Перейти к содержимому

al-Fath

Members
  • Публикации

    1772
  • Зарегистрирован

  • Посещение

Все публикации пользователя al-Fath

  1. Bu müstəhəbdir və bunun böyük savabı var. Peyğəmbərə salam verəndə ona tam salam verin, yani: Səllallahu aleyhi və alihi vəs-səlləm, daha bəziləri kimi Səllallahu aleyhi və vəs-səlləm yox!
  2. al-Fath

    Arvadini Qardasina Ver

    Sizin cavabınız burdadır http://forum.bakililar.az/index.php?s=&amp...t&p=1624661 Siz demirsiz ki, səhabə və tabiinlər bizə nümunədir, biz (yani siz) onlardan öyrənməliyik?! Öyrənində. Biz onların nəyini başa düşmürük? əvvəla (Sizin dediyinizə görə) onların dediklərini və hərəkətlərini ümumiyyətlə müzakirə etmək olmaz, nə deyiblərsə və ediblərsə onu da etməlisiz.
  3. haris Temanın adı "Ben Bazin Qebir Kenarinda Quran Ve Namazin Oxunmasi Haqda Fetvalari"dır. əgər o Sizin alim deyilsə onda bu temada niyə yazırsız? Burada onun fətvaları müzakirə olunur, Sizin 4 imamınızın yox. 4 imam qəbir ziyarətini, orada quran oxumağı qadağan etməyiblər. Boş boş danışmayın. indi mömin var? quran müsəlman üçün oxunur, onun günahlarının bağışlanması üçün, möminin nə günaxı var?! Müsəlmanlar arasında da alkaşlar və zinakarlar var, amma bu onları islamdan çıxarmır.
  4. haris qaydaların 1.2 (ələ salmaq) bəndinə görə reytinqinizi 20% artırıram http://forum.bakililar.az/index.php?s=&amp...t&p=1640778
  5. al-Fath

    Sacda Hara Olar?

    əvvəla mən o kitabdan hədis gətirməmişəm, məndə o kitab yoxdur. İkincisi isə o kitabda məgər libasa, əmmaməyə səcdə etməyin caizliyi haqda hədis var? Varsa gətirin bir də görək! Reytinq 20%
  6. al-Fath

    Qara Dashi Opmek Olarmi?

    Əvvəla mən məgər hədis yazmışam ki, onu yarımçıq da yazım? İkincisi, mən Sizə dedim ki, bilirsizsə Siz onu yazın, yazın görək peyğəmbərin niyə o daşı öpüb?!
  7. Məzələnirsiz mənimlə? Temanın adını görmürsüz "Ben Bazin Qebir Kenarinda Quran Ve Namazin Oxunmasi Haqda Fetvalari" Temanı oxumamısız?
  8. al-Fath

    Arvadini Qardasina Ver

    Nə danışırsız Hədisi tam yazmışam, hətta originala ssilka da qoymuşam. Girin oxuyun, sonra mənə də göstərərsiz harda "boşayım" sözü yazılıb!
  9. al-Fath

    Sacda Hara Olar?

    Cabir ibn Abdullah ənsəri deyir: Mən Peyğəmbərlə birlikdə Zöhr namazını qılırdım, torpaq isti olduğuna görə mən əlimə balaca bir daş götürüb ovucumda onu soyutdum ki, namazda ona səcdə edim. Sonra Cabir deyir: əgər paltara səcdə caiz olsaydı bu daşı soyudub ona səcdə etməkdən rahat olardı. (Sünnən Bəyhəqi cild 1 səh 439) İbn Səd "Təbəqət əl-Kübra" (cild 6 səh 79) kitabında yazır: Məsruk ibn Əcdə səfərə çıxanda özü ilə bir daş plitəsi götürüdü ki, namazda ona səcdə edsin. Qeyd etmək lazımdır ki, Məsruk təbein və Abdallah ibn Məsudun şagirdi olub. O peyğəmbərdən, əbu Bəkrdən, Osmandan və Əlidən xədislər nəql çatdırıb. Buna nə deyirsiz?
  10. al-Fath

