-
Публикации
3632 -
Зарегистрирован
-
Посещение
Все публикации пользователя SUMGAYIT
-
Экс-глава спецслужбы Пакистана о поставке Индией оружия Армении: Действиями Нью-Дели движет чувство ненависти к мусульманам Президент Азербайджана Ильхам Алиев дал обширное интервью местным телеканалам. В интервью журналистам он сказал, что «мы видим, знаем, какие страны готовятся поставлять оружие в Армению. К сожалению, среди них сегодня находится и Индия. Мы расцениваем это как недружественный шаг, потому что это оружие, причем наступательное оружие, имеет одну цель – Азербайджан». Бывший директор Межведомственной разведки Пакистана (1993-1995 г.г.) генерал-лейтенант Джавед Ашраф Кази в беседе с корреспондентом Vzglyad.az сказал, что индийский менталитет — это менталитет лавочника. «Индийские власти готовы торговаться и с дьяволом, если это принесет доллары. Индия распалась в 1947 году, потому что индусы владели богатством, а мусульмане были бедными крепостными. Они даже сегодня ненавидят свое мусульманское население и продолжают дискриминировать. Не стоит ожидать многого от индийцев. Они будут продавать оружие Армении, так как это принесет деньги, а также убивает мусульман. Действиями индийских властей движет чувство ненависти к мусульманам»,- сказал экс-глава спецслужбы Пакистана.
-
Dadı və ətrindən doyulmayan Qazax xamralısı.- ən uzunömürlü çörək Ilham Mustafa Xamralının hazırlanması və özəllikləri barədə Qazax rayonunun Kosalar kənd sakini Lalə Mustafayeva danışır
-
Soyuq günlərin ləziz yeməyi: “Qazax xəngəli” Azərbaycanın hər bölgəsində olduğu kimi, Qazax rayonunun da özünəməxsus yemək növləri var. Onlardan biri də "yarpaq xəngəli" və yaxud "Qazax xəngəli"dir. reklama_zapreshena.com AZƏRTAC-a istinadən bildirir ki, xəngəli istər paytaxt Bakıda, istərsə də bölgələrimizdə müxtəlif cür bişirirlər. Qazaxda isə "yarpaq xəngəli" xüsusi üsulla hazırlanır və bu təam "Qazax xəngəli" adı ilə tanınır. Səksən yaşlı rayon sakini Sibrə Məmmədova deyir ki, Qazax mətbəxinin xəngəlini digər bölgələrdən fərqləndirən cəhət onun qurutla hazırlanmasıdır. Bu cür xüsusi yeməklərin dadı, ləzzəti onun ənənələrə uyğun bişirilməsindən asılıdır. Soyuq qış günlərində Qazax mətbəxində ən çox hazırlanan yeməkdir. Sibrə nənə "Qazax xəngəli"nin hazırlanması qaydasını gənc qız-gəlinlərimizə həvəslə öyrətdiyini bildirib.
-
Bölgələrimizin Mətbəxi-Zaqatala Bu gün mən sizə, vətənimizin dilbər guşələrindən biri olan, cənnətməkan Zaqatalanın mətbəxini təqdim edəcəm.Ümidvaram ki, sizin də xoşunuza gələcək. Sürhüllü: Qurudulmuş ət: Əminəm ki, çoxlarınıza maraqlıdır quru ət nədir?Onu necə hazırlayırlar?İlk öncə onu qeyd edim ki,bu çox dadlı olur.Onu da deyim ki, Zaqatalada qış fəslinin daimi yeməyidi sürhüllü.Hazırlanması o qədər də çətin deyil. Yayda ət bolluca duzlanıb təndirə asılır və qurudulur.Əllbətdə ki, bununla bitmir.Ət təmiz quruyanadək bu proses davam edir.Hətta kəndlərdə odun sobasının istisində də qurudulur.Ət elə qurumalıdır ki, tərkibində su qalmasın.Yaxşı qurumamış ət bir müddətdən sonra kiflənə bilər. Mantı: Mantının bişirilmə qaydası bir az fərqlidi.Digərlərindən fərqli olaraq mantı suda yox,buxarda bişir.Mantını adi qazanda hazırlamaq olmur.Mantı ayrıca,buxar qazanında bişirilir.Adi xəngəl xəmiri yoğrlur iri kvadrat fomasında kəsilir və içərisinə ətli qiymə qoyulub şəkildəki formada bükülür.Sonra qazana düzülür və buxarda bişirilir. Bakıda qutab deyilən yeməyə Zaqatalada kətə deyilir.Balqabaq kətəsi,şor kətəsi,gicitkən kətəsi,ət kətəsi. Çolpalı,şorbalı yarpaq xəngəli: Gürzə: Qoz və ya fındıqla hazırlanan rulet: Adi kətə xəmiri yoğrulur, eyni qayda ilə hazırlanır.Sadəcə olaraq içinə umac yox, qovrulmuş qoz ləpəsi,şəkər tozu, bir az da zövqə görə ədviyyat vurulur.Üzərinə yumurtanin sarısı çəkilib, 200 dərəcədə bişirilir. Bu da paxlava: Qoz mürəbbəsi: Hazırlanması nə qədər çətin olsa da dadı bir o qədər gözəldi.Qoz mürəbbəsi nə az nə çox 10 günə hazırlanır.Təzə, hələ qabığı bərkiməmiş qoz əhəngə qoyulur, bir müddətdən sonra bişirilir. Gül mürəbbəsi: Qarpız mürəbbəsi: Məşhur qozumuz.
