-
Публикации
3634 -
Зарегистрирован
-
Посещение
Все публикации пользователя SUMGAYIT
-
İrəvandan bu erməni komandirlər tələb edildi: illərin sirri açılacaq?
-
AzTV erməni terrorçuların təxribat törətdiyi yerdə: "Qisas əməliyyatı" bu ərazidə baş tutdu
-
“Qisas əməliyyatı”nda məhv edilən erməni postu | Baku TV Zəngilanda hadisə yerində
-
Erməniləri lərzəyə salan Vedi hadisələri: üsyan, yoxsa müqavimət? | QƏRBİ AZƏRBAYCAN XRONİKASI
-
Erməni ekspertin "Göyçə sərhəd gölünə çevriləcək" açıqlamasına politoloqdan şərh
-
Ишхан Вердян. БОИ НА ГРАНИЦЕ АЗЕРБАЙДЖАНА И АРМЕНИИ.
-
12 fevralda Ermənistan ordusunun Nerkin-Hand yaşayış məntəqəsi yaxınlığında yerləşən mövqelərindən Azərbaycan sərhədçilərinə snayper atəşi və bir əsgərimizin yaralanması insidentinin səbəbləri sırasında Azərbaycan və Ermənistan liderlərinin mümkün görüşünə “hazırlıq” və “müzakirə mövzusu” yaratmaq niyyətinin də olduğunu bildirmişdik. Belə ki, sözügedən ərazi Avropa Birliyinin müşahidə missiyasının fəaliyyət dairəsinə aiddir və ərazidə baş verən atışmadan AB missiyası təbliğat, daha sonra isə Ermənistan Baş nazirinin “güzgü prinsipi” ilə orduların geri çəkilməsi təklifini aktuallaşdırmaq üçün istifadə etməsinin planlaşdırıldığı ehtimalı vardı. Bu gün AB diplomatiyasının rəhbəri Jozep Borrell Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla görüşdə bu mövzuya toxunmaqla planı faktiki olaraq deşifrə etdi. Borrell bildirib ki, Ermənistan tərəfinin Azərbaycan əsgərlərinə atəş açması təəssüf doğursa da, Azərbaycan qeyri-proporsional reaksiya verdi. O vurğulayıb ki, Azərbaycan Ermənistan Müdafiə Nazirliyinin ötən gün baş vermiş insidentin tam araşdırılacağı ilə bağlı bəyanatına məhəl qoymayıb: “Bu, bir daha qüvvələrin təcili çıxarılmasının zəruriliyindən (? – red.) xəbər verir. Avropa Birliyinin suverenliyin, ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığının tanınması prinsipləri əsasında uzunmüddətli və sabit sülhün bərqərar edilməsinə sadiqliyini bir daha təsdiq etməyi zəruri hesab edirəm. Bu yaxınlarda AB-nin Ermənistandakı missiyası yenilənib, onun tərkibi artıb və o, münasibətlərin normallaşdırılması səylərini dəstəkləyən mühitin yaradılmasına töhfə verməkdə davam edəcək”. Bu arada həm Ermənistan XİN, həm də Ermənistan Baş naziri Nikol Paşinyan sərhəd insidenti ətrafında təbliğat qurmağa çalışmaları ilə diqqət çəkirlər. Ermənistan Baş naziri Nikol Paşinyan İrəvanda Böyük Britaniya parlamentinin İcmalar Palatasının üzvü ser Con Uittinqdeylin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə bugünkü sərhəd insidenti haqda bildirib ki, bu gün səhər tezdən Azərbaycan “PUA-lardan istifadə etməklə lokal, lakin genişmiqyaslı atışmalara başlayıb” və “təəssüf ki, dörd hərbçi həlak olub”: “Dörd əsgərin həyatına son qoyan bugünkü hadisə təkcə sülhə nail olmaq üçün siyasi iradənin olmamasından deyil, həm də Azərbaycanın düşmənçiliyi və hərbi eskalasiyanı dərinləşdirmək niyyətindən xəbər verir. Bunu dünən