    Arvadini Qardasina Ver

    http://hadith.worldofislam.info/index.php?page=sahih_bukhari/book_62 Sahih Bukhari Volume 7, Book 62, Number 10: Narrated Anas bin Malik: 'Abdur-Rahman bin 'Auf came (from Mecca to Medina) and the Prophet made a bond of brotherhood between him and Sad bin Ar-Rabi' Al-Ansari. Al-Ansari had two wives, so he suggested that 'Abdur-Rahman take half, his wives and property. 'Abdur-Rahman replied, "May Allah bless you with your wives and property. Kindly show me the market." So 'Abdur-Rahman went to the market and gained (in bargains) some dried yoghurt and some butter. After a few days the Prophet saw Abdur-Rahman with some yellow stains on his clothes and asked him, "What is that, O 'Abdur-Rahman?" He replied, "I had married an Ansari woman." The Prophet asked, "How much Mahr did you give her?" He replied, "The weight of one (date) stone of gold." The Prophet said, "Offer a banquet, even with one sheep." Sahih Bukhari Volume 7, Book 62, Number 96: Narrated Anas: When 'Abdur-Rahman bin 'Auf married an Ansari woman, the Prophet asked him, "How much Mahr did you give her?" 'Abdur-Rahman said, "Gold equal to the weight of a date stone." Anas added: When they (i.e. the Prophet and his companions) arrived at Medina, the emigrants stayed at the Ansar's houses. 'Abdur-Rahman bin 'Auf stayed at Sad bin Ar-Rabi's house. Sad said to 'Abdur-Rahman, "I will divide and share my property with you and will give one of my two wives to you." 'Abdur-Rahman said, "May Allah bless you, your wives and property (I am not in need of that; but kindly show me the way to the market)." So 'Abdur-Rahman went to the market and traded there gaining a profit of some dried yoghurt and butter, and married (an Ansari woman). The Prophet said to him, "Give a banquet, even if with one sheep." Səhih Buxaridə yazılıb: Ənəs ibn Malik deyir: Peyğəmbər Əbdürrəhman ibn Aufı ənsərli Səd ibn Ər-Rabi əl-Ənsəri ilə qardaş edir. Bundan sonra Səd ibn Ər-Rabi əl-Ənsəri Əbdürrəhmana deyir: Artıq sən mənim qardaşımsan, mənim bazarda yaxşı mallarım var, onların yarısını sənə verirəm və mənim iki arvadım var, onların birini sənə verirəm. Əbdürrəhman deyir: Saq ol, amma mənə heç nə lazım deyil. Göstər görək bazar haradadır. Əbdürrəhman bazara gedib oradan bir az yağ aldı. Bir neçə gündən sonra Peyğəmbər onu evlənmiş gördü. Buna münasibətiniz necədir?
  11. Şirk deyil, şirkə səbəbdir, şirkə .rır. Qəbir kənarında namaz qılıb, quran oxumaq böyük şirkə səbəb olan bidətlərdəndir. Niyə görə bidətdir?
  12. al-Fath

    Muvatta-malik

    Sözünüz varsa deyin, mən Sizi eşidirəm! Nəyə görə ban? Həqiqətə, olan şeyə görə? Əhli-sünnət bundanda betərini yazıb, amma sübut edə bilməyib. Boş danışmaqdan başqa heç nə bilmirsiz!
  13. al-Fath

    Sacda Hara Olar?

    bunun bidət olduğunu sübut edə bilərsiz?
  14. al-Fath

    Qara Dashi Opmek Olarmi?