-
Хашил - Азербайджанский Зимний Завтрак!
-
В Баку в "Yaban Bulvar" прошёл месячник лянкяранской кухни, организованный при содействии Азербайджанского национального центра кулинарии (Azərbaycan Milli Kulinariya Mərkəzi, AMKM), сообщает Trend Life. Для приготовления различных блюд специально доставлены продукты с юга Азербайджана – из городов Лянкяран, Астара, Масаллы и Лерик. "Лянкяранская кухня является одной из самых богатых и популярных кухонь в Азербайджане с древними традициями. Использование в большом количестве овощей, зелени, орехоплодных, бахчевых, рыбы делает местную кухню очень полезной, вкусной и своеобразной", - отметил генеральный директор AMKM, председатель Комитета традиционной пищи ЮНЕСКО, член Союза писателей Азербайджана, заслуженный работник культуры, кандидат исторических наук, профессор Таир Амирасланов. Самое известное местное блюдо – это лявянги, которое готовят из курицы или рыбы (кутум) и начиняют орехами, луком и сумахом. Его традиционно запекают в тендире на дровах – глиняной печи, где пекут вкуснейший хлеб. Это блюдо, а также запеченные таким же образом цыплята – неотъемлемая часть праздничных столов, свадеб и др. торжеств. Лянкяранская кухня отличается множеством видов плова из риса (пахла, фисинджан, айран и т.д.) с разнообразно приготовленными гарнирами из мяса, рыбы, зелени, яиц, кур, сушёных фруктов, кишмиша, тыквы и чечевицы. Гарниры к плову - левенги из кур и рыбы, гиймя - рубленое мясо с сушёными фруктами или начиненные мясом баклажаны и помидоры, грецкие орехи с луком, гатыг и т.д. придают кухне этого района особый колорит и изысканность. Среди вкуснейших блюд - чыхыртма из курицы, баклажанов, лоби, долма из мяса, джыз–быз, гутабы с мясом, зеленью, картофелем, тыквой, кюлча, кебаб из мяса, туршу-кебаб, сырдак и т.д. Подают кебаб с приправой наршараб – уваренным гранатовым соком и зеленью. Вегетарианцы могут отведать кюкю – омлет с луком и зеленью, который подают с лавашом. Несколько видов первых блюд, как правило, готовят в зимний период: кюфта бозбаш, тикя бозбаш, дюшбара, аришта, мярджи бозбаш, кялля–пача. Среди печёных сладостей - ганди кюлча, шор чорек, биши и т.д.. (Автор: Вугар Иманов)
-
Салам. Готово!
-
Эксклюзивные азербайджанские блюда – долма, бозбаш, бозартма, чыхыртма, хяшил, шашлык, пити, плов, говурма и многие другие– включены в национальные меню многочисленных народов Кавказа. Основные компоненты азербайджанской национальной кухни определяются природными условиями страны. Регионов в Азербайджане, значит рецептов кухни ещё больше.
-
Ötən ilin 13-14 sentyabr tarixində Ermənistanın sərhəddə təxribat törətməsindən sonra baş verən döyüşlər zamanı Azərbaycan Ordusunun strateji yüksəkliklərə nəzarəti bərpa etməsi sərhədboyu ərazilərdə yerləşən erməni kəndlərinin boşalması ilə nəticələnib. Axar.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan mediası yazıb. Məlumata görə, sərhəd bölgəsində yerləşən Yuxarı Şorca (Verin Şorca) və Aşağı Şorca kəndində yaşayan ermənilər kəndi tərk edib. Azərbaycan Ordusunun yerləşdiyi strateji yüksəkliklər bu kəndlərə nəzarət imkanı da verir. Bu iki kəndlə yanaşı, Sotk, Airk, Azat, Tretuk, Caghatsadzor, Kotakan və digər ərazilərdəki ermənilər də bölgəni tərk etməyə hazırlaşır. Buna səbəb kəndlilərin işğal dövründə istifadə etdikləri otlaq və əkin sahələrindən məhrum olmalarıdır. Qeyd edək ki, Ermənistan 30 ilə yaxın davam edən işğal dövründə Azərbaycanla dövlət sərhədini böyük ölçüdə irəli çəkərək, sərhədyanı ərazilərini genişləndirmişdi. Xüsusilə əkinə yararlı torpaqlar, otlaq və meşə sahələri Ermənistanın “dövlət sərhədinə” daxil edilmişdi. 44 günlük müharibədən sonra Azərbaycan qanunsuz şəkildə irəli çəkilən dövlət sərhədinin bərpası istiqamətində də addımlar atır.