və bu gün baş verən hadisələr sübut edir. Ötən gecə Azərbaycan mətbuatı bu gün insident baş verən ərazidə erməni hərbçinin Azərbaycan mövqeləri istiqamətində atəş açması ilə bağlı məlumat yayıb. Bundan dərhal sonra Ermənistan Hərbi Polisi bəyan edib ki, bu məlumat əsasında Müdafiə Nazirliyindən hər hansı bir gərginliyə yol verilməməsi, təxribatlara uyulmaması barədə çox ciddi göstəriş olduğu üçün araşdırmalara başlanılıb. Və bu, Ermənistanın çox açıq siqnalı idi və Hərbi Polisin press-relizində açıq şəkildə qeyd edilirdi ki, bu fakt sübuta yetirilərsə, bütün hüquqi nəticələrlə nizam-intizamın pozulması deməkdir. Amma buna baxmayaraq, bu gün səhər tezdən Azərbaycan PUA-lardan istifadə etməklə yerli, lakin genişmiqyaslı atışmalara başlayıb və dediyim kimi, təəssüf ki, dörd hərbçi həlak olub. Söhbət hətta dünən axşam Azərbaycan mediasının təqdim etdiyi insidentdən də getmir, çünki bizim çox uzun və mürəkkəb sərhədimiz var və kimsə eskalasiyaya, sülh prosesinin pozulmasına bəhanə axtarırsa, həmişə tapacaq”. Göründüyü kimi, hər şeyin planlaşdırıldığı kimi getməsinə yalnız və yalnız DSX-nin ortaya qoyduğu sübut – erməni snayperin atəş açmasının anbaan videosu mane olur. Bu fakt Azərbaycanı tam eskalasiyada ittiham etməyə imkan vermir, əvəzində isə, “araşdırma aparılırdı, Azərbaycan gözləmədi, bəhanə tapdı” kimi ifadələrdən istifadə edilir. Halbuki Azərbaycan DSX-nin bu gün keçirdiyi qisas əməliyyatı nəticəsində məhv edilənlər “Yerkrapa”nın üzvləridir və əsgər sayılmırlar. Ermənistan MN-in açıqlamasına görə, ölənlər Arutyunyan Eduard Hamletoviç 1974-cü il, Manukyan Qaqik Varazdatoviç 1982-ci il, Ambartsumyan Arsen Qagik 1979-cu il, Ohanesyan Qraçya Talışeviç isə 1957-ci il təvəllüdlüdür: yəni 42, 45, 50 və 66 yaşında şəxslərdir. “Yerkrapa” “könüllüləri” sərhəddə niyə durmalı və Ermənistan MN-in nəzarətindən kənarda istədiklərini etməlidir? Bu sualların heç birinə aydınlıq gətirilmir və Ermənistan sərhədə terrorçuları yerləşdirdiyinin də üzərindən keçir. Halbuki Azərbaycan DSX sərhəddəki terrorçuları zərərsizləşdirib. Digər tərəfdən, hadisə 12 fevral saat 13:37-də baş verib, mediaya rəsmi açıqlama isə 17-dən sonra verildi. Demək, Ermənistanın Azərbaycan bu haqda məlumatı yayana qədər və bütün axşam ərzində cavab imkanı vardı. Ortada video-sübutlar təqdim edilmişdi və Ermənistan Hərbi Polisi səmimi araşdırma üçün artıq axşam saatlarında kimlərinsə həbs olunduğunu elan edə, ən azı rəsmi XİN səviyyəsində Azərbaycandan üzr istəyə bilərdi. Ermənistan isə fakt-sübut ortada olduğu halda “araşdırılacağı və sübut ediləcəyi halda” vədini verirdi. Hansı sübutetmə lazım idi? Yeri gəlmişkən: sərhədə yerləşdirilən “Yerkrapa” terrorçuları “təsadüfən” Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın Ermənistan-Avropa Birliyi Tərəfdaşlıq Şurasının beşinci iclasında iştirak etmək üçün Brüsselə işgüzar səfərə getdiyi gün atəş açmaq qərarı verdilər. Bunun “təsadüf” olduğuna kimsə inanırmı?
