Перейти к содержимому

SUMGAYIT

Members
  • Публикации

    3774
  • Зарегистрирован

  • Посещение

Все публикации пользователя SUMGAYIT

  1. SUMGAYIT

    Avropa, ged oppan!

    Dünyanın aparıcı dövlətlərinin Qarabağ mesajı nə idi?
  2. Неизбежное похмелье. «Истерики древнего мира»
  3. Dünyanın ən güclü kosmik raketi "Starship" ilk dəfə orbitə çıxdı
  4. Ermənistan uzun illərdir ki, Avropaya vizasız gəlmək imkanı əldə etməyə çalışsa da, hələ ki, buna nail olmayıb. Başqa sözlə, Ermənistanla Avropa arasında bu “bal ayı” özünü doğrultmur, çünki ermənilərə vizalarını liberallaşdırmağa belə icazə verilməyib. Axar.az xəbər verir ki, bunu Parisdəki Panteon Assas Universitetinin Beynəlxalq hüquq kafedrasının dosenti, erməni hüquqşünas Raffi-Filip Kalfayan deyib. “Ermənistan hərbi, siyasi və xüsusilə iqtisadi baxımdan Avropa üçün heç nəyi təmsil etmir. Bu, 2-2,5 milyon nəfərlik bir bazardır, çox mühüm və ya böyük təbii ehtiyatları olmayan ölkədir. Yəni Avropa Ermənistanla güzəştli şərtlərlə hərbi-siyasi əlaqələrdən hansı fayda əldə edəcək? Tərəflərin hərbi texnikanın alınmasına, xüsusən də hücum silahlarının tədarükünə sərmayə yatıra biləcəyi hazırlığından danışıram. Bütün bunlar mənasızdır. Makronun çıxışları ilə müqayisədə AB çox ciddidir. Makron Qərb dövlətinin lideri kimi Rusiyaya qarşı mübarizə aparmağa çalışır, Moskvaya qarşı müharibə lideri olmaq istəyir. O, bu prosesin önündə gedir. O, kifayət qədər təxribatçı fikirlər təklif edir. Beləliklə, bizim beynəlxalq arenada Prezident Makronla problemimiz var. O, uzun illər əvvəl Beyrut limanı partlayışından sonra etdiyi kimi, beynəlxalq arenada özü üçün vasitə və məqsəd tapmağa çalışan adamdır. O, ora getdi, özünü xilaskar, yeni hökumət yaradacaq, Livanı oliqarxlardan, müxtəlif liderlərdən azad edəcək adam kimi təqdim etdi. Bu, onun xeyrinə olmadı. Fələstində bu son qarşıdurma başlayanda Qəzzanı işğal etməyə və Fələstin əhalisinə çətinlik yaratmağa ehtiyac olmadığını deyəndə çox sərt sözlər işlətdi. Lakin sonra yenidən geri çəkildi. Bu, istənilən bir şəraitdə hərəkətlərində qeyri-sabit olan insandır. Makron çox danışan və insanlarla ünsiyyət qurmağı sevən insandır. O ağıllıdır, amma dediklərinə və etdiklərinə görə özünə inam yaratmır. Onun dediyini etmək şansı yoxdur. Ona desələr ki, Ermənistana hücum edilib, biz onu qorumalıyıq, Fransa cəmiyyəti bu çağırışı dəstəkləməyəcək və bu gün Ukraynaya göndərilən hərbi yardım Ermənistana göndərilməyəcək”, - o bildirib.
  5. SUMGAYIT

    Cəbbəxana\Arsenal

    Xankəndidə yenə silah partiyası aşkar edilib SİYASƏT Turan İnformasiya Agentliyi Xankəndidə yenə silah partiyası aşkar edilib Martın 13-də polis əməkdaşlarının keçirdikləri tədbirlər zamanı Xankəndi şəhəri ərazisindən 25 ədəd müxtəlif markalı avtomat silah, 1 pulemyot, 3 tapança, 1 tüfəng, 11 qumbara, 10 alışdırıcı, 38 patron darağı, 7575 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb. Bu barədə Azərbaycan Daxili İşlər Nazirliyinin mətbuat xidməti bildirib.
  6. SUMGAYIT

    Cəbbəxana\Arsenal

    Sonuncu antiterror əməliyyatından sonra hərbi sursatları, ağır silahları, zirehli maşınları müsadirə etdik ki, onların dəyəri bir milyard dollara yaxın idi. İkinci Qarabağ müharibəsində götürülmüş hərbi qənimətlərin dəyəri isə beş milyard ABŞ dollarına yaxın idi. Axar.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev martın 14-də Bakıda işə başlayan “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında bildirib. “Sual ondan ibarətdir ki, Ermənistan bütün bu pulları haradan götürüb? Aydın idi ki, onların bizə qarşı istifadə etdiyi bütün silahlar onlara pulsuz verilmişdi”, - deyə dövlət başçısı qeyd edib.