-
Paşinyan Gümrüdəki anti-Rusiya etirazlarını özü təşkil edib Ötən gün Ermənistanın Gümrü şəhərində yerləşən Rusiya 102-ci hərbi bazasının önündə təşkil olunmuş aksiyanın bəzi təfərrüatları məlum olub. - xəbər verir ki, "Hraparak" nəşrində dərc olunan yazıda aksiyanın baş nazir Nikol Paşinyan tərəfindən təşkil olunduğu qeyd edilib. "Rusiyanın 102-ci hərbi bazası yaxınlığında təşkil edilən növbəti meymun hücumu tarixə düşüb. Bu, Nikol Paşinyan və Ermənistan Milli Demokrat Partiyasının birgə əməliyyatı idi. Paşinyan Ermənistanın strateji müttəfiqi Rusiyaya göstərir ki, ölkədə hərbi bazanın ləğvini tələb edən anti-Rusiya qüvvələr var". Bildirilir ki, polislər etirazçıların hərbi bazanın girişinə yaxınlaşmasına özləri imkan yaradıb "Əvvəlcə təyin olunmuş etirazçılar hərbi bazanın əsas girişinə "hücum edib". Lakin "təyin edilmiş polislərlə" üz-üzə gəldikləri üçün qaçıblar və arxa girişə "yürüş" ediblər". Rusiya hərbçilərinin heç bir təhlükəsizlik tədbiri görməməsinə toxunan müəllif qeyd edib ki, ola bilsin, ruslar etirazçıları ciddi qəbul etmir. Yazıda aksiya zamanı polislər tərəfindən saxlanılan etirazçıların taleyinə də aydınlıq gətirilib. Müəllif yazır ki, Paşinyan Rusiya bazasının ölkədən çıxarılmasına etiraz edən heç bir şəxsi həbs etdirməyib. Yaxın günlərdə yeni aksiyanın təşkil olunacağı ilə bağlı məlumatlar var.
-
Səlim Müslümov dövlətə dəymiş 20 milyon manatlıq ziyanı ödəyib, 8 milyonluq əmlakı üzərinə həbs qoyulub Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə məhkəmə istintaqı başlayıb. APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən baxış iclasında ittiham aktı elan olunub. İttihamda göstərilib ki, Səlim Müslümov əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsində işlədiyi dövrdə nazirliyin fəaliyyət istiqamətləri üzrə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsinin təşkil edilməsi və digər səlahiyyətlərin yerinə yetirilməsi zamanı çoxsaylı sui-istifadə hallarına yol verib. Həmçinin o, müxtəlif bölgələrdə şəhid ailələri və müharibə əlillərinin sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün tikilən evlərə ayrılan pulların bir qismini mənimsəyərək vəzifə səlahiyyətlərindən sui-istifadə edib. Ümumilikdə Səlim Müslümov hazırkı mərhələyə qədər cinayət işi ilə bağlı dövlətə dəymiş 27 milyon manat ziyanın 20 milyon manatını ödəyib. Həmçinin sabiq nazirin 8 milyon manatlıq əmlakı üzərinə həbs qoyulub. Xatırladaq ki, Səlim Müslümov 2021-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs olunub. Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü (təkrar külli miqdarda rüşvət alma) maddələri ilə ittiham olunan sabiq nazir 13 ay həbsdə qaldıqdan sonra səhhətində yaranan problemlə bağlı ev dustaqlığına buraxılıb.
-
Yenə Axundzadənin yazdığına görə, muxtariyyətin elanından sonra bolşeviklər Hadrutdakı rus ordusunun qərargahından ermənilərə külli miqdarda silah verdilər və erməni milli dəstələrini yaratdılar. Buna qarşı çıxan azərbaycanlıları isə ÇeKa həbsxanalara doldurdu. Axundzadə bölgə əhalisindən olduğu üçün baş verənləri dəqiq analiz edib. Məsələn, o yazır ki, Azərbaycanı bölmək üçün ruslar bir tərəfdən Dağlıq Qarabağda erməni muxtariyyəti, digər tərəfdən Kürdüstan yaratdılar, Naxçıvanı faktiki ayrıca ölkə kimi qurdular. Təbii ki, bunlar arasında ən təhlükəlisi Qarabağ idi. Ona görə də Axundzadə “Azərbaycanın qəlbgahında bir “Ermənistan” qurdular” ifadəsini işlədib. Axundzadə erməni idarəçiliyinə verilən bölgələri bir-bir sadaladıqdan sonra Qarabağın ciyərgahı olan Əsgəran keçidinin də düşmənlərimizin kontrolunda olduğunu fəryadla qeyd edib. 70-80 minlik erməni əhalinin 600 minlik azərbaycanlı üzərində hökmran olmasını yazan Axundzadə köçəbə həyatı sürən xalqın ermənilərə vergi vermək məcburiyyətində olduğunu da bildirib. Yaylağa gedən əhali 1923-cü ildə ermənilərə 