    Haris özünüzdən çıxmayın və mənimlə bu cür danışmayın, tayınız deyiləm! Siz Ömərin nə demək istədiyini hardan bilirsiz, bunu nəyə əsasən deyirsiz? Bəlkə onun yanında olmusuz? Nəsə yazanda dəlilinizi də yazın. Bəlkə bizə peyğəmbərin niyə o daşı öpməsini başa salasız, bizi ağ günə çıxarın xahiş edirik!
  15. Siz hələ əvvəlki kimi pis görürsüz? Təkəbbür gözünüzü bağlayıb?! Temada yazmaqdan əvvəl onu oxusaz yaxşı olar, çünki mən burda Sizin hüccət saydığınız kitablardan hədislər gətirmişəm. Heç olmasa axırıncı postlara baxın, misal üçün #36. Book 8, Number 3250: Abu Nadra reported: While I was in the company of Jabir b. Abdullah, a person came to him and said that Ibn 'Abbas and Ibn Zubair differed on the two types of Mut'as (Tamattu' of Hajj 1846 and Tamattu' with women), whereupon Jabir said: We used to do these two during the lifetime of Allah's Messenger (may peace be upon him). Umar then forbade us to do them, and so we did not revert to them. http://hadith.worldofislam.info/index.php?..._muslim/book_08 Cabir deyir: Biz peyğəmbərin həyatı boyu muta etmişdik. Sonra Ömər onu qadağan etdi və biz bir daha buna qayıtmadıq. Şərab tam başqa metodla qadağan olundu. Əvvəl onun həm yaxşı cəhəti, həm də pis cəhəti var, amma pisi yaxşıdan çoxdur ayəsi nazil oldu. Sonra sərxoş halda namaz qılmayın. Sonra isə məst edici şeylər haramdır ayəsi bunun nöqtəsini qoydu. Amma muta haqda Siz deyirsiz ki, peyğəmbər onu üç dəfə qadağan edib və hər dəfə qadağan edəndə onu Qiyamət gününə kimi qadağan edirdi. Bu nə absurd sözlərdir?! Çox maraqlıdır ki, Siz bu qadağanın nə vaxt və harada olduqlarını qeyd etmirsiz, amma hədislərin özündə bu qeyd olunub. Bunları qeyd etməməkdə niyyətiniz nədir? İndi mən onu Sizə və forum iştirakçılarına açıqlayaram: Sizin hədislərə əsasən Hicrətin 7-ci ilində Xeybərdə Peyğəmbər mutanı və eşşək ətini Qiyamət Gününə qədər haram etdi. Bir il sonra Məkkəni fəth edərkən (Səhih Buxariyə əsasən) biz görürük ki, o 3 günlük mutanı halal bilir və yenə də onu Qiyamət gününə qədər haram edir. Ondan bir az müddət keçdikdən sonra Hünaynda o yenidən mutaya icazə verir və ardıyca onu Qiyamət gününə qədər haram edir. Bunlar necə mümkündür? Necə ola bilər ki, peyğəmbər bir şeyi bir neçə dəfə Qiyamət gününə qədər haram etsin? Cavabı çox sadədir. Mən yazım, Siz oxuyun: Məsələ bundadır ki, müta Allahın kitabında ola ola Ömər Allahın halal etdiyinə mutanı qadağan etmişdir. Bu haqda hədislər Səhih Buxari və Müslümdə çoxdur və onları tapmaq da çətin deyil. Ömərin səhv etdiyini hamı başa düşür və onu qorumaq üçün əhli-sünnət alimləri min ildən artıq peyğəmbərə şər ataraq, onun adını ləkələyir ki, Ömər haqda pis fikirləşməsinlər. Bu haqda mən sonrakı postumda yazacağam, inşaAllah! Mən Sizi başa düşmürəm, Siz gah deyirsiz ki, mənim üçün yalnız Buxari və Müslüm hüccətdir, sonra da şiələrin kitabından sübut üçün hədis gətirirsiz? Siz bunu batil saya saya onu necə sübut kimi bizə təqdim edə bilərsiz? Axı Siz özünüz bu kitablara inanmırsız! Nə edək, Allahın köməyi ilə buna da cavab verərik! Əvvəla İbn Abbas da ev eşşəyinin ətini halal bilirdi. Bax: (İbn Hacər “Fəthul-bari” cild 12 səh 70 bab “Lühümül-heyl”) Deməli deyirsiz ki, Peyğəmbər Xeybər günü mutanı və eşşək ətini haram bildi! Bu hədis 14 yolla (zəncirlı) gəlib. Mutanın o gün haram olması harqa yalnız bir yol (ravi zənciri) deyir. Amma eşşək ətinin qadağan olması bir çox yolla gələn hədislərdə qeyd olunub. Məsələn: İbn Qəbbum “Zadul-məad” kitabında “müvəqqəti nigahın qadağan olma vaxtı” hissəsində yazır: Xerbər günü səhabələrdən heç biri, heç bir yahudi qadını ilə muta etməyib. Və hətta bu haqda peyğəmbərdən icazə də almayıblar. Heç kim Xeybərdə olan mutadan yazmayıb. Orada nə mutanın caizliyi, nə də ki, onun qadağası haqda heç bir şey deyilmiyib. Buxari yazır: Əbi Ofv deyir: Xeybərdə biz çox ac idik. Qazanlarda ət bişirirdik. Birdən bir nəfərin “O eşşəkləri ətini yeməyin və qazanlarınızdan onu çıxarıb tullayın” qışqırdığını eşitdik. Əbi Ofv deyir: Bizə dedilər ki, peyğəmbər bu eşşəklərin ətini bizə yeməyə qadağan etdi, çünki onların xumsu verilməyib. Bəziləri isə dedilər ki, peyğəmbər onların nəcis yediklərinə görə onları qadağan etdi. (Səhih Buxari “Lühümül-heyl” babı; İbn Hacər “Fəthul-bari” cild 9 səh 22). Əbu Davud Sünnəndə yazır: Biz Xeybərdə idik. Yəhudilərdən biri peyğəmbərə dedi: Məgər Sizə bizim eşşəkləri kəsib, meyvələrimizi dərib yemək, qadınlarımızı vurmaq halal edilib? ........Məzmunu uzundu......... Peyğəmbər dedi: Allah Sizə icazəsiz əhli-kitabdan olanların evlərinə girmək, onların qadınlarını döymək və meyvələrini