  7. Dördyüz min manatı mənimsəyən Çingiz Mehdiyev məhkəmə qarşısına çıxacaq Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Qaynarinfo xəbər verir ki, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Martın 18-nə iş üzrə məhkəmə hazırlıq iclası təyin edilib. İclas hakim hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçiriləcək. Çingiz Mehdiyev Bakı Şəhər Əməliyyat şirkətinin İdman Əməliyyatları şəbəsinin rəisi vəzifəsində 2015-2020-ci illərdə çalışıb. O, külli miqdarda dövlət vəsaitini mənimsəməkdə və həmin pulları qanunsuz leqallaşdırmaqda ittiham edilir. Cinayətin üstü Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılan araşdırma nəticəsində açılıb. Çingiz Mehdiyev Formula 1 yarışları ərəfəsində marşallar üçün geyim, ləvazimat, yağçəkən parçalar və digər əşyaları sifariş verərkən malların qiymətini süni şəkildə artırmaqda, həmçinin dövlət büdcəsindən ayrılmış pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürməkdə, qiymət şişirtməsi nəticəsində əldə edilmiş pulları isə qəsdən mənimsəməkdə təqsirləndirilir. İstintaq zamanı o da müəyyən olunub ki, Çingiz Mehdiyev ona etibar edilmiş külli miqdarda vəsaiti talamaq niyyəti ilə ofşor zona sayılan Seyşel adalarında cinayətdən xəbərsiz anasının adına yaratdığı şirkəti Formula 1 yarışlarının keçirilməsi üçün ixtisaslaşmış təşkilat kimi təqdim edərək müqavilə bağlatdırıb. İstintaqla onun ümumilikdə 397 852 AZN dövlət vəsaitini mənimsədiyi üzə çıxıb. O, əldə etdiyi pulların həqiqi mənbəyini gizlətmək məqsədilə külli miqdarda pul vəsaitlərini xarici banklara köçürərək leqallaşdırıb. Çingiz Mehdiyevə Cinayət Məcəlləsinin 179.3.2 (Külli miqdarda mənimsəmə), 12.1, 193-1.3.2 (Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma) 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə), 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə ittiham verilib. Həmçinin 1 milyon manata yaxın qiymətləndirilən əmlakları üzərinə həbs qoyulub. Mediada gedən məlumatlara görə, Çingiz Mehdiyev mənimsədiyi məbləğin 100 min manatını dövlət büdcəsinə geri ödəyib. Onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Çingiz Mehdiyevin məhkəməsinə gəlincə, o, yalnız 193-1.3.2-ci maddə ilə mühakimə ediləcək. Bu maddədə 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə, əmlakı müsadirə olunmaqla 7 ildən 12 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Çingiz Mehdiyevin cinayət işi üzrə Bakı Şəhər Halqası Əməliyyat Şirkəti zərərçəkən qismində tanınıb.
  8. Önce Vatan Türk Silahlı Kuvvetleri Türk Silahlı Kuvvetleri YouTube Kanalına Abone Olmak için linke http://wedia.link/TSKAboneOl tıklayabilirsiniz.
  9. Paşinyanın yalan danışdığını üzə çıxaran faktlar Ermənistanın baş naziri Nikol Paşinyan “sensasiyalı” açıqlamalar verib. O, martın 12-də keçirdiyi mətbuat konfransında deyib ki, Rusiya sərhədçiləri İrəvanın “Zvartnots” hava limanından çıxarılacaq. Bundan başqa, hökumət başçısı Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyasının ölkəsinin Tavuş vilayətindən başlayacağını söyləyib. Həmçinin Azərbaycanla bağlı həqiqətə uyğun olmayan iddialar ortaya atıb. Altı ilə yaxındır hakimiyyətdə olan N.Paşinyan tez-tez oxşar “sensasiyalı” bəyanatlar səsləndirir. Amma məsələ ondadır ki, o və komandasının üzvləri həmişə eyni məsələlərlə bağlı oxşar tezislər və mətnlərlə çıxış edirlər. Bəs onların fikirləri niyə belə maraq doğurur? N.Paşinyan və Ermənistan rəsmilərinin əvvəllər səsləndirdikləri bəzi bəyanatlara nəzər yetirək. O, hakimiyyətə sistemdənkənar gələn qüvvələrdən sayılır. Daha doğrusu N.Paşinyan və hakim Mülki Müqavilə Partiyasının üzvləri zahirən müxalifət düşərgəsindən iqtidara yüksələn siyasətçilər kimi qəbul olunurlar. Onların mövqe və platformalarını cəlbedici edən isə anti-Rusiya çıxışları və açıqlamalarıdır. Bu