Перейти к содержимому

SUMGAYIT

Members
  • Публикации

    3634
  • Зарегистрирован

  • Посещение

Все публикации пользователя SUMGAYIT

  1. SUMGAYIT

    Bizim rep

    OKABER — PERSONA NON GRATA (18+)
  2. "Evində dəfələrlə çörək kəsən erməni yeznəmi balta ilə yaraladı" | QƏRBİ AZƏRBAYCAN XRONİKASI
  3. SUMGAYIT

    Bizim rep

    OKABER — Rip Van Winkle
  4. Sulaşmaq, öpüş-öpüş, sirli yelləncək mərasimi | QƏRBİ AZƏRBAYCAN XRONİKASI
  5. Kəndimiz olsaydı, bəlkə də ata-anamı, qardaşlarımı itirməzdim | QƏRBİ AZƏRBAYCAN XRONİKASI
  6. 90-cı illərdə işğal olunan kəndlərimiz Kəndlər geri alınır, Ermənistanın Gürcüstan və İranla yolu bağlanır | QƏRBİ AZƏRBAYCAN XRONİKASI
  7. Lənkəranın məşhur turşu kababı necə hazırlanır? - APA TV
  8. SUMGAYIT

    Avropa, ged oppan!

    Dünyanın aparıcı dövlətlərinin Qarabağ mesajı nə idi?
  9. Неизбежное похмелье. «Истерики древнего мира»
  10. Dünyanın ən güclü kosmik raketi "Starship" ilk dəfə orbitə çıxdı
  11. Ermənistan uzun illərdir ki, Avropaya vizasız gəlmək imkanı əldə etməyə çalışsa da, hələ ki, buna nail olmayıb. Başqa sözlə, Ermənistanla Avropa arasında bu “bal ayı” özünü doğrultmur, çünki ermənilərə vizalarını liberallaşdırmağa belə icazə verilməyib. Axar.az xəbər verir ki, bunu Parisdəki Panteon Assas Universitetinin Beynəlxalq hüquq kafedrasının dosenti, erməni hüquqşünas Raffi-Filip Kalfayan deyib. “Ermənistan hərbi, siyasi və xüsusilə iqtisadi baxımdan Avropa üçün heç nəyi təmsil etmir. Bu, 2-2,5 milyon nəfərlik bir bazardır, çox mühüm və ya böyük təbii ehtiyatları olmayan ölkədir. Yəni Avropa Ermənistanla güzəştli şərtlərlə hərbi-siyasi əlaqələrdən hansı fayda əldə edəcək? Tərəflərin hərbi texnikanın alınmasına, xüsusən də hücum silahlarının tədarükünə sərmayə yatıra biləcəyi hazırlığından danışıram. Bütün bunlar mənasızdır. Makronun çıxışları ilə müqayisədə AB çox ciddidir. Makron Qərb dövlətinin lideri kimi Rusiyaya qarşı mübarizə aparmağa çalışır, Moskvaya qarşı müharibə lideri olmaq istəyir. O, bu prosesin önündə gedir. O, kifayət qədər təxribatçı fikirlər təklif edir. Beləliklə, bizim beynəlxalq arenada Prezident Makronla problemimiz var. O, uzun illər əvvəl Beyrut limanı partlayışından sonra etdiyi kimi, beynəlxalq arenada özü üçün vasitə və məqsəd tapmağa çalışan adamdır. O, ora getdi, özünü xilaskar, yeni hökumət yaradacaq, Livanı oliqarxlardan, müxtəlif liderlərdən azad edəcək adam kimi təqdim etdi. Bu, onun xeyrinə olmadı. Fələstində bu son qarşıdurma başlayanda Qəzzanı işğal etməyə və Fələstin əhalisinə çətinlik yaratmağa ehtiyac olmadığını deyəndə çox sərt sözlər işlətdi. Lakin sonra yenidən geri çəkildi. Bu, istənilən bir şəraitdə hərəkətlərində qeyri-sabit olan insandır. Makron çox danışan və insanlarla ünsiyyət qurmağı sevən insandır. O ağıllıdır, amma dediklərinə və etdiklərinə görə özünə inam yaratmır. Onun dediyini etmək şansı yoxdur. Ona desələr ki, Ermənistana hücum edilib, biz onu qorumalıyıq, Fransa cəmiyyəti bu çağırışı dəstəkləməyəcək və bu gün Ukraynaya göndərilən hərbi yardım Ermənistana göndərilməyəcək”, - o bildirib.
  12. SUMGAYIT

