Перейти к содержимому

SUMGAYIT

Members
  • Публикации

    3271
  • Зарегистрирован

  • Посещение

Все публикации пользователя SUMGAYIT

  1. Ağlamaqla dərdə çarə tapılmaz, Torpaq basılanda gözləmək olmaz, Qiyamətə şəhid qisası qalmaz, Çətin günlər gəldi-gedər, ötəndi. Murovun o üzü bizim Vətəndi. Şair İdris Verdiyev
  2. Qarabağ: Əcdadlarımızın mirası – sənədli film
  3. SUMGAYIT

    Arazın o tayında

    İlanın ağına da lənət, qarasına da. >>>>> İranın Gürcüstanda gizli fəaliyyəti üzə çıxdı
  4. SUMGAYIT

    Arazın o tayında

    21 Azər Hərəkatı dəqiq tarix. Mircəfər Bağırovun cənub planları və Pişəvəri
  5. SUMGAYIT

    Arazın o tayında

    Seyid Cəfər Pişəvəri və onun müəmmalı ölümü S.C.Pişəvəri (1892-1947) — Azərbaycan Demokrat Firqəsinin başçısı. Azərbaycan xalqının XX əsrdə yetirdiyi böyük inqilabçı, ictimai, dövlət xadimi, yüksək səviyyəli publisist və jurnalisti
  6. SUMGAYIT

    Arazın o tayında

    Seyid Cəfər Pişəvərinin BMT-yə müraciəti - 70 il gizlədilən məktub 1945-1946 ci ildə Güney Azərbaycanda qurulan Azərbaycan Milli hökumətinin başçısı Seyid Cəfər Pişəvəri qurduğu hökuməti dünyaya tanıtmaq üçün 28 yanvar 1946-cı ildə BMT Baş Assambleyasına müraciət etmişdir. Əkrəm Rəhimli (Bije) və Səməd Bayramzadənin “Güney və Qüzey Azərbaycan ensiklopedik təqvim” adlı kitabından əldə etdiyi həmin mürəciəti təqdim edirik: "Dünyanın ən qədim xalqlarından olan Azərbaycan xalqı özünün zəngin milli tarixinə malikdir. Əsrlərin keşməkeşində o, öz milli di­lini, adət və ənənələrini qoruyub saxlaya bilmişdir. İran zülmkarları Azərbaycanı öz hakimiyyətləri altına alaraq, onun sərvətini amansızcasına taladılar. Nəticədə Azərbaycanın çiçəklənən kənd və şəhərləri dağılmaq həddinə gəlib çatdı. Şovinist böyük dövlətçilik siyasəti yürüdən İran hökmdar­ları azərbaycanlıların mövcudluğunu tamamilə inkar etməyə cəhd göstərir, onların dilini əlindən almaqdan, hər cür təhqiredici əməllərdən çəkinmirdi. Buna baxmayaraq Azərbaycan xalqı bir gün də olsun, öz azad­lığı uğrunda mübarizəsini dayandırmadı. Azərbaycanlıların öz milli azadlıqları uğrunda mübarizəsinin ən parlaq nümunəsi Səttarxan, Bağırxan, Şeyx Məhəmməd Xiyabani və başqalarının hərəkatlarıdır. Bu cəsur insanlar mübarizənin başçıları, həm də şəhidləri idi. Qanlı faşizmin üzərində demokratik dövlətlərin qələbəsi Azərbaycan xalqının mübarizəsinə yeni təkan verdi, yeni şərait ya­ratdı. Tehran hökumətinin müqavimətinə baxmayaraq bu ilin 21 Azərində (12 dekabr) Azərbaycan xalqının əsrlərdən bəri apardığı azadlıq mübarizəsi qələbə ilə başa çatdı, Atlantik Xartiyasına uy­ğun olaraq Milli Məclisin, Azərbaycan Hökumətinin qurulması ilə nəticələndi. Azərbaycanda demokratik əsaslara dayanan bir hökumət qurulub və öz fəaliyyəti barədə bütün dünyaya məlumat yayıb. 5 milyonluq Azərbaycan xalqı milli dilinin, tarixinin, mədəniyyətinin köməyi ilə özünün müasir bir xalq olduğunu dərk etdi və bir də heç vaxt fars zülmünün altında inləməyə, fars dili­nin İrandakı başqa xalqların dilləri üzərində ağalıqlarına icazə verməyəcəkdir. Bu xalq bir nəfər kimi öz həyatını milli azadlığına və dövlətinə qurban verməyə hazırdır. Yeni, demokratik Azərbaycan Hökuməti qısa vaxt ərzində ic­timai, iqtisadi, mədəni sahələrdə ciddi dəyişmələr edə bilib, daxili təhlükəsizlik tam bərqərar olunub. Yeni Milli Hökumətin fəaliyyəti sayəsində əsrlərlə istismar olu­nan xalq adi insani şəraitdə yaşamağa başlayıb. Bununla da o, öz milli dövlətini qurmağa, onu idarə etməyə qadir olduğunu göstərir. Azərbaycan xalqının iradəsi ilə Atlantik Xartiyasına, yəni böyük demokratik dövlətlərin vədlərinə uyğun olaraq qurulan Azərbaycan Milli Hökuməti artıq danılmaz faktdır. BMT Baş Assambleyasına müraciəti ilə Azərbaycan xalqı xa­hiş edir ki, Azərbaycan Milli Hökumətinin mövcudluğu faktı tanın­sın və kənardan müdaxilə olmadan, ona öz taleyinin özü tərəfindən müəyyənləşdirilməsinə təminat verilsin.”
  7. SUMGAYIT