qrupun əsas liderləri bunlardır: baş nazir Nikol Paşinyan, prezident Vaaqn Xaçaturyan, parlamentin sədri Alen Simonyan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan, xarici işlər naziri Ararat Mirzoyan. Müxalifətdə olduqları müddətdə onlar tez-tez Ermənistanın Qərbə inteqrasiyasından, Avropa İttifaqı və NATO-ya daxil olacağından, Rusiya qoşunlarının ölkədən çıxarılacağından, MDB, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Avrasiya İqtisadi İttifaqı üzvlüyündən çıxacağından danışırdılar. Bir sözlə, bu siyasətçilər Qərbdə anti-Rusiya, “demokratik” qüvvələr kimi tanıdılıblar. N.Paşinyan və komandası uzun illər erməni cəmiyyətinə verilən vədlərin yalan olduğundan bəhs edirlər. Bu qrup Ermənistan cəmiyyətinə reallığı çatdırmağa çalışan komanda kimi görünməyə çalışır. Bir çox hallarda hadisələrə ortadan başlamaqla vəziyyəti gərginləşdirirlər. Bu qrupun üzvləri müxtəlif vaxtlarda dəfələrlə Qarabağın Azərbaycan torpaqları olduğunu etiraf ediblər. Belə açıqlama ilə özlərinin sülhsevər göstərməyə çalışırlar. Keçmiş prezidentlər - Robert Koçaryan, Serj Sarqsyana qarşı cinayət işini başlamaqla da özlərinin yenilikçi kimi göstəriblər. Ancaq bu cinayət işləri yarımçıq qalıb. Eləcə də 1999-cu il oktyabrın 27-də parlamentə silahlı hücum və 2008-ci il martın 1-dən dinc etiraz aksiyası iştirakçılarına atəş açılması hadisələrinin təşkilatçıları da cəzalandırılmayıb. N.Paşinyan martın 12-dəki mətbuat konfransında da yuxarıda qeyd etdiyimiz tezislərlə danışıb. Son günlərin ən populyar mövzularından biri İrəvandakı “Zvartnots” hava limanından Rusiya sərhədçilərinin çıxarılması məsələsidir. Bir müddət əvvəl A.Simonyan bildirmişdi ki, adıçəkilən aeroportda rusiyalı hərbi qulluqçuları erməni hərbçilər əvəzləyə bilər. N.Paşinyan bu mövzuya toxunaraq deyib ki, məsələ barədə rəsmi Moskvanı məlumatlandırıblar və 2024-cü il avqustun 1-də Ermənistan sərhədçiləri hava limanında xidmətə başlaya bilər. O, bu məsələni siyasi və geopolitik deyil, işgüzar proses saydığını söyləyib. Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov İrəvandan bildiriş aldıqlarını təsdiqləyib. Lakin Moskva hələ buna rəsmi qaydada cavab verməyib. Qeyd etmək lazımdır ki, Rusiya hərb bazası və sərhədçiləri Moskva ilə İrəvan arasında imzalanan müqaviləyə əsasən 2040-cı ilədək Ermənistanda qalmalıdır. Yeri gəlmişkən, Rusiya Federal Təhlükəsizlik Xidmətinin Ermənistandakı müasir sərhəd idarəsinə dörd sərhəd dəstəsi daxildir. Bunlar Gümrü, Armavir, Artaşat və Mehridə (Ermənistanın İran və Türkiyə ilə sərhədini qoruyur) yerləşir. Həmçinin İrəvanda “Zvartnots” hava limanında (erməni sərhədçiləri ilə birlikdə) ayrıca “Ermənistan” sərhəd-buraxılış məntəqəsi, İranla sərhəddə gedən Aqarak avtomobil yolunun üzərində yerləşən keçid məntəqəsi fəaliyyət göstərir. Ermənistan vətəndaşlarına rusiyalı sərhədçilərlə birlikdə xidmət etməyə icazə verilib. 2013-cü ilin məlumatına görə, bu ölkədə Rusiya sərhədçilərinin sayı təxminən 4,5 min nəfərdir. Sonrakı illərdə belə məlumat açıqlanmayıb. N.Paşinyan 2018-ci ildə “Exo Moskva” radiosuna müsahibəsində rəsmi İrəvanın Ermənistan-Türkiyə sərhədindəki Rusiya sərhədçilərinin xidmətindən imtina etmək niyyətində olmadığını, bu sərhədin uzunluğunun onlar üçün “böyük yükə” çevriləcəyini demişdi. Onu da qeyd edək ki, Ermənistan sərhədçiləri Zvartnots, Erebuni və Gümrüdəki üç hava limanındakı sərhəd-keçid məntəqəsində xidmət edirlər. Axırıncı iki məntəqədə Rusiya sərhədçiləri yoxdur. Odur ki, əgər rusiyalı hərbçilər “Zvartnos”dan çıxarılsa bunun N.Paşinyanın uğuru kimi qiymətləndirilməsi də məntiqi deyil. Ancaq Rusiyanın həmin ərazidən vaxtından əvvəl çıxacağı ehtimalı da azdır. Ola bilər ki, bu məsələ perspektivdə tərəflər arasında müzakirə mövzusuna çevriləcək. Rusiyanın xarici işlər naziri