    Cəbbəxana\Arsenal

    Xankəndidə yenə silah partiyası aşkar edilib SİYASƏT Turan İnformasiya Agentliyi Xankəndidə yenə silah partiyası aşkar edilib Martın 13-də polis əməkdaşlarının keçirdikləri tədbirlər zamanı Xankəndi şəhəri ərazisindən 25 ədəd müxtəlif markalı avtomat silah, 1 pulemyot, 3 tapança, 1 tüfəng, 11 qumbara, 10 alışdırıcı, 38 patron darağı, 7575 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb. Bu barədə Azərbaycan Daxili İşlər Nazirliyinin mətbuat xidməti bildirib.
  13. SUMGAYIT

    Cəbbəxana\Arsenal

    Sonuncu antiterror əməliyyatından sonra hərbi sursatları, ağır silahları, zirehli maşınları müsadirə etdik ki, onların dəyəri bir milyard dollara yaxın idi. İkinci Qarabağ müharibəsində götürülmüş hərbi qənimətlərin dəyəri isə beş milyard ABŞ dollarına yaxın idi. Axar.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev martın 14-də Bakıda işə başlayan “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında bildirib. “Sual ondan ibarətdir ki, Ermənistan bütün bu pulları haradan götürüb? Aydın idi ki, onların bizə qarşı istifadə etdiyi bütün silahlar onlara pulsuz verilmişdi”, - deyə dövlət başçısı qeyd edib.
  14. Dördyüz min manatı mənimsəyən Çingiz Mehdiyev məhkəmə qarşısına çıxacaq Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Qaynarinfo xəbər verir ki, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Martın 18-nə iş üzrə məhkəmə hazırlıq iclası təyin edilib. İclas hakim hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçiriləcək. Çingiz Mehdiyev Bakı Şəhər Əməliyyat şirkətinin İdman Əməliyyatları şəbəsinin rəisi vəzifəsində 2015-2020-ci illərdə çalışıb. O, külli miqdarda dövlət vəsaitini mənimsəməkdə və həmin pulları qanunsuz leqallaşdırmaqda ittiham edilir. Cinayətin üstü Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılan araşdırma nəticəsində açılıb. Çingiz Mehdiyev Formula 1 yarışları ərəfəsində marşallar üçün geyim, ləvazimat, yağçəkən parçalar və digər əşyaları sifariş verərkən malların qiymətini süni şəkildə artırmaqda, həmçinin dövlət büdcəsindən ayrılmış pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürməkdə, qiymət şişirtməsi nəticəsində əldə edilmiş pulları isə qəsdən mənimsəməkdə təqsirləndirilir. İstintaq zamanı o da müəyyən olunub ki, Çingiz Mehdiyev ona etibar edilmiş külli miqdarda vəsaiti talamaq niyyəti ilə ofşor zona sayılan Seyşel adalarında cinayətdən xəbərsiz anasının adına yaratdığı şirkəti Formula 1 yarışlarının keçirilməsi üçün ixtisaslaşmış təşkilat kimi təqdim edərək müqavilə bağlatdırıb. İstintaqla onun ümumilikdə 397 852 AZN dövlət vəsaitini mənimsədiyi üzə çıxıb. O, əldə etdiyi pulların həqiqi mənbəyini gizlətmək məqsədilə külli miqdarda pul vəsaitlərini xarici banklara köçürərək leqallaşdırıb. Çingiz Mehdiyevə Cinayət Məcəlləsinin 179.3.2 (Külli miqdarda mənimsəmə), 12.1, 193-1.3.2 (Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma) 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə), 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə ittiham verilib. Həmçinin 1 milyon manata yaxın qiymətləndirilən əmlakları üzərinə həbs qoyulub. Mediada gedən məlumatlara görə, Çingiz Mehdiyev mənimsədiyi məbləğin 100 min manatını dövlət büdcəsinə geri ödəyib. Onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Çingiz Mehdiyevin məhkəməsinə gəlincə, o, yalnız 193-1.3.2-ci maddə ilə mühakimə ediləcək. Bu maddədə 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə, əmlakı müsadirə olunmaqla 7 ildən 12 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Çingiz Mehdiyevin cinayət işi üzrə Bakı Şəhər Halqası Əməliyyat Şirkəti zərərçəkən qismində tanınıb.