11 min qoyun vergi verib. Maraqlıdır ki, Məhəmmədsadıq bəy hadisələrin üzərindən 50 il keçəndən sonra da bu mövzunu gündəmə gətirib. Məsələn, o, 1967-ci ildə Türkiyənin “Yeni İstanbul” qəzetində yazdığı “Azərbaycanda erməni fitnəsi” məqaləsinin ikinci hissəsində yazırdı: “Qarabağdakı erməni fitnə və üsyanında məğlub olub Şuşa qalasından qaçan erməni “igidləri” Sovet idarəçiliyi dövründə onların köməyi ilə şəhərin 5 kilometr şərqinin şimalındakı tarixi türk qəsəbəsi olan Xankəndiyə yerləşdilər, adını da dəyişdirərək şarlatan bir erməni eşkiyası olan və savaşda öldürülən Stepanın adına uyğun olaraq Stepanakert qoyduqdan sonra buranı “Dağlıq Qarabağ muxtariyyət”inin mərkəzi etdilər”. Axundzadə bu yazısında bu gün üçün aktual olan və uğrunda mübarizə apardığımız dəhliz məsələsinə də toxunub: “Azərbaycan Cümhuriyyətini ortadan parçalamaq surətilə ölkəmizin 15 kv.km torpağını – Gəncə vilayətinin Zəngəzur qəzasının üçdə ikisi ermənilərə bağışlanmış və açılan bu koridorla da Naxçıvan vilayəti qərbdə təcrid edilərək kimsəsiz bir bir vəziyyətə salınmışdır”. Rəsulzadənin yaxın silahdaşı olan Abbasqulu Kazımzadənin İstanbulda çıxardığı “Bildiriş” qəzetinin 6 avqust 1931-ci ildə çıxan 53-cü sayının baş xəbərlərindən biri belə adlanırdı: “Azərbaycan hesabına böyük Ermənistan”. Yazının altbaşlığı isə belə idi: “Lenin milli siyasətinin əsərinin təcəllisi olaraq Ermənistana ilhaq edilən Zəngəzurdan sonra növbə Qarabağla Gəncəyə gəlmişdir”. Ardınca da daha kiçik yarımbaşlıq verilib: “Azərbaycanın hesabına böyük Ermənistan yaratmaq üçün erməni kommunistləri necə çalışırlar?”. Bu yazıda da daşnaklarla yanaşı azərbaycanlı kommunistlərin korluqlarından bəhs edilir. Məsələn, yazıda deyilir: “Sovet hökuməti azərbaycanlı kommunistlərin cəhaləti, acizliyi və korluqlarından istifadə edərək Azərbaycanın Zəngəzur vilayətini, Göyçə ətrafı ilə Qazax qəzasından bir çox ərazini ermənilərə vermişdir. Bu yetmirmiş kimi Azərbaycanın müqəddəs bir parçasını təşkil edən Qarabağda muxtar bir Ermənistan cümhuriyyəti təşkil elədi. Sovet hökuməti Qafqazın xaricində olan ermənilərin Azərbaycandan ayrılan bu yerlərə toplanmasına var qüvvətlə yardım etdi, hələ də etməkdədir. İrandan, İraqdan, Avropadan, Rusiyadan ermənilər bu türk yurduna dolmağa başladılar”. Bu xəbərdə deyilir ki, Azərbaycanda milli ədəbiyyatlar kitabxanalardan yığışdırıldığı halda, Dağlıq Qarabağda şovinist erməni daşnaklarının əsərləri qorunmaqdadır. Burada diqqət ediləsi önəmli məsələ odur ki, mühacirlər 1923-cü ildə yaradılan Dağlıq Qarabağ Muxtar Vilayətinin əslində Azərbaycan ərazisində bir erməni dövləti olduğunu açıq şəkildə görüblər. “Böyük Ermənistan” məsələsi ilə bağlı yazanlar arasında şuşalı mühacir, Cümhuriyyət tələbəsi Hilal Münşi də olub. Almaniyada yaşayan Münşi Rəsulzadənin çıxardığı “İstiqlal” qəzetinin 1 avqust 1932-ci il tarixli 13-cü sayında “Hayastani-kəbir idefiksi” adlı məqalə yazıb, Avropada Azərbaycan və Gürcüstan torpaqları hesabına “Böyük Ermənistan” təbliğatı aparan erməni Çubaryanı ifşa edib, bu düşüncəni xəstəlik adlandırıb. Qəzetin elə bu sayında görkəmli ictimai-siyasi xadim Mirzəbala Məhəmmədzadə “Moskvanın kürd siyasəti” adlı geniş məqalə yazaraq Azərbaycanın daxilində “Qırmızı Kürdüstan”ın yaradılmasının məqsədini ifadə edib, bu prosesin Ermənistanın xeyrinə olduğunu bildirib. “İstiqlal” qəzetinin 1 sentyabr 1932-ci ildə çıxan 15-ci sayında isə Mirzəbala bəy “Azərbaycan necə parçalanır?” adlı məqalə qələmə alıb. Məqalədə müəllif bildirib ki, 96,160 kv.km olan Azərbaycan bolşeviklərin əlinə keçdikdən sonra 84,679 kv.km qalıb, yəni 11,481 kv.km ərazi itirilib. Bu itirilən torpaqlar Ermənistana verilib. Mirzəbala Məhəmmədzadə bu yazısında Qarabağla bağlı bildirib: “Azərbaycanın tam göbəyində Ermənistana məxsus “Dağlıq Qarabağ Cümhuriyyəti” vücuda gətirildi”. Bu