Sergey Lavrov martın 2-də İrəvan rəsmilərinin çıxışlarına münasibət bildirərkən onları “Rusiyanı Cənubi Qafqaz regionundan çıxarmaq istəklərini gizlətməyən şəxslər” adlandırmışdı. N.Paşinyan və komandasının ən çox səsləndirdikləri tezislərdən biri də Azərbaycanla sərhədin delimitasiyasıdır. O, sonuncu mətbuat konfransında da dövlət sərhədlərin müəyyənləşməsinə toxunub. Ancaq məsələ ondadır ki, Bakı və İrəvan arasında bunun üçün əsas mənbə, yəni xəritə hələ təyin edilməyib. Odur ki, bunu ənənəvi tezis müddəalarındən saymaq olar. Ən başlıca məsələ isə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası ilə bağlıdır. N.Paşinyan bu toplantıda yeni konstitusiyanın mətni, konsepsiyasının olmadığını etiraf edərək bildirib ki, bu istiqamətdə siyasi müzakirələr aparılır. Belə hesab etmək olar ki, o, bununla müxalifət sayılan qüvvələri sakitləşdirib, onları zərərsizləşdirməyə çalışıb. Çünki martın 11-də Ermənistanın Ədliyyə Nazirliyi əsas qanunla bağlı “Sputnik Armenia”nın sualına cavabında bildirib ki, konstitusiya islahatları konsepsiyasının layihəsi artıq hazırdır. Bu isə N.Paşinyanın yalan danışdığını üzə çıxaran faktdır. Mətbuat konfransında o, saxtakarlığını gizlədə bilməyib. Baş nazir bildirib ki, Azərbaycanda deyilən yer adlarına nə keçmiş SSRİ dövründə, nə də sonradan rast gəlinməyib. Ermənistan hökumətinin başçısı bu açıqlaması ilə özünün erməni mahiyyəti və saxtakarlığını ortaya qoyub. Söhbətin Qərbi Azərbaycanın tarixi yer adlarından getdiyini hər kəsə məlumdur. Çünki keçmiş sovetlər dövründə həmin coğrafi, ərazi-inzibati yer adları erməniləşdirilib, sovetləşdirilib. Həmin bölgələrdən 300 min qərbi azərbaycanlı silah və güc tətbiqi ilə qovulduqdan sonra bu proses daha da sürətlənib. Bu baxımdan nə sovet Ermənistanı, nə də Ermənistan Respublikası azərbaycanlılara məxsus qədim yer adlarını ilkin variantda saxlayıb. N.Paşinyan bu mətbuat konfransında da ona verilən tezislər ətrafında alayarımçıq çıxış edib. Bununla da Azərbaycanla sərhədləri müəyyənləşdirməyə, sülhə, əməkdaşlığa, Rusiyadan bir mənalı qopmağa hazır olmadıqlarını göstərib.
  10. Haylar saq, qamər, subar, erməni mədəniyyətini mənimsəyib | QƏRBİ AZƏRBAYCAN XRONİKASI
  11. Bir neçə gün bundan qabaq ölkədə iki kino ittifaqının birləşməsi günün ən vacib xəbəri kimi geniş yayıldı. İstər mətbuatda, istərsə də sosial şəbəkələrdə bu xəbər ciddi müzakirəyə səbəb oldu. Sanki bu birləşmədən sonra kinomuz dünyanı fəth edəcəkmiş... Yaradıcı ittifaqların yaranma səbəbi yaradıcı şəxsləri nəzarətdə saxlamaq və sovet ideoloqiyasını təbliğ etmək, yaymaq məqsədi daşıyırdı. Eyni zamanda yaradıcılıqla məşğul olan insanların təsir dairəsindən çıxmalarını əngəlləmək və onların fərqli düşünməsinin qarşısını almaq üçün yaranmışdı. Həm də bu ittifaqlar bir cəza aparatı idi. Sovetlər dönəmində bu belə idi. Unutmayaq ki, bu ittifaqlar geniş səlahiyyətə malik idi. Onların dərkənarı olmadan heç bir sənət nümunəsi işıq üzü görə bilməzdi... İndi bizim ittifaqların hansı səlahiyyəti var? Kino İttifaqı film çəkmək istəyən rejissora imkan yarada bilərmi? Bu yalnız Kino İttifaqına aid deyil. Bütün ittifaqlarda eyni vəziyyətdir. Əgər hər hansı bir yaradıcı ittifaq hansısa sənət əsərinin ərsəyə gəlməsinə, işıq üzü görməsinə şərait yarada, təsir edə bilmirsə, onda mənası varmı belə ittifaqların? Kino incəsənətin qismən yeni bir növü olsa da, yəni ədəbiyyat, musiqi, rəngkarlıq qədər qədim tarixi olmasa da, müasir dünyada çox böyük təsir gücünə malik olan bir sənət növüdür. Kinonun təbliğat vasitəsi kimi sonsuz təsir imkanlarına malik olmasını qeyd edib uzun-uzadı fikir söyləmək istəmirəm. Bu, hər kəsə məlumdur. Azərbaycan kinosunun böyük tarixi var. Əfsuslar olsun ki, bu tarixi nailiyyətdən istifadə edib inkişafa nail ola bilmədik. Kino peşəkarlarımız