Перейти к содержимому

SUMGAYIT

Members
  • Публикации

    3271
  • Зарегистрирован

  • Посещение

Все публикации пользователя SUMGAYIT

  1. Azərbaycanlıları görəndə dizimiz əsir: Fransa da gəlsə... Bu günlərdə Qarabağda baş verən azərbaycanlı fəalların aksiyası erməni xalqının gözünü bir şeyə də açdı. Biz rusların Azərbaycan qarşısında qorxduğunu müşahidə etdik. Ölmədik, bu günü də gördük. İllərdir Ermənistanda rus bazası olub. İrəvan Rusiyanı qorxmaz, ordusunu güclü bilib. Amma bu günlərdə baş verənlərə baxsaq, dizləri titrəyən rus əsgərini, dillərini udmuş rus zabiti görürük.
  2. İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” QSC-in nümayəndələrindən ibarət heyət Rusiya sülhməramlılarının qərargahında görüş keçirib. Axar.az xəbər verir ki, bu barədə Monitorinq qrupunun rəhbəri Məsim Məmmədov bildirib. Görüşdə bir daha qeyd olunub ki, təqdim edilən yol xəritəsinə uyğun olaraq “Qızılbulaq” qızıl və “Dəmirli” mis-molibden yataqlarına yerində baxış həyata keçirilməli, müvafiq monitorinq və inventarizasiya işlərinin təşkili məsələləri həllini tapmalıdır. Monitorinq qrupunun yataqlara yerində baxış keçirməsinə lazımi şərait yaradılmayıb və qarşıya qoyulan vəzifələrin icrasına nail olunmayıb. Monitorinq qrupu üzvləri tərəfindən bir daha qeyd edilib ki, yataqların qanunsuz istismarı dayandırlmalı, ərazidə kompleks monitorinq işləri həyata keçirilməlidir.
  3. Bədməramlıların Qarabağdakı 25 aylıq fəaliyyətinin təhlili
  4. Rusiya bədməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq ekofəallar və Qeyri Hökümət Təşkilatları təmsilçiləri Laçın - Şuşa yolunda aksiyanı davam etdirirlər. Aksiya iştirakçıları ekoloji terror və yataqların qanunsuz istismarı əleyhinə şüarlar səsləndirir, Rusiya bədməramlılarının komandanı Andrey Volkovla görüş tələb edirlər.
  5. Xankəndi yolunda son durum: İynə atsan, yerə düşməz... Azərbaycanlı ekofəalların, QHT nümayəndələrinin, könüllülərin və jurnalistlərin Laçın yolundakı aksiyasında iştirak edən Jurnalist Ekspert Mərkəzinin sədri, tanınmış jurnalist Ceyhun Musaoğlunun Axar.az-a müsahibəsi: - Ceyhun bəy, hazırda ərazidə vəziyyət necədir? - Azərbaycanlı ekofəalların, könüllülərin Laçın yolunda keçirdiyi aksiya növbəli şəkildə davam edir. Tələb ondan ibarətdir ki, Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının monitorinqlərinə mane olunmasın. Sülhməramlılar bizim həmin ərazilərə daxil olmağımıza imkan vermir. Halbuki həmin yerlər Azərbaycan ərazisidir. Ona görə aksiya hər keçən gün daha da genişlənir. - Rusiya sülhməramlılarının aksiya keçirilən əraziyə səsgücləndirici gətirilməsi ilə bağlı məlumatlar yayılıb. Bunun səbəbi nədir? - Aksiya iştirakçıları şüarların səslənməsində səsgücləndiricilərdən istifadə edir, o cümlədən aralıq vaxtlarda musiqi səsləndirir. Rusiya sülhməramlıları da gətirdikləri səsgücləndiricilərlə öz musiqilərini bizə dinlətdirirlər. Narahat olmayın, bizim səsimiz daha gur çıxır. - Aksiya iştirakçıları ilə sülhməramlılar arasında hansısa xoşagəlməz olay baş verirmi? Ümumiyyətlə, münasibət necədir? - Münasibət normaldır. Bununla bağlı fotolar da çəkmişik. Sadəcə aksiyanın xarakterinə uyğun olaraq onlara ayrılan zonada dayanıb, növbə çəkirlər. Biz də onlarla üzbəüz dayanıb şüarlar səsləndirib, aksiyamızı davam etdiririk. - Təxminən ərazidə nə qədər aksiya iştirakçısı var? - Dəqiq say demək çətindir. Bildiyiniz kimi, aksiya Şuşadan Xankəndiyə ayrılan yolun girişindədir. Ərazidə çadırlar qurulub. Çox insan var, demək olar, iynə atsan, yerə düşməz.