    Arazın o tayında

    Pişəvərini kim öldürdü? 75 ildir ölümünün sirri açılmayan, Cənubi Azərbaycanda Milli Hökumət quran, müəmmalı avtomobil qəzasında həlak olan Seyid Cəfər Pişəvəri... Onun ölümü qəza, yoxsa sui-qəsd idi? Milli hökumətin dağılmasında SSRİ, ABŞ və İngiltərə İrana necə kömək etdi? Pişəvərinin ölümündə erməni əli varmıydı?
  8. SUMGAYIT

    Arazın o tayında

    Elçibəy - Pişəvarı, Xiyabani, Səttarxan, Cənubi Azərbaycan haqqında danışır
  9. SUMGAYIT

    Arazın o tayında

    Səttarxan - "Sərdari milli"
  10. SUMGAYIT

    Arazın o tayında

    Səttarxan hərəkatı himni Səttarxan Eli
  11. SUMGAYIT

    Arazın o tayında

    Arazın o tayında (1947) Film 1945-1946-cı illərdə Güney Azərbaycanda baş verən hadisələri canlandırır. Film xalqın öz azadlıq və müstəqilliyi uğrunda apardığı mübarizəni, ölkədə gedən demokratik hərəkatı tərənnüm edir. Filmdə öz xalqına qəlbən bağlı olanlar - Şeyx Xiyabanı, Səttarxan, Bağır xan, Pişəvəri, Qulam Yəhya və başqaları haqqında söhbət açılır. Filmdə Güney Azərbaycanda müxtəlif illərdə çəkilmiş kinomateriallardan istifadə edilib. Filmin çəkilişləri İranda aparılıb.
  12. Paşinyan: “Sülh müqaviləsi olmadan delimitasiya prosesi baş tutmayacaq”
  13. Ermənistanın əsas ticarət tərəfdaşı Rusiyadır və 2022-ci ildə bu ölkə ilə dövriyyə kəskin artaraq, 3,2 milyardı keçib. İran da Ermənistan iqtisadiyyatını ayaqda tutmaq üçün bütün gücünü səfərbər edib, bu ilin ilk 8 ayında İranla Ermənistanın ticarət dövriyyəsi 43 faiz artıb; Tehran bu həcmi 3 milyarda çatdırmaqla bağlı hədəf müəyyən edib, Ermənistana qaz nəqlini iki dəfə artırmağa hazırlaşır. Ermənistan artıq müasir silahlar almaq üçün vəsait də tapa bilir və bu vəsaitin hamısının heç də dövlət büdcəsindən olmadığı bəllidir: Hindistandan əvvəlcə 244, daha sonra isə 260 milyon dollar həcmində silahların alınması bilinən rəqəmlərdir, İranın Ermənistana müasir PUA və raketlər verdiyi isə iddialardır və bu iddiaların gerçək olduğunu ehtimal etməyə ciddi əsaslarımız var. AB Ermənistana 2,6 milyard nəzərdə tuturdu, indi bu rəqəmin artırılacağı barədə ciddi müzakirələr gedir, AB-nin siyasi rəhbəri Fransanın İrəvana hərbi-siyasi-iqtisadi dəstəyinin hansı səviyyədə olduğunu isə hər kəs bilir. Paşinyana bir tərəfdən iqtisadiyyatı gücləndirmək, büdcəni artırmaq, xarici borcu əhəmiyyətli dərəcədə azaltmaq üçün ciddi yardımlar edilir, digər tərəfdən isə erməni ordusunun təşkilatlanması, müasir silahlarla təchiz edilməsi istiqamətində dəstək verilir. Paralel olaraq, Ermənistana Azərbaycanla sülh sazişini, sərhədin demarkasiya və delimitasiya prosesini süni olaraq ləngitmək, artıq tarixə gömülən Dağlıq Qarabağ probleminin “bitmədiyi” təsəvvürünü yaratmaq istiqamətində manevr etməsinə şərait yaradılır. İrəvanın arxasında duran güclər Cənubi Qafqazda yeni və olduqca təhlükəli bir oyun qurublar və hədəflərinə doğru sürətlə irəliləyirlər. Rusiyaya ən sərt sanksiyalar tətbiq edilir, rus şirkətlərin bu sanksiyalardan yayınmasına yardım edənlər də