illərlə kino çəkmək həsrəti ilə yaşayır. Kino olduqca böyük vəsait tələb edən sənət növüdür. Dövlətin kinoya ayırdığı illik büdcə, əslində, yaxşı bir sənədli filmin büdcəsinə bərabərdir. Bu cüzi vəsaitlə dünyaya çıxa biləcək, böyük səs-küy yaradacaq kino cəkmək olarmı? Dünyada hər il 5000-dən artiq film çəkilir. Bu filmlərin hamısı uğur qazanırmı? Əlbəttə ki, yox. Çəkilən minlərlə filmdən 50-60 film böyük tamaşaçı kütləsinin rəğbətini qazana bilir. Amma bu filmlərə millionlar sərf olunur. Məgər həmin dünyəvi kino şirkətləri bu il uğur qazanmayanda növbəti illərdə kino çəkmirlər? Əlbəttə ki, çəkirlər. Çünki olduqca qəliz, çətin kino industriyası daim formada olmalıdır və fəaliyyət göstərməlidir. Kino mütəxəssisləri ildən ilə püxtələşməlidir. Bunun üçün isə yaxşı, ya pis, hər il filmlər çəkilməlidir. Biz isə istəyirik ki, cüzi vəsaitlə kino çəkib dünyanı heyrətləndirək. Belə olmayanda, düşünürük ki, kinoya daha artıq pul ayırmağa dəyərmi? Yəni bizə kino lazımdırmı? Kino həm də böyük qazanc gətirən sahədir. Azərbaycanda isə kino bazarı çox kiçikdir. Bu kiçik bazarda, vur-tut 20-30 kinoteatrı olan ölkədə kinodan milyonlar qazanmaq ümidi ən azından sadəlövlükdür. Ona görə də kinoya investisiya cəlb etmək müşkül məsələdir. İnvestor istənilən halda yatırdığı vəsaiti necə geri qaytarmağı, üstəlik qazanc əldə etməyi düşünür. Sponsorlar üçün kino o qədər də maraqlı və cəlbedici sahə deyil. Bir çox ölkələr bu məsələni qanunvericilik səviyyəsində həll ediblər. Kino investorları və ya sponsorları müəyyən iqtisadi güzəştlər əldə edirlər. Bu da onlarda kinoya sərmayə yatırmaq ücün maraq yaradır. Biz amma belə güzəştlərə getmirik. Üstəlik, rəsmi qurumlar kinoya ayırdığı vəsaitin geri qaytarılacağı haqqında zəmanət istəyirlər. Bu isə bizim kimi kiçik kino bazarı olan ölkələrdə mümkünsüzdür. Onda sual olunur: belə olan halda bizə kino lazımdırmı? Kino millətin intellektual səviyyəsini göstərən sənət nümunəsidir. Mən də sual edirəm: Bizə kino lazımdırmı? Kino müasir dünyada ən güclü təbliğat vasitəsidir. Siz deyin: Bizə kino lazımdırmı? P.S. Dünən gecə Oskar mükafatının təqdimetmə mərasimini izlədikdən sonra düşündüklərimi sizinlə bölüşdüm… Tarix 2024.03.11 / 23:50 Müəllif Kamil Şahverdi
  12. Армения прекращает работу российских пограничников в аэропорту Еревана с 1 августа 2024 года, заявил Пашинян. Российские пограничники там были символом дружественных отношений России и Армении. Как передает Axar.az, об этом в своем ТГ-канале написал российский политолог Сергей Марков. "Сейчас Армения уничтожает этот символ дружбы. Он реально не работает, потому что дружбы нет. А есть предательство России с армянской стороны. Пора и России делать выводы", - пишет Марков
  13. Azərbaycan ultimatum verdi, ardınca Ordusu girəcək - Danielyan Nikol Paşinyanın mətbuat konfransının əsas məqsədi Ermənistanın ərazisinin 29 min 800 kvadrat kilometr yox, daha az olduğunu söyləmək olub. Üstəlik, mətbuat konfransı keçirmək çox güman ki, onun deyil, Azərbaycan Prezidentinin qərarıdır. Yenipress.az xəbər verir ki, bunu erməni politoloq Stepan Danielyan deyib. Danielyan bildirib ki, Azərbaycan dörd anklavın dərhal verilməsini tələb edir: “Aydındır ki, bu ultimatumdur, yəni bu bəyanatdan sonra hadisələr gələcək, Azərbaycan böyük ehtimalla bu ərazilərə hərbi yolla girəcək. Mövcud hakimiyyətin davranışını nəzərə alsaq, müqavimət olacağını düşünmürəm. Paşinyanın mətbuat konfransı bu ultimatuma reaksiyadır. Paşinyan bu ərazilərin təhvil verilməsi üçün zəmin hazırlayır, ona görə də bu gün mətbuat konfransı təşkil edib. Güman edirəm ki, qapalı iclaslarda vaxt istəyib, bəlkə də deyib ki: gözləyin, açıqlama verəcəm ki, hər şey qanuni yolla olsun. Yəni Paşinyan Azərbaycan gündəminə tabe olur və onların tələblərini yerinə yetirir”.