  6. Volkov niyə gizlənir? Birincisi, Moskvanın təlimatı bu yöndədir: - Rusiya məsələni diplomatik kanallarla həll etmək niyyətindədir və istisna deyil ki, bunun üçün Bakıya müəyyən təzyiqlər də edilib, hərçənd, prosesin davam etməsi nəticə əldə etmədiklərini deməyə əsas verir; - Rusiyanın gözləmə mövqeyi həm də “beynəlxalq ictimaiyyətin” Azərbaycana təzyiq edə biləcəyindən qaynaqlanır: ruslar hesab edir ki, ABŞ, Fransa və Avropa İttifaqının çağırış etməsi və “bütün tərəflərin” eyni mövqe sərgiləməsi nəticəsində Bakı geri addım atacaq; İkincisi, Volkovun (Rusiyanın) hazırda nəsə etmək imkanları məhduddur: sülhməramlıların komandanı aksiya iştirakçılarının qarşısına çıxarsa ya tələbləri icra etməlidir, ya da müdaxilə əmri verməlidir və ruslar indi bunun heç birini edə bilmir. Bu baxımdan, Volkovun məsələnin həllinə qədər Xocalıda yerləşən qərargahından çıxacağı ehtimalı azdır. O da istisna deyil ki, Rusiya proseslərin sonunda Volkovu geri çağıracaq.
  7. 7-ci maddənin vaxtı çatdı: Xankəndiyə qayıdış zamanıdır Cəmiyyətin, onun müxtəlif təbəqələrinin Azərbaycan ərazilərində müvəqqəti yerləşmiş rus sülhməramlıların hərəkətlərindən narazılıqlarını bildirmək, Azərbaycan ərazilərinin talanmasına etiraz etmək hüququ təbiidir.
  8. 08:30 Aksiyanın ilk günü nümayişçiləri qorxutmaq üçün sülhməramlılar əraziyə pulemyot və ağır artilleriya gətirmişdilər. Ancaq beynəlxalq hüquqa görə onların Azərbaycan əhalisinə, sivil etirazçılara zor tətbiq etmək hüququ yoxdur. Bu sözləri Axar.az-a azərbaycanlıların Şuşa-Xankəndi yolunda keçirdiyi aksiya haqda danışan politoloq Turab Rzayev deyib. Politoloq bildirib ki, sülhməramlılar ancaq tərəflərdən biri onlara atəş açdığı zaman həmin tərəfə qarşılıq verə bilər: “Bu cavab isə onlara qarşı edilən hərəkətlərə adekvat olmalıdır. İndiki halda sülhməramlıların aksiya keçirilən ərazidən ağır texnika və pulemyotları çıxartması çox doğru qərar idi”. Ekspert bildirib ki, Laçın dəhlizindən silah-sursat, texnika, İran agentləri, təxribatçı qruplar, terrorçular, strateji məhsullar keçir, Azərbaycanın qızıl, mis mədənləri, meşələri, suları talan olunur. Amma Azərbaycan buna müdaxilə edə bilmir. Aydın məsələdir ki, Azərbaycan tərəfi buna dözmək niyyətində deyil. Politoloq sülhməramlılar arasında yerli və gəlmə erməni əsilli şəxslərin olmasıyla bağlı məlumatlara da toxunub: “Sülhməramlıların daim üzübağlı gəzməsi də buna işarədir. Dünyanın heç bir yerində sülhməramlı üzünü bağlamır. Onlar öz formasında adı, soyadı, qan qrupu, rütbəsi olan, müsbət missiya yerinə yetirən açıq şəxslərdir. Ancaq rus sülhməramlıların maskalanması ciddi şübhə yaradır. Sülhməramlıların rəhbəri Volkovun adı Suriyada terrorçularla yaxın əlaqədə, yerli terrorçularla birgə qanunsuz ticarətdə hallanıb. Onun PK/YPG terrorçuları ilə eyni tədbirlərdə çəkilən fotoları da yayılıb. Ona görə Volkovun talançılarla işbirliyi qurmadığından əmin ola bilmərik. Eyni zamanda beynəlxalq erməni lobbisinin ayırdığı pullardan ona bir pay çatmadığını da istisna edə bilmərik. Vaxtilə 366-cı motoatıcı briqada da Xocalı qətliamını törədərkən pul almışdı. Rus ordusunun tarixində belə ləkələr var”.