sanksiya altına düşür – yalnız Ermənistan bankları və şirkətlərindən, hüquqi və fiziki şəxslərindən savayı. Sanki qəsdən bu sanksiyalardan Ermənistanın onmilyardlar əldə etməsinə yaşıl işıq yandırılıb. Bu, hazırda Rusiyanın da maraqlarına daxildir – rus şirkətləri və vətəndaşları Ermənistan vasitəsilə əməliyyatlara meyil edir. Üstəlik, sanksiyalardan sonra Rusiyadan qaçan 50 minə yaxın İT mütəxəssisinin ən azı 10 mininin Ermənistanda məskunlaşdığı haqda informasiyalar da dövriyyədədir. Bu peşəkarların Ermənistanın texnoloji imkanlarını necə artıracağını təxmin etmək mümkündür. Korrupsiya və rüşvətə qarşı Ermənistanda AB-nin dəstəyi ilə əhəmiyyətli işlər görüldüyünü də vurğulamalıyıq. Bütün deyilənlərin sayəsində Ermənistan son iki ilə yaxın müddətdə iqtisadi imkanlarını əhəmiyyətli dərəcədə artırıb. Əhali və ərazi sayını nəzərə alsaq, hazırda Ermənistan büdcəsinin Azərbaycan büdcəsi ilə rəqabət apardığı açıq-aşkardır. Onu da nəzərə alaq ki, Azərbaycanın iqtisadi resurslarının əhəmiyyətli hissəsi Qarabağın bərpasına yönəldilir, tikinti-quruculuq işlərinə böyük vəsaitlər xərclənir, diqqətimiz Qarabağdadır, Ermənistanın bu baxımdan heç bir qayğısı yoxdur, Qarabağda məskunlaşdırılan ermənilərin əsas yükü də rus sülhməramlılar və Qərbin yardımları üstündədir. Buna görə də ilin sonuna qədər Azərbaycanla sülh sazişinin imzalanacağı haqda Paşinyanın bəyanatının ardınca bu gün Mülki Müqavilə blokunun deputatı Gevorq Papoyan bu məsələni sual altına qoyması təsadüf deyil. O bildirib ki, sülh sazişinin imzalanması “Ermənistanın milli maraqlarının nə dərəcədə nəzərə alınmasından asılı olacaq”. Ermənistanın “milli maraqları” menyusuna Rusiya “Qarabağ münaqişəsinin həllinin gələcəyə saxlanılması” kimi absurd, amma revanşistlər üçün iştahaçan “nemət” də əlavə edirsə, bu sülh sazişini İrəvan ilin sonuna qədər imzalayarmı? Bizim üçün çox ciddi çağırışlar var…
  14. Ciddi təhlükə budur: Paşinyan nələr edir? Ermənistan Baş naziri Nikol Paşinyan haqda ümumi rəy heç də doğru deyil: onun qeyri-peşəkar siyasətçi olması, təcrübəsizliyi, dövlət adamı xarakterinə uyğun gəlməyən davranışları müzakirə predmeti belə deyil. Ancaq Nikol Paşinyan üzərindən Qərbin həddən artıq böyük işlər gördüyü artıq statistikada da əksini tapmaqdadır. Nikol Paşinyan nə qədər bərbad siyasətçi olsa belə, Avropada “demokrat imici” formalaşdırılır və əhəmiyyətli şəkildə himayə edilir: siyasi, erməni maraqlarına uyğun dəstək isə böyük maliyyə yardımları və külli miqdarda investisiyalarla müşayiət olunur. Qərb ölkələri elan edilən-edilməyən tərzdə Ermənistana qrantlar adıyla maliyyə yönəldirlər, Ermənistanın iqtisadi indeksini qaldırırlar və s. Paralel olaraq Rusiyaya tətbiq edilən ölümcül sanksiyalardan “qaçış imkanı” üçün Ermənistanı düşünülmüş surətdə “pəncərəyə” çevirirlər. Rusiyadan çıxarılan milyardlar və qaçan investisiya, o cümlədən mütəxəssislər Ermənistanı seçirlər. Ermənistan bankları Rusiyadan çıxarılan milyardların “keçid yeridir” və bir çox hallarda sanksiya