  14. Dollar satışı azaldı: manatın 2024-cü il üçün məzənnəsi… Mərkəzi Bankın bu gün təşkil etdiyi hərracda 79,4 milyon dollarlıq sifariş qeydə alınıb. Bütövükdə, mart ayının geridə qalan günlərində hərraclarda 227.4 milyon dollar satılıb. Bu ilin ilk 2 ayı, xüsusən də fevral ilə müqayisədə mart ayında dollar tələbinin stabilləşməsi müşahidə olunur. Yenipress.az xəbər verir ki, bu sözləri millət vəkili Vüqar Bayramov qeyd edib. Onun sözlərinə görə, bu, Mərkəzi Banka valyuta bazarına intervensiya və növbəti mərhələdə sterilizasiya üçün yeni imkanlar yaradır: “Bununla yanaşı, mart ayında qeyri-iş günlərinin sayının çoxluğunun və eləcə də xarici səfərlərin sayının çoxluğunu nəzərə alsaq, Mərkəzi Bankın kommunikasiya alətindən mütəmadi istifadə etməsi vacibdir. Növbəti aylarda manatın məzənnəsinə gəldikdə isə, Mərkəzi Bankın 2024-cü il üçün pul siyasətinin əsas istiqamətləri barədə Bəyanatında qeyd olunduğu kimi, bu tədiyyə balansının vəziyyətindən, daha dəqiqi neftin qiymətindən asılı olacaq. Bir daha qeyd etmək lazımdır ki, fiskal sektorun valyuta təklifi və tələbi, eləcə də iqtisadi subyektlərin məzənnə gözləntiləri valyuta bazarındakı tarazlığa təsir göstərən əsas amillər kimi qruplaşdırılsa da aydındır ki, bu indikatorlar da birbaşa enerji bazarındakı volatillikdən asılı olacaq. Göründüyü kimi, bu ildə də neft gəlirlərimiz və daha dəqiqi enerji bazarlarındakı tarazlıq manatın məzənnəsinə təsir edən əsas faktor olacaq. Mərkəzi Bankın məzənnə siyasəti üzrə əməliyyat hədəflərinə nail olmaq üçün valyuta bazarına zəruri hallarda müdaxilə edəcəyini bildirməsi isə ondan xəbər verir ki, enerji bazarında ciddi volatillik baş verəcəyi halda valyuta ehtiyatlarından istifadə edilə bilər. Deməli, 2024-cü ildə də manatın məzənnəsi birbaşa Mərkəzi Bankın mövqeyindən asılı olacaq”.
  15. İndiki mərhələdə bizə lazım olan əsas məsələ onlara siyasi təzyiq etməkdir ki, bununla da Ermənistan tərəfinin beynəlxaq qanunlara zidd olan siyasətini ifşa edə bilək. Bu sözləri Axar.az-a işğalda olan 8 kəndimizin qaytarılması ilə bağlı danışan sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov deyib. “Ermənistan əvvəl-axır bizim istədiyimiz sülh variantı ilə razılaşmalı olacaq. Xatırlayırsınızsa, sülhməramlılar da əraziyə gələndə təkrarən yeni bəyanatlar verdi. Bütün hallarda Azərbaycan öz prioritetlərini onsuz da gündəmdə saxlayır. İndiki mərhələdə bizə lazım olan əsas məsələ onlara siyasi təyziq etməkdir ki, bununla da Ermənistan tərəfinin beynəlxaq qanunlara zidd olan siyasətini ifşa edə bilərik. Sovet dövründə qanunsuz olaraq Azərbaycan xalqının razılığı olmadan onlar Göyçə mahalının ərazisini ələ keçiriblər. Ermənistan tərəfi bilməlidir ki, qanunsuz olaraq bizdən aldığı nə varsa, geri qaytarmalı olacaq. Ya elə, ya da belə...” - Zülfüqarov bildirib.
  16. İranın Ermənistanla hərbi müttəfiqlik sazişi imzalamaq və bu ölkəyə ordu yerləşdirmək istiqamətində təbliğatı və təzyiqi getdikcə güclənir. Axar.az xəbər verir ki, əvvəlcə iranlı təbliğatçıların dili ilə ifadə edilən bu “istək” daha sonra erməni siyasətçilərin və politoloqların da əsas təbliğat vasitəsinə çevrilib. Bir müddət öncə müxalifət təmsilçisi Tiqran Abramyan İrana dəvət edilmiş, onunla bağlı qapılar arxasında görüşlər keçirilmiş və “ən yüksək səviyyədə” təkliflər dilə gətirilmişdi. Abramyan İrəvana qayıtdıqdan sonra İranın Ermənistana ordu yeritmək istəyində təkid etdiyini açıq şəkildə bildirmiş və bunun İrəvanın maraqlarına uyğun olduğunu da qeyd etmişdi. Bunun ardınca isə İranın müəyyən vəsaitlər hesabına təbliğatını gücləndirəcəyi haqda məlumat yayıldı ki, artıq bunun “nəticələri” görünməkdədir. Hazırda daha çox erməni politoloq “İran ordusunun Ermənistanda yerləşdirilməsindən” bəhs edir. Növbəti belə bir açıqlamanı erməni politoloq Armen Ayvazyan verib. O iddia edib ki, Rusiya və Qərbin “böyük hissəsi” Ermənistanı Azərbaycana qurban verməyə çoxdan razılaşıb. “Rusiya Ermənistana qarşı hər gün Azərbaycana dəstək ifadə edir, Qərb də İrəvana zəmanət verməyəcəyini bildirir”, - deyən Ayvazyan “ümid” kimi İran ordusunu çağırmağı təklif edib: “Azərbaycana heç bir güzəştə getmək olmaz. Bundan əlavə, diqqəti İrana yönəltmək, onunla müqavilələr bağlamaq, birgə təlimlər keçirmək, lazım gələrsə, Zəngəzurda müəyyən sayda İran bölmələrini yerləşdirmək lazımdır”.