yeməyi haram edir. (Sünnən Əbi Davud cild 2 səh 64) Gördüyünüz kimi peyğəmbər məhz bu eşşəklərin ətini qadağan edib, çünki onların xumsu verilməmiş və onları zorla dinc əhalinin əlindən almışlar. Həmçinin peyğəmbər onların qadınlarını vurmağı qadağan etdi. Amma heç bir hədisdə (biri istisna olmaqla) mutanın haram olması haqda heç nə yazılmır. Bundan aydın olur ki, bu sonradan bu hədisə əlavə olunan bir şeydir və bu hədisi Əli (ə) adından danışırlar. Deyirlər ki, əli Abbası danlayaraq deyir ki: Ey təkəbbürlü insan! Sən məgər bilmirsən ki, peyğəmbər Xeybərdə eşşək ətini və mutanı haram etdi! Bunu uyduran insan yagin ki, Əlinin bu ifadəsini yaddan çıxarıb: Əgər Ömər mutanı qadağan etməsəydi şərəfsiz insanlardan savayı heç kəs zina etməzdi.
  16. Yazdıqlarınızın hamısı təkrar olduğuna görə onları sildim. Bunların hamısı dəfələrlə bu temada yazılıb. _____________________________________________________________ ABDULAZİZ222 Sizin üçün hüccət olan Buxari öz səhihində Əbu Hüreyrədən bir hədis gətirib, bu hədis haqda Siz nə fikirləşirsiz? Bu hədisi Buxari Əbu Hüreyrədən və o da Peyğəmbər(s)-dən nəql etmişdir. Hədisdə deyilir: Bəni İsrail övladlarından olan üç nəfər dəri, tük tökmə xəstəliklərinə və korluğa düçar olur. Allah-təala onları sınaqdan keçirmək üçün mələklərdən birini dəri xəstəliyinə tutulmuş şəxsin yanına göndərir. Mələk ondan soruşur: Ən çox sevdiyin şey nədir? Cavab verir: Gözəl bir rəng və sağlam dəri. Mələk onun bədəninə sığal çəkir və həmən anda onda olan xəstəlik dəf olur və dərisi gözəl bir rəng alır. Sonra mələk ondan soruşur: Hansı heyvanı daha çox xoşlayırsan? Cavab verir: Dəvəni. Mələk ona on aylıq bir dəvə verib bərəkətli olması üçün xeyir-dua etdi. Sonra tük tökmək (keçəl) xəstəliyinə düçar olmuş şəxsin yanına gəlib soruşdu: Ən çox sevdiyin şey nədir? Cavab verir: İstəyirəm mənim də hamı kimi sağlam tüküm olsun və insanlar məndən uzaq gəzməsin. Mələk ona sağlam tük verib yenə soruşdu: Hansı heyvanı daha çox xoşlayırsan? Cavab verir: İnəyi. Mələk ona bir inək verib bərəkətli olması üçün xeyir-dua etdi. Nəhayət üçüncü (kor) şəxsin yanına gəlib soruşur: Ən çox sevdiyin şey nədir? Cavab verir: İki sağlam gözdən mənim üçün daha yaxşı nə ola bilər?! Allahdan gözlərimə nur verməsini istəyirəm ki, insanlar ilə ünsiyyətdə olub onlar kimi xoş həyat tərzi keçirim. Mələk onun gözlərinə sığal çəkdi. Sonra ondan soruşdu: Hansı heyvanı daha çox xoşlayırsan? Cavab verir: Qoyunu. Allah-təala onun bu arzusunu da yerinə yetirib ona dişi bir qoyun əta edir. Onlar öz heyvanlarını çoxaldıb var-dövlət sahibi olurlar. Günlərin biri mələk özünü dəri xəstəliyinə tutulmuş bir hala salıb, bir zamanlar bu xəstəlikdən əziyyət çəkən şəxsin yanına gəlir. Ona yardım etməsini istəyir və yoxsul olduğundan şikayətlənərək deyir: Mən yoxsul bir adamam, bütün ümid qapıları üzümə bağlanmışdır. Yolda qalmışam, indi mənim dadıma yalnız Allah və sonra da sən yetişə bilərsən. And verirəm sənə gözəl dəri əta edən Allaha! Dəvələrindən birini mənə ver ki, yolumu davam edə bilim. Dedi: Bəli, boynumda böyük haqq vardır. Mələk dedi: Sanki mən səni tanıyıram. Sən əvvəllər yoxsul olub insanların köməyindən məhrum olan şəxs deyilsənmi? Dedi: Xeyr! Gördüyün bu var-dövlət mənə ata-babalarımdan qalmışdır. Mələk dedi: Bax, sənə deyirəm! Yalan desən, Allah səni əvvəlki vəziyyətinə qaytarsın! Sonra özünü keçəl halına salıb bir zamanlar bu xəstəliyə düçar olmuş və sonralar şəfa tapmış şəxsin yanına gəlir, dəvə sahibinə dediyi sözləri onun yanında da təkrar edir. Mələk ondan da həmən sözləri eşidir və həmən duanı onun üçün də təkrar edir. Üçüncü dəfə özünü korluğa vurub bir zamanlar dünya nurundan məhrum olmuş və sonralar Allahın lütfü ilə gözləri açılmış şəxsin yanına gəlib deyir: Mən bütün var-dövlətimi itirmiş yoxsul bir Allah bəndəsiyəm. İndi səni, gözlərinə nur vermiş və dünya zülmətindən nicat verən Allaha and verirəm, qoyunlarından birini mənə ver ki, qarşıda olan uzaq yolu qət edə bilim. Dedi: Bəli! Mən kor ikən Allah mənə görən gözlər verdi və yoxsul ikən var-dövlət sahibi etdi, istədiyin qədər bu var-dövlətdən götür. Səndən Allaha xatir heç bir şey istəmirəm. Mələk onun bu sözlərini eşidib dedi: Bil ki, Allah səni imtahan edirdi və sən bu imtahandan üzü ağ çıxdın, digər iki nəfər isə Allahın qəzəbinə gələrək sahib olduqları bütün var-dövlətdən məhrum olacaqlar http://crimean.org/islam/db_search_engine....mp;set=hadis_sb Siz deyirsiz ki, Allahdan başqa heç kəsdən nəsə istəmək olmaz, amma bu hədisdən biz görürük ki, insanlar mələkdən istəyir və mələk insanlara şəfaət və var-dövlət verir?
  17. al-Fath

