət (camaat) idilər ki, keçib getdilər, onların qazandıqları (əməllər) özlərinə, sizinki isə özünüzə aiddir. Onların əməlləri haqda sizdən sorğu-sual olunmaz.
142 - (Mədinədəki yəhudi və münafiqlərdən) ağılsız adamlar deyəcəklər: "(Müsəlmanları əvvəlcə) üz tutduqları qiblədən (Beytülmüqəddəsdən) döndərən nədir?" (Ya Rəsulum! Onların cavabında) de: "Şərq də, Qərb də Allahındır. O, istədiyi şəxsi doğru yola yönəldər".
143 - (Ey müsəlmanlar!) Beləliklə də, sizi (ədalətli və seçilmiş) bir ümmət etdik ki, insanların əməllərinə (qiyamətdə) şahid olasınız, Peyğəmbər də (Muhəmməd əleyhisəllam da) sizə şahid olsun. (Ya Rəsulum!) İndi yönəldiyin qibləni (Kəbəni) yalnız Peyğəmbərə tabe olanlarla ondan üz çevirənləri bir-birindən ayırd etmək üçün (qiblə) təyin etdik. Bu, (qibləni Beytülmüqəddəsdən Kəbəyə tərəf çevirmək) ağır görünsə də, ancaq Allahın doğru yola yönəltdiyi şəxslər üçün ağır deyildir. Allah sizin imanınızı (bundan əvvəl Beytülmüqəddəsə üz tutaraq qıldığınız namazlarınızı) əvəzsiz buraxmaz. Allah insanlara qarşı, əlbəttə, mehribandır, mərhəmətlidir."(Bəqərə surəsi)
Hamınızı bu barədə geniş diskusiyalara və müxtəlif məqalələr yazmağa çağırıram. Həmçinin bu istiqamətdə geniş təbliğat işlərini .rmağımız zəruridir.
Əssələmu aleykum
Əkrəm Həsənov
www.islam.azeriblog.com
Kitab (Quran) və Sünnədə (Hədisdə) müxtəlif firqə və təriqətlərə icazə verilir?
Sual: Allahın Kitabı və Onun Peyğəmbərinin sallallahu aleyhi və səlləm Sünnəsində müxtəlif firqə və təriqətlərin olmasına icazə verən hər hansı bir mətn (ayə və hədis) var?
Cavab: Mən deyirəm ki: Nə Kitabda, nə də Sünnədə müxtəlif firqələr və dəstələrin olmasına dair heç bir dəlil yoxdur. Əksinə, Kitab və Sünnədə bunu ittiham edən ayə və hədislər var. Uca Allah buyurur: "Dinlərini parçalayıb firqə-firqə olanlarla sənin heç bir əlaqən yoxdur. Onların işi Allaha aiddir. Sonra (Allah) onlara etdikləri əməllər barədə xəbər verəcəkdir". (əl-Ənam 6:159)
Uca Allah buyurur: "O kəslərdən ki, öz dinini bölüb firqələrə ayrıldılar. Hər firqə öz təriqətini (üstün bilib) sevinir". (Rum 30:32)
Və şübhə yoxdur ki, bu firqələr Allahın əmr etdiklərinə zidd gedirlər. Əksinə, Alalh təalanın əmr etdiyi və təşviq etdiyi Onun bu kəliməsidir: "Həqiqətən, bu, vahid bir din olaraq sizin dininizdir. Mən də sizin Rəbbinizəm. Elə isə Məndən qorxun". (əl-Muminun 23:52)
Bəzi insanlar deyirlər: Dəvət yalnız o zaman güclü olur ki, firqə çərçivəsində yerinə yetirilsin! Biz buna belə cavab veririk: Bu söz batildir! Əksinə dəvət o zaman güclü olacaq ki, insan Allahın Kitabı və Onun Rəsulunun sallallahu aleyhi və səlləm Sünnəsinə görə hərəkət etsin, Peyğəmbərin sallallahu aleyhi və səlləm rəvayətlərinə və onun Səhabələrinin yoluna tabe olsun.
Şeyx Muhəmməd ibn Salih əl-Üseymin
Məcmu Kəlaamul Ulema fi Abdurrəhman Abdulxaliq adlı kasetdən (ikinci üzü) (http://dinifetvalar.com/fetva.pl?id=629)
İSLAM QARDAŞLIĞI
Qardaş Türkiyədən gəlmiş şəhərimizin qonağı, Quran təfsiri sahəsinddə 16 ildən çox dərslər verən və Quranın Tələbəsi olan Mustafa İslamoğlu İlahiyyat məscidində İslam Qardaşlığı mövzusunda cümə xütbəsi oxudu.
Fərqliliklərlə barışmaq, dində qardaş olmaq, Allaha doğru gedən ipə hamılıqla sarılmaq, İmanın qiymətini bilmək və daha neçə faydalı mövzular ətrafında qonaq maraqlı fikirlər söylədi.
buradan yukleyin- http://azerislam.com/index.php?lngs=aze&do=audio