-
Ermənistanın özü də qisas əməliyyatı nəticəsində öldürülənlərin “Yerkrapa”nın üzvləri olduğunu etiraf edib. Biz də birmənalı şəkildə məhv edilən silahlıların terrorçu olduğunu deyə bilərik. Bu, Ermənistan ordusunun bərbad vəziyyətini və hətta strateji yerlərdə belə keçmişi qaranlıq olan hərbçilərin, yaxud terrorçuların fəaliyyət göstərdiyini təsdiqləyir. Bu sözləri Axar.az-a DSX-nin həyata keçirdiyi qisas əməliyyatı nəticəsində məhv edilən dörd erməni hərbçisi haqqında danışan ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov deyib. Polkovnik Azərbaycana qarşı törədiləcək təxribatların Ermənistana baha başa gələcəyini vurğulayıb: “Məndə olan məlumata görə, bizim əsgərimizə atəş açan yaramaz da artıq gəbərdilib. Yəqin ki, yaxın saatlarda son vəziyyət haqqında detallı məlumat veriləcək. Təxribatı törədənlər yaşlarına və davranışlarına görə hərbçiyə bənzəmirlər. Çünki DSX-nin təqdim videodan göründüyü kimi, həmin postda komandirə tabeçilik yoxdur və silahlılar heç bir qaydaya məhəl qoymadan başıpozuq şəkildə rahat hərəkət edirlər. Üzə çıxan faktlar baş verən təxribatın Ermənistan hakimiyyətinin iradəsindən kənar həyata keçirildiyi ehtimalını gücləndirir. Ancaq istənilən halda bölgədə sülhə əngəl olmaq üçün təxribat törədənlər Azərbaycanın qisas əməliyyatı nəticəsində nə ilə üzləşəcəklərini bir daha əyani şəkildə gördülər”. Qeyd edək ki, Ermənistan-Azərbaycan şərti sərhədinin Qafan rayonu istiqamətindən atəşkəs pozaraq, əsgərimizi yaralayan terrorçulara qarşı qisas əməliyyatı keçirilib. Nəticədə 4 erməni əsgər məhv edilib, yaralılar var.
-
Zəngilan istiqamətində törədilən təxribata cavab olaraq keçirilən qisas əməliyyatının nəticələri Ermənistan üçün ağır oldu: bir əsgərimizin yaralanmasına qarşı 4 erməni hərbçi məhv edilib, biri yaralanıb. Axar.az xəbər verir ki, bu sözləri siyasi ekspert Asif Nərimanlı qeyd edib. O bildirib ki, İrəvan üçün maraqlı olan nə qədər itki verməsi yox, baş verənlərdən necə istifadə etməsidir: "Təcrübəyə əsasən Bakının adekvat addımlarının ağır nəticələrinin olacağını bildikləri halda təxribata əl atmaları da hədəfin hərbi yox, siyasi olduğunu deməyə əsas verir. Bu kontekstdə Ermənistan Xarici İşlər Nazirliyinin açıqlaması diqqət çəkir. Rəsmi İrəvan Azərbaycanı “danışıqları pozmaqda”, “sərhəddə eskalasiya yaratmaqda” ittiham edir. Ermənistanın bu iddiaları bölgədə heç nəyi dəyişdirməsə də, Avropa strukturlarında qisas əməliyyatını “Azərbaycanın hücumu” olaraq göstərməyə və bundan Bakıya qarşı təzyiq kimi istifadə etməyə cəhd edəcəklər. Məhz buna görə İrəvan məsuliyyətdən yayınmaq üçün Bakının qisas əməliyyatına səbəb olan snayper atəşinin onun iradəsindən kənar baş verdiyini deyir. Zəngilan istiqamətində törədilən təxribatın hədəfləri arasında bu da var. Və Cənubi Qafqazdakı geosiyasi mübarizə fonunda bu təxribatın sonuncu olmayacağı da görünür".