  15. Önce Vatan Türk Silahlı Kuvvetleri Türk Silahlı Kuvvetleri YouTube Kanalına Abone Olmak için linke http://wedia.link/TSKAboneOl tıklayabilirsiniz.
  16. Paşinyanın yalan danışdığını üzə çıxaran faktlar Ermənistanın baş naziri Nikol Paşinyan “sensasiyalı” açıqlamalar verib. O, martın 12-də keçirdiyi mətbuat konfransında deyib ki, Rusiya sərhədçiləri İrəvanın “Zvartnots” hava limanından çıxarılacaq. Bundan başqa, hökumət başçısı Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyasının ölkəsinin Tavuş vilayətindən başlayacağını söyləyib. Həmçinin Azərbaycanla bağlı həqiqətə uyğun olmayan iddialar ortaya atıb. Altı ilə yaxındır hakimiyyətdə olan N.Paşinyan tez-tez oxşar “sensasiyalı” bəyanatlar səsləndirir. Amma məsələ ondadır ki, o və komandasının üzvləri həmişə eyni məsələlərlə bağlı oxşar tezislər və mətnlərlə çıxış edirlər. Bəs onların fikirləri niyə belə maraq doğurur? N.Paşinyan və Ermənistan rəsmilərinin əvvəllər səsləndirdikləri bəzi bəyanatlara nəzər yetirək. O, hakimiyyətə sistemdənkənar gələn qüvvələrdən sayılır. Daha doğrusu N.Paşinyan və hakim Mülki Müqavilə Partiyasının üzvləri zahirən müxalifət düşərgəsindən iqtidara yüksələn siyasətçilər kimi qəbul olunurlar. Onların mövqe və platformalarını cəlbedici edən isə anti-Rusiya çıxışları və açıqlamalarıdır. Bu qrupun əsas liderləri bunlardır: baş nazir Nikol Paşinyan, prezident Vaaqn Xaçaturyan, parlamentin sədri Alen Simonyan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan, xarici işlər naziri Ararat Mirzoyan. Müxalifətdə olduqları müddətdə onlar tez-tez Ermənistanın Qərbə inteqrasiyasından, Avropa İttifaqı və NATO-ya daxil olacağından, Rusiya qoşunlarının ölkədən çıxarılacağından, MDB, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Avrasiya İqtisadi İttifaqı üzvlüyündən çıxacağından danışırdılar. Bir sözlə, bu siyasətçilər Qərbdə anti-Rusiya, “demokratik” qüvvələr kimi tanıdılıblar. N.Paşinyan və komandası uzun illər erməni cəmiyyətinə verilən vədlərin yalan olduğundan bəhs edirlər. Bu qrup Ermənistan cəmiyyətinə reallığı çatdırmağa çalışan komanda kimi görünməyə çalışır. Bir çox hallarda hadisələrə ortadan başlamaqla vəziyyəti gərginləşdirirlər. Bu qrupun üzvləri müxtəlif vaxtlarda dəfələrlə Qarabağın Azərbaycan torpaqları olduğunu etiraf ediblər. Belə açıqlama ilə özlərinin sülhsevər göstərməyə çalışırlar. Keçmiş prezidentlər - Robert Koçaryan, Serj Sarqsyana qarşı cinayət işini başlamaqla da özlərinin yenilikçi kimi göstəriblər. Ancaq bu cinayət işləri yarımçıq qalıb. Eləcə də 1999-cu il oktyabrın 27-də parlamentə silahlı hücum və 2008-ci il martın 1-dən dinc etiraz aksiyası iştirakçılarına atəş açılması hadisələrinin təşkilatçıları da cəzalandırılmayıb. N.Paşinyan martın 12-dəki mətbuat konfransında da yuxarıda qeyd etdiyimiz tezislərlə danışıb. Son günlərin ən populyar mövzularından biri İrəvandakı “Zvartnots” hava limanından Rusiya sərhədçilərinin çıxarılması məsələsidir. Bir müddət əvvəl A.Simonyan bildirmişdi ki, adıçəkilən aeroportda rusiyalı hərbi qulluqçuları erməni hərbçilər əvəzləyə bilər. N.Paşinyan bu mövzuya toxunaraq deyib ki, məsələ barədə rəsmi Moskvanı məlumatlandırıblar və 2024-cü il avqustun 1-də Ermənistan sərhədçiləri hava limanında xidmətə başlaya bilər. O, bu məsələni siyasi və geopolitik deyil, işgüzar proses saydığını söyləyib. Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov İrəvandan bildiriş aldıqlarını təsdiqləyib. Lakin Moskva hələ buna rəsmi qaydada cavab verməyib. Qeyd etmək lazımdır ki, Rusiya hərb bazası və sərhədçiləri Moskva ilə İrəvan arasında imzalanan müqaviləyə əsasən 2040-cı ilədək Ermənistanda qalmalıdır. Yeri gəlmişkən, Rusiya Federal Təhlükəsizlik Xidmətinin Ermənistandakı müasir sərhəd idarəsinə dörd sərhəd dəstəsi daxildir. Bunlar Gümrü, Armavir, Artaşat və Mehridə (Ermənistanın İran və Türkiyə ilə sərhədini qoruyur) yerləşir. Həmçinin İrəvanda “Zvartnots” hava limanında (erməni sərhədçiləri ilə birlikdə) ayrıca “Ermənistan” sərhəd-buraxılış məntəqəsi, İranla sərhəddə gedən Aqarak avtomobil yolunun üzərində yerləşən keçid məntəqəsi fəaliyyət göstərir. Ermənistan vətəndaşlarına rusiyalı sərhədçilərlə birlikdə xidmət etməyə icazə verilib. 2013-cü ilin məlumatına görə, bu ölkədə Rusiya sərhədçilərinin sayı təxminən 4,5 min nəfərdir. Sonrakı illərdə belə məlumat açıqlanmayıb. N.Paşinyan 2018-ci ildə “Exo Moskva” radiosuna müsahibəsində rəsmi İrəvanın Ermənistan-Türkiyə sərhədindəki Rusiya sərhədçilərinin xidmətindən imtina etmək niyyətində olmadığını, bu sərhədin uzunluğunun onlar üçün “böyük yükə” çevriləcəyini demişdi. Onu da qeyd edək ki, Ermənistan sərhədçiləri Zvartnots, Erebuni və Gümrüdəki üç hava limanındakı sərhəd-keçid məntəqəsində xidmət edirlər. Axırıncı iki məntəqədə Rusiya sərhədçiləri yoxdur. Odur ki, əgər rusiyalı hərbçilər “Zvartnos”dan çıxarılsa bunun N.Paşinyanın uğuru kimi qiymətləndirilməsi də məntiqi deyil. Ancaq Rusiyanın həmin ərazidən vaxtından əvvəl çıxacağı ehtimalı da azdır. Ola bilər ki, bu məsələ perspektivdə tərəflər arasında müzakirə mövzusuna çevriləcək. Rusiyanın xarici işlər naziri Sergey Lavrov martın 2-də İrəvan rəsmilərinin çıxışlarına münasibət bildirərkən onları “Rusiyanı Cənubi Qafqaz regionundan çıxarmaq istəklərini gizlətməyən şəxslər” adlandırmışdı. N.Paşinyan və komandasının ən çox səsləndirdikləri tezislərdən biri də Azərbaycanla sərhədin delimitasiyasıdır. O, sonuncu mətbuat konfransında da dövlət sərhədlərin müəyyənləşməsinə toxunub. Ancaq məsələ ondadır ki, Bakı və İrəvan arasında bunun üçün əsas mənbə, yəni xəritə hələ təyin edilməyib. Odur ki, bunu ənənəvi tezis müddəalarındən saymaq olar. Ən başlıca məsələ isə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası ilə bağlıdır. N.Paşinyan bu toplantıda yeni konstitusiyanın mətni, konsepsiyasının olmadığını etiraf edərək bildirib ki, bu istiqamətdə siyasi müzakirələr aparılır. Belə hesab etmək olar ki, o, bununla müxalifət sayılan qüvvələri sakitləşdirib, onları zərərsizləşdirməyə çalışıb. Çünki martın 11-də Ermənistanın Ədliyyə Nazirliyi əsas qanunla bağlı “Sputnik Armenia”nın sualına cavabında bildirib ki, konstitusiya islahatları konsepsiyasının layihəsi artıq hazırdır. Bu isə N.Paşinyanın yalan danışdığını üzə çıxaran faktdır. Mətbuat konfransında o, saxtakarlığını gizlədə bilməyib. Baş nazir bildirib ki, Azərbaycanda deyilən yer adlarına nə keçmiş SSRİ dövründə, nə də sonradan rast gəlinməyib. Ermənistan hökumətinin başçısı bu açıqlaması ilə özünün erməni mahiyyəti və saxtakarlığını ortaya qoyub. Söhbətin Qərbi Azərbaycanın tarixi yer adlarından getdiyini hər kəsə məlumdur. Çünki keçmiş sovetlər dövründə həmin coğrafi, ərazi-inzibati yer adları erməniləşdirilib, sovetləşdirilib. Həmin bölgələrdən 300 min qərbi azərbaycanlı silah və güc tətbiqi ilə qovulduqdan sonra bu proses daha da sürətlənib. Bu baxımdan nə sovet Ermənistanı, nə də Ermənistan Respublikası azərbaycanlılara məxsus qədim yer adlarını ilkin variantda saxlayıb. N.Paşinyan bu mətbuat konfransında da ona verilən tezislər ətrafında alayarımçıq çıxış edib. Bununla da Azərbaycanla sərhədləri müəyyənləşdirməyə, sülhə, əməkdaşlığa, Rusiyadan bir mənalı qopmağa hazır olmadıqlarını göstərib.
  17. Haylar saq, qamər, subar, erməni mədəniyyətini mənimsəyib | QƏRBİ AZƏRBAYCAN XRONİKASI
×
×
  • Создать...