  9. Şuşa yolunda aksiya - Bu, sülhməramlıların ərazilərimizdən vaxtından əvvəl çıxarılması üçün əsasdır
  10. Xankəndi-Gorus avtomobil yolunun bağlanması (Şuşa-Xankəndi yolunda azərbaycanlı ekofəalların aksiyası nəzərdə tutulur – red.) 10 noyabr 2020-ci il sənədinin icrasıdır. Axar.az xəbər verir ki, bu sözləri erməni mediasına açıqlamasında Ermənistan silahlı qüvvələri Baş Qərargahının keçmiş rəisi Movses Akopyan deyib. O bildirib ki, hazırkı vəziyyəti pis qiymətləndirir: “Amma düşünürəm ki, danışıqlar nəticəsində yol açıla bilər. Onların heç biri Ermənistan hakimiyyətini və Qarabağdakıları (erməni separatçılar nəzərdə tutulur – red.) diqqətə almır. Əsasən, 10 noyabr bəyanatının icrası prosesi gedir. Bu sənədə görə, Qarabağ Azərbaycanın bir hissəsidir. Amma hər şey dəyişə də bilər. Dəyişikliyi kimin və hansı şəkildə edə biləcəyini isə bilmirəm”. O bildirib ki, məsələ ilə bağlı BMT TŞ-yə Qarabağ separatçılarının müraciəti heç bir nəticə verməyəcək.
  11. Volkov görüşümüzə buna görə gəlmir – Vəkilov Azərbaycanlı ekofəalların və QHT nümayəndələrinin Şuşa-Xankəndi yolundakı aksiyasında iştirak edən hüquqşünas, “Müvəkkil” Hüquq Mərkəzinin rəhbəri Səməd Vəkilovun Axar.az-a müsahibəsi: - Hazırda aksiyanın keçirildiyi ərazidə vəziyyət necədir? - Aksiya tam gücü ilə davam edir. Bu gün onlarla QHT-çi, jurnalist həmkarlarımız da bizə qoşuldu. Hazırda 1000 nəfərə yaxın aksiya iştiraçısı var. Hər kəs yüksək əhval-ruhiyyədədir. - Ərazidə nə qədər çadır qurulub? - Yalnız 3 ədəd çadır var. - Bəs, aksiya iştirakçıları gecəni necə keçirə bildi? - Çadırlar yatmaq, dincəlmək üçün deyil, sadəcə, çay içmək olur, bir neçə stul da var. Biz gecəni yatmamışıq, aksiyamız gecə boyu, səhərə qədər davam edib. - Orda havanın çox soyuq olduğunu bilirik. Aksiya iştirakçıları o soyuqdan necə qorunur? - Yalnız tonqallarla. - Aksiya iştirakçılarının ərzaq təminatı necədir? - Yeməklə bağlı heç bir problem yoxdur. Zatən bura yeməyə gəlməmişik, ancaq ac da qalmırıq. Hər şey qaydasındadır. - Təhlükəsizliyiniz necə təmin olunur? - Hazırda təhlükəsizliyimiz Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən təmin olunur, narahat olmayın. Arxamızda Şuşa var, Ordumuz var, öz torpağımızda kimdən qorxasıyıq?! - Dünəndən bəri aksiya iştirakçıları rus sülhməramlılarının komandanı Andrey Volkovu görüşə çağırır. Sizcə, Volkov niyə görüşə gəlmir? - Bilirsiniz, ötən dəfə Volkov söz vermişdi ki, ekoloqların monitorinq keçirməsi üçün bütün şərait yaradılacaq. Amma o, sözündən döndü, heç bir şərait yaradılmadı. Biz hələ bilmirik ki, bu təminatı verməyə Volkovun səlahiyyəti çatır, ya yox! Görünür, həm bu, həm də ötən dəfə verdiyi sözü yerinə yetirə bilmədiyi və bunun sorğulanacağını bildiyi üçün Volkov bizim görüşümüzə gəlmir. - Hədəfiniz nədir? Aksiya nə qədər davam edə bilər? - Tələblərimiz yerinə yetirilənə qədər aksiya davam edəcək. Bu bir gün də, 10 gün də, bir ay da çəkə bilər. Heç kim geri çəkilmək fikrində deyil. Hər kəs sona qədər burada dayanmağı qarşısına məqsəd qoyub. Dünəndən bəri Azərbaycanın hər yerindən bizə zənglər olur, hər kəs əlində gələni etməyə hazır olduğunu deyir. Bura gəlmək üçün can atan xeyli insan var. Hətta şəhid ailələri, qazilərimiz gəlmək istəyirlər. Biz arxamızda Azərbaycan xalqını hiss edirik.