altına düşən rus milyarderlər Ermənistanda vəsaitlərini “yuyandan” sonra xaricə çıxır və yaxud sərvətinin bir hissəsini elə Ermənistanda saxlayır. Statistikaya baxın: dünənə qədər borc içində çabalayan və xarici borcu ÜDM-nin 60 faizinə çatan Ermənistanda bu il xarici borc 47%-ə düşüb; cəmi bir neçə ay ərzində dolların 25 faizə yaxın ucuzlaşması nəticəsində Ermənistanda minimal maaş dollar ekvivalentində Azərbaycanı üstələyib, dövlət büdcəsi 6,4 milyarda, hərbi büdcəsi isə 1,3 milyarda çatıb. Müqayisə üçün bildirək ki, Azərbaycanın dövlət büdcəsi 18 milyard, hərbə ayrılan vəsait isə 3,1 milyard dollar civarındadır. Cəmi 2-3 öncəyədək Azərbaycanın hərbi büdcəsi Ermənistanın bütün dövlət büdcəsindən daha çox idi, indi isə fərqin sürətlə azaldığını görürük.
  15. İzel - Hasretim (Official Video) 1995
  16. Bakıya qarşı addım atsa, İran içindən yanar – Araz Elsəs Ozan Araz Elsəsin Kult.az-a müsahibəsi: - Araz bəy, son prosesləri izləyirsinizmi? Xüsusilə İranın Ermənistanla əlaqələri gücləndirməsi və Zəngəzur dəhlizinə qarşı çıxması fonunda İran-Azərbaycan münasibətlərində yaranan gərginliyi necə qiymətləndirərdiniz? - Dırnaqarası “İran islam respublikası” artıq özünün son dövrlərini yaşayır. Özləri də yaxşı bilirlər ki, saat artıq onlar üçün geriyə doğru işləməyə başlayıb. Əslində hazırda onların özləri böyük təhdidlərlə qarşı-qarşıyadırlar. Tehran öz xalqını daxildə olan dərin problem və narazılıqlardan yayındırmaq üçün Azərbaycanı təhdid etməklə məşğuldur. Hamımız İranda vəziyyətin qarışıq olduğunu çox yaxşı bilirik və belə durumda Tehran heç vaxt hansısa xarici ölkə ilə müharibəyə girə bilməz. Azərbaycan tək deyil, Türkiyə yanımızdadır. Bunlar yalnız hədədir, təhdiddir. Əlbəttə, İran hakimiyyətinin belə iyrənclikləri, onlara çalışan casusların təxribatçı fəaliyyətləri davam edəcək. Lakin Tehranda oturanlar bunu çox yaxşı və dəqiq bilirlər ki, Azərbaycana qarşı real təhdid və təhlükə yaransa, İran içindən yanacaq. Çünki orada indi 30 milyondan çox Azərbaycan türkü yaşayır, onlar da heç vaxt buna səssiz qalmayacaq. İndi otuz il öncəki dövr deyil. İndi Cənubi Azərbaycanda milli düşüncə çox yüksək və yetkin bir səviyyədədir. Sadəcə göz qorxutmaq və güclü görünmək üçün hansısa həmlələr etməyə çalışırlar. İran bu gün Azərbaycana real təhlükə yaradacaq gücdə deyil. - Hazırda ölkəmizdə sizin yolunuzu gözləyən minlərlə insan var. Nə vaxt Bakıya gəlməyi və konsert verməyi planlaşdırırsınız? - Azərbaycana, Bakıya gəlməyi çox istəyirəm. Mən də soydaşlarımızla, qardaş-bacılarımla görüşüb dərdləşmək, söhbət etmək, Dədə Qorqud demişkən, boy boylamaq, soy soylamaq istəyirəm. Məndən olsa, indi qanadlanıb uça-uça Bakıya gələrəm. Ancaq əvvəlcədən konsert üçün hazırlıqlar görülməli və uyğun şərait olmalıdır. - Soydaşlarımıza nə demək istərdiniz? - Buna əminəm və soydaşlarımıza da demək istəyirəm ki, bir gün mütləq Bütöv Azərbaycanda görüşəcəyik. Özünüzə yaxşı baxın, əsən qalın.
  17. Gazapizim - Unutulacak (DÜNLER) REMİX
  18. SUMGAYIT