məqalədə Mirzəbala bəy rusların Qarabağdan sonra Gəncə, Naxçıvanı da ələ keçirəcəklərini bildirib. Əlbəttə, mühacirət mətbuatı genişdir, şübhəsiz ki, başqa yazılar da vardır. Bu mövzuda sonda bunu bildirmək istəyirəm. Şuşalı Əhməd bəy Ağaoğlunun oğlu Səməd bəy 1967-ci ildə atasının doğulduğu yerə gəlir. Yəni Şuşaya. Qayıtdıqdan sonra “Sovet Rusiya imperatorluğu” adlı kitab çap etdirir. Bu kitabında o yazırdı: “Qarabağda bir şey daha öyrəndim. Bu gün muxtar vilayət olan Azərbaycanın bu ərazisini Ermənistana birləşdirmək istəyirlərmiş! Bu, Qarabağ türklərini bütünlükdə başqa yerlərə köçməyə məcbur edə bilər və hətta məcbur edəcək. Hara məcbur ediləcəklərini isə, əlbəttə, bir Allah, bir də Kommunist partiyası bilir”. - Dərc edilən dərgilərdə Azərbaycanın xəritəsi çap olunurdumu? - Məhəmmədəmin Rəsulzadə 1923-cü ildə İstanbula gəldiyi zaman “Azərbaycan Cümhuriyyəti” adında kitab nəşr edir və qurduğu dövlətin tarixini türk dünyasına tanıdır. Bu kitabda o, Azərbaycanın xəritəsini də təqdim edir. Kitabdakı bu xəritə Rəsulzadənin çap etdiyi jurnalların qapağında da gedib. Məsələn, “Yeni Kafkasya” jurnalının 28 may 1924-cü ildə çıxan istiqlal günü sayında həmin xəritə verilib. Yenə Rəsulzadənin İstanbulda nəşr etdiyi “Azəri Türk” jurnalının 9-cu sayında təqdim edilib. Həmin xəritədə Qarabağ, Zəngəzur da Azərbaycanın tərkibindədir. Eləcə də Göyçə gölünün bir hissəsi. Çünki Rəsulzadə hələ 1918-ci ildə İstanbulda türk müxbirə verdiyi müsahibəsində Ermənistanla sərhədi bu şəkildə düşünmüşdü: “Bizcə, Ermənistanın Azərbaycan ilə olacaq sərhədi Göyçə gölünün ortasından ayırıcı xətt çəkmək şərtiylə mümkün ola bilər və bu xəttin daha şərqinə qətiyyən keçə bilməz”. Yəni ermənilər Göyçə gölündən daha şərqə girə bilməzlər. Bu baxımdan indiki sərhəd də, yəqin ki, bu şəkildə olmalıdır. Rəsulzadə 1936-cı ildə Avropada bu xəritəni yenidən açıqca şəklində çap etdirib. Bu dəfə latın qrafikasında. Ölkəmizin ərazisini 94 min kv.km kimi yazıblar. Burada da Zəngəzur, Qarabağ Azərbaycanın tərkibindədir. Bayaq adını çəkdiyimiz Məhəmmədsadıq Axundzadə də 1951-ci ildə Türkiyədə çap etdiyi “Türk yolu” jurnalının ilk sayının qapağında Azərbaycan Nümayəndə Heyətinin Parisdə təqdim etdiyi xəritəni nəşr edib.
-
Zəngəzur veriləndə Rəsulzadə susub? Axar.az cümhuriyyət dövrü tədqiqatçısı, tarixçi Dilqəm Əhmədlə müsahibəni təqdim edir: - Azərbaycanda bolşevik Rusiyasının işğalı başlayandan torpaqlarımızın zəbt edilməsi və Ermənistana verilməsi həyata keçirilib. Bu proses əsasən 1929-cu ilə qədər davam edib. Bu müddət və bundan sonra Məhəmməd Əmin Rəsulzadə və silahdaşları bu barədə heçmi yazmayıb və buna etirazlarını bildirməyiblər? - Təəssüf ki, 1920-ci ilin sonlarında Zəngəzurun qərb hissəsi bolşevik Rusiyası tərəfindən ermənilərə verildiyi zaman Azərbaycan mühacirləri hələ ki mütəşəkkil halda deyildilər. Bu qısa müddətdə Fətəli xan Xoyski, Həsən bəy Ağayev Tiflisdə öldürülmüş, Məhəmməd Əmin Rəsulzadə isə Moskvaya aparılmışdı. Həmin vaxt hələ ki ən yaxşı vəziyyətdə olan qrup Əlimərdan bəy Topçubaşının rəhbərliyində Parisdə olan nümayəndə heyətimiz idi. Bu dövrdə istər Fransa, Almaniya, istərsə də Türkiyədə yaşayan mühacir qruplar “Cəmiyyəti-Əqvam” dedikləri ozamankı BMT olan Millətlər Cəmiyyətinə bir sıra notalar veriblər. Bu notalar, əsasən, Qafqazdakı üç respublikanın Rusiya tərəfindən işğalı və SSRİ-nin Avropa tərəfindən tanınması ilə bağlı idi. Amma Rəsulzadə 1923-cü ildə İstanbulda nəşr etdiyi “Azərbaycan Cümhuriyyəti” kitabında işğaldan sonra Azərbaycan ərazilərinin ermənilərə verilməsinə ətraflı toxunub. O, bu işdə yerli kommunistləri də günahlandırıb belə yazırdı: “Ermənistanda dəxi bolşevik hökuməti təsis edər-etməz rus siyasəti Nəriman bəyin səxavətkar ağzilə iki gün əvvəl müdafiə eylədiyi Zəngəzur ilə Naxçıvan qəzasını mütəntən bir surətdə