  12. Azərbaycanlı fəalların Xankəndi ətrafında aksiyası rus sülhməramlı kontingentinə qarşı deyil, öz qanunsuz silahlı birləşmələrini hələ də Qarabağ ərazisindən çıxarmayan ermənilərin təxribatlarına qarşıdır. Bu sözləri rusiyalı tarixçi, hərbi ekspert Oleq Kuznetsov Axar.az-a müsahibəsində deyib. “Hər bir sülhməramlı əməliyyat təkcə hərbi deyil, həm də hərbi-siyasi xarakter daşıyır. Buna görə də istənilən vəziyyətə reaksiya eyni anda iki xətt üzrə əlaqələndirilir. Kontingent komandiri və onun tabeliyində olanlar peşəkar olduqları üçün ordu direktivləri ilə deyil, ilk növbədə siyasi göstərişləri rəhbər tuturlar. Yaxın vaxtlarda Kremldən yeni tapşırıq gələcək - erməni millətindən olan bütün silahlı şəxslərin Qarabağ ərazisindən çıxarılmasına dair. Bunu rus sülhməramlılar həyata keçirəcək. Rusiya ilə Azərbaycan arasında münasibətlərdə təxribat yaratmağa var gücü ilə çalışan ermənilərin cəhdlərindən də danışmaq lazımdır. Biz bu təxribatları həm Qarabağda, həm də Rusiya ərazisində müşahidə edirik. Sülhməramlıların Qarabağdakı əsas missiyası bu ərazidə ermənilərlə azərbaycanlılar arasında qanlı toqquşmanın qarşısını almaqdır. Şübhəsiz ki, sülhməramlıların rəhbərliyi ermənilərin mümkün təxribatlarını nəzərə alaraq, hələ də azərbaycanlı ekoloqların bu ərazilərdə fəaliyyətlə məşğul olmasına imkan vermir. Düşünürəm ki, onlar əvvəlcə Qarabağ ərazisində gizlənən erməni qanunsuz silahlı birləşmələri təmizləyəcək, sonra isə Bakının ekoloji missiyaları fəaliyyətə başlayacaq”.
  13. Ermənistan tərəfinin guya Laçın yolunun bağlanması, bölgədə humanitar fəlakət yaşanması, etnik təmizlənmə həyata keçirilməsi barədə iddialarını qətiyyətlə rədd edirik. Ermənistan tərəfindən Laçın-Xankəndi yolundan hərbi məqsədlər, minaların və talan olunan təbii sərvətlərin daşınması üçün istifadə edilməsinin qarşısının alınması vacibdir. Axar.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev xarici işlər nazirinin müavini Elnur Məmmədovla birgə diplomatik korpusun nümayəndələri ilə görüşündə bildirib. Ermənistanın sabiq rəhbərləri R.Köçəryan və S.Sərkisyanın işğal dövründə törətdikləri hərbi cinayətlərinə və qeyri-qanuni iqtisadi əməllərinə toxunan Prezidentin köməkçisi indi də kriminal iş adamı olan Ruben Vardanyanın Azərbaycanın təbii sərvətlərini talan etməsinə və ətraf mühitə ciddi ziyan vurmasına imkan verilməyəcəyini qeyd edib. Bildirilib ki, Laçın yolu azərbaycanlı etirazçılar tərəfindən deyil, Rusiya Federasiyasının sülhməramlı kontingenti tərəfindən bağlanıb. Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin talan edilmiş təbii sərvətlərin qanunsuz daşınmasının qarşısını almağa çalışdıqlarını, mülki təyinatlı digər nəqliyyat vasitələrinin hərəkəti məsələlərinə qarışmadıqlarını deyib.
  14. Rusiya sülhməramlılarının müvəqqəti təsir zonasında qaz təchizatında fasilə yaranıb. Axar.az xəbər verir ki, bununla bağlı erməni mediası məlumat yayıb. Səbəblər isə açıqlanmır.