    Bizdən İraq

    “Buranı türklərə məzar edəcəyik” deyən iranlı terrorçu məhv edildi Türkiyənin İraqın şimalında terrorçulara qarşı həyata keçirdiyi “Pəncə-Kilid” əməliyyatında PKK-nın Metina əyaləti üzrə “nümayəndəsi”, türkləri təhdid edən İran əsilli terrorçu Cavad Attarek iki mühafizəçisi ilə birlikdə məhv edilib. Publika.az xəbər verir ki, məhv edilən “Yekta” kod adlı iranlı terrorçu 22 ildir PKK-nın üzvüdür və terror təşkilatının “hərbi məclisi”ndə təmsil olunur. Terrorçu Cavad Attarek PKK-ya məxsus media orqanlarında Türkiyəni təhdid etmişdi. “Türk ordusu irəliləyə bilmir. Buranı türklərə məzar edəcəyik”, - o iddia etmişdi. Bu açıqlamasından bir neçə gün sonra türk ordusu iranlı terrorçunu məhv edib.
  19. SUMGAYIT

    Bizdən İraq

    İŞİD-ə qoşulan 42 yaşlı qadının şok hekayəsi – İki uşağını belə... İŞİD terror təşkilatının qadınlardan ibarət birliyinin komandiri olduğunu etiraf edən amerikalı qadın 20 il müddətinə azadlıqdan məhrum edilib. Publika.az Teleqraf.com-a istinadla xəbər verir ki, keçmiş müəllim Ellison Flük-Ekren adlı qadın səkkiz il İraq, Suriya və Liviyada terror aktları həyata keçirib. 42 yaşlı Ellison bu müddətdə 100-dən çox qadın və qıza hərbi təlim keçdiyini də etiraf edib. Bundan başqa, 12 uşağı olan Flük-Ekren bəzi övladları tərəfindən cinsi təcavüzdə günahlandırılıb. Hökmdən əvvəl prokurorlar qanunun icazə verdiyi maksimum cəzanın Flük-Ekren üçün kifayət etməyəcəyini bildiriblər. 42 yaşlı qadının vəkilləri onun Suriyada yaşadığı olaylardan sarsıldığını iddia edərək, daha az cəza istəyiblər. Flük-Ekren adlı keçmiş müəllim Kanzas ştatında Overbruk adlı kiçik qəsəbədə böyüyüb və məhkəmə sənədlərinə görə, İŞİD sıralarında yüksələn fanatik yaraqlıya çevrilib. Daha sonra ənənəvi olaraq kişilərin üstünlük təşkil etdiyi İŞİD-də bir qadının lider postuna yüksəlməsi ehtimalının nadir nümunəsini göstərib. 2000-ci illərin əvvəllərində öncə Liviya silahlı qruplaşması “Ənsar Əl-Şəriyə”, sonra isə İŞİD üzvü olan ikinci əri ilə birlikdə Yaxın Şərqə köçüb. Bununla belə, vaxtaşırı Kanzasa baş çəkməyə davam edib. Flük-Ekren təxminən 2012-ci ildə Suriyaya qaçıb və əri müharibədə öldürüldükdən sonra daha iki terrorçu ilə evlənib. Banqladeşli dron mütəxəssisi də daxil olmaqla, iki sonrakı ər də döyüşərkən öldürülüb. Təxminən dörd il sonra Flük-Ekren terror təşkilatının “paytaxt” elan etdiyi Suriyanın Raqqa şəhərində qadınlardan ibarət İŞİD batalyonu “Xətibə Nüsaybə”nin lideri və təşkilatçısı olub. 42 yaşlı keçmiş müəllimin buradakı əsas missiyası qadınlara döyüş üzrə hərbi təlim keçməkmiş. Eyni zamanda, ABŞ-da mümkün terror aktları üçün müxtəlif şəxslərin İŞİD-ə cəlb edilməsində aktiv rol oynayıb. “Flük-Ekren gənc qızların beynini yuyub və onlara özlərini öldürməyi öyrədib”, - ABŞ Baş prokurorunun müavini Rac Parex məhkəmədə deyib. Flük-Ekrenin 12 uşağından ikisi məhkəməyə məktublarında analarının onlara cinsi istismar etdiyini iddia edib. Flük-Ekrenin vəkilləri bildiriblər ki, qadın İŞİD-dəki rolunu etiraf etsə də, təcavüzə dair iddiaları qəti rədd edir.
  20. Поэтому план "быть марионеткой России ради оккупации Карабаха" не мог сработать, а кроме него и самогипноза о непобедимости оккупационных войск у Еревана ничего не было для противостояния освободительной азербайджанской армии. Поэтому год назад Армения на 44 дня оказалась вырвана из мира грез в реальность. Разумеется, людям, привыкшим лгать себе о своем величии, жить в реальном мире не понравилось, и они сделали все возможное, чтобы остаться в виртуальном мире "Великой Армении". Для этого они заполнили прежде всего собственный