-
Nikol Paşinyan sərhəddə gərginlik və Azərbaycanla yeni müharibə istəmirsə, ilk işi “Yerkrapa” terror təşkilatının üzvlərini sərhəddən uzaqlaşdırması və tərk-silah etməsi olmalıdır. Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Ermənistanın Nerkin-Hand kəndi yaxınlığındakı mövqelərdən Zəngilan istiqamətində snayper atəşi və nəticədə əsgərimizin yaralanması haqda qeyd edib. O bildirib ki, bu təşkilat ordu komandanlığına və hökumətə tabe deyil: “Bu təşkilata əmrləri Rusiyanın hərbi agentura şəbəkəsindən tutmuş Qarabağ klanının rəhbərləyinə qədər, müxtəlif şəxslər verir. “Yerkrapa”nın Birinci Qarabağ müharibəsindən başlayaraq Rusiya hərbi agenturasıyla əməkdaşlığının uzun tarixi var. Paşinyan bu terrorçu təşkilatı tərk-silah etməsə, sərhəddə təxribatlar səngiməyəcək və bu, Ermənistana baha başa gələcək. Rəsmi Bakının İrəvandan tələbləri sırasına “Yerkrapa” qruplaşması tərk-silah olunaraq sərhəddən uzaqlaşdırılmalıdır” şərti də əlavə olunmalıdır. Brüsselə də sualımız var: Əgər erməni snayperi Azərbaycan mövqelərinə atəş açırsa, sizin Ermənistandakı fəaliyyətinizin mənası nədir, nəyi monitorinq edirsiz? Bunlar Azərbaycan ərazisinə durbinlə baxmaq əvəzinə həmin durbini arxa tərəfə çevirib baxmalıdırlar. Əsl təhlükə arxa tərəfdədir”. Qeyd edək ki, DSX-nin bu gün keçirdiyi qisas əməliyyatı nəticəsində 4 erməni əsgər məhv edilib, yaralılar var. Həmçinin atəşin açıldığı döyüş mövqeyi darmadağın edilib.
-
Ermənistan-Azərbaycan şərti sərhədinin Qafan rayonu istiqamətindən atəşkəsi pozaraq təxribata cəhd edən Ermənistan silahlı qüvvələrinin məhv edilən hərbçilərinin sayı 4-ə çatıb. Axar.az xəbər verir ki, məlumatı Ermənistan Müdafiə Nazirliyi təsdiqləyib. Xatırladaq ki, fevralın 12-də saat 13:37 radələrində Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-Hand yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyindən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyinə atəş açılıb. Təxribat nəticəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu əsgər Pərviz Ağakişi oğlu Xəlilzadə yaralanıb. 13 fevral tarixində Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən Ermənistan silahlı qüvvələrinin törətdikləri təxribata cavab olaraq qisas əməliyyatı keçirilib. *** Məhv edilmiş erməni hərbçilərin adları açıqlanıb: 1. Arutyunyan Eduard Hamletoviç (1974); 2. Manukyan Qaqik Varazdatoviç (1982); 3. Ambartsumyan Arsen Qagik (1979); 4. Ohanesyan Qraçya Talışeviç (1957).
-
Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali komissarı Jozep Borrell Ermənistan hökumətinin ədliyyə sahəsində islahatlar və korrupsiyaya qarşı mübarizə istiqamətində təşəbbüslərini alqışlayıb. Axar.az xəbər verir ki, bu barədə Borrell Ermənistan XİN başçısı Ararat Mirzoyanla birgə mətbuat konfransında deyib. Borrell Ermənistanın Roma Statutuna qoşulmaq qərarına da toxunaraq, bunu ağır və cəsarətli qərar kimi qiymətləndirib.