Ermənistana hədiyyə etdi”. Onu da qeyd edim ki, azərbaycanlı siyasi xadimlər mühacirətdə qurulan Qafqaz Birliyi projelərində də erməni planlarının qarşısını alıblar. Məsələn, ermənilər 1934-cü ildə imzalanan Qafqaz Konfederasiyası Paktına 4 il sonra qoşuldular. Qoşulduqları zaman “milli azlıqlara tam inzibati muxtariyyət” tələbi irəli sürdülər, lakin Miryaqub Mirmehdiyev bunu qətiyyətlə rədd etdi. Çünki bu inzibati muxtariyyət Qafqaz azad olunduqdan sonra elə Sovet Azərbaycanı ərazisində qurulmuş Dağlıq Qarabağ Muxtar Vilayətinin qalması idi. - Türkiyədə bu mövzu gündəmə gətirilibmi və reaksiya necə olub? - Sırf Azərbaycan ərazilərinin verilməsi ilə bağlı müraciətə rast gəlməmişəm. Bu, onunla bağlıdır ki, mühacirlər Azərbaycanda qurulan bolşevik hökumətini tanımırdılar və 27 aprel 1920-ci ildə baş verən hadisəni haqlı olaraq işğal adlandırırdılar. Yəni ki, mühacirlərin öncəliyi bütövlükdə Azərbaycan ərazisinin işğalı idi. Bu baxımdan beynəlxalq qurumlara müraciətlər də ölkənin işğalı ilə bağlı idi. Bu işdə Miryaqub Mirmehdiyev, Abbas bəy Atamalıbəyov önəmli rol oynayıblar. Məsələn, 1929-cu ilin 8 sentyabrında Millətlər Cəmiyyəti Ali Məclisinin Rəyasətinə müraciət edilib, Rusiyanın Azərbaycanı işğalı, ölkədə davam edən partizan hərəkatlarından bəhs edilib. Parisdəki heyətimiz üzvlərindən Məhəmməd Məhərrəmovu Cenevrəyə göndərib. Məhəmməd bəy 53 millətin nümayəndəsinə bu notanı təqdim edib. Bu notalar, müraciətlər Rəsulzadənin çıxardığı jurnallarda mütəmadi şəkildə dərc edilib. Bir daha təkrar edirəm ki, mühacirlər bütün ölkənin işğalda olduğunu dünyaya çatdırıblar. Amma onu da nəzərə alaq ki, Qurtuluş Savaşı dövründə Türkiyənin tək müttəfiqi Sovet Rusiyası idi. Ona görə də Türkiyə mətbuatında Rusiya əleyhinə yazılara rast gəlmək o dövrdə imkansızdı. Çünki 1928-ci ildə hər iki ölkə arasında növbəti dostluq müqaviləsi imzalanmışdı. Bu müqavilədən sonra Türkiyədə yaşayan mühacirlər ölkədən çıxarılmışdı. Mühacirlər sadəcə öz qəzet və jurnallarında yaza bilirdilər. - Rəsulzadə də daxil olmaqla, cümhuriyyətçilər mühacirətdə olarkən dərgilər nəşr ediblər, xatirələrini yazıblar, vaxtaşırı olaraq Azərbaycanla bağlı hadisələrə toxunublar. Azərbaycan ərazilərinin zəbt edilməsi və Ermənistana verilməsi ilə bağlı hansı məqalələr var?- Mühacirətdə çıxan ilk dərgimiz “Yeni Kafkasya”dır və 1923-cü ilin sentyabrında işıq üzü görüb. Bu jurnalın ilk sayında “Cibali Qarabağın muxtariyyəti” başlıqlı xəbər dərc edilib. Belə ki, 1923-cü ilin iyul ayının 7-də ruslar Dağlıq Qarabağ Muxtar Vilayəti elan ediblər və bölgəni ermənilərin idarəetməsinə veriblər. Jurnalda Sovet qəzetlərinə istinadən beş maddədən ibarət qərarnamənin mətni verilib, bölgədə rəsmi dilin ermənicə olduğu yazılıb. Jurnalın 5-ci sayında Dağlıq Qarabağda erməni idarəçiliyinin qurulmasından sonra qarşıdurmaların olduğu, məşhur Sultan bəyin İrana mühacirət etməsi, Ağdamda millətpərvər Teymur bəyin öldürülməsi haqqında məlumat verilib. Jurnalın 1924-cü ilin 15 fevral tarixli sayında Dağlıq Qarabağdakı idarəçiliyə toxunulub. “Cibali Qarabağ məsələsi” adlı xəbərdə Azərbaycan Sovet Qurultayında Dağlıq Qarabağ ermənilərinin özlərini müstəqil aparmaları barədə məlumat verilib. Jurnalın müxbirinin əldə etdiyi məlumata görə, Dağlıq Qarabağda bütün yazışma dili ermənicədir, Xankəndidən sonra Şuşanı da tamamilə ələ keçiriblər, müsəlmanları, yəni azərbaycanlıları Şuşadan və ətrafından köçürürlər. Hətta dağda yaşayan kürdlər də erməni təzyiqi nəticəsində yaşadıqları yerlərdən didərgin salınıblar. Bilirsiniz, həmin dövrdə Qarabağda baş verən hadisələrin İstanbulda mühacir mətbuatına çatması çox çətin idi. Xəbərləri yeni gələn mühacirlər və ya Qacar dövləti sərhədi üzərindən qurulan şəbəkə sayəsində əldə etmək olurdu. Amma buna baxmayaraq, məlumatlar gəlirdi. Dağlıq Qarabağla bağlı “Yeni Kafkasya”nın 1924-cü ilin 15 avqustunda çıxan 22-ci sayında “Qarabağlı Sənan” imzası ilə “Cibali Qarabağ muxtariyyəti” adlı geniş məqalə işıq üzü görüb. Məqaləni yazan şəxs Azərbaycan Cümhuriyyəti Parlamentinin Zəngəzurdan olan deputatı Məhəmmədsadıq Axundzadədir. O, mühacirətdə Sənan, Sənan Azər, Mehmet Sadık Aran kimi imzalarla tanınıb. Məqaləsinin elə birinci cümləsində Məhəmmədsadıq bəy sərt şəkildə bildirib: “Bolşevik ruslar Azərbaycanı istila etdikdən sonra rusların qarsonu Nəriman Nərimanov Azərbaycan İnqilab Hökuməti rəisi ünvanı ilə bir dekret nəşr edərək Azərbaycanın ayrılmaz hissələri olan Qarabağ ilə Zəngəzuru Ermənistana peşkəş çəkdi”. Axundzadə yazır ki, Qarabağ əhalisi təlaşa düşərək Bakıya heyət göndərdi. Həmin heyətdə özü də iştirak edib. Heyət Nərimanova Qarabağın əsas əhalisinin türklər olduğunu, tarixi, iqtisadi baxımdan da Azərbaycanın olduğunu faktlarla sübut edib. Maraqlıdır ki, məqaləyə görə Nərimanov heyətin dediklərinin doğruluğunu təsdiq edib, amma “belə etmək məcburiyyətindəyik” deyib.
-
Как люди борются с COVID и ВИЧ в крупнейших трущобах Африки. Кибера. Трущобы Найроби. В трущобах Кибера, как и во всем мире, тоже бушуют COVID и ВИЧ. Но многие считают, что, живя в трущобах и антисанитарии, не имея прямого доступа к воде, медицине и достойным зарплатам, люди не борются с пандемией и заболеваниями. А показатели смертности и заболеваемости превышают все мыслимые границы. Но на самом деле все выходит абсолютно наоборот. И ещё не известно, кто из нас живет в трущобах, а кто в цивилизованном мире.
-
09:00 Karnegi Fondunun eksperti, tanınmış jurnalist Tomas de Vaal “Azadlıq” radiosunun erməni redaksiyasına Laçın yolundakı aksiyanın səbəbləri və ümumilikdə Qarabağ ətrafında cərəyan edən proseslərlə bağlı geniş müsahibə verib. Axar.az müsahibənin azərbaycanlı oxucular üçün də maraqlı olduğunu nəzərə alaraq, qısa ixtisarlı təqdim edir: Erməni jurnalist: Siz hələ sentyabr ayında demişdiniz ki, Əliyevin hədəfi Ermənistanı Qarabağa iddiadan əl çəkən sülh sazişi imzalamağa və Zəngəzur dəhlizini açmağa məcbur etməkdir. Hazırda Laçın yolunda baş verənlər bununla bağlı konkret fəaliyyətdirmi? - Əlbəttə, hazırda baş verənlər çox ciddi fəaliyyətdir. Qorxuram ki, 2023-cü il gərgin və ağır il olsun. Ümid edirəm ki, yeni konflikt olmayacaq. Ancaq yeni silahlı konfliktin simptomları ərazidə özünü göstərir – hələlik danışıqlar aparılmır, faktiki olaraq 2020-ci il noyabr razılaşması fəaliyyət göstərmir, ona görə ki, noyabr razılaşmasının bir bəndi olan Laçın yolunda nəqliyyat işləmir. Əlbəttə, ciddi təhlükə var ki, Zəngəzur dəhlizi və Qarabağ ermənilərinin taleyi danışıqlar masasında yox, yerində həll olunacaq. Doğrudur, Brüsseldə danışıqların yenilənməsi ilə bağlı ciddi cəhdlər var, görək, yanvarda alınacaqmı? Amma hələlik vəziyyət çox ciddidir. Erməni jurnalist: Belə çıxır ki, Ermənistan öz ərazisində dəhliz vermədiyi üçün müharibə qaçılmazdır... - Yox, mən elə deməzdim. Düşünürəm ki, konflikt olsa belə, onun miqyası 2020-ci il müharibəsindən çox kiçik olacaq. Həm ona görə ki, Ermənistanın hərbi resursları azdır, həm də Prezident Əliyevin yeni, tammiqyaslı konflikdə maraqlı olduğunu sanmıram. Əgər Əliyev istədiklərini masada ala bilməsə, o, Ermənistana təzyiq edəcək, ancaq bu təkcə müharibə deyil. ARDI VAR
-
Ermənistan Müdafiə Nazirliyi qadınların könüllü olaraq orduya hərbi xidmətə çağırılması imkanlarını nəzərdən keçirir. Axar.az Report-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan məlumat yayıb. “Yalnız onu təsdiq edə bilərəm ki, biz qadınlara könüllü olaraq hərbi xidmətə getmə imkanının verilməsi məsələsini müzakirə edirik”-deyə, o bildirib. O, növbəti dəyişikliklərlə bağlı başqa məlumat verməyib. İndi Ermənistanda həqiqi hərbi xidmətə çağırış senzi 18-27 yaş, xidmət müddəti isə 24 aydır.