разум, а затем информационное поле фейками о "сирийских боевиках", "военной помощи Турции", "сдаче Шуши" и многом другом, лишь бы только остаться в зоне ментального комфорта. Пока в реальности азербайджанский народ воевал за освобождение своей земли, армянские ура-националисты у себя в голове боролись за сохранение своих иллюзий. Парадоксальным образом в итоге победили и те, и другие. Азербайджан восстановил территориальную целостность, а Ереван и диаспора, промучившись некоторое время отрезвлением, восстановили состояние ура-националистического транса. Как только это произошло, Армения начала вести себя так, как будто не было не только капитуляции, но и 44 дней столкновения с реальностью осенью 2020 года. Вернулась вся стандартная риторика о непоколебимости армянской позиции, об отказе от переговоров вне устаревшего формата Минской группы ОБСЕ, о "статусе" фейкового режима в Карабахе – на фоне полного военного бессилия Еревана она звучала очень странно. Затем начались провокации на границе, в какой-то момент они стали ежедневными, как в 1994-2020 годах, затем усилились до попыток терактов, и вот накануне армянская армия попыталась повторно оккупировать стратегические высоты в Кельбаджарском и Лачинском районах Азербайджана. Причина этой атаки – потребность армянских ура-националистов подмять реальный мир под свои иллюзии. Дело в том, что столкновение Еревана и диаспоры с реальностью продолжается, поскольку Баку и Москва работают над стабилизацией мира на Южном Кавказе. Для этого необходимо подписать мирный договор между Азербайджаном и Арменией, признать территориальную целостность друг друга, делимитировать армяно-азербайджанскую границу и разблокировать коммуникации. Все это находится вне зоны ментального комфорта реваншистов, они хотят, чтобы ничего подобного не происходило. Для того, чтобы остановить послевоенное урегулирование отношений, у них есть тот же инструмент, которым они пользовались всегда для торможения мирных переговоров в дни Карабахской войны – создание военной напряженности. Вчера он был использован. То есть у Армении на самом деле не было плана захватить высоты в Азербайджане, ее военное командование определенно понимало, что, с учетом сосредоточения на южном участке границы значительной группировки азербайджанских войск, атака может только захлебнуться. План был в другом – устроить масштабные бои, погубить некоторое число азербайджанских и армянских военных, представить ситуацию в перевернутом виде "Азербайджан напал, а мы защитились" и заявить, что на данный момент ни делимитация, ни открытие границ, ни тем более мирный договор невозможны. Все ради того, чтобы еще неделю, месяц или полгода ситуация не менялась, а реальность не мешала жить в трансе. Разумеется, эти усилия бесплодны, иллюзии всегда рассыпаются в ничто при одном лишь соприкосновении с реальным миром. Коммуникации обязательно будут разблокированы, граница – делимитирована, мирный договор – подписан. Этого хотят и Азербайджан, и Россия, и Турция, и здоровые силы в самой Армении. Все хотят мира и нормальной жизни на Южном Кавказе. Но ура-националисты все еще не побеждены, и пока они продолжают сопротивляться, военные угрозы останутся на повестке дня.