  17. Ötən gün Ermənistan Baş naziri Nikol Paşinyanın mətbuat konfransında Azərbaycanın işğal altında saxlanılan 8 kəndindən anklav olmayan 4 kəndi tələb etməsi istiqamətində suala verdiyi təzadlı cavab üzərində erməni ekspertlər də müzakirə aparır. Axar.az xəbər verir ki, erməni mediası da təsdiqləyib ki, Nikol Paşinyanın “Ermənistanın heç bir kəndinin verilməsindən söhbət gedə bilməz” sözləri bu ölkənin 29,743 kv.km ərazisinə aiddir. Başqa sözlə, Nikol Paşinyan “Ermənistanda heç vaxt belə adda kəndlər olmayıb” deməklə, Azərbaycanın tələb etdiyi anklav olmayan 4 kəndin - Bağanis Ayrum, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılının Almatı Bəyannaməsinə əsasən de-yure Ermənistan ərazisində olmadığını açıqlayıb. Müxalif “Hayastan” fraksiyasının üzvü Qarnik Danielyan da erməni mediasına açıqlamasında bildirib ki, Paşinyanın sözlərindən çıxan nəticə budur: həmin 4 yaşayış məntəqəsinin Azərbaycana verilməsini sərhədlərin demarkasiyası işlərinin başlanğıcı hesab edə bilərik: “Paşinyan “biz Tavuş əyalətindən Azərbaycana heç bir kəndi vermirik” deyəndə o 4 kəndi Tavuş əyalətinin bir hissəsi hesab etmədiyini bildirdi. Deyir ki, bunlar Ermənistanın deyil, Azərbaycanındır və sərhədin demarkasiyası zamanı onları geri verməli olacağıq”. Qeyd edilib ki, əslində həmin 4 kənd 90-cı illərdən erməni tərəfinin nəzarətindədir. Gürcüstana gedən dövlətlərarası yol, qaz xətti onların yanından keçir. Paşinyan deyib: “Əgər Ermənistan kommunikasiyaları əldə edilmiş razılaşmalara əsaslanan hüdudları aşarsa, o zaman onlar Ermənistanın de-yure ərazisindən keçməsi üçün yenidən qurulmalıdır. Hələlik heç bir qərarımız yoxdur, amma bütün bu prosesi yuxarıda qeyd etdiyim məntiqlə idarə etməliyik. Mütəxəssislərimizin rəylərindən sonra əmin oldum ki, çaşqınlıq, düşüncə və perspektiv problemi var...” Bu kontekstdə Paşinyan qeyd edib ki, Əskiparanın hissəsi problemlidir. O, xəritədə izah etdi ki, həmin yolun bir hissəsi Azərbaycandır və əslində ondan yan keçmək üçün yeni yollar çəkilməlidir: “Biz nəyisə kəsmirik, amma dəqiq görürük ki, yolun bir hissəsi Əskipara kəndi hissəsində de-yure sərhəd xəttini keçir, sonra yenidən Ermənistan Respublikasının ərazisinə daxil olur. Əvvəllər müzakirələrdə elə bir fon var idi ki, harda yol varsa, məsələni belə həll etməliyik: yolun o hissəsini saxlayıb, başqa yerdən ona bərabər olan hissəni verməliyik. Sonra belə qənaətə gəldik ki, bunu etmək lazım deyil, çünki bu, əlavə qeyri-müəyyənliklər yaradır”.