-
34. В целом здесь кипит обычная городская жизнь: работают магазины, кафе, люди идут на работу, стирают белье, готовят еду. Заработать в Кибере можно до $2 в день. 35. Недавно установили мачты с прожекторами, чтобы ночью было светло. Это позволяет бороться с преступностью. 36. Канализация иногда идет в трубах, но чаще биипо просто льется в желобке посередине тротуара. 37. Тротуар закрыт досками. Дома строят из глины и веток. 38. Улица 39. Кибера раскинулась по склонам холма, очень красивое место. 40. 41. Справа – канализационная канава. 42. В Найроби находится штаб-квартира программы ООН по населённым пунктам (UN-HABITAT), поэтому к Кибере приковано повышенное внимание международных организаций. Однако реконструировать трущобы не так-то просто. 43. Во-первых, этому мешает всё ещё высокий уровень преступности. В Кибере невозможно хотя бы ненадолго оставить на одном месте стройматериалы: их тут же разворуют. Хотя с виду всё тихо и мирно. 44. 45. Говорят, даже люди, чей дом разметала буря, вынуждены оставаться внутри или на крыше (если она уцелела), чтобы защитить жилище от воров. 46. Во-вторых, у большинства домов и лачуг просто нет фундамента. И непонятно, как его сооружать на такой почве. 47. Кибера не просто стоит посреди свалки. Кибера – это и есть свалка. Многие жилища строятся прямо на мусорных кучах, и недолговечность таких конструкций никого не волнует. Некоторые лачуги живут до первого сильного ливня или урагана. И всё бы ничего, если бы не эффект домино: плохонькие домики, разваливаясь, разрушают более крепкие. 48. 49. Прямо по трущобам проходит ветка Угандийской железной дороги (о ней я расскажу завтра). Где-то в Кибере есть даже железнодорожная станция, но ей почти никто не пользуется: до центра Найроби люди ездят на матату. 50. Какой-либо модернизации очень мешает плотность застройки. Домишки буквально лепятся друг к другу. Легковые машины мало где могут проехать, не говоря уже о грузовиках. Это значит, что если программу реконструкции когда-нибудь задействуют в полном объёме, все стройматериалы и инструменты придётся доставлять сюда вручную. Ещё один аргумент в пользу сторонников плана "всё снести и отстроить заново". Впрочем, таких почти нет. 51. Туалет общий на весь район. Вот такие вот домики стоят. 52. Здесь душевые кабинки и туалеты. 53. Продажа угля, на угле все готовят. 54. 55. Мужик тащит уголь к себе домой 56. 57. Магазин обуви 58. 59. 60. Мясо 61. Зашел в парикмахерскую. 62. В 2009 году власти Кении запустили было программу переселения обитателей трущоб. Ожидалось, что с Киберой покончат максимум за 5 лет. Но сносу района воспротивились нубийские старейшины, они же землевладельцы, да и Верховный суд встал на сторону жителей трущоб. Так что процесс застопорился. Успели лишь построить 300 новых квартир и переселить туда 1500 человек, которые должны платить государству 10$ в месяц за аренду. Но и тут предусмотрели не всё. Некоторые выходцы из Киберы ради заработка сдавали свою квартиру представителями кенийского "среднего класса", а сами возвращались жить в трущобы. 63. Будете в Кении – настоятельно советую вам посетить Киберу. Потрясающе интересное место. Не бойтесь ;) Трущобы Танзании. Добро пожаловать на самое дно! Бомбейские трущобы Трущобы Шанхая Библиотека из трущоб Лучшее место лучшего города! Трущобы Йоханнесбурга