Анонимка, это я давно написал на своем блоге. Странно то, что именно этот блог я написал на родном языке. Теперь проблема в том, что я второй раз не смогу написать это на русском или переводить все это точнее в твоем блоге. Если сделаешь это на своем блоге буду рад) Пусть останется у тебя тут...
Ana yeganə bir insandırki, onun nə tərifə, nə qiymətləndirilməyə ehtiyacı var. Tərifsiz və qiymətləndirilməsi heç kim tərəfindən mümkün olmayan canlı, hansıki ömrü boyu özündən başqa, övladların və həyat yoldaşının əziyyətini də çəkməlidir. Ömür boyu ana olmağa can atan qızlar, sonradan övladları böyütməyi, sonra oxutmağı, daha sonra evləndirməyi və nəhayət nənə olmağa arzu edirlər. Beləliklə də, ömrün necə keçdiyini belə hiss etmirlər. Onların həyatının mənası da elə bundadır.
Ana nəvazişindən, ana baxışlarından, gülüşündən, istiliyindən, nəsihətindən, sığalından, öpüşündən və nəhayət ana yeməyindən başqa dünyada şirin və dadlı nə ola bilər? Əsəbi halda evə girən övlada ana qucağı və ana bağrına basılmaqdan başqa nə məlhəm ola bilər?
Ananı saymayan övlad kimdi? Ləyaqətsiz, alçaq, dünyanın ən sonuncu bir insanı.
Hətta hər bir pis ana (cinayətkar, əxlaqsız) da, öz övladı üçün şirindir.
Allah ədalətsizdir – о küçədə öz bədəni ilə alver edən ananı yaşadır, ürək bulandırır, amma saf, təmiz, övlad üstündə əsən ananın həyatını söndürür.....