-
ABŞ-ın məşhur porno ulduzu Uitni Rayt Tehrana səfər edib. Axar.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. O, paytaxtın müxtəlif əhəmiyyətli obyektlərində çəkdirdiyi hicablı fotolarını sosial şəbəkə hesablarında paylaşıb. Onun Tehranın Sədabad sarayında və ABŞ-ın Tehrandakı keçmiş səfirliyinin binasında çəkdirdiyi hicablı fotolarını paylaşması iranlı sosial media istifadəçiləri tərəfindən birmənalı qarşılamayıb. İstifadəçilər Tehran hakimiyyətinin İsrailə qarşı mövqeyi ilə tanınan Uitni Raytdan özünün hakimiyyət və siyasi-ideoloji təbliğatı üçün istifadə etdiyini yazıblar. İranlı istifadəçilərin çoxsaylı şikayətləri nəticəsində porno ulduzun İntaqram hesabında paylaşdığı bir çox postlar silinib. “O paylaşımlarda heç bir problem yox idi, ancaq bir qrup radikal və qorxulu qrupların şikayətlərinə görə silindi. Sizlər insanları öldürən İsraili həyasızcasına müdafiə etdiyiniz halda məndən paylaşımlarımı silməyi istəyirsiniz. O fotolardan bəziləri insanları Quran oxumağa dəvət edən İranın rəhbəri barədə idi”, - Rayt gileylənib. Porno ulduzun İran İslami Təbliğat Təşkilatı tərəfindən Tehrana dəvət edildiyi bildirilsə də, adıçəkilən təşkilat bununla bağlı açıqlama verməyib.
-
13 fevral tarixində Avropa Birliyinin (AB) xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrellin Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə birgə mətbuat konfransı zamanı Azərbaycan əleyhinə əsassız iddialarını pisləyir və rədd edirik. Axar.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. "Ali nümayəndə Jozep Borrellin hərbi təcavüz törətmiş Ermənistan tərəfinə bəraət qazandırması, Ermənistanın hərbi təxribatına göz yumulması kimi qiymətləndirilir. Təəssüf ki, AB tərəfi 5 ay sabitlik hökm sürəndən sonra heç bir təhrikedici amil olmadan snayper atəşi nəticəsində Azərbaycan hərbi qulluqçusunun yaralanmasına etinasız yanaşır. Azərbaycan tərəfindən təxribata cavab olaraq atılmış addımlar tam adekvat və lokal xarakterli idi. Bu tədbirlər həmçinin Ermənistan tərəfindən hərbi eskalasiyanın genişlənməsi cəhdlərinin qarşısını alıb. Bununla yanaşı, bir daha vurğulamaq istərdik ki, AB-nin ali nümayəndəsinin silahlı qüvvələrin geri çəkilməsi barədə heç bir praktiki əhəmiyyətə malik olmayan təklifi təəssüf doğurur. AB tərəfi nəzərə almalıdır ki, Ermənistan tərəfindən sərhədyanı bölgələrdə “Avropa Birliyi missiyası himayəsi” altında yerləşdirilmiş muzdlular Azərbaycan hərbçilərinin və mülki əhalisinin həyatına təhdiddir. Azərbaycanın Qarabağ iqtisadi rayonunu könüllü olaraq tərk etmiş erməni əsilli sakinlərin məcburi köçkün kimi qələmə verilməsi və Azərbaycanın ərazisi olan bu bölgəyə münasibətdə “Dağlıq Qarabağ” kimi mövcud olmayan adlardan istifadə edilməsi qəbuledilməzdir. Azərbaycan tərəfinin dəfələrlə erməni sakinlərin öz evlərində qalması üçün müraciətlər etdiyi AB tərəfinə yaxşı məlumdur. Əfsuslar olsun ki, ərazini tərk etmiş erməni sakinlərə münasibətdə hətta ermənilərin dilə gətirmədiyi əvvəlki rəqəmlərə istinada ali nümayəndə tərəfindən düzəliş edilməsinə baxmayaraq, bu məsələdə də nümayəndənin erməni təbliğatının təsirində olduğu aydın görünür. Bir daha təəssüflə qeyd edirik ki, Avropa Birliyi Şurasının Prezidenti Şarl Mişelin sülhə yönəlmiş təşəbbüslərinə baxmayaraq, xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndə birtərəfli ermənipərəst mövqe tutaraq Azərbaycanla Avropa Birliyi təsisatları arasında uçurum yaradır və özünü nəticə etibarilə Azərbaycan-Ermənistan normallaşma prosesindən tamamilə təcrid edir", - deyə nazirlik qeyd edib.