    Sehabeler

    Üsul alimlərinə görə Kafidə cəmi 5000-ə yaxın səhih hədis var. I kateqoriya hədislər – səhih 5 072 II kateqoriya hədislər – Həsən 144 III kateqoriya hədislər – Muvassaq 178 IV kateqoriya hədislər – Qavi 302 V kateqoriya hədislər – zəif 9 484 Sizin qeyd etdiyiniz hədis bu kateqoriyaların hansına aiddir? Nəyə əsasən Siz bu hədisi səhih sayırsız?
  18. al-Fath

    Sehabeler

    əvvəla bu forumdur və bura öz fikirnizi yazın, daha bu boyda kopyalar qoymayın, bu qadağandır. əgər bu hansısa saytdadır, ona ssilka verin. İkincisi: Siz hər Sizə sərf edəni yoxlamadan qəbul edib bizə sübut kimi yazmayın. Baxın Xalid haqda Təbəri nə yazər: Xalid Müaviyyənin ordusunda haqq xəlifəyə, möminlərin əmiri Əli (ə) qarşı müharibə edib. Həmçinin İbn Xişamın Siratına müraciət edə bilərsiz, orda Peyğəmbərin Xalidin əməllərindən Allaha pənah .rması, Xalidin peyğəmbərin əmrindən çıxaraq insanları qətlə yetirməsi haqda çox yazılıb. istəsəz onları da Sizə göstərə bilərəm, amma rus dilində. Həmçinin Müslüm öz səhihində "Əli ibn Əbu Talibin fəziləti" babında yazır ki, Müaviyyə Əlini lənətləməyi əmr edib! peyğəmbər (s) isə deyib: Əlini yalnız münafiqlər sevmir!
  19. al-Fath

    Qara Dashi Opmek Olarmi?