  15. Xankəndi yolunun üzərinə növbəti dəfə Azərbaycan bayraqlarının asılmasına başlanılıb
  16. Sülhməramlılarla bağlı yayılan şayiələrə aydınlıq gətirildi - BAKU TV
  17. Laçın yolunda etiraz aksiyasına ilk rəsmi reaksiya
  18. Yay aylarının əvəz olunmaz yeməyi olan Əcəb Sandalın hazırlanması. Əcəbsandal resepti.
  19. Azerbaijani Adjab Sandal Dish | Kotletli Əcəb Sandal Yeməyi |
  20. Çox Dadlı Əcəb Sandal yeməyi yemek reseptleri
  21. SUMGAYIT

    Əcəb səndəl

    Əcəbsəndəl Əcəbsəndəli və ya əcəbsəndəl bir çox türk və qafqaz millətlərinin yeməyidir. Türk dillərindən tərcümədə mənası “necə də ləzzətlisən” deməkdir. Hazırlanması asan, dadı damaqdan getməyən əsil yay fəslinə uyğun yeməkdir. Lazım olan ərzaqlar: 1 kq sümüklü ət 2 dəd böyük badımcan 1 ədəd soğan 2 ədəd şirin bibər 3 ədəd pomidor cəfəri duz istiot 2 dilim limon yarım stəkan su Sümüklü ət tikələri yuyulub qazanın dibinə düzülür. Soğan yarım halqa şəklində nazik doğranıb ətin üzərindən düzülür. Daha sonra badımcan arabir soyulub doğranır və soğanın üzərindən düzülür. Pomidoru soyub və bibəri də orta ölçülü doğrayıb bura əlavə edirik. Cəfəri xırda doğranır ən üstə əlavə olunur, limon dilimləri qoyulur, duz və istiot vurulur, su tökülüb az odda qazanın qapağı bağlı şəkildə təxminən 1 saat müddətində bişirilir.
  22. Uduzacağımızı bilə-bilə niyə müharibə etdik? - Arşakyan Nikol Paşinyan başda olmaqla Ermənistanın bütün hakimiyyət nümayəndələrinin yaxalarından tutub sorğuya çəkmək lazımdır. Bunu nə türklər, nə də azərbaycanlılar etməlidir. İlk növbədə bunu elə erməni xalqının özü etməlidir. Axar.az xəbər verir ki, bu fikirlərlə erməni siyasi şərhçi Tevos Arşakyan çıxış edib. “Bəzi məlumatlara əsasən Ermənistan hakimiyyəti hələ 2020-ci ildə Qarabağın tam olaraq Azərbaycanın nəzarəti altına keçəcəyini bilirdi. Bizim Bakı ilə vuruşmaq üçün nə güclü ordumuz, nə də silahlarımız var idi. İrəvan hakimiyyətində hamı çox gözəl anlayırdı ki, bu müharibədə uduzan tərəf biz olacayıq. Bəs onda bu qədər həmyerlimiz niyə qurban verildi? Əgər hamı kapitulyasiya olacağını bilirdisə, nədən öncədən Bakının şərtləri ilə razılaşmadıq? Onsuz da Bakının gücü qarşısında hər sənədə qol çəkdik və çəkməyə davam edəcəyik... Bu sualların cavabını erməni xalqı Paşinyan və onun komandasından gec-tez soracaq”, - deyə o qeyd edib.
  23. Kreml vaxt qoydu: silahlılar Qarabağdan çıxır - Ohanesyan Yaxın günlərdə Qarabağda ciddi proseslər baş verəcək. Kremldən gələn tapşırığa əsasən bütün silahlı ermənilər – polis, hərbçi, mühafizəçi, fərq etməz, əlində silah olan hər kəs Qarabağın rus sülhməramlıların müvəqqəti nəzarəti altında olan ərazilərindən tam olaraq çıxarılmalıdır. Axar.az xəbər verir ki, bu sözləri tanınmış erməni siyasi analitik Samvel Ohanesyan bildirib. “Bizim əlimizdə bununla bağlı sübutlarımız var. İrəvan hakimiyyətinə yaxın mənbələrdən aldığımız məlumatlara əsasən, bir neçə gün öncə Kremldən zəng gəlib və vaxt verilib. Bütün silahlı ermənilər Qarabağdan çıxarılmalı və yaxud tərk-silah olunmalıdır. Bu o deməkdir ki, Rusiya tam olaraq Bakının bütün istəklərini yerinə yetirir. Bizim bu günə qədər istismar etdiyimiz faydalı qazıntılar ilə də sağollaşmaq lazım olacaq. Sülhməramlıların komandanı Volkovun dedikləri kimi mini-gömrüyün yaradılacağı da buna əyani sübutdur”, - deyə o qeyd edib.
×
×
  • Создать...