-
Bu gün keçirilən hərracda rekord məbləğdə dollar satılıb. Bankların bugünki sifarişi 151.1 milyon dollar olub. Axar.az xəbər verir ki, bu sözləri iqtisadçı alim, millət vəkili Vüqar Bayramov bildirib. Onun sözlərinə görə, bütövlükdə bu ayın ilk 13 günündə keçirilən hərraclarda 370.9 milyon dollar satılıb: “Bugünkü hərracda dolların rekord məbləğdə satışı valyuta bazarında dollara tələbin artdığını bir daha təsdiq edir. Valyutadəyişmə məntəqələrində manatın mövcud məzənnəsi də məhz dollara tələbin kəskin artmasından xəbər verir. Rəsmi məzənnənin stabil qalmasına baxmayaraq, aktiv valyutadəyişmə məntəqələri dolların satış deyil, alış kursunu manata nisbətən 1.70 müəyyənləşdiriblər. Neftin dünya bazar qiymətinin yüksək olmasına rəğmən Azərbaycan valyuta bazarında volatillik artıb. Bununla belə, aparılan təhlillər göstərir ki, tələbin artması yalnız psixoloji faktorlarla bağlı deyil. Dollara yüksək tələbin müşahidə olunmasına baxmayaraq, Mərkəzi Bankın bu məsələyə münasibət bildirməməsi də diqqəti cəlb edir. Bu dönəmdə requlator tərəfindən kommunikasiyanın gücləndirilməsi çox vaicbdir”.
-
Ordumuz bu yüksəklikləri götürəcək - General Ana səhifə Gündəm Bundan sonra da Ermənistanın hər hansı təxribatına beşqat cavab verib, artıqlaması ilə qisas alacağıq. Bu sözləri Axar.az-a ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov DSX-nin qisas əməliyyatı barədə danışarkən deyib. O bildirib ki, DSX təxribatın həyata keçirildiyi postu darmadağın edib, postun yerləşdiyi əraziləri isə nəzarətə götürüb: “Ermənistan ordusu yenə atəş açarsa, Azərbaycan Ordusu erməniləri cavab atəşi ilə yox, onların bir neçə döyüş postunu götürməklə susduracaq. Azərbaycan-Ermənistan şərti sərhədində əsas hakim yüksəkliklərdə bizim əsgərlərimiz yerləşir. Burada həm DSX-nin, həm Müdafiə Nazirliyinin, həm də Daxili Qoşunların bölmələri xidmət aparır. Belə davam edərlərsə, Ordumuz irəliləyib, onların ərazilərinə girəcək. Onsuz da həmin ərazilər bizim tarixi ərazilərimizdir. Ermənistan ordusu hansı istiqamətdə təxribat törətsə, biz həmin istiqamətdə ərazilərə nəzarəti tam təmin edəcəyik”. Qeyd edək ki, 12 fevrlada Ermənistan bölmələri Nerkin-Hand yaşayış məntəqəsinin yaxınlığında yerləşən mövqelərindən əsgərlərimizə atəş açıb və bir əsgərimiz yaralanıb. DSX-nin 13 fevrlada keçirdiyi qisas əməliyyatı nəticəsində 4 erməni əsgər məhv edilib, yaralılar var. Həmçinin atəşin açıldığı döyüş mövqeyi darmadağın edilib.
-
Ermənilərin 1905-ci ildə Ellər rayonunda məskunlaşma hiyləsi | QƏRBİ AZƏRBAYCAN XRONİKASI
-
Ləmbəlidə əhali Gürcüstana qaçdı, qatara doldurub, sürgün etdilər | QƏRBİ AZƏRBAYCAN XRONİKASI