    Söhbət onun adından getmir, söhbət Ömərin "mən bilmirəm onu nə üçün öpürlər, mən onu öpürəm çünki peyğəmbər onu öpüb" deməsidir.
  20. Mövzunu əvvəldən diqqətlə oxuyun və mənim gətirdiyim ayə və hədislərə fikir verin! Görün Sizin alimlər bu haqda nə fikirdədirlər.
  21. Qardaş qaydaları diqqətlə oxuyun, o yazıb ki, "Vəhhabilər dünyasını dəyişmiş şəxsdən dua etməsini diləməyi düzgün hesab etmirlər" Qaydalarda isə deyilir ki, müsəlmanlara təhqir etmək məqsədilə vəhabi, rafizi bə s. sözləri demək olmaz! Bu qardaş isə özlərini vəhhabi sayan insanların əqidəsindən danışır və heç kimi təhqir etmir. Mən onun postunu oxumuşam, inanın ki, mənim üçün fərqi yoxdur şiə, sünni ya sələfidir, qaydaları pozsaz cəzanızı alacaqsız. Neçə gündür ki, mən Sizə dinlənmirəm, bizim Sizinlə danışığımız olmuşdu, amma Siz yenə də mənim sözlərimə məhəl vermədən həmin şeyləri yazaraq artıq 10-cu dəfədir ki, təkrara yol verirsiz! Məm Sizə ban vermək istəmirəm və Siz bundan istifadə edirsiz! Belə getsə mən Sizin postlarınızı pozacağam, çünki gördüyünüz kimi Sizin əlinizdən hamı əsəbləşir, Siz öz təkrarlarınızla forum iştirakçılarını ələ salırsız.
  22. al-Fath

    Sacda Hara Olar?

    Onda belə bir sual yaranır: Necə olur ki, şiə möhürə səcdə edəndə deyirsiz ki, bu şirkdir çünki şiə daşa ibadət edir. Amma özünüz başqasının ombasına səcdə edəndə deyirsiz ki, əməllər niyyətə bağlıdır, o insan Allaha ibadət edir?
  23. al-Fath

    Sehabeler

    Səhv edirsiz. əvvəla peyğəmbər özü münafiqlərin əksəriyətini tanımırdı, necə ki, Allah-təala deyir: sənin ümmətində münafiqlər var. Sən onları tanımırsan. Biz onları tanıyırıq və onları iki dəfə cəzalandıracağıq. ikincisi: mühacirlərin də arasıənda münafiqlər var idi, misal üçün Xalid ibn Valid, Əbu Süfyan, Müaviyyə və s.
  24. Şiə bütün peyğəmbərləri haqq və islam peyğəmbəri kimi qəbul edir. Məhdi (ə) islam məhf olduqda zühur edəcək və islamı yenidən dirçəldəcək. O islam düşmənləri ilə mübarizə etmək üçün gələcək və birinci özünkülərdən başlayacaq (Mühəmmədin (s) göndərildiyi ümməti içində olan düşmənləri məhv edəcək). İnsanların əksəriyyəti onu qəbul etməyəcəklər, çünki o həqiqi Mühəmmədin gətirdiyi islamla gələcək. O islam unudulanda gələcək və islamın düşmənləri ilə mübarizə .racaq. Bəzi hədislərdə deyilir ki, o Kəbəni dağıdacaq. Burda söhbət Kəbə evindən getmir, allahsız insanların əqidəsindən (kəbəsindən) gedir. Bu saxta hədisdir. Məhdi (ə) insanları diriltə bilməz. O təzə kitab və ya təzə qanuin olmayacaq, insanların yadından çıxan əsl qanun və quranın həqiqi (peyğəmbərin verdiyi) təfsir olacaq. Bəzi insanlar millətindən asılı olmayaraq onun haqq olduğunu anlayıb islama gələcəklər. Bunu və yuxarıda qeyd etdiyiniz bütün hədislərin səhih olduğunu isbat edin. Həmçinin forumun qaydaları ilə tanış olun, əsasən 2.5 bəndi ilə http://forum.bakililar.az/index.php?showtopic=58482
×
×
  • Создать...