  18. Ötən gün Ermənistan Baş naziri Nikol Paşinyanın Azərbaycanın anklav olmayan 4 kəndini tələb etməsinə cavab olaraq, “Ermənistanda belə kəndlər yoxdur” sözlərini işlətməsi haqlı olaraq həmin kəndlərin Azərbaycana aid olunması kimi şərh edilir. Xatırlayırsınızsa, bir müddət öncə Ermənistan Baş naziri Azərbaycanın bu tələbinə “Ermənistanın 29,8 min kv.km ərazisinə 8 anklav daxil deyil” demişdi. Bu sözləri Axar.az-a açıqlamasında “Teleqraf” Media Qrupunun rəhbəri, politoloq Aynur Camal Ermənistan Baş naziri Nikol Paşinyanın ötən gün mətbuat konfransındakı məlum bəyanatından sonra bu ölkədə başlayan qızğın müzakirələr haqda danışarkən deyib. A.Camal bildirib ki, hazırda əsas diqqət bu kəndlərin qayıtmasından sonra Ermənistanın şimal və cənub yollarının taleyi ilə bağlıdır: “Ermənistanın Gürcüstana gedən yolu Azərbaycanın eksklavlarının yanından keçir. Xüsusilə Yuxarı Əskipara bu baxımdan önəmlidir. Həmçinin Rusiyadan gələn qaz xətləri də bizim ərazimizə düşür. Anklavların geri qaytarılacağı halda Ermənistandan Gürcüstana getmək üçün 5 hissədə Azərbaycanın ərazisinə daxil olmaq lazım gələcək. Digər tərəfdən, Kərki kəndi də strateji əhəmiyyətə malikdir. Bu yol da İrana gedən magistralın üzərində yerləşir. Ona görə də Ermənistanda bəzi politoloqlar panik səviyyədə buna reaksiya verməyə başlayıblar. Ancaq bu panik reaksiyaların heç bir əhəmiyyəti yoxdur. Bu kəndlər Azərbaycanındır və mütləq ən qısa müddətdə geri qaytarılmalıdır”. A.Camalın sözlərinə görə, Paşinyan ötən gün sözügedən kəndlərin digər ərazilərlə dəyişdirilməsinə cəhd edildiyi mesajını da verdi: “O bildirdi ki, müzakirələrdə həmin ərazilərin saxlanılması, əvəzində o qədər torpağın başqa yerdən Azərbaycana verilməsi məsələsi qaldırılıb. Ancaq üstüörtülü şəkildə Azərbaycanın buna qəti etiraz etdiyini vurğuladı. Məsələ odur ki, bu kəndlərin əhalisi var, onlar uzun illərdir ki, öz yurd-yuvalarından qovulublar, həmin kəndlərdə mədəniyyət abidələri, insanların doğmalarının qəbirləri var. O kəndləri hansı məntiq və düşüncə ilə dəyişdirilməsi təklif edilə bilər? Bu baxımdan Azərbaycanın qəti mövqeyi ölkəmizin və xalqın, xüsusən də yerli sakinlərin maraqları baxımından çox mühümdür. O ki qaldı Ermənistanın bununla “anklava” çevriləcəyi haqda iddialara, bu, Azərbaycanın problemi deyil. Ermənilər tarixən belə həyasızlıqlarla Azərbaycandan torpaq qoparıblar. Vaxtilə Qərbi Zəngəzurun Ermənistana verilməsinin də kökündə bu ölkənin “anklavlıqdan çıxması” arzusu dayanıb. Ermənistan dalan dövləti olmamaq üçün Azərbaycan torpaqlarını özününküləşdirməyə, işğal siyasəti aparmağa yüz ildir vərdiş edib. Artıq o dövr bitdi və hazırda güclü və qüdrətli Azərbaycan özünün bütün torpaqlarına sahib çıxmaqda qətiyyətlidir”. Aynur Camal xatırladıb ki, hazırda anklav olmayan 4 kəndin geri qaytarılması müzakirəsinin bu qədər aktuallaşmasının səbəbi Prezident İlham Əliyevin iradəsi və gündəmidir: “Cənab Prezidentin 10 yanvar 2024-cü ildə yerli kanallara verdiyi geniş müsahibəsini bir daha xatırlamaq vacibdir. Həmin vaxt da bildirmişdik ki, bu müsahibə əslində ölkəmizin milli strategiyası, yol xəritəsidir. Həmin müsahibədə Prezident İlham Əliyev kəndlərin dəyişdirilməsi ilə bağlı heç bir təklifin qəbul edilməyəcəyini birmənalı və konkret şəkildə ifadə etdi. Bunun ardınca isə əvvəlcə anklav olmayan 4 kəndin (Bağanis Ayrım, Qızıl Hacılı, Aşağı Əskipara və Xeyrimli) dərhal qaytarılmalı olduğunu xüsusi vurğuladı, anklav olan digər 4 kəndlə bağlı isə (Naxçıvanın Kərki və Qazaxın Sofulu, Yuxarı Əskipara və Bərxudarlı kəndləri) müzakirələrin davam etdirilməsinin və həllinin vacibliyini bildirdi. Məsələ burasındadır ki, o kəndlərin anklav olmasına müəyyən dövrlərdə Ermənistana verilən otlaq sahələri səbəb olub və hazırda “xəritələr məsələsi” də bununla bağlıdır”. Politoloqun sözlərinə görə, bütün dünya, xüsusilə Ermənistan rəhbərliyi yaxşı bilir ki, Prezident İlham Əliyev milli məsələlərdə güzəştsiz mövqe tutur və dediyi sözü havaya atmır: “Prezident İlham Əliyev 4 anklav olmayan kəndi tələb edirsə, demək, mütləq qaytarılmalıdır, əks halda Azərbaycan haqqı olanı bütün vasitələrlə almaqdan çəkinməyəcək. Hazırda Ermənistanda “Azərbaycan Ordusu 4 kəndə girəcək” iddialarının da səbəbi budur. Ona görə Ermənistan rəhbərliyi də siyasi-ictimai manipulyasiyalardan əl çəkməli, işğalı dayandırmalı və Azərbaycan kəndlərini geri qaytarmalıdır. Azərbaycan Ordusunun beynəlxalq səviyyədə tanınan öz torpaqlarına daxil olmasına kimsə mane ola bilməz. Nəzərə alsaq ki, Azərbaycanın işğalda qalan kəndləri də boşdur, onda Ordumuza qarşı “mülki əhali” manipulyasiyası da mümkün deyil”.
×
×
  • Создать...