  21. Армянские ура-националисты объявили войну реальности 17 НОЯ 2021 Андрей Петров, специально для «Вестника Кавказа» У состоявшихся накануне боев на границе Азербайджана и Армении не могло быть иного исхода, кроме поражения армянских войск. Победа азербайджанской армии была настолько закономерной, что сама по себе организация Ереваном попытки захвата стратегических высот в Кельбаджарском и Лачинском районах вызывает удивление: зачем это было сделано, если шансы у нападавших отсутствовали? Однако, если разобраться в ситуации последовательно, причины атаки станут ясны. Прежде всего необходимо прояснить условия, в которых произошло нападение на Азербайджан. За год, прошедший после разгрома оккупационных сил РА в Карабахской войне, Ереван никак не мог восстановить армию: более 4 тыс погибших в боях, порядка 10 тыс дезертиров, до 12 тыс раненых, уничтожена или брошена при отступлении военная техника на миллиарды долларов. Армения капитулировала тогда на самой глубине экономического кризиса и немедленно оказалась в не менее тяжелом политическом кризисе. У нее не осталось ни денег, ни людей, чтобы воевать с Азербайджаном – и их нет до сих пор. Тем не менее, это не стало препятствием для Еревана. Армянские элиты и в республике, и в диаспоре замыслили реванш сразу же после подписания трехстороннего Заявления 9 ноября. Было сделано все для того, чтобы сначала убедить себя, что Ереван не проигрывал войну, а затем, утвердившись в состоянии ура-националистического транса, приступить к подготовке новой войны. Здоровой логики в этом никакой нет. Захват территорий Азербайджана три десятилетия блокировал развитие Армении, поглощал огромное количество ресурсов и изолировал страну в геоэкономически активном регионе. Стране-агрессору не удалось создать даже сильную армию, хотя на нее и уходили огромные деньги. Поэтому, когда начались прошлогодние бои, истинное положение дел стало очевидным сразу же – оккупация азербайджанской земли никогда не была по силам Армении. Это важно осознать: если страна с трехмиллионным населением позволяет себе ради эфемерных политических идей жить в блокаде со стороны более населенных и быстро развивающихся соседей, тратя деньги на оккупацию чужой земли (хотя их все равно на это не хватает), а не на рост экономики и благосостояния общества, то, какой бы запал у нее ни был на старте, она неизбежно проиграет войну на истощение, рано или поздно. Просто потому, что пострадавший от агрессии сосед растет, становится сильнее, укрепляет отношения с мировыми центрами силы, так как может предложить им взаимополезное сотрудничество во всех сферах, а агрессор, задушив сам себя, может надеяться только на то, что кто-то из крупнейших государств захочет сделать его своей марионеткой. И это тупик, ведь соседям ничто не мешает наладить позитивные контакты с державой, принявшей агрессора на иждивение. В Карабахской войне это и произошло. Армения вступила во все союзы с Россией, какие только можно, и решила, что теперь будет оккупировать земли Азербайджана не одна, а совместно с российской армией. России, безусловно, было выгодно расширение числа членов и ОДКБ, и Таможенного союза, и Евразийского экономического союза, но военное противостояние с Азербайджаном ей не было выгодно никогда. Воевать с Баку ради оккупационных интересов Еревана – такой сценарий Москва никогда не рассматривала, потому что Азербайджан ей объективно более важен, чем Армения. Армения интересна только как военный форпост на юго-западе, чья значимость снизилась с появлением военных баз в Сирии, и формальный участник интеграционных проектов, а с Азербайджаном Россию связывает та самая взаимная польза от экономического сотрудничества и политического партнерства на международных площадках. На Армению Россия вынуждена тратить деньги, а в проектах с Азербайджаном она их зарабатывает.
  22. Ziya Məmmədovun “topdağıtmaz” sərvəti - Milyardları,villaları,şirkərləri və daha nələr...
×
×
  • Создать...